Məhkəmə qərarları › İş №2-1(103)-785/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-785/2022

01.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-785/2022 01.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Orucova Aysu Əli qızının katibliyi ilə, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı statusu və vəsiqəsinin verilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- N(NN2)-6665/202N saylı, N3 oktyabr 202N-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddiaçıya müharibə veteranı statusu və vəsiqəsinin verilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-6665/202N saylı, N3 oktyabr 202N-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı “Müharibə veteranı status və vəsiqəsi”nin verilməsi vəzifəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmuşdur. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərar qəbul etdikdə N nömrəli hərbi hissənin nə vaxtdan nə vaxta kimi döyüş əməliyyatlarında olması barədə məlumat əldə etmədən, iddiaçının xidmət etdiyi tarixlərə nəzər yetirmədən birtərəfli qərar qəbul etmişdir. Belə ki, N nömrəli hərbi hissənin N4.09.N992-ci il tarixli əmrdə iddiaçının adının qeyd olunması ona “Müharibə veteranı” adının verilməsi üçün əsas ola bilməz, birincisi, ona görə ki, həmin dövrdə hərbi hissə döyüş əməliyyatlarında iştirak edən hərbi hissə sayılmayıb. İş materiallarına əlavə olunmuş həmin əmrdə göstərilmişdir ki, döyüş tapşırığını yerinə yetirmək üçün döyüş əməliyyatları bölgəsinə göndərilmişdir. Həmin əmr hərbi hissə komandiri və qərargah rəisi tərəfindən imzalanmamışdır. Həmin dövrdə N nömrəli hərbi hissə də döyüş əməliyyatlarında iştirak edən hərbi hissə hesab edilməyib. Həmçinin, Bakı İnzibati Məhkəməsi XN avqust N992, oktyabr N992-ci-iyul N994-cü il tarixlərdə N nömrəli hərbi hissədə xidmət keçməsi barədə məlumat olmadığını, hətta N nömrəli hərbi hissəyə hərbi hissədən deyil N8.07.N994-cü ildə “Nizami” təlim mərkəzindən gəldiyinə hüquqi qiymət verməmiş, bu istiqamətdə araşdırma aparmamış, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Qaradağ Rayon İdarəsinə sorğu etməmişdir. Arxiv arayışında məlumatın olmaması o deməkdir ki, N nömrəli hərbi hissə komandirinin əmrlərində göstərilən tarixlərdə iddiaçının adı yoxdur. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. İş materiallarından görünür ki, iddiaçı H.Tanrıverdiyev ona müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi tələbilə cavabdeh orqana müraciət etmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyi isə iddiaçının müraciətini təmin etməkdən imtina edərək bildirmişdir: “Mərkəzi Arxivin 22.02.202N-ci il tarixli 9/2-N530 nömrəli arayışına əsasən N nömrəli hərbi hissə komandirinin avqust, oktyabr-dekabr N992-ci il tarixli nizami hissə üzrə əmrlər kitabında hərbi xidmətiniz barədə məlumat olmadığına görə Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. Döyüşlərdə iştirak etməyinizi sübut edən əsaslı sənədlər olarsa komissiyanın iclasında sənədlərinizə yenidən baxıla bilər. Əlavə olaraq bildiririk ki, “Vətəndaşların müraciətləri haqqında” Qanunun N4.