Məhkəmə qərarları › İş №2-1(103)-773/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-773/2023

20.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-773/2023 20.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X4 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı X5 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı (3-cü şəxslər: Dövlət Vergi Xidməti, “X1i təmsilçisi X7) “məlumatların təqdim edilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7481/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh və üçüncü şəxs X7 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı X5 qanuni nümayəndəsi Qanuni nümayəndə Əli qızının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı sonradan iddia ərizəsi və iddia tələbinə dəqiqləşmə təqdim edərək iddiaçının müraciətində tələb olunan: – "xxxx" kollektiv Müəsissəsinin (VÖEN: **********) mülkiyyətində olmuş “Əmlak Kompleksi”nin və torpaq sahəsinin əldə edilməsinə görə hansı vergilərin və müvafiq vergilərin həqiqətən ödənilib-ödənilməməsi; aparılmış özgəninkiləşdirmə əməliyyatının qanuni olub-olmaması, məsuliyyətə cəlb olunubolunmaması; X7 tərəfindən Əmlak Kompleksi və torpaq sahəsi mülkiyyətinə təhvil götürülən zaman, onun tərəfindən qanunun tələblərinə əməl olunmasını müəyyən etmək üçün- yəni vergi qanunvericiliyinin pozulubpozulmaması; qanun pozuntusuna görə məsuliyyətə cəlb olunub-olunmamasını, vergi ödənişləri üzrə borcun yaranıb-yaranmamasını;vergi ödəyicisi kimi, o cümlədən ƏDV-nin məqsədləri üçün qeydiyyatda olub-olmaması; vergi ödəyicisi olaraq sahibkarlıq fəaliyyətinin, həmçinin vergi tutulan əməliyyatlarının dayandırılıb-dayandırılmamasını, eyni zamanda riskli vergi ödəyicisi olub-olmamasını müəyyən etməkdən ötrü dolğun məlumatların təqdim olunması vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7481/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş və "xxxx" kollektiv Müəsissəsinə dair tələb olunan həmin məlumatların iddiaçıya təqdim olunması vəzifəsi cavabdehə həvalə edilmişdir. Cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi və üçüncü şəxs “X1i təmsilçisi X7 apellyasiya şikayətləri verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətləri Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkməsinin qərarı qanunsuz və əsassızdır, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Cavabdehin xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin etibarnamə üzrə nümayəndəsi Qəniyev Hacıoğlanın imzaladığı məktubla iddiaçının tələblərinə cavab verilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi H.Qəniyev birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkün sayılaraq işə baxılmasını əsassız hesab etmiş, eyni zamanda, cavabdeh tərəfindən iddiaçının tələb etdiyi sənədləri məhkəməyə təqdim etdiyini və iddiaçının nümayəndəsi həmin məlumatlarla tanış olub surətlərini götürdüyünü bildirərək, qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası iclasıları barədə məlumat verilmiş iddiaçı və üçüncü şəxslər (səlahiyyətli nümayəndələri ) məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. İİ.Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddianın mümkün sayılmaması barədə yeni qərardad çıxarılmalıdır. İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normasının mənası onu ehtiva edir ki, inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddia mümkünlüyü şərtləririn yerinə yetirildiyi halda, yolveriləndir. Yəni, iddia, subyektiv hüququ olan şəxs tərəfindən inzibati icraat qaydalarına və iddia növünə uyğun olaraq qanunla müəyyən edilən cavabdehlik daşıya bilən inzibati orqana qarşı iddia müddətləri i çərçivəsində qaldırılmalı və formal olaraq (subutlar da əlavə olunmaqla) əsaslandırılmalıdır ki, mümkün iddia kimi icraata qəbul edilə bilsin. Əks halda, həmin Məcəllənin 35.3-cü maddəsinə müvafiq olaraq iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Konkret halda da məhz, iddianın mümkünlüyük şərtləri yerinə yetirilmir. Belə ki, iddiaçının tələbindən göründüyü kimi, İPM-in 2.2.3-cü maddəsinə müvafiq olaraq öhdəliyin icrası haqqında iddia vasitəsilə, vergi ödəyicisi "xxxx" kollektiv Müəsissəsinin sahibkarılq fəaliyyəti üzrə vergi qanunvericiliyinin tələblərinə riayət olunması ilə bağlı məlumatların təqdim olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən tələb etmiş, birinci instansiya məhkəməsi tərəfindən onun bu tələbi mümkün hesab edilərək mahiyyəti üzrə baxılaraq təmin olunmuşdur. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkünlük şərtləri hərtərəfli araşdırılmamış, işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddianın önəmli mümkünlük şərtlərindən biri iddiaçının iddianı irəli sürməkdə subyektiv hüquqa malik olub-olmamasıdır. Konkret halda isə mümkünlüyün bu vacib şərti iddiaçıya münasibətdə sübuta yetirilmir. Belə ki, iddiaçının, Vergi Məcəlləsinin 30.2.1-ci maddəsinin tələbləri baxımından, qanunvericiliklə üçüncü şəxs vergi ödəyicisi "xxxx" Kollektiv müəssisəsinə münasibətdə onun sahibkarılıq fəaliyyəti ilə bağlı vergi qanunvericiliyinin tələblərinə riayət etməsi ilə ələaqədar verilməsini tələb etdiyi məlumatların, həmin vergi ödəyicisinin razılığı olmadan vergi orqanından əldə etmək hüququ müəyyən olunmamış, digər tərəfdən həmin Məcəllənin 30.3-cü maddəsi ilə isə vergi ödəyicisinin kommersiya sirrini təşkil edən məlumatların açılanması vergi orqanına qadağan edilmişdir. «İnformasiya əldə etmək haqqında» Qanunun 6.1.2-ci maddəsi də məhz, informasiyanın əldə olunmasının qanuniliyi prinisipini nəzərdə tutur, 2.4-1-ci maddəsinə əsasən isə informasiyanın əldə edilməsinə həm də o şərtlə icazə verilir ki, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması təmin edilməsi məqsəd İşdən həmçinin görünür ki, iddiaçının, cavabdehə ünvanladığı məhkəməyə qədər müraciətində, vergi ödəyicisi "xxxx" Kollektiv Müəssisəsinə məxsus əmlak kompleksinin bazar qiymətini müəyyən edən rəyin və ya hesabatın, əmlakın təhvili zamanı ödənilən vergilərin qəbzlərinin təsdiq olunmuş surətlərinin təqdim olunması tələbləri, məhkəməyə təqdim etdiyi iddia ərizəsində irəli sürdüyü tələbləri ilə üst-üstə düşmür və həcmi artırılmışdır. Halbuki, «İnzibati icraat haqqında» Qanunun 28.1.1-ci maddəsinin tələbinə görə inzibati icraatın başlanması üçün fiziki və hüquqi şəxs tərəfindən ərizə təqdim edildikdə başlanılır. Qeyd olunanlar iddiaçının cavabdehə qarşı hazırkı iddiasının əsaslandırılmış iddia kimi qiymətləndirilməsi istisna edir. Başqa sözlə, iddia mümkünsüz iddiadır. Birinci instansiya məhkəməsi tərəfindən qeyd olunanlara əhəmiyyət verilməmiş, işə mahiyyəti üzrə işə baxılaraq, iddianın təmin olunması barədə səhv qərar qəbul olunmuşdur. Beləliklə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası, cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətlərinin, birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğunu, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə qismən razılaşır və yekunda belə nəticəyə gəlir ki, onların apellyasiya şikayətləri qismən təmin edilməli, Bakı İnzibati-Məhkəməsinin 2-1(112)- 7481/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli və iddianın mümkün sayılmaması barədə qərardad çıxarılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və İPM-in 80, 83, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qəraraaldı: Cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7481/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) müddətində Bakı Apellyasiya Məhkəməsivasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar