Məhkəmə qərarları › İş №2-1(103)-77/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-77/2022

17.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-77/2022 17.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X33 Hüseynin sədrliyi və məruzəsi ilə, Azər Soltanhəmid oğlu Hüseynov və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının vəkili Nümayəndə və cavabdehin nümayəndəsi X9, 3-cü şəxs Binəqədi Rayon Binəqədi Bələdiyyəsinin nümayəndəsi X10 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə (3-cü şəxs Binəqədi Rayon Binəqədi Bələdiyyəsi) qarşı “torpaq sahəsinə dair hüquq haqqında arayışın verilməsi verilməsi” tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 dekabr 2019-cu il tarixli, 2-1(81)-3157/2019 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Binəqədi Rayon Binəqədi Bələdiyyəsinə qarşı cavabdehlər olan Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsində yerləşən 600 kv.m torpaq sahəsinə dair çıxarışın alınması barədə hüququn mərhum X11 məxsus olması haqqında arayış verilməsi vəzifəsinin qoyulması tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 15.10.2019-cu il tarixli hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında iddiaçının “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xitmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsində yerləşən 600 kv.metr torpaq sahəsinə dair hüququn ölmüş şəxsə X11 məxsus olması haqqında arayışın iş üzrə İddiaçı verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiş, həmçinin Bakı şəhəri Binəqədi rayon bələdiyyəsinin cavabdeh kimi prosessual iştirakına xitam verilməklə və üçüncü şəxs kimi inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsi ilə X17 arasında bağlanmış 10 mart 2006-cı il tarixli, 162 saylı alqı-satqı müqaviləsinə və Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 104 saylı, 17 mart 2006-cı il tarixli Qərarına əsasən Binəqədi rayonu, 9-cu mikrorayon, A.Məmmədov küçəsində fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m. bələdiyyəyə məxsus torpaq sahəsi alqı-satqı yolu ilə əlavə edilmiş cizgiyə uyğun olaraq mərhum həyat yoldaşı X5 mülkiyyətinə ayrılmışdır. 04 iyun 2013-cü ildə isə X17 vəfat etmişdir. X5 vəfatından sonra iddiaçı və qızları: X15 və X18 ilə birlikdə vərəsəlik işi açılması üçün Bakı şəhəri 32 saylı notariat kontoruna müraciət etmişlər. Həmin vaxtı da vərəsələrin dairəsi müəyyən olunaraq vərəsəlik işi açılmış və bu barədə də Bakı şəhəri 32 saylı notariat kontoru tərəfindən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə X-386 saylı, 03 avqust 2018-ci il tarixli məktubla məlumat verilmişdir. Mərhum həyat yoldaşı X6 qanuni vərəsələri X18 və X15 21 may 2019- cu il tarixdə 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X12 müraciət edərək mərhum ataları X6 mülkiyyətinə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsində yerləşən 600 kv.m torpaq sahəsinin iddiaçının adına keçməsinə və sənədləşdirilməsinə heç bir etirazlarının olmadığını bildirmişlər. Birinci dərəcəli vərəsə kimi (X2 həyat yoldaşı) Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə mərhum həyat yoldaşı X6 mülkiyyətinə verilmiş 600 kv.m torpaq sahəsinin onun adına keçirilməsi barədə olan müraciətinə cavab olaraq Binəqədi rayonu, Binəqədi Bələdiyyəsi BRB/d-393 saylı, 27 mart 2019-cu il tarixli məktubla “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə və “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinin tələblərinə istinad etməklə ona rədd cavabı vermişlər (Binəqədi Bələdiyyəsinin 92 saylı, 14 dekabr 2018-ci il tarixli qərarı ilə). Baxmayaraq ki, birinci dərəcəli vərəsələrin müraciəti əsasında Bakı şəhəri 32 saylı notariat kontoru tərəfindən vərəsəlik işinin açılması barədə sənədlər də cavabdehə təqdim edilmişdir. Cavabdeh tərəfindən “Torpaq icarəsi haqqında” Qanunun 15- ci maddəsinə hansı səbəbdən istinad etməsi aydın olmamışdır, çünki mübahisə obyekti olan torpaq sahəsi mərhum həyat yoldaşı X6 icarəsinə deyil, alqı-satqı yolu ilə mülkiyyətinə verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsində isə qeyd edilmişdir ki, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Bütün bunlardan sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə 13 iyun 2019-cu il tarixdə müraciət olunaraq xahiş edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, A.Məmmədov küçəsində yerləşən və Binəqədi Bələdiyyəsinə məxsus olmuş 600 kv.m torpaq sahəsinin əlavə edilmiş cizgiyə uyğun olaraq mülkiyyət hüququnun mərhum X13 məxsus olması barədə arayış verilməsinə göstəriş verəsiniz. İş üzrə cavabdeh olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi isə 03 iyul 2019-cu il tarixli, **********28 saylı məktubunda göstərmişdir ki, "... Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., A.Məmmədov küçəsində yerləşən və Binəqədi Bələdiyyəsinə məxsus olan 600 kv.m. torpaq sahəsinin mərhum X5 adına dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir”. Cavabdeh iddiaya dair etiraz təqdim edərək göstərmişdir ki, sərəncamının icrası ilə əlaqədar bildiririk ki, İddiaçı iddianın təmin edilməsi və inzibati iş üzrə cavabdehlər olan Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinin üzərinə Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsində yerləşən 600 kv.m torpaq sahəsinə dair çıxarışın alınması barədə hüququn mərhum X11 məxsus olması haqqında arayışın verilməsi vəzifəsinin qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı ilk öncə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə (bundan sonra DƏDRX) müraciət etmişdir. Belə ki, sözügedən məsələ ilə bağlı DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi müraciətinin qeydə alınmadığı bildirilmiş və ona **********96 qeydiyyat nömrəli, 20 sentyabr 2018-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Qeyd olunan məsələ ilə bağlı İddiaçı yenidən DƏDRX-yə müraciət etmişdir. Məsələyə qanunamüvafiq qaydada baxılması üçün Daşınmaz ƏmlakınDövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və ya idarənin Binəqədi rayon şöbəsinə torpaq sahəsinin ayrılmasına dair bələdiyyənin qərarı, bələdiyyə tərəfindən tərtib edilmiş və müvafiq qaydada təsdiq edilmiş baş yerquruluşu-təsərrüfat (situasiya) planından çıxarış, müvafiq icra hakimiyyəti orqanlarının torpaq sahəsinin ayrılması barədə razılığı, torpağın normativ qiyməti barədə sənəd, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilənədək bələdiyyə ilə birlikdə təsdiq etdikləri alqısatqı aktı və dövlət rüsumunun ödənilməsi barədə sənəd təqdim edilməsi barədə vətəndaşa DƏDRX tərəfindən **********60 qeydiyyat nömrəli, 10 oktyabr 2018-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Belə ki, iddiaçının DƏDRX-ə ünvalanan ərizəsinə əlavə olunan sənədlər qanunveriliciliyin tələblərinə uyğun qaydada tərtib edilməmiş, həmçinin dövlət rüsumunun ödənilməsi barədə sənəd də təqdim etməmişdir. Daha sonra İddiaçı 13 iyun 2019-cu il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Bununla əlaqədar olaraq vətəndaşa **********28 qeydiyyat nömrəli 03 iyul 2019-cu il tarixli cavab məktubunda Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, A.Məmmədov küçəsində yerləşən və Binəqədi Bələdiyyəsinə məxsus olan 600 kv.m. olan torpaq sahəsinin mərhum X5 adına dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumatın aşkar edilmədiyi bildirilmişdir. Bundan əlavə 24.07.2019-cu il tarixdə mütəxəssislər tərəfindən sözügedən əmlakın texniki inventarlaşdırılma aparılan zaman torpaq sahəsinin üzərində 2 mərtəbəli, zirzəmili yaşayış evinin mövcud olduğu aşkar olunmuşdur. Həmçinin elektron baza məlumatlarına əsasən müvafiq torpaq sahəsinin bələdiyyənin inzibati ərazi vahidinə aid olması barədə hər hansı məlumat aşkar edilməmişdir. Torpaq sahəsinin yerləşməsini müqayisə etmək üçün cizgi və sənədlər əlavə edilməmiş, faktiki göstərilən sahə yaşayış binalarının 6 metr məsafəsində ümumi istifadə üçün nəzərdə tutulan yaşıllıq ərazisi olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimatın 7.1-ci maddəsinə əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına çıxarış tərtib edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 10.2-ci maddəsinə qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır. “Ara məsafəsi ilə bağlı müfəssəl qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli, 72 nömrəli qərarının 9-cu bəndinə əsasən binanın divar hündürlüyünün 0.6 hissəsi ara məsafələrinin hesablanması zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol kənarı, sahil, park, meşə-park, xiyaban, bulvar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər yerlərdə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə ticarət, məişət, ictimai-iaşə obyektlərinin və digər zəruri tikililərin müvəqqəti inşası üçün sahələr bələdiyyə torpaqları haqqında qanunvericiliyə uyğun olaraq, hüquqi və fiziki şəxslərin icarəsinə verilir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” 15 mart 2002-ci il tarixli Əsasnamənin İİ hissəsinin 5- 1-ci bəndinə əsasən bələdiyyə torpaqları istifadə hüququ ilə yalnız bələdiyyənin mülkiyyətində olan müəssisə, idarə və təşkilatlara verilə bilər. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” 15 mart 2002-ci il tarixli Əsasnamənin İİ hissəsinin 7-ci bəndinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş və 08 iyul 2014-cü ilədək qüvvədə olmuş “Torpaqların alqısatqısı” qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 56.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.1-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17.12.2019-cu il tarixli, 2-1(81)- 3157/2019 saylı qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-659/2020 nömrəli, 19.06.2020-ci il tarixli qərarına əsasən iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17.12.2019-cu il tarixli, 2-1(81)-3157/2019 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1956/2020 saylı, 01 dekabr 2020-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-659/2020 nömrəli, 19.06.2020-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, kasasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, inzibati işə əlavə edilmiş sənədlərdən də göründüyü kimi, Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsi ilə X19 arasında bağlanmış 10 mart 2006-cı il tarixli, 162 saylı alqı-satqı müqaviləsinə və Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 104 saylı, 17 mart 2006-cı il tarixli Qərarına əsasən Binəqədi rayonu, 9-cu mikrorayon, A.Məmmədov küçəsində fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m. bələdiyyəyə məxsus torpaq sahəsi alqı-satqı yolu ilə əlavə edilmiş cizgiyə uyğun olaraq İddiaçı mərhum həyat yoldaşı X6 mülkiyyətinə ayrılmışdır. 04 iyun 2013-cü ildə isə X19 vəfat etmişdir. X6 vəfatından sonra onun həyat yoldaşı İddiaçı və övladları: X15 və X18 vərəsəlik işi açılması üçün Bakı şəhəri 32 saylı notariat kontoruna müraciət etmişlər, həmin vaxtı da vərəsələrin dairəsi müəyyən olunaraq vərəsəlik işi açılmış və bu barədə də Bakı şəhəri 32 saylı notariat kontoru tərəfindən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə X-386 saylı, 03 avqust 2018-ci il tarixli məktubla məlumat verilmişdir. Daha sonra, iş üzrə İddiaçı tərəfindən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına müraciət olunmuş və Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən göndərilmiş 3351 saylı, 05 oktyabr 2016-cı il tarixli məktubda bildirilmişdir ki, vətəndaş X6 mülkiyyətinə torpaq sahəsi ayrılması haqqında Binəqədi rayon Binəqədi Bələdiyyəsi sədrinin arxiv fondu üzrə 17 mart 2006-cı il tarixli, 104 saylı qərarına əlavə edilmiş cizgi planının təsdiq edilmiş kserosurəti 1 (bir) vərəqdən ibarət göndərilir. Bundan sonra iş üzrə İddiaçı dəfələrlə Bakı şəhəri, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə müraciət edərək mərhum həyat yoldaşının - X6 mülkiyyətinə ayrılmış 600 kv.m torpaq sahəsinin onun adına rəsmiləşdirilməsi barədə müraciət etsə də, onun bu xahişi Binəqədi rayonu Binəqədi Bələdiyyəsi tərəfindən təmin edilməmiş və nəhayət 27 mart 2019-cu il tarixli, BRB/d-393 saylı məktubla bildirilmişdir ki, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 14 dekabr 2018-ci tarixli, 17 saylı Protokoluna uyğun olaraq Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 92 saylı qərarına əsasən sözügedən torpaq sahəsinin onun, yəni İddiaçı adına rəsmiləşdirilməsinə rəsmi olaraq imtina verilmişdir. X2 qanuni vərəsələri X18 və X15 21 may 2019- cu il tarixdə 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X12 müraciət edərək mərhum ataları X6 mülkiyyətinə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsində yerləşən 600 kv.m torpaq sahəsinin anaları İddiaçı adına keçməsinə və sənədləşdirilməsinə heç bir etirazlarının olmadığını bildirmişlər. Birinci dərəcəli vərəsə kimi iş üzrə İddiaçı (X2 həyat yoldaşı) Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə mərhum həyat yoldaşı X6 mülkiyyətinə verilmiş 600 kv.m torpaq sahəsinin onun adına keçirilməsi barədə olan müraciətinə cavab olaraq Binəqədi rayonu, Binəqədi Bələdiyyəsi BRB/d-393 saylı, 27 mart 2019-cu il tarixli məktubla “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası qanununun 15-ci maddəsinə və “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinin tələblərinə istinad etməklə ona rədd cavabı vermişdir. (Binəqədi Bələdiyyəsinin 92 saylı, 14 dekabr 2018-ci il tarixli qərarı ilə). Baxmayaraq ki, birinci dərəcəli vərəsələrin müraciəti əsasında Bakı şəhəri 32 saylı notariat kontoru tərəfindən vərəsəlik işinin açılması barədə sənədlər də cavabdehə təqdim edilmişdir. Qeyd edilənlər nəzərə alınmaqla iş üzrə cavabdeh olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsində yerləşən 600 kv.m torpaq sahəsinə dair hüququn ölmüş şəxsə X11 məxsus olması haqqında arayışın iş üzrə İddiaçı verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmədə kifayət qədər araşdırma aparılmış və məhkəmə prosesində iştirak edən iş üzrə cavabdeh olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi İlahə Xanməmmədli 26 noyabr 2019-cu il tarixdə keçirilən məhkəmə iclasında bildirmişdir ki, belə hallarda nümayəndəsi olduğu İdarə tərəfindən “hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7.2-ci maddəsinə əsasən elektron çıxarış tərtib edilərək verilir. İddiaçı apellyasiya şikayətində “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci, 12.1, 10.2, 15, 22.2-ci maddəsinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnaməyə, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə, Konstitutsiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” 17 sentyabr 2014-cü il tarixli qərarına istinad etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi apellyasiya şikayətinin təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və qeyd etmişdir ki, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən etmiş və bələdiyyə tərəfindən ona məxsus daşınmaz əmlakın özgəninkiləşdirilməsi barədə qəbul olunmuş aktlar belə əsaslar kimi nəzərdə tutulmuşdur. İddiaçıya Binəqədi Bələdiyyəsi tərəfindən torpaq ayrılan zaman aidiyyəti qurumların (RİH və DTXK-nın yerli qurumunun) rəylərinin alınması barədə məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin 17.03.2006-cı il tarixli 104 nömrəli qərarı və həmin tarixli müqaviləsi ilə mərhum X14 ayrılmış 600 m2 torpaq sahəsinin həmin bələdiyyəyə məxsus olması təsdiqlənmədiyindən, eləcə də torpaq ayrılan zaman aidiyyəti qurumların (RİH və DTXK-nın yerli qurumu) rəyi alınmadığından, cavabdehin imtinası qanunsuz sayıla bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Binəqədi rayonu Binəqədi bələdiyyəsi ilə X20 arasında bağlanılmış “Binəqədi rayonu Binəqədi bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında” 362 nömrəli 10.03.2006-cı il tarixli Müqaviləyə əsasən 9 mkr, A.Məmmədov küçəsində 600 kv.m. torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün X14 ayrılmışdır. Binəqədi rayonu Binəqədi bələdiyyəsinin “X1 mülkiyyətinə torpaq sahəsinin ayrılması haqqında” 17.03.2006-cı il tarixli 104 nömrəli qərarı ilə Binəqədi rayonu, 9 mkr. A.Məmmədov küçəsində fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m. bələdiyyəyə məxsus torpaq sahəsi alqı-satqı yolu ilə əlavə edilmiş cizgiyə uyğun olaraq, X7 mülkiyyətinə ayrılmışdır. Bakı şəhəri 32 saylı notariat kontorunun Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanlanmış məktubundan görünür ki, X3 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 32 saylı notariat kontoruna müraciət olmuşdur. X7 04 iyun 2013-cü ildə vəfatı ilə əlaqədar vərəsələri İddiaçı, X4 və X8 ərizələri əsasında vərəsəlik işi açılmışdır, vərəsələrin dairəsi müəyyən olunmuşdur. Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsində yerləşən 600 kv.m. torpaq sahəsinə dair Çıxarış verilməsi xahiş olunmuşdur. Binəqədi rayonu Binəqədi bələdiyyəsinin 27.03.2019-cu il tarixli məktubunda göstərilmişdir: “04.06.2013-cü il tarixdə vəfat etmiş həyat yoldaşınız X17 ilə Binəqədi Bələdiyyəsi arasında bağlanmış müqaviləyə əsasən 9-cu mkr., A.Məmmədov küçəsində fərdi tikinti üçün ayrılmış 600 kv.m torpaq sahəsinin Sizin adınıza rəsmiləşdirilməsi barədə qərar qəbul edilməsi xahişinizi “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının 15ci, “Daşınmaz Əmlakın Dövlət Reyesteri Haqqında Azərbaycan Respublikasının Qanununun 22.2-ci maddələri əsas götürülərək Bələdiyyənin 14.12.2018-ci il tarixli ümumi iclasında təmin edilməməsi barədə qərarı qəbul edilmişdir.” Binəqədi rayonu Binəqədi bələdiyyəsinin 92 nömrəli qərarına əsasən 04.06.2013 - cü il tarixdə X16 ilə Binəqədi rayonu Binəqədi bələdiyyəsi arasında bağlanmış müqaviləyə əsasən 9 mkr, A.Məmmədov küçəsində fərdi tikinti üçün ayrılmış 600 kv.m torpaq sahəsinin onun adına rəsmiləşdirilməməsi göstərilmişdir. İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsində yerləşən 600 kv.metr torpaq sahəsinə dair hüququn ölmüş şəxsə-X11 məxsus olması haqqında arayışın verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən 03 iyul 2019-cu il tarixli, **********28 saylı məktubla cavab verilərək qeyd edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., A.Məmmədov küçəsində yerləşən və Binəqədi Bələdiyyəsinə məxsus olan 600 kv.m. oln torpaq sahəsinin mərhum X5 adına dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. İPM-in 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmə qərarında qeyd etmişdir ki, işin hallarından göründüyü kimi cavabdeh inzibati orqan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10-cu maddəsində göstərilmiş daşınmaz əmlaka mülkiyyət hüququnun qeydə alınması barədə ərizəyə əlavə edilməli sənədlərin siyahısında olmayan digər sənədləri iddiaçıdan tələb etmiş, bununla da “İnzibati icraat haqqında” Qanunun 32.3 və 45.1-ci maddəsində göstərilən normaların tələblərini pozaraq iddiaçının ərizəsini təmin etməmişdir. Apellyasiya instansiyası məhkəməsi mübahisəni araşdırmamış, nəticədə cavabdehin imtinasının əsaslı olduğunu qeyd etsə də, öz mövqeyini də əsaslandırmamışdır. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi işə baxarkən tətbiq edilməli maddi hüquq normalarını tətbiq etməmiş, mübahisə ilə bağlı tam, hərtərəfli araşdırma aparmamış, maddi və prosessual hüquq normalarını sadalamaqla kifayətlənmiş və öz mövqeyini əsaslandırmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanı tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipotekaya qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 22.2-ci maddəsinə görə müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Torpaq Məcəlləsinin 56.2-ci maddəsinə görə bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Həmin Məcəllənin 56.5-ci maddəsinə əsasən bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Həmin Məcəllənin 56.6-cı maddəsinə görə bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə bələdiyyənin qərarı (müqavilə) ilə, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının və bələdiyyənin qərarı (müqavilə) ilə verilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinə görə torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 09.08.2001-ci il tarixli Fərmanının 2-ci bəndinə görə həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər (15.02.2016-cı il tarixinədək olan redaksiya). Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi iki əsasla iddiaçının həmin torpaq sahəsinə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina etmişdir: 1) Binəqədi rayonu Binəqədi bələdiyyəsinin 17.03.2006-cı il tarixli 104 nömrəli qərarı və həmin tarixli müqaviləsi ilə mərhum X14 ayrılmış 600 kv.m torpaq sahəsinin həmin bələdiyyəyə məxsus olmasının təsdiqlənməməsi, 2) torpaq ayrılan zaman aidiyyəti qurumların (RİH və DTXK-nın yerli qurumu) rəyinin alınmaması. X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 19 noyabr 2021-ci il tarixli qərarında qeyd etmişdir ki, bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıqplanlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Konstitusiya Məhkəməsinin qərarında şərh edilən mövqeyi hazırkı işin hallarına tətbiq edən məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqanın torpaq ayrılan zaman aidiyyəti qurumların (RİH və DTXK-nın yerli qurumu) rəyinin alınmaması barədə dəlili torpaq üzərində hüquqların qeydiyyata alınmasından imtinası üçün əsas deyildir. Belə ki, Binəqədi rayonu, 9 mkr. A.Məmmədov küçəsində fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m. bələdiyyəyə məxsus torpaq sahəsinin alqı-satqı yolu ilə əlavə edilmiş cizgiyə uyğun olaraq, X7 mülkiyyətinə ayrılması barədə Binəqədi rayonu Binəqədi bələdiyyəsinin “X1 mülkiyyətinə torpaq sahəsinin ayrılması haqqında” 17.03.2006-cı il tarixli 104 nömrəli qərarı qanunla müəyyən olunmuş qaydada geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən qüvvədədir. Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Konstitusiya Məhkəməsinin qərarında şərh edilən mövqeyi hazırkı işin hallarına tətbiq edən məhkəmə kollegiyası qeyd edir ki, torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. “İnzibati icraat haqqında” Qanunun 32.3-cü maddəsinə görə inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz. Həmin Qanunun 45.1-ci maddəsinə görə inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 8.0.1-ci və 10.2-ci maddələrinin tələblərinə uyğun olaraq hüquqların dövlət qeydiyyatı üçün əsas olan Binəqədi rayonu, 9 mkr. A.Məmmədov küçəsində fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m. torpaq sahəsinə dair Binəqədi rayonu Binəqədi bələdiyyəsi ilə X20 arasında bağlanılmış “Binəqədi rayonu Binəqədi bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında” 362 nömrəli 10.03.2006-cı il tarixli Müqaviləni və Binəqədi rayonu Binəqədi bələdiyyəsinin “X1 mülkiyyətinə torpaq sahəsinin ayrılması haqqında” 17.03.2006-cı il tarixli 104 nömrəli qərarı və həmin torpaq sahəsinə dair sənədlər təqdim etmiş, cavabdeh inzibati orqan isə “İnzibati icraat haqqında” Qanunun tələblərinə zidd olaraq əlavə sənədlər tələb etmişdir. Qeyd edilməlidir ki, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları göstərilmişdir və həmin əsaslardan biri olduğu halda inzibati orqanlar hüquqların dövlət qeydiyyatına alınmasında imtina edə bilərlər. Cavabdeh inzibati orqan qanunvericiliyin tələblərinə uyğun araşdırma aparmadan iddiaçının ərizəsini təmin etməmişdir. Halbuki, inzibati orqan araşdırmanı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparmalı, bu zaman həmin icraatda aidiyyəti digər inzibati orqanların, iddiaçının və zəruri hesab edərsə digər maraqlı şəxlərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların əldə edilməsi ilə bağlı tədbirlər görməli idi. Lakin cavabdeh hazırkı qərarın qanunvericiliyin tələblərinə zidd olaraq hər hansı araşdırma aparmadan (bu barədə cavabdeh hər hansı sübut təqdim etmədi) hərəkətsizliyə yol vermiş və məhkəmə araşdırması zamanı iddia ilə razılaşmayaraq öz etirazını əsaslandıra bilməmişdir. Hazırkı iddia məcburetmə haqqında iddia olduğundan inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin hazırkı iş üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyindən belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Cavabdeh sözügedən torpaq sahəsinə dair hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsini istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etsə də, bunu sübut edə bilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 dekabr 2019-cu il tarixli, 2-1(81)-3157/2019 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməli, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsində yerləşən 600 kv.metr torpaq sahəsinə dair hüququn ölmüş şəxsə X11 məxsus olması haqqında arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xitmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Nəricə hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 dekabr 2019-cu il tarixli, 2-1(81)- 3157/2019 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsində yerləşən 600 kv.metr torpaq sahəsinə dair hüququn ölmüş şəxsə X11 məxsus olması haqqında arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xitmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Azər Hüseynov Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar