Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-766/2024 31.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X17 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, üçüncü şəxslər X4 və X2 iştirakı ilə, İddiaçı X3 cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər İddiaçı, X11 və X5) “qeydiyyata alınma” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7946/2023 nömrəli, 22 avqust 2023-cü il tarixli qərarından üçüncü şəxslər X11 və X5 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı X8 cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər İddiaçı, X11 və X5) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 ünvan 1 ünvanına pasport qeydiyyatına alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Tural Məlikov) 2-1(112)-7946/2023 nömrəli, 22 avqust 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçı X3 ünvan 1 ünvanına qeydiyyata alınması öhdəliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin üzərinə qoyulmuşdur. Həmin qərardan üçüncü şəxslər X11 və X5 apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə isin hallarını tam, hərtərəfli, obyektiv araşdırmamış və nəticədə qanunsuz qərar qəbul olunmuşdur. Aşağıda göstərilən təkzibedilməz faktlara əsasən məhkəmənin qərarı ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmalıdır. ünvan 3 ünvanında yerləşən yaşayış sahəsi anaları X10 şəxsi mülkiyyəti olmuşdur. Anaları 2019-cu il tarixdə vəfat etmişdir. X14 ölümündən əvvəl üçüncü şəxs X4 adına vəsiyyətnamə qoymuşdur. Onun ölümündən sonra onların miras əmlakda paylarının hansı hissədə olması müəyyən edilməmiş və bu günə qədər bu barədə mülkiyyət hüququ verən sənəd alınmamışdır. Bu səbədən hesab edirlər ki, miras əmlakda paylar tam müəyyən olunmadığı halda iddiaçının ərinin yanına qeydiyyata alınması heç bir qanunla mümkün deyildir. Məhkəmə öz qərarını Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa istinad edir və həmin çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin 1/4 hissəsi İddiaçı, 1/4 hissəsi hissəsi X4, 1/4 hissəsi X10, 1/4 hissəsi isə X2 adına qeydiyyatdan keçmişdir. Bundan başqa, məhkəmə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı ərazi idarəsi tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubuna istinad edir və bu cavab məktubundan görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin 1/4 hissəsi İddiaçı, 1/4 hissəsi X4, 1/4 hissəsi X10, 1/4 hissəsi isə X2 adına qeydiyyatda alınmaqla hazırda onların mülkiyyətindədir. Məhkəmənin istinad etdiyi bu halların sübutu kimi məhkəmə qərarında Bakı Apellyasiya Məhkəməsinin Mülkü Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-6006/2019 nömrəli qətnaməsinə istinad edilmişdir. Məhkəmə bu qənaətə gələrkən bir fakta düzgün hüquqi qiymət verməmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan qərarında ünvan 4 ünvanında fərdi yaşayış evinin, ataları İddiaçı ölümündən sonra həmin evdə atalarından qalmış miras əmlakın kütləsinin 1/4-i nəzərdə tutulmuşdur. Bu isə ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evin 1/8 hissəsi deməkdir. Ərizəçinin həyat yoldaşının adına ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin 1/4 hissəsinə İddiaçı adına mülkiyyət hüququ verən çıxarışın mövcud olmasından onların xəbəri olmamışdır və bu fakt tərəflərindən məhkəmədə mübahisələndiriləcəkdir. Məhkəmə qərarında haqlı olaraq göstərilir ki, şəxsin qeydiyyata alınması icazə xarakteri daşımayıb və qanunvericiliklə müəyyən edilmiş hallar istisna edilməklə heç bir hüquqi nəticə yaratmır. Qanunun məqsədi dövlətin öz vətəndaşının faktiki yaşayış sahəsinin müəyyən edilməsi, onların uçota alınması, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün şərait yaratmaqdır. Məhkəmə bir fakta düzgün hüquqi qiymət verməmişdir ki, göstərilən hərəkətləri ərizəçi qeydiyyatda olduğu ünvan 8ində qeydiyyatda olmaqla həyata keçirə bilər. Bunun üçün onların da mülkiyyət hüquqları olan mübahisəli yaşayış sahəsinə qeydiyyata düşmək vacib deyildir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxslər X11 və X5 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının ünvan 1 ünvanına qeydiyyata alınmasından qeydiyyata alınma üçün yaşayış sahəsinə köçməyə əsas verən sənədlərin təqdim edilməməsi əsası ilə imtina edilmiş və məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyetsrindən çıxarışın surətindən (elektron) görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/4 hissəsi İddiaçı (xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli), 1/4 hissəsi X4, 1/4 hissəsi X7, 1/4 hissəsi isə X2 adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan Sabunçu rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2004-cü ildə verilmiş AZ-İ seriyalı 095391 №-li Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X6 xx.xx.2004-cü ildə nikahlarını bağlamışlar, nikah bağlandıqdan sonra ərə Cabarov, arvada Cabarova soyadı verilmişdir. İş materiallarında olan Sabunçu RPİ tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Xızı RPŞ tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş AZE seriyalı 04243973 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 rayonu, Əliməmmədoba kəndi ünvanında qeydiyyatdadır. İş materiallarında olan Məhkəmənin sorğusuna cavab olaraq Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.1985-ci il tarixdən hal-hazıradək ünvan 1 ünvanında qeydiyyatdadır. Həmçinin həyat yoldaşı X9 (nikaha əsasən) həmin ünvanda qeydiyyatsız yaşayır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/4 hissəsi İddiaçı, 1/4 hissəsi X2, 1/4 hissəsi X7 və 1/4 hissəsi isə X4 adlarına qeydiyyata alınmışdır və hazırda mülkiyyətlərindədir. Həmin məktuba əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-6006/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, X16 ölümü ilə əlaqədar açılmış mirasla əlaqədar İddiaçı, X4, X7 və X2 hər birinin payı miras əmlakın kütləsindən 1/4 olmaqla, ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evinə mülkiyyət hüquqları tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, ünvan 4 ünvanında xx.xx.1967-ci il təvəllüdlü İddiaçı xx.xx.1987-ci il tarixdən hazıradək, xx.xx.1964-cü il təvəllüdlü X11 xx.xx.1985-ci il tarixdən hazıradək yaşayış yeri üzrə qeydiyyatdadırlar. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. Həmin Qanunun 2-ci maddəsinin 1-ci hissəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 3-cü maddəsinin 1-ci hissəsinə əsasən yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 1) Azərbaycan Respublikası vətəndaşı barədə — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi. Həmin Qanunun 5-ci maddəsinin 1-ci hissəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Həmin Qanunun 5-ci maddəsinin 2-ci hissəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi ; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Həmin Qanunun 5-ci maddəsinin 3-cü hissəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Bu zaman yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi qeydiyyata alınma üçün əsas kimi müəyyən edilmişdir. Məhkəmə tərəfindən araşdırılmış sübutlarla müəyyən edildi ki, iddiaçının qeydiyyata alınmasını istədiyi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/4 hissəsi iddiaçının əri İddiaçı adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. İddiaçı xx.xx.1987-ci il tarixdən hazıradək həmin ünvanda yaşayış yeri üzrə qeydiyyatdadır və həmin ünvanda yaşayır, iddiaçı X8 isə həmin ünvanda qeydiyyatsız yaşayır. İddiaçı tərəfindən cavabdehə, habelə məhkəməyə ünvanlanmış ərizələrdən görünür ki, o, iddiaçının həmin ünvana qeydiyyata alınmasına razıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında göstərilir ki, … “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun müddəalarından aydın olur ki, qanunverici hər bir şəxsin yaşadığı və olduğu yerin müəyyən olunması üçün əsas diqqəti şəxsin daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. … Hər bir şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması qanunvericiliyin tələbidir və bu tələb şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Bu tələbin icra edilməməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun güddüyü məqsədə zidd olmaqla seçki və sosial təminat hüquqlarının realizəsi, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s. kimi məsələlərdə çətinliklər yarada bilər. Məhz bunun qarşısının alınması məqsədi ilə qanunverici Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsində yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulmasını inzibati xəta kimi müəyyən edərək inzibati məsuliyyət nəzərdə tutmuşdur. Beləliklə, yaşayış yeri üzrə qeydiyyata alınma üçün əsaslardan biri yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd, digəri isə vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsidir. Yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd dedikdə, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd başa düşülür. Yaşayış yeri üzrə qeydiyyata alınması üçün digər əsas olan yaşayış sahəsinin mülkiyyətçisinin verdiyi ərizə ilə ona məxsus yaşayış sahəsinə vətəndaşın qeydiyyata alınmasına icazə verilir. Hazırki işin hallarından göründüyü kimi, iddiaçının qeydiyyata düşmək istədiyi ünvanın 1/4 hissəsi onun ərinin xüsusi mülkiyyətindədir və o, iddiaçının həmin ünvana qeydiyyata düşməyinə etiraz etmir. İddiaçının əri həmin ünvanda qeydiyyatdadır və onlar həmin ünvanda yaşayırlar. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, mübahisəli fərdi yaşayış evi paylı mülkiyyətdə olsa da, iddia tələbində qaldırılan məsələ həmin əmlaka sahiblik və istifadə ilə bağlı deyil, yaşayış yeri üzrə qeydiyyata alınma barədədir. Bu baxımdan, iddiaçının həmin yaşayış sahəsinə qeydiyyata alınması başqa şəxslərin, o cümlədən daşınmaz əmlakın digər mülkiyyətçilərinin hüquqlarını pozmur. Əksinə, iddiaçının ailəsi ilə birlikdə faktiki yaşadığı mübahisəli evə qeydiyyata alınması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun məqsədlərinə uyğundur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Üçüncü şəxslər X11 və X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7946/2023 nömrəli, 22 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-766/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-766/2024
31.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver