Məhkəmə qərarları › İş №2-1(103)-78/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-78/2023

10.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-78/2023 10.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli, 2- 1(112)-3727/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbi dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının işlədiyi müddətlərin iş stajına daxil edilməsi güzəştli şərtlərlə pensiya hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, AT-Vİİİ seriyalı, ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətindən də göründüyü kimi o, həqiqətən də 02 avqust 1983-cü il tarixdən 25 iyun 2001-ci il tarixə qədər 3 saylı Evtikmə Kombinatında “rəngsaz” işləmiş, sonradan kombinatın adında və strukturunda dəyişiklik olmuşdur. Belə ki, Sumqayıt şəhər icra Hakimiyyəti başçısının 414 saylı 09 fevral 1993-cü il tarixli sərəncamı ilə 3 saylı Evtikmə Kombinatı Sumqayıt İcarə Evtikmə Kombinatı adlandırılmışdır. Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin 66 saylı 10 mart 2006-cı il tarixli sərəncamı ilə Sumqayıt İcarə Evtikmə Kombinatı "xxxx" ASC-nə çevrilmişdir. Əmək kitabçasının təsdiq olunmuş surətindən və "xxxx" ASC tərəfindən verilən 10 iyun 2020-ci il tarixli, 20/43 nömrəli arayışdan görünür ki, o həqiqətən də, 02 avqust 1983-cü il tarixdən 25 iyun 2001-ci il tarixə qədər 3 saylı Evtikmə Kombinatında “rəngsaz” işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli Güzəştli şərtlər yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının təsdiq edilməsi barədə 12 saylı qərarının 35-ci “Ümumi peşələr bölməsinə (təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar) müvafiq olaraq o güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququna malikdir. Bundan əlavə o 2001-2008-ci illərdə“Sintezkauçik” zavodunda Təmir Tikinti sexində rəngsaz işləmiş, 2014- 2015-ci illərdə "xxxx" MMC-də fəhlə işləmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən qadınlar – 55 yaşına çatdıqda , azı 20 il sığorta stajına malik olduqda və bu müddətin 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Bu səbəbdən də İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdehə ərizə ilə müraciət etmiş, DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsi 22 dekabr 2020-ci il tarixli **********3 nömrəli imtina məktubu ilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. İmtinanın səbəbi kimi, göstərilmişdir ki, rəngsaz vəzifəsində əmək fəaliyyəti ilə məşğul olduğu zaman tətbiq etdikləri maddələrin təhlükəlilik sinfini və həmin sinfin hansı sənədlərə əsasən müəyyən edildiyi qeyd olunmamışdır. Buna görə də qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Halbuki, o 10 ildən də çox bir müddətdə zərərli kimyəvi maddələrlə, zərərli iş şəraitində işləmiş, tələb edilən güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verən iş stajı tamamlanmışdır. O rəngsaz işləmiş, insan sağlamlığına zərərli olan boyalarla işləmiş, bu səbəbdən də səhhətində ciddi problemləri yaranmışdır, lakin işlədiyi müəssisədə struktur dəyişikliyi olmuş, bu səbəbdən də müraciətinə baxmayaraq ona əmək fəaliyyəti zamanı hansı boya maddələri ilə işlədiyi qeyd olunmamışdır. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tam əsassızdır və qanunazidd olduğuna görə rədd edilməlidir. İddiaçı təqdim etdiyi xx.xx.1983-cü il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1983-xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində"xxxx" ASC-nin 3 N-li Evtikmə Kombinatında rəngsaz vəzifəsində işlədiyi qeyd edilmiş, sözügedən müəssisənin xx.xx.2020-ci il tarixli ona dair arayışında rəngsaz vəzifəsində əmək fəaliyyəti ilə məşğul olduğu zaman tətbiq etdiyi maddələrin təhlükəlilik sinifi və həmin sinfin hansı sənədlərə əsasən müəyyən edildiyi qeyd olunmamışdır. Bakı İnzibati Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli, 2-1(112)-3727/2021 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı haqqında” Qanunun 9.1-ci olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və maddəsinin tələbləri ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən də 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək staiı ümumi qaydada sığorta staiına daxil edilir. Məhkəmə qeyd olunan maddi hüquq normalarını tətbiq etsə də, onları düzgün təfsir etməmiş, sadəcə sadalamaqla kifayətlənmişdir. Məhkəmə iddiaçının işlədiyi müddətdə tətbiq etdiyi boyaların təhlükəlilik sinfinin müəyyən edilməsi istiqamətində heç bir araşdırma aparmamış, əmək kitabçasında müvafiq qeydin olmamasına istinad edərək və əmək kitabçasının doldurulmasına dair maddi hüquq normasına istinad edərək iddia tələbini rədd etmişdir. Halbuki, məhkəmə iddiaçının işlədiyi zavoda sorğu etməklə, habelə arxiv sənədlərini tələb etməklə, həmçinin iddiaçının tətbiq etdiyi boyaların təhlükəlilik dərəcəsini müəyyən etmək üçün müvafiq ekspertiza təyin etməklə, işi hərtərəfli, tam və obyektiv araşdıraraq iş üzrə həqiqi nəticəyə gələ bilərdi. Məhkəmə bunların heç birini etməmiş və iddiaçıya hüquqi yardım göstərmək vəzifəsini tamamilə unutmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya baxışı zamanı iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 52 yaşdan pensiyanın təyin edilməsini və müraciət etdiyi 18 dekabr 2020-ci il tarixdən əvvəlki 3 il üçün ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Hazırkı işin hallarından görünür ki, iddiaçı xx xxxx 1964-cü il tarixdə doğulmuş, xx.xx.1983-cü il tarixdən xx.xx.2001-ci il tarixədək "xxxx" ASC-nin 3 nömrəli Evtikmə Kombinatında rəngsaz vəzifəsində işləmişdir. xx.xx.2001-ci il tarixdən xx.xx.2008-ci il tarixədək “sintezkauçuk” zavodu Təmir Tikinti sexində rəngsaz işləmişdir. xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək "xxxx" MMC-də fəhlə peşəsində işləmişdir. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 20/43 nömrəli arayışdan görünür ki, xx xxxx 1964-cü ildə anadan olmuş İddiaçı sabiq 3 №-li Evtikmə Kombinatında 02 avqust 1983 - cü ildən (əmr № 27 k, xx.xx.1983- ci il) 25 iyun 2001-ci ilədək (əmr № 06k, xx.xx.2001-ci il) rəngsaz işləmişdir. Sonradan kombinatın adında və strukturunda aşağıdakı dəyişikliklər olmuşdur; Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 414 saylı 09 fevral 1993-cü il tarixli sərəncamı ilə 3 №-li Evtikmə Kombinatı Sumqayıt İcarə Evtikmə Kombinatı adlandırılıb. Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin 66 saylı 10 mart 2006-cı il tarixli sərəncamı ilə Sumqayıt İcarə Evtikmə Kombinatı "xxxx" ASC-nə çevrilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 12 saylı qərarının 35-ci «Ümumi peşələr» bölməsinə (təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar) müvafiq olaraq o, güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququna malikdir. "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixdə daxil olmuş sorğuya cavab məktubunda bildirilmişdir ki, 3№-li Evtikmə kombinatı (sonradan Sumqayıt İcarə Evtikmə Kombinatı adlandırılıb) Sumqayıt şəhərində iripanellərdən 9 mərtəbəli yaşayış binalarının tikintisi ilə məşğul olmuşdur. İddiaçı işlədiyi sahə, kombinatın struktur bölməsi olaraq, tikinti sahəsində inşa edilmiş binalarda tamamlama işləri (suvaq, boyama, döşəmə vurulması, qapı pəncərə quraşdırılması və s.) ilə məşğul olmuşdur. Sahədə ixtisaslaşmış rəngsazlar qrupu da mövcud oluşdur. Boyama işləri qapalı məkanda və o dövrdə daha çox tətbiq olunan kimyəvi boyalardan istifadə edilməklə (bəzi hallarda püskürtmə yolu ilə) həyata keçirilmişdir. İnsan bədəninə təsir dərəcəsinə görə, zərərli maddələrin təsnifatına əsasən, istifadə edilən boyalar (kimyəvi tərkibli, istifadəsi zamanı dəri, göz və tənəffüs ilə təmasda olduqda sağlamlıq üçün ziyanlı olması, qoruyucu eynəksiz və raspiratordan istifadə etmədən işlədikdə təhlükəli zərərləri olması barədə təlimatlar əlavə edilməklə alınmış boyalar) bəzi hallarda olduqca təhlükəli, orta dərəcəli təhlükəli və bəzən də az təhlükəli olub (boyaların tərkibində stirol, aseton və digər tez buxarlanan həlledicilər olub). Lakin hər bir halda, xüsusilə qapalı məkanda, buxarlanma nəticəsində havada yaranan zərərli maddələrin maksimum konsentrasiyasının (MPC) icazə verilən həddə olmasına nəzarət edilməsi barədə cavabdeh şəxslər təlimatlandırılmış olublar. Bununla yanaşı bəzi hallarda (məsələn “sankabinaların” daxilində boya işləri apararkən) boyaların tərkibindəki həlledicilərin buxarlanması nəticəsində zərərli maddələrin konsentrasiyasının çox olduğu hallara da rast gəlinmişdir. Evtikmə Kombinatı üzrə zərərli peşələrdə çalışan işçilərin (rəngsazlar, əl ilə elektrik qaynaqçıları, sement boşaldanlar, yüksəklikdə işləyən quraşdırıcılar, armaturçular və s.) saatlıq tarif maaşlarına əlavələr olmuş və o dövrün tələblərinə müvafıq olaraq onlara pulsuz süd verilmişdir. O cümlədən də rəngsazların tarif maaşlarına 8% əlavə olmuşdur. İddiaçı bir saatlıq tarif maaşı 0.9828 manat/saat olmuşdur.( normal şəraitdə 0.91 manat/saatdır). İddiaçı ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı hazırkı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış müraciətə cavab məktubunda göstərilmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının ümumi peşələr (35) bölməsində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçı təqdim etdiyi xx.xx.1983-cü il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1983-xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində"xxxx" ASC-nin 3 N-li Evtikmə Kombinatında rəngsaz vəzifəsində işlədiyi qeyd edilmiş, sözügedən müəssisənin xx.xx.2020-ci il tarixli ona dair arayışında rəngsaz vəzifəsində əmək fəaliyyəti ilə məşğul olduğu zaman tətbiq etdiyi maddələrin təhlükəlilik sinifi və həmin sinfin hansı sənədlərə əsasən müəyyən edildiyi qeyd olunmamışdır. Qeyd olunanlar nəzərə alınaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 1992-ci ildə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Həmin Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixdə edilmiş dəyişikliyə görə, həmin maddədə nəzərdə tutulan yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Həmin normaların tələbləri nəzərə alındıqda, yuxarıda qeyd edilən 2 nömrəli Siyahıya (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmişdir) uyğun olaraq (qadınlara): - 50 yaşdan pensiya təyin edilməsi üçün şəxs “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndində nəzərdə tutulmuş 20 illik ümumi və 10 illik xüsusi iş stajını 1997ci il avqustun 1-dək qazanmış olmalıdır; həmin stajların tam qazanılması 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək olan dövrə təsadüf etdikdə, yaş həddinin həmin dövrdə hər il 6 ay artırıldığı nəzərə alınır; həmin stajlar 2000-ci ilin avqustun 1-dən 2006-cı il yanvarın 1-dək (“Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi tarixədək) olan dövrdə qazanıldıqda, güzəştli şərtlərlə yaşa görə pensiya 52 yaşdan təyin edilir. Beləliklə, iddiaçının tələbinin təmin edilməsi və ona 52 yaşının tamam olduğu xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun 2006-cı il 1 yanvar tarixədək azı 20 il ümumi iş stajı olmalı, bunun 10 ilini Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda nəzərdə tutulmuş işlərdə çalışmış olmalıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın: 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; ... Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş «İşçilərin əmək kitabçasının forması və onun tətbiqi Qaydaları»nın 1.1-ci bəndinə görə, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. İşin birinci instansiya məhkəməsində müəyyən edilən hallarına görə iddiaçının xx.xx.2006-cı ilə qədər 20 ildən artıq ümumi iş stajı mövcuddur. Bu hal cavabdeh tərəfindən də mübahisələndirilməmişdir. Birinci instansiya məhkəməsi iddiaçının xx.xx.2006-cı il tarixə qədər 20 ildən yuxarı ümumi iş stajının olduğunu müəyyən edərək, iddia tələbinin rədd edilməsi əsası kimi qeyd etmişdir ki, iddiaçının xx.xx.2019-cu il tarixədək ümumi iş stajı 20 ildən çoxdur. Lakin güzəştli iş stajı qanunvericiliklə müəyyən edilmiş həddə mövcud deyildir. Belə ki, Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısı təsdiq edilmişdir. İstinad edilən siyahıda hər bir istehsalat, işlər, peşələr və vəzifələr müvafiq qaydada bölmələr və bəndlər üzrə təsnifatlaşdırılmışdır. Məhkəmə araşdırması zamanı da işəgötürən tərəfindən sorğuya cavab məktubunda nədə ki İddiaçı əmək kitabçasında sonuncunun Sumqayıt Sənaye İstehsal” ASC-nin 3 N-li Evtikmə Kombinatında rəngsaz vəzifəsində əmək fəaliyyəti ilə məşğul olduğu zaman tətbiq etdiyi maddələrin təhlükəlilik sinfi və həmin sinfin hansı sənədlərə əsasən müəyyən edildiyi barədə məlumat qeyd olunmamışdır. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilən zamanı ərizəçinin işlədiyi vəzifələr ilə yanaşı iş sahəsi də nəzərə alınmalı və “Siyahı” üzrə müvafiq kod altında olan sahə, vəzifə olmasına diqqət edilməlidir. Belə ki, iddiaçının 55 yaşı tamam olanadək ümumi iş stajının 20 ildən artıq olmağına baxmayaraq, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş müddətdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrdə işləməmişdir. Qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, iddiaçının qanunvericiliklə nəzərdə tutulmuş müddətdə güzəştli iş stajı olmadığından cavabdehin imtinası əsaslı olmuşdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. İddiaçının güzəştli iş stajına münasibətdə isə məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini zəruri hesab edir: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2017ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Apellyasiya baxışı zamanı məhkəmə sorğusuna cavab olaraq "xxxx" ASC tərəfindən verilmiş 06022 saylı 06 dekabr 2022-ci il tarixli məktubunda göstərilmişdir ki, 3N-li Evtikmə kombinatı (sonradan Sumqayıt İcarə Evtikmə Kombinatı adlandırılıb və Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin 66 saylı 10 mart 2006-cı il tarixli sərəncamı ilə Sumqayıt İcarə Evtikmə Kombinatı Sumqayıt Sənaye İstehsal ASC-nə çevrilmişdir) Sumqayıt şəhərində iripanellərdən 9 mərtəbəli yaşayış binalarınin tikintisi ilə məşğul olub. İddiaçı işlədiyi sahə, kombinatın struktur bolməsi olaraq, tikinti sahəsində inşa edilmiş binalarda tamamlama işləri (suvaq, boyama, döşəmə vurulması, qapı pəncərə quraşdırılması və s.) ilə məşğul olub. Sahədə ixtisaslaşmış rəngsazlar qrupu da olub. Boyama işləri qapalı məkanda və o dövrdə daha çox tətbiq olunan kimyəvi boyalardan istifadə edilməklə (bəzi hallarda püskürtmə yolu ilə) həyata keçirilib. İnsan bədəninə təsir dərəcəsinə görə, zərərli maddələrin təsnifatına əsasən, istifadə edilən boyalar (kimyəvi tərkibli, istifadəsi zamanı dəri, göz və tənəffüs ilə təmasda olduqda sağlamlıq üçün ziyanlı olması, qoruyucu eynəksiz və raspiratordan istifadə etmədən işlədikdə təhlükəli zərərləri olması barədə təlimatlar əlavə edilməklə alınmış boyalar) bəzi hallarda olduqca təhlükəli, orta dərəcəli təhlükəli və bəzən də az təhlükəli olub (boyaların tərkibində stirol, aseton və digər tez buxarlanan həlledicilər olub). Lakin hər bir halda, xüsusilə qapalı məkanda, buxarlanma nəticəsində havada yaranan zərərli maddələrin maksimum konsentrasiyasının (MPC) icazə verilən həddə olmasına nəzarət edilməsi barədə cavabdeh şəxslər təlimatlandırılmış olublar. Bununla yanaşı bəzi hallarda (məsələn “sankabinaların” daxilində boya işləri apararkən) boyaların tərkibindəki həlledicilərin buxarlanması nəticəsində zərərli maddələrin konsentrasiyasının çox olduğu hallara da rast gəlinib. Evtikmə Kombinatı üzrə zərərli peşələrdə çalışan işçilərin (rəngsazlar, əl ilə elektrik qaynaqçıları, sement boşaldanlar, yüksəklikdə işləyən quraşdırıcılar, armaturçular və s.) saatlıq tarif maaşlarına əlavələr olmuş və o dövrün tələblərinə müvafiq olaraq onlara pulsuz süd verilmişdir. O cümlədən də rəngsazların tarif maaşlarına 896 əlavə olmuşdur. İddiaçı bir saatlıq tarif maaşı 0.9828 manat/saat olmuşdur (normal şəraitdə 0.91 manat/saat olub). Beləliklə, X1 “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin,vəzifələrin və göstəricilərin” 2 saylı siyahısının XXXİİ. Ümumi peşələr Bölməsinə (kod 23200000-13450) (təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar) əsasən güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ vardır. Bu güzəşt, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”-nın 35 “Ümumi peşələr” maddəsində nəzərdə tutulmuş “təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar” hissəsində də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısının 33-cü bölməsindən («Ümumi peşələr») görünür ki, 23200000-13450 kodu ilə təhlükəliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar güzəştli pensiya hüququ verən xüsusilə zərərli və ağır iş şəraiti aid olan peşələr sırasına daxil edilmişdir. Kollegiya qeyd edir ki, "xxxx" ASC tərəfindən verilmiş 06022 saylı 06 dekabr 2022-ci il tarixli arayışında iddiaçının xx.xx.1983- xx.xx.2001-ci il tarixləri arasında işlədiyi rəngsaz peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”, bölmə 35, səhifə 166, ümumi peşələr, təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar peşəsinə aid olduğu qeyd olunmuşdur. Qeyd olunan arayışda işəgötürən idarə iddiaçının əmək fəaliyyətinin icrası zamanı təhlükəliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələrlə bilavasitə təmasda olduğunu göstərmişdir. Arayışdakı həmin məlumatları təkzib edən və ya mötəbərliyini şübhə altına alan hər hansı sübut cavabdeh tərəfindən təqdim olunmamışdır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Beləliklə kollegiya qeyd edir ki, iddiaçı 2006-cı ilin yanvar ayının 1-dək 20 ildən çox ümumi iş stajına, o cümlədən 12 il 6 aydan çox “əmək şəraiti zərərli və ağır olan” iş stajına malik olduğundan və onun işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahıda nəzərdə tutulduğundan və iş yerindən iddiaçının işlədiyi vəzifələrə uyğun arayış təqdim edildiyindən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən onun 52 yaşdan (01 iyul 2016-cı il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci müddəsinin hazırda qüvvədə olan redaksiyasında əmək pensiyalarının onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilməsi təsbit edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 08 oktyabr 2020-ci il tarixli 03/2020-ci saylı qərardadında belə nəticəyə gəlmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Göründüyü kimi iddiaçı onun pensiya təyin olunması üçün müraciət etdiyi tarixdən əvvəlki ən çoxu üç il üçün pensiya ödənilməsi hüququna malikdir. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış 22 dekabr 2020-ci il tarixli **********3 №li məktubdan müəyyən olunur ki, iddiaçı ilk dəfə hazırki tələblə cavabdeh inzibati orqana 18 dekabr 2020-ci il tarixində müraciət etmişdir. Eyni zamanda iddiaçı tərəfindən həmin tarixdən əvvəlki dövrlərdə hazırki tələblə cavabdeh inzibati orqana hər hansı üzürlü səbəbdən müraciət etməməsi ilə bağlı heç bir sübut təqdim olunmamışdır. Bu halda iddiaçıya ödəniləcək pensiya cavabdeh inzibati orqana ilk dəfə müraciət edilən tarixdən (18 dekabr 2020-ci il) əvvəlki illər üçün, yəni 18 dekabr 2017-ci il tarixindən hesablanaraq ödənilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli, 2-1(112)-3727/2021 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməli, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 52 yaşının tamam olduğu 01 iyul 2016-cı il tarixdən təyin olunması və pensiyanın müraciət edilən tarixdən (xx.xx.2020-ci il) əvvəlki üç il üçün, yəni xx.xx.2017-ci il tarixdən hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Nəticə hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli, 2-1(112)-3727/2021 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 52 yaşının tamam olduğu 01 iyul 2016-cı il tarixdən təyin olunması və pensiyanın müraciət edilən tarixdən (xx.xx.2020ci il) əvvəlki üç il üçün, yəni xx.xx.2017-ci il tarixdən hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Raqib Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar