Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-764/2024 04.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qarşı “qərarların ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1360/2023 nömrəli, 06 sentyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə və Dövlət Vergi Xidmətinin X2 Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 11 aprel 2022-ci il tarixli, **********100300 nömrəli və 23 may 2022-ci il tarixli **********840500 nömrəli qərarlarının, Dövlət Vergi Xidmətinin X2 Baş İdarəsinin 10 may 2022-ci il tarixli, **********731800 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili “iddia ərizəsinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh qismində Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi göstərilməklə, iddia tələbinin “Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********840500 nömrəli, xx.xx.2022-ci il tarixli, **********909500 nömrəli, xx.xx.2022-ci il tarixli **********025700 nömrəli qərarların ləğv edilməsini xahiş edirəm.” kimi göstərilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə, iddiaçının iddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilərək, Dövlət Vergi Xidmətinin X2 Baş İdarəsi cavabdehlər sırasından xaric edilməsi və cavabdeh qismində Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi göstərilməsi, iddia tələbinin “Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********840500 nömrəli, xx.xx.2022-ci il tarixli, **********909500 nömrəli, xx.xx.2022-ci il tarixli **********025700 nömrəli qərarların ləğv edilməsini xahiş edirəm.” kimi qeyd edilməsi qərar alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, 30 iyun 2020-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə iddiaçı arasında xidmət müqaviləsi bağlanmışdır. Bu müqavilə əsasında "xxxx" MMC İddiaçı fəaliyyət göstərdiyi obyektdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən tələb edilən yeni nəsil smart kassa aparatı quraşdırmış və bu aparatlara texniki xidmət göstərmişdir. 2020-ci ilin iyul ayından etibarən, 2021-ci ilin fevral ayına qədər olan dövr ərzində "xxxx" MMC tərəfindən Vergi Xidmətinə Nəzarət Kassa Aparatından göndərilən hesabat düzgün olmamışdır. Belə ki, "xxxx" MMC-nin özünün də etiraf etdiyi kimi register proqramının versiyası köhnə olduğuna görə xəta olaraq TSM portalında dublikat çeklər yaranmış və X3 çıxarılan hesabatlarla TSM portalında olan hesabatlar fərqlənmişdir. Vergi orqanı 2020-ci ilin iyul ayından etibarən, 2021-ci ilin fevral ayına qədər olan dövr ərzində "xxxx" MMC tərəfindən Vergi Xidmətinə Nəzarət Kassa Aparatından göndərilən hesabat məlumatları əsasında 05 avqust 2021-ci il tarixli, **********701800 saylı Qərarla 2020-ci il üçün iddiaçıya 28200 manat gəlir vergisi hesablamışdır. Sonradan iddiaçı tərəfindən dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi göndərilərək, bu məbləğ azaldılmışdır. 20 oktyabr 2021-ci il tarixli, **********841500 saylı Qərarla yenidən iddiaçıya 23954,59 manat gəlir vergisi hesablanmışdır. İddiaçı təkrarən dəqiqləşdirilmiş gəlir vergisi bəyannamələri göndərsə də, 10 fevral 2022-ci il tarixli, **********851700 saylı və 11 aprel 2022-ci il tarixli, **********100300 saylı Qərarlarla iddiaçıya 28200,04 manat gəlir vergisi hesablanmışdır. İddiaçı tərəfindən vergi orqanına müraciət edilərək, kameral vergi yoxlaması ilə 2020-ci il üçün hesablanmış gəlir vergisinin ləğv edilməsi xahiş olunmuşdur. İnzibati şikayətin qismən təmin edilməsi haqqında 10 may 2022-ci il tarixli, **********731800 saylı Qərarla kameral vergi yoxlaması ilə əlavə hesablanmış vergi məbləğinin azaldılması barədə şikayət qismən təmin edilmiş, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 11 aprel 2022-ci il tarixli qərarı 1500,70 manat verginin hesablanması hissəsində azaldılaraq, 25797,12 manat verginin hesablanması hissəsində dəyişdirilmədən saxlanılmışdır. 11 may 2022-ci il tarixdə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********733700 saylı Qərarla 2020-ci ilə dair iddiaçıya gəlir vergisi üzrə 88615,96 manat pul məbləği hesablanmışdır. 23 may 2022-ci il tarixdə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********840500 saylı Qərarla 2020-ci ilə dair iddiaçıya gəlir vergisi üzrə 145.625,62 manat pul məbləği hesablanmışdır. Adıçəkilən qərarlardan da göründüyü kimi vergi orqanı əslində kassa aparatı satışının (pərakəndə satış) 1.517.212,5 manat təşkil etməsinə baxmayaraq, TSM portalında yaranmış dublikat çeklər əsasında bu satışı 1.767.146,89 manat məbləğində qəbul etmiş və 144.080,2 manat məbləğində topdan satışla birlikdə ümumi satış dövriyyəsinin 2020-ci il üçün 1.911.227,09 manat olduğu qənaətinə gəlmişdir. Halbuki, "xxxx" MMC tərəfindən vergi orqanına ünvanlanan bir neçə məktubda 2020-ci ilin iyul ayından etibarən həmin ilin sonuna qədər və hətta 2021-ci ilin iyun ayına qədər sistemdə yaşanmış probemlə bağlı dublikat çeklərin (yəni real satış olmadan sistemdə görünən çeklər) yarandığı bildirilmişdir. Nədənsə vergi orqanı 2020-ci il üzrə "xxxx" MMC-nin 122.941,52 manat (ƏDV-siz) məbləğində satışın dublikat çeklər əsasında olmasına dair məlumatını nəzərə almamış və yalnız 2020-ci ilin iyul ayında 1889 manat və avqust ayında 4728 manat, ümumilikdə 6617 manat satış çeklərinin dublikat olması qənaətinə gələrək, satış dövriyyəsindən bu məbləği çıxmışdır. Bu zaman da vergi orqanı riyazi səhvə yol verərək, satış dövriyyəsini 6617 manat əvəzinə, cəmi 5607,63 manat azaltmışdır. Nəticə etibarı ilə vergi orqanı tamamilə qanunsuz olaraq,"xxxx" MMC tərəfindən verilən məlumatları nəzərə almadan və riyazi səhvlərə yol verərək, iddiaçının 2020-ci il üzrə ümumi satış dövriyyəsini 1.905.619,46 manat müəyən etmişdir. Halbuki, bu rəqəm əslində 1.661.292,7 manat təşkil edir. Vergi orqanı Dövlət Gömrük Komitəsindən əldə edilmiş məlumatlar əsasında 2020-ci ildə iddiaçı tərəfindən 1.748.973,71 manat məbləğində mal idxal edildiyini müəyyən etmişdir. Belə olan halda real satışı müəyyən etmək məqsədi ilə vergi orqanı Vergi Məcəlləsinin 50.1.8-ci maddəsinə müvafiq olaraq satış dövriyyəsini dəqiqləşdirmək üçün operativ vergi nəzarətini həyata keçirməli idi. Bundan başqa bank xərcləri 25480,26 manat, malların təqdim edilməsi ilə bağlı sair xərclər isə 16971,24 manat təşkil etdiyi halda vergi orqanı bank xərcini 5212,97 manat, malların təqdim edilməsi ilə bağlı sair xərcləri isə 6303,82 manat qəbul edərək, ümumilikdə real xərcləri 30.934,71 manat həcmində azaltmışdır. Halbuki, bank xərcləri Kapital Bank ASC-nin 15 dekabr 2021-ci il tarixli arayışı ilə tam şəkildə təsdiq olunur və bu halı vergi orqanı özü də etiraf edir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, xx.xx.2022ci il tarixli, **********840500 nömrəli qərara münasibətdə qeyd edilir ki, vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə 2020-ci il üçün kassa metodu ilə təqdim edilmiş sonuncu dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsində vergiyə cəlb edilən gəlirlər 1.661.292,70 manat (o cümlədən 144.080,2 manat topdansatışdan gəlir), gəlirdən çıxılan xərclər 1.643.434,34 manat ( o cümlədən sosial sığorta ayırmaları 633,0 manat, malın dəyəri 1.582.183,5 manat, icarə haqqı xərci 780,0 manat, rabitə xərcləri 16.203,22 manat, bank xidməti üzrə xərclər 25.480,26 manat, reklam xərcləri 1.183,12 manat, biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər 16.971,24 manat) göstərilməklə vergiyə cəlb edilən gəlir 17.858,36 manat, Vergi Məcəlləsinin 102.1.24-cü maddəsinə əsasən azaldılmalı vergi məbləği 330,37 manat və ödənilməli gəlir vergisi 3.241,30 manat bəyan edilmişdir. Təqdim edilmiş 2020-ci il gəlir vergisi bəyannaməsi üzrə aparılmış araşdırma ilə 2020-ci il üzrə pərakəndə satış dövriyyəsinin 1.767.146,89 manat, elektron qaimə-faktura əsasında topdansatış dövriyyəsinin 144.080,2 manat olduğu müəyyən edilmişdir. İddiaçı tərəfindən 2020-ci ildə 122.941,52 manat məbləğində satışın dublikat çeklər olduğu qeyd olunmuşdur. Bu halın araşdırılması məqsədilə vergi ödəyicisini yeni nəsil kassa aparatları ilə təmin edən və texniki xidmət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) edilmiş sorğuya əsasən Cəmiyyət tərəfindən xx.xx.2022-ci il tarixli məktubla məlumatlar təqdim edilmişdir. Məktubla fərdi sahibkarın adına qeydiyyatda olan “Verifone X990" markalı V1E0246616 nömrəli kassa aparatının TSM portalında yaranmış dublikat çek siyahısı üzrə aparılmış araşdırma ilə yalnız 2020-ci ilin iyul ayında 1889,00 manat və avqust ayında 4728,0 manat olmaqla, ümumilikdə 6617,00 manat məbləğində (ƏDV-sız 5607,63 manat) satış çekinin dublikat olduğu müəyyən edilmişdir. Belə ki, fərdi sahibkarın adına vergi orqanında qeydiyyatda nəzarət kassa aparatına mədaxil edilmiş məbləğlər üzrə təkrarlanan məbləğlərin müəyyən edilməsi məqsədilə məbləğin mədaxil olunduğu dövr,gün,saat,dəqiqə, habelə sıra ardıcıllığı, alınmış çeklər üzrə ƏDV məbləğlərinin geri alınması, çeklərin ləğv edilməsi, çeklər üzrə geriqaytarmalar fərdi qaydada araşdırılmış, vergi ödəyicisinin dublikat çeklər olması iddia etdiyi çeklərin ardıcıl sıra saylarının uyğun gəlməməsi, mədaxil edilmiş 2 sayda çekdən 1-nin ləğv edilməsi, 2-ci satış kassa çeki üzrə ƏDV-nin geri qaytarılmasının həyata keçirilməsi, həmçinin ödəniş formalarının fərqli olması və ya hər iki satış kassa çeki üzrə geri qaytarma əməliyyatlarının olması müəyyən edilmiş və nəticədə ümumilikdə 5607,63 manat (ƏDV-siz) satış çekinin dublikat olduğu dəqiqləşdirilmiş, vergi ödəyicisinin 2020-ci il üzrə pərakəndə satış dövriyyəsi 1.761.539,26 manat (1767146,89-5607,63), topdansatış dövriyyəsi 144080,2 manat olmaqla, ümumilikdə vergiyə cəlb edilən dövriyyəsinin (gəlirlərinin) 1.905.619,46 manat olduğu müəyyən edilmişdir. Bununla yanaşı, təqdim edilmiş gəlir vergisi bəyannaməsinin xərclər hissəsində (12xx.xx-1226.15-ci sətirlər) rabitə xərcləri 16203,22 manat, reklam xərcləri 1183,12 manat və biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər 16971,24 manat olmaqla, ümumilikdə sənədlərlə təsdiqini tapmalı xərcin 34357,58 manat təşkil etməli olduğu halda, əldə edilmiş elektron qaimə-fakturalara əsasən sənədlərlə təsdiqini tapan xərcin 23690,16 manat müəyyən edildiyi və nəticədə 10667,42 manat məbləğində xərcin təsdiqini tapmadığı müəyyən edilmişdir. Eyni zamanda, bəyannamənin 1226.13-cü "xxxx" sətrində X18 Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışa əsasən 25480,26 manat bəyan edilsə də, aparılmış əməliyyatların açıqlaması inzibati araşdırmaya təqdim edilməmişdir. İnzibati araşdırma ilə fərdi sahibkarın banklarda olan hesablaşma hesablarından əldə edilmiş məlumatlara əsasən bank xidməti üzrə xərcin 5.212,97 manat olduğu müəyyən edilmişdir. Beləliklə, vergi ödəyicisinin ümumi xərcinin 1.612.499,63 manat olduğu müəyyən edilmişdir. Yekun olaraq, kameral vergi yoxlaması nəticəsində vergiyə cəlb edilən gəlir 1.905.619,46 manat, gəlirdən çıxılan xərclər 1.612.499,63 manat, Vergi Məcəlləsinin 102.1.24-cü maddəsinə əsasən azaldılmalı vergi məbləği 330,37 manat və ödənilməli gəlir vergisi 58.293,60 manat müəyyən edilmiş, xx.xx.2022-ci il tarixində **********840500 nömrəli qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. xx.xx.2022ci il tarixli, **********909500 nömrəli, xx.xx.2022-ci il tarixli, **********025700 nömrəli qərarlara dair qeyd edilir ki, qarşılıqlı əlaqələrin təhlili nəticəsində xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 586713,0 manat olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş cəmi bəyannamələrə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 539016,0 manat olması təqdim edilmiş bəyannamələr üzrə ümumilikdə 47697,0 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən vergi orqanı tərəfindən vergi ödəyicisinə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********119500 nömrəli və xx.xx.2022-ci il tarixli **********193100 nömrəli məktublar göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci və 67-ci maddələrinə əsasən əlavə dəyər vergisi bəyannamələri üzrə 2022-ci ilin yanvar ayı üzrə 39.155,54 manat, may ayı üçün 8044,81 manat vergi məbləği hesablanmış, xx.xx.2022-ci il tarixli **********550100 nömrəli və xx.xx.2022-ci il tarixli **********025700 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. Aparılmış kameral vergi yoxlamasından sonra fərdi sahibkar tərəfindən xx.xx.2022-ci il tarixdə 2022-ci ilin yanvar ayı üçün göstəricisiz (boş) cari əlavə dəyər vergisi vergisi bəyannaməsi təqdim edilmiş, bəyannamədə yaranmış uyğunsuzluqlar aradan qaldırılmadığı üçün xx.xx.2022-ci il tarixli **********180200 nömrəli məktub göndərilmiş və kameral yoxlaması ilə Vergi Məcəlləsinin 37-ci və 67-ci maddələrinə əsasən 39155,54 manat vergi hesablanaraq xx.xx.2022-ci il tarixli **********909500 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar qəbul olunaraq vergi ödəyicisinin elektron poçt ünvanına göndərilmişdir. Eyni zamanda kameral vergi yoxlaması ilə yenidən araşdırma aparılaraq 2022-ci ilin mayı ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsində vergiyə cəlb edilən əlavə dəyər vergisi məbləği 6810,81 manat müəyyən edilmiş, nəticədə kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləği 1234,0 manat azaldılmaqla “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********025700 nömrəli Qərar qəbul olunmuşdur. Həmçinin vergi ödəyicisinin 2020-ci il üçün gəlir vergisi bəyannaməsi üzrə yaranmış uyğunsuzluqlarla bağlı daha öncəki müraciətlərində “Verifone X990” markalı V1E0246616 və V1E0208499 nömrəli yeni nəsil kassa aparatlarının proqram təminatının köhnə olması səbəbindən TSM portalında (X11) dublikat çeklər (yəni eyni məbləğin təkrarlanması) yarandığını, online kassa aparatı ilə satışın 2020-ci il üzrə 1517211,46 manat (ƏDV-273098,06 manat), 2021 -ci ilin yanvar-iyul ayları üzrə 979732,86 manat (ƏDV- 176351,91 manat) təşkil etdiyini qeyd etmişdir. Bu halın araşdırılması məqsədlə vergi ödəyicisini yeni nəsil kassa aparatları ilə təmin edən və texniki xidmət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) edilmiş sorğuya əsasən Cəmiyyət tərəfindən xx.xx.2022-ci il tarixli məktubla məlumatlar təqdim edilmişdir. Təqdim edilmiş məlumatlar (fərdi sahibkarın adına qeydiyyatda olan “Verifone X990” markalı V1E0246616 və V1E0208499 nömrəli kassa aparatlarının TSM portalında yaranmış dublikat çek siyahısı) üzrə Dövlət Vergi Xidmətinin aidiyyəti strukturu tərəfindən aparılmış araşdırma ilə (2020-ci ildə 122941,52 manat (ƏDV- 22129,47, manat, 2021 -ci ildə 101790,67 manat (ƏDV-si 18322,32) məbləğində satışın dublikat çeklər olduğu qeyd olunmuşdur) yalnız 2020-ci ilin iyul ayında 1600,00 manat (ƏDV- si 288,15 manat), avqust ayında 4006,78 (ƏDV-si 721,22 manat), 2021 -ci ilin yanvar ayında 1186,44 manat (ƏDVsi 213,56 manat) və fevral ayında 66,10 manat (ƏDV-si 11,90 manat), olmaqla, ümumilikdə 6859,32 manat məbləğində (ƏDV-si 1234,83 manat) satış çekinin dublikat olduğu (yəni eyni məbləğin təkrarlandığı) müəyyən edilmişdir. Belə ki, fərdi sahibkarın adına vergi orqanında qeydiyyatda olan qeyd olunan nəzarət kassa aparatına mədaxil edilmiş məbləğlər üzrə təkrarlanan məbləğlərin müəyyən edilməsi məqsədilə məbləğin mədaxil olunduğu dövr,gün,saat,dəqiqə, habelə sıra ardıcıllığı, alınmış çeklər üzrə ƏDV məbləğlərinin geri alınması, çeklərin ləğv edilməsi, çeklər üzrə geriqaytarmalar fərdi qaydada araşdırılmış, vergi ödəyicisinin dublikat çeklər olması iddia etdiyi çeklərin ardıcıl sıra saylarının uyğun gəlməməsi, mədaxil edilmiş 2 sayda çekdən 1-nin ləğv edilməsi, 2-ci satış kassa çeki üzrə ƏDV-nin geri qaytarılmasının həyata keçirilməsi, həmçinin ödəniş formalarının fərqli olması və ya hər iki satış kassa çeki üzrə geri qaytarma əməliyyatlarının olması müəyyən edilmiş və nəticədə ümumilikdə 1234,83 manat ƏDV məbləğində satış çekinin dublikat olduğu dəqiqləşdirilmişdir. Nəticədə vergi ödəyicisinin xx.xx.2020xx.xx.2022-ci il dövrünü əhatə edən hesabat dövrü ərzində vergiyə cəlb edilən əməliyyatlar üzrə hesablanmalı dövriyyədən ƏDV-nin 584996,29 manat ((543063,99 - 1234,83)+ 43167,13) təşkil etdiyi müəyyən edilmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1360/2023 nömrəli, 06 sentyabr 2023-cü il tarixli qərarı (hakim: H.Ağalarov) ilə iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli, **********909500 nömrəli, xx.xx.2022-ci il tarixli, **********025700 nömrəli qərarlara münasibətdə iddiaçı tərəfindən iddianın qaldırılması üçün qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ötürülmüş, məhkəmə tərəfindən isə qeyd edilən qərarların mübahisələndirlməsi əsassız olaraq mümkün hesab edilmişdir. Uçot-baza məlumatına əsasən vergi ödəyicisinin xx.xx.2015-ci il tarixdən vergi ödəyicisi kimi qeydiyyata alındığı, əsas fəaliyyətinin “ixtisaslaşdırılmış mağazalarda sair yeni malların pərakəndə satışı” olduğu müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli, **********840500 nömrəli qərara münasibətdə bildirirlər ki, vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə 2020-ci il üçün kassa metodu ilə təqdim edilmiş sonuncu dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsində vergiyə cəlb edilən gəlirlər 1661292,70 manat (o cümlədən 144080,2 manat topdan satışdan gəlir), gəlirdən çıxılan xərclər 1643434,34 manat ( o cümlədən sosial sığorta ayırmaları 633,0 manat, malın dəyəri 1582183,5 manat, icarə haqqı xərci 780,0 manat, rabitə xərcləri 16203,22 manat, bank xidməti üzrə xərclər 25480,26 manat, reklam xərcləri 1183,12 manat, biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər 16971,24 manat) göstərilməklə vergiyə cəlb edilən gəlir 17858,36 manat, Vergi Məcəlləsinin 102.1.24-cü maddəsinə əsasən azaldılmalı vergi məbləği 330,37 manat və ödənilməli gəlir vergisi 3241,30 manat bəyan edilmişdir. Təqdim edilmiş 2020-ci il gəlir vergisi bəyannaməsi üzrə aparılmış araşdırma ilə 2020-ci il üzrə pərakəndə satış dövriyyəsinin 1767146,89 manat, elektron qaimə-faktura əsasında topdansatış dövriyyəsinin 144080,2 manat olduğu müəyyən edilmişdir. İddiaçı tərəfindən 2020-ci ildə 122941,52 manat məbləğində satışın dublikat çeklər olduğu qeyd olunmuşdur. Bu halın araşdırılması məqsədilə vergi ödəyicisini yeni nəsil kassa aparatları ilə təmin edən və texniki xidmət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) edilmiş sorğuya əsasən Cəmiyyət tərəfindən tərəfindən xx.xx.2022-ci il tarixli məktubla məlumatlar təqdim edilmişdir. Məktubla fərdi sahibkarın adına qeydiyyatda olan “Verifone X990” markalı V1E0246616 nömrəli kassa aparatının TSM portalında yaranmış dublikat çek siyahısı üzrə aparılmış araşdırma ilə yalnız 2020-ci ilin iyul ayında 1889,00 manat və avqust ayında 4728,0 manat olmaqla, ümumilikdə 6617,00 manat məbləğində (ƏDV-siz 5607,63 manat) satış çekinin dublikat olduğu müəyyən edilmişdir. Belə ki, fərdi sahibkarın adına vergi orqanında qeydiyyatda nəzarət kassa aparatına mədaxil edilmiş məbləğlər üzrə təkrarlanan məbləğlərin müəyyən edilməsi məqsədilə məbləğin mədaxil olunduğu dövr,gün,saat,dəqiqə, habelə sıra ardıcıllığı, alınmış çeklər üzrə ƏDV məbləğlərinin geri alınması, çeklərin ləğv edilməsi, çeklər üzrə geriqaytarmalar fərdi qaydada araşdırılmış, vergi ödəyicisinin dublikat çeklər olması iddia etdiyi çeklərin ardıcıl sıra saylarının uyğun gəlməməsi, mədaxil edilmiş 2 sayda çekdən 1-nin ləğv edilməsi, 2-ci satış kassa çeki üzrə ƏDV-nin geri qaytarılmasının həyata keçirilməsi, həmçinin ödəniş formalarının fərqli olması və ya hər iki satış kassa çeki üzrə geri qaytarma əməliyyatlarının olması müəyyən edilmiş və nəticədə ümumilikdə 5607,63 manat (ƏDV-siz) satış çekinin dublikat olduğu dəqiqləşdirilmiş, vergi ödəyicisinin 2020-ci il üzrə pərakəndə satış dövriyyəsi 1761539,26 manat (1767146,89-5607,63), topdansatış dövriyyəsi 144080,2 manat olmaqla, ümumilikdə vergiyə cəlb edilən dövriyyəsinin (gəlirlərinin) 1905619,46 manat olduğu müəyyən edildi. Bununla yanaşı, təqdim edilmiş gəlir vergisi bəyannaməsinin xərclər hissəsində (12xx.xx-1226.15-ci sətirlər) rabitə xərcləri 16203,22 manat, reklam xərcləri 1183,12 manat və biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər 16971,24 manat olmaqla, ümumilikdə sənədlərlə təsdiqini tapmalı xərcin 34357,58 manat təşkil etməli olduğu halda, əldə edilmiş elektron qaimə-fakturalara əsasən sənədlərlə təsdiqini tapan xərcin 23690,16 manat müəyyən edildiyi və nəticədə 10667,42 manat məbləğində xərcin təsdiqini tapmadığı müəyyən edilmişdir. Eyni zamanda, bəyannamənin 1226.13-cü "xxxx" sətrində X18 Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışa əsasən 25480,26 manat bəyan edilsə də, aparılmış əməliyyatların açıqlaması inzibati araşdırmaya təqdim edilməmişdir. İnzibati araşdırma ilə fərdi sahibkarın banklarda olan hesablaşma hesablarından əldə edilmiş məlumatlara əsasən bank xidməti üzrə xərcin 5212,97 manat olduğu müəyyən edilmişdir. Beləliklə, vergi ödəyicisinin ümumi xərcinin 1.612.499,63 manat olduğu müəyyən edilmişdir. Yekun olaraq, kameral vergi yoxlaması nəticəsində vergiyə cəlb edilən gəlir 1905619,46 manat, gəlirdən çıxılan xərclər 1612499,63 manat, Vergi Məcəlləsinin 102.1.24-cü maddəsinə əsasən azaldılmalı vergi məbləği 330,37 manat və ödənilməli gəlir vergisi 58293,60 manat müəyyən edilmiş, xx.xx.2022-ci il tarixində **********840500 nömrəli qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. xx.xx.2022ci il tarixli, **********909500 nömrəli, xx.xx.2022-ci il tarixli, **********025700 nömrəli qərarlara dair bildirirlər ki, qarşılıqlı əlaqələrin təhlili nəticəsində xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 586713,0 manat olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş cəmi bəyannamələrə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 539016,0 manat olması təqdim edilmiş bəyannamələr üzrə ümumilikdə 47697,0 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən vergi orqanı tərəfindən vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********119500 nömrəli və xx.xx.2022-ci il tarixli **********193100 nömrəli məktublar göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci və 67-ci maddələrinə əsasən əlavə dəyər vergisi bəyannamələri üzrə 2022-ci ilin yanvar ayı üzrə 39155,54 manat, may ayı üçün 8044,81 manat vergi məbləği hesablanmış, xx.xx.2022-ci il tarixli **********550100 nömrəli və xx.xx.2022-ci il tarixli **********025700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. Aparılmış kameral vergi yoxlamasından sonra fərdi sahibkar tərəfindən xx.xx.2022-ci il tarixdə 2022-ci ilin yanvar ayı üçün göstəricisiz (boş) cari əlavə dəyər vergisi vergisi bəyannaməsi təqdim edilmiş, bəyannamədə yaranmış uyğunsuzluqlar aradan qaldırılmadığı üçün xx.xx.2022-ci il tarixli **********180200 nömrəli məktub göndərilmiş və kameral yoxlaması ilə Vergi Məcəlləsinin 37-ci və 67-ci maddələrinə əsasən 39155,54 manat vergi hesablanaraq xx.xx.2022-ci il tarixli **********909500 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar qəbul olunaraq vergi ödəyicisinin elektron poçt ünvanına göndərilmişdir. Eyni zamanda kameral vergi yoxlaması ilə yenidən araşdırma aparılaraq 2022-ci ilin mayı ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsində vergiyə cəlb edilən əlavə dəyər vergisi məbləği 6810,81 manat müəyyən edilmiş, nəticədə kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləği 1234,0 manat azaldılmaqla “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********025700 nömrəli Qərar qəbul olunmuşdur. Belə ki, uçot baza məlumatlarına əsasən fərdi sahibkarın adına vergi orqanında qeydiyyatdan keçmiş və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 26,9 kv.m. olan "Anbar” adlı təsərrüfat obyektində (obyektin kodu: **********-14001) quraşdırılmış “Verifone X990” markalı V1E0246616 nömrəli yeni nəsil kassa aparatından xx.xx.2020-xx.xx.2022-ci il dövrünü əhatə edən dövr üzrə hesabat məlumatlarına əsasən pərakəndə satış dövriyyəsi 3017022,16 manat (ƏDV-si 543063,99 manat) olmuşdur. Eyni zamanda xx.xx.2020-xx.xx.2022-ci illər ərzində təqdim edilmiş elektron qaimə-fakturalara əsasən 267815,95 manat (ƏDV-si 48206,86 manat) məbləğində təqdim edilmiş mallara görə fərdi sahibkarın banklarda olan hesablaşma hesablarına 239817,38 manat (ƏDV-si 43167,13 manat) vəsait ödənilmişdir. Nəticədə xx.xx.2020-xx.xx.2022-ci il hesabat dövrü üzrə vergiyə cəlb edilən dövriyyədən hesablanmalı ƏDV 586231,12 manat (543063,99+43167,13) təşkil etmişdir. İnzibati şikayətin ətraflı araşdırılması məqsədilə vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********480400 nömrəli “Araşdırmada iştirak etmək haqqında” məktub göndərilmiş, fərdi sahibkar və ya (səlahiyyətli nümayəndə (qanuni nümayəndə) və ya vəkil vasitəsilə təmsil olunacağı təqdirdə) səlahiyyətli nümayəndəsi xx.xx.2022-ci il tarixdə saat 16:00-da Dövlət Vergi Xidmətinin inzibati binasına dəvət olunmuş, lakin məktub xx.xx.2022-ci tarixdə oxunmasına baxmayaraq, inzibati araşdırmada iştirak təmin edilməmiş və səbəbləri barədə məlumat verilməmişdir. Fərdi sahibkar müraciətlərində fəaliyyətini dayandırdıqdan sonrakı dövrə kameral vergi yoxlaması ilə hesablama aparılmağının əsassız olduğunu, kameral vergi yoxlaması ilə hesablamalar aparılan dövrlər üzrə təqdim edilmiş dəqiqləşdirilmiş əlavə dəyər vergisi bəyannamələrində heç bir kənarlaşmaya yol verilmədən depozit hesabına daxil olmuş bütün ədv məbləğləri hesabatda bəyan edilərək dövlət büdcəsinə ödənildiyi qeyd edərək hesablanmış vergi məbləğlərinin azaldılmasını xahiş etmişdir. İnzibati araşdırma ilə fərdi sahibkar tərəfindən xx.xx.2021-ci il tarixli **********619600 nömrəli “Fiziki şəxsin fəaliyyətinin dayandırılması ərizəsi” ilə vergi orqanına müraciət olunaraq xx.xx.2021-ci il tarixdən etibarən 5 il müddətinə fəaliyyətin müvəqqəti dayandırılmasına baxmayaraq, xx.xx.2021-ci il tarixdə fərdi sahibkarın “X17” adlı təsərrüfat subyektindən “Samsung Galaxy S21” markalı telefon aparatını alması barədə təsdiqedici sənədlərlə birlikdə vergi orqanına vətandaş müraciəti daxil olmuş, müraciətində alınmış telefon aparatına görə nəzarət kassa aparatından çek tələb olunmasına baxmayaraq satıcı tərəfindən “sonra gələrsiz çeki təqdim edərik” bildirildiyi qeyd edilmişdir. Qeyd olunan hal vergi ödəyicisinin fəaliyyətini xx.xx.2021-ci il tarixdə dayandırmasını, fəaliyyət göstərmədiyini iddia etməsinə baxmayaraq vergi ödəyicisinin faktiki fəaliyyət göstərdiyi dövr üçün “Fiziki şəxsin fəaliyyətinin bərpası ərizəsi” ilə müraciət etmədiyi halda xx.xx.2021-ci il tarixdən sonrakı, yəni 2022-ci ilin yanvar ayı üçün də fəaliyyət göstərməsini şərtləndirir. Eyni zamanda fərdi sahibkar tərəfindən xx.xx.2022-ci il tarixdə idxal əməliyyatları aparılmış, həmin dövrdə, yəni xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət olunaraq fəaliyyəti bərpa edilmiş və xx.xx.2022-ci il tarixdə təkrar ərizə ilə müraciət olunaraq fəaliyyəti xx.xx.2027-ci ilədək dayandırılmışdır. Həmçinin vergi ödəyicisinin 2020-ci il üçün gəlir vergisi bəyannaməsi üzrə yaranmış uyğunsuzluqlarla bağlı daha öncəki müraciətlərində “Verifone X990” markalı V1E0246616 və V1E0208499 nömrəli yeni nəsil kassa aparatlarının proqram təminatının köhnə olması səbəbindən TSM portalında (X11) dublikat çeklər (yəni eyni məbləğin təkrarlanması) yarandığını, online kassa aparatı ilə satışın 2020-ci il üzrə 1517211,46 manat (ƏDV-273098,06 manat), 2021-ci ilin yanvar-iyul ayları üzrə 979732,86 manat (ƏDV-176351,91 manat) təşkil etdiyini qeyd etmişdir. Bu halın araşdırılması məqsədlə vergi ödəyicisini yeni nəsil kassa aparatları ilə təmin edən və texniki xidmət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) edilmiş sorğuya əsasən Cəmiyyət tərəfindən xx.xx.2022-ci il tarixli məktubla məlumatlar təqdim edilmişdir. Təqdim edilmiş məlumatlar (fərdi sahibkarın adına qeydiyyatda olan “Verifone X990” markalı V1E0246616 və V1E0208499 nömrəli kassa aparatlarının TSM portalında yaranmış dublikat çek siyahısı) üzrə Dövlət Vergi Xidmətinin aidiyyəti strukturu tərəfindən aparılmış araşdırma ilə (2020-ci ildə 122941,52 manat (ƏDV-22129,47, manat, 2021-ci ildə 101790,67 manat (ƏDV-si 18322,32) məbləğində satışın dublikat çeklər olduğu qeyd olunmuşdur) yalnız 2020-ci ilin iyul ayında 1600,00 manat (ƏDV-si 288,15 manat), avqust ayında 4006,78 (ƏDV-si 721,22 manat), 2021-ci ilin yanvar ayında 1186,44 manat (ƏDV-si 213,56 manat) və fevral ayında 66,10 manat (ƏDV-si 11,90 manat), olmaqla, ümumilikdə 6859,32 manat məbləğində (ƏDV-si 1234,83 manat) satış çekinin dublikat olduğu (yəni eyni məbləğin təkrarlandığı) müəyyən edilmişdir. Belə ki, fərdi sahibkarın adına vergi orqanında qeydiyyatda olan qeyd olunan nəzarət kassa aparatına mədaxil edilmiş məbləğlər üzrə təkrarlanan məbləğlərin müəyyən edilməsi məqsədilə məbləğin mədaxil olunduğu dövr,gün,saat,dəqiqə, habelə sıra ardıcıllığı, alınmış çeklər üzrə ƏDV məbləğlərinin geri alınması, çeklərin ləğv edilməsi, çeklər üzrə geriqaytarmalar fərdi qaydada araşdırılmış, vergi ödəyicisinin dublikat çeklər olması iddia etdiyi çeklərin ardıcıl sıra saylarının uyğun gəlməməsi, mədaxil edilmiş 2 sayda çekdən 1-nin ləğv edilməsi, 2-ci satış kassa çeki üzrə ƏDV-nin geri qaytarılmasının həyata keçirilməsi, həmçinin ödəniş formalarının fərqli olması və ya hər iki satış kassa çeki üzrə geri qaytarma əməliyyatlarının olması müəyyən edilmiş və nəticədə ümumilikdə 1234,83 manat ƏDV məbləğində satış çekinin dublikat olduğu dəqiqləşdirilmişdir. Nəticədə vergi ödəyicisinin xx.xx.2020xx.xx.2022-ci il dövrünü əhatə edən hesabat dövrü ərzində vergiyə cəlb edilən əməliyyatlar üzrə hesablanmalı dövriyyədən ƏDV-nin 584996,29 manat ((543063,99 - 1234,83)+ 43167,13) təşkil etdiyi müəyyən edildi. Daha sonra cavabdeh tərəfindən apellyasiya şikayətinə əlavə təqdim edilmişdir. Apellyasiya şikayətinə əlavədə qeyd edilmişdir ki, iddianın mümkünlüyü ilə bağlı məhkəmə qərarında bildirmişdir ki, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə, ərizə təmin edilərək, iddiaçı X8 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X12 üzrə Baş İdarəsinə qarşı “vöenin və qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə iddia verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmişdir. Görünür bu ifadə qərara səhvən köçürülmüşdür. Hər bir halda, hazırki iş üzrə mümkünlüyə münasibət bildirilməmiş, buraxılmış prosessual müddətin bərpası barədə də qərardad qəbul edilməmişdir. Bu səbəbdən, həmçinin xx.xx.2023-cü il tarixli, **********146000 saylı apellyasiya şikayətində göstərilmiş əsaslara görə xx.xx.2022-ci il tarixli, **********909500 nömrəli, xx.xx.2022-ci il tarixli, **********025700 nömrəli qərarların mübahisələndirilməsi hissəsində iddia mümkünsüz hesab edilməli idi. İşin mahiyyətinə gəldikdə isə məhkəmənin yeganə əsaslandırması ekspert rəyi olmuşdur. Belə ki, məhkəmə qərarında bildirmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06 iyul 2023-cü il tarixli 9/2426 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, "NBA Technologies İnternational” tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə göndərilmiş xx.xx.2021-ci il tarixli məktubda göstərilənlər və təqdim edilmiş iş materiallarında olan mühasibat sənədləri (gəlir və xərclərə dair sənədlər), hesabatları və məlumatlar nəzərə alındıqda İddiaçı tərəfindən 2020-ci il üzrə gəlir vergisinin, 2022-ci ilin yanvar ayı üzrə ƏDV- nin hesablanmasına imkan verən vergi tutma obyektlərinin azaldılmasına yol verilməməsi müəyyən olunur. Göründüyü kimi, məhkəmə cavabdehin təqdim etdiyi sübutlara ümumiyyətlə qiymət verməmişdir. Ekspert rəyinə dair bildirirlər ki, ekspert yalnız 2020-ci il üzrə vergi ödəyicisinin gəlirinə münasibət bildirmişdir. 2022-ci ilin yanvar və may ayı üzrə hesablanmış ƏDV-yə dair hər hansı rəy verilməmiş, araşdırma aparılmamış, lakin buna baxmayaraq rəyin nəticə hissəsində 2022-ci ilin yanvar ayı üzrə vergitutma obyektinin azaldılmadığı nəticəsinə gəlmişdir. Qeyd edirlər ki, vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə təqdim edilmiş 2020-ci il gəlir vergisi bəyannaməsi üzrə aparılmış araşdırma ilə yalnız 2020-ci ilin iyul ayında 1889,00 manat və avqust ayında 4728,0 manat olmaqla, ümumilikdə 6617,00 manat məbləğində (ƏDV-siz 5607,63 manat) satış çekinin dublikat olduğu (yəni eyni məbləğin təkrarlandığı) müəyyən edilmişdir. Yekun olaraq 2020-ci il üzrə pərakəndə satış dövriyyəsinin 1761539,26 manat (1767146,89- 5607,63), topdansatış dövriyyəsinin 144080,2 manat olmaqla, ümumilikdə vergiyə cəlb edilən dövriyyənin (gəlirlərin) 1905619,46 manat olduğu müəyyən edildi. Bundan əlavə, 2022-ci ilin may ayı üzrə ümumiyyətlə ekspert qarşısında sual qoyulmamış, 2022-ci ilin ƏDV may ayı üzrə xx.xx.2022-ci il tarixli, **********025700 nömrəli qərara dair nə ekspert rəyində, nə də məhkəmə qərarında münasibət bildirilmişdir. Qeyd edilən qərarın ləğv edilməsinin əsaslandırılmaması isə məhkəmə qərarının ləğvi üçün birbaşa əsasdır. 2020ci ilin gəlir vergisinə dair bildirirlər ki, təqdim edilmiş 2020-ci il gəlir vergisi bəyannaməsi üzrə aparılmış araşdırma ilə 2020-ci il üzrə pərakəndə satış dövriyyəsinin 1767146,89 manat, elektron qaimə-faktura əsasında topdansatış dövriyyəsinin 144080,2 manat olduğu müəyyən edilmişdir. Həm iddiaçı, həm məhkəmə, həm də ekspertin yeganə gətirdiyi dəlil "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin məktubudur. Həmin məktubla bağlı bildirirlər ki, “İnzibati icraat haqqında” qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Qeyd edilən "xxxx" MMC-nin məktubu ilə bağlı da vergi orqanı tərəfindən müvafiq araşdırma aparılaraq müəyyən edilmişdir ki, yalnız 2020-ci ilin iyul ayında 1889,00 manat və avqust ayında 4728,0 manat olmaqla, ümumilikdə 6617,00 manat məbləğində (ƏDV-siz 5607,63 manat) satış çekinin dublikatdır. Belə ki, fərdi sahibkarın adına vergi orqanında qeydiyyatda nəzarət kassa aparatına mədaxil edilmiş məbləğlər üzrə təkrarlanan məbləğlərin müəyyən edilməsi məqsədilə məbləğin mədaxil olunduğu dövr, gün, saat, dəqiqə, habelə sıra ardıcıllığı, alınmış çeklər üzrə ƏDV məbləğlərinin geri alınması, çeklərin ləğv edilməsi, çeklər üzrə geriqaytarmalar fərdi qaydada araşdırılmış, vergi ödəyicisinin dublikat çeklər olması iddia etdiyi çeklərin ardıcıl sıra saylarının uyğun gəlməməsi, mədaxil edilmiş 2 sayda çekdən 1nin ləğv edilməsi, 2-ci satış kassa çeki üzrə ƏDV-nin geri qaytarılmasının həyata keçirilməsi, həmçinin ödəniş formalarının fərqli olması və ya hər iki satış kassa çeki üzrə geri qaytarma əməliyyatlarının olması müəyyən edilmiş və nəticədə ümumilikdə 5607,63 manat (ƏDV-siz) satış çekinin dublikat olduğu dəqiqləşdirilmiş, vergi ödəyicisinin 2020-ci il üzrə pərakəndə satış dövriyyəsi 1761539,26 manat (1767146,89-5607,63), topdansatış dövriyyəsi 144080,2 manat olmaqla, ümumilikdə vergiyə cəlb edilən dövriyyəsinin (gəlirlərinin) 1905619,46 manat olduğu müəyyən edildi. Qeyd edirlər ki, dublikat çeklərin 2020-ci ilin iyul, avqust, oktyabr, noyabr, dekabr ayları üzrə olduğu iddia edilmişdir. Araşdırma nəticəsində isə həmin çeklərlə bağlı aşağıdakılar müəyyən edilmişdir: 2020-ci il iyul ayı üzrə çeklər:
1. 1100 manat məbləğində 2WgndQXLN5EJ və 34WLbPRYnaHh kodlu çeklər: 34WLbPRYnaHh kodlu çek üzrə xx.xx.2020-ci il tarixində ƏDV geri qaytarılıb;
2. 500 manat məbləğində 9PQeXgQF3YAY və 9cvL6TV73E7o kodlu çeklər: 9PQeXgQF3YAY kodlu çek üzrə ödəniş nağd formada, 9cvL6TV73E7o kodlu çek üzrə nağsız formada həyata keçirilib.
3. 899 manat məbləğində 7D3U6Zz4eUva və BkiNFwZZ3qGH kodlu çeklər: 7D3U6Zz4eUva kodlu çek üzrə ödəniş nağd, digər üzrə nağdsız olub. Həmçinin, BkiNFwZZ3qGH kodlu çek üzrə xx.xx.2020-ci il tarixində ƏDV geri qaytarılıb.
4. 1850 manat məbləğində EksXxufnfA5f və 65VWAZARxhzH kodlu çeklər: Kassa çeklərinin tarixi arasındakı fərq aralığı böyükdür. EksXxufnfA5f saylı çek xx.xx.2020 16:38, digər çekin vaxtı isə xx.xx.2020 17:11-dir.
5. 649 manat məbləğində 8UeKpMxX8zpf və AktfKBXPoSSZ kodlu çeklər: Hər iki satış kassa çeki üzrə ƏDV-nin geri qaytarılması həyata keçirildiyi üçün, həmçinin kassa çeklərinin tarixi arasındakı fərq aralığı böyük olduğu üçün dublikat hesab edilə bilməzmüvafiq olaraq kassa çeklərinin tarixi - xx.xx.2020 15:49, 22.07.20 16:37, ƏDV-nin geri qaytarılması tarixi, xx.xx.2020 17:07, xx.xx.2020 11:38.
6. 1750 manat məbləğində Fhw85cUZ1Ujx və 468UQjxZ7j26 kodlu çeklər: hər iki satış kassa çeki üzrə ƏDV-nin geri qaytarılması həyata keçirildiyi üçün, həmçinin kassa çeklərinin tarixi arasındakı fərq aralığı böyük olduğu üçün dublikat hesab edilə bilməz müvafiq olaraq kassa çekinin tarixi xx.xx.2020 16:37, 27.07.20 11:14, ƏDV qaytarma tarixi 23.08.20 11:38, 27.08.20 22:11 2020-ci ilin avqust ayı üzrə:
1. 509 manat məbləğində 9JH6GYWMbLyc, AYTR4VnZ8YkN, Bh5DwjgAkEcs saylı çeklər: qeyd olunan kassa çekləri üzrə 2-ci və 3-cü satış kassa çekləri ləğv edildiyindən qeyd olunan müvafiq əməliyyatların dublikat olmadığı ehtimal olunur.
2. 1699 manat məbləğində CvRtpoa9P7Sa və cMfwth4bqwqU kodlu çeklər: qeyd olunan kassa çekləri üzrə çek nömrə sıralanması pozulduğundan, 1-ci satış kassa çeki ləğv edildiyindən, 2-ci satış kassa çeki üzrə xx.xx.2020-ci il tarixdə ƏDV-nin geri qaytarılması həyata keçirildiyindən, həmçinin ödəniş formaları fərqli olduğundan qeyd olunan müvafiq əməliyyatlar dublikat hesab edilə bilməz;
3. 419 manat məbləğində 6jLLTikQq8pQ və 4mUGQ4AnqBrq saylı çeklər üzrə: hər iki satış kassa çeki üzrə xx.xx.2020-ci il tarixində ƏDV-nin geri qaytarılması həyata keçirildiyi üçün qeyd olunan müvafiq əməliyyatlar dublikat hesab edilə bilməz.
4. 2550 manat məbləğində 5shGypd8WW2f və CmRSxkxKeqeL saylı çeklər: Hər iki satış kassa çeki üzrə geri qaytarma əməliyyatı həyata keçirildiyi üçün qeyd olunan müvafiq əməliyyatlar dublikat hesab edilə bilməz.
5. 1699 manat məbləğində 2bNBtFvJD2Wa və CFsgui5dMv6d saylı çeklər üzrə xx.xx.2020-ci il tarixində ƏDV geri qaytarma əməliyyatı həyata keçirilib. Bu səbəbdən həmin çeklər dublikat hesab edilə bilməz. 2020-ci ilin oktyabr ayı üzrə:
1. 639 manat EVMvg9EfG38B və Ar5ngYbDcxBY kodlu çeklər: hər iki satış kassa çeki üzrə ƏDV-nin geri qaytarılması həyata keçirildiyi üçün qeyd olunan müvafiq əməliyyatlar dublikat hesab edilə bilməz.
2. 1649 manat 5U1HY4fZoWVJ və 2z8VWUAf1 rzm saylı çeklər: hər iki satış kassa çeki üzrə müvafiq olaraq xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə ƏDV-nin geri qaytarılması həyata keçirildiyi üçün qeyd olunan əməliyyatlar dublikat hesab edilə bilməz.
3. 1000 manat məbləğində 4fbnbmqpE4Sd və 8Soyaj3qVkL3 kodlu çeklər: hər iki satış kassa çeki üzrə ƏDV-nin geri qaytarılması həyata keçirilib;
4. 1699 manat məbləğində GDnJKf7CmNPJ və 7GP4CTf2fHEb kodlu çeklər: qeyd olunan kassa çekləri üzrə çek nömrə sıralanması pozulduğundan və hər iki satış kassa çeki ləğv edildiyindən qeyd olunan müvafiq əməliyyatlar dublikat hesab edilə bilməz;
5. 659 manat məbləğində 4Y9vjqw2GvQ5 və FjMp5bF55sdQ saylı, 1000 manat məbləğində EE1X1N6uebxW və G6kkuqoJ79iY saylı çeklər: kassa çeki üzrə ƏDV-nin geri qaytarılması həyata keçirilmişdir;
6. 1799 manat məbləğində CzwUMZ45SZ43, 45JeYqvEZGSz, Gef9Mi8gQ9m2 saylı çeklər: qeyd olunan kassa çekləri üzrə çek nömrə sıralanması pozulduğundan, 1-ci və 3cü satış kassa çekləri üzrə ƏDV-nin geri qaytarılması həyata keçirildiyindən, həmçinin 2-ci satış kassa çeki ləğv edildiyindən qeyd olunan müvafiq əməliyyatlar dublikat hesab edilə bilməz.
7. 1000 manat məbləğində pgScPY3foQ7t, 8Dh7jBnhqeeZ, TnaMZ6hgsk4C, 4r6LiSFyMB5e saylı, 1899 manat məbləğində GZ6oXYNnKgSM ASgmxTbQ2hhP çeklər: Hər iki satış kassa çeki üzrə ƏDV-nin geri qaytarılması həyata keçirildiyi üçün qeyd olunan müvafiq əməliyyatlar dublikat hesab edilə bilməz.
8. 1399 manat məbləğində 8Jc8qqnzQW7r və GW2nqQ8hFiQQ saylı çeklər: qeyd olunan kassa çekləri üzrə çek nömrə sıralanması pozulduğundan, 1-ci satış kassa çeki ləğv edildiyindən, həmçinin 2-ci satış kassa çeki üzrə ƏDV-nin geri qaytarılması həyata keçirildiyindən qeyd olunan əməliyyatlar dublikat hesab edilə bilməz
9. 1899 manat məbləğində GZöoXYNnKgSM və ASgmxTbQ2hhP kodlu çeklər: Hər iki satış kassa çeki üzrə ƏDV-nin geri qaytarılması həyata keçirdiyindən, həmçinin ödəniş formaları fərqli olduğundan qeyd olunan müvafiq əməliyyatlar dublikat hesab edilə bilməz 2020-ci ilin noyabr ayı: 1000 manat məbləğində 9r6RUaiCG2JN 6J3BE8aPTT14 saylı, 799 manat məbləğində AWoavXz9gqbe EhPq4VdRRdZr saylı, 499 manat məbləğində 8DBC6fMpzWaT və 7XPjQHY3VKdm saylı, 599 manat məbləğində DhNQc55FcrYX, G9qnjMjKMLDz, AvkKYS7KkocL (bunlarda həmçinin ödəniş formaları fərqlidir) saylı, 1599 manat məbləğində GYJ6HchCqK5M, GDLHppLVztS5 saylı, 1299 manat məbləğində 9EEVkpod6Rsu JCNqxUgYjNqT saylı, 599 manat məbləğində 3JcnfssDdyP4, BVbtUfSGM35e, BezWuUYZFtdc, 7xvS855qff6t, 5Ced3Zy3qKZa, 5FaYpSXt1o3w, DsHak2CZLzXN, ERAeJFkMiAY5 (qeyd edilən 2 çekin həmçinin sıra sayı pozulmuşdur) saylı, 1299 manat məbləğində 851E2i8qW6T DfX3zWqXCPrS saylı, 1649 manat məbləğində E8GxGzmoqTBG E7B84U4WmejT saylı, 1000 manat məbləğində qBGP7MALpNgx 9Gqgd2rPQrYc saylı, 1599 manat məbləğində 5dDMKXoZQdvQ 8w7LfYtECx6c saylı, 1550 manat məbləğində Hx8kkcXWYVMe GbZyECdcR8Kc (son 4 çekdə həmçinin ödəniş forması da fərqlidir) saylı çeklər üzrə ƏDV geri qaytarılma əməliyyatı həyata keçirilib. 2020-ci ilin dekabr ayı:
1. 1650 manat məbləğində 3QgsimuTdaFn və CyL7h1Wgig6 kodlu çeklər: qeyd olunan kassa çekləri üzrə çek nömrə sıralanması pozulduğundan, 1-ci satış kassa çeki ləğv edildiyindən, 2-ci satış kassa çeki üzrə ƏDV-nin geri qaytarılması həyata keçirildiyindən, həmçinin ödəniş formaları fərqli olduğundan qeyd olunan müvafiq əməliyyatlar dublikat hesab edilə bilməz;
2. 1499 manat məbləğində GzwXPmy4ABNT və AsnRdwvDVzlİi saylı çeklər: qeyd olunan kassa çekləri üzrə 1-ci satış kassa çeki geri qaytarılmış və 2-ci satış kassa çeki üzrə ƏDV-nin geri qaytarılması həyata keçirilmişdir;
3. 619 manat məbləğində 5uWA6K6i8FXG və öyXGAfUYUpvm saylı çeklər: qeyd olunan kassa çekləri üzrə çek nömrə sıralanması pozulduğundan, 1-ci satış kassa çeki ləğv edildiyindən, 2-ci satış kassa çeki üzrə ƏDV-nin geri qaytarılması həyata keçirildiyindən, həmçinin ödəniş formaları fəqli olduğundan qeyd olunan müvafiq əməliyyatlar dublikat hesab edilə bilməz;
4. 1649 manat məbləğində AZnbPabLDJVS və Eayll8BNSsnZS saylı çeklər: qeyd olunan kassa çekləri üzrə 1-ci satış kassa çeki geri qaytarıldığından, 2-ci satış kassa çeki üzrə ƏDV-nin geri qaytarılması həyata keçirildiyindən, həmçinin ödəniş formaları fəqli olduğundan qeyd olunan müvafiq əməliyyatlar dublikat hesab edilə bilməz;
5. 429 manat məbləğində J1HLMYEum4g8 və 4EeRoHirHn19 saylı çeklər, 1749 manat məbləğində E5hrhWn3Lg2Y və DVQeZk3HzjvL saylı çeklər, 1339 manat məbləğində 2fuioyCzeXm6 və 88qqV5FYoTy7 saylı çeklər, 1000 manat məbləğində 5JcHKuVNVrw3 və DwrMUSZfAskh saylı çeklər üzrə ƏDV geri qaytarılıb;
6. 499 manat məbləğində E9QpUnLzFMFA və 8U2iZBsX3gJV saylı çeklər: qeyd olunan kassa çekləri üzrə çek nömrə sıralanması pozulduğundan, 1-ci satış kassa çeki ləğv edildiyindən, 2-ci satış kassa çeki geri qaytarıldığından, həmçinin ödəniş formaları fəqli olduğundan qeyd olunan müvafiq əməliyyatlar dublikat hesab edilə bilməz;
7. 1649 manat məbləğində 7BdQxWw7hcNa və DjhjhCnn7HiY saylı çeklər: qeyd olunan kassa çekləri üzrə 1-ci satış kassa çeki ləğv edildiyindən və 2-ci satış kassa çeki üzrə ƏDV-nin geri qaytarılması həyata keçirildiyindən qeyd olunan müvafiq əməliyyatlar dublikat hesab edilə bilməz;
8. 1970 manat məbləğində 6oWztZGtcyLq və 67PAVxdATp2W saylı çeklər: qeyd olunan kassa çekləri üzrə çek nömrə sıralanması pozulduğundan, 1-ci satış kassa çeki ləğv edildiyindən, 2-ci satış kassa çeki üzrə ƏDV-nin geri qaytarılması həyata keçirildiyindən, həmçinin ödəniş formaları fəqli olduğundan qeyd olunan müvafiq əməliyyatlar dublikat hesab edilə bilməz;
9. 1000 manat məbləğində BİDdEAowaxGN və 3Vk9bRdef1ke saylı çeklər: qeyd olunan kassa çekləri üzrə çek nömrə sıralanması pozulduğundan, hər iki satış kassa çeki ləğv edildiyindən, həmçinin ödəniş formaları fəqli olduğundan qeyd olunan müvafiq əməliyyatlar dublikat hesab edilə bilməz;
10. 1349 manat məbləğində AutxpE3tWrpR və 9RJAJjPiBKSJ saylı çeklər: qeyd olunan kassa çekləri üzrə çek nömrə sıralanması pozulduğundan, hər iki satış kassa çeki ləğv edildiyindən, həmçinin ödəniş formaları fəqli olduğundan qeyd olunan müvafiq əməliyyatlar dublikat hesab edilə bilməz;
11. 619 manat məbləğində A7MYnK46ke2E və saylı A3rPAroiEE9y çeklər: qeyd olunan kassa çekləri üzrə 2-ci satış kassa çeki geri qaytarıldığından və 1-ci satış kassa çeki üzrə ƏDV-nin geri qaytarılması həyata keçirildiyindən qeyd olunan müvafiq əməliyyatların dublikat olmadığı ehtimal olunur.
12. 2199 manat məbləğində HuhztndHyqFp FWFaj8ioZxPC 31NiKMR71dkr saylı çeklər Qeyd olunan kassa çekləri üzrə çek nömrə sıralanması pozulduğundan, 1-ci və 2-ci satış kassa çeki ləğv edildiyindən qeyd olunan müvafiq əməliyyatların dublikat olmadığı ehtimal olunur. Yuxarıda qeyd edilənlər çeklərin dublikat olmadığını bir daha sübut edir. Yuxarıda istinad edilən hər bir çekin surəti əlavə edilir. Həmçinin qeyd edirlər ki, yuxarıda qeyd edilən geri qaytarılan və ləğv edilən çeklər dövriyyəyə daxil edilməmişdir. Belə ki, NKA əsasən vergi ödəyicisinin ƏDV ilə birlikdə 2020-ci il ərzindən 2183608,5 manat dövriyyəsi olmuş, 36123,11 manat (ƏDV-li) geri qaytarma əməliyyatı, 62252,06 manat (ƏDV-li) ləğv edilmiş əməliyyat mövcud olmuşdur. Beləliklə, 2020-ci il üzrə NKA əsasən iddiaçının ƏDVli dövriyyəsi 2085233,33 (2183608,5- 36123,11-62252,06) manat, ƏDV-siz 1767146,89 manat olmuşdur. Vergi orqanı tərəfindən qəbul edilmiş dublikat çekləri nəzərə alınaraq vergi ödəyicisinin 2020-ci il üzrə pərakəndə satış dövriyyəsi 1761539,26 manat (1767146,89-5607,63) olmuşdur. Vergi ödəyicisinin 2020-ci il üzrə xərclərinə gəldikdə isə, təqdim edilmiş gəlir vergisi bəyannaməsinin xərclər hissəsində (12xx.xx-1226.15-ci sətirlər) rabitə xərcləri 16203,22 manat, reklam xərcləri 1183,12 manat və biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər 16971,24 manat olmaqla, ümumilikdə sənədlərlə təsdiqini tapmalı xərcin 34357,58 manat təşkil etməli olduğu halda, əldə edilmiş elektron qaimə-fakturalara əsasən sənədlərlə təsdiqini tapan xərcin 23690,16 manat müəyyən edildiyi və nəticədə 10667,42 manat məbləğində xərcin təsdiqini tapmadığı müəyyən edilmişdir. Eyni zamanda, bəyannamənin 1226.13-cü "xxxx" sətrində X18 Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışa əsasən 25480,26 manat bəyan edilsə də, aparılmış əməliyyatların açıqlaması inzibati araşdırmaya təqdim edilməmişdir. İnzibati araşdırma ilə fərdi sahibkarın banklarda olan hesablaşma hesablarından əldə edilmiş məlumatlara əsasən bank xidməti üzrə xərcin 5212,97 manat olduğu müəyyən edilmişdir. Beləliklə, vergi ödəyicisinin ümumi xərcinin 1.612.499,63 manat olduğu müəyyən edilmişdir. Məhkəmə qərarından göründüyü kimi, bu hissədə də hər hansı araşdırma aparılmamış, vergi ödəyicisinin 2020-ci il üzrə xərcinin faktiki məbləğinə dair qərarda hər hansı bir qeyd, əsaslandırma mövcud deyildir. Daha sonra cavabdeh tərəfindən yenidən apellyasiya şikayətinə əlavə təqdim edilmişdir. Apellyasiya şikayətinə əlavədə qeyd edilmişdir ki, fərdi sahibkar İddiaçı 133046,96 manat məbləğində, yəni xeyli miqdarda vergilərin dövlət büdcəsinə ödəməkdən yayınması faktı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin ibtidai araşdırılması zamanı "xxxx" MMC tərəfindən məktub təqdim edilərək vergi ödəyicisi İddiaçı tərəfindən iddia edilən dublikat çeklərə və müəssisə tərəfindən təqdim edilmiş 10 avqust 2021-ci il tarixli məktuba münasibət bildirilmişdir. Belə ki, məktubda aşağıdakılar qeyd edilmişdir: “Şirkətimiz tərəfindən İddiaçı məxsus təsərrüfat obyektində quraşdırılan kassa aparatına dair təqdim olunmuş 10 avqust 2021-ci il tarixli məktubda servis şöbəsinin əməkdaşları tərəfindən aparılmış araşdırmaya əsasən ola biləcək potensial texniki nasazlıq halı barədə məlumat verilmişdir. Belə ki, aparılan araşdırma nəticəsində eyni məbləğin qısamüddətli saniyə və dəqiqələr ərzində təkrarlanması nəzərə alınaraq texniki nasazlıq səbəbi ilə çeklərin kassa aparatından dublikat verə biləcəyi ehtimal edilmişdir və Şirkətimizin müvafiq şöbəsi tərəfindən 10 avqust 2021-ci il tarixli məktubda verilən məlumat əslində ehtimal xarakteri daşımışdır. Nəzərinizə çatdırırıq ki, biz 10 avqust 2021-ci il tarixli məktubda qeyd olunan məlumatları bizim sistemdə görünən datalara əsasən təqdim etmişik, Dövlət Vergi Xidmətinin sistemində olan datalar isə tam fərqlidir. Kassada aparilan bütün əməliyyatlar birbaşa Dövlət Vergi Xidmətinə göndərilir və üçüncü tərəflə paylaşılmır. Şirkətimiz operator şirkət olaraq yalnız kassanin texniki vəziyyətini yoxlayır. Bu baxımından maliyyə ilə bağlı dəqiq məlumat vermək kimi funksiyamız yoxdur. Bizim sözügedən məsələ ilə bağlı mövqeyimiz qərar qəbul edilməsi üçün əsas deyil. Odur ki, sözügedən məktub bizim sistemdə görünən datalara, o cümlədən ehtimal olunan hallara əsasən tərtib edilmişdir və özündə təsdiq və ya inkar xarakterli dəqiq nəticə ehtiva etmir. ” Göründüyü kimi, "xxxx" MMC dublikat çeklərin mövcudluğu təsdiq etməmişdir. Vergi orqanı tərəfindən aparılmış araşdırma nəticəsində də dublikat hesab edilə biləcək və dublikat olmayan çeklər müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən "xxxx" MMC-nin 10 avqust 2021-ci il tarixli məktubunu qərarın əsası kimi qəbul etməsi qanunsuz olmuşdur. Həmçinin, "xxxx" MMC-nin baş direktoru X6 ifadəsində bildirmişdir ki, 10 avqust 2021-ci il tarixli məktubda əks edilənlər ehtimal xarakteri daşıyıb, yalnız 2019-cu il ərzində sistem yeni qurulan zaman bir neçə dəfə çox cüzi məbləğlərdə dublikat çeklər olub, lakin sonradan bu məsələ birdəfəlik öz həllini tapdı. Sonda qərarın ləğv edilərək, iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
Bakı Apellyasiya Məhkəməsinin 22 avqust 2024-cü il tarixli qərardadı ilə iş üzə "xxxx" MMC adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş, məhkəmənin 04 dekabr 2024-cü il tarixli qərardadı ilə "xxxx" MMC-nin hazırki iş üzrə üçüncü şəxs statusu ləğv edilmişdir. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə və apellyasiya şikayətinə əlavələrə uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin və ona əlavələrin dəlillərinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, iddiaçı tərəf məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Əsaslandırıcı hissə:
Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayətləri qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətlərin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayətlər birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir:
İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktların ləğv edilməsini xahiş edir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddiaçı subyektiv hüquqa malikdir, cavabdeh hazırki iddiaya cavab verməli orqandır. İddiaçı hazırki tələbində inzibati orqanın “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********840500 nömrəli, xx.xx.2022-ci il tarixli, **********909500 nömrəli, xx.xx.2022-ci il tarixli **********025700 nömrəli qərarlarını mübahisələndirir. İddia ərizəsi məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. Mübahisələndirilən xx.xx.2022-ci il tarixli, **********840500 nömrəli qərara münasibətdə qanunvericiliklə tələb olunan müddətə riayət edilməsi ilə bağlı mübahisə yoxdur. Lakin mübahisələndirilən digər qərarlar üzrə cavabdeh apellyasiya şikayətinin dəlillərində müddətin ötürülməsinə istinad edərək, həmin qərarların mübahisələndirilməsi hissəsində iddianın mümkünsüz hesab edilməli olmasını qeyd etmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, iş materiallarından xx.xx.2022-ci il tarixli, **********909500 nömrəli, xx.xx.2022-ci il tarixli **********025700 nömrəli qərarların iddiaçıya qanunla müəyyən edilmiş qaydada təqdim edildiyi müəyyən olunmur. Belə ki, AR Vergi Məcəlləsinin: -13.2.72-ci maddəsinə əsasən elektron kabinet – vergi ödəyicisi kimi uçota alınma zamanı təqdim edilən ərizəyə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılan, gücləndirilmiş elektron imza və (və ya) vergi orqanı tərəfindən verilən kod-parol ilə daxil olmağa imkan verən, vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsini təmin edən fərdi elektron səhifədir. -70.1-ci maddəsinə əsasən vergi orqanının vergi ödəyicisinə və ya vergi ödəyicisinin vergi orqanına tələbi yazılı şəkildə və ya elektron formada tərtib edilməmişdirsə və bir tərəf onu digər tərəfə verməmişdirsə, belə tələblərin heç biri vergi orqanı və ya vergi ödəyicisi üçün hüquqi qüvvəyə malik deyildir. -70.2-ci maddəsinə əsasən vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. -70.2-1-ci maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: 70.2-1.1. vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə – şəxsən verildiyi gün; 70.2-1.2. poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə – poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. -70.2-2-ci maddəsinə əsasən sənədlər (onların surətləri) bu Məcəllənin 70.2-1.1-ci maddəsinə əsasən şəxsən verildikdə, vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Sadalanan normalardan aydın olduğu kimi sənədlərin vergi ödəyicisinə təqdim edilməsi üçün 3 üsul müəyyən edilmişdir: 1) şəxsən, 2) poçt rabitəsi vasitəsilə 3) elektron qaydada. “Elektron imza və elektron sənəd haqqında” AR Qanununun: -1.1.5-ci maddəsinə əsasən gücləndirilmiş elektron imza (bundan sonra gücləndirilmiş imza) - imza sahibinin nəzarəti altında olan elektron imza vasitələri ilə yaradılan və yalnız imza sahibinə məxsus olmaqla onu identikləşdirən, əlaqəli olduğu məlumat bildirişinin bütövlüyünü, dəyişməzliyini, təhrif olunmadığını və saxtalaşdırılmadığını müəyyən etməyə imkan verən elektron imzadır. -6.1-ci maddəsinə əsasən dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının informasiya sistemlərində elektron sənəd mübadiləsi üçün ancaq gücləndirilmiş imzadan və sertifikatlaşdırılmış imza vasitələrindən istifadə edilir. -6.4-ci maddəsinə əsasən dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları tərəfindən elektron imzadan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları tərəfindən elektron imzadan istifadə Qaydası”nın 3.3-cü bəndinə əsasən qanunvericiliklə sənədin möhürlə təsdiqlənməsi tələb edildikdə, təkmil sertifikatda imza sahibinin səlahiyyətlərinə dair məlumatlarda qeyd olunmuş gücləndirilmiş imzadan istifadə edilir. Bu imza şəxsin kağız daşıyıcı üzərindəki və möhürlə təsdiq edilmiş əl imzasına bərabər tutulur. Sadalanan normalardan aydın olur ki, dövlət hakimiyyət orqanlarında, o cümlədən vergi orqanlarında elektron üsulla göndərilən sənədlər (xüsusilə möhürlə təsdiq edilməli olanlar) gücləndirilmiş imzadan və sertifikatlaşdırılmış imza vasitələrindən istifadə edilməklə imzalanmalıdır. Lakin iş materiallarından görünür ki, cavabdeh vergi orqanı mübahisələndirilən xx.xx.2022-ci il tarixli, **********909500 nömrəli, xx.xx.2022-ci il tarixli **********025700 nömrəli qərarların qanunla müəyyən edilmiş qaydada elektron imza vasitəsilə imzalamamışdır. Eyni zamanda, həmin qərar şəxsən və ya poçt rabitəsi vasitəsilə də iddiaçıya təqdim edilməmişdir. Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, oxşar iş üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-30/2021 saylı, xx.xx.2021-ci il tarixli və 15(102)-108/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarlarında da mövqe bu cür əsaslandırılmışdır. Həmin məhkəmə qərarlarının məzmunundan da aydın olduğu kimi inzibati orqan tərəfindən iddiaçıya göndərilmiş sənəd elektron sənədlərin hazırlanmasına dair ümumi tələblər cavab verməlidir. Belə ki, elektron sənədin həqiqiliyi təsdiqlənməli, elektron sənəd “Unicode” standartını, “UTF-8” formatını dəstəkləməli, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsi ilə müəyyən edilmiş quruluşda olmalı, elektron sənəd müvafiq vəzifəli şəxsin elektron və ya gücləndirilmiş elektron imzasının əlavə edilməsi yolu ilə həyata keçirilməlidir. Beləliklə, mübahisələndirilən xx.xx.2022-ci il tarixli, **********909500 nömrəli, xx.xx.2022-ci il tarixli **********025700 nömrəli qərarların iddiaçıya rəsmi şəkildə təqdim edilmədiyindən iddiaçı tərəfindən iddia müddəti ötürülməmiş hesab edilməlidir. Kollegiya hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də əsaslı olmuşdur.
Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir :
Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. -16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir. - Məcəlləyə əsasən vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək. 23.1.2 vergi orqanı vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb edə bilər. 23.1.5. Qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək vergi orqanlarının hüququdur. -37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. -37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. -37.2-1-ci maddəsinə əsasən kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. -37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. -37.4-cü maddəsinə əsasən kameral yoxlama zamanı vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. -62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. -94.0 maddəsinə əsasən verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür.
Cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edən Məhkəmə kollegiyası həmin dəlillərə münasibətdə aşağıdakıları qeyd edir:
Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddiaçı tərəfindən cavabdeh inzibati orqanın 3 qərarı mübahisələndirilir: - xx.xx.2022-ci il tarixli, **********840500 nömrəli qərarı; - xx.xx.2022-ci il tarixli, **********909500 nömrəli qərarı; - xx.xx.2022-ci il tarixli **********025700 qərarı. İşin faktiki hallarından görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********840500 nömrəli qərarı ilə 2020-ci il üzrə 29255,18 manat əlavə gəlir vergisi hesablanmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********909500 nömrəli qərarı ilə 2022-ci ilin yanvar ayı üzrə 39.155,54 manat ƏDV hesablanmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********025700 qərarı ilə 2022 may ayı üzrə 6.810,81 manat ƏDV hesablanmışdır. Məhkəmə kollegiyası qeyd edilən ardıcıllıqla mübahisələndirilən qərarlara dair məhkəmə aktı üzrə verilmiş apellyasiya şikayətinin dəlillərinə münasibət bildirir.
1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********840500 nömrəli qərarın qəbul edilməsinə əsas cavabdeh tərəfindən iddiaçının 2020-ci il üzrə pərakəndə satış dövriyyəsinin 1.761.539,26 (1.767.146,89-5.607,63) manat, elektron qaimə-faktura əsasında topdansatış dövriyyəsinin 144.080,2 manat olmaqla, ümumilikdə vergiyə cəlb edilən dövriyyəsinin (gəlirlərinin) 1.905.619,46 manat, xərcin 1.612.499,63 manat müəyyən edilməsi olmuşdur. Lakin iddiaçı tərəfindən 2020-ci ildə 122.941,52 manat məbləğində satışın dublikat çeklər olduğu irəli sürülmüşdür. Vergi ödəyicisini yeni nəsil kassa aparatları ilə təmin edən və texniki xidmət göstərən "xxxx" MMC-nin məktubundan müəyyən olunur ki, 2020-ci ilin iyul ayından 2021-ci ilin fevral ayınadək, 2021-ci ilin fevral ayından 2021-ci ilin iyul ayınadək TSM portalında dublikat çeklər yaranmışdır. Vergi orqanı qeyd edilən məlumatları qismən təsdiq edərək, dublikat çeklərin mövcudluğunu nəzərə almış və əlavə hesabladığı vergi məbləğini azaltmışdır. Apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edən kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsində icraat zamanı iş üzrə məhkəmə mühasibalıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06 iyul 2023-cü il tarixli 9/2426 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, "xxxx" tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə göndərilmiş xx.xx.2021-ci il tarixli məktubda göstərilənlər və təqdim edilmiş iş materiallarında olan mühasibat sənədləri (gəlir və xərclərə dair sənədlər), hesabatları və məlumatlar nəzərə alındıqda İddiaçı tərəfindən 2020-ci il üzrə gəlir vergisinin, 2022-ci ilin yanvar ayı üzrə ƏDV-nin hesablanmasına imkan verən vergi tutma obyektlərinin azaldılmasına yol verilməməsi müəyyən olunur. Həmçinin qeyd edilir ki, xx.xx.2023-cü il tarixli ekspert vəsatəti (yəni 2020-ci il və 2021-ci ilin yanvar-iyul ayları üzrə vergi ödəyicisinin adına qeydiyyatda olan kassa aparatlarına dair yaranmış dublikat satış çekləri barədə arayış (ayları, məbləğləri, günləri və s.) və digər sənədlər) tam təmin edilmədiyi üçün ekspert qarşısında qoyulan 3-cü sual üzrə tədqiqat aparmaq mümkün olmadı. Lakin qeyd edilir ki, yuxarıda da göstərildiyi kimi, “NBA Technologies” tərəfindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə göndərilmiş xx.xx.2021-ci il tarixli məktubda xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrlər üzrə aparılmış əməliyyatlara dair aylıq hesabatlar göstərilmişdir. İş materiallaında olan "xxxx" tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə göndərilmiş xx.xx.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, xx.xx.2020-ci il tarixində F/Ş İddiaçı ilə "xxxx" MMC arasında NBA-ÜLKƏR- 001 xidmət müqaviləsi bağlanılmış və həmin xidmət müqaviləsinə əsasən şirkət tərəfindən F/ş İddiaçı aid obyektə Azərbaycan Respublikası Vergilər Nazirliyinin tələb etdiyi yeni nəsil smart kassa aparatı ilə sifarişə əsasən təmin edilməsini öz öhdəliyinə götürmüşlər. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidmətindən daxil olan məlumata əsasən F/Ş İddiaçı məxsus **********-14001 obyektində 2020-ci il iyul ayından 2021-ci il fevral ayına kimi V1E0246616 seriyalı NKA-dan, daha sonra **********-14002 obyektində 2021-ci il fevral ayından 2021-ci il iyul V1E0208499 seriyalı NKA-dan göndərilən hesabat düzgün olmayıb. Araşdırmalar zamanı müəyyən edilmişdir ki, Register proqramının versiyası köhnə olduğuna görə xəta olaraq TSM portalında dublikat çeklər yaranıb. NKA-lardan çıxarılan hesabatlarla TSM portalında olan hesabat bu səbəbdən fərqlənib. Aşağıda qeyd olunan tarix aralığında aylıq hesabatlar göstərilib. “NBA Technologies İnternational" MMC olaraq məlumatın doğruluğunu təsdiq edir, qeyd olunanların nəzərə alınmasını xahiş edir.
NKA-zavod nömrəsi Tarix Məbləğ V1E0246616 2020 iyul 286494.12 AZN V1E0246616 2020 avqust 278027.01 AZN V1E0246616 2020 sentyabr 269916.57 AZN V1E0246616 2020 oktyabr 226545.83 AZN V1E0246616 2020 noyabr 507762.21 AZN V1E0246616 2020 dekabr 221563.79 AZN V1E0246616 2021 yanvar 202971.59 AZN V1E0246616 2021 fevral 218273.37 AZN V1E0208499 2021 mart 230011.35 AZN V1E0208499 2021 aprel 174181.50 AZN V1E0208499 2021 may 148606.97 AZN V1E0208499 2021 iyun 182040.00 AZN Yekun: 2946394.31 AZN
Apellyasiya instansiya məhkəməsində icraat zamanı 2020-ci ilin iyul, avqust, sentyabr, oktyabr, noyabr və dekabr ayları ilə üzrə iddiaçı tərəfindən cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş X13 Bəyannamələri, həmçinin iddiaçı tərəfindən qeyd olunan aylar üzrə hesabat kassa çekləri və 6 ayın (iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr) Z Hesabat kassa çeki məhkəməyə təqdim edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, 2020-ci il ilin iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr və mart ayları ilə üzrə iddiaçı tərəfindən cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş X13 Bəyannamələrində, iddiaçı tərəfindən qeyd olunan aylar üzrə hesabat kassa çekləri və Z Hesabat kassa çekində və yuxarıda qeyd olunan "xxxx" tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə göndərilmiş xx.xx.2021ci il tarixli məktubda həmin aylar üzrə məbləğlər eynilik təşkil edir. Belə ki, 2020-ci ilin iyul ayı üzrə: X13 Bəyannaməsinin 301-2-ci bəndinə əsasən Pərakəndə ticarət üzrə ƏDV-yə 18 faiz dərəcə ilə cəlb edilən əməliyyatlar üzrə daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan) 242,791.62 AZN təşkil etmişdir. Həmin dövr üzrə bəyan edilmiş əlavə dəyər vergisi 43984,55 manat olmuşdur. Bu məbləğ həmin ay üzrə həm pərakəndə, həm də topdan satış üzrə daxil olmuş məbləğlərə münasibətdə bəyan edilmiş, lakin hazırda mübahisəli hissə məhz pərakəndə satışla bağlı olmuşdur. "xxxx" MMC-nin məktubuna əsasən həmin ay üzrə ümumi məbləğ 286494.12 AZN təşkil etmişdir. Sonuncu məbləğdən iddiaçı tərəfindən təqdim edilən aylıq kassa çekinə əsasən cəmi verginin məbləği, yəni 43,702.36 AZN çıxdıqda cuzi fərqlə bəyannamənin 301-2-ci bəndində qeyd olunan Pərakəndə ticarət üzrə ƏDV-yə 18 faiz dərəcə ilə cəlb edilən əməliyyatlar üzrə daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan), yəni 242,791.76 AZN əldə edilmişdir. 2020-ci ilin avqust ayı üzrə: X13 Bəyannaməsinin 301-2-ci bəndinə əsasən Pərakəndə ticarət üzrə ƏDV-yə 18 faiz dərəcə ilə cəlb edilən əməliyyatlar üzrə daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan) 235,616.11 AZN təşkil etmişdir. Həmin dövr üzrə bəyan edilmiş əlavə dəyər vergisi 42,410.90 manat olmuşdur. Bu məbləğ həmin ay üzrə həm pərakəndə, həm də topdan satış üzrə daxil olmuş məbləğlərə münasibətdə bəyan edilmiş, lakin hazırda mübahisəli hissə məhz pərakəndə satışla bağlı olmuşdur. "xxxx" MMC-nin məktubuna əsasən həmin ay üzrə ümumi məbləğ 278027.01 AZN təşkil etmişdir. Sonuncu məbləğdən iddiaçı tərəfindən təqdim edilən aylıq kassa çekinə əsasən cəmi verginin məbləği, yəni 42,410.87 AZN çıxdıqda cuzi fərqlə bəyannamənin 301-2-ci bəndində qeyd olunan Pərakəndə ticarət üzrə ƏDV-yə 18 faiz dərəcə ilə cəlb edilən əməliyyatlar üzrə daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan), yəni 235,616.14 AZN əldə edilmişdir. 2020-ci ilin sentyabr ayı üzrə: X13 Bəyannaməsinin 301-2-ci bəndinə əsasən Pərakəndə ticarət üzrə ƏDV-yə 18 faiz dərəcə ilə cəlb edilən əməliyyatlar üzrə daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan) 228,742.85 AZN təşkil etmişdir. Həmin dövr üzrə bəyan edilmiş əlavə dəyər vergisi 43,415.48 manat olmuşdur. Bu məbləğ həmin ay üzrə həm pərakəndə, həm də topdan satış üzrə daxil olmuş məbləğlərə münasibətdə bəyan edilmiş, lakin hazırda mübahisəli hissə məhz pərakəndə satışla bağlı olmuşdur. "xxxx" MMC-nin məktubuna əsasən həmin ay üzrə ümumi məbləğ 269,916.57 AZN təşkil etmişdir. Sonuncu məbləğdən iddiaçı tərəfindən təqdim edilən aylıq kassa çekinə əsasən cəmi verginin məbləği, yəni 41,173.88 AZN çıxdıqda cuzi fərqlə bəyannamənin 301-2-ci bəndində qeyd olunan Pərakəndə ticarət üzrə ƏDV-yə 18 faiz dərəcə ilə cəlb edilən əməliyyatlar üzrə daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan), yəni 228,742,69 AZN əldə edilmişdir. 2020-ci ilin oktyabr ayı üzrə: X13 Bəyannaməsinin 301-2-ci bəndinə əsasən Pərakəndə ticarət üzrə ƏDV-yə 18 faiz dərəcə ilə cəlb edilən əməliyyatlar üzrə daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan) 195,511.72 AZN təşkil etmişdir. Həmin dövr üzrə bəyan edilmiş əlavə dəyər vergisi 35,192.11 manat olmuşdur. Bu məbləğ həmin ay üzrə həm pərakəndə, həm də topdan satış üzrə daxil olmuş məbləğlərə münasibətdə bəyan edilmiş, lakin hazırda mübahisəli hissə məhz pərakəndə satışla bağlı olmuşdur. "xxxx" MMC-nin məktubuna əsasən həmin ay üzrə ümumi məbləğ 226,545.83 AZN təşkil etmişdir. Sonuncu məbləğdən iddiaçı tərəfindən təqdim edilən aylıq kassa çekinə əsasən cəmi verginin məbləği, yəni 34,557.96 AZN çıxdıqda bəyannamənin 301-2-ci bəndində qeyd olunan Pərakəndə ticarət üzrə ƏDVyə 18 faiz dərəcə ilə cəlb edilən əməliyyatlar üzrə daxil olmuş məbləğ (195,511.72 AZN) (ƏDV nəzərə alınmadan) deyil, 191,987.87 AZN əldə edilmişdir. İddiaçının nümayəndəsi və vəkili qeyd olunan fərqi onunla izah etmişdir ki, həmin bəyannamədə texniki yanlışlıq olmuş, belə ki, bəyannamənin 301-3-cü bəndində topdan ticarət üzrə ƏDV-yə 18 faiz dərəcə ilə cəlb edilən əməliyyatlar üzrə daxil olmuş məbləğ qeyd olunmamışdır, bununla bağlı tərəflərindən dəqiqləşdirilmiş bəyannamə dəqdim edilmişdir. Dəqiqləşdirilmiş əlavə dəyər vergisi bəyannaməsinin 301-2-ci bəndinə əsasən Pərakəndə ticarət üzrə ƏDV-yə 18 faiz dərəcə ilə cəlb edilən əməliyyatlar üzrə daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan) 191,987.99 AZN təşkil etmiş, "xxxx" MMC-nin məktubuna əsasən müəyyən edilmiş ümumi məbləğdən- 226,545.83 AZN-dən aylıq kassa çekinə əsasən cəmi verginin məbləği, yəni 34,557.96 AZN çıxdıqda cuzi fərqlə bəyannamənin 301-2-ci bəndində qeyd olunan Pərakəndə ticarət üzrə ƏDV-yə 18 faiz dərəcə ilə cəlb edilən əməliyyatlar üzrə daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan), yəni 191,987.87 AZN əldə edilmişdir. 2020-ci ilin noyabr ayı üzrə: X13 Bəyannaməsinin 301-2-ci bəndinə əsasən Pərakəndə ticarət üzrə ƏDV-yə 18 faiz dərəcə ilə cəlb edilən əməliyyatlar üzrə daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan) 430,306.95 AZN təşkil etmişdir. Həmin dövr üzrə bəyan edilmiş əlavə dəyər vergisi 78698,17 manat olmuşdur. Bu məbləğ həmin ay üzrə həm pərakəndə, həm də topdan satış üzrə daxil olmuş məbləğlərə münasibətdə bəyan edilmiş, lakin hazırda mübahisəli hissə məhz pərakəndə satışla bağlı olmuşdur. "xxxx" MMC-nin məktubuna əsasən həmin ay üzrə ümumi məbləğ 507,762.21 AZN təşkil etmişdir. Sonuncu məbləğdən iddiaçı tərəfindən təqdim edilən aylıq kassa çekinə əsasən cəmi verginin məbləği, yəni 77,455.28 AZN çıxdıqda cuzi fərqlə bəyannamənin 301-2-ci bəndində qeyd olunan Pərakəndə ticarət üzrə ƏDV-yə 18 faiz dərəcə ilə cəlb edilən əməliyyatlar üzrə daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan), yəni 430,306.93 AZN əldə edilmişdir. 2020-ci ilin dekabr ayı üzrə: X13 Bəyannaməsinin 301-2-ci bəndinə əsasən Pərakəndə ticarət üzrə ƏDV-yə 18 faiz dərəcə ilə cəlb edilən əməliyyatlar üzrə daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan) 187,765.92 AZN təşkil etmişdir. Həmin dövr üzrə bəyan edilmiş əlavə dəyər vergisi 47639,72 manat olmuşdur. Bu məbləğ həmin ay üzrə həm pərakəndə, həm də topdan satış üzrə daxil olmuş məbləğlərə münasibətdə bəyan edilmiş, lakin hazırda mübahisəli hissə məhz pərakəndə satışla bağlı olmuşdur. "xxxx" MMC-nin məktubuna əsasən həmin ay üzrə ümumi məbləğ 221,563.79 AZN təşkil etmişdir. Sonuncu məbləğdən iddiaçı tərəfindən təqdim edilən aylıq kassa çekinə əsasən cəmi verginin məbləği, yəni 33,797.79 AZN çıxdıqda cuzi fərqlə bəyannamənin 301-2-ci bəndində qeyd olunan Pərakəndə ticarət üzrə ƏDV-yə 18 faiz dərəcə ilə cəlb edilən əməliyyatlar üzrə daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan), yəni 187,766 AZN əldə edilmişdir. Həmçinin iddiaçının nümayəndəsi və vəkili tərəfindən təqdim edilmiş xx.xx.2020xx.xx.2020-ci il dövr aralığını əhatə edən 6 aylıq (iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr) Z Hesabat kassa çekindən də görünür ki, 6 ay üzrə ümumi məbləğ və cəmi vergi məbləği ilə hər bir ay üzrə ayrı-ayrılıqda müəyyən edilmiş məbləğlərin cəmi eynilik təşkil edir. Cavabdehin nümayəndəsi 2020-ci ilin mart ayına istinadən həmin ay üzrə də ƏDV bəyannaməsi ilə 2020-ci ilin illik gəlir vergisi bəyannaməsi arasındakı 7410 manat məbləğində uyğunsuzluq olduğunu bildirmişdir, məhkəmə kollegiyası bununla bağlı da qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərə əsasən müəyyən edilir ki, həmin ay üzrə məbləğlər 04 mart 2020 və 10 mart 2020-ci il tarixdə göndərilən elektron qaimə fakturalar əsasında yaranmış və bəyan edilmişdir. Həmin məbləğin 2020-ci ilin gəlir vergisi bəyannaməsində göstərilməməsinə səbəb isə onun 2020-ci ildə ödənilməməsi olmuşdur. Hansı ki, buna dair sübut olaraq da bank hesab çıxarışları təqdim edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 2021-ci ilin 03 dekabr tarixinədək qüvvədə olan 130.4-cü maddəsinin tələbinə əsasən vergi ödəyicisi vergi ili ərzində eyni metodu tətbiq etmək şərti ilə vergilərin uçotunu kassa metodu və ya hesablama metodu ilə apara bilər. 04 mart 2020 və 10 mart 2020-ci il tarixdə göndərilən elektron qaimə fakturalar üzrə iddiaçıya pul məbləği ödənilmədiyindən o kassa metodundan istifadə edərək, həmin məbləği gəlir kimi 2020-ci ilin bəyannaməsində göstərməmişdir. Apellyasiya instansiya məhkəməsində icraat zamanı iddiaçı ilə bağlanmış müqaviləyə əsasən iddiaçının müsahibatlıq işlərini həyata keçirən “AMV CONSULTİNG" MMC-nin mühasibi şahid qismində dindirilərkən izahatında bildirmişdir ki, iddiaçı tərəfindən 6 aylıq dövr ərzində vergi daxil olmadan ******* manat 46 qəpik pərakəndə və 144080 manat 90 qəpik topdan satış etmişdir. Həmin rəqəmləri də topladıqda ******* manat 70 qəpik məbləğ əldə edilir. Həmçinin kassa çeklərində qeyd edilən məbləğlərlə bəyannamədə göstərilən məbləğləri müqayisə etdikdə məbləğlərin eyni olduğu görünür. Həmçinin izahatında bildirmişdir ki, vergi ödəyicisi heç bir halda yeni nəsil kassa aparatının proqram təminatına müdaxilə edə bilməz. Əgər belə bir müdaxilə olarsa, hansı ki, ümumiyyətlə mümkünsüzdür, dərhal bu müdaxilə barədə məlumat ötürülər. Bakı Apellyasiya Məhkəməsinin 22 avqust 2024-cü il tarixli qərardadı ilə iş üzrə obyektiv araşdırma aparmaq məqsədilə vergi ödəyicisini yeni nəsil kassa aparatları ilə təmin edən və texniki xidmət göstərən "xxxx" MMC adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş, məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi qismində iştirak edən X4 izahatında bildirmişdir ki, iddiaçı tərəfindən dublikat çeklə bağlı şirkətlərinə müraciət edilmişdir, dublikat çekdə problemin yaranması əsasən kassa-nəzarət aparatında olan registr məlumatlarının yenilənməməsi ilə bağlı olur, lakin bu iş üzrə dublikat çekin yaranmasının səbəbinin registr məlumatlarının yenilənməməsi olduğu yaxud aparata müdaxilə edildiyi üçün yarandığını müəyyən etmək olmur. Sədrlik edənin sualına cavab olaraq üçüncü şəxsin nümayəndəsi registr məlumatlarının yenilənməsinin "xxxx" MMC tərəfindən həyata keçirildiyini bildirmişdir. Həmçinin üçüncü şəxsin nümayəndəsi qismində iştirak edən X7 da izahatında qeyd etmişdir ki, digər müəssisələrdən də bu formada problemlərin olması ilə bağlı müraciətlər daxil olmuş, lakin həmin müəssisələrdə çeklər arasında olan fərq 5-10 saniyə olmuşdur, daha uzun müddət olmamışdır, əgər çekin dublikatı varsa, bu zaman satış formalarında və məbləğlər arasında fərq olmamalıdır, belə ki, əgər 105 manatlıq nağd satış üzrə çek varsa, həmin çekin dublikatı da nağd satış üzrə 105 manat olmalıdır. Kənar müdaxilə dedikdə müştəri tərəfindən aparata satış məbləğinin qeyd edilməsi və bununla bağlı çekin çıxarılmasıdır. Əgər kassa aparatının registrində problem varsa və dublikat çeklər çıxırsa, bu zaman bu aylıq hesabata da təsir edə bilər. Əgər şəbəkədə problem olarsa vergi orqanında hesabat məlumatları tam düzgün formada bir həftə gec görünə bilər, lakin onların sistemində görünür, buna görə vergi orqanı ilə onların sistemində görünən hesabatlar fərqli ola bilər, lakin maksimum bir həftə sonra vergi orqanının sistemində görünən məlumatlar onların sistemində görünən məlumatlarla eyni olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, kassa aparatına iddiaçı tərəfindən müdaxilənin mümkünlüyü ilə bağlı istər vergi ödəyicisini yeni nəsil kassa aparatları ilə təmin edən və texniki xidmət göstərən "xxxx" MMC tərəfindən, istərsə də cavabdeh vergi orqanı tərəfindən hər hansı sübut təqdim edilə bilməmişdir. İş materiallarından da görünür ki, xx.xx.2021-ci il tarixli təhvil təslim aktı ilə qüsurlu smart kassa yeni smart kassa ilə əvəzlənərək tam işlək vəziyyətdə iddiaçıya təhvil verilmişdir. Qeyd edilən hallardan aydın olur ki, iddiaçıya təqdim edilmiş smart kassa aparatında yaranmış problemlə bağlı olaraq vergi orqanının sistemində görünən məlumatlar fərqli olmuş, inzibati şikayətlər üzrə araşdırma zamanı da inzibati orqan qeyd edilən uyğunsuzluğu qismən qəbul etmişdir.
2. Mübahisələndirilən digər vergi qərarı xx.xx.2022-ci il tarixli, **********909500 nömrəli qərar üzrə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Həmin qərarla 2022-ci ilin yanvar ayı üzrə 39.155,54 manat ƏDV hesablanmışdır. Qeyd edilən qərarın əsaslandırılması bu cür olmuşdur: “Bu dövr üzrə təqdim edilmiş sonuncu bəyannaməyə kameral vergi yoxlaması nəticəsində əlavə vergi məbləği hesablanmışdır. Yenidən araşdırma nəticəsində hesablanmış əlavə vergi məbləği bərpa edilir”. İnzibati iş materiallarında olan sənədlərdən, cavabdehin gətirdiyi dəlillərdən aydın olur ki, iddiaçı barəsində qeyd edilən dövr üzrə hesablanmanın aparılmasına əsas fərdi sahibkar tərəfindən xx.xx.2021-ci il tarixli **********619600 nömrəli “Fiziki şəxsin fəaliyyətinin dayandırılması ərizəsi” ilə vergi orqanına müraciət olunaraq xx.xx.2021 -ci il tarixdən etibarən 5 il müddətinə fəaliyyətin müvəqqəti dayandırılmasına baxmayaraq, xx.xx.2021-ci il tarixdə fərdi sahibkarın “X17” adlı təsərrüfat subyektindən “Samsung Galaxy S21” markalı telefon aparatını alması barədə təsdiqedici sənədlərlə birlikdə vergi orqanına vətəndaş müraciətinin daxil olması və müraciətdə alınmış telefon aparatına görə nəzarət kassa aparatından çek tələb olunmasına baxmayaraq satıcı tərəfindən “sonra gələrsiz çeki təqdim edərik" bildirildiyi qeyd etməsi olmuşdur. Qeyd edilən dəlilə münasibətdə məhkəmə kollegiyası diqqətə çatdırır ki, vergi orqanına qeyd edilən vətəndaş müraciəti daxil olmuşdursa, qanunvericiliyin tələblərinə əsasən vergi orqanı dərhal operativ vergi nəzarəti həyata keçirməli və nəzarətin nəticələrini aktla rəsmiləşdirməli idi. Belə ki, Vergi Məcəlləsinin 24.0.5-1-ci maddəsnin tələbinə əsasən vergi ödəyicilərinin vergidən yayınması və vergi qanunvericiliyinin pozulması faktları barədə şəxslərdən müraciət daxil olduqda, müraciətdə qeyd edilən faktları həmin vergi ödəyicilərində keçiriləcək növbəti operativ vergi nəzarəti tədbiri və ya növbəti səyyar vergi yoxlaması zamanı araşdırmağı və vergi nəzarəti başa çatdıqdan sonra nəticələri barədə müraciət edən şəxslərə məlumat vermək vergi orqanlarının vəzifəsidir. Həmin Məcəllənin 50.1-ci maddəsinin tələbinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: .... 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; Həmin Məcəllənin 50.6-cı maddəsinin tələbinə əsasən Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Azərbaycan Respublikasının Vergilər Nazirinin xx.xx.2020-ci il **********044300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi” Qaydalarının 1.5-ci bəndinə əsasən Vergi Məcəlləsinin 50.2-ci maddəsinə əsasən aşağıda göstərilənlər operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsas hesab edilir: 1.5.2. vergi ödəyicisinin fəaliyyəti olduğu halda bəyannamə təqdim etməməsi, vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (subyektlərinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında və ya vergi öhdəliyinin yaranmaması barədə arayış təqdim edilməsi haqqında operativ nəzarət strukturlarının müəyyən etdikləri məlumatlar və ya vergi orqanının digər strukturlarından daxil olmuş belə məlumatlar; - vergidən yayınma, həmçinin operativ vergi nəzarəti məsələləri üzrə qanun pozuntusu hallarına yol verilməsi barədə digər dövlət orqanlarından, vergi ödəyicilərindən, vətəndaşlardan və ya 195 telefon xidməti vasitəsi ilə daxil olmuş müraciətlər Həmin Qadaların 2.2-ci bəndinə əsasən operativ vergi nəzarətinin və bu Qaydaların 1.13-cü bəndində nəzərdə tutulmuş tədbirlərin nəticələri bütün hallarda vergi orqanının vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi və bu Qaydalara əlavə edilmiş müvafiq akt, protokol və digər zəruri sənəd formaları ilə rəsmiləşdirilir.
Qanunvericiliyin imperativ göstərişlərinə baxmayaraq, vergi orqanı daxil olmuş müraciət üzrə heç bir yoxlama, inzibati icraat aparmadan iddiaçının fəaliyyətinin dayandırılması barədə ərizə ilə müraciət etməsinə baxmayaraq, faktiki fəaliyyət göstərdiyi qənaətinə gəlmişdir. Bununla da prosessual pozuntuya yol verərək vergi ödəyicisi barədə fəaliyyətinin dayandırıldığı dövrə dair hesablama aparılmışdır.
3. Mübahisələndirilən xx.xx.2022-ci il tarixli, **********025700 nömrəli qərar üzrə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Həmin qərarla 2022-ci ilin may ayı üzrə 6.810,81 manat ƏDV hesablanmışdır. Qeyd edilən qərarın əsaslandırılması bu cür olmuşdur: “Vergi ödəyicisinin **********060800 nömrəli inzibati şikayətinə əsasən kameral vergi yoxlaması nəticəsində hesablanmış vergi məbləğinin qismən azalması təmin edilir”. İnzibati iş materiallarında olan sənədlərdən, cavabdehin gətirdiyi dəlillərdən aydın olur ki, iddiaçı barəsində qeyd edilən dövr üzrə hesablanmanın aparılmasına əsas fərdi sahibkar tərəfindən xx.xx.2022-ci il tarixdə idxal əməliyyatları aparılmış, həmin dövrdə, yəni xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət olunaraq fəaliyyəti bərpa edilmiş və xx.xx.2022-ci il tarixdə təkrar ərizə ilə müraciət olunaraq fəaliyyəti xx.xx.2027-ci ilədək dayandırılmışdır. İnzibati iş üzrə araşdırma zamanı iddiaçının gətirdiyi dəlillər ondan ibarət olmuşdur ki, iddiaçı hələ 2020, 2021-ci illərdə sifariş etdiyi və pulunu ödədiyi telefonları idxal etmiş, bu səbəblə fəaliyyətini bərpa etmiş, malları idxal etdikdən sonra iddiaçı yenidən fəaliyyətini dayandırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, bu hal iddiaçının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) müvafiq olaraq məsuliyyətə cəlb edilməməsi məqsədilə edilmişdir. Cavabdeh inzibati orqan isə mübahisələndirilən son iki qərara münasibətdə əlavə dəlil və sübutlar təqdim etməmiş, inzibati şikayət üzrə icraat zamanı gətirdikləri dəlillərlə mövqelərini sübut etməyə çalışmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 54.0.1-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması olduqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. Qeyd olunan normalardan göründüyü kimi əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Bu zaman konkret sübutlar, dəlillərə istinad olunmalı, başqa sözlə vergi orqanı ehtimallara, fərziyələrə əsasən vergi ödəyicisini məsuliyyətə cəlb edə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddiası ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş, mübahisələndirilən qərarlar qəbul olunarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, vergi orqanı tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022ci il tarixli, **********840500 nömrəli, xx.xx.2022-ci il tarixli, **********909500 nömrəli, xx.xx.2022-ci il tarixli **********025700 nömrəli qərarlar hüquq normalarının pozulması ilə qəbul edildiyindən, hazırkı inzibati işə apellyasiya qaydasında baxan Məhkəmə kollegiyası, hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Nəticəvi hissə:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1360/2023 nömrəli, 06 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Cahangir Yusifov