Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-787/2020 09.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X3 oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinə qarşı məktubun qanunvericiliklə müəyyən edilmiş müddətdə ona göndərilməməsinin qanun pozuntusu kimi tanınması və 1 manat pul məbləğinin xeyrinə tutulması tələbinə dair inzibati mübahisə üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-4789/2019 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 4789/2019 saylı qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır (hakim A.Abdullayeva). Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixdə, saat 11:00-a Bakı şəhəri X6 üzrə Baş İdarəsinə dəvət olunması haqqında araşdırmada iştirak edilməsi barədə məktubun qanunla müəyyən edilmiş müddətdə ona göndərilmədiyi, sözügedən İdarənin qanun pozuntusu kimi tanınması və 1 manat pul məbləğinin xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, poçt zərfinin üzərindəki qeydlərdən, poçt ştamplarından göründüyü kimi, xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X6 üzrə Baş idarəsindən xx.xx.2019-cu il tarixdə məktub ona göndərilmiş və xx.xx.2019-cu il tarixdə həmin məktub ünvanına xidmət edən poçt şöbəsinə çatmışdır. Həmin zərfin içərisində Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinin rəisinin müavini Vüqar Qurbanovun xx.xx.2019-cu il tarixli, **********304400 nömrəli çağırış-bildiriş məktubu var. Həmin çağırışbildiriş məktubunda yazılıb ki, şikayətinə əsasən araşdırma aparılması üçün xx.xx.2019-cu il tarixdə, saat 11:00-a Bakı şəhəri X6 üzrə Baş İdarəsinə dəvət olunur. xx.xx.2019-cu il tarixdə aldığı məktubla xx.xx.2019-cu il tarixdə İdarədə olması mümkün deyildir. Qanunqaydalara görə məktub imzalanan günü poçt şöbəsinə təhvil verilməli oldğu halda, cənab Vüqar Qurbanovun xx.xx.2019-cu il tarixli, məktubu poçt şöbəsindən xx.xx.2019- cu il tarixdə ona göndərilmişdir. Bununla onun hüquqları pozulmuşdur. Vəsatətlə məhkəməyə müraciət edərək xahiş edir ki, Bakı şəhəri X6 üzrə Baş İdarəsinə daxil olan ərazilərin (sənədlərin) Qeydiyyatı Kitabı və X5 qeydiyyatı Kitabı Məhkəmə baxışına tələb edilsin və ərizələrinin qeydə alındığı və çıxış sənədinin qeydə alındığı səhifələrin təsdiqlənmiş surətləri məhkəmə işinə əlavə edilsin. Əgər kompüter vasitəsi ilə təsdiq olunmuş proqram əsasında elektron formada qeydiyyat aparılırsa, belə olan halda müvafiq Çıxarışın möhürlə təsdiqlənmiş surəti məhkəmə işinə əlavə edilsin. Sifarişli-xəbərnaməli məktubun göndərilməsinə görə tərəfindən ödənilmiş pul Bakı şəhəri X6 üzrə Baş İdarəsindən tutulub ona ödənilməlidir. İş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və cavabdehin nümayəndəsinin izahatı: İddiaçı verdiyi apellyasiya şikayətində göstərmişdir ki, poçt zərfinin üzərindəki qeydlərdən, poçt ştamplarından göründüyü xx.xx.2019-cu il tarixdə cavabdehdən xx.xx.2019-cu il tarixdə məktub iddiaçıya göndərilmiş və xx.xx.2019-cu il tarixdə poçt şöbəsinə çatmışdır. Həmin zərfin işərisində cavabdehin rəis müavininin xx.xx.2019-cu il tarixli **********304400 nömrəli çağırış-bildiriş məktubu var. Həmin çağırış-bildiriş məktubunda iddiaçının şikayətinə əsasən araşdırma aparılması üçün xx.xx.2019-cu il tarixdə saat 11:00-da Bakı şəhər Kiçik /Sahibkarlıqla İş üzrə Baş İdarəyə dəvət olunması qeyd edilmişdir. İddiaçının xx.xx.2019-cu il tarixdə aldığı məktubla xx.xx.2019-cu il tarixdə İdarədə olması mümkün deyildi. İddiaçı məhkəməyə apellyasiya şikayətinə əlavə ünvanlayaraq bildirmişdir ki, birinci instansiya məhkəməsi qərarının əsaslandırma hissəsində səhvə yol vermişdir. Belə ki, iddiaçı iddia ərizəsini sahibkar kimi yox, adi vətəndaş kimi vermiş və konstitusion müraciət hüququnun pozulmasının tanınmasını, poçt göndərişinə görə ödədiyi manatı istəyir. İddia ərizəsində sahibkar kimi yox, adi vətəndaş kimi vermişdi, çünki beş il müddətinə fəaliyyəti Vergilər Nazirliyinin sistemində rəsmi qaydada dayandırılmışdır.Elektron kabinetə məktub göndərmək o demək deyil ki, iddiaçı tərəfindən məktub oxunmuşdur. Qərarın üçüncü səhifəsində yazmışdır -həmin məktub eyni zamanda iddiaçının elektron kabinetinə xx.xx.2019-cu il tarixdə, saat 18:23:28-də göndərilmişdir.Məhkəmə qərarında elektron sistemlə iddiaçıya məlumat verilməsinə istinad etsə də, bu əsassızdır.Cavabdehin iddia ərizəsinə dair etirazının üçüncü səhifəsinin yuxarıdan ikinci abzasında - Vergi Məcəlləsinin 70.2-1.3-cü maddəsinə istinad edilmişdir. Halbuki, Qanunun bu əlavəsi iddiaçı fəaliyyətini dayandırandan sonra edildiyindən, ona şamil oluna bilməz. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, ona dair yazılı etiraz təqdim edərək, bildirmişdir ki, İddiaçı müraciət edərək, X2 qanunsuz sahibkarlıq fəaliyyəti göstərdiyini qeyd etmiş, qeyd edilən müraciət ilə əlaqədar aparılmış araşdırma zamanı İddiaçı avtomobilini təmir etmək üçün Elnur Tağıyevə müraciət etdiyi, Elnur Tağıyev tərəfindən təmir işlərinin görüldüyü, lakin İddiaçı görülmüş işlərdən narazı qaldığı və bu səbəbdən bir sıra dövlət orqanlarına şikayətlər etdiyi məlum olmuşdur.Müraciətlə əlaqədar olaraq Baş İdarənin xx.xx.2019-cu il tarixli **********8169 nömrəli qərarı ilə X2 (VÖEN: **********) sahibkarlıq fəaliyyəti göstərdiyi obyektdə “Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması” məsələsi üzrə operativ vergi nəzarəti tədbiri keçirilmişdir. Tədbir zamanı vergi ödəyicisi tərəfindən nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət edilmədiyi aşkar olunmuş və nəticəsi xx.xx.2019-cu il tarixli aktla rəsmiləşdirilmiş, eyni zamanda cari il ərzində ilk dəfə belə hala yol verdiyindən rəsmi (yazılı) xəbərdarlıq edilmişdir.Həmçinin qeyd edilən müraciət ilə əlaqədar İddiaçı araşdırmada iştirakını təmin etmək məqsədilə məktub göndərilsə də, o, müraciətlərinin araşdırılmasında iştirak etməmiş, bu səbəbdən onunla telefon əlaqəsi (***- ***-**-**) saxlanılaraq Baş İdarəyə dəvət olunmuş, lakin yenə də araşdırmada iştirak etməmişdir.Eyni zamanda vətəndaş İddiaçı müraciətinin nəticəsi ilə bağlı görülmüş işlər barədə xx.xx.2019-cu il tarixli **********131200 nömrəli məktubla məlumat verilmişdir.Bununla belə şikayətlər əsasında vergi orqanı tərəfindən müvafiq araşdırmanın aparılmasına və araşdırmanın nəticəsi barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq, İddiaçı xx.xx.2019-cu il tarixli **********304400 nömrəli məktubun ona gec təqdim ediliyini iddia etməklə hüquqlarının pozulduğu qənaətinə gəlmişdir. Nümayəndə həmçinin bildirdi ki, xx.xx.2019-cu il tarixli **********304400 nömrəli məktub vergi ödəyicisinə Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq həm poçt rabitəsi vasitəsilə, həm də electron üsulla göndərilmişdirş. Qeyd edilənlərdən də göründüyü kimi iddiaçının müraciəti qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılmış, nəticəsi barədə iddiaçıya məlumat verilmiş və bu zaman vergi orqanı tərəfindən iddiaçının hər hansı hüququ pozulmamışdır. Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, o məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Belə ki, işdə olan sənədlərdən müəyyən edilir ki, İddiaçı cavabdehə, eləcə də, bir sıra dövlət orqanlarına müraciət edərək X2 qanunsuz sahibkarlıq fəaliyyəti göstərdiyini qeyd etmiş, qeyd edilən müraciət ilə əlaqədar aparılmış araşdırma zamanı İddiaçı avtomobilini təmir etmək üçün Elnur Tağıyevə müraciət etdiyi, Elnur Tağıyev tərfəindən təmir işlərinin görüldüyünü, lakin İddiaçı görülmüş işlərdən narazı qaldığını və bu səbəbdən bir sıra dövlət orqanlarına şikayətlər etdiyi məlum olmuşdur. İddiaçının müraciəti ilə əlaqədar olaraq ona xx.xx.2019-cu il tarixli, **********304400 nömrəli “araşdırmada iştirak edilməsi barədə” məktub göndərilərək bildirilmişdir ki, onun xx.xx.2019-cu il tarixli, **********220701 saylı şikayətinə Vergilər Nazirliyinin Bakı şəhəri X6 üzrə Baş İdarəsində baxılır. Şikayətinin araşdırılmasında şəxsən və ya səlahiyyətli nümayəndəsinin və ya vəkilinin vasitəsi ilə iştirak edə bilər. Bu məqsədlə, onu, habelə səlahiyyətli nümayəndə və ya vəkil vasitəsi ilə təmsil olunacağı təqdirdə səlahiyyətli nümayəndəsini və ya vəkilini xx.xx.2019-cu il tarixə, saat 11:00- da Vergilər Nazirliyinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinin inzibati binasına dəvət edirlər. Həmin məktub cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli (həftənin 5-ci günü) reyestrlə poçt rabitəsinə çatdırılması üçün verilmiş, xx.xx.2019-cu il və xx.xx.2019cu il tarixləri həftənin qeyri-iş günləri olmuş, xx.xx.2019-cu il tarixdə poçt rabitəsi həmin reyestrə möhür vuraraq təhvil almışdır. İddiaçıya isə həmin məktub poçt xidməti tərəfindən xx.xx.2019-cu il tarixdə çatdırılmışdır. Həmin məktub eyni zamanda iddiaçının elektron kabinetinə xx.xx.2019- cu il tarixdə, saat 18:23:28-də göndərilmişdir. İddiaçının araşdırmada iştirakı məqsədilə onunla telefon əlaqəsi (***-***-**-**) saxlanılaraq Baş İdarəyə dəvət olunmuş, lakin, yenə də araşdırmada iştirak etməmişdir. Baş İdarənin xx.xx.2019-cu il tarixli, **********8169 nömrəli qərarı ilə X2 (VÖEN: **********) sahibkarlıq fəaliyyəti göstərdiyi obyektdə “Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması” məsələsi üzrə operativ vergi nəzarəti tədbiri keçirilmişdir. Tədbir zamanı vergi ödəyicisi tərəfindən nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət edilmədiyi aşkar olunmuş və nəticədə xx.xx.2019-cu il tarixli aktla rəsmiləşdirilmiş, eyni zamanda cari il ərzində ilk dəfə belə hala yol verdiyindən xx.xx.2019-cu il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyini pozmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması haqqında” **********9505 nömrəli Qərarla rəsmi (yazılı) xəbərdarlıq edilmişdir. İddiaçıya müraciətinin nəticəsi ilə bağlı görülmüş işlər barədə xx.xx.2019-cu il tarixli, **********131200 nömrəli məktubla məlumat verilmişdir. Sadalanan xüsusatlara əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçının şikayəti ilə bağlı icraat “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun şəkildə aparılmış, iddiaçının araşdırmada iştirakının təmin edilməsi məqsədilə onunla bütün növ rabitə vasitələrindən (poçt rabitəsi, telefon, elektron sistem) istifadə edilməklə əlaqə saxlanılmış, iddiaçının müraciəti cavabdeh tərəfindən araşdırılmış, inzibati icraatın nəticəsi barədə qərar qəbul edilmiş və iddiaçıya (ərizəçiyə) bu barədə məlumat verilmişdir. Göründüyü kimi, məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən qanunvericiliyin tələblərinin pozulması halı müəyyən edilməmişdir. Bu səbəbdən də, iddia təmin edilməməlidir. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. Həmin Qanunun 7.1.-ci maddəsinə əsasən müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidirlər. Bu Qanunun tələblərinə uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina qadağandır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Həmin Qanununun 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərilən dəlilləri qəbul etmir və hesab edir ki, qərarın ləğv edilməsi üçün əsas yoxdur, ona görə də apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 4789/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-787/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-787/2020
09.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver