Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-78/2020 30.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mayılov Ülvi Arif oğlu (sədrlik edən), Tağızadə Mirzə Nəsib oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı X2 Cavabdeh ləğv prosesində olan QSC «Bank Standart» KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «kredit borcunun əvəzləşdirilməsi və daşınmaz əmlakın ipoteka yüklülüyündən azad edilməsi» tələbinə dair inzibati iş üzrə verilmiş icra sənədi ilə əlaqədar Xətai rayon üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X4 xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərarından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında (ünvan 1 ünvanda), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar X2 və X1 cavabdeh ləğv prosesində olan QSC «Bank Standart» KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə xx xxxx 2014-cü il tarixli, 1xx/xx/75445/14 saylı kredit müqaviləsi üzrə faizlərin dayandırılması, restruktrizasiyanın edilməsi və xx xxxx 2014-cü il tarixli, 1xx/xx/75445/14 saylı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü olan Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 48, 27 saylı mənzilin xx xxxx 2015-ci il tarixli LD********** saylı «Standard» depozit müqaviləsi üzrə mövcud 82.168,76 ABŞ dollar pul vəsaiti ilə əvəzlənməsinə dair öhdəliyin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçı X1 ərizə ilə məhkəməyə müraciət edərək, onun 3-cü şəxs statusunda cəlb olunmasını xahiş etmişdir. Eyni zamanda iddiaçı X2 iddianın dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, (3-cü şəxs qismində Y.Qasımova olmaqla) QSC Cavabdehmersiya Bankı ilə X3 arasında bağlanmış 1xx/xx/75445/14 saylı, xx xxxx 2014-cü il tarixli kredit müqaviləsi və həmin müqaviləyə xx xxxx 2015-ci il tarixli 01 saylı əlavə sazişə əsasən ləğv prosesində olan QSC «Bank Standart» KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət tarixinə (xx xxxx 2017-ci il) mövcud olan 62.092,27 ABŞ dolları, 13.191,53 ABŞ dolları gecikdirilmiş faiz, 234,57 ABŞ dolları faiz borcu, cəmi 75.518,37 ABŞ dolları məbləğində kredit borcunun onun LD********** saylı əmanət müqaviləsi üzrə 82.168,66 ABŞ dolları məbləğində əmanəti ilə əvəzləşdirilməsi, kredit öhdəliyinin təminatı kimi bağlanmış 1xx/xx/75445/14 saylı, xx xxxx 2014-cü il tarixli ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi ev 60, 18 saylı mənzilin ipoteka yüklülüyündən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-223/2018 saylı xx xxxxxx 2018-ci il tarixli Qərarı ilə iddia tələbinin təmin edilməsi, QSC Cavabdehmersiya Bankı ilə X3 arasında bağlanmış 1xx/xx/75445/14 saylı, xx xxxx 2014-cü il tarixli kredit müqaviləsi və həmin müqaviləyə xx xxxx 2015-ci il tarixli 01 saylı əlavə sazişə əsasən iddiaçı C.Əmirovun ləğv prosesində olan QSC «Bank Standart» KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət tarixinə (xx xxxx 2017-ci il) mövcud olan 62.092,27 ABŞ dolları, 13.191,53 ABŞ dolları gecikdirilmiş faiz, 234,57 ABŞ dolları faiz borcu, cəmi 75.518,37 ABŞ dolları (yetmiş beş min beş yüz on səkkiz dollar, otuz yedd sent) məbləğində kredit borcunun onun LD********** saylı əmanət müqaviləsi üzrə 82.168,66 ABŞ dolları (səksən iki min yüz altmış səkkiz dollar, altmış altı sent) məbləğində əmanəti ilə əvəzləşdirilməsi öhdəliyinin Cavabdehna həvalə edilməsi, 1xx/xx/75445/14 saylı, xx xxxx 2014-cü il tarixli kredit müqaviləsi və həmin müqaviləyə xx xxxx 2015-ci il tarixli 01 saylı əlavə saziş əsasda yaranmış kredit öhdəliyinin təminatı kimi bağlanmış 1xx/xx/75445/14 saylı, xx xxxx 2014-cü il tarixli ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi ev 60, 18 saylı mənzilin ipoteka yüklülüyündən azad edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-1332/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli Qərarı ilə cavabdeh ləğv prosesində olan QSC «Bank Standart» KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 223/2018 saylı xx xxxxxx 2018-ci il tarixli Qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarından görünür ki, bundan sonra Bakı Apellyasiya Məhkəməsi İnzibati- İqtisadi Kollegiyasının 2-1(103)-223/2018 saylı xx xxxxxx 2018-ci il tarixli Qərarı üzrə xx.xx.2019-cu il tarixdə İcra vərəqəsi verilərək, icra olunması üçün Xətai rayon üzrə İcra və Probasiya şöbəsinə göndərilmişdir. Hazırda cavabdeh ləğv prosesində olan QSC «Bank Standart» KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu həmin icra sənədi ilə əlaqədar Xətai rayon üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X4 xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərarından şikayət verərək, həmin qərarın və qərarla bağlı görülmüş bütün icra tədbirlərinin ləğv edilməsinə dair qərardad qəbul edilməsini xahiş etişdir. Şikayət onunla əsaslandırmışdır ki, icra məmurunun qərarı qanunsuz və əsassızdır, belə iş üzrə cavabdeh LPO QSC «Bank Standart» KB-nin qanuni maraq və mənafelərinə ziddir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Göründüyü kimi, icra məmuru 3 (üç) gün ərzində göndərməli olduğu qərarı xx.xx.2020-ci il tarixdə yəni 2 (iki) ay sonra LPO QSC «Bank Standart» KVna göndərmişdir. Şikayətdə «İcra haqqında» Qanunun 8.3, 17.1.1-ci maddələrinə, «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 87.2, 87.3, 60.1, 72.1.3, 72.1.5 aə 81-ci maddələrinə istinad olunmaqla bildirilmişdir ki, yuxarıda qeyd edinənlərə əsasən icra vərəqəsi üzrə icraat dayandırılmalı icra vərəqəsi ilə bağlı görülmüş bütün icra tədbirləri ləğv edilməlidir. İşə apellyasiya məhkəməsində baxılarkən məhkəmə kollegiyasının iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və ərizə dəlilləri üzrə işin hallarını araşdıraraq hesab edir ki, cavabdeh tərəfindən verilmiş şikayət mümkün sayılmamalı və bununla bağlı şikayətin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 87.1-ci maddəsi ilə müəyyən olunur ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibatiiqtisadi məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir Cavabdehin şikayəti ilə mübahisələndirilən, Xətai rayon üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X4 xx.xx.2020-ci il tarixli «İcraata başlamaq haqqında» qərarında da bu qərardan onun surəti alındıqdan sonra 10 (on) müddətində məhəkəməyə şikayət verilə bilməsi qeyd olunmuşdur. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-223/2018 saylı xx xxxxxx 2018-ci il tarixli Qərarı əsasında xx.xx.2019-cu il tarixdə verilmiş İcra vərəqəsi üzrə Xətai rayon üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X4 xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərarı cavabdeh ləğv prosesində olan QSC «Bank Standart» KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən xx.xx.2020-ci il tarixdə alınmışdır. Lakin cavabdehin şikayətindən və ona əlavə olunmuş sənədlərdən, o cümlədən şikayətə dair zərfdən və şikayətin məhkəməyə daxil olmasını göstərən «Daxil olma ştampı»ndan görünür ki, cavabdehin xx.xx.2020-ci il tarixli şikayət ərizəsi xx.xx.2020-ci il tarixdə rəbitə orqanına verilmiş və xx.xx.2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Qərarın cavabdeh tərəfindən rəsmi qaydada alındığı xx.xx.2020-ci il tarixdən (həmin gün də nəzərə alınmaqla) hesablandıqda, qanunla müəyyən edilən 10 günlük şikayət vermə müddətinin son günü xx.xx.2020-ci il tarixinə düşür və bu halda da iddiaçı İPM-in 85.1-ci maddəsi ilə müəyyən edilən 10 günlük şikayət vermə müddətini 2 ay 20 gün buraxmış olur. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 24.1-ci maddəsinin tələbinə əsasən birmənalı olaraq müəyyən olunur ki, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxılmalıdır ki, məhkəmə tərəfindən buraxılmış prosessual müddətin bərpa edilməsi mümkün olsun. Lakin, işin yuxarıda müəyyən edilən halları ilə müddətin buraxılmasının üzrlü sayılması üçün əsaslar müəyyən edilmir. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Həmin Məcəllənin 22.2-ci maddəsinə əsasən müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Belə olan halda, Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş müddət və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Xətai rayon üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X4 xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərarından cavabdehin verdiyi şikayətinin prosessual qanunvericiliklə müəyyən olunan mümkünlük şərtləri öz təsdiqini tapmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Həmin Məcəllənin 87.3-cü maddəsinin tələbinə görə apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 87.4-cü maddəsinə əsasən apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Belə olan halda, prosessual qanunvericiliyin qeyd olunan tələblərini nəzərə alan məhkəmə kollegiyası yekunda belə nəticəyə gəlir ki, cavabdehin Xətai rayon üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X4 xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərarıından verilmiş şikayəti üzrə apellyasiya icraatı mümkün sayılmamalı, şikayətin icraata qəbul edilməsindən imtina olunmalı və ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 80, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh ləğv prosesində olan QSC «Bank Standart» KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Xətai rayon üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X4 xx.xx.2020-ci il tarixli «İcraata başlamaq haqqında» qərarından verilmiş şikayət üzrə apellyasiya icraatı mümkün sayılmasın. Şikayətin icraata qəbul olunmasından imtina edilsin və ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Ülvi Mayılov Hakimlər Mirzə Tağızadə Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-78/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-78/2020
30.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver