Məhkəmə qərarları › İş №2-1(103)-765/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-765/2024

24.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-765/2024 24.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “müharibə əlili kimi avtomobil ilə təmin olunması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X2 ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “müharibə əlili kimi avtomobil ilə təmin olunması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5002/2023 saylı 31 avqust 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 24 yanvar 2024-cü il tarixdəBakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “müharibə əlili kimi avtomobil ilə təmin olunması öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, dekabr 1992-ci ildən mart 1994-cü ilədək N saylı xüsusi təyinatlı hərbi hissədə müddətli həqiqi hərbi xidmət keçmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, hal-hazırda 2-ci dərəcə Qarabağ müharibəsi əlilidir. Yasamal Rayon İcra Hakimiyyətinin Sərəncamına əsasən xx.xx.2017-ci ildən mənzil növbəsindədir və müharibə əlilli kimi 2021-ci ilin avqust ayından respublika üzrə 4-cü sıradadır. Lakin cavabdehə dəfələrlə müraciət etməsinə baxmayaraq bu günə kimi nə mənzillə, nə də ki, avtomobillə təmin edilməmişdir. Ondan sonra növbədə olanların çoxu mənzil və 150 nəfərdən çox avtomobillə təmin edilmişdir. 2ci dərəcə Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlaqədar əlildir, ağır vərəm xəstəsidir, hesab edir ki, cavabdeh əsassız olaraq onu mənzillə və avtomobillə təmin etməkdən imtina etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5002/2023 saylı 31 avqust 2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı müharibə əlili kimi avtomobil ilə təmin olunması öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh inzibati orqan tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2019-cu il tarixli 912 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsi yaradılmış və “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə Agentliyin Nizamnaməsi təsdiq edilmişdir. Sosial Xidmətlər Agentliyi sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş forma və növlər üzrə sosial xidmət göstərilməsi, onların sosial müdafiəsi və rifahının yaxşılaşdırılması, habelə övladlığagötürmə iiə bağlı dövlət siyasətinin və tənzimləmənin həyata keçirilməsi sahəsində fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Sosial Xidmətlər Agentliyin Nizamnaməsinin 3.1.17-ci yarımbəndinə əsasən xüsusi avtonəqliyyat almaq üçün tibbi göstəriş əsasmda əlilliyi olan şəxslərin avtomobillə təmin edilməsi məqsədilə tədbirlər görmək Agentliyin vəzifələrindən biridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi oian şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydasfnm 3.1 -ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə, 1990-cı ilin 20 Yanvar hadisələri ilə, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə və Çemobil AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən minik avtomobili ilə təmin edilirlər. Bildiririk ki, vətəndaş İddiaçı 29 yanvar 2020-ci il tarixindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Qarabağ müharibəsi əlillərinin növbəlilik siyahısında uçota alınmış və İddiaçı avtomobillə təmin edilməsi nəzərdə tutulmuşdur. Məhkəmənin nəzərinə çatdırırıq ki, iddiaçı ilə aramızda heç bir mübahisə yoxdur və şəxsə avtomobil verilməsindən imtina olunmamışdır. Belə ki, inzibati orqan tərəfindən imtina olmamışdır. Birinci instansiya məhkəməsinin qərarında göstərildiyi kimi iddiaçıya avtomobil verilməsindən imtina edilmir, lakin hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansında avtomobil olmadığından iddiaçının avtomobil təminatını həyata keçirmək mümkün olmamışdır. Nazirliyin balansına avtomobillər veriləcəyi təqdirdə iddiaçı avtomobillə təmin ediləcəkdir. Məhkəmə tərəfindən qanunvericiliyin tələbləri nəzərə alınmamış və iddia tələbi əsassız olaraq təmin edilmişdir. Bu qəbildən olan iddia tələbləri mümkünsüz hesab edilməlidir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X4 ərizə təqdim edərək, iddiaçının iddia tələbinin təmin edildiyini, buna görə də tərəflər arasında mübahisənin qalmadığını, iddiaçının da iddiadan imtina etdiyini bildirmiş, bununla bağlı həm inzibati orqanın müvafiq ərizəsini və ona əlavə olunmuş sənədləri, həm də iddiaçının iddiadan imtina barədə ərizəsini təqdim edərək iş üzrə icrata xitam verilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq, hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırki işdən görünür ki, iddiaçı xx.xx.2016-cı il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbilə əlilliyi müəyyən edilmiş şəxsdir. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na istinad etməklə minik avtomobili ilə təmin olunması üçün cavabdehə müraciət etmiş, sonuncu iddiaçının avtomobil ilə təmin olunmasına növbəlilik qaydasında baxılacağını bildirərək, müraciəti təmin etməkdən imtina etmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi səbəbi ilə əlilliyi müəyyən edilmiş şəxs olduğundan minik avtomobili ilə növbəlilik qaydasında deyil, növbədənkənar qaydada təmin edilməli olmasına, bununla da cavabdehin imtinasının əsaslı olmadığı qənaətinə gəlmişdi. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi vəsatət təqdim edərək, iddiaçının xx.xx.2023-cü il tarixdə avtomobil ilə təmin edildiyini, buna görə də iddiaçının iddiadan imtina barədə ərizə verdiyini bildirmiş və bununla da tərəflər arasında mübahisə qalmadığı üçün iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Vəsatətə əlavə edilmiş “Avtomobillərin təhvil verilməsi barədə” 15 dekabr 2023-cü il tarixli akdan görünür ki, Ban nömrəsi NVACR1HHFRF390070, buraxılış ili 2023-cü il olan “Khazar LX” markalı avtomobil heç bir qüsür olmadan tam kompleksləşdirilmiş şəkildə Qarabağ müharibəsi əlili İddiaçı təhvil verilmiş, avtomobil sonuncu tərəfindən təhvil alınmışdır. Həmçinin cavabdehin nümayəndəsi təqdim etdiyi sənədlərdən görünür ki, İddiaçı məhkəməyə müraciət edrək iddiasından imtina etdiyini bildirmiş və bununla bağlı iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci madddəsinə əsasən Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. İddiaçının “iddiadan imtina barədə” ərizənə münasibətdə isə qeyd olunur ki, həmin ərizə də məhkəmə kollegiyası tərəfindən qəbul olunur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiadan imtina etməsi qanuna zidd deyil, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, iddiadan imtina qəbul edilməli, iddiaçının tələbi cavabdeh inzibati orqan tərəfindən təmin edildiyindən və bununla da tərəflər arasında mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55, 67, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “iddiadan imtina” barədə ərizəsi təmin edilsin. İş üzrə icraata xitam verilsin. Qərardaddan kassasiya şıkayəti verilə bilməz. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar