Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-786/2025 14.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X7 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “fərq məbləğinin ödənilməsi və s.” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-9437/2024 nömrəli, 27 sentyabr 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərardadı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı 07 fevral 2022-ci il tarixdən 01 iyun 2023-cü il tarixədək olan dövr ərzində vəzifə maaşı, rütbə pulu, ərzaq payı, xidmət illərinə görə əlavə, gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 60 faizi məbləğində əlavə (hər ay üzrə müəyyən edilən əmsallar nəzərə alınmaqla) və qanunvericiliklə nəzərdə tutulmuş digər ödəniş məbləğləri, həmçinin bu dövr ərzində iddiaçının aldığı müavinət, maddi yardım və mükafatların Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Daxili Təhlükəsizlik İdarəsinin Daxili nəzarət şöbəsinin baş inspektoru vəzifəsi üçün nəzərdə tutulmuş vəzifə maaşı məbləğindən hesablanması və hesablanmış məbləğin açıqlanmasının məhkəməyə təqdim olunmaqla, həmin məbləğdən Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı körpü" gömrük postunun baş inspektoru vəzifəsində xidmət edərkən ödənilmiş məbləğ çıxıldıqdan sonra yaranacaq fərq məbləğinin, eləcə də qanunsuz olaraq xidmət yerinin dəyişdirilməsi zamanı "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin 59-cu maddəsinə əsasən özünün, ailə üzvlərinin, habelə əmlakının yeni xidmət yerinə daşınması üçün Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada gömrük orqanlarının saxlanması üçün ayrılmış vəsait hesabına ödənilməli olan vəsaitin cavabdeh inzibati orqan tərəfindən ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması haqqında qərar qəbul edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 31 avqust 2006-cı il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin 31 avqust 2006-cı il tarixli 540Ş nömrəli əmri ilə gömrük orqanlarında xidmətə qəbul olunaraq Aksiz Gömrük İdarəsinin Ümumi şöbəsinin inspektoru vəzifəsinə təyin edilmiş, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 28 fevral 2007-ci il tarixli 07İŞ nömrəli əmri ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qaçaqmalçılıq və X3 ilə Mübarizə Baş İdarəsinin Əməliyyat idarəsinin böyük inspektoru vəzifəsinə keçirilmiş, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin 23 fevral 2015-ci il tarixli 100/133Ş nömrəli əmri ilə Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin hədəflərin müəyyənləşdirilməsi bölməsinin rəisi vəzifəsinə təyin edilmiş, Hava Nəqliyyatında Baş Gömrük İdarəsində həyata keçirilən təşkilati-ştat tədbiləri ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin 07 avqust 2018-ci il tarixli 100/1151ş nömrəli əmri ilə Komitənin sərəncamına götürülmüş, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin 07 avqust 2018-ci il tarixli 100/1152Ş nömrəli əmri ilə Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və təhqiqat idarəsinin Hədəflərin müəyyənləşdirilməsi bölməsinin rəisi təyin edilmiş, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin 06 sentyabr 2018-ci il tarixli 100/1452Ş nömrəli əmri ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Daxili Təhlükəsizlik İdarəsinin Daxili nəzarət şöbəsinin baş inspektoru vəzifəsinə keçirilmişdir. 07 fevral 2022-ci il tarixdə həmin dövrdə olan Komitə rəhbərliyi tərəfindən ona qarşı qanunsuz və qərəzli hərəkətə yol verilərək xidmət etdiyi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Daxili Təhlükəsizlik İdarəsinin Daxili nəzarət şöbəsinin baş inspektoru vəzifəsindən heç bir hüquqi əsas olmadan və özündən razılıq alınmadan Komitə sədrinin 07 fevral 2022-ci il tarixli 1000/167Ş nömrəli əmri ilə ədalətsiz şəkildə aşağı vəzifəyə - Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı körpü” gömrük postunun baş inspektoru vəzifəsinə keçirilmişdir. Gömrük orqanlarında həyata keçirilən struktur islahatları ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin 01 iyun 2023-cü il tarixli 1000/350Ş nömrəli əmri ilə İddiaçı Komitənin sərəncamına götürülmüş, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin 01 iyun 2023-cü il tarixli 1000/354Ş nömrəli əmri ilə Gəncə Gömrük İdarəsinin Rəsmiləşdirilmə mərkəzinin baş inspektoru vəzifəsinə təyin edilmiş, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin 22 dekabr 2023-cü il tarixli 1000/154 iş nömrəli əmri ilə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən pensiyaya çıxmaq hüququ verən xidmət illərinə görə gömrük orqanlarında xidmətinə xitam verilmişdir. Hazırda istefada olan gömrük xidməti polkovnik-leytenantıdır. İddiaçı cavabdeh inzibati orqana 06 aprel 2024-cü il tarixli ərizə ilə müraciət edərək 07 fevral 2022-ci il tarixdən 01 iyun 2023-cü il tarixədək olan dövr ərzində vəzifə maaşı, rütbə pulu, ərzaq payı, xidmət illərinə görə əlavə, gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 60 faizi məbləğində əlavə və qanunvericiliklə nəzərdə tutulmuş digər ödəniş məbləğləri, həmçinin bu dövr ərzində aldığı müavinət, maddi yardım və mükafatların Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Daxili Təhlükəsizlik İdarəsinin Daxili nəzarət şöbəsinin baş inspektoru vəzifəsi üçün nəzərdə tutulmuş vəzifə maaşı məbləğindən hesablanması və hesablanmış məbləğdən Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı körpü” gömrük postunun baş inspektoru vəzifəsində xidmət edərkən ödənilmiş məbləğ çıxılmaqla, yaranacaq fərq məbləğinin ona ödənilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan iddiaçının ərizəsinə ümumi sözlərlə cavab vermiş, iddiaçının ərizəsində qeyd olunmuş tələb və xahişlərlə bağlı heç bir əsaslı cavab verməmişdir. Ona görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Belə ki, iddiaçı gömrük orqanlarında işlədiyi dövrdə qüsursuz xidmət aparmış, xidmətə qəbul olunduğu 31 avqust 2006-cı il tarixdən 07 fevral 2022-ci il tarixədək olan müddətdə daim vəzifədə irəli çəkilmiş, qüsursuz xidmət etdiyinə görə barəsində mütəmadi olaraq həvəsləndirmə tədbirləri tətbiq edilmiş, ümumiyyətlə xidmət etdiyi dövr ərzində intizam məsuliyyətinə cəlb olunmamışdır. 07 fevral 2022-ci il tarixdə rəhbərlik tərəfindən ona qarşı qanunsuz və qərəzli hərəkətə yol verilərək həmin dövrdə xidmət etdiyi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Daxili Təhlükəsizlik İdarəsinin Daxili nəzarət şöbəsinin baş inspektoru vəzifəsindən Komitə sədrinin 07 fevral 2022-ci il tarixli 1000/167Ş nömrəli əmri ilə ədalətsiz şəkildə aşağı vəzifəyə - Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı körpü” gömrük postunun baş inspektoru vəzifəsinə keçirilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin 07 fevral 2022-ci il tarixli 1000/167Ş nömrəli əmrində bu əmrin verilməsinə əsas kimi yalnız “Ştat cədvəli” sözləri göstərilmiş və bu da qüvvədə olan əmək qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması ilə nəticələnmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9437/2024 nömrəli, 27 sentyabr 2024-cü il tarixli qərardadı ilə (hakim A.Almazova) iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddianın mümkün hesab edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki iddia tələbi ilə cavabdeh tərəfindən inzibati orqanın 1000/167ş saylı, xx.xx.2022-ci il tarixli əmri mübahisələndirilmir, həmin əmrin ləğvi və ya dəyişdirilməsi tələb olunmur. Mübahisə predmetini qanunsuz qəbul edilmiş əmr əsasında iddiaçıya dəymiş maddi zərərin ödənilməsi və eyni zamanda əmrin icrası ilə bağlı iddiaçıya ödənilməli olan lakin ödənilməyən müvafiq ödənişlərin verilməsi öhdəliyinin cavabdeh inzibati orqana həvalə edilməsi təşkil edir. Bu baxımdan əmrin mübahisələndirilməsi üçün nəzərdə tutulmuş prosessual müddətlərin ötürülməsi əsası ilə iddianın mümkünsüz sayılması əsassızdır. Hazırki mübahisənin predmeti əmək münasibətlərindən irəli gələn maddi zərərin ödənilməsindən ibarətdir. İş materiallarına təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçı gömrük orqanlarında işlədiyi dövrdə qüsursuz xidmət aparmış, xidmətə qəbul olunduğu 31 avqust 2006-cı il tarixdən 07 fevral 2022-ci il tarixədək olan müddətdə daim vəzifədə irəli çəkilmiş, qüsursuz xidmət etdiyinə görə barəsində mütəmadi olaraq həvəsləndirmə tədbirləri tətbiq edilmiş, ümumiyyətlə xidmət etdiyi dövr ərzində intizam məsuliyyətinə cəlb olunmamışdır. İddiaçının iş yerinin dəyişdirilməsi prosesi zamanı mütləq əməl edilməli olan heç bir qaydalara əməl edilməmiş və iş yerinin dəyişdirilməsinin əsası kimi qanunsuz olaraq yalnız "ştat cədvəli" göstərilmişdir. İddiaçının Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı körpü" gömrük postunun baş inspektoru vəzifəsinə keçirilərkən özünün, ailə üzvlərinin, habelə əmlakının yeni xidmət yerinə daşınması üçün ödənilməli olan vəsaitin cavabdeh inzibati orqan tərəfindən ona ödənilməsinə münasibətdə də məhkəmənin qənaəti yanlış olmuşdur. Belə ki, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 59-cu maddəsinə əsasən gömrük orqanının vəzifəli şəxsinin və onun ailəsinin, habelə əmlakının yeni xidmət yerinə daşınması Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada gömrük orqanlarının saxlanması üçün ayrılmış vəsait hesabına həyata keçirilir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 1000/154İş saylı xx.xx.2023-cü il tarixli əmrinə əsasən Gəncə Gömrük İdarəsinin baş inspektoru gömrük xidməti polkovnik- leytenantı İddiaçı xidmətinə xitam verilmişdir. Son haqq-hesab zamanı da qeyd olunan bu ödənişlər iddiaçıya ödənilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçinin hüququnun pozulduğu gün onun 1000/154İş saylı xx.xx.2023-cü il tarixli əmrə əsasən xidmətinə xitam verildiyi gündür. Bu baxımdan pul tələbi ilə bağlı iddia müddəti ötürülməmişdir və həmin hissədə iddia tələbi əsaslıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh inzibati orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 9437/2024 nömrəli, 27 sentyabr 2024-cü il tarixli qərardadı ləğv edilməli, iş sonrakı zəruri prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən İddiaçı ünvanlanmış 3-33/2-Ə-000791/1-1/2024 saylı xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, xx.xx.2023-cü il tarixli müvafiq ərizəsi əsasında gömrük orqanlarında xidmətinə xx.xx.2023-cü il tarixli 1000/1541ş nömrəli əmrlə Azərbaycan Respublikasının 07 dekabr 1999-cu ıl tarixli 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 3-cü bəndi ilə (pensiyaya çıxmaq hüququ verən xidmət illərinə görə) xitam verilmişdir. “İnzibatı icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibatı aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibatı aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. Qanunvericiliyə əsasən təqdim edilməsi mümkün olan sənədlər təqdim edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-33/2-012701/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, müvafiq sənədlər Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən 01 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikasının “Vahid məhkəmə portalı” vasitəsi ilə e-2-1(112)-9437/2024 nömrəli işin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 540ş saylı xx.xx.2006-cı il tarixli əmrinə əsasən İddiaçı X11 İdarəsinin ümumi şöbəsinin inspektoru vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 541ş saylı xx.xx.2006-cı il tarixli əmrinə əsasən X11 İdarəsinin ümumi şöbəsinin inspektoru İddiaçı ilkin gömrük xidməti leytenantı xüsusi rütbəsi verilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 071ş saylı xx.xx.2007-ci il tarixli əmrinə əsasən X11 İdarəsinin ümumi şöbəsinin inspektoru İddiaçı «Gömrük orqanlarında xidmət haqqında» Əsasnamənin 53-cü maddəsinin 1-ci bəndinə əsasən tutduğu vəzifəsindən azad edilərək Komitənin Qaçaqmalçılıq və X3 ilə Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə şöbəsinin böyük inspektoru vəzifəsinə keçirilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 461ş saylı xx.xx.2008-ci il tarixli əmrinə əsasən X1rşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinin Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə şöbəsinin böyük inspektoru İddiaçı növbəti gömrük xidməti baş leytenantı xüsusi rütbəsi verilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 630ş saylı xx.xx.2010-cu il tarixli əmrinə əsasən X1rşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinin Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə şöbəsinin böyük inspektoru İddiaçı növbəti gömrük xidməti baş leytenantı xüsusi rütbəsi verilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 488ş saylı xx.xx.2011-ci il tarixli əmrinə əsasən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə şöbəsinin böyük inspektoru İddiaçı bir aylıq vəzifə maaşı həcmində pul mükafatı verilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 062ş saylı xx.xx.2012-ci il tarixli əmrinə əsasən İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin fəxri fərmanı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 100/507ş saylı xx.xx.2013-cü il tarixli əmrinə əsasən İddiaçı gömrük xidməti mayoru rütbəsi verilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 080ş saylı xx.xx.2014-cü il tarixli əmrinə əsasən İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin fəxri fərmanı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 100/133ş saylı xx.xx.2015-ci il tarixli əmrinə əsasən X1rşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə şöbəsinin böyük inspektoru İddiaçı tutduğu vəzifəsindən azad edilərək Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin hədəflərin müəyyənləşdirilməsi bölməsinin rəisi vəzifəsinə keçirilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 100/1267ş saylı xx.xx.2016-cı il tarixli əmrinə əsasən İddiaçı 3-cü dərəcəli döş nişanı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 100/103ş saylı xx.xx.2017-ci il tarixli əmrinə əsasən İddiaçı vaxtından əvvəl və tutduğu vəzifə üçün nəzərdə tutulandan bir pillə yuxarı xüsusi rütbələr verilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 100/1151ş saylı xx.xx.2018-ci il tarixli əmrinə əsasən İddiaçı tutduğu vəzifədən azad edilərək Komitənin sərəncamına götürülmüşdür. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 100/1152ş saylı xx.xx.2018-ci il tarixli əmrinə əsasən İddiaçı Hava Nəqliyyatinda Baş Gömrük İdarəsinin hədəflərin müəyyənləşdirilməsi bölməsinin bölmə rəisi vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 100/1452ş saylı xx.xx.2018-ci il tarixli əmrinə əsasən İddiaçı tutduğu vəzifədən azad edilərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Daxili təhlükəsizlik idarəsinin daxili nəzarət şöbəsinin baş inspektoru vəzifəsinə keçirilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 100/1442ş saylı xx.xx.2019- cu il tarixli əmrinə əsasən İddiaçı 1 aylıq vəzifə maaşı həcmində pul mükafatı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 1000/167ş saylı xx.xx.2022-ci il tarixli əmrinə əsasən İddiaçı tutduğu vəzifədən azad edilərək Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı körpü" gömrük postunun baş inspektoru vəzifəsinə keçirilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 1000/350ş saylı xx.xx.2023- cü il tarixli əmrinə əsasən İddiaçı tutduğu vəzifədən azad edilərək Komitənin sərəncamına götürülmüşdür. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 1000/354ş saylı xx.xx.2023- cü il tarixli əmrinə əsasən İddiaçı Gəncə Gömrük İdarəsinin rəsmiləşdirmə mərkəzinin baş inspektoru vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 1000/1541ş saylı xx.xx.2023cü il tarixli əmrinə əsasən Gəncə Gömrük İdarəsinin baş inspektoru gömrük xidməti polkovnik-leytenantı İddiaçı xidmətinə xitam verilmişdir. İşdən müəyyən olunur ki, iddia tələbi 2 hissədən ibarətdir:
1. 07 fevral 2022-ci il tarixdən 01 iyun 2023-cü il tarixədək olan dövr ərzində vəzifə maaşı, rütbə pulu, ərzaq payı, xidmət illərinə görə əlavə, gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 60 faizi məbləğində əlavə (hər ay üzrə müəyyən edilən əmsallar nəzərə alınmaqla) və qanunvericiliklə nəzərdə tutulmuş digər ödəniş məbləğləri, həmçinin bu dövr ərzində iddiaçının aldığı müavinət, maddi yardım və mükafatların Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Daxili Təhlükəsizlik İdarəsinin Daxili nəzarət şöbəsinin baş inspektoru vəzifəsi üçün nəzərdə tutulmuş vəzifə maaşı məbləğindən hesablanması və hesablanmış məbləğin açıqlanmasının məhkəməyə təqdim olunmaqla, həmin məbləğdən Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı körpü" gömrük postunun baş inspektoru vəzifəsində xidmət edərkən ödənilmiş məbləğ çıxıldıqdan sonra yaranacaq fərq məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması;
2. Qanunsuz olaraq xidmət yerinin dəyişdirilməsi zamanı "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin 59-cu maddəsinə əsasən özünün, ailə üzvlərinin, habelə əmlakının yeni xidmət yerinə daşınması üçün Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada gömrük orqanlarının saxlanması üçün ayrılmış vəsait hesabına ödənilməli olan vəsaitin cavabdeh inzibati orqan tərəfindən ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “iddiaçı cavabdehin 1000/167ş saylı xx.xx.2022-ci il tarixli əmrinə əsasən tutduğu Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Daxili təhlükəsizlik idarəsinin daxili nəzarət şöbəsinin baş inspektoru vəzifəsindən azad edilərək Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı körpü" gömrük postunun baş inspektoru vəzifəsinə keçirilmişdir. İddiaçı sözügedən əmrdən ən azı məlumatlı olmuşdur, belə ki 1 ildən artıq müddətdə, xx.xx.2023-cü il tarixədək həmin əmri icra etmişdir. Sözügedən inzibati akt iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Hazırda iddia qaldıraraq faktiki olaraq əmri qanunsuz hesab edərək həmin əmrin hüquqi nəticələrinin aradan qaldırılmasını tələb edir. İddia tələbi birinci hissədə əmrin mübahisələndirilməsi üçün nəzərdə tutulmuş prosessual müddətlər açıq-aşkar ötürüldüyündən, iddia həmin hissədə mümkün sayılmamalıdır. İddiaçı cavabdehin 1000/167ş saylı xx.xx.2022-ci il tarixli əmrinə əsasən tutduğu Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Daxili təhlükəsizlik idarəsinin daxili nəzarət şöbəsinin baş inspektoru vəzifəsindən azad edilərək Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı körpü" gömrük postunun baş inspektoru vəzifəsinə keçirilərkən özünün, ailə üzvlərinin, habelə əmlakının yeni xidmət yerinə daşınması üçün ödənilməli olan vəsaitin cavabdeh inzibati orqan tərəfindən ona ödənilməsini tələb edir. İddiaçı özünün, ailə üzvlərinin, habelə əmlakının yeni xidmət yerinə daşınması üçün vəsaitin ödənilməsini tələb etdiyi vəzifəyə xx.xx.2022-ci il tarixli əmrə əsasən təyin edilmiş və xx.xx.2023-cü il tarixdə azad edilmişdir. Həmin əmrlərin 3-cü bəndində qeyd edilmişdir: “Aşağıdakı struktur bölmələr əmrdən irəli gələn məsələləri həll etsinlər: İnzibati İdarəetmənin təşkili idarəsi. Maliyyə və təchizat idarəsi. İnsan resursları idarəsi. ...” Məhkəmə qeyd edir ki, iddiaçı ona ödənilməsini tələb etdiyi daşınma xərcini əmrin icrası kimi tələb etmək və əmrin tam şəkildə icra edilməməsi halında onu mübahisələndirmək hüququ olmuşdur. Bundan başqa, iddiaçı tərəfindən ən geci tutduğu vəzifədən azad edilməsi, o cümlədən xidmətə xitam verilməsi barədə əmrlə ona son haqq-hesabın ödənilməsi zamanı da daşınma xərclərinin ödənilməsini tələb etməmişdir. Belə olan halda məhkəmə qeyd edilənlərə əsasən belə qənaətə gəlir ki, iddiaçı əmrin mübahisələndirilməsi və onun icra edilməsi ilə əlaqədar son haqq-hesabın ödənilməsini tələb etmək üçün nəzərdə tutulmuş prosessual müddətdə hazırki tələblə müraciət etməmişdir. Məhkəmə hesab edir ki, vəzifəyə təyin edilməsi, onun icrası, o cümlədən daşınma ilə əlaqədar ödənişləri vəzifədən azad edildikdən sonra əmrin icrası ilə əlaqədar tələb etmədiyindən ödənilməli olan vəsaiti ən geci həmin vəzifədən azad edilmə barədə əmri mübahisələndirə bilmədiyi gün tələb edə bilməz”. Birinci instansiya məhkəməsi iddianın hər iki hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı əmrlərdən məlumatlı olduğundan, onları mübahisələndirmədən icra etdiyindən (xx.xx.2023-cü il tarixdə xidmət illərinə görə xitam verilmişdir) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçıya buraxılmış prosessual müddətin bərpası ilə bağlı əsaslandırılmış ərizənin təqdim edilməsi barədə hüquqi yardım göstərilməsini zəruri hesab etmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, hazırki iddia tələbi ilə cavabdeh tərəfindən inzibati orqanın 1000/167ş saylı, xx.xx.2022-ci il tarixli əmrini mübahisələndirilmir, həmin əmrin ləğvi və ya dəyişdirilməsi tələb olunmur. Mübahisə predmetini qanunsuz qəbul edilmiş əmr əsasında iddiaçıya dəymiş maddi zərərin ödənilməsi və eyni zamanda əmrin icrası ilə bağlı iddiaçıya ödənilməli olan lakin ödənilməyən müvafiq ödənişlərin verilməsi öhdəliyinin cavabdeh inzibati orqana həvalə edilməsi təşkil edir. Hazırki mübahisənin predmeti əmək münasibətlərindən irəli gələn maddi zərərin ödənilməsindən ibarətdir. Bu baxımdan əmrin mübahisələndirilməsi üçün nəzərdə tutulmuş prosessual müddətlərin ötürülməsi əsası ilə iddianın mümkün sayılmaması əsassızdır. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiya məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır.
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır... Beləliklə yuxarıda qeyd edilənlərə əsasən müəyyən edilir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün olmayan nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı zəruri prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir.
Nəticəvi hissə:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9437/2024 nömrəli, 27 sentyabr 2024-cü il tarixli qərardadı ləğv edilsin. İş sonrakı zəruri prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin.
Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev