Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-789/2022 31.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Quluzadə Arzu İsrafil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı (X15, X16, X20 və X6 3-cü şəxslər qismində məhkəmə icraatına cəlb edilməklə) “qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8158/2021saylı, 30 noyabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Sabunçu Rayon Polis İdarəsinin 07.05.2020-ci il tarixli imtina məktubunun əsassız hesab edilməsi və üçüncü şəxslər 24.04.1979-cu il təvəllüdlü X15, 10.07.1954-cü il təvəllüdlü X13, 05.11.1982-ci il təvəllüdlü X20, 19.08.2015-ci il təvəllüdlü X17 və 23.07.1982-ci il təvəllüdlü X6 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX № ******* saylı Dövlət Reyestrindən Çıxarışa əsasən onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Ə.Məlikov küçəsində yerləşən 10b nömrəli yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin Sabunçu Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX № ******* saylı Dövlət Reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu. Pirşağı qəsəbəsi, Ə.Məlikov küçəsində yerləşən 10b nömrəli fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. Sözügedən mənzilin mülkiyyətində olmasına baxmayaraq, hal-hazırda o, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsində göstərilən hüquqlarından məhrum olunmuşdur. Belə ki, cavabdehlərə qarşı iddiaçı olduğu iş üzrə (aparılan məhkəmə araşdırmasından sonra) Sabunçu Rayon Məhkəməsinin 30.11.2020-ci il tarixli qərardadında açıq şəkildə qeyd olunmuşdur ki, cavabdehlərin qeydiyyatda olduğu evlə iddiaçının mülkiyyətində olan ev ayrı-ayrı yaşayış sahələridir. Cavabdehlər isə qeydiyyatda olduqları iddiaçıya məxsus fərdi yaşayış evinin onlara məxsus olduğunu sübut edən hər hansı sənədi məhkəməyə təqdim edə bilməmişdirlər. Bununla yanaşı bildirmişdir ki, cavabdehlərin qeydiyyatdan çıxarılmağı ilə bağlı Sabunçu RPİnin Qeydiyyat və X9 etdiyi müraciətə verilən imtina məktubunda onun aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Üçüncü şəxslər X13, X15, X6 və X20 tərəfindən məhkəməyə ünvanlanmış iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, ünvan 1 ünvan hissəsinə münasibətdə qeyd edir ki, 1958-ci ildə 1 otaqlı, 1 mərtəbəli mənzil tikilmiş torpaq sahəsinə şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair Texniki Pasport anası X4 1968ci ilin avqustunda Bakı Şəhər İcra Hakimiyyətinin Texniki İnventarizasiya Bürosu tərəfindən təqdim edilmişdir. X19 ünvan Lenin (indiki ünvan 2ilmişdir. 1980-ci ilin mayında, anasının adına olan (1968-ci ilin avqust tarixli) Texniki Pasportun əsli saxlanılmaqla bəzi dəyişikliklər (otağın böyüdülməsi və qarajin həyətdə tikilməsi) qeyd edilmiş və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin arxiv qovluğuna daxil edilmişdir. 11.07.1978-ci ildə anası X10 rəhmətə gedənə qədər, 10.07.1954-cü ildə anadan olmuş oğlu X13 və 16.01.1959-cu ildə anadan olmuş qızı Hüseynova (qızlıq familiyası Əsgərova) Sevinc Balaəmi qızı həmin ünvanda anadan olmuşlar və yaşamışlar. X28-Əmi Heydər-Əli oğlu 10.03.1998-ci ildə vəfat etmişdir. Bundan başqa Yaşayış yeri üzrə qeydiyyat haqqında 09 iyul 2020-ci il tarixli, ******* nömrəli Arayışda (ASAN 4 xidməti) qeydiyyatda olanlar barədə məlumat verilmişdir. ünvan 1 ünvanda yerləşən torpaq sahəsi 1959-cu ildən ailələrinin istifadəsində olmuş və hasarın içərisində yerləşmişdir. Məhkəmə mübahisəli ünvanda iddiaçının üzərində mülkiyyət hüququ qeydə alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə Texniki Pasportun və evin qanuni əsaslarla əldə olunmasını və ya inşa olunmasını təsdiq edən sənədlərin mövcud olub-olmaması araşdırılmalıdır. Sabunçu Rayon Məhkəməsi iddiaçının “cavabdehlərin qeydiyyatdan çıxarılmasına dair” iddia ərizəsini məhkəmə tərəfindən göndərilmiş sorğulara verilən cavablara əsasən düzgün araşdırmış və iddiaçıya ünvanın qəsəbədə iki fərqli evə düzgün verilmədiyindən DƏDRX-yə ünvanın dəyişdirilməsi ilə bağlı müraciət etməsi tövsiyə edilməklə təmin edilməmişdir. İddiaçının əldə etdiyi torpaq və mənzil, qeyd edilən ünvanlarından təxminən 1 km aralıda yerləşir. Üçüncü şəxslərin qeydiyyata alındığı ünvan iddiaçının yaşayış yeri üzrə qeydiyyat yeri sayılmadığından, hazırkı iş üzrə cavabdeh orqan tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8158/2021saylı, 30 noyabr 2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək ləğv edilməsini, iddianın mümkün hesab edilərək baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmiş və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qənaətinə əsasən üçüncü şəxslərin qeydiyyata alındığı ünvan iddiaçının yaşayış yeri üzrə qeydiyyat yeri sayılmadığından, hazırki iş üzrə cavabdeh inzibati orqan Bakı şəhəri Sabunçu rayon Polis İdarəsi tərəfindən iddiaçının hansı hüquqularının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerin yetirilmədiyi öz təsdiqini tapmamışdır. Lakin, məhkəmə hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın dövlət Reyestri tərəfindən verilmiş 26.11.2013-cü il tarixli Çıxarışı, o cümlədən AR Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “yaşayış yeri üzrə qeydiyyat haqqında” 31.05.2021-ci il tarixli arayışı nəzərə almayaraq Bakı şəhəri Pirşağı qəsəbəsində yerləşən iki fərqli evə eyni ünvan verilməsini əsas götürərək iddianın mümkünsüz saymışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə və iddia ərizəsinə uyğun izahat verərək qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etdi. İş üzrə cavabdehə və üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən cavabdehə və üçüncü şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq və iddiaçının izahatlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamış və qərardadını onunla əsaslandırmışdır ki, üçüncü şəxslərin qeydiyyata alındığı ünvan iddiaçının yaşayış yeri üzrə qeydiyyat yeri sayılmadığından, hazırkı iş üzrə cavabdeh inzibati orqan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi tərəfindən İddiaçı hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmamışdır. Odur ki, hazırkı iddianı qaldırmağa iddiaçının subyektiv hüququ mövcud deyildir. Məhkəmə kollegiası birinci instansiya məhkəməsinin hüquqi nəticəsi ilə razılaşır və qeyd edir ki, iddiaçının tələbinin mümkün hesab edilərək inzibati icraat qaydasında baxılması üçün əsaslar mövcud olmamışdır. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti başçısının 638 nömrəli 26 noyabr 2009-cu il tarixli «Fərdi yaşayış evinin tikintisinə icazə verilməsi haqqında» Sərəncamı ilə vətəndaş İddiaçı Pirşağı qəsəbəsi, Əjdər Məlikov küçəsi, 10b saylı sahədə yerləşən torpaq sahəsində fərdi layihə əsasında fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. - Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti başçısının 572 nömrəli 25 oktyabr 2013-cü il tarixli «İddiaçı məxsus Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Ə.Məlikov küçəsində yerləşən 10b saylı torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin hüquqi qeydiyyata alınması barədə» Sərəncamının surətindən görünür ki, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Ə.Məlikov küçəsində yerləşən 10b saylı 0,06 ha torpaq sahəsində tikilmiş iki mərtəbəli 1-ci mərtəbədə iki yaşayış otağı sahəsi-24,1 kv.m., köməkçi sahə -62,3 kv.m., 2-ci mərtəbədə üç yaşayış otağı sahəsi -54,1 kv.m., köməkçi sahə-30,9 kv.m. olan fərdi yaşayış evi vətəndaş İddiaçı adına hüquqi qeydiyyata alınmış, mövcud evin layihəsi təsdiq olunmuşdur. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* nömrəli ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Əjdər Məlikov küçəsi, ev 10B ünvanda yerləşən 0.06 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində 246 nömrəli reyestr kitabının 22843 nömrəli vərəqində 26.11.2013-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. - “ASAN 5” tərəfindən 31.05.2021-ci il tarixdə verilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li Arayışın surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Əjdər Məlikov küçəsi, ev 10B ünvanda qeydiyyatdadır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********55 nömrəli, 01.07.2021-ci il tarixli məktubundan görünür ki, fərdi yaşayış evinin qeydiyyatı zamanı təqdim edilmiş sənəd əsaslara uyğun olaraq ünvan 4 ünvanı təyin edilmişdir. - Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 07.05.2020-ci il tarixli məktubundan görünür ki, Pirşağı qəsəbəsi, Ə.Məlikov küçəsi, ev 10B ünvanda qeydiyyatda olan X15, X15, X13, X20, X17 və X2 qeydiyyatdan çıxarılması vətəndaşın qeydiyyatdan çıxarılması ilə bağlı “yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanununun” 9-cu maddəsinin tələblərinə zidd olduğu üçün mümkün deyildir. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********49 nömrəli 18.08.2021-ci il tarixli məktubundan görünür ki, X7, X8, X14, X11, X2 Bakı şəhəri, Sabunçu rayonu, Ə.Məlikov küçəsi, 10b saylı evə dair istifadə hüquqlarının qeydiyyata alınması ilə bağlı məlumat İdarənin arxivində aşkar edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd edir: “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2008-ci il tarixli 27 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın 1.1-ci bəndinə əsasən, bu qaydalar Azərbaycan Respublikasında ünvan reyestrinin aparılmasını və daşınmaz əmlak obyektlərinə ünvanın verilməsini tənzimləyir. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən, ünvan reyestri daşınmaz əmlakın vahid kadastrı ilə əlaqələndirilməklə, məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən və onların fərdiləşdirilməsini təmin edən məlumat bazasıdır. Ünvan reyestri ünvan istifadəçilərini ünvanla bağlı zəruri informasiya ilə təmin etmək məqsədi ilə tərtib edilir və aparılır. Həmin Qaydaların 1.5-ci bəndinə görə ünvan reyestrinin aparılması və ünvanların verilməsi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. İş materiallarından göründüyü kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********73 nömrəli 01 noyabr 2021-ci il tarixli məktubuna əsasən aparılan araşdırma zamanı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Əjdər Məlikov küçəsində eyni ünvan nömrəsi ilə dövlət reyestrində aşağıdakı daşınmaz əmlaklar aşkar edilmişdir: 1. Vətəndaş İddiaçı mülkiyyət hüququ qeydiyyata alınmış fərdi yaşayış evi və onun yerləşdiyi 0,06 ha həyətyanı torpaq sahəsinə - “ünvan 7 ünvanı; 2. X1 mülkiyyət hüququ qeydiyyata alınmış fərdi yaşayış evi və onun yerləşdiyi 0,06 ha həyətyanı torpaq sahəsinə “ünvan 7 ünvanı. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin arxivində ünvan 10 ünvanında yerləşən digər fərdi yaşayış evinə dair X3 adına 1968-ci il tarixində tərtib edilmiş texniki pasport mövcuddur. Məhkəmə kollegiyası iş materiallarına əsasən qeyd edir ki, iddiaçı və üçüncü şəxslərin yaşadıqları evlər ayrı-ayrı olsalar da, onlara verilmiş mülkiyyət sənədlərində ünvanlar eyni göstərilmişdir. Həmin sənədlər əsasında da, iddiaçı və üçüncü şəxslər eyni ünvana “yaşayış yeri üzrə” qeydiyyata alınmışdır. Belə ki, üçüncü şəxslərin qeydiyyata alındığı ünvan iddiaçının yaşayış yeri üzrə qeydiyyat yeri sayılmadığından, hazırkı iş üzrə cavabdeh inzibati orqan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi tərəfindən İddiaçı hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Odur ki, hazırkı iddianı qaldırmağa iddiaçının subyektiv hüququ mövcud deyildir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, evlərə verilmiş ünvanlar aidiyyəti qurum tərəfindən dəyişdirildikdən sonra müvafiq ünvanlar üzrə hal-hazırkı vəziyyətə uyğun qeydiyyat düzgün aparıla bilər. Belə ki, hazırkı iddianı qaldırmağa iddiaçının subyektiv hüququ mövcud olmadığından iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin iddianın mümkünlüyünü müəyyən edən 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçı məhkəmə qərardadı ilə razılaşmasa da, qərardadın əsassız olmasını sübuta yetirə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı deyildir və məhkəmə qərardadının ləğvi üçün əsas təşkil etmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8158/2021saylı, 30 noyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90. və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8158/2021saylı, 30 noyabr 2021ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan, qərardadın təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-789/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-789/2022
31.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver