Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-773/2024 18.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi Nümayəndə və iddiaçının iştirakı ilə, İddiaçı oğlunun cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9934/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə iddia ərizəsi, sonradan isə iddia tələbinə dəqiqləşmə təqdim edərək məhkəmədən iddiaçıya 60 yaşdan, yəni 01 noyabr 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməmiş məbləğin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir (İPM.m.34.1). İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: «…27 mart 2023-cü il tarixdə yaşa görə güzəştli şərtlərələ pensiya təyin olunması üçün sənədəlini toplayıb cavabdehə müraciət etmiş , lakin xeyli müddətdən sonra xx.xx.2023-cü il tarixli məktubla ona imtina olunara bildirilmişdir ki, əmək kitabçasına əsasən 16 iyul 1983-cü il tarixdən 24 yanvar 1992-ci il tarixədək rəngsaz işlədiyi yazılsa da, təhlükəliik sinfi müəyyən edilmədiyindən, həmin illər onun güzəştli stajına aid edilmir.Hesab edir ki, cavabdehin imtinası ədalətsizdir... ” Cavabdeh iddia ərizəsinə etirzında iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: «...iddiaçı A.X1 təqdim etdiyi əmək kitabçalarında xx.xx.1983-xx.xx.1990-cı il və xx.xx.1991-xx.xx.1992-ci il tarixləri arasındaki dövrlər ərzində rəngsaz, xx.xx.2009xx.xx.2010-cu il, xx.xx.2010-xx.xx.2010-cu il, xx.xx.2013- xx.xx.2013-cü il tarixləri arasındaki dövrlər ərzində isə X3 betonçu vəzifəsində işlədiyi qeyd edilib. Göründüyü kimi iddiaçının işlədiyi X4 fəaliyyəti sahəsi yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər sahəsinə aid deyil. Eyni zamanda iddiaçının təqdim etdiyi sənədlərdə rəngsaz vəzifəsidə əmək fəaliyyəti ilə məşğul olduğu zaman tətbiq etdiyi maddələr, onların təhlükəlilik sinifi və həmin sinifin hansı sənədlərə əsasən müəyyən edildiyi barədə hər hansı məlumat qeyd olunmayıb...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9934/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 01 noyabr 2022-ci il tarixdən pensiya təyin olunması və həmin tarixdən pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırmışdır: “...Məhkəmənin gəldiyi nəticədə iş üzrə mühüm əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamış, qərarda göstərilmiş nəticələr işin hallarına uyğun gəlmir, icraat zamanı ciddi prosessual pozuntular yol verilmişdir. Belə ki, İddiaçı münasibətdə birinci əsasla bağlı qeyd olunmalıdır ki, iş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci ildə anadan olmuşdur. İddiaçının 60 yaşı xx.xx.2022-ci il tarixdə tamam olmuşdur. “Əmək pensiyaları haqqında” AR Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasının 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyiniz dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007- ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyünüz iş, tutduğunuz vəzifə və malik olduğunuz peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş. vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğunuz vəzifəyə və malik olduğunuz peşəyə görə gördüyünüz işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) dəqiq göstərilməlidir Belə ki, iddiaçı A.X1 təqdim etdiyi 16 iyul 1983-cü il tarixli İT-İ ******* nömrəli və 17 mart 1991 -ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçalarında xx.xx.1983-xx.xx.1990-cı il və xx.xx.1991-xx.xx.1992-ci il tarixləri arasındakı dövrlər ərzində rəngsaz, xx.xx.2009xx.xx.2010-cu il, xx.xx.2010-xx.xx.2010-cu il. xx.xx.2013-xx.xx.2013- cü il tarixləri arasındakı dövrlər ərzində isə X3 betonçu vəzifəsində işlədiyi qeyd edilib. Qeyd olunanlara əsasən iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (6 il 1 ay 11 gün (xx.xx.1997-xx.xx.2001ci il, xx.xx.2002-xx.xx.2004-cü il tarixləri arasındakı dövrlər) təşkil edir. Məhkəmə araşdırılması zamanı iddiaçının işlədiyi rəngsaz vəzifəsinin yuxarıda göstərilən Siyahının hansı bölməsinə uyğun olması ilə bağlı yaranmış zərurət ilə əlaqədar olaraq BBTİ 24 saylı Tikinti İdarəsinin mövcud olması ilə bağlı araşdırma aparmışdır. Lakin məhkəmə araşdırılması zamanı həmin müəssisənin hazırda mövcud olması ilə bağlı məlumat aşkar olunmamışdır. Göstərilən bu hal isə bir mənalı olaraq iddiaçının vəziyyətini onun ziyanına dəyişmir. Çünki müəssisənin mövcud olmaması hər bir halda iddiaçının işlədiyi peşənin güzəştli peşəyə aid olmaması mənasını vermir. Qeyd olunanlara əsasən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair iddia tələbi qanuni və əsaslıdır. İddiaçı A.X1 təqdim etdiyi X4 xx.xx.2022-ci il tarixli AZF-2022/73-K nömrəli və xx.xx.2023-cü il tarixli AZF-2023/07-K nömrəli arayışlarında müvafiq dövrlər ərzində rəngsaz və betonçu peşəsində işlədiyi qeyd olunub. Lakin iddiaçının işlədiyi peşələr yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər sahəsinə aid deyil. Eyni zamanda iddiaçının təqdim etdiyi sənədlərdə rəngsaz vəzifəsində əmək fəaliyyəti ilə məşğul olduğu zaman tətbiq etdiyi maddələr, onların təhlükəlilik sinifi və həmin sinifin hansı sənədlərə əsasən müəyyən edildiyi barədə hər hansı məlumat qeyd olunmayıb. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Birinci instansiya məhkəməsi işi tam araşdırmamış, düzgün əsaslandırma aparmadan qərar çıxarmış, bununla da maddi hüquq normalarını pozmuşdur…” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin olunmasını, İddiaçı isə onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərarının qüvvəsində saxlanmasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının iş materiallarına əlavə olunmuş xx.xx.2013-cü il tarixdə Nizami RPİ tərəfindən verilmiş******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən xx.xx.1962-ci ildə doğulmuşdur. Belə olan halda onun 60 yaşı xx.xx.2022-ci il tarixdə tamamlanır. “Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin iddiaçının 60 yaşının tamam olduğu vaxt qüvvədə olan (29.iyun 2022-ci il tarixdən) redaksiyasına görə axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Cavabdehin apellyasiya şikayətinin qeyd edilən dəlillərindən göründüyü kimi, Qanunun sözügedən tələbinə uyğn olaraq iddiaçının 25 il ümumi sığorta stajına və güzəştli pensiya təyin edilməsi üçün onun xx.xx.2022-ci il tarixdə 60 yaşının tamam olduğu mübahisələndirilmir (İşdə olan AA4066617 No-li şəxsiyyət vəsiqəsinə (FİN 33P3X75) xx.xx.1963-cü il tarixdə doğulmuşdur) Cavabdehin apellyasiya şikayətində mübahisələndirilən məsələ iddiaçının güzəşli pensiya hüququ verən stajı ilə bağlıdır. Belə ki, cavabdeh tərəfindən iddiaçının Filiala təqdim etdiyi 16 iyul 1983-cü il tarixli İT-İ ******* nömrəli və 17 mart 1991 -ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçalarında xx.xx.1983-xx.xx.1990 və xx.xx.1991-xx.xx.1992 dövrlərində rəngsaz, xx.xx.2009xx.xx.2010, xx.xx.2010-xx.xx.2010. xx.xx.2013-xx.xx.2013 dövrlərində X3 betonçu işlədiyi müddətin yalnız xx.xx.1997-xx.xx.2001 və xx.xx.2002-xx.xx.2004 dövrləri (6 il 1 ay 11 gün) onun sığorta stajı kimi qəbul edilərək güzəştli iş stajının 12 il 6 aydan az təşkil etdiyi bildirilir. Səbəbi kimi qeyd olunur ki, X4 xx.xx.2022-ci il tarixli AZF-2022/73-K nömrəli və xx.xx.2023-cü il tarixli AZF-2023/07-K nömrəli arayışlarında müvafiq dövrlər ərzində rəngsaz və betonçu peşəsi Siyahıda nəzərdə tutulan metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər sahəsinə aid deyil. Həmin sənədlərdə rəngsaz vəzifəsində əmək fəaliyyəti ilə məşğul olduğu zaman tətbiq etdiyi maddələr, onların təhlükəlilik sinifi və həmin sinifin hansı sənədlərə əsasən müəyyən edildiyi barədə hər hansı məlumat qeyd olunmayıb. Odur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı aparılması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə kollegiyası aşağıdakılara görə cavabdehin qeyd olunan dəliləri ilə razılaşmır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: “1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən” - hesablanmasını nəzərdə tutur. Həmin “Qayda”nın 4.1.20-ci bəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir. İş materiaları tədqiq olunduqda iddiaçının qanunvericiliyə uyğun olaraq tələb olunan güzəştli pensiya hüququ verən sataja malik olduğu öz təsdiqini tapır. Belə ki, Azərbaycan Respublikası Elim və Təhsil Nazirliyinin Peşə Təhsili üzrə Dövlət Agentliyinin 01 noyabr 2022-ci il tarixli arayışına əsasən müəyyən olunur ki, iddiaçı xx.xx.1980 - xx.xx.1981-ci ilərdə 6 No-li Bakı Texniki Peşə məktəbində rəngsaz ixtisası üzrə əyani təhsil almışdır. Onun işdə olan İT-İ ******* nömrəli 16 iyul 1983-cü il tarixli və İT-İ -407339 nömrəli 17 mart 1991-ci il tarixli əmək kitabçasının surətlərinə əsasən onun çalışdığı əmək şəraiti xüsusilə zərərli olan işlər aşağıdakılardır: xx.xx.1983-xx.xx.1990; xx.xx.1991-xx.xx.1992: “Bakıbaştikinti” “24 N-li BBTİ-də 3-cü dərəcəli rəngsaz – 7 il 1 ay 13 gün + 7 ay 23 gün = 7 il 8 ay 6 gün; xx.xx.1992 – xx.xx.1997: Müstəqil “Təmirçi” kooperativində 4-cü və 5-ci dərəcəli rəngsaz – 5 il 1 ay 25 gün; xx.xx.1997-xx.xx.2001: 24 N-li TQİ-də 5-ci dərəcəli rəngsaz – 3 il 9 ay 12 gün; xx.xx.2002-xx.xx.2004; xx.xx.2006–xx.xx.2007: "xxxx" Birgə Müəssisəsində 4-cü və üçüncü dərəcəli rəngsaz – 3 ay 29 gün + 10 ay 11 gün = 1 il 2 ay 10 gün; xx.xx.2009-xx.xx.2010; xx.xx.2010 – xx.xx.2013; xx.xx.2013-xx.xx.2013: "xxxx" Birgə Müəssisəsində 4-cü dərəcəli betonçü – 1 il 4 ay 21 gün + 2 il 11 ay 19 gün+ 3 ay 27 gün = 4 il 8 ay 7 gün; İşə əlavə olunmuş: - AR Dövlət Arxivinin Bakı Filialının 30 sentyabr 2022-ci il tarixli arxiv arayışında bildirilir ki, arxiv sənədlərində əmək haqqı cədvəllərində iddiaçının xx.xx.1983-cü il tarixli 71 nömrəli əmrlə işə rəngsaz kimi qəbul olunması və 1984, 1985,1986,1987 və 1988-ci illərdə əmək haqqı hesablanması barədə məlumatlar vardır.1988-ci ildən sonrakı dövr üçün sənədlər Filiala təhvil verilməmişdir. - eyni zamanda, SOCAR “H.Əliyev adına “Bakı Dərin Özüllər Zavodu”nun 27 sentyabr 2022-ci il tarixli güzəştli arayışına əsasən iddiaçı rəngsaz kimi, “Şelflayihətikinti” İB-nin 4 saylı Tikinti Quraşdırma idarəsinin kərpic sahəsində xx.xx.1997-xx.xx.2001-ci illərdə - “Emal İnterzone 505, İnterqard 251 astor boya, İnterthane 990 son qat boya, İnterqard 475HS araqat boya və sair boyalar - Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 35-ci bölməsində nəzərdə tutulan, təhlükəliliyi güzəştli pensiya hüquq verən 3 sinifdən aşağı olmayan maddələrlə eynilik təşkil edir. - bundan əlavə, "xxxx" Birgə Müəssisəsinin xx.xx.2023-cü il tarixli güzəştli arayışına və ona edilmiş əlavəyə əsasən iddiaçı xx.xx.2002-xx.xx.2004-cü illərdə (2il 4 ay) həmin müəssisədə bütün növ rəng qatlarını və boyaların, şüşə qırıntıları əlavə edilmiş epoksid mastik boyalar, alifattik akril poliuretan örtüklərlər və sair boyalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci bölməsində nəzərdə tutuluan təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan maddələrlə eynidir. Eyni zamanda, hazırkı mərhələdə iddiaçı tərəfindən təqdim olunmuş eyni fəaliyyət növü ilə izxtisaslaşmış üçüncü bir təşkilatın-“BCC GROUP QSC-nin xx.xx.2024-cü il tarixli arayışnda da qeyd edilir ki, iddiaçının qeyd olunan müəssisələrdə rəngsaz işləyərkən istifadə olunan boyalar təhlükəliyi 3- sinifdən aşağı olmayan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci bölməsində nəzərdə maddələrlə eynidir. Beləliklə də iddiaçının rəngsaz kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 35-ci bölməsində nəzərdə tutulan təhlükəliliyi 3-sinifdən aşağı olmayan boyalarla işlədyi sübuta yetirilir. Bundan əlavə, onun "xxxx" Birgə Müəssisəsində xx.xx.2022-ci il tarixli güzəştli arayışından görünür ki, iddiaçı həmin müəssisədə xx.xx.2009-xx.xx.2010; xx.xx.2010 – xx.xx.2013; xx.xx.2013-xx.xx.2013 dövrlərində çalışdığı “betonçu” peşəsi də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş Siyahının 29-cu bölmsində (“Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri”) nəzərədə tutulan güzəştli pensiya hüququ verən “betonçular” göstəricisinə aiddir ki bu peşə üzrə də onun 3 il 6 ay 29 gün stajı mövcuddur. Beləliklə də iddiaçının təkcə, “Bakıbaştikinti” “24 N-li BBTİ-dəki rəngsaz, "xxxx" Birgə Müəssisəsində rəngsaz və bötonçu kimi 12 il 6 aydan da çox güzəştli iş stajı toplanır. Başqa sözlə, ona “Əmək pensiyaları haqqında” Qanunun qeyd olunan 9.1-ci maddəsinə əsasən 60 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasına əsas verən şərtlər, o cümlədən, azı 25 il ümumi və 12 il 6 ay güzəştli pensiya hüquq verən xüsusi stajının mövcudluğu sübuta yetirilir. Həmin Qanunun 32.1-1-ci maddəsi isə nəzərdə tutur ki, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçıya 60 yaşından güzəştli şərtlərlə pensiya təyin olunmasından imtina olunması əsassız olmuş, onun pensiya hüququnu pozmuşdur. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsini mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Ona görə də, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin məhkəmə tərəfindən araşdırma aparılmadığını, maddi və prosessual hüquq normalarının pozulması ilə əsassız qərar çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9934/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9934/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-773/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-773/2024
18.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver