Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-789/2024 29.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “əmlak kompleksi və torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınmasının qanunsuz hesab edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X27 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X12 və X25 ibarət tərkibdə, X18-Yusiflinin katibliyi ilə, İddiaçı, vəkili Vəkil2, Üçüncü şəxs X28, üçüncü şəxs X6 nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “əmlak kompleksi və torpaq sahəsi üzərində hüququların qeydiyyata alınmasının qanunsuz hesab edilməsi”nə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-85/2023 saylı 10 avqust 2023-cü il tarixli qərarından 3-cü şəxslər X7, X6, X28 və "xxxx" ASC-nin verdiyi apellyasiya şikayətinə 29 may 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq, Bakı şəhəri, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi 1 ünvanında yerləşən əmlak kompleksi və 17861,9 kv.m. olan torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınmasının qanunsuz hesab edilməsi və həmin qeydlərin ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, X15 və X8 "xxxx" ASC-nin mülkiyyətində olan əmlak kompleksinə mülkiyyət hüququ, habelə 17.861,9 kv.m. torpaq sahəsindən istifadə hüququ verilmiş və bununla bağlı daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlər aparılmışdır. DƏDRX tərəfindən həmin şəxslərin mülkiyyət hüququnun ünvan 3 ünvanında yerləşən əmlak kompleksinə, habelə torpaq sahəsindən istifadə hüququnun qeydiyyatı aşağıdakı əsaslara görə əsassızdır. AR İqtisadi İnkişaf Nazirliyinin Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən tərtib edilmiş 25 mart 2003-cü il tarixli müəssisə və obyektin texniki pasportundan görünür ki, əmlak kompleksinin balans saxlayıcısı (mülkiyyətçisi) Dövlət Neft Şirkəti “Xəzərdənizneftsosialtikinti” Tresti 2 saylı Tikinti Quraşdırma İdarəsidir. “Xəzərdənizneftsosialtikinti” Trestinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilməsi ilə əlaqədar 28 mart 2003-cü il tarixdə özəlləşdirmə komissiyası yaradılmışdır. Həmin komissiyası tərəfindən hazırlanmış və təsdiq olunmuş "xxxx" ASC-nin emissiya prospektində (özəlləşdirmə planında) 25 mart 2003-cü il tarixli müəssisə və obyektin texniki pasportunun surəti mövcuddur. Milli Depozit Mərkəzi tərəfindən verilmiş 16 yanvar 2007-ci il tarixli “depo hesabından çıxarış”dan görünür ki, o (iddiaçı), "xxxx" ASCnin 560 səhminin sahibidir. "xxxx" ASC-nin üç səhmdarı, o cümlədən iddiaçı (İddiaçı) cavabdehlər X9, X13, X29, X8, X31, X1, X21 və "xxxx" ASC-yə qarşı müvafiq bölünmə balansının hazırlanıb ASC-nin qanunvericiliklə müəyyən edilmiş müddətdə səhmdarlarının ümumi yığıncağının təsdiqinə verilməsi öhdəliyinin qoyulması və zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə müraciət etmişlər. Sonra hazırkı iddiaçı həmin məhkəməyə vəsatətlə müraciət edərək, iddianı təmin etmək üzrə tədbir kimi "xxxx" ASC-nin ləğv edilməsinə qadağan qoyulması, həmin qurum tərəfindən sözügedən əmlak kompleksinin, həmçinin istifadəsində olan 17.861,9 kv.m torpaq sahəsinin satılmasına qadağan qoyulması, X10 27.670 səhminə, X22 20 səhminə, X28 320 səhminə, X16 20 səhminə, X2 20 səhminə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 1 noyabr 2013-cü il tarixli 2(008)-7839/2013 saylı qərardadı ilə vəsatət qismən təmin edilərək, X10 27.670 səhminə, X22 20 səhminə, X28 320 səhminə, X16 20 səhminə, X2 20 səhminə həbs qoyulmuş, "xxxx" ASC-nin ləğv edilməsinə qadağa qoyulması və cəmiyyətə məxsus əmlak kompleksi, həmçinin istifadəsində olan 17.861,9 kv.m torpaq sahəsinin satılmasına qadağa qoyulması barədə vəsatət rədd edilmişdir. Bundan sonra iddiaçı həmin qərardaddan şikayət verərək, onun dəyişdirilməsini, əmlak kompleksinin, həmçinin istifadəsində olan 17.861,9 kv.m torpaq sahəsinin satılmasına qadağan qoyulmasını xahiş etmişdir. Lakin Sabunçu rayon Məhkəməsinin 26 noyabr 2013-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 24 dekabr 2013-cü il tarixli 2(103)- 6869/2013 saylı qərardadı ilə şilkayət təmin edilmiş, müvafiq əmlak kompleksinin və istifadədə olan 1.781,9 kv.m torpaq sahəsinin satılmasına qadağa qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 24 dekabr 2013-cü il tarixli 2(103)-6869/2013 saylı icra vərəqəsi Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icraatına verilmişdir. Rayon icra şöbəsi 6 fevral 2014-cü il tarixli qərarla icraata başlamış və Bakı Apellyasiya Məhkəməsinin icra vərəqəsinin icrası üçün DƏDRX Bakı şəhər Ərazi İdarəsinə xx/xx-1913/14-2 nömrəli 6 fevral 2014-cü il tarixli bildiriş göndərmişdir. DƏDRX Bakı şəhər Ərazi İdarəsinin 1 mart 2014-cü il tarixli **********84 nömrəli məktubu ilə Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə bildirilir ki, "ünvan 4 ünvanında yerləşən əmlak kompleksi və istifadədə olan 1.761,9 kv.m torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 6869/2013 saylı 24 dekabr 2013-cü il tarixli icra vərəqəsi İdarə tərəfindən 20 fevral 2014- cü il tarixdə icra edilərək qeydiyyata alınmamış əmlaklara qoyulmuş məhdudiyyətlər bazasında sözügedən daşınmaz əmlakın üzərinə qadağa qoyulmuşdur. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin 29 may 2014-cü il tarixli 2(103)-6869/2013 saylı qərardadı ilə qərara alınmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 24 dekabr 2013-cü il tarixli qərardadında yol verilmiş texniki səhv düzəldilsin, texniki səhvlə yazılmış qərardadın mətnində (“müəyyən etdi” və “qərara aldı” hissələrində) “1.781,9 kv.m torpaq sahəsi” sözləri, "17.861,9 kv.m torpaq sahəsi” sözləri ilə əvəz edilsin. DƏDRX Bakı şəhər Ərazi İdarəsi 29 mart 2015-ci il tarixli **********15 nömrəli məktubu ilə Bakı şəhəri Nərimanov rayon icra şöbəsinə müraciət edərək bildirmişdir ki, “ünvan 5 ünvanında yerləşən əmlak kompleksi və istifadədə olan 17.861,9 kv.m torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Lakin Şöbənin məktubu nəzərə alınaraq İdarə tərəfindən 20 fevral 2014-cü il tarixdə icra edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6869/2013 saylı, 24 dekabr 2013-cü il tarixli icra vərəqəsinə əsasən qeydiyyata alınmamış əmlaklara qoyulmuş məhdudiyyətlər bazasında üzərinə qadağa qoyulmuş torpaq sahəsinə 18 mart 2015-ci il tarixdə düzəliş edilərək 17.861,9 kv.m torpaq sahəsi üzərinə qadağa qoyulmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1 avqust 2014-cü il tarixli, 2(008)-2427/2014 saylı qərardadı ilə iddiaçılar X30, X23 və İddiaçı cavabdehlər X15, X24, X33, X17, X36, X4, X21 və "xxxx" ASC-yə qarşı müvafiq bölünmə balansını hazırlayıb "xxxx" ASC-nin qanunvericilikdə müəyyən edilmiş müddətdə səhmdarlarının ümumi yığıncağının təsdiqinə verilməsi öhdəliyinin qoyulması və zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə 2(008)-2427/2014 saylı mülki iş X19 və X3 hüquqi varisi işə cəlb olunana qədər dayandırılmışdır. Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin 3 aprel 2015-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 24 dekabr 2013-cü il tarixli icra sənədi həmin məhkəməyə qaytarılmışdır. İcra şöbəsinin 3 aprel 2015-ci il tarixli qərarında göstərilir ki, DƏDRX Bakı şəhər Ərazi İdarəsi 29 mart 2015-ci il tarixli məktubu ilə icra şöbəsinə müraciət edərək bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6869/2013 saylı 24 dekabr 2013-cü il tarixli icra vərəqəsinə əsasən qeydiyyata alınmamış əmlaklara qoyulmuş məhdudiyyətlər bazasında üzərinə qadağa qoyulmuş torpaq sahəsinə 18 mart 2015-ci il tarixdə düzəliş edilərək, 17.861,9 kv.m torpaq sahəsi üzərinə qadağa qoyulmuşdur. Bununla da, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6869/2013 saylı 24 dekabr 2013-cü il tarixli icra sənədi icra olunduğundan, Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Lakin sonradan məlum olmuşdur ki, DƏDRX X6 və X7 mülkiyyətinə ünvan 4 ünvanında yerləşən əmlak kompleksini və torpaq sahəsini vermişdir. Belə ki, DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi 11 aprel 2019-cu il tarixli məktubu ilə Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya şöbəsinə bildirmişdir ki, “12 mart 2019-cu il tarixli 3056/17 saylı sorğulara baxılmışdır. Bununla əlaqədar olaraq qeyd olunur ki, müvafiq əmlak kompleksinin (kompleksin yerləşdiyi torpaq sahəsi istifadə hüququna əsasən qeydiyyatdan keçmişdir və hazırda kompleksin istifadəsindədir) 99,93 %-i X6, 0,07%-i isə X7 adlarına 24 iyun 2014-cü il tarixdə ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir”. Göründüyü kimi, DƏDRX Bakı Apellyasiya Məhkəməsinin 24 dekabr 2013-cü il tarixli 2(103)- 6869/2013 saylı icra sənədi üzrə tələbi kobud şəkildə pozmuşdur. 21 yanvar 2020-ci il tarixdə hazırkı iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət edib X15 və X7 ünvan 4 ünvanda yerləşən əmlak kompleksinin üzərində mülkiyyət, həmçinin 17.861,9 m2 torpaq sahəsinin istifadə hüquqları ilə bağlı dövlət reyestrində aparılmış qeydlərin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra o, DƏDRX-in 7 fevral 2020-ci il tarixli məktubunu almışdır. Həmin məktubda bildirilir ki, müvafiq əmlak kompleksi və torpaq sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın mübahisələndirilməsi «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 2.3-cü və 2.4-cü maddələrinə əsasən, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. DƏDRX tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 24 dekabr 2013cü il tarixli 2(103)-6869/2013 saylı icra vərəqəsinin icrası təmin edilmədiyinə görə, onun hüquqları və qanunla qorunan mənafeləri pozulmuşdur. 13 mart 2020-ci il tarixdə iddiaçı "mülkiyyət və istifadə hüquqlarının qeydə alınmasının qanunsuz hesab edilməsi və həmin qeydlərin ləğv edilməsi öhdəliyinin cavabdeh DƏDRX-ə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 16 mart 2020-ci il tarixli 2(004)-2560/2020 saylı qərardadı ilə qərara alınmışdır ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin, habelə izah olunsun ki, iddiaçı həmin iddia ərizəsi ilə müvafiq inzibati məhkəməyə müraciət edə bilər. İddiaçı rayon Məhkəməsinin 16 mart 2020-ci il tarixli qərardadının surətini 25 mart 2020-ci il tarixində əldə etmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-901/2021 saylı inzibati iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarına əsasən iddia tələbi qismən təmin edilmiş, DƏDRX ünvan 6 ünvanında yerləşən əmlak kompleksi və torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması ilə bağlı hərəkətləri qanunsuz sayılaraq, İddiaçı həmin qeydiyyatın ləğv edilməsi barədə müraciətinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla baxılması öhdəliyinin cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan İddiaçı xx.xx.2021-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-901/2021 saylı xx.xx.2021-ci il tarixli qərarının qismən ləğv edilməsi və iddia tələbinin təmin olunmadığı hissədə təmini haqqında qərar çıxarılmasını xahiş etmişdir. İş üzrə üçüncü şəxslər X17, X15 xx.xx.2021-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-901/2021 saylı xx.xx.2021-ci il tarixli qərarının qismən ləğv edilməsi və iddia tələbinin tamamilə rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. Eyni zamanda cavabdeh xx.xx.2021-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-901/2021 saylı xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin mümkün sayılmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1390/2021 saylı xx.xx.2021-ci il tarixli qərarına əsasən iddiaçının, cavabdehin və üçüncü şəxslərin apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 901/2021 saylı xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi və işin məhkəmə icraatının davam etdirilməsi, işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-85/2023 saylı 09 mart 2023-cü il tarixli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. 28 aprel 2023-cü il tarixdə X30 məhkəməyə vəsatət təqdim edərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-85/2023 saylı 09 mart 2023-cü il tarixli qərarının ləğv olunmasını, iş üzrə icraatın təzələnməsini və onun üçüncü şəxs qismində işdə iştirak etmək üçün cəlb edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-85/2023 saylı 25 may 2023-cü il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-85/2023 saylı 09 mart 2022-ci il tarixli qərarının ləğv edilməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-85/2023 saylı iş üzrə icraatın təzələnməsi və X14 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlbetmə qaydasında cəlb edilməsi qərara alınmışdır. Bundan sonra Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2293/2022 saylı 10 avqust 2023cü il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi 1 ünvanında yerləşən əmlak kompleksi və 17.861,9 kv.m. olan torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınmasının qanunsuz hesab edilməsi və həmin qeydlərin ləğv edilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan 3-cü şəxslər "xxxx" ASC, X17, X15 və X36 tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. 3-cü şəxslər tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamentinin 31 mart 2003-cü il tarixli 92 saylı sərəncamına əsasən "Xəzərədənizneftsosialtikinti" trestinin və onun struktur bölmələrinin bazasında yaradılmışdır. Cəmiyyətin nizamnamə kapitalı 251 496 000 manat (indiki 502 992 manat) müəyyən edilmiş, nizamnamə kapitalına uyğun olaraq hər birinin nominal dəyəri 10 000 manat (hazırkı məzənnə ilə 2 manat) olmaqla 251 496 ədəd (iki yüz əlli bir min dörd yüz doxsan altı) sənədsiz adlı səhm buraxılmışdır. Həmin səhmlərdən 37 745 ədədi (otuz yeddi min yeddi yüz qırx beş) X8 (25 ədəd) və X9 37 720 ədəd məxsus olmuşdur. Göstərilən şəxslər 12 aprel 2009-cu ildə Səhmdar Cəmiyyətinə ərizə ilə müraciət edərək onlara məxsus səhmlərin müqabilində Səhmdar Cəmiyyətin Maştağa sahəsində yerləşən əmlakının və ərazidən istifadə hüququnun onlara verilməsi və bu məsələnin ümumi yığıncağı gündəliyinə daxil edilərək müvafiq qərar qəbul edilməsini xahiş etmişlər. Səhmdar Cəmiyyətin Nizamnaməsinin 11-ci bəndinə uyğun olaraq təklif olunan məsələ Səhmdar Cəmiyyətin 22 may 2009-cu ildə keçirilmiş ümumi yığıcağında müzakirə edilmiş və onun müvafiq qaydalara uyğun olaraq baxılması məqsədilə komissiya yaradılmışdır. Komissiya tərəfindən Maştağa sahəsindəki əmlakın inventarizasiyası aparılmış, lazımi sənədlər tərtib edilmişdir. Məsələ "xxxx" ASC-nin səhmdarlarının 06 avqust 2010-cu il tarixli ümumi yığıncağının (iştirak faizi 88,96 %) gündəliyinə daxil edilmiş və səsverməyə çıxarılmış və lehinə-216402 s/s, əleyhinə -7322 s/s, bitirəf -0, olmaqla göstərilən əmlakın (ərazinin) həmin şəxslərə ayrılması barədə qərar qəbul edilmişdir. İş üzrə İddiaçı həmin iclasda iştirak etmiş və həmin qərarın lehinə səs vermişdir. Bundan sonra 10 yanvar 2011-ci ildə təhviltəslim aktı tərtib olunmuş, Səhmdar Cəmiyyətin Maştağa sahəsində yerləşən əmlakının və ərazidən istifadə hüququnun X8 və X9 verilməsi Səhmdar Cəmiyyətə aid olan hissədə başa çatmış və dəyişiklik nizanamədə və digər sənədlərdə rəsmiləşdirilmişdir. 22 avqust 2010-cu ildə XALQ qəzetində "xxxx" ASC-yə məxsus səhmlərin bir qisminin dəyərinin əmlakla ödənilməsi ilə bağlı səhmdar cəmiyyətin nizamnamə kapitalının 75,49 min manat azaldılması barədə elan verilmişdir. 04/041-525 saylı, 28 sentyabr 2010-cu il tarixli qərarı ilə "xxxx" ASC-nin 37745 adi adlı sənədsiz səhmlərinin dövriyyədən çıxarılması rəsmiləşdirilmişdir. Milli Depozit Mərkəzi tərəfindən "xxxx" ASC-nin 37745 adi adlı sənədsiz qiymətli kağızlarının ləğv edilməsinə dair 04 noyabr 2010-cu il tarixli AKT tərtib edilmişdir. Göstərilənlərlə əlaqədar "xxxx" ASC-nin Nizamnaməsində xx.xx.2010-cu ildə müvafiq dəyişiklik edilmişdir. İddiaçı 2013-cü ildə cavabdeh "xxxx" ASC-yə qarşı "əmlak və torpaq sahəsinin adi adlı sənədsiz səhmdəki paylara uyğun olaraq ayrılması haqqında səhmdarların ümumi yığıncağının 06 avqust 2010-cu il tarixli qərarının etibarsız hesab edilməsi, dəymiş maddi ziyana görə 15753 manat pul tələbinə dair" iddia ərizəsi ilə Xətai rayon Məhkəməsinə daha sonra isə apellyasiya instansiyasına və kassasiya instansiyasına müraciət etmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-1932/2013 saylı, 12 avqust 2013-cü il tarixli qətnaməsi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5873/2013 saylı, 27 noyabr 2013cü il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1320/2014 saylı 18 aprel 2014-cü il tarixli qərarı ilə iddia tamamilə əsassız olduğu üçün təmin edilməmişdir. Bütün məhkəmə instansiyaları əmlak və torpaq sahəsinin adi adlı sənədsiz səhmdəki paylara uyğun olaraq ayrılması prosesinin qanunauyğun keçirildiyini və bu prosesin həyata keçirilməsi nəticəsində İddiaçıǝ heç bir ziyan dəymədiyini qət etmişlər. Belə olan halda X6 və X7 adına çıxarışın verilməsi iddiaçının (həmçinin 3-cü şəxsin) heç bir hüququnu pozmur və həmin şəxsin bu proseslə əlaqədar məhkəməyə müraciət etməyə heç bir subyektiv hüququ yoxdur. İş üzrə məhkəmə icraatı başa çatdıqdan sonra tələb olunan hüquqmüəyyənedici sənədlər (protokoldan çıxarış, sərəncam, istismara icazə aktı) müvafiq orqana təqdim edimiş və həmin sənədlər əsasında həmin əmlak kompleksinin üzərində 24 aprel 2014-cü il tarixdə X7 (0,07 %) və X6 (99,93 %) mülkiyyət hüququ tanınaraq, RX ******* seriyalı dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Bakı İnzibati Məhkəməsi tərəfindən əvvəlcə iddianın təmin olunmaması barədə 9 mart 2023-cü il tarixli qərar qəbul edilmiş, lakin sonradan həmin qərar həmin məhkəmə tǝrəfindən ləğv edilərək icraat təzələnmişdir. Sadalananlardan da görünür ki, Bakı İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş 2-1(112)-85/2023 saylı xx.xx.2023-cü il tarixli qərar tamamilə əsassızdır və ona görə də ləğv edilməlidir. Məhkəmənin iddianın təmin olunması üçün gətirdiyi yeganə əsas reyestrdə müvafiq əmlak kompleksi ilə bağlı üçüncü şəxslər X7 və X6 hüquqları bunun üçün qanunvericiliklə, yəni "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 8-ci maddəsində nəzərdə tutulan əsaslardan hər hansı biri olmadan qeydiyyata alınmasıdır. Həmin əmlak kompleksinin X9 və X8 ayrılması prosesinə "xxxx" ASC-nin səhmdarlarının 06 avqust 2010-cu il tarixli ümumi yığıncağında başlanılmış və 24 aprel 2014-cü il tarixdə çıxarışın verilməsi ilə başa çatmışdır. Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1320/2014 saylı 18 aprel 2014-cü il tarixli qərarı ilə iddia tamamilə əsassız olduğu üçün təmin edilməmişdir. İddiaçı isə məhkəməyə 2021-ci ilin oktyabr ayında müraciət etmişdir. 29 iyun 2012-ci il tarixli 407-İVQD nömrəli Qanunun 8-ci maddəsi yeni redaksiyada verilmişdir. Tərəflər arasında hüquqi münasibətlərin yarandığı vaxt qüvvədə olmuş əvvəlki redaksiyanın 8.0.6-ci bəndinə əsasən qanunvericilikdə nəzərdə tutulan digər əsaslar da dövlət qeydiyyatı üçün əsas hesab olunur. Sənədlərdən də göründüyü kimi, əmlakın ayrılması avqust 2010-cu ildə baş vermişdir. Apellyasiya şikayətinə etirazın dəlilləri Apellyasiya şikayətinə etiraz onunla əsaslandırılmışdır ki, üçüncü şəxslər Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin hərəkətlərinə hüquqi qiymət verərək belə nəticəyə gəliblər ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı maddi və prosessual hüququn normalarının kobud, qəsdən pozuntusu ilə qəbul edilmişdir. Amma üçüncü şəxslər apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən hansı maddi və prosessual normaların kobud və qəsdən pozulduğu göstərilmir. Üçüncü şəxslərin istinad etdiyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli Qərarının hazırkı hüquqi mübahisənin mahiyyəti ilə heç bir əlaqəsi yoxdur. Çünki həmin qərarda bildirilir ki, Şəki Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın inzibati akt və yaxud mülki-hüquqi akt olması məsələsinə aydınlıq gətirilməsini xahiş etmişdir. Bundan əlavə, üçüncü şəxslər “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1-ci və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2011-ci il tarixli Qərarına istinad etsələr də, Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı şərhləri əks etdirməyiblər: “Avropa Məhkəməsinin qənaətinə görə, səhmlər Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin məqsədləri üçün “mülkiyyət” hesab olunur. Səhm təsdiqləyir ki, onun sahibi müəssisənin nizamnamə kapitalındakı payının mülkiyyətçisi olaraq müvafiq hüquqlara malikdir. Bu yalnız aktivlər üzərində dolayı nəzarət hüququ deyil, həmçinin səsvermə və müəssisənin fəaliyyətinə təsir göstərmək hüququdur. Göründüyü kimi, səhmdar üzvü olduğu cəmiyyətin işlərinin idarə olunmasında müəyyən hüquqlara malikdir. Bu hüquqlar Mülki Məcəllənin 106-1-ci maddəsində konkretləşdirilmişdir. Həmçinin Mülki Məcəllənin 1077.1 maddəsinin məzmunu da bunu ifadə edir. Belə ki, səhm digər hüquqlarla yanaşı cəmiyyətin ləğvindən sonra qalan əmlakın bir hissəsinə səhmdarın hüququnu təsdiqləyir”. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəllənin bir sıra müddəalarını nəzərə alaraq aşağıdakı nəticələrə gəlmişdir: “işə baxılan zaman iddiaçının və üçüncü şəxslərin səhmdarları olduqları, daşınmaz əmlakı səhmdarlar V.Rzayeva və K.Yadigarovun adlarına dövlət qeydiyyatına alınmış, "xxxx" ASC-nin ləğv prosesində olması müəyyən edilməmişdir. Qeyd edilmiş qanun normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən mübahisəli əmlak kompleksi və torpaq üzərində V.Rzayeva və K.Yadigarovun müəyyən sənədləri ilə yaranması təsdiq edilmiş hüquqlarının dövlət qeydiyyatına alınması qanunsuz hesab edilməlidir. Belə ki, reyestrdə müvafiq əmlak kompleksi ilə bağlı üçüncü şəxslərin hüquqları bunun üçün qanunvericiliklə, yəni “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsində nəzərdə tutulan əsaslardan hər hansı biri olmadan qeydiyyata alınmışdırlar”. Nəzərinizə çatdırmaq istəyirəm ki, xx.xx.2014cü il tarixində X15 və X17 ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə müraciət edərkən 25 mart 2003-cü il tarixli texniki pasport, Milli Depozit Mərkəzi QSC ilə "xxxx" ASC arasında imzalanmış xx.xx.2010-cu il tarixli ləğvetmə Aktı və Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin xx.xx.2010-cu il tarixli Arayışı təqdim etmişdilər. Belə ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən 25 mart 2003-cü il tarixində tərtib olunmuş texniki pasportdan görünür ki, ünvan 5 ünvanında yerləşən əmlak kompleksinin balans saxlayıcısı (mülkiyyətçisi) Dövlət Neft Şirkəti, “Xəzərdənizneftsosialtikinti” Tresti, 2 saylı Tikinti Quraşdırma İdarəsidir (əlavə olunur). Bundan əlavə iş materiallarında olan DƏDRX Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2014-cü və xx.xx.2015-ci il tarixli məktublarından məlum olur ki, həmin tarixlərdə ünvan 5 ünvanında yerləşən əmlak kompleksi və istifadədə olan 1.761,9 kv.m torpaq sahəsi dövlət reyestrində qeydiyyata alınmayıb (əlavə olunur). Beləliklə, sözügedən əmlak kompleksi "xxxx" ASC-nin balansında olmadığından, "xxxx" ASC-nin adına texniki pasportu olmayıb. Ona görə də "xxxx" ASC sözügedən əmlak kompleksi ilə bağlı V.Rzayeva və K.Yadigarovla hər hansı müqavilə və ya təhvil-təslim aktı imzalamaq (təsdiqləmək) hüququna malik deyildi. Bu səbəbdən də "xxxx" ASC-nin qeyd olunan əmlak kompleksinin və torpaq sahəsinin üzərində sərəncam verilməsinə dair notariat qaydasında təsdiq edilmiş müqavilə, habelə həmin daşınmaz əmlaka münasibətdə notarius tərəfindən tərtib edilmiş və ya təsdiq edilmiş hər hansı sənəd olmamışdır. Digər tərəfdən, xx.xx.2010-cu il tarixli arayışa əsasən, V.Rzayeva və K.Yadigarov DƏDRX Bakı Ərazi İdarəsinə müraciət etdikdə, onlar artıq "xxxx" ASC-nin səhmdarları olmayıblar. Belə olan halda V.Rzayeva və K.Yadigarov hansı əsasla DƏDRX Bakı Ərazi İdarəsinə müraciət ediblər? Azərbaycan Respublikası Mülki Məcəlləsinin 99.1-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin iştirakçıları onlara mənsub səhmləri digər səhmdarların razılığı olmadan özgəninkiləşdirə bildikdə, o, açıq səhmdar cəmiyyəti sayılır. Bu cür səhmdar cəmiyyəti buraxdığı səhmlərə açıq abunə yazılışını və onların sərbəst satışını həyata keçirə bilər. Göründüyü kimi, səhmdarın cəmiyyətin tərkibindən ayrılması ona aid olan mülkiyyətin və ya onun pul ekvivalentinin verilməsi ilə yox, yalnız ona məxsus olan səhmlərin özgəninkiləşdirilməsi ilə mümkündür. Tərəflərin izahatları Üçüncü şəxs X36 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək bildirmişdir ki, X17 və X6 adına reyestrdə aparılmış qeydlərin ləğv olunacağı təqdirdə qeyd sahibləri tərəfindən daşınmaz əmlaka çəkilmiş xərclər müəssisədən tələb oluna və bununla bağlı onun səhmdar kimi hüquqları pozula bilər. Odur ki, üçüncü şəxs X36, digər üçüncü şəxs X6 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçı və onun vəkili Vəkil2 üçüncü şəxslərin verdikləri apellyasiya şikayətini qəbul etməyərək onun təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaq 3-cü şəxs X30, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclası barədə məlumatlandırılsalar da, prosesdə iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə həmin şəxslərin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə 3-cü şəxs Hafiz Babalının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi Hüseyn Allahverdiyev apellyasiya şikayətlərinin təmin edilib-edilməmə məsələsini məhkəmənin mülahizəsinə büraxdığını bildirmişdir. Apellyasiya baxışı zamanı İddiaçı “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, DƏDRX-nin xx.xx.2014-cü il tarixli ******* nömrəli çıxarış əsasında X6 və X7 ünvan 5 ünvanda yerləşən əmlak kompleksinin üzərində mülkiyyət, həmçinin 17861,9 kv.m. torpaq sahəsinin istifadə hüquqlarının qeydə alınmasının qanunsuz hesab edilməsi, həmin qeydlərin ləğv edilməsi öhdəliyinin cavabdeh qurumun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin ərizənin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etdiyi üçün (sadəcə dəqiqləşmə ərizəsi daha detallı verilmişdir) məhkəmə kollegiyası həmin ərizəni protokol qaydasında icraata qəbul etsə də, iddia tələbində əsaslı dəyişiklik aparılmadığı üçün onun icraata qəbulu ilə bağlı ayrıca akt şəklində qərardad qəbul edilməsinə lüzum görməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı isə qeyd olunur ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Qeyd olunan normalar prosessual qanunvericiliyin iddianın verilməsi ilə bağlı müəyyən etdiyi tələblər baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Hazırki işdə iddiaçı DƏDRX-nin xx.xx.2014-cü il tarixli ******* nömrəli çıxarışı əsasında X6 və X7 ünvan 5 ünvanda yerləşən əmlak kompleksinin üzərində mülkiyyət, həmçinin 17861,9 kv.m. torpaq sahəsinə istifadə hüquqlarının qeydə alınmasının qanunsuz hesab edilməsi, həmin qeydlərin ləğv edilməsini tələb edir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddianı təmin edərək, cavabdeh tərəfindən mübahisəli əmlak kompleksi və torpaq üzərində V.Rzayeva və K.Yadigarovun hüquqlarının dövlət qeydiyyatına alınmasını qanunsuz hesab etmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İş materiallarında olan Milli Depozit Mərkəzinin xx.xx.2007-ci il tarixinə olan məlumatına əsasən emitent "xxxx" ASC-nin nizamnamə kapitalı 502992,0 manatdır, qiymətli kagızların ümumi miqdarı 251 496 ədəd, qiymətli kagızın (səhmin- sənədsiz adı səhm formasında) – 2 manatdır. Depo hesabından çıxarışa əsasən İddiaçı 560 ədəd qiymətli kagızın sahibidir. İşdə olan "xxxx" ASC-nin ümumi yığıncağının 06 avqust 2010-cu il tarixli protokolqərarından çıxarışdan görünür ki, həmin təşkilatın Maştağa qəsəbəsində yerləşən və komissiyanın arayışında göstərilmiş ümumi məbləği 75490,0 manat olan əmlak və onun yerləşdiyi Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi 1 saylı ünvanda yerləşən 17861,9 kv.m. torpaq sahəsi (istifadə məqsədilə sərəncamına verilməklə) səhmdarlar K.Yadigarovun 25 adi adlı sənədsiz səhminin və V.Rzayevanın adi adlı sənədsiz səhminin payı olaraq onlara ayrılması qərara alınmışdır. Bundan sonra 10 yanvar 2011-ci il tarixli təhvil aktı ilə Cəmiyyətin müvafiq dəyərdə olan materiallarının, azqiymətli və tezköhnələn əşyalarının, həmin əmlakın Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsində yerləşən, ümumi sahəsi 17861,9 kv.m. olan ərazisinin təhviltəslimi həyata keçirilmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-2427/2014 saylı 1 avqust 2014- cü il tarixli qərardadına əsasən iddiaçılar X14, X11 və İddiaçı cavabdehlər X9, X13, X29, X8, X32, X1, X21 və "Xətai Tikinti Mexanizasiya” ASC-yə qarşı müvafiq bölünmə balansının hazırlanıb "Xətai Tikinti Mexanizasiya” ASC-nin qanunvericiliklə müəyyən edilmiş müddətdə səhmdarlarının ümumi yığıncağının təsdiqinə verilməsi öhdəliyinin qoyulması və zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə 2(008)-2427/2014 saylı mülki işin X19 və X3 hüquqi varisi işə cəlb olunana qədər dayandırılması qərara alınmışdır. Sonradan Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-2/21 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçılar X14, X11 və İddiaçı cavabdehlər X9, X13, X29, X8, X32, X1, X21 və "Xətai Tikinti Mexanizasiya” ASC-yə qarşı müvafiq bölünmə balansının hazırlanıb "Xətai Tikinti Mexanizasiya” ASC-nin qanunvericiliklə müəyyən edilmiş müddətdə səhmdarlarının ümumi yığıncağının təsdiqinə verilməsi öhdəliyinin qoyulması və zərərin ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədən iddiaçıların verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3607/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təmin olunmamış və Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)- 2/21 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Eyni zamanda həmin iddia üzrə verilmiş iddianı təminetmə tədbiri ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6869/2013 saylı 24 dekabr 2013-cü il tarixli qərardadından görünür ki, İddiaçı şikayəti təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1 noyabr 2013-cü il tarixli 2(008)- 7839/2013 saylı qərardadının "cəmiyyətə məxsus Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi 1 ünvanında yerləşən əmlak kompleksi, həmçinin istifadəsində olan 1.781,9 kv.m torpaq sahəsinin satılmasına qadağan qoyulmasına dair ərizənin təmin edilməməsi” hissəsində ləğv edilməsi və Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, 1 ünvanda yerləşən əmlak kompleksinin və istifadədə olan 1.781,9 kv.m torpaq sahəsinin satılmasına qadağa qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6869/2013 saylı 29 may 2014-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 24 dekabr 2013-cü il tarixli qərardadında yol verilmiş texniki səhvin düzəldilməsi, texniki səhvlə yazılmış qərardadın "müəyyən etdi” və "qərara aldı” hissələrində "1.781,9 kv,m torpaq sahəsi” sözlərinin "17.861,9 kv.m torpaq sahəsi” sözləri ilə əvəz edilməsi qərara alınmışdır. Nərimanov rayon İcra şöbəsinin xx.xx.2014-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6869/2013 saylı icra vərəqəsinə əsasən iş üzrə icraaata başlanılması qərara alınmışdır. Nərimanov rayon İcra şöbəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanladığı xx.xx.2014-cü il tarixli bildirişinə əsasən icra vərəqəsində qeyd olunan “1.781,9 kv.m torpaq sahəsinin satılmasına qadağa qoyulması” barədə tələbin 10 gün müddətində icra edilməsi üçün bildiriş göndərilmişdir. Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin icra məmurunun "İcra sənədinin məhkəməyə qaytarılması haqqında” 03 aprel 2015-ci il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6869/2013 saylı 24 dekabr 2013-cü il tarixli icra sənədi xx.xx.2015-ci il tarixdə icra olunduğundan həmin məhkəməyə qaytarılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış 11 aprel 2019-cu il tarixli məktubuna əsasən bildirilmişdir ki, 12 mart 2019-cu il tarixli 3056/17 saylı sorğulara baxılmışdır. Bununla əlaqədar olaraq qeyd olunur ki, ünvan 5 ünvanında yerləşən əmlak kompleksinin (kompleksin yerləşdiyi torpaq sahəsi istifadə hüququna əsasən qeydiyyatdan keçmişdir və hazırda kompleksin istifadəsindədir) 99,93%-i X6, 0,07%-i isə X7 adlarına 24 iyun 2014-cü il tarixdə ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin İddiaçı ünvanlanmış 27 fevral 2020-ci il tarixli məktubunda bildirilmişdir ki, 21 yanvar 2020-ci il tarixli müraciətinizə baxılmışdır, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli xx.xx.2014-cü il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışına əsasən Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi 1 ünvanında yerləşən ümumi sahəsi 5251,7 kv.m olan əmlak kompleksi xüsusi mülkiyyət hüququ üzrə X6 (99,93 %) və X7 (0,07 %) adına qeydiyyatdan keçmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən ********** qeydiyyat nömrəli xx.xx.2014-cü il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsi üçün əsas olmuş sənədlər təqdim edilmişdir: 1.Xətai Tikinti Mexanizasiya” ASC-nin yaradılması haqqında 92 saylı xx.xx.2003-cü il tarixli sərəncamı;
2. "xxxx" ASC-nin ümumi yığıncağının xx.xx.2010-cu il tarixli protokolu;
3. Qiymətli Kagızlar üzrə Dövlət Komitəsinin arayışı, X5 və X7 DƏRDX-nin Bakı Ərazi İdarəsinə ərizəsi; 4.Əmlak kompleksi kimi müəssisənin texniki pasportunun surətləri. İddiaçı səhmdarı olduğu "xxxx" ASC-nin əmlakının müəyyən hissəsinin üzərində cəmiyyətin digər səhmdarları Vədiyyə Rzayeva və Kamran Yadigarovun mülkiyyət və istifadə hüquqlarının dövlət qeydiyyatına alınması nəticəsində cəmiyyətin nizamnamə kapitalının azalmasına və bu halın səhmdar kimi onun hüquqlarını pozmasına istinad edərək, Bakı şəhəri, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi 1 ünvanında yerləşən əmlak kompleksi və 17861,9 kv.m. olan torpaq sahəsi üzərində hüquqların qeydiyyatını mübahisələndirir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı hazırda mübahisələndirdiyi- 3-cü şəxslər Vədiyyə Rzayevanın və Kamran Yadigarovun adına daşınmaz əmlakın dövlət reyestrindəki qeydlərin aparılması üçün əsas olan "xxxx" ASC-nin ümumi yığıncağının xx.xx.2010-cu il tarixli protokolunu bundan öncə mübahisələndirmiş, yəni bu barədə iddiaçının "xxxx" Açıq Səhdar Cəmiyyətinə qarşı mülki iddiası olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1932/2013 saylı 12 avqust 2013-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əmlak və torpaq sahəsinin adi adlı sənədsiz səhmdəki paylara uyğun olaraq ayrılması haqqında səhmdarların ümumi yığıncağının 06 avqust 2010-cu il tarixli qərarının etibarsız hesab edilməsi, dəymiş maddi ziyana görə 15.753 manat pul tələbinə dair” iddiası təmin edilməmişdir. İddiaçı həmin qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. Lakin Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5873/2013 saylı 27 noyabr 2013-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 avqust 2013-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qətnamədən də narazı qalan iddiaçının kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1320/2014 saylı xx.xx.2014-cü il tarixli qərarı ilə İddiaçı və vəkili Heydərov Nemət Əliş oğlunun kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5873/2013 saylı 27 noyabr 2013-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1320/2014 saylı xx.xx.2014-cü il tarixli qərarında göstərilmişdi ki, “....həm qanunvericilikdə, həm də cavabdeh təşkilatın nizamnaməsində cəmiyyətdən çıxan iştirakçıya, həmin iştirakçının nizamnamə kapitalındakı payına uyğun olaraq əmlak hissəsinin ödənilməsinə yol verilməməsi, eyni zamanda əmlakın naturada verilməsi ilə əvəz edilə bilməməsi ilə bağlı heç bir məhdudiyyət, qadağa yoxdur. Digər tərəfdən həm qanunvericilikdə, həm də cavabdeh təşkilatın nizamnaməsində göstərilir ki, əgər nizamnamədə nəzərdə tutulmuşdursa, səhmlərin bir hissəsinin satın alınması və ödənilməsi yolu ilə səhmdar cəmiyyətin nizamnamə kapitalının azaldılmasına yol verilir... cavabdeh təşkilatın səhmdarlarının ümumi yığıncağının mübahisələndirilən qərarına əsasən səhmlərin nominal dəyərinin azaldılması yolu ilə və ya səhmlərin bir hissəsinin satın alınıb onların ümumi miqdarının azaldılması yolu ilə nizamnamə kapitalının azaldılması zamanı qanunvericiliyin və cavabdeh təşkilatın nizamnaməsinin tələbləri pozulmamışdır... Məhkəmə kollegiyası kassatorun kassasiya şikayətində cavabdeh təşkilatın xx.xx.2009-cu il tarixli iclasının keçirilməsindən səhmdarların çoxunun xəbərsiz olması barədə göstərdiyi dəlili əsassız hesab edir. Belə ki, işdə olan sənədlərlə müəyyən olunur ki, bu barədə “Xalq” qəzetində elan verilmiş və cavabdeh təşkilatın səhmdarlarına bildirişlər göndərilmişdir, İddiaçı özü həmin ümumi yığıncağın iclasında qoyulmuş məsələlər üzrə səsvermədə iştirak etmişdir.....” Beləliklə, iş üzrə müəyyən olunur ki, iddiaçının mübahisələndirdiyi- 3-cü şəxslər Vədiyyə Rzayevanın və Kamran Yadigarovun adına daşınmaz əmlakın dövlət reyestrindəki qeydlərin aparılması üçün əsas "xxxx" ASC-nin ümumi yığıncağının xx.xx.2010-cu il tarixli protokolu olmuşdur. Həmin protokolun etibarsız hesab edilməsi ilə bağlı iddiaçının vaxtilə qaldırdığı iddia məhkəmələr tərəfindən təmin olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdə onun məcburilik və preyudisiayallıq xüsusiyyətləri yaranır. Məhkəmə aktlarının preyudisiallığı daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli Qərarındakı hüquqi mövqeyinə görə, preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. İddiaçının hazırki işdə mübahisələndirdiyi- 3-cü şəxslər Vədiyyə Rzayevanın və Kamran Yadigarovun adına daşınmaz əmlakın dövlət reyestrindəki qeydlərin aparılması üçün əsas olan "xxxx" ASC-nin ümumi yığıncağının xx.xx.2010-cu il tarixli protokolu vaxtilə iddiaçı tərəfindən mübahisələndirilsə də, onun etibarsız hesab edilməsi ilə bağlı iddiasının məhkəmələr tərəfindən təmin olunmadığını və bu barədə qanuni qüvvəsini almış məhkəmə qərarlarının mövcud olduğunu nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının Bakı şəhəri, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi 1 ünvanında yerləşən əmlak kompleksi və 17861,9 kv.m olan torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınmasını mübahisələndirmək üçün subyektiv hüququ yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Qeyd olunan halları işə birinci instansiya qaydasında baxmış məhkəmə araşdırmadan, iddianın mümkünlük şərtlərinin ödənilib-ödənilmədiyini yoxlamadan verilmiş tələbə inzibati məhkəmə icraatı qaydasında mahiyyəti üzrə baxmaqda haqlı olmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırılmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Hazırki işdə yuxarıda da qeyd olunduğu kimi, iddiaçının mövcud iddianı qaldırması üçün subyektiv hüququ olmadığından məhkəmə kollegiyası hesab edir ki, 3-cü şəxslər "xxxx" ASC, X17, X15 və X36 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-85/2023 saylı 10 avqust 2023-cü il tarixli qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ: 3-cü şəxslər "xxxx" ASC, X17, X15 və X36 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-85/2023 saylı 10 avqust 2023-cü il tarixli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Rəşid Səmədov Elvin Əliyev