Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-77/2024 22.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının vəkili Nümayəndə və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3336/2022 nömrəli, 24 noyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli **********300800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli **********491000 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Elvin Əliyev) e-2-1(112)-3336/2022 nömrəli, 24 noyabr 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********491000 nömrəli “Vergilərin, sosial sığorta va işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı ləğv edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı MMC cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********300800 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Sonradan iddia tələbi dəqiqləşdirilmiş və xx.xx.2022-ci il tarixli **********491000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsinə dair qərar çıxarılması məhkəmədən xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edimişdir. İşin faktiki halları ilə bağlı qeyd edir ki, yoxlanılan dövrdə müəssisə idxal edilmiş quş əti məhsullarının satışını həyata keçirmişdir. Aparılmış araşdırma zamanı vergi ödəyicisinin 2020-ci il üzrə gəlirinin 19334476,16 manat (2020-ci ilin ƏDV bəyannamələri üzrə cəmi dövriyyə), xərclərinin isə ümumilikdə 13110845,0 manat (ə/h xərci, sosial sığorta və işsizlikdən sığorta haqları, ÖMV bəyannamələrinə əsasən royaltilərdən gəlir üzrə və fiziki şəxslər üzrə icarə xərci, əldə edilmiş e-qaimə, idxal, 2019cu ilin sonuna mal qalığı) müəyyən edilməsinə baxmayaraq, həmin dövr üzrə mənfəət vergisi bəyannaməsinin vergi orqanına təqdim edilməməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd olunan kənarlaşma ilə bağlı vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********965300 nömrəli “2020-ci il üçün təqdim edilməmiş mənfəət (gəlir) vergisi bəyannaməsi barədə” uyğunsuzluq məktubu göndərilmiş və müvafiq təsdiqedici sənədlərin, ətraflı izahat məktubları, müvafiq dövr üzrə cari bəyannamənin və araşdırmaya təqdim edilməsi üçün zəruri hesab edilən digər sənədlərin vergi orqanına təqdim edilməsi tələb edilmiş, lakin vergi ödəyicisi tərəfindən yaranmış kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2020ci il MV bəyannaməsi üzrə ümumilikdə 1244726,24 manat ((19334476,16- 13110845,0)*20%) əlavə vergi məbləği hesablanaraq, bu barədə vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********300800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə 2020-ci il üçün cari mənfəət vergisi bəyannaməsi təqdim edilməsinə baxmayaraq, yaranmış kənarlaşma tam aradan qaldırılmadığı və müvafiq təsdiqedici sənədlər vergi orqanına təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2020-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə hesablanmış vergi məbləği bərpa edilərək, bu barədə vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********491000 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin qərarında qeyd edilmişdir ki: “iş materiallarına əlavə edilmiş nəzarət kassa-aparatı çeklərinə əsasən İddiaçı MMC tərəfindən 2020-ci il ərzində pərakəndə qaydada ümumilikdə 13657661,48 manat dəyərində mallar təqdim edilmişdir”. Qeyd edilənlərlə bağlı bildirilir ki, vergi orqanının uçot-baza məlumatlarına əsasən vergi ödəyicisinin fəaliyyət növləri içki və tütün məmulatları da daxil olmaqla yeyinti məhsullarının ixtisaslaşdırılmamış topdan satışı (əsas fəaliyyət növü), içki və tütün məmulatları da daxil olmaqla ərzaq mallarının topdan satışı üzrə agentlik fəaliyyəti, alkoqollu və digər içkilərin topdan satışı, yanacağın topdan satışı, saxlama və anbarlara yığma, gömrük anbarlarının, müvəqqəti saxlanc anbarlarının, sərbəst anbarların təsis edilməsi, mərkəzi ofislərin fəaliyyəti, digər qruplara daxil edilməyən sair fərdi xidmətlərin göstərilməsi fəaliyyətlərindən ibarət olmuşdur. Göründüyü kimi, vergi ödəyicisi tərəfindən həyata keçirilən sahibkarlıq fəaliyyəti nəzarət-kassa aparatının çeki ilə deyil, elektron qaiməfaktura ilə rəsmiləşdirilməli olan fəaliyyətdir. İddiaçının qeydiyyata alınmış obyektləri ofis və anbarlardan ibarət olmuşdur ki, anbardan və ofisdən pərakəndə satışın həyata keçirilməsi qeyri-mümkündür. Məhkəmə iş üzrə tətbiq edilməli olan, lakin tətbiq edilməyən Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 5.1-ci bəndini nəzərə almamışdır. Belə ki, Qaydaların 5.1-ci bəndinə əsasən topdansatış ticarəti ilə məşğul olan ticarət obyektlərində malların pərakəndə satışı qadağandır. Bakı İnzibati Məhkəməsinin qərarında qeyd edilmişdir ki: «vergi orqanı iddiaçı tərəfindən bəyan edilmiş ümumi gəlir məbləği ilə o halda razılaşmaya bilərdi ki, iş materiallarına əlavə edilmis malların təqdim edilməsinə dair nəzarət kassa-aparatı çekinin və elektron qaiməfakturaların mötəbərliyini təkzib edə biləcək sübutlara malik olardı». NKA çekləri iddiaçının fəaliyyətinin pərakəndə satış olmamasını bir daha sübut edir. Belə ki, iş materiallarında mövcud olan və xx.xx.2020-xx.xx.2020-ci il üzrə NKA-nın fiskal məlumatına əsasən bir ay ərzində 70 sayda çek qeydiyyata alınmışdır ki, həmin 70 sayda çekin ümumi məbləği ******* manat təşkil etmişdir. Orta hesabla bir çekin məbləği 43.361 manat təşkil edir ki, bir şəxsin istehlak üçün bu məbləğdə ət məhsullarını satın alması ağlabatan deyildir. Həmçinin xx.xx.2020-xx.xx.2020-ci il üzrə NKA-nın fiskal məlumatına əsasən bir ay ərzində 69 sayda çekin ümumi məbləği ******* manat təşkil etmişdir. Orta hesabla bir çekin məbləği 44.294 manat müəyyən olunur. Həmçinin xx.xx.2020-xx.xx.2020-ci il üzrə NKAnın fiskal məlumatına əsasən bir ay ərzində 75 sayda çekin ümumi məbləği ******* manat təşkil etmişdir. Orta hesabla bir çekin məbləği 55.597 manat müəyyən olunur. Həmçinin xx.xx.2020-xx.xx.2020-ci il üzrə NKA-nın fiskal məlumatına əsasən bir ay ərzində 42 sayda çekin ümumi məbləği 579645 manat təşkil etmişdir. Orta hesabla bir çekin məbləği 13.801 manat müəyyən olunur. Həmçinin xx.xx.2020-xx.xx.2020-ci il üzrə NKA-nın fiskal məlumatına əsasən bir ay ərzində 99 sayda çekin ümumi məbləği ******* manat təşkil etmişdir. Orta hesabla bir çekin məbləği 29.460 manat müəyyən olunur. Beləliklə, nümunələrdən göründüyü kimi istehlak üçün bu məbləğlərdə ət və ya ət məhsullarının alınması qeyri-mümkündür. Qeyd olunanları nəzərə alaraq hesab edilir ki, iddiaçının fəaliyyəti birmənalı şəkildə topdansatış fəaliyyətindən ibarət olmuş və NKA-nın çekləri isə mötəbər sənəd hesab edilmədiyi üçün gəliri təsdiq edən sənəd kimi qəbul edilməməlidir. Bakı İnzibati Məhkəməsinin qərarında, eyni zamanda qeyd edilmişdir ki: “İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli arayışa əsasən iddiaçı sahibkarlıq fəaliyyətini xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci tarixədək müvəqqəti olaraq dayandırmış və bu barədə məlumatı vergi orqanına təqdim etmişdir ki, bu da iddiaçıya əlaqəli məlumatlar əsasında vergi hesablanmasını istisna edir. Belə ki, Vergi Məcəlləsinin 67.8-ci maddəsinin tələbinə əsasən sahibkarlıq fəaliyyəti, əmlakının, torpağının və vergi tutulan əməliyyatının olmaması barədə vergi orqanına arayış təqdim etmiş vergi ödəyicilərinə əlaqəli məlumatlar əsasında vergilər hesablana bilməz.”. Vergi ödəyicisinin təqdim etdiyi arayışa nəzər saldıqda, arayışın hüquqi şəxsin fəaliyyətinin dayandırılması barədə olması aydın görünür, yəni qeyd edilən arayış Vergi Məcəlləsinin 16.2-ci maddəsinin deyil, 16.3-cü maddəsinin tələblərinə uyğun olaraq təqdim edilmişdir. Eyni zamanda vergi ödəyicisinin 2020-ci üzrə təqdim etdiyi mənfəət vergisinin bəyannaməsinə əsasən hesabat dövründə vergi ödəyicisinin sahibkarlıq fəaliyyətinin mövcud olduğu aydın görsənir. Odur ki, məhkəmə tərəfindən iddianın təmini əsaslarından biri kimi Vergi Məcəlləsinin 67.8-ci maddəsinə istinad olunması tamamilə səhvdir. Məhkəmə, eyni zamanda vergi orqanı tərəfindən qəbul edilməyən 972802,81 manat məbləğin əsassız olaraq nəzərə alınmaması ilə bağlı qeyd edir ki, vergi ödəyicisinin xərcləri yük gömrük bəyannamələri, elektron qaimə-faktura və digər sənədlərlə öz təsdiqini tapır və bunu iddiaçı tərəfindən xərclərlə bağlı təqdim edilən məbləğlərə sadəcə istinad etməklə əsaslandırır. Uçot-baza məlumatlarına əsasən hesabat dövrü ərzində idxal edilən malların dəyəri 10035600,78 manat, əldə edilmiş elektron qaimə-fakturalara əsasən malların dəyəri 323861,35 manat, 2019-cu ilin sonuna mal qalığı 2723874,33 manat və digər xərclər nəzərə alınmaqla ümumilikdə 13110844,96 manat xərc məbləği hesablanmışdır və qeyd edilən xərc məbləğləri YGB bəyannamələri, vergi bəyannamələri və elektron qaimə-fakturalar ilə təsdiq edilmişdir. Eyni zamanda, YGB bəyannamələri və elektron qaimə-fakturalar barədə müvafiq cədvəllər məhkəməyə təqdim edilmiş, lakin sözügedən sənədlərə məhkəmə tərəfindən münasibət bildirilməmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********491000 nömrəli qərarından görünür ki, İddiaçı MMC-yə kameral yoxlama nəticəsində 2020-ci il üzrə 1.244.726,24 manat mənfəət vergisi hesablanmışdır (təqdim edilmiş bəyannamə, hesabat üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi və ya sığorta haqqı - 1.244.726,24 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı - 1.244.726,23 manat, verginin azaldılmış məbləği və ya sığorta haqqı - -0,01 manat). Həmin qərarda qeyd olunur: tərəfinizdən 2020-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsi üzrə 1140502,36 manat vergi məbləği azaldılmasına baxmayaraq, müvafiq təsdiqedici sənədlər vergi orqanına təqdim edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/5732 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqi hissəsində göstərilənlərə, təqdim edilmiş iş materiallarında olan və tədqiqata təqdim edilmiş əlavə sənədlərə əsasən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmət Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********491000 nömrəli qərarı ilə 2020-ci il üçün hesablanmış əlavə vergi məbləğinin düzgün hesablanmadığı, o cümlədən hazırkı ekspertiza tədqiqatı nəticəsində İddiaçı MMC-nin 2020-ci il üzrə ümumi gəlirlərinin 14.604.767,21 manat, gəlirdən çıxılan cəmi xərclərinin 13.872.921,40 manat, vergiyə cəlb edilən mənfəətinin 731.845,81 manat olduğu, hesablanmalı mənfəət vergisinin məbləğinin isə 146.369,16 manat olduğu müəyyən edildi. Aparılmış tədqiqatın dəyəri 200 manat təşkil edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüquqları vardır. 24.1.1-ci və 24.1.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Cavabdeh tərəfindən apellyasiya şikayətində qeyd edilənlərdən görünür ki, iddiaçı idxal edilmiş quş əti məhsullarının satışını həyata keçirmişdir. Aparılmış araşdırma zamanı vergi ödəyicisinin 2020-ci il üzrə gəlirinin 19.334.476,16 manat (2020-ci ilin ƏDV bəyannamələri üzrə cəmi dövriyyə), xərclərinin isə ümumilikdə 13.110.845,0 manat (ə/h xərci, sosial sığorta və işsizlikdən sığorta haqları, ÖMV bəyannamələrinə əsasən royaltilərdən gəlir üzrə və fiziki şəxslər üzrə icarə xərci, əldə edilmiş e-qaimə, idxal, 2019cu ilin sonuna mal qalığı) müəyyən edilməsinə baxmayaraq, həmin dövr üzrə mənfəət vergisi bəyannaməsinin vergi orqanına təqdim edilməməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd olunan kənarlaşma ilə bağlı vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********965300 nömrəli “2020-ci il üçün təqdim edilməmiş mənfəət (gəlir) vergisi bəyannaməsi barədə” uyğunsuzluq məktubu göndərilmiş və müvafiq təsdiqedici sənədlərin, ətraflı izahat məktubları, müvafiq dövr üzrə cari bəyannamənin və araşdırmaya təqdim edilməsi üçün zəruri hesab edilən digər sənədlərin vergi orqanına təqdim edilməsi tələb edilmiş, lakin vergi ödəyicisi tərəfindən yaranmış kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2020ci il MV bəyannaməsi üzrə ümumilikdə 1.244.726,24 manat ((19334476,16- 13110845,0)*20%) əlavə vergi məbləği hesablanaraq, bu barədə vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********300800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə 2020-ci il üçün cari mənfəət vergisi bəyannaməsi təqdim edilməsinə baxmayaraq, yaranmış kənarlaşma tam aradan qaldırılmadığı və müvafiq təsdiqedici sənədlər vergi orqanına təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2020-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə hesablanmış vergi məbləği bərpa edilərək, bu barədə vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********491000 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan sənədlərə əsasən iddiaçı tərəfindən 2020-ci il üçün Mənfəət vergisi bəyannaməsi təqdim edilərək, ümumi gəlirlər 14.604.767,21 manat, xərclər isə 14.083.647,81 manat bəyan edildiyi halda, cavabdeh vergi orqanı kameral vergi yoxlaması zamanı əlaqəli məlumatlar nəticəsində iddiaçının həmin hesabat ili üzrə ümumi gəlirini 19.334.476,16 manat, xərclərini isə 13.110.845,0 manat müəyyən etmişdir. Cavabdeh vergi orqanı hesab etmişdir ki, iddiaçının 2020-ci il ƏDV bəyannamələri üzrə ümumi dövriyyəsi, dolayısı ilə ümumi gəliri 19.334.476,16 manat olmuş və mənfəət vergisi bəyannaməsində öz əksini tapmış xərclərin 972.802,81 manat hissəsi öz təsdiqini tapmamışdır. Lakin iş materiallarına əlavə edilmiş nəzarət kassa-aparatı çeklərinə əsasən İddiaçı MMC tərəfindən 2020-ci il ərzində pərakəndə qaydada ümumilikdə 13.657.661,48 manat dəyərində mallar təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş elektron qaiməfakturalar barədə məlumata əsasən İddiaçı MMC tərəfindən 2020-ci il ərzində topdan qaydada ümumilikdə 947.105,73 manat dəyərində mallar təqdim edilmişdir. Göründüyü kimi, iddiaçı pərakəndə və topdansatış qaydasında 2020-ci il ərzində ümumilikdə 14.604.767,21 manat (947.105,73 + 13.657.661,48) məbləğində malların təqdim edilməsini həyata keçirmiş və satışdan əldə edilmiş gəlir məbləğini həmin hesabat ili üçün təqdim edilmiş Mənfəət vergisi bəyannaməsində “Ümumi gəlirlər” sətrində bəyan etmişdir. Lakin vergi orqanı ƏDV bəyannamələri üzrə ümumi dövriyyənin ümumilikdə 19.334.476,16 manat olduğunu əsas götürərək, iddiaçı tərəfindən bəyan edilmiş 14.604.767,21 gəlir məbləği ilə razılaşmamışdır. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, iddiaçı tərəfindən həyata keçirilən sahibkarlıq fəaliyyəti nəzarət-kassa aparatının çeki ilə deyil, elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan fəaliyyətdir (topdansatış). İddiaçının qeydiyyata alınmış obyektləri ofis və anbarlardan ibarət olmuşdur ki, anbardan və ofisdən pərakəndə satışın həyata keçirilməsi qeyri-mümkündür. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin qeyd etdiyi hal cavabdehin hazırda mübahisələndirilən qərarı ilə bağlı araşdırma predmetini təşkil etmir. Cavabdeh qeyd olunan hal ilə əlaqədar araşdırma aparmamış, hər hansı qərar qəbul edilməmişdir. Lakin qeyd olunan nəzarət kassa-aparatı çekləri və elektron qaimə-fakturalar mövcuddur, iddiaçının gəlirinə daxildir. Cavabdeh vergi orqanı iddiaçı tərəfindən bəyan edilmiş ümumi gəlir məbləği ilə o halda razılaşmaya bilərdi ki, iş materiallarına əlavə edilmiş malların təqdim edilməsinə dair nəzarət kassa-aparatı çeklərinin və elektron qaimə-fakturaların mötəbərliyini təkzib edə biləcək sübutlara malik olardı. Lakin cavabdeh vergi orqanı məhkəməyə buna dair hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Eyni zamanda, iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli arayışa əsasən iddiaçı sahibkarlıq fəaliyyətini xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək müvəqqəti olaraq dayandırmış və bu barədə məlumatı (arayışı) vergi orqanına təqdim etmişdir ki, bu da iddiaçıya əlaqəli məlumatlar əsasında vergi hesablanmasını istisna edir. Belə ki, Vergi Məcəlləsinin 67.8-ci maddəsinin tələbinə əsasən sahibkarlıq fəaliyyəti, əmlakının, torpağının və vergi tutulan əməliyyatının olmaması barədə vergi orqanına arayış təqdim etmiş vergi ödəyicilərinə münasibətdə əlaqəli məlumatlar əsasında vergilər hesablana bilməz. Apellyasiya instansiyasında icraat zamanı məhkəmə tərəfindən məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/5732 nömrəli ekspert rəyindən görünür ki, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********491000 nömrəli qərarı ilə 2020-ci il üçün hesablanmış əlavə vergi məbləğinin düzgün hesablanmadığı, o cümlədən hazırkı ekspertiza tədqiqatı nəticəsində İddiaçı MMC-nin 2020-ci il üzrə ümumi gəlirlərinin 14.604.767,21 manat, gəlirdən çıxılan cəmi xərclərinin 13.872.921,40 manat, vergiyə cəlb edilən mənfəətinin 731.845,81 manat olduğu, hesablanmalı mənfəət vergisinin məbləğinin isə 146.369,16 manat olduğu müəyyən edilmişdir. Lakin aparılmış hesablamalara aydınlıq gətirilməsi məqsədi ilə rəyi vermiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin aparıcı eksperti Toğrul Cəfərlinin tərəflərin iştirakı ilə məhkəmə iclasında izahatı alınmış, məlum olmuşdur ki, ekspert rəyində iddiaçı tərəfindən 2020-ci il ərzində idxal edilmiş malın dəyəri (gəlirdən çıxılan ümumi xərcə daxildir) 10.035.600,78 manat göstərilmişdir və bu, rüsumlarla birlikdə hesablanmışdır. Halbuki iş materiallarından görünür ki, 2020-ci il ərzində iddiaçı tərəfindən ümumilikdə 8.379.906,87 manat məbləğində mal idxal edilmiş, həmin mallara görə 70.460,0 manat məbləğində gömrük rüsumları və 1.804.852,88 manat məbləğində ƏDV ödənilmişdir, bununla da idxal edilmiş malın dəyəri 10.255.219,75 manat (8.379.906,87 +70.460,0+1.804.852,88) təşkil edir. İddiaçının fəaliyyəti (quş ətinin satışı) ƏDV-dən azad olunan fəaliyyət olduğundan idxal zamanı ödədiyi ƏDV məbləği (1.804.852,88 manat) satılmış malların maya dəyərinə daxil edilmişdir. Göründüyü kimi, ekspert idxal edilmiş malın dəyərini hesablayarkən təkcə gömrük rüsumunu deyil, ƏDV məbləğini də nəzərə almalı idi. Lakin ekspert tərəfindən ƏDV məbləği nəzərə alınmamışdır və bunun səbəbini ekspert izah edə bilməmişdir. Məhkəmə iclasında izahat verərkən ekspert ƏDV məbləği də nəzərə alınmaqla iddiaçının ödəməli olduğu mənfəət vergisinin 102.445,37 manat hesablanmalı olduğunu müəyyən etmişdir (ekspert rəyinə uyğun olaraq 2020-ci il üzrə ümumi gəlir 14.604.767,21 manat, gəlirdən çıxılan xərclər 14.092.540,36 manat, vergiyə cəlb edilən mənfəəti 512.226,85 manat (14.604.767,21 - 14.092.540,36 = 512.226,85), ödənilməli olan mənfəət vergisi 102.445,37 manat (512.226,85 x 20%). İddiaçı tərəfindən isə 2020-ci il üzrə mənfəət vergisi 104.223,88 manat bəyan edilmişdir. Göründüyü kimi, 2020-ci il üzrə mənfəət vergisi iddiaçı tərəfindən düzgün hesablanaraq bəyan edilmişdir. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərar qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Cavabdeh vergi orqanı tərəfindən mübahisələndirilən qərar qəbul edilərkən qanunvericiliyin müəyyən etdiyi tələblərə riayət edilməmiş, düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün hallar, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan hallar araşdırılmamışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu: 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 45.1. İnzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3336/2022 nömrəli, 24 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 200 manat cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən alınaraq dövlət büdcəsinə ödənilsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-77/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-77/2024
22.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver