Məhkəmə qərarları › İş №2-1(103)-770/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-770/2022

30.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-770/2022 30.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə qarşı “gömrük bəyannaməsin müvafiq qrafasında dəyişiklik edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X9 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi (qanuni təmsilçi) Nümayəndə, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə qarşı “gömrük bəyannaməsinin müvafiq qrafasında dəyişiklik edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-52/2020 saylı 24 sentyabr 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 30 mart 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı MMC tərəfindən verilmiş **********6178 sorğu nömrəli ilkin gömrük bəyannaməsində mənşə ölkəsi İran İslam Respublikasından təyinat ölkəsi Azərbaycan Respublikasına göndərilmiş malların kodu 69 1490 0000 kimi göstərilmiş, həmin malların ümumi dəyərinin 98.799,15 AZN olduğu bəyan edilmişdir. Lakin həmin bəyannamə sərhəd gömrük orqanı tərəfindən qəbul edilməmiş, mallar sərhəd gömrük buraxılış məntəqəsindən buraxılmamışdır. 141/16/05-25/004512 nömrəli 05.07.2018-ci il tarixli müraciət məktubu əsasında yükün X3 Nomenklaturası (XİFMN) üzrə kodunun müəyyən edilməsi məqsədilə gömrük orqanı tərəfindən ilkin və kompleks ekspertiza təyin edilmiş, ekspertiza X7 İdarəsi tərəfindən aparılmış, tədqiqat obyektləri qablaşdırılmamış keramik məmulatlar olmaqla aparılmış ekspertizanın nəticəsi olaraq müəyyən edilmişdir ki, iddiaçının ünvanına UE/18/0701 nömrəli invoys üzrə su udma əmsalları 3.8%, 5.4%, 3.3%, 4.4% olan minalanmış üz qatına malik döşəmə və üzlük keramikadan plitələr XİF MN görə 690722 9000 alt yarımmövqeyinə sinifləşdirilmişdir. İddiaçı tərəfindən verilmiş **********6178 sorğu nömrəli sonrakı gömrük bəyannaməsində mənşə ölkəsi İran İslam Respublikasından təyinat ölkəsi Azərbaycan Respublikasına göndərilmiş malların kodu 690722 9000 kimi göstərilmiş, həmin malların ümumi dəyərinin 415.312,91 manat olduğu bəyan edilərək, bəyannamə təsdiq edilmiş, həmin bəyannamə sərhəd gömrük orqanı tərəfindən qəbul edildiyindən, mallar 23.07.2018-ci il tarixdə sərhəd gömrük buraxılış məntəqəsindən buraxılmışdır. Hazırda iddiaçının cavabdeh inzibati orqana qarşı tələbi idxal etdiyi **********6178 saylı gömrük bəyənnaməsinin “31.Malların təsviri” bölümündə olan “Döşəmə, divar üçün və su udma əmsalı 0,5 kütlə %- dən çox olan, lakin 10 kütlə %-dən çox olmayan digər lövhəciklər” adlı malların təsvirinin və “33.Malın kodu” bölümündə olan ********** saylı alt yarımmövqe koduna düzəliş verilərək, sənədlərdə (ixracatçı şirkət tərəfindən təqdim edilən invoys və ixracatçı ölkənin təqdim etdiyi mənşə sertifikatı) göstərilən, qanunvericiliyə uyğun olan “malların təsviri” və doğru olan alt yarımmövqe koduna dəyişdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsindən ibarətdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC tərəfindən 04.07.2018-ci il tarixdə İran İslam Respublikasının Astara şəhərində yerləşən “X15 TRADİNG Co. LTD” şirkətindən 02.04.2018-ci il tarixli 2018/04/02/01 saylı müqavilə və 01.07.2018-ci il tarixli UE/18/07/01 saylı invoys üzrə idxal olunan 91047,95 kv.metr döşəmə, divar və s. üçün digər lövhəciklərə görə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə təqdim olunmuş sənədlər şifahi olaraq həmin idarə tərəfindən qanunauyğun olmadığı bildirilərək, rəsmi məlumat verilmədən geri qaytarılmış və iddiaçıya məxsus mallar 04.07.2018-ci il tarixdən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Hövsan limanında qanunsuz saxlanmaqla süni maneə yaradılmışdır. “Gömrük tarifi haqqında” Qanunun 11.2-ci maddəsində göstərilən vəzifələr cavabdehlər tərəfindən icra olunmamışdır. Gömrük Məcəlləsinin 160-cı maddəsinin tələblərinə uyğun olaraq iddiaçı tərəfə heç bir qərar təqdim edilməmişdir. İddiaçıya məxsus mallar gəmidə saxlanılmaqla zərər vurulmuşdur. İddiaçı məsələnin həlli üçün məhkəməyə müraciət edəcəyi barədə cavabdeh tərəfi məlumatlandırmış, lakin məsələnin məhkəmədənkənar həlli mümkün olmamış, iddiaçı tərəf bu səbəbdən məhkəməyə müraciət etmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən iddiaya dair yazılı etiraz verilərək göstərilmişdir ki, qanunvericiliyin tələbləri və işin faktiki halları nəzərə alınmaqla, iddiaçının iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, İddiaçı MMC-nin malların gömrük dəyərinin hesablanması barədə iddia ərizəsini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinin tələblərinə zidd olaraq tərtib etmiş və məhkəməyə təqdim edilmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsində malların dəyərləndirilməsinin aparılması kimi bir iddia növünə ümumiyyətlə rast gəlinmir. Əlavə olaraq bildirilir ki, iddiaçı 23.07.2018-ci il tarixdə Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən olunmuş gömrük ödənişlərini ödəmiş, təsdiqləyərək təqdim etdiyi gömrük bəyannaməsi gömrük orqanında təsdiqlənmiş və rəsmiləşdirilmiş, idxal etdiyi mallar sərbəst dövriyyəyə buraxılmışdır. Bununla da, iddiaçı ilə gömrük orqanı arasında heç bir mübahisə qalmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-52/2020 saylı 24 sentyabr 2020-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı MMC-nin idxal etdiyi **********6178 saylı gömrük bəyənnaməsinin “31.Malların təsviri” bölümündə olan “Döşəmə, divar üçün və su udma əmsalı 0,5 kütlə % - dən çox olan, lakin 10 kütlə %-dən çox olmayan digər lövhəciklər” adlı malların təsvirinin və “33.Malın kodu” bölümündə olan ********** saylı alt yarımmövqe koduna düzəliş verilərək, sənədlərdə (ixracatçı şirkət tərəfindən təqdim edilən invoys və ixracatçı ölkənin təqdim etdiyi mənşə sertifikatı) göstərilən, qanunvericiliyə uyğun olan “malların təsviri” və doğru olan alt yarımmövqe koduna dəyişdirilərək rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, şikayət edilmiş qərarın məzmununa nəzər salındıqda onun əsassız olduğu, iddianı təmin edən məhkəmənin gömrük qanunvericiliyi barədə hətta səthi şəkildə olsa belə məlumatının olmadığı müəyyən olunur. Belə ki, "malların təsviri” və doğru olan alt yarımmövqe koduna dəyişdirilərək rəsmiləşdirilməsi öhdəliyinin Bakı Baş Gömrük İdarəsinin üzərinə qoyulması barədə qərar tamamilə qanuna zidd olmuş, iddia əsassız və qanunsuz olaraq təmin edilmiş, iddiaçının özü tərəfindən tərtib edilən və məlumatlarının düzgünlüyünə cavabdeh olmaqla təsdiq etdiyi gömrük bəyannaməsinin müvafiq qrafalarının təkrarən yazılması öhdəliyini cavabdehin üzərinə qoymaqla məhkəmə qanuna və digər normativ hüquqi aktlara zidd hərəkət etmişdir. Qərarın əsassızlığı aşağıdakı hallara istinad edilməklə sübut olunur: Məhkəmə, qərarını əsaslandırarkən “Gömrük tarifi haqqında Qanun”a istinad edərək müəyyənləşdirə bilməmişdir ki, həmin qanun Azərbaycan Respublikasında tarifinin formalaşdırılması və tətbiqi, həmçinin Azərbaycan Respublikasının sərhədindən keçirilən mallardan rüsumlarının tutulması qaydalarını müəyyən edilməsinə dair münasibətləri; (Fəsil 1) və yekun müddəalardan (Fəsil 5) başqa, gömrük tarifinin tətbiqi məqsədilə malların gömrük dəyərləndirilməsini (Fəsil gömrük rüsumları üzrə güzəştləri tənzimləyir. Başqa sözlə, iddiaçı ilə cavabdeh arasında olan mübahisə malın gömrük dəyəri barəsində olmadığı üçün, qanunun müddəaları ilə bu mübahisəyə baxıla bilməz. Qeyd olunduğu kimi, əvvəlcə gömrük dəyərinin müəyyən olunması üçün iddia qaldırsa da, sonradan iddiasını dəyişdirərək malın təsnifat kodunu mübahisələndirmişdir. Qərarın 7-ci səhifəsində məhkəmə 2012-ci il yanvarın 1-dən ləğv edilmiş, artıq 8 ildir ki, qüvvədə olmayan Gömrük Məcəlləsinin maddələrinə, 12-ci səhifəsində isə işə aidiyyəti olmayan, nəğd pulun idxalı və ixracı zamanı müsadirə edilməsindən bəhs edən Avropa Məhkəməsinin Qərarına istinad etmişdir. Məhkəmə malların gömrük nəzarəti altından çıxdıqdan sonra, daxili bazardan alınmış nümunələr əsasında verilmiş ekspert rəylərinin Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 158.4-cü maddəsinə zidd olduğu və sübut qismində nəzərə alınmaması barədə verilmiş çoxsaylı vəsatətlərə münasibət bildirməmiş, Qərarın 11-ci səhifəsində həmin ekspert rəylərinə əsaslanaraq malın 69-cu qrupa aid olmasına istisna etmiş, lakin 12-ci səhifədə özünün ziddinə gedərək malın kodunun 69-cu qrupa aid olan 6914 90 0000 kimi göstərilməsinin yuxarıda göstərilən qanunvericilik normalarının tələblərinə tamamilə uyğun olduğu qənaətinə gəlmişdir. Məhkəmə iddiaçı tərəfindən 2018ci ildə ödənilmiş 415312.91 manat gömrük ödənişinin, HS kodun səhv göstərilməsi ilə 98799.15 manata düşəcəyini belə dəqiqləşdirə bilməmiş, Qərarın 5-ci səhifəsində həmin məbləğlərin malların ümumi dəyəri olduğunu güman etmişdir. Eyni zamanda, mallar gömrük nəzarəti atında olarkən mallardan gömrük əməkdaşının iştirakı ilə 4 ədəd nümunə götürülərək ekspertizaya təqdim edildiyi, mallar gömrük nəzarətindən çıxdıqdan və sərbəst dövriyyəyə buraxıldıqdan sonra ekspertizaya təqdim edilmiş nümunələrin 5 ədəd olduğu, bunun iş materiallarında olan protokollarda və məhkəmənin 12.07.2018-ci il tarixli Qərardadında təsbit olunduğunu görməyərək, həmin halları təkzib edən və şübhə altına alan sübutların məhkəməyə təqdim edilmədiyini əsas tutaraq ekspert rəylərini mötəbər sübutetmə vasitəsi kimi qəbul etmişdir. Qərarda gömrük orqanının ixracatçı ölkəyə sorğu vermədiyini sanki gömrük orqanının vəzifəsinə əsaslanan nöqsan kimi göstərərək Gömrük Məcəlləsinin 9.0.15-ci maddəsinə əsasən digər ölkələrin gömrük orqanları ilə, habelə beynəlxalq təşkilatlarla əməkdaşlıq etməyin gömrük orqanının hüquqlarına aid olduğunu müəyyənləşdirə bilməmişdir. Qərarın bir neçə səhifəsində Xarici İqtisadi X2 (XİF MN) əsaslanaraq təsnifat kodlarını əks etdirən Harmonik (Ahəngdar) Sistemdən (HS) bəhs etmiş, Qərarın nəticə hissəsində sənədlərdə (ixracatçı şirkət tərəfindən təqdim edilən invoys və ixracatçı ölkənin təqdim etdiyi mənşə sertifikatı) göstərilən, qanunvericiliyə uyğun olan “malların təsviri” və doğru olan alt yarımmövqe koduna dəyişdirilərək rəsmiləşdirilməsi öhdəliyini Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin üzərinə qoymuş, lakin istinad etdiyi sənəddə; ixracatçı ölkə tərəfindən verilmiş “X1 Mənşə Sertifikatında iddiaçının mübahisələndirdiyi HS kodun 690722 olduğunun fərqinə varmamışdır. Həmçinin, cavabdeh orqan tərəfindən gömrük bəyannaməsinin “31.Malların təsviri” və “33.Malın kodu” qrafalarının gömrük orqanı tərəfindən doldurulmadığı, gömrük rəsmiləşdirilməsinin artıq 2018-ci ildə aparılaraq malların sərbəst dövriyyəyəyə buraxılış gömrük proseduru altında yerləşdirildiyi, 2-ci dəfə təkrarən gömrük rəsmiləşdirilməsinin aparılmasının qanunda nəzərdə tutulmadığı üçün mümkünsüzlüyü məhkəmənin nəzərinə çatdırılsa da, iddiaçının özünü yandıracağı barədə hədələrindən çəkinərək, iş üzrə subyektiv bir qərar qəbul etmişdir. Malların təsnifatını apararkən, gömrük orqanları xarici iqtisadi nomenklaturasına uyğun olan malların kodlarından istifadə edirlər. Malı müşayiət edən sənədlərdə göstərilən məlumatlar, habelə ekspertiza fəaliyyətini həyata keçirən müəssisələr tərəfindən verilən ekspertiza aktları, arayışlar, rəylər yardımçı informasiya xarakteri dayıyır və malların təsnifatı zamanı nəzərə alınır. Gömrük orqanlarının malların təsnifatı haqqında qərarları məcburi xarakter daşıyır. Bəyannaməçi, mallar barədə səlahiyyəti olan digər şəxslər həmin qərardan bu Məcəllənin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verə bilər. İş materiallarından iddiaçının gömrük bəyannaməsində bəyan malları, mübahisələndirdiyi ********** kod ilə gömrük orqanına təqdim etməsi, gömrük ödənişlərini könüllü şəkildə ödəməsi, həmin bəyannamələrin gömrük orqanı tərəfindən təsdiqlənərək, idxal olunmuş malların sərbəst dövriyyəyə buraxılmasının iddiaçının sərbəst bəyan etməsi nəticəsində baş verdiyi və gömrük orqanının hərəkətində qanunsuz heç nə olmadığı görünsə də, məhkəmə tərəfindən mübahisənin düzgün həlli üçün əhəmiyyətli olan bütün faktiki hallar araşdırılmamışdır. Apellyasiya və Kassasiya instansiya məhkəmələrinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-342/2021 saylı 07 iyul 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-52/2020 saylı 24 sentyabr 2020-ci qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır Həmin qərardan narazı qalan cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-1934/2021 saylı 02 noyabr 2021-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-342/2021 saylı 07 iyul 2021-ci il tarixli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi (qanuni təmsilçi) Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İşin mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda iddiaçı idxal etdiyi **********6178 saylı gömrük bəyənnaməsinin “31.Malların təsviri” bölümündə olan “Döşəmə, divar üçün və su udma əmsalı 0,5 kütlə %- dən çox olan, lakin 10 kütlə %-dən çox olmayan digər lövhəciklər” adlı malların təsvirinin və “33.Malın kodu” bölümündə olan ********** saylı alt yarımmövqe koduna düzəliş verilərək, sənədlərdə (ixracatçı şirkət tərəfindən təqdim edilən invoys və ixracatçı ölkənin təqdim etdiyi mənşə sertifikatı) göstərilən, qanunvericiliyə uyğun olan “malların təsviri” və doğru olan alt yarımmövqe koduna dəyişdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini tələb edir. Birinci instansiya məhkəməsi iddiaçının iddiasının təmin edilməsi qənaətinə gəlmişdir. Belə ki, məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən sərhəd gömrük orqanına verilmiş **********6178 sorğu nömrəli ilkin gömrük bəyannaməsində malın kodunun “**********” kimi göstərilməsi qanunvericilik normalarının tələblərinə tamamilə uyğun olmuşdur. Gömrük orqanı ona təqdim edilən ilkin bəyannamə ilə razılaşmamaqda haqlı olmamış, özünü qane edən ikinci bəyannamənin qəbul edilməsi isə bəyannaməçidən əsassız səbəblərdən qanunvericiliklə müəyyən edilən məbləğdən xeyli artıq gömrük rüsumunun alınması ilə nəticələnmiş, bütün bunlar isə sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçını böyük maddi itkilərlə üzləşdirdiyindən onu əlverişsiz vəziyyətə salmışdır. Həmin mövqe ilə apellyasiya instansiya məhkəməsi razılaşsa da, kassasiya instansiyası məhkəməsinin mövqeyi fərqli olmuşdur. Belə ki, iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-992/2021 saylı 09 iyun 2021-ci il tarixli qərarında göstərilmişdir ki, qanunvericilikdə gömrük bəyannaməsi təsdiq edildikdən sonra həmin bəyannamədə düzəlişlər edilməsinə icazə verildiyi hallar dəqiq göstərilmişdir. Apellyasiya instansiyası məhkəməsi də ilk növbədə qeyd edilən normalara istinad edərək müvafiq düzəlişin aparılmasının qanunvericiliyin tələblərinə uyğun olub-olmadığını qiymətləndirməli idi. Həmin normalardan görünür ki, gömrük orqanları gömrük bəyannaməsindəki məlumatların düzgün olmadığını müəyyənləşdirdikdən sonra gömrük bəyannaməsində düzəlişlər edilməsinə icazə verilmir. Hazırkı işin mübahisəsiz hallarından isə məlumdur ki, 141/16/05- 25/004512 nömrəli 05.07.2018-ci il tarixli müraciət məktubu əsasında yükün X3 Nomenklaturası (XİFMN) üzrə kodunun müəyyən edilməsi məqsədilə gömrük orqanı tərəfindən ilkin və kompleks ekspertiza təyin edilmiş, ekspertiza X7 İdarəsi tərəfindən aparılmış, tədqiqat obyektləri qablaşdırılmamış keramik məmulatlar olmaqla aparılmış ekspertizanın nəticəsi olaraq müəyyən edilmişdir ki, iddiaçının ünvanına UE/18/0701 nömrəli invoys üzrə su udma əmsalları 3.8%, 5.4%, 3.3%, 4.4% olan minalanmış üz qatına malik döşəmə və üzlük keramikadan plitələr XİF MN görə 690722 9000 alt yarımmövqeyinə sinifləşdirilmişdir. Göründüyü kimi, cavabdeh orqan tərəfindən gömrük bəyannaməsindəki məlumatların, yəni yükün X3 Nomenklaturası (XİFMN) üzrə kodunun düzgün müəyyən edilmədiyi aşkarlanmışdır. Artıq qeyd edildiyi kimi, qanunvericiliklə bu halda gömrük bəyannaməsində düzəlişlər edilməsinə icazə verilmir. Məhkəmələr isə göstərilən istiqamətdə heç bir araşdırma aparmamış, iddiaçının gömrük bəyannaməsində düzəlişlər etmək imkanının olub-olmadığını müəyyən etmədən iddia tələbini təmin etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Buna görə də hazırki işin təkrar apellyasiya baxışı zamanı araşdırma aparılarkən müəyyən olundu ki, malın XİFMN üzrə kodunun müəyyən edilməsi sualı üzrə ekspertiza tədqiqatının nəticəsi, yəni X7 İdarəsinin ekspert rəyi 09.07.2018-ci il tarixdə gömrük orqanına məlum olmuş və məhz bundan sonra cavabdehin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin Təhqiqat bölməsi tərəfindən 10 iyul 2018-ci il tarixli qərarla eyni, yəni malın hansı kod altında sinifləşdirilməsi sualı üzrə materialların məhkəmə ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, sonuncu tərəfindən verilmiş ekspert arayışında X7 İdarəsinin müvafiq ekspert rəyi ilə müəyyən edilmiş hal, yəni yükün XİFMN görə ********** alt yarımmövqeyində sinifləşdirilməsi öz təsdiqini tapmamış, başqa sözlə, müvafiq sual üzrə ekspertiza tədqiqatı aparılmamış, buna əsas kimi isə malın hansı kod altında sinifləşdirilməsi sualı üzrə rəy verilməsinin ekspertin səlahiyyətlərinə aid olmadığı göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 13 iyul 2018-ci il tarixli 17982/17983 saylı ekspert arayışında cavabdehin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin Təhqiqat bölməsi tərəfindən 10 iyul 2018-ci il tarixli qərarla təyin edilmiş ekspertiza tədqiqatının nəticəsi aşağıdakı kimi göstərilmişdir: “Tədqiqata təqdim edilmiş 4 ədəd plitə keramikadan hazırlanmışdır və səthi minalanmışdır. “Gömrük orqanına bəyan edilən, ümumi ölçüsü 91047, kv.metr, cəmi çəkisi ******* kq. olan “döşəmə, divar və s. üçün digər ləvhəciklər” yükü hansı kod altında sinifləşdirilmişdir?” sualı Mərkəzin ekspertinin səlahiyyətinə aid olmadığından cavablandırılmadı. Tədqiqata təqdim edilmiş nümunələrin orta bazar pərakəndə satış qiymətləri aşağıdakı kimi müəyyən edilmişdir: 1. 900x300x8,1 mm ölçülü plitə - 11,00 manat; 2. 900x300x(7,5-9,96) mm ölçülü plitə - 11,00 manat; 3. 600x300x10,5 mm ölçülü plitə - 12,00 manat; 4. 330x330x11 mm ölçülü plitə - 12,00 manat. Qeyd edilir ki, hər hansı bir əşyanın malın miqdarından asılı olaraq qiymətlərində fərq olması istisna edilmir. Təqdim olunan mübahisəli malın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtısadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə əsasən 69-cu qrupa aid olubolmamasını müəyyən etmək məqsədilə 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 24 iyul 2018-ci il tarixli 2-1(81)-3400/2018 saylı qərardadına əsasən məhkəmə ekspertizası təyin edilmişdir. 18.10.2018-ci il tarixdə məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 11 sentyabr 2018-ci il tarixli,20619/20620 saylı ekspert rəyindən görünür ki, qərardad əsasında ekspert qarşısında qoyulmuş suallar üzrə aparılmış tədqiqatın nəticəsi aşağıdakı şəkildə göstərilmişdir: “Tədqiqata təqdim edilmiş 1, 2 və 3 nömrəli plitələr keramikadan hazırlanmışdır və səthi minalanmışdır. Tədqiqata təqdim edilmiş 4 və 5 nömrəli plitələr keramikadan hazırlanmışdır və səthi minalanmamışdır. Qeyd 1: Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq maddi texniki bazası olmadığından qərardadda qeyd edilən 1-ci sualı cavablandırmaq mümkün olmadı. Qeyd 2: Qərardadda qeyd edilən “01 iyul 2018-ci il tarixli UE/18/07/01 saylı invoys üzrə idxal olunan döşəmə, divar və s. üçün digər lövhəciklər X3 Nomenklaturası (XİFMN) üzrə hansı kodlara aiddir? Mərkəzin ekspertinin səlahiyyətinə aid olmadan cavablandırılmadı (X13). Tədqiqata təqdim edilmiş nümunələrin pərakəndə orta bazar qiymətləri təxminən aşağıdakı kimi müəyyən edilir: Arxa hissəsində “made in İran” və “design in Spain” yazıları olan 900x300x8,1 mm ölçülü plitə -11,00 manat; Arxa hissəsində “made in İran” yazıları olan 900x300 x (7,5 - 9,96) mm ölçülü plitə -11,00 manat; 330x330x11 mm ölçülü plitə - 12,00 manat. Arxa hissəsində “made in İran və “design in Spain” yazıları olan 600x300x0,8 mm ölçülü plitə - 12,00 manat; Qeyd edilir ki, hər hansı bir əşyanın, malın miqdarından asılı olaraq, qiymətlərində fərq olması istisna edilmir. 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1(81)- 3400/2018 saylı 30 noyabr 2018-ci il tarixli qərardadına əsasən komissyon məhkəmə ekspertizası və məhkəmə iqtisad ekspertizası təyin edilmiş, aparılmış tədqiqatın nəticəsi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 17.01.2019-cu il tarixli, 32994/33135 nömrəli ekspert rəyinin nəticəvi hissəsi aşağıdakı kimi göstərilmişdir: “Sual 1 üzrə: Aparılmış spektrometrik tədqiqatların nəticələrinə görə təqdim edilmiş məmulatlar keramik materiallara aiddir. Müvafiq maddi texniki baza olmadığından məmulatların qəliblənmədən sonra yandırılmış olub-olmadığını müəyyən etmək mümkün olmadı. Sual 2 üzrə: 11 sentyabr 2018-ci il tarixli 201619/20620 saylı ekspert rəyində aparılmış tədqiqatlarla müəyyən edilmişdir ki, 1, 2, 3 nömrəli obyektlər səthi minalanmış plitələrdir. 1, 2 və 3 nömrəli plitələrin üst qatının və alt (əsas) qatının kimyəvi tərkibi aşağıdakı kimidir: Nümunə 1. Üst qatın tərkibində aşkar edilmiş piklər: silisium (Si), maqnezium (Mg), alüminium (Al) kalsium (Ca), natrium (Na), barium (Ba), xrom (Cr) və sink (Zn); Alt (əsas) qatın tərkibində aşkar edilmiş piklər: silisium (Si), maqnezium (Mg), alüminium (Al) kalsium (Ca), natrium (Na), titan (Ti); Nümunə 2. Üst qatın tərkibində aşkar edilmiş piklər: silisium (Si), maqnezium (Mg), alüminium (Al) kalsium (Ca), natrium (Na), barium (Ba), xrom (Cr) və sink (Zn); Alt (əsas) qatın tərkibində aşkar edilmiş piklər: silisium (Si), maqnezium (Mg), alüminium (Al) kalsium (Ca), natrium (Na), titan (Ti) və dəmir (Fe); Nümunə 3. Üst qatın tərkibində aşkar edilmiş piklər: silisium (Si), maqnezium (Mg), alüminium (Al) kalsium (Ca), natrium (Na), xrom (Cr) və sink (Zn); Alt (əsas) qatın tərkibində aşkar edilmiş piklər: silisium (Si), maqneziumn (Mg), alüminium (Al), kalsium (Ca), natrium (Na), titan (Ti). (X13). Eksperiza tədqiqatına təqdim edilmiş keramik plitələrin (nümunələrin) pərakəndə orta bazar qiymətləri aşağıdakı kimi müəyyən edilir: 1. Arxa hissəsində Made in İran və Design in Spain yazıları olan 900x300x8,1 mm ölçülü plitə - 11,00 manat; 2. Arxa hissəsində Made in İran yazıları olan 900x300x(7,5-9,96) mm ölçülü plitə -11,00 manat; 3. 330x330x11 mm ölçülü plitə - 12,00 manat. 4.Arxa hissəsində Made in İran və Design in Spain yazıları olan 600x300x0,8 mm ölçülü piltə-12,00 manat; 5.Arxa hissəsində Made in İran və Design in Spain yazıları olan 900x300x0,9 mm ölçüdə piltə- 12,00 manat; Qeyd edilir ki, hər hansı bir əşyanın, malın miqdarından asılı olaraq, qiymətlərində fərq olması istisna edilmir. Təqdim edilmiş keramik plitələr (nümunələr) minalanmış olduğu üçün X5 Mal Nomenkulaturası (XİFMN) üzrə 6907 kodunun “digərləri” (6907 21 900 0, 6907 22 9000, 6907 23 9000, 6907 30 9000 və **********) alt yarımmövqeyinə uyğunluğu müəyyən edilir. Müvafiq maddi texniki baza olmadığından məmulatların konkret hansı alt yarımmövqeyinə uyğunluğunu müəyyən etmək mümkün olmadı. 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1(81)-139/2019 saylı 08.07.2019-cu il tarixli qərardadına əsasən komissyon məhkəmə ekspertizası və məhkəmə iqtisad ekspertizası təyin edilmiş, aparılmış tədqiqatın nəticəsi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 30.12.2019-cu il tarixli, 26527 nömrəli ekspert rəyinin nəticəvi hissəsi aşağıdakı kimi göstərilmişdir: “1.Təqdim olunmuş keramika məmulatlarından 1-ci, 2-ci və 3-cü nümunələrin sıxlıqları müvafiq olaraq ~2.20- 2.33 g/sm3 intervalında, 4-cü və 5-ci nümunələrin sıxlıqları isə müvafiq olaraq ~1.904 g/sm3-dir. 1.1.Təqdim olunmuş keramika məmulatları sıxlıqlarına görə bişirilmiş (yandırılmış) keramika məmulatlarına uyğun gəlirlər. 1.2. Rəyin tədqiqi hissəsində məmulatlarının qəliblənmədən sonra bişirilməsini (yandırılmasını) müəyyən etmək mümkün olmadı. 1.2. Xüsusi avadanlıq olmadığı sıxlıqları, QOST 7025-91 standartına riyazi və fiziki üsullarla hesablanmışdır. 2. Təqdim olunmuş keramika məmulatlarından 1ci, 2-ci və 3-cü nümunələr sıxlıqlarına və kimyəvi tərkiblərinə görə minalanmış keramika məmulatlarına, 4-cü və 5-ci nümunələr isə minalanmamış keramika məmulatlarına aiddirlər. 2.1.Təqdim olunmuş keramika məmulatlarının bütün nümunələrin daxili qatı silisium (Si), maqnezium (Mg), alüminium (Al), kalsium (Ca), natrium (Na), dəmir (Fe), manqan (Mn) və titan (Ti) elementlərinin qeyri-üzvi birləşmələrindən ibarətdir. 1-ci nümunənin səthi silisium (Si), maqnezium (Mg), alüminium (Al), kalsium (Ca), natrium (Na), xrom (Cr) və sink (Zn) elementlərindən, 2-ci və 3-cü nümunələrin səthi silisium (Si), maqnezium (Mg), alüminium (Al), kalsium (Ca), natrium (Na), barium (Ba), xrom (Cr) və sink (Zn) elementlərindən, 4-cü və 5-ci nümunələrin səthi silisium (Si), maqnezium (Mg), alüminium (Al), kalsium (Ca), natrium (Na), xrom (Cr), sink (Zn), dəmir (Fe), manqan (Mn) və titan (Ti) elementlərindən ibarət olub qeyri-üzvi tərkiblidirlər. 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1(81)-139/2019 saylı 08.07.2019-cu il tarixli qərardadına əsasən komissyon məhkəmə ekspertizası və məhkəmə iqtisad ekspertizası təyin edilmiş, aparılmış tədqiqatın nəticəsi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 30.12.2019-cu il tarixli, 26876 nömrəli ekspert rəyinin nəticəvi hissəsi aşağıdakı kimi göstərilmişdir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X8 mal nomenklaturası, idxal gömrük rüsumlarının və ixrac gömrük rüsumlarının dərəcələri”nə əsasən Qrup 69 keramika məmulatları mal mövqeyinə yalnız qəliblənmədən sonra yandırılmış keramika məmulatları daxil olunur. Aparılmış fizikikimyəvi tədqiqata əsasən ekspertizaya təqdim olunmuş keramika məmulatlarının qəliblənmədən əvvəl və ya sonra bişirilməsini (yandırılmasını) müəyyən etmək mümkün olmadı. Təqdim edilən keramika məmulatlarının qəliblənmədən sonra yandırılmış olubolmadığı müəyyən edilmədiyindən, keramika məmulatlarının XİFMN üzrə hansı koda uyğunluğunu müəyyən etmək mümkün olmadı. Qeyd edilən keramika məmulatlarının XİFMN üzrə hansı koda uyğunluğu, onların qəliblənmədən əvvəl və ya sonra yandırılmış olduğu məlum olduqdan sonra müəyyən edilə bilər. Ekspertiza tədqiqatına təqdim edilmiş keramika plitələrin (nümunələrin) pərakəndə 01 iyul 2018-ci il tarixə orta bazar qiyməti aşağıdakı kimi müəyyən edilir: 1. Arxa hissəsində “made in İran” və “design in Spain” yazıları olan 900x300x8,1 mm ölçülü plitə - 11,00 manat; 2. Arxa hissəsində “made in İran” yazıları olan 900x300x(7,5-9,96) mm ölçülü plitə - 11,00 manat; 3. 330x330x11 mm ölçülü plitə - 12,00 manat; 4. Arxa hissəsində “made in İran” və “design in Spain” yazıları olan 600x300x0,8 mm ölçülü plitə - 12,00 manat; 5. Arxa hissəsində “made in İran” və “design in Spain” yazıları olan 900x300x0,9 mm ölçüdə plitə - 12,00 manat; Qeyd edilir ki, hər hansı əşyanın, malın miqdarından asılı olaraq qiymətlərində fərq olması istisna edilmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 11146/12166 saylı 29.05.2019-cu il tarixli ekspert rəyinin nəticə hissəsində ekspertizaya təqdim edilmiş 30.11.2018-ci il tarixli qərardadın və tədqiqat obyektləri üzrə 17.01.2019-cu il tarixdə 32994/33135 saylı ekspert rəyinin verildiyi, eyni qərardadın Mərkəzə təkrar təqdim edildiyindən ekspertlər qarşısında qoyulan sualların və tədqiqat obyektlərin eyni olması səbəbindən ekspertizanın aparılmadığı qeyd edilmişdir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərini və işin müəyyən olunan hallarını nəzərə alaraq hesab etmişdi ki, Məhkəmə Ekspertizası Mərkəzinin 11 sentyabr 2018-ci il tarixli 20619/20620 saylı, 17.01.2019-cu il tarixli 32994/33135 saylı, 30.12.2019-cu il tarixli 26527 saylı və 30.12.2019-cu il tarixli 26876 saylı ekspert rəylərində göstərilən halları təkzib edən və şübhə altına alan sübut məhkəməyə təqdim edilməmiş, göstərilən ekspert rəyləri belə qənaətə gəlməyə əsas verir ki, ekspert rəyləri ilə malın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtısadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə əsasən 69-cu qrupa aid olması, başqa sözlə, iddiaçı tərəfindən verilmiş **********6178 sorğu nömrəli sonrakı gömrük bəyannaməsində bəyan edilmiş malların ********** kodu altında sinifləşdirilməsi halı istisna edilir. Bunun səbəbi kimi isə Mərkəzdə müvafiq tədqiqatın aparılması üçün texniki bazanın olmadığı göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtısadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə əsasən X11 X2 görə sinifləşdirilməsi aşağıdakı Qaydalara uyğun həyata keçirilir: Yuxarıda göstərilən Qaydaların müddəalarına uyğun sinifləşdirilməsi mümkün olmayan mallar daha oxşar (yaxın) mallara uyğun mal mövqeyində sinifləşdirilir. “Azərbaycan Respublikasının X8 mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin 69-cu qrupunun “digər keramika məmulatları” adlanan 2-ci yarımqrupunda iddiaçının sərhəd gömrük orqanına təqdim etdiyi ilkin bəyannamədə “**********” kimi göstərdiyi mal kodu altında mal mövqelərinin adları “digərləri” kimi göstərilmişdir. Əvvəlki apellyasiya baxışında məhkəmə kollegiyası bu halla bağlı qeyd etmişdi ki, iddiaçı tərəf təyinat ölkəsinə ixrac etmək istədiyi malın kodunu öz mövqeyinə və iradəsinə əsasən deyil, mənşə ölkəsi İran İslam Respublikasının Astara şəhərində yerləşən “X15 Trading Co. LTD” şirkətindən 02 aprel 2018-ci il tarixli 2018/04/02/01 saylı müqavilə və 01 iyul 2018-ci il tarixli UE/18/07/01 saylı invoysda, habelə 02.07.2018-ci il tarixdə İran Ticarət, Sənaye, Mədən və Kənd Sənayesinin sədri tərəfindən verilmiş **********001 saylı AA2294063 nömrəli mənşə sertifikatında göstərilənlərə əsasən müəyyən etmiş və gömrük orqanına bəyan etmişdir. “Gömrük tarifi haqqında” AR Qanununun 10.1-ci maddəsində təsbit edilmişdir ki, bəyannaməçi tərəfindən bəyan edilmiş gömrük dəyəri və onun müəyyən edilməsi ilə bağlı məlumatlar dəqiq, kəmiyyəti müəyyən oluna bilən və sənədlərlə təsdiq edilmiş məlumatlara əsaslanmalıdır. O ki qaldı hazırki iş üzrə kassasiya instansiyası məhkəməsinin qərarında göstərilən “iddiaçının gömrük bəyannaməsində düzəlişlər etmək imkanının olub-olmamasını müəyyən etmədən məhkəmələrin iddianın təmin edilməsi qənaətinə gəlməsi”nə, bu barədə Kollegiya Gömrük Məcəlləsinin müvafiq müddəalarının diqqətə çəkilməsini zəruri hesab edir. Gömrük Məcəlləsinin 153.1-ci maddəsinə əsasən Bu Məcəllənin 153.2-ci maddəsində göstərilən hallar istisna olmaqla, gömrük bəyannaməsi təsdiq edildikdən sonra bəyannaməçinin müraciəti əsasında həmin bəyannamədə düzəlişlərin aparılmasına və ya onun geri götürülməsinə gömrük orqanları tərəfindən icazə verilir. Həmin Məcəllənin 153.2-ci maddəsinə əsasən aşağıdakı hallarda təqdim olunmuş gömrük bəyannaməsində düzəlişlər edilməsinə və ya onun geri götürülməsinə icazə verilmir: - gömrük orqanları bəyannaməçiyə malları yoxlamaq niyyətində olduğunu bildirdikdən sonra; - gömrük orqanları gömrük bəyannaməsindəki məlumatların düzgün olmadığını müəyyənləşdirdikdən sonra; - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallar istisna olmaqla, gömrük orqanları tərəfindən malların buraxılışı həyata keçirildikdən sonra. Oxşar müddəalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.07.2014-cü il tarixli 263 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın 14.2-ci bəndində də öz əksini tapmışdır. Kollegiya bir daha qeyd olunmasını zəruri hesab edir ki, iddiaçı tərəf təyinat ölkəsinə ixrac etmək istədiyi malın kodunu öz mövqeyinə və iradəsinə əsasən deyil, mənşə ölkəsi İran İslam Respublikasının Astara şəhərində yerləşən “X15 Trading Co. LTD” şirkətindən 02 aprel 2018-ci il tarixli 2018/04/02/01 saylı müqavilə və 01 iyul 2018-ci il tarixli UE/18/07/01 saylı invoysda, habelə 02.07.2018-ci il tarixdə İran Ticarət, Sənaye, Mədən və Kənd Sənayesinin sədri tərəfindən verilmiş **********001 saylı AA2294063 nömrəli mənşə sertifikatında göstərilənlərə əsasən müəyyən etmiş və gömrük orqanına bəyan etmişdir. Bu zaman iddiaçı tərəfindən sərhəd gömrük orqanına verilmiş **********6178 sorğu nömrəli ilkin gömrük bəyannaməsində malın kodunun “**********” kimi göstərilməsi maddi hüquq normalarının tələblərinə uyğun olmuşdur. Sadəcə olaraq hazırki işdə gömrük orqanı ona iddiaçının təqdim etdiyi ilkin bəyannamə ilə razılaşmamış, öz təşəbbüsü ilə əsassız olaraq istinad etdiyi ikinci bir bəyannamənin verilməsini tələb etmiş və buna görə də iddiaçı məcbur qalaraq əsassız səbəbdən ikinci bəyannaməni- **********6178 sorğu nömrəli sonrakı gömrük bəyannaməsini (hansı ki mənşə ölkəsi İran İslam Respublikasından təyinat ölkəsi Azərbaycan Respublikasına göndərilmiş malların kodu ********** kimi göstərilmişdir) təqdim etmiş və məhz bundan sonra həmin bəyannamə sərhəd gömrük orqanı tərəfindən qəbul edilərək mallar 23.07.2018-ci il tarixdə sərhəd gömrük buraxılış məntəqəsindən buraxılmışdır. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən gömrük orqanının gömrük dəyərləndirilməsi məqsədi ilə ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ vardır. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən aparılmış yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin bu Qanuna uyğun olmadığı, yaxud digər səbəblərdən düzgün olmadığı qənaətinə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi bu Qanunun tələbləri nəzərə alınmaqla gömrük dəyərinə müvafiq düzəlişlər edilməsi üçün bəyannaməçiyə yazılı bildiriş təqdim edir. Həmin bildirişdə gömrük dəyərinə təklif olunan düzəlişlər göstərilməli və onların edilməsi zərurəti əsaslandırılmalıdır. Həmin Qanunun 11.3-cü maddəsinə əsasən bəyannaməçi bu Qanunun 11.2-ci maddəsinə uyğun olaraq ona təqdim edilmiş bildirişdə göstərilən gömrük dəyərinə təklif olunan düzəlişlə razılaşmadıqda, yuxarı gömrük orqanına və (və ya) məhkəməyə müraciət edə bilər. Yuxarı gömrük orqanı və ya məhkəmə həmin müraciətə ən geci 10 (on) gün müddətində baxır. Bu barədə müraciətə baxılma müddətində dəbbə pulu hesablanmır. Həmin Qanunun 11.4-cü maddəsinə əsasən yuxarı gömrük orqanı və ya məhkəmə bəyannaməçinin müəyyən etdiyi gömrük dəyərini düzgün hesab etdikdə, malların saxlancı ilə bağlı xərclər bu Qanunun 11.2-ci maddəsinə əsasən gömrük dəyərinə düzəlişlər təklif etmiş vəzifəli şəxsdən tutulur və həmin vəzifəli şəxs intizam məsuliyyətinə cəlb olunur. Nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqan tərəfindən yuxarıda adı çəkilən malların kodunun ********** kimi göstərilməsi ilə bağlı əsassız tələbinin icra olunmasına görə iddiaçı qanunvericiliklə müəyyən edilən məbləğdən xeyli artıq gömrük rüsumunu vermək məcburiyyətində qalmışdır ki, bu da öz növbəsində iddiaçının sahibkarlıq fəaliyyətində böyük maddi itkilərə məruz qalması ilə nəticələnmişdir. Kollegiya hesab edir ki, hazırki işdə iddiaçının idxal etdiyi malların kodunun ********** kimi göstərilməsi ilə bağlı ikinci bəyannamənin cavabdeh orqan tərəfindən əsassız olaraq tələb olunması nəticəsində belə bəyannaməni verməkdə iddiaçı təqsirli hesab oluna bilməz, odur ki, bu hal iddiaçını idxal etdiyi malların gömrük bəyannaməsinin qanunvericiliyə uyğun olan “malların təsviri” və doğru olan alt yarımmövqe koduna dəyişdirilərək rəsmiləşdirilməsini tələb etmək hüququndan məhrum edə bilməz. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddiasının təmin edilərək, İddiaçı MMC-nin idxal etdiyi **********6178 saylı gömrük bəyənnaməsinin “31.Malların təsviri” bölümündə olan “Döşəmə, divar üçün və su udma əmsalı 0,5 kütlə % - dən çox olan, lakin 10 kütlə %-dən çox olmayan digər lövhəciklər” adlı malların təsvirinin və “33.Malın kodu” bölümündə olan ********** saylı alt yarımmövqe koduna düzəliş verilərək, sənədlərdə (ixracatçı şirkət tərəfindən təqdim edilən invoys və ixracatçı ölkənin təqdim etdiyi mənşə sertifikatı) göstərilən, qanunvericiliyə uyğun olan “malların təsviri” və doğru olan alt yarımmövqe koduna dəyişdirilərək rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir, həmin dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 52/2020 saylı 24 sentyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-52/2020 saylı 24 sentyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar