Məhkəmə qərarları › İş №2-1(103)-788/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-788/2021

12.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-788/2021 12.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X5 oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdeh Azərbaycan Respublikası Cavabdeh1 nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Cavabdeh1nə və İsmayıllı Rayon İcra Hakimiyyətinə qarşı zəlzələ nəticəsində evin zəlzələdən zərər görmüş evlər sırasına daxil edilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 27.10.2020-ci il tarixli, 2-1(112)-4695/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Cavabdeh1nə və İsmayıllı Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qobustan, Şamaxı, İsmayıllı və Ağsu rayonlarını əhatə edən ərazidə 05.02.2019-cu ildə baş vermiş məlum zəlzələ nəticəsində onun evinin zəlzələdən zərər görmüş evlər sırasına daxil edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 27.10.2020-ci il tarixli, 2-1(112)-4695/2020 saylı qərardadı ilə iddia geri götürülmüş sayılmışdır (hakim P.Hüseynov). Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. İddiaçının nümayəndəsi X3 aapellyasiya şikayətinin müdafiə edərək, izahatında bildirmişdir ki, birinci instansiya məhkəməsi iclasın vaxtı barədə iddiaçını xəbərdar etməmiş, bundan başqa pandemiyaya görə məhdudiyyətləri nəzərə almamış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23.04.2020-ci il tarixli 06 nömrəli Qərarının 1.2-ci maddəsinin tələbləri, yəni Azərbaycan Respublikası İPM-nin 16-cı maddəsinin tələbləri əsasında baxılan işlərə şifahi məhkəmə baxışı keçirilmədən baxılması imkanından istifadə edilməmiş və iddiaçıya belə bir təklif verilməmişdir. beləliklə də iddiaçının pozulmuş hüquqlarının bərpası imkanından qanunsuz olaraq məhrum edilmişdir. Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi, işin baxılması üçün birinciİş instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Cavabdeh1 nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İsmayıllı Rayon İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin təmin edilməsi nəticəsinə gəlir. İşdən görünür ki,iddia ərizəsi 31.05.2020-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə təqdim edilmişdir. Qərarda qeyd edilmişdir ki, iş üzrə hazırlıq icraatı mərhələsində məhkəmə iclasları 27.07.2020, 07.09.2020 və 27.10.2020-ci il tarixlərə təyin edilmiş və tərəflərə məhkəmə iclaslarının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilmişdir. Lakin iddiaçı təyin edilmiş məhkəmə iclaslarında iştirak etməmişdir. İddiaçı 30 gündən çox müddət ərzində inzibati məhkəmə icraatından yayınmışdır. İddiaçıya və cavabdeh İsmayıllı rayon İcra Hakimiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındığından, iddia geri götürülmüş sayılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. İşdən göründüyü kimi, iddiaçıya məhkəmə bildirişləri yaşadığı ünvan üzrə İsmaıllı rayonu, Xəlilli kəndində ünvanlanmışdır. Hazırlıq icraatı mərhələsində 27.07.2020, 07.09.2020 və 27.10.2020-ci il tarixlərə təyin edilmiş məhkəmə iclasları sərtləşdirilmiş karantin rejiminin tətbiq olunduğu vaxta düşür. Məhkəmə kollegiyası hesad edir ki, iddiaçının məhkəmə iclaslarına gəlməməsi iş üzrə məhkəmə icraatından yayınması kimi qəbul edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Yuxarıda qeyd edilənlərə əsaslanaraq, m əhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. İPM-in 87.9-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İPM-in 80, 85, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 27.10.2020-ci il tarixli, 2-1(112)-4695/2020 saylı qərardadı ləğv edilsin və iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar