Məhkəmə qərarları › İş №2-1(103)-776/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-776/2022

18.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-776/2022 18.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi-vəkili Vəkil1 və üçüncü şəxs X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə (üçüncü şəxslər X13 və X14) qarşı “qeydiyyata alınma” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7127/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından üçüncü şəxs X13 tərəfindən verilmiş apelyasiya şikayətinə 15-18 mart 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər X9 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanına qeydiyyata alınması vəzifəsinin Səbail Rayon Polis İdarəsinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X13 iddiaçının doğma anasıdır. Onlar əvvəllər Bakı şəhəri, Səbail rayonu, Hacıbabayevlər küçəsi, 10/12 saylı evin 64 saylı mənzilində yaşamışlar. Bayraq Meydanının tikintisi zamanı yaşadıqları ev dövlət ehtiyacları üçün alınmışdır və həmin ev sökülmüşdür. Verilən vəsait hesabına hazırda yaşadıqları Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi-2, bina 3, 27 saylı mənzilə birlikdə köçmüşlər və halhazırda da birlikdə yaşayırlar. İddiaçının qeydiyyatda olduğu ünvan Bayraq Meydanının tikintisi ilə əlaqədar dövlət tərəfindən alınmış və sökülmüşdür. Həmin vaxtdan o, Səbail rayonu, Salyan şossesi 2, bina 3 mənzil 27-də daimi olaraq yaşayır. Lakin anası ilə mübahisə olduğundan anası onun mənzilə qeydiyyata yazılmağına maneçilik törədir. Sonda iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7127 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə X5 cavabdeh qismində prosessual iştirakına xitam verilmiş, X13 və X14 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7127/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. (hakim: A.Əhədova) Həmin qərardan üçüncü şəxs X13 apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Üçüncü şəxs apelyasiya şikayətində qeyd etmişdir ki, işin materiallarına görə, mübahisəli mənzil ümumi sahəsi 70 kv.m olan Bakı şəhəri, Səbail rayonu, ünvan 3 ünvanında yerləşir. Bu mənzil onun və qızı X14 "xxxx" MMC mənzil-tikinti şirkəti arasında əvvəllər bağlanmış alqı-satqı müqaviləsinə əsasən, xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Bu mənzildə hal-hazırda o, və cavabdeh azyaşlı uşaqla yaşayırlar. Lakin qeydiyyatda deyillər. Əvvəlcə o, və qızları X20 və X14 ünvan 4 ünvanında yaşayırdılar. Sonradan birlikdə yaşamaq mümkün olmadığı üçün sözügedən mənzil xx.xx.2004-cü il tarixdə 5 saylı Bakı şəhər notariat kontorunda qeydiyyatda olan alqı-satqı müqaviləsi əsasında satılmışdır. Üstəlik, bu müqaviləyə əsasən, X20 da daxil olmaqla hər biri mənzilin satışından əldə edilən ümumi pulun (220.500.000 manat) 73.500.000 manat məbləğində 1/3 pay almışlar. Payın 2/3 hissəsi məbləğində yerdə qalan pulla qızı X14 ilə ünvan 5 ünvanında yerləşən ikinci mənzil almışlar. X18 Yuryevna dəfələrlə mənzillərini alıb satmışdır. Hətta 1995-ci ildə ünvan 6 ünvanında yerləşən ona bağışlanmış mənzili də satıb. Bunu 29 aprel 1995-ci il tarixli alqı- satqı müqaviləsinin surəti də təsdiq edir. Sonra İddiaçı ona müraciət etdi, ona görə ki, yaşayış icazəsi olmadığı təqdirdə Univermaqda maddi məsul işçi vəzifəsini itirəcək. Onun həmin vaxt mənzilin tələb olunan qeydiyyatı olmayıb. Odur ki, o, ünvan 5 ünvanında yerləşən onun və Svetlana tərəfindən alınmış ikinci mənzildə ona yaşayış icazəsinin verilməsini xahiş edib. Həqiqətən, o, mübahisəli mənzilə köçmədi. O, əmin idi ki, adı çəkilən evin sahibi o, olduğu üçün istənilən vaxt onun mübahisəli mənzildən çıxarılmasını tələb edə bilər. Yoxsa, o, niyə belə bir prestijli yerdə mənzil satmışdır ki, sırf X6rtulsun. Digər qızı İvanenko Svetlana müqavimət göstərməyə çalışdı, amma ona izah etmişdir ki, bu onun qızıdır, rəsmi qeydiyyat olmaması səbəbindən belə bir vəzifəni itirəcək, onlar heçnə itirməyəcəklər, çünki o, birincisi, köçə bilməz, ikincisi, onlar mənzillərin sahibləridir. İndi başa düşür ki, o, dələduzluğun qurbanı olmuşdur. İrina “Pasportlaşma haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sadəcə olaraq sonuncu qeydiyyatda olduğu ərazinin yaşayış yeri üzrə pasport xidmətinin ünvanında qeydiyyata düşə bilib. Sonradan ünvan 7 ünvanında ikinci mənzil, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin 31 may 2011-ci il tarixli 243 saylı sərəncamı əsasında evin sökülməsi ilə İvanenko Svetlana və onun köçürmə nümayəndəsi X7 arasında bağlanmışdır. Lakin qeyd olunan alqı-satqı müqaviləsi notariusda rəsmiləşdirilərkən ünvan 9 ünvanında qeydiyyatda olan bütün yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı alınmışdır. Buna görə də cavabdeh İrina bu mənzildə qeydiyyatda olduğundan notariat işində İrinanın ünvan 9 ünvanındakı mənzilin satışına razılığı var. Ancaq bu razılıq formal xarakter daşıyırdı, çünki İrinanın Özü bu mənzildə qeydiyyatdan keçərək əvvəlcə köçmədi. İrina artıq əri ilə aldadıcı şəkildə gəlib onun mənzilində yaşamaq istədikdə köçdü və sonra ayrılmaqdan imtina etdi. Ona görə də onun aldadılmasına əmin olduqdan dərhal sonra polisə müraciət etmişdir. İrinanın qanunsuz hərəkətləri ilə bağlı şikayətinin faktı ilə bağlı polisdə materiallar olduğu üçün məhkəmədən bu faktı yoxlamağı xahiş etmişdir. Lakin xahişi təmin olunmadı. ünvan 5 ünvanında ikinci mənzil söküldükdən sonra, üçüncü mənzili Bakı şəhəri, Səbail rayonu, ünvan 3, onun, qızı X14 və "xxxx" MMC-nin mənzil-tikinti şirkəti arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən yeni tikilidə X8 xahiş etdi ki, onun və qızı Svetlana tərəfindən alınmış Bakı şəhəri, Səbail rayonu, ünvan 3, bir ay ərzində özünə mənzil alacağını və onun mənzilini boşaldacağını vəd edib. X2 aldatdı. Onun qalması bu günə qədər davam etmişdir. Bundan əlavə, əvvəllər Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə mübahisəli mənzilin alqı-satqı sənədi olmadığı üçün mənzilindən istifadə hüququndan məhrum edilib. Məhkəmə ilk mənzili küçədə satarkən ondan çıxış etməli idi. İrina satışdan yığılan puldan öz pulunun bir hissəsini alıb. Bundan başqa, ilk mənzil Bakı şəhəri, Xəqani küç., ev 19/13 zorla, binanın sökülməsi ilə bağlı deyil, Pertsova İrina ilə birlikdə yaşamaq mümkün olmadığı üçün könüllü olaraq satılıb. Məhz buna görə də İrinanın ünvan 9 ünvanındakı mənzilə qeydiyyatdan keçməsindən sonra İrina müqaviləyə əsasən bu mənzilə Bakı şəhəri, Səbail rayonu, ünvan 10 ünvana köçməyib. Məhkəmə Kollegiyası onun izahatlarına məhəl qoymadı, onlarda göstərilən hallar araşdırılmadı, halbuki onların aydınlaşdırılması mübahisənin düzgün həlli üçün vacibdir. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə cavabdeh və üçüncü şəxs X10 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxs X10 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışı zamanı üçüncü şəxs X13 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili Vəkil1 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə iddiaçının nümayəndəsi-vəkili Vəkil1 və üçüncü şəxs X5 izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanına qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının qeydiyyata alınmasını istədiyi sözügedən mənzil "xxxx" MMC tikinti şirkəti ilə bağlanmış 22 iyun 2007-ci il tarixli, 407 nömrəli müqaviləyə əsasən iddiaçının anası və bacısı olan X9 və X10 (üçüncü şəxslər) aiddir. İddiaçı qeyd edilən mənzildə faktiki olaraq yaşayır. İş üzrə müəyyən olunur ki, iddiaçı X13 cavabdeh İddiaçı mübahisəli Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 2, A.Yaqubov küçəsi, ev 3, 27 saylı mənzildən çıxarılması ilə bağlı iddia, İddiaçı qarşılıqlı iddia olaraq həmin mənzilə istifadə hüquqlarının tanınması ilə bağlı iddia qaldırmışlar. Qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsində İddiaçı mübahisəli mənzildən çıxarılması ilə bağlı iddiaya münasibətdə məhkəmə Mülki Məcəllənin 228.1, 228.2, 228.5-ci maddələrinə istinadən hesab etmişdir ki, “Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, Ə.Yaqubov küçəsi, 3 saylı evin 27 saylı mənzilindən mülkiyyətçiləri olan X13, X14 ilə İddiaçı arasında həmin mənzildən istifadə hüququna dair notariat qaydasında təsdiqlənmiş müqavilə bağlanmasa belə onlar arasında etibarlı ailə əlaqələri mövcud olmuşdur. Belə ki, qanunda etibarlı ailə münasibətlərində olan şəxslərin dairəsinə ər-arvad, valideynlər və uşaqlar aid edilmiş, mənzildən istifadə hüququnun yaranması üçün həmin şəxslərə münasibətdə mülkiyyətçinin notarial razılıq qanunla tələb olunmamışdır. Bu səbəbdən cavabdeh İddiaçı mülkiyyətçilərlə etibarlı ailə əlaqələri əsasında mənzilə istifadə hüququ əldə etdiyindən mülkiyyətçilərin mübahisəli mənzildən çıxarılması barədə iddiası təmin edilə bilməz. Eyni zamanda adıçəkilən qətnamə ilə İddiaçı həmin mənzilə istifadə hüquqlarının tanınması ilə bu nəticəyə gəlmişdir ki, “müqaviləyə əsasən mübahisəli mənzilə mülkiyyət hüquqları əldə edilməsinə baxmayaraq əqd notarial qaydada təsdiq edilmədiyindən, bu hüquqlar daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydiyyata alınmadığından cavabdehin yaşayış sahəsindən istifadə hüququ tanına bilməz”. Beləliklə, göründüyü kimi qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə İddiaçı istifadə hüququnun tanınması tələbini yalnız mübahisəli mənzilə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmadığından təmin etməmiş, lakin eyni zamanda iddiaçının yaşadığı mübahisəli mənzilə istifadə hüququ əldə etdiyi nəzərə alınaraq onun həmin mənzildən çıxarılması tələbi rədd edilmişdir. Məhkəmə hesab etmişsir ki, iddiaçının təqdim etdiyi adıçəkilən qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün “Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd” olaraq iddiaçının yaşayış yeri üzrə qeydiyyata alınması əsas kimi qiymətləndirilə bilər. Çünki həmin qətnamə ilə iddiaçının yaşayış yeri ilə bağlı hüququ bilavasitə müəyyən edilmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçının qeydiyyata alınmasını istədiyi mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməməsi həmin mənzilə onun pasport qeydiyyatına alınmasına mane təşkil etmir. Belə ki, işin mübahisələndirilməyən halıdır ki, sözügedən mənzilin dəyəri "xxxx" MMC-yə ödənilmiş, mənzil müqavilə tərəflərinin sahiblik və istifadəsindədir. İddiaçı həmin mənzildə faktiki yaşayır, qanuni qüvvəsini almış qətnamə ilə o, yaşadığı həmin mənzildən çıxarıla bilməz. Qanunun tələbindən də müəyyən olunur ki, Azərbaycan Respublikasında fiziki şəxslər məhz yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, **********60 nömrəli məktubdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi-2, bina 3, 27 saylı mənzilin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. İş materiallarında olan "xxxx" MMC (“Podratçı”) ilə X13 və X14 (“Sifarişçi”) arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 407 nömrəli müqavilənin 1-ci maddəsinə əsasən bu müqavilənin predmetini “Podratçı”nın öz vəsaiti hesabına Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi ilə Ə.Yaqubov küçəsinin kəsişdiyi ünvanda yerləşən torpaq sahəsi üzərində Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 203 saylı xx.xx.2005-ci il tarixli sərəncamı əsasında dörd, beş mərtəbəli binaların inşa etməsinə, inşaat işlərinin 2005-2007-ci illər ərzində başa çatdırılmasına, binanın inşaatı başa çatdırıldıqdan sonra 3 saylı binanın 4-cü mərtəbəsində yerləşən 24 №-li mənzilinin “Sifarişçi”yə satılaraq onunla müvafiq alqı-satqı müqaviləsinin bağlanmasına və həmin mənzilin onun mülkiyyətinə verilməsinə, “Sifarişçf’nin isə bu əmlakı qəbul edib, əvəzində razılaşdırılmış məbləğin ödənilməsinə dair tərəflər üçün ilkin hüquqi öhdəliyin yaranması təşkil edir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2007-ci il tarixli maliyyə arayışında göstərilmişdir ki, verilir "xxxx" MMC şirkəti tərəfindən, 407 №-li müqaviləyə əsasən X13 və X3 ötəri ki, o, Salyan şossesi ilə Ə.Yaqubov küçəsinin kəsişdiyi yerdə yerləşən, beş mərtəbəli 3 saylı yaşayış binasının 4-cü mərtəbəsində yerləşən, sahəsi 70 kv.m olan 24 №li mənzilə pay ödənişi 49 000 $ (qırx doqquz min ABŞ dolları) ödəyib, "xxxx" MMC-yə heç bir borcu qalmayıb. İş materiallarında olan iddiaçının nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ərizədə qeyd edilmişdir ki, 2- 1(112)-7127/2021 saylı iş üzrə İddiaçı Yuriyevnanın Bakı şəhəri, Səbail rayonu, ünvan 15-də yaşaması ilə bağlı "xxxx" MMC-yə arayış verilməsi barədə sorğu verilmişdir. MMC nümayəndələri İddiaçı Yuriyevnanın həmin mənzildə yaşamasını bildirsələr də qərəzli olaraq arayış verilməsindən imtina etmişlər. Belə olan halda qonşular tərəfindən akt və ərizə tərtib edilərək notariusa müraciət olunmuşdur. Notarius bu xarakterli sənədlərin təsdiq edilməsinin onlara aid olmadığını bildirmişdir. Bu halda qonşular özlərinin şəxsiyyət vəsiqəsini notariusda təsdiqləməklə akt və ərizədə olan imzaların onlara məxsus olmasını təsdiq edirlər. Həmin ərizə ilə təqdim edilmiş qonşular tərəfindən tərtib olunmuş akt və ərizələrdən görünür ki: xx.xx.2021-ci il tarixdə tərtib olunmuş akta əsasən aktı imza edən X11 (ünvan: Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, ev 3, mənzil 21) və X17 (ünvan: Bakı şəhəri, Səbail rayonu, ünvan 14 ki, həqiqətən qonşuları İddiaçı Yuriyevna 2011-ci ildən daimi olaraq Bakı şəhəri, Səbail rayonu, ünvan 15 ünvanında anası X13 ilə birlikdə yaşayır. -Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, ev 3, mənzil 21 ünvanında yaşayan X11 tərəfindən məhkəməyə ünvanlanmış ərizədə həqiqətən qonşuları İddiaçı Yuriyevnanın 2011-ci ildən daimi olaraq Bakı şəhəri, Səbail rayonu, ünvan 15 ünvanında anası X13 ilə birlikdə yaşadığını təsdiq etdiyi bildirilmişdir. -Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, ev 3, mənzil 30 ünvanında yaşayan X17 tərəfindən məhkəməyə ünvanlanmış ərizədə həqiqətən qonşuları İddiaçı Yuriyevnanın 2011-ci ildən daimi olaraq Bakı şəhəri, Səbail rayonu, ünvan 15 ünvanında anası X13 ilə birlikdə yaşadığını təsdiq etdiyi bildirilmişdir İş materiallarında olan "xxxx" MMC-nin ünvan 16 ünvanladığı xx.xx.2021-ci il tarixli, 15 nömrəli məktubundan görünür ki, 17 avqust 2021-ci il tarixli, 5024 saylı "xxxx" MMC-yə ünvanlanmış məktuba cavab olaraq bildirilir ki, "xxxx" MMC tikinti şirkəti ilə bağlanmış 22 iyun 2007-ci il tarixli 407 №-li müqaviləyə əsasən Salyan Şossesi ilə Ə.Yaqubov küçəsinin kəsişdiyi ünvanda beş mərtəbəli 3 saylı yaşayış binasında yerləşən 27 №-li mənzil X9 və X10 aiddir. Həmin mənzil özəlləşdirilməyib və orda yaşayanlar haqqında onlarda heç bir məlumat yoxdur. Tikinti şirkəti olaraq, satılmış mənzillərdə yaşayanlar haqqında məlumat toplamaq səlahiyyətləri yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli, 065-13869P-3221 nömrəli məktubundan görünür ki, sizin ünvan 19 ünvanına qeydiyyata alınmanız ilə əlaqədar mövcud qanunvericiliyin tələblərini nəzərə alaraq “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşadığınız ünvana mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsi, order, kirayə və icarə müqaviləsi, eləcə də qanunvericilkdə nəzərdə tutulan digər sənədləri təqdim etməklə qeydiyyat həyata keçirilə bilər. Qeyd olunan sənədləri təqdim edə bilmədiyiniz halda məhkəmə orqanlarına müraciət etməyiniz məqsədəmüvafiqdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Həmin Qanuna əsasən Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizəanketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Normanın məzmunundan göründüyü kimi qanunverici yaşayış yeri üzrə qeydiyyata alınmaq istəyən şəxs üçün alternativ hüquqi imkanlar nəzərdə tutur: (a) yaşayış sahəsinə köçmək üçün əsas verən sənədin (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya (b) vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsinin təqdim olunması. Həmin alternativ imkanlardan hər hansı birinin mövcudluğu şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasına əsas verir Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd dedikdə, eyni zamanda qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri nəzərdə tutulur. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1283/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən X5 İddiaçı və X16 qarşı “mənzildən köçürülmə” tələbinə dair ilkin iddiasının təmin edilməməsi, İddiaçı X1rşı “yaşayış sahəsindən istifadə hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 14723/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı X5 və cavabdeh İddiaçı apelyasiya şikayətləri təmin edilməmiş və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1283/2019 nömrəli, 20 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 6 ÜŞ- 13882 nömrəli məktubundan görünür ki, 2(103)-14723/19 saylı, xx.xx.2019-cu il tarixli mülki iş qanuni qüvvəsini aldıqdan sonra, xx.xx.2020-ci il tarixdə Səbail Rayon Məhkəməsinə qaytarılmışdır. Həmin qətnamə mülki məhkəmə icraatı qaydasında qəbul edildiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsini xatırlatmağı zəruri hesab edir. Həmin normaya əsasən, mülki işlər və kommersiya mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Göründüyü kimi iddiaçı qanuni qüvvəyə minmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1283/2019 nömrəli, 20 may 2019-cu il tarixli qətnaməsinə əsasən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi-2, bina 3, 27 saylı mənzilə istifadə hüququ tanınmış və təsdiq edilmişdir. İddiaçı isə həmin mənzildə faktiki yaşayır. Beləliklə, iddiaçının yuxarıda qeyd edilən normalardan irəli gələn hazırkı məzmunda tələb hüququ vardır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçını yaşayış yeri üzrə qeydiyyata almasından imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxs X5 apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7127/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar