Məhkəmə qərarları › İş №2-1(103)-771/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-771/2020

06.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-771/2020 06.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Hakimlər Ülvi Arif oğlu Mayılovdan və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Şamxal Mehdi oğlu Ariflinin katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X3 rayon şöbəsinə qarşı «pensiyasının təyin edilməsi» tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4429/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq Müəyyən e t d i: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4429/2019 saylı xx xxxxxxx 2019cu il tarixli qərarı ilə iddia qismən təmin edilərək, İddiaçı xx.xx.1986-cı ildən xx.xx.1988-ci ilə qədər Azərbaycan SSR Dövlət Aqrar Sənaye Komitəsi Üzümçülük üzrə Respublika Sənaye Birliyində rəis müavini, xx.xx.1988-ci ildən xx.xx.1989-cu ilə qədər Azərbaycan SSR Dövlət Aqrar Sənaye Komitəsi yanında Üzümçülük, Meyvə və Tərəvəzçilik üzrə Respublika Sənaye Birliyində şöbə rəisi işlədiyi dövrləri dövlət qulluğu stajına daxil edilməklə pensiyasının hesablanması üçün əsas götürülən dövr üçün dövlət qulluğunda iş stajı 15 ildən çox olduğundan qulluq stajına görə 30 faiz əlavə haqq, hakimiyyət səlahiyyətlərinin icrasına görə aylıq vəzifə maaşının 15 faiz məbləğində verilən əlavə haqqın, dövlət qulluqçularına hər il ödənilən 1 vəzifə maaşı həcmində müavinətin nəzərə alınmaqla pensiya hüququnun yarandığı xx.xx.2016-cı ildən həmin dövrdə qüvvədə olan «Əmək pensiyaları haqqında» AR Qanununun tələblərinə müvafiq olaraq hesablanması və keçmiş dövr ərzində yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət sosial X3 rayon Şöbəsinin üzərinə qoyulmuş, iddia qalan hissədə rədd edilmişdir. Cavabdeh xx.xx.2020-ci ildə apellyasiya şikayəti verərək, həmin qərarı ləğv edib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Məhkəmə kollegiyası qanunun qeyd olunan tələbinə müvafiq olaraq iş materiallarını tədqiq edərkən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayətinin qanunla müəyyən edilən şikayət vermə müddəti ötürülmüşdür. Ona görə də xx xxxx 2020-ci il tarixinə (hazırkı günə) şikayətin mümkünlük məsələsi üzrə şifahi məhkəmə iclası təyin edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması ilə bağlı təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər və ya nümayəndələri məhkəmə iclasında iştirak etməmiş, məhkəmə onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşıdırıb belə hesab edir ki, cavabdehin şikayəti üzrə apellyasiya icraatı mümkün sayılmamalıdır. Belə ki, İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati-iqtisadi məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 22.1-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda elan edilmə anından başlanır. İş materiallarının 31-ci vərəqində olan xəbərnamədən görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4429/19 saylı, xx.xx.2019-cu il tarixli qərarının surəti cavabdeh orqan tərəfindən xx.xx.2019-cu il tarixdə xəbərnaməyə imza edilməklə rəsmi qaydada qəbul edilmiş, xx.xx.2020-ci il tarixdə icraya yönəldilmişdir. xx.xx.2019-cu il tarixədək həmin qərardan apellyasiya şikayəti vermək hüququ olduğu halda cavabdeh apellyasiya şikayətini xx.xx.2020-ci il tarixdə poçta təqdim etmiş, şikayət xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh qanunla müəyyən edilmiş 30 günlük prosessual müddəti ötürərək məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra xx.xx.2020-ci il tarixdə apellyasiya şikayəti verdiyindən və buraxılmış müddətin üzürlü hesab edərək bərpa edilməsi barədə vəsatət vermədiyindən məhkəmə apellyasiyanı mümkün saymır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 87.3.-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Beləliklə də, işin qeyd olunan hallarını və prosessual qanunvericiliyin sözügedən tələblərini nəzərə alan məhkəmə kollegiyası yekunda belə nəticəyə gəlir ki, cavabdeh orqanın 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4429/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qərarından verdiyi apellyasiya şikayəti üzrə apellyasiya icraatı mümkün sayılmamalı, şikayətin icraata qəbul edilməsindən imtina olunmalı və geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri və İPM-in 80, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X2 İdarəsinin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4429/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qərarından verdiyi apellyasiya şikayəti üzrə apellyasiya icraatı mümkün sayılmasın. Apellyasiya şikayətinin icraata qəbul olunmasından imtina edilsin və geri qaytarılsın. Qərardaddan təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Hakimlər imzalar: Əsli ilə düzdür Hakim: Vüqar Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar