Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-769/2021 25.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Hüseynin sədrliyi və məruzəsi ilə, Afaq Bayram qızı Nuriyeva və Valeh Məmməd oğlu Ağayevdən ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiаçı İddiaçı cаvаbdеhlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Bakı Şəhər İcra Hakimiyyətinə qаrşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-6244/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxxx 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qanunsuz sökülmüş əmlaklarına və torpaq sahələrinə görə cavabdehlərdən 7.832.000 (yeddi milyon səkkiz yüz otuz iki min) manat məbləğində dəymiş maddi ziyanın, 100.000 (bir yüz min) manat məbləğində isə mənəvi zərərin, cəmi 7.932.000 (yeddi milyon doqquz yüz otuz iki min) manat məbləğində pulun dövlət büdcəsi vəsaiti hesabına Maliyyə Nazirliyindən tutularaq onlara ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən iddiaya etiraz ərizəsi daxil olmuşdur. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, Maliyyə Nazirliyinin iddiaçıya zərər dəyməsinə səbəb olan heç bir hərəkəti olmamış, mübahisəli əmlakının tikintisi və ya sökülməsi, torpaq sahəsinin tutulması ilə bağlı hər hansı məlumatı olmamışdır. Maliyyə Nazirliyi iddiaya cavab verməli tərəf olmadığı halda onun üzərinə hər hansı bir öhdəlik qoyula bilməz. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-6244/2020 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və həmin işə yenidən mahiyyəti üzrə baxılması üçün işin yenidən Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-6244/2020 saylı qərardadında hakim hesab etmişdir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Bakı şəhəri İcra Hakimiyyəti cavabdehlər qismində iştirak edə bilməz və cavabdeh Maliyyə Nazirliyinə məhkəməyədək müraciət edilməsi barədə tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Məhkəmənin qərardadından görünür ki, qanunvericiliyin tələblərinə əsasən işə baxan hakim tərəfindən üzərinə həvalə edilmiş proses iştirakçılarına yardım etmək vəzifəsi əməl edilməmişdir. Cavabdeh Maliyyə Nazirliyinə müraciət edilmiş və müraciətə əmlakımızın mövcdluğunu təsdiq edən bütün sənədlər təqdim edilmişdir. Cavabdeh AR Maliyyə Nazirliyi isə imtina edərək bildirmişdir ki, hazırki məsələyə məhkəmə mübahisəsi olduğu üçü yekun qərar qəbul edildikdən sonra baxıla bilər. Göründüyü kimi, cavabdeh AR Maliyyə Nazirliyi süründürməçili yaradaraq məhkəməyə etiraz göndərərək iddiaçı tərəfindən heç bir müraciətin daxil olmaması barədə yazılı mülahizəsini təqdim edir və ona da bildirir ki, iş məhkəmədə baxıldığı üçün imtina cavabı təqdim edir. Məhkəmə iclasında iştirakı təmin edilsəydi cavabdehlərin birini üçüncü şəxs kimi əvəzlənməsi barədə ərizə təqdim edərdi. Lakin ilk iclasda hakimin hüququ yardımından məhrum edilməklə iştirakı olmadan qərardad qəbul olunmuşdur. Məhkəmə tərəfindən iştirakı olmadan ilk iclasda qərar qəbul edilməsi baxılan işə qərəzli olaraq onun iştirakını təmin etməməsi və məhkəməyə sübutlarını təqdim edilməsində şəraitin yaradılmaması hakimin yardım etmə vəzifəsindən istifadə etməməsi nəticəsində məhkəmədə hüquqları pozulmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə iştirak edən şəxsin izahatını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-6244/2020 saylı qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Birinci instansiya məhkəməsi iddianı mümkünsüz hesab edərkən qərardadını belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və Bakı şəhər İcra Hakimiyyətinin cavabdehlər qismində prosessual həmiştirakçılığına yol verilmir. Hazırki iş üzrə məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən “dəymiş maddi və mənəvi zərərin məbləğləri qeyd edilməklə kompensasiyanın ödənilməsi” ilə bağlı ilkin olaraq cavabdeh orqanlara müraciət etməsinə dair sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin iddianın mümkünlüyünü müəyyən edən 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İddia tələbindən göründüyü kimi, iddiaçı cavabdehlər qismində Azərbaycan Respublikası Maliyyə Nazirliyini və Bakı şəhər İcra Hakimiyyətini qeyd edərək, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən əmlakın sökülməsi nəticəsində dəymiş maddi və mənəvi zərərin Maliyyə Nazirliyi tərəfindən ödənilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı mümkünsüz hesab edərkən hazırkı tələblə bağlı ilkin olaraq cavabdeh orqanlara müraciət etməsinə dair sübutun məhkəməyə təqdim edilməməsinə əsaslanmışdır. Apellyasiya şikayətinə əlavə olunmuş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xx xxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, cavabdeh iddiaçının Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal və Cavadxan küçələrinin kəsişməsində yerləşən daşınmaz əmlakın sökülməsi ilə bağlı dəymiş zərərin ödənilməsi barədə ərizəsinə cavab olaraq bildirmişdir ki, müraciətdə qaldırılan məsələ məhkəmə qaydasında mübahisələndirildiyindən həmin məsələyə yekun məhkəmə qərarı qəbul edildikdən sonra baxıla bilər. Göründüyü kimi, iddiaçı tərəfindən dəymiş zərərin ödənilməsi ilə bağlı Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət olunmuşdur. Lakin məhkəmə qeyd edilən halları nəzərə almayaraq, məhkəmə iclasını ağlabatan müddətə təxirə salmamış, iddiaçının hüquqlarını məhdudlaşdırmış, məhkəmə tərəfindən iddiaçının tələbinə düzgün qiymət verilməmiş və AR İPM-nin 13-cü maddəsində müəyyən edilmiş hüquqi yardım göstərilməsi ilə bağlı vəzifəni yerinə yetirməmiş, iddia ərizəsinə baxan birinci instansiya məhkəməsi tərəfindən prosessual qanunun yuxarıda qeyd edilən imperativ tələblərinə əməl edilməmiş, iddiaçının dinlənilmə hüququ pozulmuşdur. Belə olan halda məhkəmə tərəfindən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmə kollegiyası prosessual hüquq pozuntusu kimi qiymətləndirir və hesab edir ki, göstərilən qaydaların məhkəmə tərəfindən pozulması son nəticədə məhkəməyə müraciət etmək hüququnun qeyri-mütənasib şəkildə məhdudlaşdırılmasına gətirib çıxara bilər. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. AR İnzibati-Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-nin 12, 13 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi”, “Məhkəmənin yardım etmək vəzifəsi” ilə bağlı tələblər pozulmuşdur”. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-6244/2020 saylı qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Afaq Nuriyeva Valeh Ağayev
Məhkəmə qərarları › İş №2-1(103)-769/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-769/2021
25.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver