Məhkəmə qərarları › İş №2-1(103)-788/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-788/2023

28.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-788/2023 28.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Təhsildə X2rşı (üçüncü şəxs Azərbaycan Respublikasının Təhsil Nazirliyi) iş üzrə QƏRARİ İş № 2-1(103)-788/2023 (Açar sözlər: “diplom üzrə ixtisasın Azərbaycan Respublikasında tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”) Bakı şəhəri 28 fevral 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-128/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 28 fevral 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Təhsil Nazirliyi Akkreditasiya və Nostrifikasiya İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikasının Birinci VitsePrezidentinin Katibliyindən Azərbaycan Respublikası Təhsil Nazirliyinə daxil olmuş, eləcə də Təhsil Nazirliyinə ünvanlanmış, müvafiq olaraq xx.xx.2019-cu il tarixli, M-3637/01 nömrəli və xx.xx.2019-cu il tarixli, M- 3637 nömrəli ərizələrinizlə əlaqədar olaraq bildiririk ki, Sizin xx.xx.2009-cu il tarixli müraciətinizin nəticəsinə dair xx.xx.2009-cu il tarixli, H8529/03-24 saylı məktub (surəti əlavə olunur) ərizənizdə qeyd etdiyiniz ünvana göndərilmişdir. Məlumat üçün bildiririk ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla döndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Eyni zamanda Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38-ci maddəsinə əsasən, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qəbul edilmiş qərara dair məhkəmədə iddia qaldırıla bilər.

2. Azərbaycan Respublikası Təhsil Nazirliyi Akkreditasiya və Nostrifikasiya İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikası Təhsil Nazirliyinə daxil olmuş xx.xx.2019-cu il tarixli, M- 3637/02 nömrəli ərizənizlə əlaqədar olaraq bildiririk ki, Sizin xx.xx.2009-cu il tarixli müraciətinizin nəticəsinə dair xx.xx.2009-cu il tarixli, H8529/03-24 saylı məktub (surəti əlavə olunur) ərizənizdə qeyd etdiyiniz ünvana göndərilmişdir. Məlumat üçün bildiririk ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Eyni zamanda, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38-ci maddəsinə əsasən, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qəbul edilmiş qərara dair məhkəmədə iddia qaldırıla bilər.

3. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2009cu il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikası Təhsil Nazirliyinə ünvanladığınız ərizənizə cavab olaraq bildiririk ki, Sizin sənədləriniz Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 64 saylı Qərarı ilə təsdiq olunmuş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifıkasiya) Qaydaları»na uyğun gəlmədiyi Ekspert Qrupu tərəfindən müəyyən olunmuş və o, Sizə müvafiq şəhadətnamənin verilməsinin məqsədəuyğun sayılmaması haqqında qərar qəbul etmişdir. Nəzərinizə çatdırırıq ki, təqdim olunan sənədlərin surəti Komissiyanın arxivində saxlanılır və geriyə qaytarılmır.

4. Rusiya Federasiyası Dağıstan Dövlət Universiteti (Mahaçqala şəhəri) tərəfindən 01 iyul 2007-ci ildə verilmiş (qeydiyyat nömrəsi 603) DİS-0032526 nömrəli diplomun və diploma əlavənin Azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, İddiaçı 2001-ci ildə Dağıstan Dövlət Universitetinə (“Hüquqşünaslıq” ixtisası, qiyabi forma) daxil olmuş, xx.xx.2007-ci ildə Dağıstan Dövlət Universitetini bitirmiş və ona Dövlət Attestasiya Komissiyasının xx.xx.2007-ci il tarixli qərarı ilə Hüquqşünaslıq ixtisası üzrə Hüquqşünas ixtisası verilmişdir. Diplom və diploma əlavə Rusiya Federasiyası Təhsil və Elm Nazirliyinin Təhsil və X11 Xidməti tərəfindən xx.xx.2008-ci il tarixdə müvafiq olaraq 89676 və 89677 qeydiyyat nömrələri ilə apostil edilmişdir.

5. Dağıstan Dövlət Universitetinin 1979-C nömrəli, xx.xx.2001-ci il tarixli əmrindən çıxarışın Azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Qəbul Komissiyasının xx.xx.2001-ci il tarixli qərarına əsasən İddiaçı Dağıstan Dövlət Universitetinin “Hüquqşünaslıq” ixtisası üzrə qiyabi ödənişli şöbəsinin birinci kursuna qəbul edilmişdir.

6. Dövlət Universitetinin 1934-C nömrəli, xx.xx.2007-ci il tarixli əmrindən çıxarışın Azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Hüquqşünaslıq fakültəsində Dövlət Attestasiya Komissiyasının 06 iyun 2007-ci il tarixli qərarına əsasən “Hüquqşünaslıq” ixtisası üzrə qiyabi ödənişli təhsil formalı tələbəsi İddiaçı Hüquqşünaslıq ixtisası verilmiş və diplomla təltif edilmişdir.

İş üzrə qəbuledilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdeh Təhsildə X2rşı (üçüncü şəxs Azərbaycan Respublikasının Təhsil Nazirliyi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz hərəkətlərinin qarşısının alınması və onun üzərinə diplomun tanınması vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

8. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona Rusiya Federasiyası Dağıstan Dövlət Universiteti tərəfindən 01 iyul 2007-ci ildə verilmiş (qeydiyyat nömrəsi 603) DİS-0032526 nömrəli diplom üzrə ixtisasın Azərbaycan Respublikasında tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

9. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 izahatında bildirmişdir ki, iddiaçı 2001-ci ildə Rusiya Federasiyasının Dağıstan Dövlət Universitetinin Bakı şəhərində fəaliyyət göstərmiş filialının Hüquq fakültəsinin qiyabi şöbəsinə qanuni əsaslarla imtahanlar verərək qəbul edilmiş, 6 il həmin Universitetdə təhsil almış, hər il ərzində semestrlərdə iştirak etmişdir. İddiaçı qanunamüvafiq qaydada təhsil haqqı ödəyib 2007-ci ilin iyun ayının 6-da dövlət imtahanlarını müvəffəqiyyətlə verərək oranı bitirməyinə dair DİC0032526 saylı diplom almışdır. İddiaçının diplomu Rusiya Federasiyasının Təhsil Nazirliyi tərəfindən 05 oktyabr 1961-ci il X3 uyğun olaraq xx.xx.2008-ci ildə təsdiq edilərək apostil möhürü vurulmuşdur. “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”ya Azərbaycan Respublikası 5 mart 2004cü il tarixdə qoşulmuşdur. Konvensiyanın 1-ci maddəsinə əsasən Konvensiya razılığa gələn Dövlətlərdən birinin ərazisində edilmiş və Razılığa gələn digər Dövlətin ərazisində təqdim olunmalı rəsmi sənədlərə tətbiq edilir. Həmin Konvensiyanın 5-ci maddəsinə əsasən rəsmi sənəd apostil möhürü ilə təsdiq edilmişdirsə, sənədin təqdim edildiyi dövlətdə sənədə edilmiş imza, vurulmuş möhür və ştampın yenidən təsdiq edilməsi tələb olunmur. Lakin Konvensiyanın tələblərinə baxmayaraq, Təhsil Nazirliyində diplom qeydiyyatdan keçirilmədən həmin diplomla işləmək mümkün olmadığına görə o vaxtdan iddiaçı dəfələrlə Təhsil Nazirliyinə diplomunun Azərbaycan Respublikasında qeydiyyatdan keçirilməsinə dair müraciətlər etmişdir. İddiaçı 2007-ci ildən öz ixtisasına dair işlə təmin edilə bilməmişdir. İddiaçının diplomunun tanınmamasının əsası kimi guya Dağıstan Dövlət Universitetinin Bakı filialının fəaliyyətinin məhkəmə qərarı ilə əsassız hesab edildiyi göstərilmişdir. Amma həmin qərarda belə bir müddəa yoxdur. Belə ki, 2007-ci ilin iyun ayının sonlarında Təhsil Nazirliyi filialın fəaliyyətinin dayandırılması ilə bağlı məhkəməyə müraciət etmiş və müraciətdə filialın fəaliyyətinin dayandırılması və filialı bitirmiş şəxslərin diplomlarının etibarsız hesab edilməsi ilə bağlı məsələlər qoyulmuşdur. Məhkəmənin qərarı ilə Təhsil Nazirliyinin filialın fəaliyyətinin dayandırılması tələbi təmin edilmiş, filialı bitirmiş şəxslərin diplomlarının etibarsız hesab edilməsinə dair tələb isə rədd edilmiş və belə bir qərarın qəbul edilməsinin vətəndaşların təhsil hüququnun pozulmasına gətirib çıxaracağı göstərilmişdir. Qeyd olunan qərar qəbul edildikdə artıq iddiaçıya diplom verilmişdi və məhkəmənin qərarının iddiaçıya heç bir təsiri olmamalı idi. Çünki vətəndaşın vəziyyətini hər hansı bir formada ağırlaşdıran qanunun geriyə qüvvəsi yoxdur. Artıq 13 ildir iddiaçı diplomunu Təhsil Nazirliyində qeydiyyatdan keçirə bilmir. Sonuncu dəfə 04 iyul 2019-cu ildə cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 izahatında bildirmişdir ki, iddiaçı xarici ali təhsil ixtisasının tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən İddiaçı Rusiya Federasiyası Dağıstan Dövlət Universitetinin qeyri-qanuni fəaliyyət göstərən Bakı filialında təhsil alması səbəbilə iddiaçıya müvafiq sənədin verilməsindən imtina edilmişdir. Cavabdeh orqanda iddiaçının sənədləri araşdırılarkən iddiaçının təqdim etdiyi diplom üzrə ixtisasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi müəyyən edilmişdir. İddiaçının ərizəsində qeyd etdiyi filial Azərbaycan Respublikasında fəaliyyətinə xüsusi razılıq verilmədən, qanunsuz olaraq fəaliyyət göstərmişdir. Həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli, 782 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”ın 1.5-ci bəndinə əsasən, xarici hüquqi və fiziki şəxslər, habelə xarici hüquqi şəxslərin filialları və nümayəndəlikləri öz öhdəliklərində bu Qaydalarda göstərilən fəaliyyət növü ilə məşğul olmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınmasını müəyyən edən dövlətlərarası saziş olmadığı halda, həmin fəaliyyət növü ilə məşğul olmaq üçün bu Qaydalara uyğun olaraq lisenziya almalıdırlar. Eyni zamanda, həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 4 oktyabr 1997-ci il tarixli, 637 nömrəli fərmanı ilə təsdiq edilmiş “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı”na əsasən ali və orta ixtisas təhsil müəssisələrinin, ixtisasartırma institutlarının və digər təhsil və təlim-tərbiyə müəssisələrinin fəaliyyəti lisenziya tələb olunan fəaliyyətlər sırasında yer almışdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-128/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi və İddiaçı Rusiya Federasiyası Dağıstan Dövlət Universiteti tərəfindən 01 iyul 2007-ci ildə verilmiş (qeydiyyat nömrəsi 603) DİS-0032526 nömrəli diplom üzrə ixtisasın Azərbaycan Respublikasında tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulması qərara alınmışdır.

12. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, Dağıstan Dövlət Universiteti tərəfindən iddiaçıya verilmiş diploma apostil möhürü vurulmaqla, diplomun qanuniliyi tanınmışdır.

13. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının 13 may 2003-cü il tarixli Qanunu ilə «Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında Saziş» təsdiq edilmişdir. Həmin Sazişin 1ci maddəsinə görə bu Saziş Tərəflərin dövlət akkreditasiyası olan təhsil müəssisələri və Azərbaycan Respublikası və Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq bu məqsədlə səlahiyyətləndirilmiş digər dövlət müəssisələri tərəfindən verilmiş təhsil, elmi adlar və elmi dərəcələr haqqında Azərbaycan Respublikası və Rusiya Federasiyasının dövlət nümunəli sənədlərinə şamil olunur. Məhkəmə qeyd edir ki, 1 saylı Yerli İqtisad Məhkəməsinin 20 iyun 2007-ci il tarixli qətnaməsi ilə iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin cavabdeh Dağıstan Dövlət Universitetinin Bakı Filialına qarşı iddiası qismən təmin edilərək, Filialın fəaliyyətinin dayandırılması və onda təhsil alan və təhsilini başa vurmayan tələbələrin müvafiq təhsil müəssisələrində yerləşdirilməsinin Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə olunması qət edilmiş, iddia "Filial fəaliyyətə başladığı gündən halhazıradək verilmiş diplomların etibarsız sayılması” hissəsində rədd edilmişdir. Göründüyü kimi, Təhsil Nazirliyinin iddiası həmin filialın fəaliyyətə başladığı gündən 20 iyun 2007-ci il tarixədək verilmiş təhsil sənədlərinin etibarsız hesab edilməsi hissəsində rədd olunmuşdur. Beləliklə hazırkı iş üzrə İddiaçı Rusiya Federasiyası Dağıstan Dövlət Universiteti tərəfindən verilmiş diplomu məhkəmə tərəfindən etibarsız hesab edilməmiş, hazırda etibarlıdır və qüvvədədir. İddiaçı qeyd olunan məhkəmə qərarına əsasən Filialın fəaliyyətinin dayandırılmasınadək təhsilini bitirmişdir. Həmçinin həmin məhkəmə qətnaməsi ilə Təhsil Nazirliyinə hətta cavabdeh müəssisədə təhsil alan və təhsilini başa vurmayan tələbələrin müvafiq təhsil müəssisələrində yerləşdirilmələri həvalə edilmişdir ki, bununla da təhsil alan şəxslərin təhsil hüquqları qorunmuş və həmin şəxslərə təhsillərini davam etdirmələri üçün şərait yaradılmışdır.

14. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na və “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”ya qoşulmaq barəsində Azərbaycan Respublikasının 5 mart 2004-cü il tarixli 595-İİQ saylı Qanunu ilə Azərbaycan Respublikası 1961-ci il oktyabrın 5-də Haaqa şəhərində imzalanmış "Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”ya istinad etmişdir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

15. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-128/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, maddi hüquq normasının pozulmasına və ya düzgün tətbiq edilməməsinə dair mövqe (dəlillər) kimi qeyd edilməlidir ki, “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında" Konvensiyanın İ hissəsinə əsasən, ali təhsil müəssisəsi - ali təhsil verən və Tərəfin səlahiyyətli qurumu tərəfindən tanınan müəssisədir.Məhkəmə bu müddəanı nəzərə almadan ərizəçinin təhsil aldığı müəssisənin müvafiq lisenziya əldə etməməsinə və akkreditasiyadan keçməməsinə baxmayaraq iddia tələbini təmin etmişdir.Azərbaycan Respublikas Prezidentinin 4 oktyabr il tarixli, 637 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xüsus razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı”na (ərizəçinin təhsil aldığı il qüvvədə olmuşdur) əsasən ali və orta ixtisas təhsil müəssisələrinin, ixtisasartırma institutlarının və digər təhsil və təlim-tərbiyə müəssisələrinin fəaliyyəti lisenziya tələb olunan fəaliyyətlər sırasında yer almışdır.Cavabdehin sözügedən ali təhsil müəssisəsinə belə bir lisenziyanın təqdim edilməməsinə dair izahatına baxmayaraq məhkəmə iddia tələbini təmin etmişdir.Azərbaycan Respublikas Prezidentinin 2002-ci il 2 sentyabr tarixli, 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”ın (ərizəçinin təhsil aldığı illərdə qüvvədə olmuşdur) 1.5ci bəndinə əsasən xarici hüquqi və fiziki şəxslər, habelə xarici hüquqi şəxslərin filialları və nümayəndəlikləri öz öhdəliklərində bu Qaydalarda göstərilən fəaliyyət növü ilə məşğul olmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınmasını müəyyən edən dövlətlərarası saziş olmadığı halda, həmin fəaliyyət növü ilə məşğul olmaq üçün bu Qaydalara uyğun olaraq lisenziya almalıdırlar.Sözügedən Qaydalara 2 nömrəli əlavənin 17.3-cü bəndinə əsasən ali təhsil müəssisələrinin fəaliyyəti lisenziya tələb olunan fəaliyyətlər sırasında yer almışdır.Azərbaycan Respublikqsı Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahələrində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları"nın 2.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru həmçinin təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır.Qaydaların 3.7-ci bəndində 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəyin ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilməsi təsbit edilsə də, qərar sözügedən müddəanın tələbləri nəzərə alınmadan qəbul edilmişdir.Qaydaların 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: -təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy;-təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; -Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Prosessual hüquq normasının pozuntusuna və ya düzgün tətbiq edilməməsinə dair mövqe (dəlillər) olaraq qeyd edilməlidir ki, Azərbaycan Respublikasının inzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsidir.Məhkəmə cavabdeh orqanın iddiaçının təhsil aldığı illərdə bu kimi qanuni əsas olmadan fəaliyyət göstərən ali təhsil müəssisələrinin filiallarının fəaliyyətinin qarşısnın alınması üçün hansı işləri gördüyünü araşdırmamışdır.Belə ki, sözügedən məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən ali məktəb rektorlarına və təhsil müəssisələrinin rəhbərlərinə göndərilən məktublarla (surətləri əlavə olunur) səlahiyyətli qurumun sözügedən istiqamətdə bir sıra işlər aparması müəyyən olunur.Azərbaycan Respublikasını" İnzibati Prosessual Məcəlləsinin 73.3.1 və 73.3.2-ci maddələrinə əsasən inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə və ya inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz.Lakin məhkəmə iddiaçının təhsil aldığı ali təhsil müəssisənin müvafiq qaydada qanunauyğun fəaliyyət göstərməməsi barədə cavabdehin mövqeyini nəzərə almadan öz mülahizəsi əsasında qərar qəbul etmişdir.Belə ki, ali təhsil müəssisəsinin müvafiq lisenziyaya və akkreditasiyaya malik olmasının müəyyənləşdirilməsi xarici kvalifikasiyaların tanınması sahəsində araşdırılması mühüm olan vacib məsələlərdən biridir və beynəlxalq təcrübədə də məhkəmələr tərəfindən deyil, səlahiyyətli qurumlar tərəfindən müəyyən edilir.Məhkəmə təcrübəsinin vahidliyinin pozulmasına dair dəlillər olaraq qeyd edilməlidir ki, 2-1 (102)-1567/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qərar (X4 Təhsildə X2rşı iş; səhifə 9-10, bənd 40,43,48) qərarda deyilir:Qanuni qüvvəsini almış 1 saylı Bakı Yerli İqtisadi Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, müvafiq ali təhsil müəssisəsinin Bakı filialı Azərbaycan Respublikasında qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınmadan və lisenziya almadan fəaliyyətə başlamış və fəaliyyət göstərmişdir. Ona görə də onun fəaliyyəti qanunauyğun hesab edilə bilməz və bu fəaliyyət dayandırılmalıdır.İddiaçının təhsil aldığı ali təhsil müəssisəsinin Bakı filialı Azərbaycan Respublikasında yuxarıda sadalanan normativ hüquqi aktlarda göstərilən qaydada dövlət qeydiyyatına alınmadan və lisenziyası olmadan fəaliyyət göstərdiyindən iddiaçıya verilən ali təhsil diplomu tanına bilməz.İddiaçının ali məktəbi onun fəaliyyəti dayandırılana qədər bitirməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə ali təhsil müəssisənin Bakı filialı qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan qanunsuz olaraq fəaliyyət göstərdiyindən şikayətin dəlili üçün əsas sayıla bilməz.Məhkəmə sözügedən qərarda göstərilən mövqeyi nəzərə almadan 1 saylı Yerli İqtisad Məhkəməsinin 2007ci ildə Təhsil Nazirliyinin iddiasını qismən təmin etməsinə və bir sıra digər qərarlara istinad etməklə (2-1(102)- 1671/2021) bu iş üzrə iddianı təmin etmişdir.Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati Kollegiyası oxşar işlər üzrə qə Qərarlarında dəfələrlə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və onların ekvivalentliyinin müəyyən edilməsinin cavabdeh inzibati orqanın diskresion səlahiyyəti olmasını vurğulamışdır.Lakin məhkəmə bu tələblərə heç bir əsas vermədən yalnız iddiaçının ali təhsil haqqında sənəd əldə etməsini əsas gətirərək iddianın təmin edilməsi haqqında əsassız qərar qəbul etmişdir.Məhkəmənin gəldiyi nəticə aydınlaşdırılmamasına dair dəlil olaraq bildirilir ki, iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmamışdır.Məhkəmə 1 saylı Yerli İqtisad Məhkəməsinin 2007-ci ildə Təhsil Nazirliyinin iddiasını qismən təmin etməsinə və bir sıra digər qərarlara istinad etməklə (2-1(112)-128/2022) bu iş üzrə iddianı təmin etmişdir. Bu mülahizələrlə əlaqədar olaraq bildirirlər ki, 1 saylı Yerli İqtisad Məhkəməsi iddianı qismən təmin etməklə xarici kvalifikasiyaların tanınmasına deyil, ali təhsil haqqında sənədlərin həqiqiliyinə qiymət vermişdir. Belə ki, Rusiya Federasiyasının səlahiyyətli qurumu tərəfindən dövlət nümunəli blanklarda təqdim edilən sənədlər saxta sayıla bilməzdi. Sənədlərin əsli olması ilə xarici kvalifikasiyaların tanınması isə ayrı-ayrı prosedurlardır.1 saylı Yerli İqtisad Məhkəməsi tərəfindən hazırda (o dönəm) təhsili davam edən şəxslərin digər ali təhsil müəssisələrinə köçürülməsi öhdəliyinin Təhsil Nazirliyinin üzərinə qoyulması məsələsi ilə əlaqədar köçürülməsi ilə xarici kvalifikasiya keçirildiyi üçün fərqləndirilməlidirlər.Odur ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)- 128/2022 saylı qərarının ləğv edilməsi, İddiaçı iddiasının rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.

b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

18. c) Prosses iştirakçılarının izahatları.

19. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

20. Məhkəmə Kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, iclas barədə lazımı qaydada xəbərdar edilmiş iddiaçının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər

«İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunu:

22. 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz..

23. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.

24. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

25. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

26. 32.3-cü maddəsinə əsasən inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın:

28. 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür.

29. 1.3-cü bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir.

30. 1.4-cü bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyi haqqında Şəhadətnamə onun sahibinə əlavə (ikinci) ixtisas almaq, ixtisasını artırmaq, diplomdan sonrakı hazırlıq pilləsinə qəbul olunmaq, habelə müvafiq peşə fəaliyyəti göstərmək hüququ verir.

31. 1.6-cı bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir.

32. 2.5-ci bəndinə əsasən ali təhsil sahəsində ixtisasın tanınmasından imtina olunduğu halda, imtinaya əsas olan səbəblər yazılı şəkildə ərizəçiyə izah edilir.

33. 3.2-ci bəndinə əsasən ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza - xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra).

34. 3.3-cü bəndinə əsasən təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin elmimetodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərdən ibarət ekspert qrupu yaradılır.

35. 3.4-cü bəndinə əsasən ekspertiza zamanı aşağıdakılar nəzərə alınır: tədris planının və proqramlarının məzmunu; attestasiya sistemləri; öyrənilmiş fənlərin həcmi; fənlər üzrə attestasiyanın nəticələri; istehsalat təcrübəsi və onun müddəti; yekun attestasiyasının nəticəsi.

36. 3.5-ci bəndinə əsasən xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğun olması və aşkar olunan uyğunsuzluğun aradan qaldırılmasının mümkün üsulları haqqında ekspert rəyi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunur.

37. 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu.

38. 3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.

39. “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”ya qoşulmaq barəsində Azərbaycan Respublikasının 5 mart 2004-cü il tarixli 595- İİQ saylı Qanunu ilə Azərbaycan Respublikası 1961-ci il oktyabrın 5-də Haaqa şəhərində imzalanmış "Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”ya qoşulmuşdur.

40. Həmin Konvensiyanın 1-ci maddəsinə görə bu Konvensiyanın məqsədləri üçün aşağıdakılar rəsmi sənəd hesab edilir: a) dövlət orqanından və ya dövlətin məhkəməsi və ya iqtisadi məhkəməsi ilə əlaqəsi olan vəzifəli şəxsdən alınan sənədlər, o cümlədən dövlət ittihamçısından (prokurordan), məhkəmə katibindən, məhkəmə icraçısından alınan sənədlər; b) inzibati sənədlər; c) notarial aktlar; d) özəl fiziki şəxs tərəfindən imzalanmış sənəd-lərə bərkidilən (əlavə edilən) rəsmi qeydlər, sənədin qeydiyyatını və ya müəyyən tarixdə baş vermiş faktı təsdiq edən və imzaların notarial və rəsmi təsdiqlənməsinə bərabər tutulan rəsmi sənədlər (qeydlər).

41. Konvensiyanın 2-ci maddəsinə əsasən razılığa gələn hər bir Dövlət bu Konvensiyanın tətbiq edildiyi və onun ərazisində təqdim olunmalı sənədləri leqallaşdırmadan azad edir. Bu Konvensiyanın məqsədləri üçün leqallaşdırma dedikdə, imzanın həqiqiliyini, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün sənədin təqdim ediləcəyi ölkənin diplomatik və konsulluq idarələrinin istifadə etdiyi formallıqlar başa düşülür.

42. Konvensiyanın 3-cü maddəsinə görə imzanın həqiqiliyini, sənədi imza etmiş şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə formallıq, həmin sənədin təqdim edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən 4-cü maddədə nəzərdə tutulan şəhadətnamənin əlavə edilməsidir. Buna baxmayaraq, əgər sənədin təqdim edildiyi dövlətdə mövcud olan qanunlar, qaydalar və ya adətlər, yaxud da iki və ya bir neçə dövlət arasında razılaşma və ya Razılığa gələn bir neçə Dövlət arasında əldə olunmuş razılaşmalar əvvəlki abzasda göstərilən proseduru ləğv edirsə və ya sadələşdirirsə və ya sənədi leqallaşdırmadan azad edirsə, həmin funksiyaların yerinə yetirilməsi tələb edilə bilməz.

43. Konvensiyanın 4-cü maddəsinə əsasən 3-cü maddənin birinci abzasında nəzərdə tutulan şəhadətnamə sənədin özündə və ya sənədə əlavə edilən ayrıca vərəqdə əks etdirilir, həmin şəhadətnamə bu Konvensiyaya əlavə edilmiş nümunəyə uyğun olmalıdır.

44. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi

45. Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

46. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

47. Maddə 73.1-inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

48. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

49. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

50. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:

51. Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda;

52. Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə;

53. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

54. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

55. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

56. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi.

57. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

58. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassızdır və təmin olunmamalıdır..

59. Belə ki, iş materiallarından müəyyən olunur ki, Dağıstan Dövlət Universitetinin 1979-C nömrəli, xx.xx.2001-ci il tarixli əmrindən çıxarışın Azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Qəbul Komissiyasının xx.xx.2001-ci il tarixli qərarına əsasən İddiaçı Dağıstan Dövlət Universitetinin “Hüquqşünaslıq” ixtisası üzrə qiyabi ödənişli şöbəsinin birinci kursuna qəbul edilmişdir. Dağıstan Dövlət Universitetinin 1934-C nömrəli, xx.xx.2007-ci il tarixli əmrindən çıxarışın Azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Hüquqşünaslıq fakültəsində Dövlət Attestasiya Komissiyasının 06 iyun 2007-ci il tarixli qərarına əsasən “Hüquqşünaslıq” ixtisası üzrə qiyabi ödənişli təhsil formalı tələbəsi İddiaçı Hüquqşünaslıq ixtisası verilmiş və diplomla təltif edilmişdir.

60. İddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmiş, cavabdeh iddiaçının müraciətini təmin etməmiş və iş üzrə mübahisələndirilən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-128/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi və İddiaçı Rusiya Federasiyası Dağıstan Dövlət Universiteti tərəfindən 01 iyul 2007-ci ildə verilmiş (qeydiyyat nömrəsi 603) DİS-0032526 nömrəli diplom üzrə ixtisasın Azərbaycan Respublikasında tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulması qərara alınmışdır.

61. Qərarla razılaşmayan cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə Kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir:

62. Apellyasiya şikayətinin dəlillərinə görə ki, Azərbaycan Respublikas Prezidentinin 4 oktyabr il tarixli, 637 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xüsus razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı”na (ərizəçinin təhsil aldığı il qüvvədə olmuşdur) əsasən ali və orta ixtisas təhsil müəssisələrinin, ixtisasartırma institutlarının və digər təhsil və təlim-tərbiyə müəssisələrinin fəaliyyəti lisenziya tələb olunan fəaliyyətlər sırasında yer almışdır.Cavabdehin sözügedən ali təhsil müəssisəsinə belə bir lisenziyanın təqdim edilməməsinə dair izahatına baxmayaraq məhkəmə iddia tələbini təmin etmişdir.Azərbaycan Respublikas Prezidentinin 2002-ci il 2 sentyabr tarixli, 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”ın (ərizəçinin təhsil aldığı illərdə qüvvədə olmuşdur) 1.5-ci bəndinə əsasən xarici hüquqi və fiziki şəxslər, habelə xarici hüquqi şəxslərin filialları və nümayəndəlikləri öz öhdəliklərində bu Qaydalarda göstərilən fəaliyyət növü ilə məşğul olmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınmasını müəyyən edən dövlətlərarası saziş olmadığı halda, həmin fəaliyyət növü ilə məşğul olmaq üçün bu Qaydalara uyğun olaraq lisenziya almalıdırlar.

63. Məhkəmə Kollegiyası şikayətin dəlilinə münasibətdə qeyd edir ki, Dağıstan Dövlət Universiteti tərəfindən iddiaçıya verilmiş diploma apostil möhürü vurulmaqla, diplomun qanuniliyi tanınmışdır.

64. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının 13 may 2003-cü il tarixli Qanunu ilə «Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında Saziş» təsdiq edilmişdir. Həmin Sazişin 1-ci maddəsinə görə bu Saziş Tərəflərin dövlət akkreditasiyası olan təhsil müəssisələri və Azərbaycan Respublikası və Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq bu məqsədlə səlahiyyətləndirilmiş digər dövlət müəssisələri tərəfindən verilmiş təhsil, elmi adlar və elmi dərəcələr haqqında Azərbaycan Respublikası və Rusiya Federasiyasının dövlət nümunəli sənədlərinə şamil olunur.

65. Həmçinin, “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”ya qoşulmaq barəsində Azərbaycan Respublikasının 5 mart 2004-cü il tarixli 595-İİQ saylı Qanunu ilə Azərbaycan Respublikası 1961-ci il oktyabrın 5-də Haaqa şəhərində imzalanmış "Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”ya qoşulmuşdur.

66. Həmin Konvensiyanın 1-ci maddəsinə görə bu Konvensiyanın məqsədləri üçün aşağıdakılar rəsmi sənəd hesab edilir: a) dövlət orqanından və ya dövlətin məhkəməsi və ya iqtisadi məhkəməsi ilə əlaqəsi olan vəzifəli şəxsdən alınan sənədlər, o cümlədən dövlət ittihamçısından (prokurordan), məhkəmə katibindən, məhkəmə icraçısından alınan sənədlər; b) inzibati sənədlər; c) notarial aktlar; d) özəl fiziki şəxs tərəfindən imzalanmış sənəd-lərə bərkidilən (əlavə edilən) rəsmi qeydlər, sənədin qeydiyyatını və ya müəyyən tarixdə baş vermiş faktı təsdiq edən və imzaların notarial və rəsmi təsdiqlənməsinə bərabər tutulan rəsmi sənədlər (qeydlər).

67. Hazırkı mübahisənin həlli ilə bağlı Azərbaycan Respublikasını" İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən cavabdehin diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə və ya inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz dəlilinə münasibətdə isə məhkəmə Kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın:

68. 2.5-ci bəndinə əsasən ali təhsil sahəsində ixtisasın tanınmasından imtina olunduğu halda, imtinaya əsas olan səbəblər yazılı şəkildə ərizəçiyə izah edilir.

69. 3.2-ci bəndinə əsasən ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza - xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra).

70. 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu.

71. 3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.

72. Yuxarıdakı normaların məzmunundan göründüyü kimi, mənfi rəyin ekvivalentlik haqqında Şəhadətnamənin verilməsindən imtina etmək üçün səbəb ola bilməsi imperativ xarakter daşımır.Odur ki, məhkəmə Kollegiyası hazırkı işin faktiki hallarından çıxış edərək hesab edir ki, 1-ci instansiya məhkəməsinin mübahisələndirilən qərarı cavabdehin bu sahədə diskression səlahiyyətinin pozulması ilə qəbul edilməsi kimi qiymətləndirilməməlidir.

73. Daha sonra Məhkəmə Kollegiyası iddiaçının ali təhsil aldığı təhsil müəssisəsinin qanunsuz fəaliyyəti ilə bağlı dəlilinə münasibətdə onu da qeyd edir ki, 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2398/4-489-2006 saylı qətnaməsi ilə iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin cavabdeh Dağıstan Dövlət Universitetinin Bakı Filialına qarşı iddiası qismən təmin edilərək, Filialın fəaliyyətinin dayandırılması və onda təhsil alan və təhsilini başa vurmayan tələbələrin müvafiq təhsil müəssisələrində yerləşdirilməsinin Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə olunması qət edilmiş, iddia "Filial fəaliyyətə başladığı gündən hal-hazıradək verilmiş diplomların etibarsız sayılması” hissəsində rədd edilmişdir.

74. Göründüyü kimi, Təhsil Nazirliyinin iddiası həmin filialın fəaliyyətə başladığı gündən 20 iyun 2007-ci il tarixədək verilmiş təhsil sənədlərinin etibarsız hesab edilməsi hissəsində rədd olunmuşdur. Beləliklə hazırkı iş üzrə İddiaçı Rusiya Federasiyası Dağıstan Dövlət Universiteti tərəfindən verilmiş diplomu məhkəmə tərəfindən etibarsız hesab edilməmiş, hazırda etibarlıdır və qüvvədədir.

75. İddiaçı qeyd olunan məhkəmə qərarına əsasən Filialın fəaliyyətinin dayandırılmasınadək təhsilini bitirmişdir. Həmçinin həmin məhkəmə qətnaməsi ilə Təhsil Nazirliyinə hətta cavabdeh müəssisədə təhsil alan və təhsilini başa vurmayan tələbələrin müvafiq təhsil müəssisələrində yerləşdirilmələri həvalə edilmişdir ki, bununla da təhsil alan şəxslərin təhsil hüquqları qorunmuş və həmin şəxslərə təhsillərini davam etdirmələri üçün şərait yaradılmışdır.

76. Məhkəmə təcrübəsinin vahidliyinin pozulmasına dair dəlillərə münasibətdə isə məhkəmə Kollegiyası qeyd edir ki, anoloji iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının (2-1(102)- 86/2022) saylı Qərarında mövqeyi ondan ibarət olmuşdur ki, “Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq «Təhsil haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.8-1., 27.1., 27.4., 29.0.21., 44.2-ci maddələrinə, 8 sentyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının 1992-ci il 7 oktyabr tarixli 324 nömrəli Təhsil Qanununun 13-cü maddəsinə, “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.27, 8.28-ci bəndlərinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 64 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarının 1.1., 1.6., 3.2., 3.6., 3.7-ci bəndlərinə, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 4.1-ci maddəsinə, “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydaların 1.5-ci bəndinə istinad edib, qanuni qüvvəyə minmiş 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2398/4-489-2006 saylı qətnaməsinə əsaslanmaqla belə hesab etmişdir ki, iddiaçının təhsil aldığı ali təhsil müəssisəsi fəaliyyət göstərdiyi dövrdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada akkreditasiyadan keçmədən, xüsusi lisenziya almadan qanunsuz fəaliyyət göstərdiyindən, iddiaçının hazırkı tələbi əsassız olmuş və birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının hazırkı iddiasının rədd edilməsi qənaətinə gəlməsində həlledici və faktiki olaraq yeganə olan əsası 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2398/4-489-2006 saylı qətnaməsidir. İşin 56-58-ci səhifələrində olan, qanuni qüvvəyə minmiş, həmin qətnamədən görünür ki, sözügedən işdə iddiaçı qismində çıxış etmiş Azərbaycan Respublikası Təhsil Nazirliyi ilkin olaraq məhkəmədə cavabdeh Dağıstan Dövlət Universitetinin Ə.Əliyev adına Bakı filialının fəaliyyətinin dayandırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmiş, sonradan iddia tələbinin həcmini artıraraq cavabdehin fəaliyyətə başladığı gündən hal-hazırkı dövrə qədər verilmiş təhsil sənədlərinin etibarsız hesab edilməsinə dair də qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qanuni qüvvəyə minmiş həmin qətnamənin “qət etdi” hissəsində göstərilmişdir ki, “İddia qismən təmin edilsin. Cavabdeh Dağıstan Dövlət Universitetinin Ə.Əliyev adına Bakı filialının fəaliyyətinin dayandırılsın. Cavabdehdən dövlət büdcəsinin xeyrinə 2.40 manat dövlət rüsumu tutulsun. İddia qalan hissələrdə rədd olunsun. Cavabdeh müəssisədə təhsil alan və təhsilini başa vurmayan tələbələrin müvafiq təhsil müəssisələrində yerləşdirilmələri Azərbaycan Respublikasının Təhsil Nazirliyinə həvalə edilsin.” 31. Burada məhkəmə kollegiyası hazırkı iş üçün önəmli üç məqamı xüsusi olaraq qeyd etməyi zəruri hesab edir. Birinci önəmli məqam ondan ibarətdir ki, Təhsil Nazirliyinin iddiası sözügedən filialın başladığı gündən hal-hazırkı dövrə qədər ( 20 iyun 2007-ci il tarixi-qeyd Ali Məhkəmənindir) verilmiş təhsil sənədlərinin etibarsız hesab edilməsi hissəsində rədd olunmuşdur. 33. Beləliklə hazırkı işdə iddiaçı olan İddiaçı Rusiya Federasiyası “Dağıstan Dövlət Universiteti” tərəfindən verilmiş ДИC ******* saylı, xx.xx.2006-cı il tarixli bakalavr diplomu məhkəmə tərəfindən etibarsız hesab edilməmiş, hazırda etibarlıdır və qüvvədədir. İkinci önəmli məqam isə ondan ibarətdir ki, İddiaçı sözügedən Universitetin Ə.Əliyev adına Bakı filialında 2001-2006-cı illər ərzində, yəni filialın fəaliyyəti 20 iyun 2007-ci il tarixdə məhkəmə qətnaməsinə əsasən dayandırılmamışdan əvvəl oxumuşdur. 35. Digər tərəfdən 20 iyun 2007-ci il tarixdə məhkəmə qətnaməsi ilə Təhsil Nazirliyinə hətta cavabdeh müəssisədə təhsil alan və təhsilini başa vurmayan tələbələrin müvafiq təhsil müəssisələrində yerləşdirilmələri həvalə edilmişdir. Bununla əlaqədar olan həmin məhkəmə qətnaməsinin əsaslandırma hissəsində yazılmışdır ki, “Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuşdur ki, Hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Bu baxımdan cavabdeh müəssisənin qanunsuz fəaliyyət göstərməsi orada təhsil alan şəxslərin təhsil hüquqlarının pozulması ilə nəticələnə bilməz.Ona görə də cavabdeh müəssisədə təhsil alan şəxslərin təhsil hüquqları qanunauyğun olaraq qorunmalı və həmin şəxslərə təhsillərini davam etdirmələri üçün şərait yaradılmalıdır. Bundan da başqa məhkəmə hesab edir ki, cavabdeh müəssisədə halhazıradək təhsil alıb və bu barədə müvafiq sənəd almış tələbələrin təhsil sənədlərinin də etibarsız hesab edilməsi qanunauyğun hesab edilə və bu barədə olan iddia tələbi təmin oluna bilməz.” Lakin apellyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən özü qanuni qüvvəyə minmiş 20 iyun 2007-ci il tarixli məhkəmə qətnaməsinə istinad etsə də, həmin qətnamə ilə müəyyən edilmiş işin həmin həlledici hallarını nəzərə almayaraq iş üzrə yanlış nəticəyə gəlmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddiaçının hazırkı iddiası təmin edilməlidir.”

77. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin mübahisələndirilən Qərarının ləğvi yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.Göründüyü kimi, iddiaçının iddiası əsaslıdır, odur ki, iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

78. Beləliklə, məhkəmə Kolleiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-128/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

79. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-128/2022 saylı, xx.xx.2022-ci il tarixli dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar