Məhkəmə qərarları › İş №2-1(103)-787/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-787/2025

14.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-787/2025 14.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X8 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X9 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “kirayə müqaviləsinin bağlanması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10449/2024 nömrəli, 30 sentyabr 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərardadı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Sabir küçəsindəki 40 saylı evə dair adına mənzil kirayə müqaviləsinin bağlanılmasına sərəncam verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Lenin rayonu (indiki Sabunçu RİH) X7 İcraiyyə Komitəsinin 30 saylı, xx.xx.1977-ci il tarixli protokoluna əsasən nənəsi X1 vəfat etməsi ilə əlaqədar olaraq onun adına olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Sabir küçəsindəki 40 saylı ev qızı (iddiaçının anası) X3 adına keçirilmişdir. X2 xx.xx.2013-cü il tarixdə vəfat etmiş, sağlığında və onun ölümündən sonra həmin evdə qeydiyyatda olmaqla bu günədək orada yaşayır. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Sabir küçəsindəki 40 saylı ev qanuni əsaslarla anasına məxsus olduğundan qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi üçün notariat ofisinə, X3 mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmişdir. Müraciətindən rəsmi olaraq imtina edilmiş, yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və mənzil kirayə müqaviləsi daşınmaz əmlak üzərindən hüquqların dövlət qeydiyyatı üçün əsas olması bildirilmişdir. Kirayə müqaviləsinin bağlanılması üçün cavabdehə müraciət etmiş, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Sabir küçəsindəki 40 saylı evin Sabunçu rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinin balansında olmadığına istinad olunaraq mənzil kirayə müqaviləsinin bağlanılmasından imtina edilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Sabir küçəsindəki 40 saylı ev Bakı şəhəri Lenin (indiki Sabunçu RİH) rayonu XDS İK-nin 30 saylı, xx.xx.1977-ci il tarixli protokolu əsasında X2nın adına keçirildiyinə görə cavabdehin mənzil kirayə müqaviləsinin bağlanılmasından imtina etməsi qanunsuzdur. Cavabdehin evə dair kirayə müqaviləsinin bağlanılmasından imtina etməsi səbəbindən daşınmaz əmlakı vərəsəlik qaydasında xüsusi mülkiyyət kimi rəsmiləşdirə bilmir və qanunla ona verilmiş hüquqlarından məhrum edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10449/2024 nömrəli, 30 sentyabr 2024-cü il tarixli qərardadı ilə (hakim A.Almazova) iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, həmçinin göstərilmişdir ki, iddiaçının pozulmuş hüquqlarını bərpa etməli və bununla bağlı zəruri hüquqi yardımlar göstərməli olan məhkəmə əsaslı iddia tələbini mümkünsüz hesab etməklə qanunla qorunan hüquqlarını pozmuşdur. Məhkəmənin mübahisə üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmadan, şəxsin hüquq və mənafelərini pozmaqla qəbul etmiş olduğu qərardadı qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən tərəflərin iştirakları olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10449/2024 nömrəli, 30 sentyabr 2024-cü il tarixli qərardadı ləğv edilməli, iş sonrakı zəruri prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, işdə olan: - Bakı şəhəri Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış 5-18/2-L-3-068/2024 saylı xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, Maştağa qəsəbəsi, Sabir küçəsi, 40 saylı ev Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olmadığı üçün onunla mənzil kirayə müqaviləsinin bağlanması qanunvericiliyin tələblərinə ziddir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən İddiaçı ünvanlanmış 3-21-3-02/2-L-0007-8/2024 saylı xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən mənzil sahəsini özəlləşdirmək istəyən vətəndaş tərəfindən qeydiyyat orqanına mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi, mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma), həmçinin mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam təqdim edilməlidir. Qeyd olunan məsələyə qanunamüvafiq qaydada baxılması üçün hüquqmüəyyənedici və texniki sənədlər əlavə edilməklə ərizə ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Bakı şəhərində yerləşən müvafiq “ASAN Xidmət” Mərkəzinə müraciət olunması məqsədəmüvafiqdir. - AZ-İİ seriyalı 322803 saylı xx.xx.2023-cü il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölmüşdür. -Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-48-2F/2-1806/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə keçmiş Lenin Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin (indiki Bakı şəhəri Cavabdeh) arxiv fondu üzrə xx.xx.1977-ci il tarixli 30 saylı protokolunun vətəndaş X4 aid hissələrinin təsdiq edilmiş kserosurəti təqdim edilmişdir. Lenin Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 30 saylı xx.xx.1977-ci il tarixli protokolundan arxiv çıxarışından görünür ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Sabir küçəsi 40-a dair şəxsi hesab X1 ölümü ilə əlaqədar onun qızı X3 adına keçirilmişdir. -Bakı şəhəri Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 5-18/2- 1750/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, İddiaçı yaşayış yeri üzrə Bakı şəhəri Cavabdehndə mənzil uçotuna alınmamışdır. -Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Sabunçu Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-52-13-9/2-68/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Sabir küçəsi 40 Sabunçu rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinin xidməti ərazisinə aid olmadığıdan ətraflı və dəqiq məlumatın verilməsi imkan xaricindədir. -Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Sabunçu Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-52-13/2-757/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin struktur təşkilatlarının balansında yoxdur. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, qeyd edilən mənzilə dair order səlahiyyətli qurum tərəfindən verilmiş, iddiaçı kirayəçi ilə faktiki olaraq yaşayaraq ailə üzvü kimi ümumi təsərrüfat aparmışdır. Belə olan təqdirdə məhkəmə hesab etmişdir ki, həmin mənzil “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının qanununun təsir dairəsinə düşməklə faktiki olaraq kirayəçinin əvəzsiz olaraq istifadəsinə verilmişdir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Qüvvədən düşmüş Mənzil Məcəlləsinin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən, İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “həmin mənzil Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahəsi hesab edilə bilməz və qeyd edilən mənzilə iddiaçının “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanuna uyğun olaraq mülkiyyət hüququnun tanınması üçün “qanuni gözləntisi” var. İddiaçının məqsədi evin özəlləşdirilməsi olduğundan onun məqsədinə çatmaq üçün səmərəli hüquqi müdafiə vasitəsi evə dair mülkiyyət hüququnun vəfat etmiş şəxsə məxsusluğuna dair arayışın verilməsi tələbi ilə müvafiq hüquqmüəyyənedici sənədlərlə birgə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciətin edilməsidir”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, mülkiyyət hüququnun vəfat etmiş şəxsə məxsusluğuna dair arayışın verilməsi bu münasibətlərə şamil oluna bilməz. İddiaçının tələbi vaxtilə anasına orderlə verilmiş və anasının ölümündən sonra onun hal-hazırda da yaşadığı və qeydiyyatda olduğu mənzilə dair onunla kirayə müqaviləsinin bağlanmasından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının mərhum anasının adına olan order qanunvericiliklə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsas hesab olunduğuna görə iddiaçı hazırki iddia tələbi ilə çıxış etməkdə haqlıdır. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiya məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır.

7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır... Beləliklə yuxarıda qeyd edilənlərə əsasən müəyyən edilir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün olmayan nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı zəruri prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir.

Nəticəvi hissə:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10449/2024 nömrəli, 30 sentyabr 2024-cü il tarixli qərardadı ləğv edilsin. İş sonrakı zəruri prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin.

Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar