Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-779/2021 01.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Yusifov Cahangir Afər oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı (xx.xx.1964-cü il tarixində ünvan 1 ünvanında qeydiyyatdadır, iddia ərizəsinə əsasən ünvan- Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 41, mənzil 30) cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyi) “kompensasiya ödənilməsi” tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 noyabr 2019-cu il tarixli, 2-1(81)-2602/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 29.05.2019-cu il tarixində cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək dövlət proqramına əsasən Bakı şəhərində abadlaşdırma işlərinin yerinə yetirilməsi məqsədilə torpaqların dövlət ehtiyacları üçün alınması ilə əlaqədar söküntüyə məruz qalmış daşınmaz əmlakların sahiblərinə hər 1 kv.m sahəyə 1500 manat kompensasiya məbləği ödənilməsi nəzərə alınmaqla, mülkiyyətində olan 78.8 kv.m daşınmaz əmlaka görə 118.200 manat (78.8×1500=118200) və istifadəsində olan 29.2 kv.m torpaq sahəsinə görə 43.800 manat (29.2 kv.m ×1500=43.800) kompensasiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, dövlət proqramına əsasən Bakı şəhərinin Yasamal rayonu ərazisində abadlaşdırma işləri ilə əlaqədar digər evlərlə yanaşı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi də sökülmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən 05 mart 2014-cü il tarixli, RX seriyalı, ******* saylı çıxarış əsasında ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin ¼ hissəsinə mülkiyyət hüququ tanınmışdır. Fərdi yaşayış evinə dair tərtib olunmuş çıxarışla evin 432 kv.m torpaq sahəsində yerləşməsi, 203.4 kv.m yaşayış sahəsi, 111.8 kv.m yardımçı sahəsi, ümumilikdə 315.2 kv.m sahəsi olmaqla 13 otaqdan ibarət olması müəyyən edilmişdir. ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin ümumi sahəsinin 315.2 kv.m olması nəzərə alınsa, həmin daşınmaz əmlakın ¼ hissəsini təşkil edən 78.8 kv.m sahə onun mülkiyyətindədir. Bundan əlavə mülkiyyətçilərin qanuni istifadəsində olan ümumi torpaq sahəsinin 11.6.8 kv.m olması nəzərə alınsa, həmin torpaq sahəsinin ¼ hissəsini təşkil edən 29.2 kv.m sahə onun istifadəsindədir. Daşınmaz əmlakların yerləşdiyi torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması işləri həvalə olunmuş Bakı şəhəri Cavabdeh Daşınmaz Əmlakın Alınması Qrupu tərəfindən ona 30.000 manat məbləğində kompensasiya təklif edilmişdir. Bu məbləğlə razılmayaraq, mülkiyyətində olan daşınmaz əmlakın sökülməsinə görə real kompensasiya məbləğinin ödənilməsinin təmin edilməsi məqsədi ilə Bakı şəhəri Cavabdehnə ünvanlanmış müraciətinə verilmiş 13.05.2019-cu il tarixli, 1478/d nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, bu məsələ ilə əlaqədar o, təkrarən Daşınmaz Əmlakın Alınması Qrupuna müraciət edə bilər. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2602/2019 saylı, 02 iyul 2019-cu il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində cəlb edilmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, dövlət proqramına əsasən Bakı şəhərində abadlaşdırma işlərinin yerinə yetirilməsi məqsədilə torpaqların dövlət ehtiyacları üçün alınması ilə əlaqədar söküntüyə məruz qalmış daşınmaz əmlakların sahiblərinə hər 1 kv.m sahəyə görə 1500 manat kompensasiya məbləğinin ödənilməsi nəzərə alınaraq mülkiyyətində olan 124.3 kv.m daşınmaz əmlaka görə 186.450 manat (124.3 kv.m × 1500= 186.450) və istifadəsində olan 29.2 kv.m torpaq sahəsinə görə 43.800 manat (29.2 kv.m × 1500 = 43800) kompensasiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 noyabr 2019-cu il tarixli, 2-1(81)- 2602/2019 nömrəli qərarı ilə (hakim A.Abdullayeva) iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, B.Səfəroğlu küçəsi, ev 52 ünvanında yerləşmiş fərdi yaşayış evinin İddiaçı mülkiyyətində olmuş ¼ hissəsinə görə 186450 manat məbləğində kompensasiya ödənilməsi vəzifəsi Bakı şəhəri Cavabdehnə həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. İddia tələbinin təmin olunmamış hissəsindən iddiaçı tərəfindən apellyasiya şikayəti verilməmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 08.04.16-cı il tarixli, 2(004)-127/2016 saylı qətnaməsindən məlum olur ki, İddiaçı cavabdeh X2 (digər paylı mülkiyyətçi olan şəxsə) qarşı iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəh., B.Səfəroğlu küç., 52 saylı paylı mülkiyyətdə olan evin onun payına düşən 1/4 hissənin, yəni sahəsi 123.6 kv.m. olan “B”, “Q” və “D” tikilillərdən ibarət olan hissənin naturada ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yasamal Rayon Məhkəməsi toplanmış sübutları və ekspert rəylərini nəzərə alaraq iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul etmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir, lakin Apellyasiya Məhkəməsinin 24.06.16-cı il tarixli, 2(103)-5024/2016 saylı qətnaməsi ilə apellyasiya şikayəti rədd edilmişdir və Yasamal Rayon Məhkəməsinin 08.04.16-cı il tarixli, 2(004)-127/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, Apellyasiya Məhkəməsinin 24.06.16-cı il tarixli, 2(103)-5024/2016 saylı qətnaməsi qanuni qüvvəsini almışdır. Yasamal Rayon Məhkəməsinin 08.04.16-cı il tarixli, 2(004)-127/2016 saylı qətnaməsində ilk növbədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsindən İddiaçı ünvanlanmış 06.03.2014-cü il tarixli məktuba istinad edilmişdir. Həmin məktubda yoxlama-ölçü işlərinin aparılması ilə əlaqədar mütəxəssislərin sözügedən ünvana baxış keçirilən zaman arxiv texniki pasportuna əsasən “D”, “V” və “Q” tikililərin söküldüyü, "B” tikintisinin üstündə isə 2-ci mərtəbənin inşa edildiyi, aparılmış dəyişikliyə dair hüquq müəyyənedici sənəd təqdim edilmədiyi qeyd olunmuşdur. Bundan başqa, Yasamal Rayon Məhkəməsi qətnamə qəbul edərək ikinci mötəbər subut hesab edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13.07.2015-ci il tarixli, 7215 saylı ekspert rəyinə istinad etmişdir. Həmin rəydə Bakı şəh., B.Səfəroğlu küç., 52 saylı evin texniki pasportuna əsasən İddiaçı 1/4 hissəsinin evin hansı tikililərindən ibarət olmasını və bununla əlaqədar mövcud olub-olmamasını müəyyən etmək texniki cəhətdən mümkün olmaması qeyd edilmişdir. Əlavə olaraq, qətnamədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02.02.2016-cı il tarixli, 20047 saylı ekspert rəyinə istinad edilmişdir. Sözügedən ekspert rəyinə əsasən mülkün texniki pasportunda göstərilən “V”, “Q” və “D” literli tikililərin faktiki olaraq yerində olmamağını, yəni söküldüyünü, “B” literli tikilinin isə yerində fərqli ölçülərdə olan iki mərtəbəli tikilinin yerləşdiyi, eləcə də iddiaçının payına düşən sahələrin konkret olaraq hansı tikililərdən ibarət olması barədə mülki iş materiallarında məlumatın olmamasını nəzərə alaraq, sənədlərə əsasən həmin evin hansı tikililərin İddiaçı məxsus olmasını müəyyən etmək mümkün olmadığı müəyyən edilmişdir. Həmçinin, ekspert rəyində qeyd olunur ki, İddiaçı faktiki istifadəsində hər hansı bir tikili olmamışdır. Bundan başqa, ünvan 7 ünvanında yerləşən evin çıxarış və texniki pasportunda göstərilən “V”, “Q" və “D” literli tikililərin faktiki olaraq yerində olmadığı, “B” literli tikilinin yerində isə fərqli ölçülərdə olan iki mərtəbəli tikilinin yerləşdiyini, eləcə də çıxarışda digər 7 mülkiyyətçilərin paylarının dəqiq göstərilmədiyini (7 mülkiyyətçiyə 3/4 hissədən bir hissə qeyd olunur) nəzərə alaraq, həmin evin 1/4 və ¾ paylara uyğun olaraq 8 mülkiyyətçi arasında 8 təcrid hissəyə bölünməsinin texniki cəhətdən mümkün olmadığı sözügedən rəydə qeyd olunmuşdur. Yuxarıda qeyd olunanlardan başqa, Yasamal Rayon Məhkəməsinin 08.04.16-cı il tarixli, 2(004)-127/2016 saylı qətnaməsində İddiaçı mübahisəli evin hansı tikililərin ona məxsus olmasını göstərə bilmədiyi və onun faktiki istifadəsində də hər hansı bir tikili olmadığına istinad edilmişdir. Beləliklə, Yasamal Rayon Məhkəməsinin 08.04.16-cı il tarixli, 2(004)-127/2016 saylı və Apellyasiya Məhkəməsinin 24.06.16-cı il tarixli, 2(103)-5024/2016 saylı qətnamələri ilə müəyyən edilmiş hallara fikir verilmədən qərar qəbul edilmişdir. Belə ki, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 07 noyabr 2019-cu il tarixli 2-1(81)-2602/2019 nömrəli qərarında yalnız “mübahisəli evin “B”, "Q” və “D” hissələrinin naturada iddiaçıya verilməməsinin texniki cəhətdən mümkün olmaması” səbəbini qeyd edərək iddiaçının Cavabdehnə qarşı irəli sürdüyü iddiasının rədd edilməsi üçün mötəbər sübut hesab edilən həmin qətnamə ilə öz təsdiqini tapmış hallara göz yummuşdur. Bütün bunlara baxmayaraq, məhkəmə iddiaçının iddia tələbini qismən təmin edərkən iş üzrə əhəmiyyət kəsb edən bütün bu kimi halları araşdırmamış, qərarın əsaslandırıcı hissəsində özünün gəldiyi nəticə kimi mübahisəli evin “B”, ”Q” və “D” hissələrinin naturada iddiaçıya verilməməsinin texniki cəhətdən mümkün olmaması səbəbinə istinad etmiş, formal mülahizələrini rəhbər tutmuş və mötəbər sübutlara istinad etməmişdir. Bundan başqa, məhkəmə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci və 7.2,-ci maddələrinin müddəalarını tətbiq etmiş və Bakı şəhəri, Yasamal rayonu, B.Səfəroğlu küçəsi, ev 52 ünvanında yerləşmiş fərdi yaşayış evinin 1/4 hissəsinə görə 186 450 manat məbləğində kompensasiya ödənilməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsi qənaətinə gələrək, yanlış hüquqi yanaşma nümayiş etdirmişdir. Belə ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 7.1ci maddəsinə əsasən torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. Lakin, Yasamal Rayon Məhkəməsinin 08.04.16-cı il tarixli, 2(004)-127/2016 saylı və Apellyasiya Məhkəməsinin 24.06.16-cı il tarixli, 2(103)-5024/2016 saylı qanuni qüvvəsini almış qətnamələri ilə iddiaçının mübahisəli evin 1/4 hissəsinə mülkiyyət hüququnun yalnız formal xarakter daşıması, iddia etdiyi sahənin mövcud olmaması və faktiki olaraq iddiaçının istifadəsində hər hansı sahənin olmaması sübuta yetirilir. Nəticə etibarı ilə, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsi ilə müəyyən edildiyi kimi iddiaçı alınmanın təsirinə məruz qalan şəxs hesab edilmir, çünki artıq sökülmüş sahədən iddiaçı köçürülə, həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirə bilməz. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. İddiaçının mülkiyyətində olan 1/4 hissədən ibarət olan sahə məhv olduğu üçün Yasamal Rayon Məhkəməsinin 08.04.16-cı il tarixli, 2(004)-127/2016 saylı və Apellyasiya Məhkəməsinin 24.06.16-cı il tarixli, 2(103)-5024/2016 saylı qətnamələri ilə öz təsdiqini tapmışdır. Mülkiyyət və ya istifadə hüququ olmayan şəxslərə qüvvədə olan qanunvericiliklə kompensasiya ödənilməsi nəzərdə tutulmamışdır. Bundan başqa, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 noyabr 2019-cu il tarixli, 2-1(81)- 2602/2019 nömrəli qərarda “iddiaçının hazırda qanunvericiliyin normalarında nəzərdə tutulmuş qaydada torpaq sahəsi ilə bağlı dövlət qeydiyyatına alınmış mülkiyyət, istifadə və ya icarə hüququ yoxdur” cümləsi mövcuddur ki, bu da həmin qərarın nəticə hissəsinə ziddir. Ötən dövr ərzində Yasamal rayonunun “Sovetski” adlanan ərazisində aparılan köçürmə işləri çərçivəsində yaşayış sahələrinin qiymətləndirilməsi onun faktiki mövcudluğuna əsaslanmışdır. Aparılan yenidənqurma işləri layihəsinin təsiri altına düşən hər bir daşınmaz əmlak qiymətləndirmədən kənarda qalmamışdır. Həmçinin, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 8.2.3-cü maddəsinin tələbinə görə nəzarət orqanı olaraq Maliyyə Nazirliyi qiymətləndirmənin düzgün aparılmasını müəyyən etmək məqsədilə torpağın alınması prosedurlarını davamlı şəkildə yoxlayır. Bununla yanaşı qeyd edilməlidir ki, “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 fevral 2018-ci il tarixli 51 nömrəli Qərarının 1-ci hissəsi ilə Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzəaga Əliyev küçələri arasındakı ərazidə 880 ədəd, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün alan orqan Bakı şəhəri Cavabdeh müəyyən edilmişdir. Cavabdeh apellyasiya şikayətində “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 20.1.6-cı maddəsinə, İnzibati Prosessual Məcəlləsinin 85.1, 87.6cı maddələrinə, Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddələrinə istinad etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-830//2020 saylı, 19 iyun 2020-ci il tarixli qərarı ilə (hakimlər S.Seyidova, V.Ağayev, A.Nuriyeva) cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2602/2019 saylı, 07.11.2019-cu il tarixli qərarı yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmışdır. Qərardan cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1981/2020 saylı, 20 oktyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər K.Bədəlov, N.Rəsulbəyova, İ.Hüseynov) cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2- 1(103)-830/2020 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili X4 apellyasiya şilkayətinin təmin edilməməsini və qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən iddiaçının və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 noyabr 2019-cu il tarixli, 2-1(81)-2602/2019 nömrəli qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalı və cavabdehin apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi qismən edildiyindən, iddiaçı təmin olunmamış hissədən apellyasiya şikayəti vermədiyindən məhkəmə qərarı cavabdehin apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə iddia tələbinin təmin edilmiş hissəsində yoxlanılır. İş materiallarında olan : - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Həmin evin ¼ hissəsi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Evin ümumi sahəsi 497.2 kv.m, yaşayış sahəsi 203.4 kv.m, yardımçı sahəsi isə 111.8 kv.m olmuşdur. Ev dövlətə məxsus 0.0432 ha torpaq sahəsində yerləşmişdir. - 2(004)-127/2016 saylı, 08 aprel 2016-cı il tarixli və 2(103)-5024/2016 saylı, 24 iyun 2016-cı il tarixli məhkəmə qətnamələri ilə müəyyən edilir ki, iddiaçı cavabdeh X2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsindəki 52 saylı paylı evin ümumi sahəsi 123.6 kv.m olan “B”, “Q” və “D” hissələrinin naturada ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iş üzrə təyin edilmiş ekspertiza üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02.02.2016-cı il tarixli, 20047 saylı ekspert rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, B.Səfəroğlu küçəsi, ev 52 ünvanında yerləşən fərdi yaşayış evinin çıxarışında göstərilən sahələr nəzərə alınmaqla, həmin evdən İddiaçı məxsus ¼ paya düşən ümumi sahəsinin 124.3 kv.m, o cümlədən yaşayış sahəsinin 78.2 kv.m və yardımçı sahənin 46.1 kv.m olduğu müəyyən edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)127/2016 saylı, 08 aprel 2016-cı il tarixli qətnaməsi ilə bildirilmişdir ki, paylı mülkiyyətçilər paylı mülkiyyətdə olan yaşayış sahəsinin naturada bölünməsini tələb etmək hüququna malik olsalar da, belə bölgü yalnız onun real surətdə bölünə bilməsi halında mümkündür. İş üzrə ekspertiza rəyi ilə isə Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsindəki 52 saylı paylı evin ümumi sahəsi 123.6 kv.m olan “B”, “Q” və “D” hissələrinin naturada iddiaçıya verilməsinin texniki cəhətdən mümkün olmaması müəyyən edildiyindən, iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5024/2016 saylı, 24 iyun 2016-cı il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-127/2016 saylı, 08 aprel 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. - cavabdeh tərəfindən iddiaçıya verilmiş 1478/d nömrəli, 13 may 2019-cu il tarixli məktubdan görünür ki, iddiaçının kompensasiya ödənilməsi ilə bağlı müraciətinə cavab olaraq bildirilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, B.Səfəroğlu küçəsi, ev 52 ünvanında yerləşən yaşayış sahəsinin dövlət ehtiyacları üçün alınması ilə bağlı qeyd edilən məsələlərin araşdırılması üçün sənədlərlə birlikdə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 28 B ünvanında fəaliyyət göstərən müstəqil qiymətləndirici ekspertlərə, həmçinin hər həftənin 3-cü günü, saat 15:00-dan 19:00-dək həmin ünvanda sakinləri qəbul edən Daşınmaz Əmlakın Alınması Qrupuna müraciət etməyi tövsiyyə olunmuşdur. - cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ünvan 8 ünvanında yerləşən yaşayış sahəsinin alınması ilə bağlı “Daşınmaz Əmlakın Qiymətləndirilməsi barədə Hesabat”ları, alqı-satqı müqavilələrini və ona əlavə olunmuş sənədlərə baxış keçirilərkən müəyyən edilmişdir ki, mübahisəli ünvanda yerləşən fərdi yaşayış evinin sökülməsi ilə bağlı digər mülkiyyətçilərə kompensasiya məbləği ödənilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsini gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 15.9-cu maddəsində təsbit olunduğu kimi, dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyeklərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədilə alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 246-cı maddəsinin müddəalarına (24.1246.5) əsasən bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması haqqına qərarı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) qəbul edir (246.1). Torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması haqqında müvafiq icra hakimiyyəti orqanının qərarı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır (246.2). Torpaq sahəsinin alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir (246.3). Dövlət ehtiyacları üçün alınan torpaq sahəsinin mülkiyyətçisi bu Məcəllənin 246.3-cü maddəsində göstərilən bildirişin göndərildiyi gündən sonra 90 təqvim günündən tez və 180 təqvim günündən gec olmayaraq bu Məcəllənin 247-ci maddəsinin tələblərinə əməl olunması şərti ilə alınan torpaq sahəsini azad etməlidir. Mülkiyyətçinin müraciəti ilə müvafiq icra hakimiyyəti orqanı bu maddədə göstərilən müddətləri dəyişə bilər (246.4). Bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaq sahələri ilə yanaşı həmin torpaq sahələrində yerləşən və ya yerləşməyən və eyni məqsədlərlə alınan binalara (evlərə, tikililərə, qurğulara) da şamil edilir (246.5). «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Həmin Qanunun alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. Həmin Qanunun 7.3-cü maddəsinə əsasən bu Qanunun 7.1-ci maddəsi nəzərə alınmaqla, həmçinin bu Qanunun 11-ci maddəsinin müddəalarına əməl etmək şərti ilə aşağıdakılar da alınmanın təsirinə məruz qalan şəxslər hesab edilirlər: 7.3.1. torpaqla bağlı dövlət qeydiyyatına alınmış mülkiyyət, istifadə və ya icarə hüquqları olan, habelə qanunvericiliklə dövlət qeydiyyatı tələb olunmayan qanunauyğun istifadə və ya icarə hüquqları olan şəxslər; 7.3.2. siyahıya alma dövründə yazılı sənədlərlə təsdiq edilən torpaqla bağlı qanuni, lakin dövlət qeydiyyatına alınmamış mülkiyyət, istifadə və ya icarə hüquqları olan şəxslər (Bu Qanun qüvvəyə minənədək torpaq üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarının əmələ gəlməsi üçün əsas olan dövlət orqanının və bələdiyyənin aktlarının və müqavilənin qanunvericiliyin tələblərinə riayət etməməklə qəbul edilməsi və ya bağlanması şəxsin torpaqla bağlı hüquqlarının qanunsuz hesab edilməsi üçün əsas ola bilməz); 7.3.3. ikinci əldən icarəyə verən qismində icarəçi, üçüncü şəxslərə istifadəyə verən qismində istifadəçi və ya istifadəçi ilə şifahi və ya yazılı həqiqi sübutla təsdiq edilən razılaşma əsasında torpağı qısa müddətli istifadə edən şəxslər; 7.3.4. torpağa hüququnun yaranmasına səbəb olan, qanun tərəfindən tanınan uzun müddətli istifadə əsasında torpaqda yaşayan şəxslər; 7.3.5. yaşadıqları torpaqla bağlı qanuni hüquqları olmayan şəxslər. Ali Məhkəmənin hazırkı iş üzrə qərarında qeyd edilmişdir ki, “işə təkrar baxan apelyasiya instansiya məhkəməsi, məhkəmənin mövqeyini nəzərə almaqla kompensasiyanın məbləğinin hesablanması zamanı bərabərlik hüququna riayət edilməsini təmin etməklə cavabdehin dəlillərinə qiymət verməli və öz xidməti vəzifəsinə uyğun olaraq işin hallarını hərtərəfli araşdıraraq iş üzrə qərar qəbul etməlidir.” Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinə əsasən Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Hazırkı iş üzrə iddia tələbini dövlət proqramına əsasən Bakı şəhərində abadlaşdırma işlərinin yerinə yetirilməsi məqsədilə torpaqların dövlət ehtiyacları üçün alınması ilə əlaqədar söküntüyə məruz qalmış daşınmaz əmlakların sahiblərinə hər 1 kv.m sahəyə görə 1500 manat kompensasiya məbləğinin ödənilməsi nəzərə alınaraq mülkiyyətində olan 124.3 kv.m daşınmaz əmlaka görə 186.450 manat (124.3 kv.m × 1500= 186.450) və istifadəsində olan 29.2 kv.m torpaq sahəsinə görə 43.800 manat (29.2 kv.m × 1500 = 43800) kompensasiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının sözügedən ünvanda yerləşən fərdi yaşayış evinin ¼ hissəsi (497.2 kv.m) ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” RX seriyalı, ******* nömrəli, 05 mart 2014-cü il qeydiyyat tarixli çıxarış mövcud olduğu üçün iddiaçıya ona düşən pay müqabilində qanunvericilikdə nəzərdə tutulmuş qaydada kompensasiya ödənilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqanın tikililərin qiymətləndirilməsi və sökülməsi zamanı yerində baxış keçirməsini, həmin ünvanda faktiki olan tikililəri aktlaşdırılmasını, fotoşəkillərini çəkilməsini və s. halları əsaslandıran sənədləri məhkəməyə təqdim etməmiş, faktiki həmin sahədə paylı mülkiyyətçilərə məxsus hansı tikililərin mövcudluğunu, bununla da cavabdeh tərəfindən digər paylı mülkiyyətçilərin əmlakının ölçülməsi və qiymətləndirilməsi zamanı hansı tikililərin sözügedən ərazidə alınmanın təsirinə məruz qalan əmlaklar kimi tanındığını əsaslandırmamışdır. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, cavabdeh tikililərin mövcud olmaması əsası ilə iddianın rədd edilməsini tələb etsə də, A tikilisinə görə iddiaçıya niyə kompensasiya ödənilməməli olmasına dair dəlillərini əsaslandırmamış, bundan əlavə B tikilisinin yenidən konstruksiya olunmasının iddiaçının mülkiyyət hüququndan məhrum edilməsinə gətirib çıxarmasını bildirsə də, bu mövqeyini əsaslandırmamış, digər tikililərin isə artıq alınmaya qədər məhv olunduğu bildirilsə də, digər paylı mülkiyyətçilərə kompensasiya hesablanması zamanı konkret olaraq hansı tikililərin nəzərə alındığı göstərməmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 07 noyabr 2019-cu il tarixli, 2-1(81)-2602/2019 nömrəli qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Bakı şəhəri Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 noyabr 2019-cu il tarixli, 2-1(81)- 2602/2019 nömrəli qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-779/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-779/2021
01.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver