Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-776/2023 26.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X9 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X3 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı və onun vəkili X1, Cavabdehin nümayəndələri X7 və X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı ““müharibə veteranı” adının və vəsiqəsinin verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3632/2022 saylı, 14 sentyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ehtiyatda olan hərbi təqaüdçü, baş gizir Müdafiə Nazirliyinin Şəxsi Heyyət Baş İdarəsinə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün xx.xx.2021-ci il tarixdə ərizə ilə müraciət etsə də, xx.xx.2021-ci il tarixli, 4/NN2 nömrəli imtina məktubu ilə müraciətindən imtina olunmuşdur. İmtina hüquqlarını pozduğu üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçı öz ərizəsi əsasında könüllü olaraq xx.xx.1992-xx.xx.1997-ci illərdə AR Hərbi Hava Qüvvələrində, yəni N saylı hərbi hissədə uçuş heyyəti olaraq bort mexanik vəzifəsində hərbi xidmət etmiş, 19N0-19N3-cü illərdə Naxçıvan MR-da, 19N3-19NN-ci illərdə Ermənistan Respublikasının Yerevan şəhərində Mİ-2 vertolyotunda bort mexanik vəzifəsində 444 saat və NN9 uçuş etmiş, xx.xx.19NN-xx.xx.19NN-ci illərdə Əfqanıstan Demokratik Respublikasında hərbi qulluq keçmiş beynəlmiləlçi borcunu “könüllü” olaraq yerinə yetirəndə növbəti baş gizir rütbəsi ilə “Xüsusi hərbi xidmətə görə” medalı ilə təltif olunmuş və SSRİ Hərbi Hava qüvvələrində xidməti dövründə bir neçə medalla təltif olunmuşdur. Əfqanıstan Demokratik Respublikasından qayıtdıqdan sonra 19NN-ci ildə etnik təmizləmə, terrorçuluq və soyqırımı siyasəti nəticəsində Ermənistandan deportasiya edildikdən sonra 1990-cı ilin 20 Yanvar hadisələrinə qədər Bakı şəhəri Salyanski kazarmasında manqa komandiri vəzifəsində xidmət etmişdir. 1993-cü il tarixdə 105 saat 163 uçuş, 1994-cü ilin 5 ayında 9N saat 2N dəqiqə 121 uçuş etmiş və 1-ci Dağlıq Qarabağ müharibəsində iştirak edərək bir neçə hərbi uçuşlar etmişdir. Eyni vertolyotda xidmət yoldaşları olmuş Əli Aslanov, Hüseyn Hüseynov və İsfəndiyar Eynullayev “Müharibə veteranı” vəsiqəsi almışlar. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddia tələbinə etirazda göstərilmişdir ki, Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.2021-ci il tarixli 4/2- 223N nömrəli məktubu ilə iddiaçının hərbi xidmət keçməsi ilə bağlı müvafiq əmrlərdən çıxarışlardan görünür ki, ehtiyatda olan baş gizir İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli N nömrəli əmri ilə hərbi hissənin Mİ-2 vertolyotunda bort-texniki vəzifəsinə təyin edilməklə şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 50 nömrəli, xx.xx.1993-cü il tarixli 54 nömrəli, xx.xx.1993-cü il tarixli 57 nömrəli, xx.xx.1993-cü il tarixli 5N nömrəli, xx.xx.1993-cü il tarixli 1N1 nömrəli, xx.xx.1993-cü il tarixli 1N5 nömrəli, xx.xx.1993-cü il tarixli 202 nömrəli, xx.xx.1993-cü il tarixli 212 nömrəli, xx.xx.1993-cü il tarixli 262 nömrəli, xx.xx.1993-cü il tarixli 269 nömrəli, xx.xx.1994-cü il tarixli 54 nömrəli, xx.xx.1994-cü il tarixli 57 nömrəli, xx.xx.1994-cü il tarixli 72 nömrəli və xx.xx.1994-cü il tarixli 77 nömrəli əmrlərindən görünür ki, iddiaçı N nömrəli hərbi hissədən xidməti vəzifələrinin icrası ilə bağlı Gəncə, Yevlax və Kürdəmir rayonlarında yerləşən hərbi hissələrə ezam edilmişdir. İddiaçının döyüş əməliyyatlarında iştirak etməsi, döyüş uçuşlarında uçmasına və döyüş tapşırığının yerinə yetirilməsinə dair döyüşən hərbi hissələrə ezam olunması barədə arxiv sənədlərində hər hansı məlumatlar aşkarlanmamışdır. Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya” tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli 4/3-61 nömrəli məktubdan görünür ki, xx.xx.1997-ci il tarixdə Silahlı Qüvvələrin Baş Qərargah rəisi tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranan vaxtdan döyüş əməliyyatları aparan hərbi hissələrin siyahısı”nda N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3632/2022 saylı, 14 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakim M.Qarayeva) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivdən vətəndaş İddiaçı N nömrəli hərbi hissəyə ezam olunması barədə N nömrəli hərbi hissə komandirinin 1993-cü il 3 noyabr tarixli 262 nömrəli əmrin 2-ci paragrafında hərbi hissədən ezamiyyətə gedən hərbi qulluqçuların qeydiyyatı aparılmışdır. Həmin paragraf 2 abzasdan, 1-ci abzas isə 3 hissədən ibarətdir. 1-ci abzasda “Нижепоименованный личный состав убывший в командировку с 3.11.1993 г. снять с довольствия и выдать продукты по 9.11.1993 г. включительно: (Ezamiyyətə gedən aşağıda adları göstərilən şəxsi heyət 3.11.1993-cü il tarixdən qazan təminatından çıxarılsın və 9.11.1993cü il tarixi daxil olmaqla ərzaq verilsin)” sözlərindən sonra yeni sətirdən mərkəzdə “По летной норме (Uçuş norması ilə)”, “По технической норме (Texniki norma ilə)” və “По солдатской норме (Əsgər norması ilə)” başlıqları ilə hissələrin başlıqları yazılmışdır. 2-ci abzasda ст.лейтенанта Меликова Э.С. командира вертолета МИ-N, капитана Шахбазова Х.З. штурмана звена МИ-N - в командировку в Лаляр с 3.11.93 г. по 9.11.93 г. (bas leytenant E.S.Məlikovu Mİ-N vertolyotun komandiri, kapitan X.Z.Sahbazovu Mİ-N dəstəsinin şturmanı)” sözləri yazılmışdır. 1-ci abzasın “По летной норме (Uçuş norması ilə)” hissəsində 15-ci baş gizir İddiaçı adı qeyd olunmuşdur. Əmrdən görünür ki, sözügedən şəxslər döyüş tapşırığının icrası ilə əlaqədar ezam olunmamışlar. Bununla belə, 1-ci abzasdakı “Нижепоименованный личный состав убывший в командировку с 3.11.1993 г. снять с довольствия и выдать продукты по 9.11.1993 г. включительноsözlərindən sonra aşkar surətdə avırd ediləcək dərəcədə fərqli xətt və diyircəkli qələmlə “для выполнение б/з в в/ч 200.” (döyüş tapşırığını icra etmək üçün N nömrəli hərbi hissəyə) sözləri əlavə edilmişdir və müvafiq vəzifəli şəxsin imzası ilə təsdiq edilməmişdir. Həmçinin, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya” tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli 4/3-61 nömrəli məktubdan görünür ki, xx.xx.1997-ci il tarixdə Silahlı Qüvvələrin Bas Qərargah rəisi tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranan vaxtdan döyüş əməliyyatları aparan hərbi hissələrin siyahısı”nda N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etməmişdir. Tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətində qeyd edilənlərə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbini təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətinə etiraza uyğun izahat verərək, şikayətin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin N2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-N5.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-N5.2, N5.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Hazırki işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və N.1-ci maddələri). İddiaçının iddia tələbi ona müharibə veteranı adı və statusunun verilməsi ilə bağlı olmuşdur ki, bu da inzibati prosessual qanunvericiliyin tələbləri baxımından "məcburetmə haqqında” iddia növünə aiddir. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəlləsinin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün ilk növbədə mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun: - 3-cü maddəsinə görə digər kateqoriya şəxslərlə yanaşı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. - 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 19NN-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 174 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən müharibə veteranı adı aşağıdakı qaydada verilir: “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda: 19NN-ci il fevralın 1-dən 1991-ci il oktyabrın 9-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər, Goranboy (keçmiş Şaumyankənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonları ərazilərində aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə — daxili işlər, dövlət təhlükəsizliyi orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, yerli icra hakimiyyəti və hərbi idarəetmə orqanlari tərəfindən verilmiş arayışlar, hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Həmin Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.2021-ci il tarixli 4/2-1449 saylı arayışından görünür ki, ehtiyatda olan baş gizir Kərimov X6 nazirinin xx.xx.1992-ci il tarixli müvafiq əmrinə əsasən Mi-2 vertalyotunun bort-texniki vəzifəsinə təyin edildiyi üçün N43 №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 115 №-li əmrilə (əsas: səh, 141, § 4) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. N43 №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 119 №-li əmrilə (əsas: səh 145, § 2) baş gizir İddiaçı ümumi təminatlara daxil edilmişdir. N43 №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 27 №-li əmrində (əsas: səh 176, § 2, əmrdə adı və atasının adı tam yazılmamışdır) bort-texnik baş gizir İddiaçı qazan təminatına daxil edilməsi barədə məlumat vardır. N43 №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 57 №-li əmrində (əsas: səh 301, § 2, əmrdə adı tam, atasının adı yazılmamışdır, hərbi rütbəsi gizir qeyd edilmişdir) gizir İddiaçı Yevlax rayonuna ezamiyyətə göndərilməsi barədə məlumat vardır. N43 №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 5N №-li əmrində (əsas: səh 202, § 4, əmrdə adı və atasının adı tam yazılmamışdır, hərbi rütbəsi gizir qeyd edilmişdir) gizir İddiaçı ezamiyyətdən qayıtması barədə məlumat vardır. N43 №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 90 №-li əmrilə (əsas: səh 2, § 2) baş gizir İddiaçı maddi yardım ödənilmişdir. N43 №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 1N1 №-li əmrində (əsas: səh N, § 3, əmrdə adı tam, atasının adı yazılmamışdır, hərbi rütbəsi gizir qeyd edilmişdir) gizir İddiaçı Yevlax rayonuna ezamiyyətə göndərilməsi barədə məlumat vardır. N43 №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 1N5 №-li əmrində (əsas: səh 202, § 4, əmrdə adı tam, atasının adı yazılmamışdır və hərbi rütbəsi gizir qeyd edilmişdir) gizir İddiaçı Yevlax rayonundan ezamiyyətdən qayıtması barədə məlumat vardır. N43 №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 202 №-li əmrində (əsas: səh 27, § 6, əmrdə adı tam, atasının adı yazılmamışdır, hərbi rütbəsi gizir qeyd edilmişdir) gizir İddiaçı Gəncə şəhərinə ezamiyyətə göndərilməsi barədə məlumat vardır. N43 №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 212 №-li əmrində (əsas: səh 37, § 4, əmrdə adı tam, atasının adı yazılmamışdır, hərbi rütbəsi gizir qeyd edilmişdir) gizir İddiaçı ezamiyətdən qayıdaraq vəzifəsinin icrasına başlamış hesab edilmişdir. N43 №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 262 №-li əmrində (əsas: səh 4, § 2, əmrdə adı və atasının adı tam yazılmamışdır, əmrdə “для выполнение б/з в в/ч 200” fərqli diyircəkli qələmlə yazılmışdır) baş gizir İddiaçı döyüş tapşırığını yerinə yetirmək üçün N №-li hərbi hissəyə ezam olunaraq qazan təminatından çıxarılması barədə məlumat vardır. N43 №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 269 №-li əmrilə (əsas: səh
12. § 4, sıra 12) baş gizir İddiaçı ezamiyətdən qayıtmış hesab edilərək qazan təminatına daxil edilmişdir. N43 №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 54 №-li əmrilə (əsas: səh 46. § 3) bort-texnik baş gizir Kərimov X4 rayonuna ezamiyyətə göndərilmişdir. N43 №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 57 №-li əmrdə (əsas; səh 49. § 1, əmrdə hərbi rütbəsi gizir yazılmışdır) bort-texnik gizir İddiaçı ezamiyyətdən qayıtmış hesab edilərək qazan təminatına daxil edilmişdir. N43 №-li hərbi hissə komandirinin xx.xx.1994cü il tarixli 72 №-li əmrilə (əsas: səh 73, § 2, əmrdə hərbi rütbəsi gizir yazılmışdır) borttexnik gizir İddiaçı Gəncə şəhərinə ezamiyyətə göndərilərək qazan təminatından çıxarılmışdır. N43 №-İi hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 77 №-ii əmrilə (əsas: səh 76, § 2) baş gizir İddiaçı ezamiyətdən qayıtmış hesab edilərək qazan təminatına daxil edilmişdir. N43 №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 110 №-li əmrilə (əsas: səh 107, § 5) baş gizir İddiaçı 1993-cü il üçün istifadə etmədiyi məzuniyyətə görə pul kompensasiyası ödənilmişdir. N43 №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 152 №-li əmrilə (əsas:§ 1, əmrdə hərbi rütbəsi gizir yazılmışdır) Mi2 vertalyotunun bort texniki gizir İddiaçı maddi yardım ödənilmişdir. N43 №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 154 №-li əmrilə (əsas: səh 6, § 3) Mi-2 vertalyotunun bort texniki baş gizir İddiaçı Gəncə şəhərinə ezamiyyətə göndərilərək qazan təminatından çıxarılmışdır. N43 №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 156 №-li əmrilə (əsas, səh 6. § 3) Mi-2 vertalyotunun bort texniki baş gizir İddiaçı Gəncə şəhərindən ezamiyətdən qayıtmış hesab edilərək qazan təminatına daxil edilmişdir. N43 №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 175 №-li əmrilə (əsas səh 30, § 2, əmrdə hərbi rütbəsi gizir yazılmışdır) gizir İddiaçı Mi-2 vertalyotunun bort texniki vəzifəsinə təyin edilmişdir. N43 №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 224 №-li əmrilə (əsas: səh 79, § 1) Mi-2 vertalyotunun bort texniki baş gizir İddiaçı ezamiyyətdən qayıtmış hesab edilərək qazan təminatına daxil edilmişdir. N43 №-li hərbi hissə komandirinin xx.xx.1994cü il tarixli 231 №-li əmrilə (əsas, səh N7, § 7) baş gizir İddiaçı məzuniyyətə göndərilərək qazan təminatından çıxarılmışdır. N43 №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 257 №-li əmrilə (əsas: səh 159. § 1) baş gizir İddiaçı Abduİİa oğlu məzuniyyətdən qayıtmış hesab edilərək qazan təminatına daxil edilmişdir. Azərbaycan Respublikasının “Hərbi xidmət haqqında” qanununa müvafiq olaraq Baş X12-N (Mi-9) aviasiya manqasının bort-texniki gizir İddiaçı HHQ və HHMQ komandanının xx.xx.1997-ci il tarixli müvafiq əmrinə əsasən 1N-ci maddənin “Q” bəndinə (təşkilati tədbirlərlə əlaqədar olaraq xidmətdə olanlardan istifadə etmək mümkün olmadıqda) müvafiq olaraq ehtiyata tərxis olunduğu üçün N43 №-li hərbi hissə komandirinin xx.xx.1997-ci il tarixli N №-li əmrilə (əsas: səh 115, sıra 1) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Həmçinin, məhkəmənin müvafiq sorğusu əsasında təqdim edilmiş əmrlərdən çıxarışlardan görünür ki, ehtiyatda olan baş gizir İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli N nömrəli əmri ilə hərbi hissənin Mİ-2 vertolyotunda bort-texniki vəzifəsinə təyin edilməklə şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 50 nömrəli, xx.xx.1993-cü il tarixli 54 nömrəli, xx.xx.1993-cü il tarixli 57 nömrəli, xx.xx.1993-cü il tarixli 5N nömrəli, xx.xx.1993-cü il tarixli 1N1 nömrəli, xx.xx.1993-cü il tarixli 1N5 nömrəli, xx.xx.1993-cü il tarixli 202 nömrəli, xx.xx.1993-cü il tarixli 212 nömrəli, xx.xx.1993-cü il tarixli 262 nömrəli, xx.xx.1993-cü il tarixli 269 nömrəli, xx.xx.1994-cü il tarixli 54 nömrəli, xx.xx.1994-cü il tarixli 57 nömrəli, xx.xx.1994-cü il tarixli 72 nömrəli və xx.xx.1994-cü il tarixli 77 nömrəli əmrlərindən görünür ki, iddiaçı N nömrəli hərbi hissədən xidməti vəzifələrinin icrası ilə bağlı Gəncə, Yevlax və Kürdəmir rayonlarında yerləşən hərbi hissələrə ezam edilmişdir. xx.xx.1993-cü il tarixli 262 №-li əmrində (əsas: səh 4, § 2, əmrdə adı və atasının adı tam yazılmamışdır, əmrdə “для выполнение б/з в в/ч 200” fərqli diyircəkli qələmlə yazılmışdır) baş gizir İddiaçı döyüş tapşırığını yerinə yetirmək üçün N №-li hərbi hissəyə ezam olunaraq qazan təminatından çıxarılması barədə məlumat vardır. N43 №-li hərbi hissə komandirinin N №-li xx.xx.1997-ci il tarixli əmrindən çıxarışdan görünür ki, Azərbaycan Respublikasının “Hərbi xidmət haqqında” Qanununa müvafiq olaraq, baş gizir Kərimov X5 Eskadrilyası Mi-N(Mi-9) aviasiya manqasının bort-texniki, HHQ və HHMQ Komandanının ... №-li 1N.4.97 olan əmrinə əsasən 1N-ci maddənin “Q" bəndinə (təşkilati tədbirlərlə əlaqədar olaraq xidmətdə olanlardan istifadə etmək mümkün olmadıqda) əsasən ehtiyata tərxis olunmuşdur. N43 №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 262 №-li əmrindən görünür ki, iddiaçı döyüş tapşırığını yerinə yetirmək üçün xx.xx.1993-cü ildə N №-li hərbi hissəyə ezam olunaraq qazan təminatından çıxarılaraq daha sonra N43 №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 269 №-li əmrilə xx.xx.1993-cü ildə ezamiyyətdən qayıtmış hesab edilərək qazan təminatına daxil edilmişdir. Bu faktı məhkəmə iclasında cavabdehin nümayəndəsi də təsdiq edərək N №-li hərbi hissənin döyəşən hərbi hissə olduğunu, lakin əmrdə fərqli diyircəkli qələmlə yazıldığını dəlil kimi göstərərək sənədin mötəbərliyinə şübhə ilə yanaşdığını bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq bildirir ki, cavabdehin N43 №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 262 №-li əmrin fərqli diyircəkli qələmlə fərqli xətlə yazılması sənədin mötəbərliyinə xələl gətirən səbəb hesab edilə bilməz. Göründüyü kimi, iddiaçının döyüş tapşırığını yerinə yetirmək üçün xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək N №-li hərbi hissəyə ezam olunaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı gedən döyüşlərdə iştirakı iş materiallarında olan yuxarıda sadalanan sübutlarla öz təsdiqini tapır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. - 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 6N.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 6N.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. - N7.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62, N1, 75 və N5-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3632/2022 saylı, 14 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Pərviz Hüseynov