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququna malikdir.” İş materiallarında olan, AR MN İşlər İdarəsi Mərkəzi Arxivindən verilmiş 26.04.202Nci il tarixli, 9/2-34NN saylı arayışda qeyd edilmişdir ki,” Sizin Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə ünvanladığınız N2.04.202N-ci il tarixli 654 №-li sorğunuza cavab olaraq bildiririk ki^ N №-li hərbi hissə komandirinin N4 sentyabr N992-ci il tarixli 28 №-li əmrilə X2 (əsas: sıra N, səh 22, əmrdə hərbi rntbəsi, vəzifəsi və göndərildiyi yer göstərilməyib, əmr hərbi hissə komandiri və qərargah rəisi tərəfindən imzalanmamışdır) döyüş tapşırığını yerinə yetirmək üçün döyüş əməliyyatları bölgəsinə ezamiyyətə göndərilmişdir. “Nizami” təlim mərkəzindən gəlmiş, leytenant X3 N №-li hərbi hissə komandirinin N8 iyul N994-cü il tarixli N40 №-li əmrilə (əsas: sıra 3, səh N70, əmrdə soyadı Tanırverdiyev yazılmışdır) bütün növ təminatlarla təmin edilərək 4-cü MAT-un qumbaraatan tağım komandiri vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası Müdafiə X4 - Silahlı Qüvvələrin Baş Qərargah Rəisinin N2.N2.N994-cü il tarixli müvafiq əmrinə əsasən qumbaraatan tağım komandiri, leytenant X3 N №-li hərbi hissə komandirinin N7 dekabr N994-cü il tarixli 234 №-li əmrilə (əsas: § 3, sıra 2, səh 6N, əmrdə soyadı Tanırverdiyev yazılmışdır) N №-li hərbi hissənin rabitə istiqaməti rəisləri taburunun stansiya rəisi vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissədən xidmətini davam etdirmək üçün gəlmiş, leytenant X2 Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah Rəisinin N2.N2.N994-cü il tarixli müvafiq əmrinə əsasən N №-li hərbi hissə komandirinin N dekabr N994-cü il tarixli 347 №-li əmrilə (əsas: § N0, səh NN3) 27.N2.N994-cü il tarixdən şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək rabitə istiqaməti rəisləri taburunun stansiya rəisi vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirinin 0N,09.N995-ci il tarixli müvafiq əmrinə və N8-ci maddənin “D” bəndinə (tutduğu vəzifəyə uyğun olmadığına görə) əsasən leytenant X2 N №-li hərbi hissə komandirinin N sentyabr N995-ci il tarixli 267 №-li əmrilə (əsas: § 5, səh 30, əmrdə vəzifəsi göstərilməyib) şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Qaradağ RHK-na göndərilmişdir. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin avqust, oktyabr-dekabr N992-ci il, yanvardekabr N993-cü il və yanvar-iyul N994-cü il tarixli nizami hissə üzrə əmrlərində XN xidməti barədə məlumat aşkar olunmamışdır.” Cavabdehin imtinasından sonra iddiaçı həmin tələblə məhkəməyə müraciət edərək, ona müharibə veteranı statusu və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh AR Müdafiə Nazirliyinə həvalə edilməsini xahiş etmişdir. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi ilə yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam araşdırılmadığından yanlış nəticəyə gəlinmişdir. AR İPM-in N2.N-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin N2.2-ci maddəsinə əsasən, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. İşdən görünür ki, İddiaçı ona müharibə veteranı statusu və vsiqəsi verilməsinə dair iddiasını N №-li hərbi hissə komandirinin N4 sentyabr N992-ci ildən N0.N0.N992-ci ilə qədər N saylı hərbi hissədə və N8.07.N994-cü ildən N2.N2.N994-cü ilə qədər N №-li hərbi hissədə qulluq etmiş olması ilə əsaslandırır və dəlil olaraq məhkəməyə N44704 saylı hərbi bileti və 26.04.202N-ci il tarixli, 9/2-34NN nömrəli arxiv arayışını təqdim etmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünüX dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar planları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bundan əlavə, Azərbaycan Respublikası müdafiə nazirinin 06.0N.N998-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı» və «Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimat»ın N.6-cı bəndinə əsasən N988-ci il fevralın N-dən N99N-ci il oktyabrın 9-dək erməni milliyyətçi quldur dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - keçmiş DQMV ərazisində ... aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə ... - N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili işlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarə etmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. İşdən göründüyü kimi, iddiaçı sadalanan sənədlərdən məhkəməyə yalnız hərbi bileti və arxiv arayışını təqdim etmiş, həmçinin, həmin sənədlərin tədqiqi zamanı ziddiyyətli məqamların mövcudluğu müəyyən edilmişdir. Belə ki, cavabdeh tərəfindən təqdim edilmiş 26.04.202N-ci il tarixli, 9/2-34NN nömrəli arxiv arayışında qeyd edilmişdir ki, ““Nizami” təlim mərkəzindən gəlmiş Leytenant İddiaçı N №-li hərbi hissə komandirinin N8 iyul N994-cü il tarixli N40 №-li əmrilə (əsas: sıra 3, səh N70, əmrdə soyadı Tanrverdiyev yazılmışdır) bütün növ təminatlarla təmin edilərək 4-cü MAT-un qumbaraatan tağım komandiri vəzifəsinə təyin olunmuşdur.” Göründüyü kimi, iddiaçının hərbi qulluq fəaliyyəti barədə Müdafiə Nazirliyinin Mərkəzi Arxivindən verilmiş arayışda H.Tanrıverdiyevin N №li hərbi hissəyə hərbi qulluğunu davam etdirdiyi hansısa hərbi hissədən deyil, təlim mərkəzindən gəlmiş olması faktı qeyd edilmişdir. Həmçinin qeyd edilmişdir ki, “ ... N №-li hərbi hissə komandirinin avqust, oktyabr-dekabr N992-ci il, yanvar-dekabr N993-cü il və yanvar-iyul N994-cü il tarixli nizami hissə üzrə əmrlərində XN xidməti barədə məlumat aşkar olunmamışdır.” Beləliklə, sözügedən arxiv arayışından və işin digər materiallarından N4 sentyabr N992-ci il tarixli 28 №-li əmrlə iddiaçının hansı hərbi hissəyə ezam olunması, hansı hərbi hissəyə qəbul edilərək hərbi qulluq keçməsi, ümumilikdə N4.09.N992-ci ildən N №li hərbi hissəyə təyin edildiyi göstərilən N8.07.N994-cü ilə qədərki hərbi qulluq dövrü haqqında hər hansı bir məlumat müəyyən edilmir. Göründüyü kimi, iddianın təmin edilməsi nəticəsinə gələrkən birinci instansiya məhkəməsi tərəfindən işin qeyd edilən zidiyyətli halları ümumiyyətlə nəzərə alınmamış, qiymət verilməmişdir. Yuxarıda qeyd edilən Təlimatda təqdim edilməsinin məcburiliyi qeyd edilən əmrdən çıxarışla bağlı isə kollegiya bildirir ki, AR Müdafiə Nazirliyinin 4/2-7N4 saylı məktubu ilə N4.09.N992-ci il tarixli 28 №li əmrdən arxiv çıxarışı məhkəməyə təqdim edilmişdir. Çıxarışdan görünür ki, X2 döyüş bölgəsinə ezam olunması qeyd edilmiş, lakin əmr hərbi hissə komandiri və qərargah rəisi tərəfindən imzalanmamışdır. Birinci instansiya məhkəməsi işin bu halına qiymət verərkən qeyd etmişdir ki, “... müvafiq qaydada rəsmiləşdirilməmiş sənəd rəsmi sənəd hesab edilmir və həmin sənədin cavabdeh inzibati orqanını arxivində saxlanılması və həmçinin sübut olaraq inzibati orqanın həmin əmrlərə istinadı sual doğurur. Eyni zamanda əgər həmin əmr müvafiq qaydada qəbul edilməmişdirsə sənəd olaraq arxivdə saxlanılmamalı və müvafiq arxiv arayışı iddiaçıya veriləndə də həmin sənədə istinad edilməməli idi. Lakin cavabdeh inzibati orqan həmin əmri arxivdə saxlamaqla yanaşı iddiaçıya verilən arxiv arayışında qeyd edilən əmrə istinad etmişdir.“ Kollegiya hesab edir ki, hətta, iddiaçı H.Tanrıverdiyevin adının qeyd edildiyi imzasız əmr onun xeyrinə şərh edilsə belə, bu hal iddianın təmin edilməsi üçün əsas ola bilməz. Bundan əlavə, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “... cavabdeh inzibati orqanın özünün 26.04.202N-ci il tarixli, 9/2-34NN nömrəli arxiv arayışında iddiaçı H.Ə.Tanrıverdiyevin döyüş tapşırığını yerinə yetirmək üçün döyüş əməliyyatları bölgəsinə ezam olunduğu göstərilmişdir. Nəzərə alınsa ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı H.Ə.Tanrıverdiyevin döyüş tapşırığını yerinə yetirmək üçün döyüş əməliyyatları bölgəsində olmadığına dair hər hansı sübut təqdim edilməmişdir.” İş materiallarından müəyyən olunur ki, məhkəmə tərəfindən mübahisənin bu halına dair müvafiq araşdırma aparılmamış, qərarda mövqeyi əsaslandıran hər hansı dəlil göstərilməmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. AR Müdafiə Nazirliyi tərəfindən apelyasiya instansiyasına təqdim edilmiş 4/3N502 nömrəli, N5.02.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, “N nömrəli hərbi hissə 0N.N2.N993-N2.05.N994-cü il tarixlərdə döyüş əməliyyatlarında iştirak edib, N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etməyib. Əsas: 29.08.N997-ci ıl tarixdə Silahlı Qüvvələrin Baş Qərargah rəisi tərəfindən təsdiç edilmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranan vaxtdan döyüş əməliyyatlar aparan hərbi hissələrin siyahısı” İş materiallarında olan, iddiaçının təqdim etdiyi digər dəlil olan hərbi biletdən görünür ki, iddiaçı N4.09.N992-ci ildən N0.N0.N992-ci ilədək N saylı hərbi hissədə qulluq etmişdir. Göründüyü kimi, sözügedən hərbi hissənin döyüş əməliyyatlarında iştirakı 0N.N2.N993- N2.05.N994-cü illəri əhatə etdiyindən, iddiaçının qulluq etdiyi dövrdə N saylı hərbi hissənin döyüş əməliyyatlarında iştirak etməməsi faktı iş materialları ilə öz təsdiqini tapır. Həmçinin, iddiaçının N8.07.N994-N2.N2.N994-cü illər arasında qulluq etdiyi göstərilən N saylı hərbi hissə isə ümumiyyətlə döyüş əməliyyatlarında iştirak edən hərbi hissə olmadığından, bu hal da H.Tanrıverdiyə müharibə veteranı statusu verilməsinə əsas ola bilməz. Göründüyü kimi, işin yuxarıda sadalanan faktiki halları cavabdeh inzibati orqan tərəfindən iddiaçıya müharibə veteranı statusunun verilməsindən imtina edilməsinin əsaslı olduğunu sübut edir. Birinci instansiya məhkəməsi iddiaçıya müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi nəticəsinə gələrkən sonda mövqeyini onunla əsaslandırmışdır ki, “... iddiaçının döyüş tapşırığını yerinə yetirmək üçün döyüş əməliyyatları bölgəsinə ezam olunması (iştirak etməsi), həmçinin hərbi hissədən qanuni əsaslarla tərxis olunması və siyahılardan çıxarılması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, inzibati orqan tərəfindən iddiaçıya müharibə veteranı vəsiqəsinin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə zidd olmuşdur.” Məhkəmə kollegiyası qanunvericiliyin tələblərini nəzərə alaraq bildirir ki, birinci instansiya məhkəməsi tərəfindən işin zidiyyətli halları normaların tələblərinə uyğun qiymətləndirilməmişdir. Belə ki, şəxsə müharibə veteranı statusu və vəsiqəsinin verilməsinə əsas olan fakt şəxsin qanuni əsaslarla hərbi qulluğa qəbul və qulluqdan tərxis edilməsi deyil, məhz döyüş əməliyyatlarında iştirak etmiş olması faktıdır. Beləliklə, hazırki inzibati mübahisə üzrə işin məhkəmə araşdırması nəticəsində müəyyən edilmiş yuxarıda qeyd edilən ziddiyyətli hallarını və iddiaçı Hüseyn Tanrıverdiyevin döyüş əməliyyatlarında iştirak etməsi faktının müəyyən edilməməsini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan iddiaçıya müharibə veteranı statusunun və vəsiqəsinin verilməsindən imtina etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. AR İPM-in 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı ləğv ediməli, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-6665/202N saylı, N3 oktyabr 202N-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı statusu və vəsiqəsinin verilməsi barədə iddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi N4, NN93-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar