Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-777/2025 20.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X2 (sədrlik edən və məruzəçi), X6 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Aygün Ülviyyət qızı Nizamlının katibliyi, üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-295/2022 saylı, 05 dekabr 2023-cü il tarixli qərardadından ərizəçi Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi və bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinin 30 dekabr 1998-ci il tarixli 1971 saylı sərəncamı ilə ona ayrılan və hazırda sahibliyində və istifadəsində olan Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsində yerləşən 600 kv. metr torpaq sahəsinə dair faktiki mövcud olan ölçülərinə uyğun olaraq mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınmaqla mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş iddia ərizəsinə dair etirazda göstərilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən aparılmış yerli baxış zamanı müəyyən edilmişdir ki, torpaq sahəsində mərzlənmə və hasarlanma işləri tam aparılmamışdır. Səbail rayon İcra Hakimiyyəti başçısının 1971 saylı, xx.xx.1998-ci il tarixli torpaq sahəsinin ayrılması barədə sərəncamı əsasında tərtib olunan torpaq sahəsinin coğrafi mövqeyini göstərən yerləşmə cizgisi ilə faktiki vəziyyət arasında fərq mövcuddur. Bundan əlavə 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi Daş Karxanasının ərazisində yerləşir (dövlət torpağıdır). Bu barədə vətəndaşa **********15 qeydiyyat nömrəli xx.xx.2017-ci il tarixli məktub ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələbinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır.
3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-295/2022 №li 13 yanvar 2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək, Bakı şəhər Səbail rayon İcra Hakimiyyətinin 1971 nömrəli xx.xx.1998-ci il tarixli “Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” sərəncamı ilə İddiaçı ayrılmış və sonuncunun faktiki istifadəsində olan 557 kv. metr torpaq sahəsinə dair İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə qeydiyyatın aparılması və Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı 100 (bir yüz) manat məbləğində pulun alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qərara alınmışdır.
4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-295/2022 №li 13 yanvar 2022-ci il tarixli qərarından narazı qalan cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verərək, qərarın ləğv olunmasını və iddianın təmin olunmaması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1575/2022 №li xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmayaraq, Bakı İnzibati Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli 2-1(112)-295/2022 №li qərarı dəyişdirilmədən saxlanılmışdır.
6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1575/2022 №li xx.xx.2022-ci il tarixli qərarından narazı qalan cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verərək, qərarın ləğv olunaraq, iddiaçının iddia tələbinin təmin olunmaması barədə yeni qərar çıxarılmasını xahiş etmişlər.
7. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 784/2023 №li xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin olunmayraq, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1575/2022 №li xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
8. Maraqlı şəxs xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-295/2022 saylı iş üzrə çıxartdığı xx.xx.2022- ci il tarixli qərarının ləğv edilərək, işə mahiyyəti üzrə baxılmasının təzənməsi və üçüncü şəxs qismində cəlb olunması barədə qərardad qəbul edilməsini xahş etmişdir.
9. Maraqlı şəxs ərizədə göstərmişdir ki, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının 13 mart 1995-ci il tarixli 842 saylı Sərəncamı ilə fərdi yaşayış evinin tikilməsi üçün ona 600 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin vaxtdan torpaq sahəsi onun sahiblik və istifadəsindədir, torpaq sahəsi üzərində iki mərtəbəli fərdi yaşayış evi tikərək yaşamışdır. O, Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi” tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5524/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Onun yaşadığı Səbail rayonu Badamdar qəsəbəsi 3-cü yaşayış massivində yerləşən fərdi yayayış evinə 2023-cü ilin oktyabr ayının əvvəlində əvvəlcədən tanımadığı, özlərini Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşı kimi təqdim edən şəxslər gələrək, yaşadığı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə vətəndaş İddiaçı adına çıxarışın verilməsinə dair məhkəmə qərarı əsasında çıxarışın verilməsi üçün torpaq sahəsinin kordinatlarını müəyyən etmək istədiklərini bildirmişlər. O, onlara torpaq sahəsinin ona məxsus olmasına dair sərəncamın olduğunu, torpaq sahəsində fərdi yaşayış evi tikərək yaşadığını və bununla bağlı Bakı İnzibati Məhkəməsinin qərarı da olduğunu bildirmişdir. Bundan sonra həmin şəxslər torpaq sahəsinin çöldən kordinatlarını vuraraq getmişlər. Baş verənlərə aydınlıq gətirilməsi üçün Əmlak Məsələləri Dövlət Xidmətinə getmiş, orada ona yaşadığı torpaq sahəsinə məhkəmə qərarı ilə bağlı əməkdaşların gəldiyi və eyni torpaq sahəsinə dair başqa şəxsin adına məhkəmə qərarının olması barədə məlumat verilmişdir.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-295/2022 saylı, 05 dekabr 2023-cü il tarixli qərardadı ilə ərizə təmin olunmamışdır.
11. Həmin qərardaddan narazı qalan ərizəçi Maraqlı şəxs apelyasiya şikayəti vermiş, şikayətin təmin edilərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ərizənin təmin edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1252/2024 nömrəli işi üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizəçi Maraqlı şəxs apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-295/2022 saylı, 05 dekabr 2023-cü il tarixli qərardadı ləğv edilməsi, ərizənin təmin edilməsi, Maraqlı şəxs zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilsməsi, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-295/2022 saylı, 13 yanvar 2022-ci il tarixli qərarı ləğv edilməsi, iş üzrə icraatın təzələnməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi » tələbinə dair inzibati iş mahiyyəti üzrə yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
c) Kassasiya instansiya məhkəməsində icraat
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2311/2024 nömrəli işi üzrə xx.xx.2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 aprel 2024-cü il tarixli, 2- 1(103)-1252/2024 nömrəli qərardadı ləğv edilməsi və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
d) Prosses iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
15. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
ƏSASLANDİRİCİ HİSSƏ:
16. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 82ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
17. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-295/2022 saylı, 05 dekabr 2023-cü il tarixli qərardadı ləğv edilməli, Maraqlı şəxs üçün şəxs qismində icraata cəlb edilməli və iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.
18. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİİ hissələrinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Konstitusiyanın bu normaları ilk növbədə fiziki və hüquqi şəxslərin özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə birbaşa iddia qaldırmalarına imkan verir. Lakin sözügedən normalar həm də belə bir təminatı nəzərdə tutur ki, inzibati orqanların qərar və hərəkətlərinə (hərəkətsizliklərinə) qarşı başqa şəxslər tərəfindən qaldırılmış iddialar üzrə işlərə baxılarkən, qəbul ediləcək qərarın onların qanunla qorunan maraqlarına toxunacağı halda, mübahisənin tərəfi olmayan üçüncü şəxslərin məhkəmə icraatına qoşulması imkanı hüquq və azadlıqların məhkəmə müdafiəsi və dinlənilmə hüququnun tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Buna görə, bir işə baxılması nəticəsində qəbul edilən qərarla hüquq və mənafelərinə təsir göstərilmiş olacaq şəxslərə bu mühakimə haqqında məlumat verilməli, mübahisənin həlli ilə bağlı həmin şəxslərin dinlənilmə hüququ təmin olunmalı, eləcə də onların məhkəməyə işin həlli ilə bağlı öz dəlil və sübutlarını təqdim etmələrinə imkan yaradılmalıdır.
19. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflərin izahatlarının dinlənilməsi, onların qanunla qorunan maraqlarının müdafiəsinin təmin edilməsi və işin həlli ilə bağlı öz dəlil və sübutlarını təqdim etmələri, eləcə də, aydınlaşdırılmalı məqamların müəyyən edilməsi məqsədi ilə məhkəmə iclasında iddiaçının iştirakının təmin edilməsi ilə bağlı məhkəmə iclası bir neçə dəfə təxirə salınmış, lakin iddiaçı qeyd edilən iclaslarda iştirak etməmişdir.
20. Əvvəla qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərişinə uyğun olaraq, hazırkı iş üzrə ərizəçinin üçüncü şəxs qismində zəruri cəlbetmə qaydasında məhkəmə icraatına cəlb edilməsinin xüsusi əhəmiyyətinin tam, hərtərəfli və obyektiv araşdırılması, yalnız bundan sonra ərizəçinin zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində işə cəlb edilməsi barədə məsələyə hüquqi qiymət verilməsi məqsədi ilə bir çox sorğular verilmişdir.
21. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, torpaq sahələrinin üst-üstə düşübdüşməməsindən, eyni zamanda tərəflərə məxsus torpaq sahəsinin 2-ci və ya 3-cü massivlərdə yerləşib-yerləşməməsindən asılı olmayaraq, Bakı İnzibati Məhkəməsinin 295/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı adına Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən 0.0557 ha torpaq sahəsinə dair ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixdə mülkiyyət hüququ qeydə alınmış topaq sahəsinin üzərində Maraqlı şəxs məxsus fərdi yaşayış evinin inşa olunduğu aşağıdakı qeyd edilənlərlə sübuta yetirilir: 21.1. Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubu ilə Daşınmaz Əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktının təsdiq edilmiş surətləri əsasında müəyyən edilmişdir ki, İddiaçı və X4 tərəfindən göstərilən torpaq sahəsi üzərində təmir işləri davam etdirilən iki mərtəbəli yaşayış evi və yarımçıq həyət tikilisi inşa olunmuşdur. Bununla belə, digər vətəndaş torpaq sahəsinin ona aid olduğunu və tikilinin onun tərəfindən həyata keçirildiyini bildirdiyi müayinə aktında göstərilmişdir. 21.2. Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubla Daşınmaz Əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktına əlavə edilmiş 5 fotoşəkil təqdim edilmiş və həmin fotoşəkillər əsasında X9 və X4 tərəfindən göstərilən torpaq sahəsi üzərində iki mərtəbəli yaşayış evi və yarımçıq həyət tikilisinin inşa olunduğu müəyyən edilmişdir. Halbuki, iş materiallarında olan 12 sentyabr 2023-cü il tarixli müayinə aktından görünür ki, ərizəçinin (iddiaçının) nümayəndəsi əvvəlki müraciəti zamanı başqa torpaq sahəsini göstərmişdir. Göründüyü kimi, həmin müayinə aktı da təsdiq edir ki, İddiaçı iddia etdiyi torpaq sahəsində başqa şəxsə məxsus iki mərtəbəli ev inşa olunmuşdur. 21.3. İş materiallarında olan kommunal xətlərlə bağlı “hesab faktura” sənədlərinin surətindən görünür ki, məhkəmə qərarı qəbul edilməmişdən əvvəl (xx.xx.2022-ci il tarixli Bakı İnzibati Məhkəməsinin və xx.xx.2022-ci il tarixli Bakı Apellyasiya Məhkəməsinin qərarı) fərdi yaşayış evi sözügedən torpaq sahəsində mövcud olmuşdur. Belə ki, Səbail rayon Sukanal İdarəsinin “Hesab Faktura” sənədindən Maraqlı şəxs xx.xx.2022-ci il tarixə sərfiyyatı olduğu müəyyən olunmuşdur. Qeyd edilən hal isə ərizəçi Maraqlı şəxs xx.xx.2022-ci il tarixdən, yəni məhkəmə qərar qəbul etməmişdən əvvəl sözügedən torpaq sahəsində fərdi yaşayış evini inşa etdiyini bir daha sübuta yetirir. 21.4. Eyni zamanada sözügedən torpaq sahəsində iki mərtəbəli fərdi yaşayış evinin mövcud olduğu müayinə aktları ilə yanaşı, Bakı Apellyasiya Məhkəməsinə üvanlanmış 41ci polis bölməsinin məktubları ilə də sübuta yetirilir. Belə ki, məhkəməyə ünvanlanmış 41-ci polis bölməsinin xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli məktublarına qoşma edilmiş foto şəkillərdə görünən fərdi yaşayış evinin xx.xx.2024-cü il tarixli məktubla 1 saylı Bakı Ərazi idarəsi tərəfindən məhkəməyə təqdim edilmiş foto şəkillərdə görünən fərdi yaşayış evi ilə eyni olduğu müəyyən olunur. 21.5. İş materiallarında olan ********** nömrəli, xx.xx.2023-cü il tarixli mülkiyyət hüququnun daşınmaz əmlakın reyestrindən çıxarışdan müəyyən olunur ki, İddiaçı müıkiyyət hüququ qeydə alınmış torpaq sahəsinə Bakı şəhəri, Səbail rayonu, Dostluq küçəsi 149 ünvanı verilmişdir. 41-ci Polis bölməsi tərəfindən verilmiş cavab məktublarından da görünür ki, həmin ünvan üzrə torpaq sahəsində isə fərdi yaşayış evinin inşa olunduğu və həmin fərdi yaşayış evinin digər şəxslərə (Maraqlı şəxs və X7) məxsusluğu müəyyən olunmuşdur.
22. Məhkəmə kollegiyası mübahisəli torpaq sahəsinin 2-ci və ya 3-cü massiv olması ilə bağlı aşağıdakıları qeyd edir: 22.1. Səbail Rayon İcra Hakimiyyətinin 842 nömrəli, 13 mart 1995-ci il tarixli Sərəncamı ilə ərizəçi Maraqlı şəxs ayrılmış torpaq sahəsinin Badamdar qəsəbə nüməyəndəliyinin 107 nömrəli, 13 iyul 2005-ci il tarixli yerləşmə cizgisindən görünür ki, ona ayrılmış torpaq sahəsi 3-cü massivdə yerləşir. 22.2. Daşınmaz əmlakın qiymətləndirilməsi barədə Mütəxəssis rəyindən də görünür ki, Maraqlı şəxs məxsus fərdi yaşayış evi 3-cü massivdə yerləşir. 22.3. Həmçinin, kommunal xətlərlə bağlı “Hesab faktura”lardan da görünür ki, ərizəçi Maraqlı şəxs məxsus fərdi yaşayış evinin ünvanı 3-cü massiv olaraq göstərilmişdir.
23. Kollegiya göstərilənlərlə bağlı qeyd edir ki, torpaq sahəsinin üst-üstə düşübdüşməməsindən və ya torpaqların 2-ci və ya 3-cü massivlərdə yerləşməsindən asılı olmayaraq, məhkəmə araşdırması ilə Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1304 B nömrəli torpaq sahəsində iddiaçının mülkiyyət hüququ qeydə alınmış fərdi yaşayış evinin mövcud olduğu və həmin evin Maraqlı şəxs məxsus olduğu sübuta yetirilir.
24. Məhkəmə kollegiyası ərizəçi Maraqlı şəxs inzibati işə üçüncü şəxs qismində cəlb edilməsinin digər əsasları ilə bağlı aşağıdakıları qeyd edir: 24.1. Suraxanı Rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubu ilə, Suraxanı Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru Vasif Zeynallı tərəfindən alınmış İddiaçı alınmış izahat və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir (həmin izahatda İddiaçı Badamdar qəsəbəsində yerləşən torpaq sahəsindən xəbərsiz olmasını etiraf etmişdir) 24.2. Eyni zamanda qeyd edilməlidir ki, İddiaçı ayrılmış torpaq sahəsinin yerləşmə cizgisinin notarial qaydada təsdiq edilmiş surətindən cizgini təsdiq edən orqanın möhüründə “Badamdar” əvəzinə “Babamdar” olaraq qeyd edildiyi aşkar görünür. 24.3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-204/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin məzmunundan müəyyən olunur ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, yeni qaydalarla: Bakı şəhəri, Səbail rayonu, Dostluq küçəsi 149 ünvanında yerləşən, ümumi sahəsi 0.0557 ha olan torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi və yarımçıq həyət tikilisinin cavabdehin hesabına sökülərək, topaq sahəsindən çıxarılmaqla torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi qət edilmişdir. Həmin qətnamənin məzmunundan da müəyyən olunur ki, mübahisəli torpaq sahəsində fərdi yaşayış evi inşa edilmiş və cavabdeh qismində X7 və maraqlı şəxs qismində X3 cəlb edilmişdir. 24.4. Həmçinin, İddiaçı hazırkı icraat üzrə məhkəmə prosesində iştirakının zəruri olduğuna dair dəfələrlə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, məhkəmə proseslərindən üzürsüz səbəblərdən iştirak etməkdən yayınmışdır.
25. Göründüyü kimi, iddiaçı tərəfindən mülkiyyət hüququnun qeydə alınmasının tələb edildiyi torpaq sahəsində X1 məxsus olduğu mübahisəsizdir.
26. Məhkəmə kollegiyası qeyd edir ki, zəruri cəlb etmə o halda mövcud olur ki, məhkəmə qərarı tək inzibati məhkəmə icraatının tərəfləri barəsində deyil, həmçinin üçüncü şəxsə münasibətdə də hüquqi qüvvəyə malik olmuş olsun.
27. Göründüyü kimi, mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi ilə bağlı məhkəmə qərarının mövcudluğu ərizəçi Maraqlı şəxs maraqlarına toxunur. Bu səbəbdən də ərizəçi Maraqlı şəxs inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi (zəruri cəlbetmə) zərurəti yaranmışdır.
28. Məhkəmə kollegiyası qeyd edir ki, üçüncü şəxs özünə bəlli olan halları məhkəməyə bildirməklə, eləcə də tərəflərin istinad etmədiyi yeni baxışlar və dəlillər ortaya qoymaqla mübahisə predmeti ilə bağlı işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi işinə yardım etmiş olur. Beləliklə, həm mübahisədə iştirak edən tərəflərin və üçüncü şəxslərin maraqlarının balanslaşdırılmış müdafiəsi təmin edilmiş olur, həm də inzibati prosesdə tətbiq olunan inkvizisiya prinsipinə uyğun olaraq işin hallarının tam və obyektiv müəyyənləşdirilməsi mümkün olur.
29. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, ...Məhkəmə müdafiəsi hüququ mülki və inzibati işlər üzrə nəinki məhkəmə icraatına başlanması imkanını, o cümlədən məhkəmənin lazımi qaydada təşkili və tərkibini, həmçinin prosesin gedişatı ilə bağlı dövlət təminatını nəzərdə tutur. Prosesin gedişatı tərəflərin iradəsindən asılı olaraq birinci instansiya məhkəməsində, həm də apellyasiya və kasasiya instansiyalarında məhkəmə müdafiəsi imkanlarının tükənməsinə qədər davam etdirilə bilər. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, Konstitusiyanın 60-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququ həyata keçirilərkən konstitusiya hüququnun doktrinasından irəli gələn hüquqi müəyyənlik prinsipinə riayət edilməsi pozulmuş hüquq və azadlıqların qorunmasını daha da səmərəli edir. Hüquqi müəyyənlik prinsipi Konstitusiyanın Preambulasında əksini tapan qanunun aliliyinin əsas elementlərindən biridir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən formalaşdırılmış hüquqi mövqeyə görə, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir.
30. Zəruri cəlbetmə o zaman mövcud olur ki, qəbul ediləcək məhkəmə qərarı tək inzibati məhkəmə icraatının tərəfləri barəsində deyil, həmçinin üçüncü şəxsə münasibətdə də hüquqi qüvvəyə malik olsun. Əgər məhkəmə qərarını üçüncü şəxsin hüquqlarına müdaxilə etmədən (başqa şəxs üçün hüquq və vəzifələrin yaradılması, təsdiq və ya müəyyən olunması, dəyişdirilməsi və ya ləğv edilməsi) qəbul etmək mümkün deyilsə, həmin şəxs mütləq məhkəmə icraatına cəlb edilməli və bu, zəruri cəlbetmə kimi qiymətləndirilməlidir. Bu hal bir qayda olaraq o zaman mövcud olur ki, üçüncü şəxsin mübahisəli hüquq münasibətlərində birbaşa iştirakı olsun və münasibətin hüquqi taleyi həll edildiyi zaman qəbul edilmiş qərar onun maraqlarına təsir etsin. Bu halda həmin şəxs üçüncü şəxs qismində, yəni iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməlidir. Qeyd olunduğu kimi, məhkəmələr tərəfindən xidməti vəzifəsinə əsasən zəruri cəlb edilməli olan şəxslərin məhkəmə icraatına cəlb olunmaması onların prosessual statusdan məhrum edilməsi ilə nəticələnir və məhkəmə qərarından apellyasiya şikayəti vermək hüququnu məhdudlaşdırır.”
31. Ümumi qaydaya görə üçüncü şəxs qismində icraata qoşula bilmək üçün şəxsin hüquqları məhkəmə icraatında hüquqi mənada qorunmalıdır, yəni mübahisənin həlli ilə əlaqədar tətbiq edilən və ya edilməli olan konkret maddi hüquq normalarından hər hansı biri şəxsin mənafeyinin bu və ya digər dərəcədə müdafiəsi məqsədini güdməlidir. Hüquqi maraq müəyyən olunmadan, sırf məhkəmə qərarının çıxarılması nəticəsində yaranacaq iqtisadi, sosial, mənəvi və ya başqa faktiki maraqların mövcudluğu cəlbetmə üçün yetərli deyildir. Başqa sözlə, məhkəmə qərarının çıxarılmasından sonra həmin qərarın yaradacağı sonrakı nəticələrə (iqtisadi, sosial, mənəvi və s.) görə deyil, məhz məhkəmə qərarının özünün doğurduğu hüquqi statusa təsir etmə (status yaratma, dəyişdirmə və ya ləğv etmə) xüsusiyyəti nəzərə alınmaqla hüquqi marağın mövcudluğu müəyyən olunmalıdır.
32. Beləliklə, məhkəmə kollegiyası işə mahiyyəti üzrə baxılmasının təzələnməsi və ərizəçi Maraqlı şəxs inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsinin (zəruri cəlbetmə) zəruriliyini müəyyən edir.
33. İPM-in 83.4-cü maddəsinə görə bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər.
34. Odur ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, işə mahiyyəti üzrə baxılmasının təzələnməsi və Maraqlı şəxs üçüncü şəxs qismində cəlb olunması üçün həmin məhkəməyə göndərilməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Göstərilənlərə əsasən və İPM-in 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Ərizəçi Maraqlı şəxs apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-295/2022 saylı, 05 dekabr 2023-cü il tarixli qərardadı ləğv edilsin. Ərizə təmin edilsin. Maraqlı şəxs zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-295/2022 saylı, 13 yanvar 2022-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə icraat təzələnsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi » tələbinə dair inzibati iş mahiyyəti üzrə yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.