Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-774/2024 11.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X10 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «fərdi yaşayış evinə dair reyestrdə qeydiyyatda dəyişiklik edilməsi və yeni reyestrdən çıxarışın verilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5776/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, X19 küçəsi dalan 6, ev 3 ünvanında yerləşən və onun mülkiyyətində olan sahənin dəqiqləşdirilərək, daşınmaz əmlakın dövlət reyestrində müvafiq düzəlişlər edilməklə onun hüquqlarının qeydiyyatı haqqında yeni reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə fərdi yaşayış evinin 28 kv.metri paylı mülkiyyət hüququ əsasında X11, 4 yaşayış otağı isə hazırkı İddiaçı məxsusdur. Lakin cavabdeh tərəfindən verilmiş 20 may 2022-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda iddiaçıya məxsus daşınmaz əmlakın ölçüləri və parametrləri düzgün şəkildə öz əksini tapmamışdır. Belə ki, onun mülkiyyətində olan sahə əvəllər anası X3 məxsus olmuş, daha sonra, adıçəkilən fərdi yaşayış evi bacısı X5 mülkiyyətinə keçmiş, hazırda isə onun mülkiyyətindədir. Onlar ailə olaraq adıçəkilən sahəni əldə etdikləri zaman və hazırda da onun sahiblik, istifadə və sərəncam hüququ olan hissə 4 yaşayış otağından ibarətdir. Bunu İdarənin mütəxəssisləri tərəfindən aparılan yoxlama ölçü işləri zamanı da təsdiq etmək mümkündür. Qeydiyyata alınma zamanı verilmiş reyestrdən çıxarışlarda ilk öncə faktiki sahə öz əksini tapsa da, sonuncu çıxarış verilərkən, həmin fərdi yaşayış evinə heç bir aidiyyəti olmayan X6 adına “1 otaq” şəklində qeyd öz əksini tapmışdır. Halbuki, idarənin mövcud arxiv sənədlərinə nəzər yetirilərsə, Bakı şəhəri, Yasamal rayonu, X19 küçəsi dalan 6, ev 3 ünvanında mülkiyyətinin olmadığı müəyyən ediləcək. İddiaçı cavabdeh idarənin bu hərəkəti nəticəsində faktiki olaraq mülkiyyətində olan evin ümumi sahəsi və sənəd üzrə 1 yaşayış otağından məhrum olunmuşdur. Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, İddiaçının müraciəti ilə bağlı aparılan araşdırma zamanı daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən fərdi yaşayış evi 3 otaqlı qeyd olunmuşdur. Lakin texniki baxış keçirilən zaman faktiki olaraq fərdi yaşayış evinin 4 otaqlı olduğu və ərizəçinin faktiki istifadəsində olduğu məlum olmuşdur. Ərizəçinin faktiki istifadəsində olan əlavə otağa dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim olunmuş sənədlər toplusuna əlavə edilməmişdir. Bu səbəbdən ərizənin icrası tərəfimizdən mümkün olmamışdır və iddiaçıya 16 noyabr 2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5776/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı şəhəri, Yasamal rayonu, X19 küçəsi dalan 6, ev 3 ünvanında yerləşən evin İddiaçı mülkiyyətində olan hissəsinin 4 otaqlı kimi göstərilərək daşınmaz əmlakın dövlət reyestrində müvafiq düzəlişlər edilməsi və yeni reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh DƏDKR PHŞ 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Birinci instansiya məhkəməsi tərəfindən aşağıda qeyd olunan maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan düzgün tətbiq edilməmişdir. Belə ki, iddiaçı müvafiq iddia tələbi ilə xx.xx.2022-ci il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən fərdi yaşayış evi 3 otaqlı qeyd olunmuşdur. Lakin texniki baxış keçirilən zaman faktiki olaraq fərdi yaşayış evinin 4 otaqlı olduğu və ərizəçinin faktiki istifadəsində olduğu məlum olmuşdur. Odur ki, ərizəçinin faktiki istifadəsində olan əlavə otağa dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim olunmuş sənədlər toplusuna əlavə edilməmişdir. Nəzərinizə çatdırırıq ki, Bakı şəhəri, Yasamal rayonu, X19 küçəsi dalan 6, ev 3 ünvanında yerləşən fərdi-yaşayış evi paylı mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. İlkin olaraq Həsənov Ələkbərin mülkiyyətində 4 otaq olmuşdur. X7 məxsus olan 4 otağdan ümumi sahəsi 64.5 kv.m, yaşayış sahəsi 32.8 kv.m olan 3 otağı 1995-ci il tarixində bağlanmış müqaviləyə əsasən X2, 1 otaq isə X6 mülkiyyətində qalmışdır. Daha sonra X9 müqavilə əsasında əldə etdiyi ümumi sahəsi 64.5 kv.m, yaşayış sahəsi 32.8 kv.m olan 3 otaqlı fərdi yaşayış evinin ona məxsus hissəsini X15 Səidovnaya bağışlamışdır. X15 Səidovna isə xx.xx.2022-ci il tarixli bağışlanma müqaviləsi ilə mülkiyyətində olan yaşayış sahəsi 32.8 kv.m olan 3 yaşayış otağını İddiaçı bağışlamışdır. Hal hazırda daşınmaz əmlakın dövlət reyestrində İddiaçı mülkiyyətində yaşayış sahəsi 32.8 kv.m təşkil edən 3 otaqdır. Bu səbəbdən ərizənin icrası tərəfimizdən mümkün olmamışdır və iddiaçıya xx.xx.2022-ci il tarixli, **********29 nömrəli cavab məktubu ünvanlanmışdır." Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi N.Rzazadə apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı məhkəmə iclaslarına gəlməmiş, İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. İİ. Məhkəmə kollegiyası, işdə iştirak edən cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 34-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçının tələbindən göründüyü kimi, öhdəliyin icrası haqqında iddia vasitəsilə Bakı şəhəri, Yasamal rayonu, X19 küçəsi dalan 6, ev 3 ünvanında yerləşən və onun mülkiyyətində olan sahənin dəqiqləşdirilərək, daşınmaz əmlakın dövlət reyestrində müvafiq düzəlişlər edilməklə onun hüquqlarının qeydiyyatı haqqında yeni reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini tələb etmişdir. Məhkəmə kollegiyası aşağıdakılara görə hesab edir ki, iddiaçı tələbində haqlıdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. İşə əlavə olunmuş arxiv materiallarına əsasən müəyyən olunur ki, ilk öncə, Nərimanov Rayon Xalq Məhkəməsinin 2-243/93 nömrəli, 16 fevral 1993-cü il tarixli qətnaməsinə və həmin qətnaməyə əsasən verilmiş icra vərəqinə əsasən iddia olunan Bakı şəhəri, Yasamal rayonu, X19 küçəsi, dalan 6, ev 3 ünvanında yerləşən 4 (dörd) otaq fərdi yaşayış evi üzərində (sahəsi 44 kv.m qeyd olunmaqla) X6 mülkiyyət hüquqlu tanınmışdır. Daha sonra, həmin ev X12 tərəfindən həmin ev, onunla X9 arasında xx.xx.1995-ci il tarixdə notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsinə əsasən 4 (dörd) otaqlı kimi (ümumi sahəsi 64,5 kv.m, yaşayış sahəsi isə 32,8 kv.m qeyd olunmaqla) X1. Bundan sonra, həmin ev X9 tərəfindən xx.xx.1997-ci il tarixdə notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsi əsasında 4(dörd) otaqlı ev kimi (ümumi sahəsi 64,5 kv.m, yaşayış sahəsi isə 32,8 kv.m qeyd olunmaqla) X17 Səidovnaya (iddiaçının anası)) satılmışdır. Nəhayət ki sonda, həmin ev X17 Səidovna tərəfindən bağışlama müqaviləsi ilə notariusun səhvi üzündən 3 otaqlı kimi qeyd olunmaqla (ümumi sahəsi 64,5 kv.m, yaşayış sahəsi isə 32,8 kv.m göstərilməklə) hazırkı İddiaçı bağışlanmışdır. Həmin bağışlama müqaviləsinə əsasən evi iddiaçının adına 20.05.222-ci il tarixdə qeydiyyata alarkən, 3 (üç yaşaıyış otağını (32,8 kv.) onun adına, yerdə qalan digər bir otağını isə 4 otağı birinci ildən satan X6 adına qeydiyytdan keçirmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının adına reyestrdə qeydiyyat aparılarkən hadisələrin qeyd olunan xronoloji ardıcıllığına diqqət yetirməmiş, aşkar görünən texniki səhvi mütəxəssisləri vasitəsilə yerində müayinə aparmaqla qədəqiqləşdirmədən, iddiaçınının adına evin qanuni qüvvəsini almış məhkəmə qərarı və əvvəlki alqı-satqı müqavilələri ilə müəyyən olunan ilkin faktiki vəziyyətinə uyğun olmayan qeydiyyat aparmış, hətta evin bir otağını birinci əldən satan şəxsin () mülkiyyətçi sırasından çıxmış şəxsin (X6) adına qeydiyyatdan keçirmişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. ...” Eyni zamanda, Daışınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Göründüyü kimi, cavabdehin mübahisəli fərdi yaşayış evi ilə bağlı iddiaçının adına aparılmış qeydiyat zamanı buracılmış səhvin aradın qaldırılmasından imtna etməklə cavabdeh iddiaçının hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də, məhkəmə kollegiyası qeyd olunanları ümumiləşdirərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsi işdə olan sübutlara və maddi hüquq normalarına uyğun nəticədir. Odur ki, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsini mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul olunarakən maddi və prosessual hüquq normalarının əhəmiyyətli dərəcədə pozulduğunu və düzgün tətbiq edilmədiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5776/2023 saylı xx.xx.2023-cü il tarixli qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5776/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-774/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-774/2024
11.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver