Məhkəmə qərarları › İş №2-1(103)-764/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-764/2023

20.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-764/2023 20.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil və iddiaçının iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “usta məharət dərəcəsinə görə əlavə nəzərə alınmaqla yeni məlumat vərəqəsinin göndərilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6537/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında təkrar baxaraq müəyyənetdi: İ. İddiaçı Cavabdehnə qarşı məhkəməyə, öhdəliyin icrası haqqında (İPM.m.34.1.) iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdiməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh Müdafiə Nazirliyinin üzərinə xx.xx.2019-cu il tarixli 025 saylı əmrlə verilmiş “usta (snayper) hərbi təyyarəçi məharət dərəcəsi”nə görə vəzifə maaşına 35% əlavə nəzərə alınmaqla yeni məlumat vərəqinin tərtib olunaraq DSMF-na göndərilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı mayor rütbəsində Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində xidmət etmiş, onun idddia ərizəsinə əsasən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1891/2021 saylı iş üzrə 14 iyun 2021-ci il tarixli qərarı ilə İddiaçı “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “J“ bəndinə müvafiq olaraq öz arzusu ilə ehtiyata buraxılması öhdəliyi Müdafiə Nazirliyinin üzərinə qoyulmuş, həmin qərar Bakı Apellyasiya Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli qərarı, ilə dəyişdirilmədən qüvvəsində saxlanılmış saxlanılmış və o, 04 dekabr 2021-ci il tarixində qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında ehtiyata buraxılmışdır. Müdafiə nazirinin 05.01,2022-ci il tarixli “Azərbaycan Ordusunun hərbi qulluqçularına məharət (ixtisas) dərəcəsinin verilməsi (təsdiq edilməsi) haqqında” müvafiq əmri ilə təsdiq olunmuş hərbi qulluqçuların adlı siyahısında onun adı olmadığından pul attestatında məharət dərəcəsinə görə vəzifə maaşına edilən 35% əlavə nəzərə alınmamışdır. Halbuki, Müdafiə Nazirinin 025 saylı 31.01,2019-cu il tarixli əmri ilə “Usta (Snayper) hərbi təyyarəçi məharət dərəcəsi” verilmişdir. Müdafiə Nazirliyi onun adının 05.01,2022-ci il tarixində təsdiq olunmuş siyahıda adının olmamasını əsas gətirərək usta məharət (ali ixtisas) dərəcəsinin olmasını inkar edir. Bu da onunla nəticələnir ki, hərbi xidmətdən ehtiyata buraxılması zamanı onun vəzifə maaşına olunmalı olan 35% əlavə nəzərə alınmayacaq və onun gələcək pensiya təminatı həmin əlavə olmadan hesablanacaq. Halbuki, cavabdehin məhkəmənin qərarını gec icra etməsi, qərar qanuni qüvvəyə mindikdən sonra iddiaçını yenidən məharət dərəcəsi imtahanlarına cəlb etmək cəhdləri qanuni və əsaslı hesab oluna bilməz. İddia ərizəsinə əlavə edilmiş N nömrəli Hərbi Hissə komandirinin xx.xx.2022-ci il tarixli əmrindən çıxarışın məzmununda da qeyd olunur ki, iddiaçıya Müdafiə Nazirinin 31 yanvar 2019-cu il tarixli 025 nömrəli əmri ilə Aviasiya ixtisası üzrə "Usta məharət dərəcəsi” verilmişdir. Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçı 14 dekabr 2021 -ci il tarixdən 17 dekabr 2021-ci il tarixədək Azərbaycan Ordusunun hərbi qulluqçularına məharət (ixtisas) dərəcəsinin verilməsi (təsdiq edilməsi) üçün təşkil olunmuş sınaq imtahanlarında iştirak etmədiyinə görə Azərbaycan Respublikası Müdafiə nazirinin “Azərbaycan Ordusunun hərbi qulluqçularına məharət (ixtisas) dərəcəsinin verilməsi (təsdiq edilməsi)” haqqında 5 yanvar 2022-ci il tarixli müvafiq əmrində qeyd olunmamışdır. Belə ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə 21 may 2016-cı il tarixli 02 nömrəli qərarın 16-cı maddəsinə əsasən hərbi qulluqçu məharət (ixtisas) dərəcəsini təsdiq etdirmək və ya artırmaq üçün bu barədə müvafiq vəzifəli şəxsin əmri elan olunduqdan sonra hərbi hissə komandirinə (rəisə) raportla müraciət etməlidir. Sağlamlıq vəziyyətinə görə müvəqqəti olaraq fiziki hazırlıq və digər praktiki sınaqlarda iştirak edə bilməyən hərbi qulluqçuların məharət dərəcəsi növbəti sınaqlara qədər saxlanılır (iştirak etdiyi sınaqlarda malik olduğu məharət dərəcəsinin tələblərinə uyğun qiymət aldıqda). Sağlamlıq vəziyyətinə görə praktiki sınaqlarda edə bilməyən hərbi qulluqçular bu barədə komissiya (yardımçı komissiya) sədrinə mərkəzi tabelikdə olan hərbi tibb müəssisələrindən, tibb taborlarından və hərbi-həkim komissiyasından müvafiq arayışlar tədim edilməlidir. Qeyd olunanlara baxmayaraq iddiaçı 14 dekabr 2021-ci il tarixdən 17 dekabr 2021-ci il tarixədək Azərbaycan Ordusunun hərbi qulluqçularına məharət (ixtisas) dərəcəsinin verilməsi (təsdiq edilməsi) üzrə təşkil olunmuş sınaq imtahanlarında malik olduğu məharət dərəcəsinin təsdiq edilməsinə görə iştirak etmək üçün raportla hərbi hissə komandirinə müraciət etməmişdir. Bununla da əlaqədar olaraq onun xidmət etdiyi hərbi hissə komandanlığı tərəfindən yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmamış və Azərbaycan Ordusunun hərbi qulluqçularına məharət (ixtisas) dərəcəsinin verilməsi (təsdiq edilməsi) üçün tərtib edilmiş siyahılara salınmamışdır. Qeyd olunanlarla əlaqədar olaraq Azərbaycan Respublikası Müdafiə nazirinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təstiq edilməsi) qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə 21 may 2016-cı il tarixli 02 nömrəli qərarın 3.1-ci bəndinə əsasən “Usta” məharət dərəcəsi Azərbaycan Respublikası Müdafiə naziri tərəfindən verilir. Odur ki, ehtiyatda olan mayor İddiaçı “Usta” məharət dərəcəsinin verilməsi və bununla əlaqədar olaraq ona hər, ay vəzifə maaşına edilən 35% əlavənin ödənilməsi qüvvədə olan rəhbər sənədlərin tələblərinə zidd olduğu üçün mümkün deyildir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6537/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş və İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin 31 yanvar 2019-cu il tarixli 025 nömrəli əmri ilə verilmiş Aviasiya ixtisası üzrə “Usta məharət dərəcəsi”nə görə vəzifə maaşına 35% əlavə nəzərə alınmaqla yeni məlumat vərəqinin tərtib olunaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosssual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya mümkündür. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın məzmununa uyğun əsaslandırılmış, eyni zamanda qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi tərəfindən iş tam araşdırılmamış, maddi hüquq normalarının tələblərinə riayət olunmamış və məhhkəmə qərəzli mövqe tutaraq qanunsuz qərar qəbul etmişdir. Buna görə də apellyasiya şikayəti təmin olunmalıdır. Məhkəmə kollegiyasının iclasları barədə məlumat verilmiş cavabdeh (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən İddiaçı və onun nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək, ehtiyata buraxılana kimi iddiaçının “Usta” məharət dərəcəsnin qüvvədə olduğunu bildirərək birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxalanılmalıdır. Belə ki, “Azərbaycan Respublikası hərbi qulluqçularının və hərbi vəzifəlilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 fevral 1994-cü il tarixli 67 nömrəli Qərarının 1-ci bəndinə əsasən hərbi qulluqçuların sıravi, komanda və rəis heyətlərinin məharət (tibb hərbi qulluqçularının isə ixtisas) dərəcəsinə görə aylıq vəzifə maaşına aşağıdakı məbləğlərdə əlavələr müəyyən edilsin: 2-ci məharət (ixtisas) dərəcəsi olan zabit və rəis heyətlərinə – 15 faiz miqdarında; 1-ci məharət (ixtisas) dərəcəsi olan zabit və rəis heyətlərinə – 25 faiz miqdarında; usta məharət (ali ixtisas) dərəcəsi olan zabit və rəis heyətlərinə – 35 faiz; Həmin Qərarın 2-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2016-cı il tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında Əsasnamə”nin: -1-ci bəndinə görə bu Əsasnamə hərbi qulluqçulara məharət (tibbi hərbi uçot ixtisaslı hərbi qulluqçulara-ixtisas) dərəcəsinin verilməsi (təsdiq edilməsi) və onların məharət (ixtisas) dərəcəsinin endirilməsi, məharət dərəcəsindən məhrum edilməsi qaydalarını müəyyən edir. 2-ci bəndinə görə Şəxsi heyətin yüksək təlim və tərbiyəsi, silah, hərbi texnika və digər texniki vasitələrin saz və işlək vəziyyətdə saxlanmasını təmin və onların istismarında bilavasitə iştirak edən, öz ixtisası üzrə yüksək peşəkarlığa yiyələnmiş və bunu mövqelərdə (atəş və start) idarəetmə məntəqələrində və döyüş növbətçiliyi zamanı praktiki həyata keçirən, yaxud şəxsi heyəti öyrədən zabit, gizir (miçman) heyətinə, müddətdən artıq və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına aşağıdakı məharət dərəcələri verilir: -3-cü məharət dərəcəsi ; 2-ci məharət dərəcəsi; 1-ci məharət dərəcəsi; usta məharət dərəcəsi (hərbi təyyarəçilərə, hərbi şturmanlara, hərbi təyyarəçitəlimatçılara və hərbi şturman-təlimatçılara “snayper” dərəcəsi) Həmin Əsasnamənin 3-cü bəndinə əsasən məharət dərəcəsini vermə hüququna aşağıdakı şəxslər malikdirlər: -3.1. usta məharət dərəcəsi-Azərbaycan Respublikasının Müdafiə naziri. -4.5-ci bəndinə görə müvafiq ştat kateqoriyasına uyğun vəzifələrdə xidmət müddətindən asılı olmayaraq bu Əsasnamə qüvvəyə mindiyi anda hərbi qulluqçuların malik olduqları məharət dərəcəsi qüvvədə saxlanılır və onlar malik olduqları məharət dərəcəsini təsdiq etdirmək və ya artırmaq üçün Əsasnamənin 4-cü, 14-cü və 15-ci bəndlərinə uyğun olaraq sınaqlara cəlb olunurlar. -7-ci bəndinə görə məharət dərəcəsinin verilməsinə (təsdiq edilməsinə) təqdim edilən hərbi qulluqçuların peşəkarlıq səviyyəsini müəyyənləşdirmək üçün bu Əsasnamənin 3-cü bəndinə uyğun olaraq müvafiq məharət dərəcəsini vermək hüququ olan vəzifəli şəxslərin əmri ilə hər tədris ilində komissiyalar yaradılır. Komissiya sədrləri tərəfindən sınaqların proqramı tərtib olunur. -13-cü bəndinə görə komissiyaların tərkibi, iş müddəti və qaydası bu komissiyaları təyin edən müvafiq vəzifəli şəxsin əmri ilə sınaqların başlanmasına bir aydan gec olmayaraq təyin edilir. Komissiyanın fəaliyyəti onun sədri tərəfindən bazasında sınaqlar keçirilən hərbi hissə komandiri ilə razılaşdırılmaqla müəyyənləşdirilir. -14-cü bəndinə görə hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət qulluqçuları istisna olmaqla) məharət dərəcəsi aşağıda qeyd olunan müddətə verilir və hər hərbi qulluqçu bu müddətin sonunda məharət dərəcəsinin təsdiq edilməsi üzrə sınaqlara cəlb olunmalıdır: -3-cü məharət dərəcəsi -1 il -2-ci məharət dərəcəsi-1 il -1-ci məharət dərəcəsi-2 il -usta məharət dərəcəsi-3 il Həmin Əsasnamənin 23.2-ci bəndinə görə hərbi qulluqçuya məharət dərəcəsinin verilmə (təsdiq edilmə) tarixi məharət dərəcəsinin verilməsi haqqında əmrin imzalandığı gündən hesab olunur. Cavabdehin, iddia ərizəsinə etirazının və apellyasiya şikayətinin üst-üstə düşən dəlillərində - iddiaçının, xx.xx.2019-cu il tarixdə verilmiş “Usta məharət dərəcəsi”nin təsdiq edilməsi üçün 14 dekabr 2021-ci il tarixdən 17 dekabr 2021-ci il tarixədək təşkil olunmuş sınaq imtahanlarında iştirak etmək üçün raportla hərbi hissə komandirinə müraciət etmədiyini və Azərbaycan Respublikası Müdafiə nazirinin “Azərbaycan Ordusunun hərbi qulluqçularına məharət (ixtisas) dərəcəsinin verilməsi (təsdiq edilməsi)” haqqında 5 yanvar 2022-ci il tarixli müvafiq əmrində onun adının qeyd olunmadığını əsas gətirərək iddiaçının tələbinin əsassız olduğu bildirilir. Halbuki, işin mübahisələndirilməyən halllarına görə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1891/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçının «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 156-cı maddəsinin “j” bəndinə müvafiq olaraq öz arzusu ilə ehtiyata buraxılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmuş, həmin qərar Bakı Apellyasiya Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İşə əlavə olunmuş, Bakı İnzibati Məhkəməsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda sonuncuya bildirilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli qərarından qanunla müəyyən edilmiş müddət ərzində kassasiya şikayəti verilmədiyindən 04 dekabr 2021-ci il tarixdə qanuni qüvvəyə minmiş və Məhkəmənin 5 yanvar 2022-ci il tarixli məktubu ilə qərar icra olunması üçün Müdafiə Nazirliyinə göndərilmişdir. Qeyd olunanlardan göründüyü kimi, birincisi, iddiaçının ehtiyata buraxılmasının cavabdehə həvalə olunması barədə məhkəmə qərarı 04 dekabr 2021-ci il tarixdə qanuni qüvvəyə mindikdə yalnız, hərbi hissədə məharət dərəcələrinin təsdiq olunması ilə bağlı sınaq imtahanları proseslərinə balanılmış və bu proses 5 yanvar 2022-ci il tarixində tamamlanmışdır ki, belə bu hallar iddiaçının qeyd olunan sınaq imthanlarında iştirakını istisna edir. Digər bir tərəfdən, işə əlavə olunmuş N nömrəli hərbi hissə komandirinin xx.xx.2022ci il tarixli, 19 nömrəli əmrindən çıxarışda da iddiaçının “Usta” məharət dərəcəsinin mövcudluğu təsdiq olunur. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin 11 yanvar 2022-ci il tarixli 031 nömrəli əmrində aşağıdakı hissələrdən ibarətdir: “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “j" bəndinə (öz arzusu ilə) və 164-cü maddəsinə müvafiq olaraq hərbi geyim formasını daşımaq hüququ verilməklə, həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilsin və 2022-ci ilin növbəti məzuniyyəti 90 (doxsan) təqvim günü verilməklə, 25 aprel 2022-ci il tarixdən hərbi hissənin şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılsın; -Hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı Rayon İdarəsinə göndərilməsi və mayor İddiaçı, Azərbaycan Respublikası Müdafiə Nazirinin 19 oktyabr 2017-ci il tarixli 22 nömrəli qərarı ilə 2022-ci ilin yanvar-mart aylarındakı xidmətinə görə nəzərdə tutulmuş birdəfəlik pul mükafatı tam həcmdə almağa layiqdir; -Azərbaycan Respublikası Müdafiə Nazirinin 31 yanvar 2019-cu il tarixli 025 nömrəli əmri ilə Aviasiya ixtisası üzrə “Usta məharət dərəcəsi” verilmişdir. Mayor İddiaçı ehtiyata buraxılması ilə əlaqədar 2 (iki) aylıq maaş miqdarında birdəfəlik pul müavinəti ödənilsin. 2022-ci il üçün nəzərdə tutulmuş maddi yardım və məzuniyyət pulu ödənilməyib.” Tədqiq olunan əmrdən göründüyü kimi, iddiaçının 2019-cu il tarixli 025 nömrəli əmri ilə Aviasiya ixtisası üzrə “Usta” məharət dərəcəsinin qüvvədə olduğu təsdiqlənir. Qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçıya xx.xx.2019-cu il tarixdə verilmiş “Usta”məharət dərəcəsi onun ehtiyata buraxulması barədə əmrin verildiyi xx.xx.2022-ci il tarixə kimi qüvvədə olmuşdur. Lakın hazırkı mərəhələdə məhkəmənin işə əlavə etdiyi məlumat vərəqinə əsasən müəyyən olunur ki, ehtiyata buraxılarkən cavabdeh tərəfindən onun təminat xərcliyində “Usta” məharət dərəcəsinə görə aylıq vəzifə maaşına 35% əlavə nəzərə alınmamış, Bununla da iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur. Belə olan halda, cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinın olmaması və “Usta” məharət dərəcəsinin təsdiqi üçün növbəti sınaq imtahanlarında iştirak etmədiyini mübahisələndirən dəlillərinin əsassız olduğu sübuta yetirilir. Azərbaycan Respublikasının Əmək pensiyaları haqqında” Qanunun 22.4-cü maddəsinə əsasən hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına əsasən:

4. Bu Qaydaların 6-cı və 7-ci hissələri nəzərə alınmaqla, şəxsin əmək pensiyasının yenidən hesablanmasına əsas verən, onun xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı dəyişikliklər barədə əsaslandırılmış məlumatlar müəyyən edildiyi tarixdən 7 iş günü müddətində Qaydaların 1ci hissəsində göstərilən orqanlar tərəfindən müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür...

7. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti bu Qaydaların 3cü hissəsinə uyğun olaraq məlumat vərəqini (2 nömrəli əlavə) və 4-cü hissəsinə uyğun olaraq dəyişikliklər barədə məlumatları məxfi doldurmaqla kağız daşıyıcıda Fonda təqdim edirlər. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, iddiaçının “Usta” məharət dərəcəsinə görə aylıq vəzifə maaşına 35% əlavənin nəzərə alınması üçün yeni məlumat vərəqəi tərtib olunaraq DSMF-yə göndərilməlidir. İPM-in 73.1-ci maddəsinin tələbindən isə görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin olunmasını işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin, birinci instansiya məhkəməsi tərəfindən işin tam araşdırılmadığını, maddi hüquq normalarının tələblərinə riayət olunmadığını və qərəzli mövqe tutaraq qanunsuz qərar qəbul etdiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, 2-1(112)- 6537/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənləri nəzərə alaraq və İPM-in 68, 69, 82, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı:

Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6537/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar