Məhkəmə qərarları › İş №2-1(103)-768/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-768/2020

03.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-768/2020 03.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mayılov Ülvi Arif oğlu (sədrlik edən), Tağızadə Mirzə Nəsib oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, X3, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «Müharibə veteranı» adı və vəsiqəsinin verilməsi tələbinə dair inzibati iş üzrə N saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-N(8N)-4424/20N9 saylı, xx xxxxxx 20N9-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, məhəllə-540 ünvanda), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona «Müharibə veteranı» adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.N964-cü il tarixdə anadan olmuşdur. N993-cü ilin noyabr ayında hərbi komissarlıq tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərə cəlb olunmuş və N994-cü il yanvar ayında N saylı hərbi hissənin tərkibində Murov adlanan ərazidə gedən döyüşdə ağır yaralanmış və aldığı xəsarətlərə görə o, əlil olmuş və hərbi xidmətdən tərxis olunmuşdur. Onun dəfələrlə cavabdeh orqana (Azərbaycan Respublikası Müdafiə Nazirliyinə) qeyd olunan tələbi ilə əlaqədar müraciətləri özünün müsbət həllini tapmayıb. Sonuncu müraciətinə verilmiş xx xxxxxxxx 20N9-cu il tarixli cavabda bildirilib ki, onun müraciətinə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində xx xxxxxxxx 20N9-cu il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən sənədləri geri qaytarılmışdır. İş materiallarından görünür ki, işə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh tərəfindən iddia ərizəsinə qarşı «Etiraz» təqdim olunaraq bildirilmişdir ki, işin tam və hərtərəfli araşdırılması üçün tərəflərindən Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə sorğu verilmişdir. Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx xxxxxx 20N9-cu il tarixli, 9/2- N7943 nömrəli arayışında iddiaçının N nömrəli hərbi hissə komandirinin əmri ilə xx xxxxxx N993-cü il tarixdə hərbi hissənin siyahısına salınması, xx xxxxxx N994-cü il tarixdə hərbi hospitala müalicəyə göndərilməsi qeyd edilsə də, hərbi xidmətdən ehtiyata buraxılmasına dair hər hansı qeyd mövcud deyildir. N saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-N(8N)-4424/20N9 saylı, xx xxxxxx 20N9-cu il tarixli qərarı ilə iddianın təmin edilməsi, İddiaçına «Müharibə veteranı» adı və vəsiqəsinin verilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalaniş üzrə cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının qanunsuz olduğundan ləğv edilməsini və iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti məzmunca iddia ərizəsinə qarşı «Etiraz»a uyğun olmaqla onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunvericiliyin tələblərinə uyğun gəlməyən vəziyyətdə, maddi hüquq normalarının pozulması ilə çıxarılmış, işdəki faktiki hallar aydınlaşdırılmamış və sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Belə ki tərəfimizdən N-ci instansiya məhkəməsinə təqdim edilmiş Müdafiə Nazirliyi Mərkəzi arxivinin xx xxxxxx 20N9-cu il tarixli 9/2-N7943 nömrəli arayışında iddiaçının N nömrəli hərbi hissə komandirinin əmri ilə xx xxxxxx N993-cü il tarixdə hərbi hissənin siyahısına salınması, xx xxxxxx N994-cü il tarixdə hərbi hospitala müalicəyə göndərilməsi qeyd edilsə də, hərbi xidmətdən ehtiyata buraxılmasına dair hər hansı qeyd mövcud deyildir. Qeyd olunan xüsusat N saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə təqdim etdiyimiz etirazın dəlillərində bilavasitə əks edilsə də Məhkəmə tərəfindən fərqli şəkildə təfsir edilmişdir. Belə ki, Qərarının təsviri hissəsində - 2-ci vərəqdə, məhkəmə qeyd edir, «Cavabdeh öz imtinasında və etirazında iddiaçının xidməti və hərbi xidmətdən qanuni əsaslarla tərxis olunması barədə məlumat olamdıqına istinad etsə də, faktiki olaraq cavabdeh tərəfindən verilmiş arxiv arayışları və iddiaçı tərəfindən verilmiş digər mötəbər sübutlarla (arayışlarla və məktublarla) iddiaçının yanvar N994-cü il tarixdə, N nömrəli hərbi hissənin tərkibində xidmət edərkən yaralanması, N nömrəli hərbi hissə komandirinin xx xxxxxx N994-cü il tarixli əmri ilə 230 nömrəli hərbi hospitala müalicəyə göndərilərək ərzaq təminatından çıxarılması və müalicə alması, eləcə də Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən verilmiş məktubla sübuta yetirilir». Bununla əlaqədar məhkəmə kollegiyasının nəzərinə çatdırmaq istəyirik ki, iddiaçının xx xxxxxx N994-cü il tarixdə müvafiq əmrlə müalicəyə göndərilməsi onun ehtiyata buraxılması anlamına gətirib çıxarmır. Belə ki, iş materiallarında olan 25N nömrəli hərbi hissənin hərbi-həkim Komissiyasının arayışında iddiaçının xx xxxx N994-cü il tarixdən N5 gün müddətinə xidməti vəzifələrinin icrasından azad olunmasına dair qeyd bilavasitə iddiaçının xidmətinin yanvar N994-cü il tarixdə sona çatmadığını, N994-cü ilin mart ayında davam etdiyini və Qərarın yuxarıda qeyd olunan dəlillərini inkar etmiş olur. Apellyasiya şikayətinin hüquqi əsasına gəldikdə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx N995-ci il tarixli 2N6 №-li Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnamənin N-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N998-ci ilin fevralın N-dən N994-cü ilin mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində-Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla) keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu , Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığınının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığınının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən veriimiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı təsdiq edən başqa sənədlər əsasında verilir. Həmin Qərara dəyişikliklər edilməsinə dair Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.20N-ci il tarixli 422 №-li Qərarına əsasən: «... Əsasnamə»nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində «hərbi biletlər» sözlərindən sonra «(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)» sözləri əlavə edilmişdir. İşə apellyasiya instansiya məhkəməsində baxılarkən məhkəmə kollegiyasının keçirilən iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X6 iddiaya qarşı verilmiş «Etiraz»a və apellyasiya şikayətinə uyğun izahat vermiş və apellyasiya şikayətinin əsaslı olduğundan təmin edilməsini və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarının qanunsuz və əsassız olduğundan ləğv edilərək iş üzrə iddianın təmin olunmaması barədə yeni Qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi, həmçinin bu Məcəllənin N2-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (subutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası sədrlik edənin mərüzəsini, tərəflərin izahatlarını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlilləri üzrə işin hallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, hazırki iş üzrə birinci instansiya məhkəməsinin xx xxxxxx 20N9-cu il tarixli qərarı ləğv edilməli, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan, iddiaçıya məxsus NZ seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.N983-cü il tarixdən xx.xx.N985-ci il tarixədək Azərbaycan SSR də həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi biletin 23-cü səhifəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun xx.xx.20N9-cu il tarixli, HP-02/3843 nömrəli məktubuna əsasən Azərbaycan Respublikası Hərbi XN dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi və ya araşdırma materialı olmamışdır. İş materiallarında olan, hərbi hissə komandirləri tərəfindən verilmiş arayışlardan görünür ki, N nömrəli hərbi hissənin sıravi əskəri İddiaçı xidməti dövründə, yanvar N994cü il tarixdə yaralanmışdır. İş materiallarında olan, Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi X9 tərəfindən verilmiş xx.xx.20N-ci il tarixli, 9/2-7N64 nömrəli arxiv arayışından görünür ki, 3cü MAT-ın sıravisi İddiaçı N nömrəli hərbi hissə komandirinin xx xxxxxx N994-cü il tarixli 06 nömrəli əmrilə (əsas: §-N7, səh-N5, sıra -N, qeyd: əmrdə soyadı İsgəndərov yazılmışdır) 230 nömrəli hərbi hospitala müalicəyə göndərilərək ərzaq təminatından çıxarılmışdır. N nömrəli hərbi hissə komandirinin oktyabr-noyabr N993-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamış və 230, 25N nömrəli hərbi hissə komandirlərinin nizami hissə üzrə əmrləri Müdaifə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. İş materiallarında olan, Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Qaradağ rayon İdarəsinə ünvanlanmış xx.xx.20N9-cu il tarixli, HP02/3843 nömrəli məktubdan görünür ki, N964-cü il təvəllüdlü İddiaçı barəsində N992-ci ildən hal-hazıradək Azəbraycan Respublikası Hərbi XN dair işlər üzrə istintaq idarəsində cinayət işi və ya araşdırma materialı olmamışdır. İş materiallarında olan, cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.20N9-cu il tarixli, N/İ-N2843 nömrəli imtina məktubundan görünür ki, Mərkəzi Arxivin xx.xx.20N9-cu il tarixli, 9/2-7N64 nömrəli arayışına əsasən N nömrəli hərbi hissə komandirinin oktyabr-noyabr N993-cü il tarixli nizami hissə üzrə əmrlər kitabında xidmət keçməsi və hərbi xidmətdən qanuni əsaslarla tərxis olunması barədə məlumat olmadığından ona «Müharibə veteranı» adı və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Birinci instansiya məhkəməsi işin hallarını nəzərə alaraq qeyd etmişdir ki, cavabdeh öz imtinasında və etirazında iddiaçının xidməti və hərbi xidmətdən qanuni əsaslarla tərxis olunması barədə məlumat olmadığına istinad etsə də, faktiki olaraq cavabdeh tərəfindən verilmiş arxiv arayışları və iddiaçı tərəfindən verilmiş digər mötəbər sübutlarla (arayışlarla və məktublarla) iddiaçının yanvar N994-cü il tarixdə, 70N №-li hərbi hissənin tərkibində xidmət keçərkən yaralanması, N nömrəli hərbi hissə komandirinin xx xxxxxx N994-cü il tarixli 06 nömrəli əmrilə 230 nömrəli hərbi hospitala müalicəyə göndərilərək ərzaq təminatından çıxarılması və müalicə alması, eləcə də, Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən verilmiş məktubla barəsində cinayət işi və ya araşdırma materialı olmaması sübuta yetirilir. Bu səbəbdən də, cavabdehin etirazında və imtinasında göstərdiyi həmin hallar iddiaçının müharibədə iştirak etməməsi faktını təsdiq etmir. Məhkəmə kollegiyası işin hallarının məhkəmə tərəfindən araşdırılması zamanı müəyyən olunmuş faktları və qanunvericiliyin tələblərini əsas götürərək, birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşmayaraq, aşadığakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı «Etiraz»a əlavə olunmuş, Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx xxxxxx 20N9-cu il tarixli, 9/2-N7943 nömrəli «Arayış»ından görünür ki, Müdafiə Nazirliyinin Hüquq İdarəsinin xx.xx.20N9 il tarixli NN/5408 №-li sorğusuna cavab olaraq bildirilmişdir ki, 70N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: səh-34, sıra-36) N7.NN,N993-cü il tarixdə Qaradağ RHK-dan çağırılmış, N964-cü il təvəllüdlü, sıravi İddiaçı hərbi hissə komandirinin N.NN,N993-cü il tarixli N №-li əmrilə hərbi hissənin siyahısına salınaraq 3-cü MAT-da atıcı vəzifəsinə təyin olunması barədə məlumat vardır. 70N Nə-li hərbi hissə komandirinin N.NN,N993-cü il tarixli N №-li əmrində (əsas: §-4, səh-N0, əsas kimi adlı siyahı göstərilmişdir) Qaradağ RHK-dan hərbi xidmətə çağırılmış bir qrup mükəlləfiyyətlinin şəxsi heyətin siyahısına salınaraq bütün növ təminatlarla təmin olunması barədə məlumat vardır. 70N №-li hərbi hissənin noyabr N993-cü il tarixli adlı siyahılar qovluğunda (əsas: səh-20, sıra-3, adı «Yaffət» yazılmışdır) qeyd edilmiş «noyabr N993-cü ildə Bakı şəhəri Qaradağ RHK-dan hərbi hissənin sərəncamına göndərilmiş şəxsi heyətin siyahısında» N964-cü il təvəllüdlü X2 adı vardır. 70N №-li hərbi hissə komandirinin xx xxxxxx N994-cü il tarixli 6,№-li əmrilə (əsas: §-N7, sıra-N, əmrdə soyadı «İsgəndərov» yazılmışdır) 3-cü MAT-ın sıravi əsgəri X5 230 №-li hərbi hospitala, müalicəyə getmiş hesab edilərək ərzaq təminatından çıxarılmışdır. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 3-cü abzasında göstərilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanının N.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»yə görə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında «Müharibə veteranı» adı verilir. Həmin Əsasnamənin birinci hissəsinin on birinci abzasdan sonra əlavə edilmiş «Qeyd»ə əsasən, bu qayda Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olunmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci ilin sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası CM-nin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur». İş materiallarından isə görünür ki, iddiaçı məhkəməyə yuxarıda qeyd olunan hərbi bileti təqdim etsə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 №-li Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin N-ci bəndində qeyd olunan hərbi xidmət keçməsini, eləcə də hərbi xidmətdən qanuni əsaslarla tərxis olunmasını sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışlarını məhkəməyə təqdim edə bilməmişdir. Göstərilənlərlə əlaqədar məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlili ilə razılaşır ki, qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil, imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir və hərbi xidmət keçmə dedikdə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buraxılmasdır. Göründüyü kimi, şəxsə «Müharibə veteranı» adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: N) şəxsin hərbi xidmət keçməsi və 2) bunun müvafiq sənədlərdə əks edilməsi. Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması nəzərdə tutulur. Hərbi xidmət keçmənin müvafiq sənədlərdə əks edilməsi dedikdə isə, bu zaman zəruri sənədlər məfumuna Nazirlər Kabinetinin 20N-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. İş materiallarından isə görünür ki, iddiaçının müalicəsi və məzuniyyəti bitdikdən sonra, yəni faktiki olaraq xx xxxx N993-cü il tarixədək (xx xxxx N993-cü il tarix 220 saylı «Arayış»dakı «xidməti vəzifələrinin icrasından N5 gün azad olmağa ehtiyacı olması» da nəzərə almaqla), atəşkəs elan edilmədiyindən, hərbi əməliyyatlar hələ də davam etdiyindən, iddiaçı xidmət yerinə qayıtmamış və bu barədə müvafiq sənədləri, o cümlədən hərbi xidmətdən qanuni əsaslarla tərxis olunması badərə sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N4.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.N-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin N2-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarına və sadalanan hüquq normalarına məcmu halda qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, hazırki iş üzrə N saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-N(8N)-4424/20N9 saylı, xx xxxxxx 20N9-cu il tarixli qərarı hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarıldığından, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmədiyindən və həmin qərarda göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən ləğv edilməli, iddiatələbinin təmin edilməməsinə dair yeni qərar qəbul olunmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı : Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. N saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-N(8N)-4424/20N9 saylı, xx xxxxxx 20N9-cu il tarixli qərarı ləğv edilsin. İddia təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən N (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.N4, NN93-cü məh. AZN025) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Ülvi Mayılov Hakimlər Mirzə Tağızadə Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar