Məhkəmə qərarları › İş №2-1(103)-789/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-789/2025

28.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-789/2025 28.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “Bakı şəhər X1 Rayonlararası Bölməsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə (Açar sözlər: qərarın ləğv edilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məmmədli Aytac Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə, cavabdehin nümayəndələri X3 və X4 iştirakları ilə, İddiaçı “Bakı şəhər X1 Rayonlararası Bölməsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 06 sentyabr 2024-cü il tarixli, 2-1(112)-8662/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı “Bakı şəhər X1 Rayonlararası Bölməsi” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2024-cü il tarixli, **********369400 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Baki şəhəri X1 rayonlararası bölməsi” MMC-yə Baki şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-ci il tarixli **********369400 saylı qərarı əsasında 2024-cü ilin ƏDV bəyannaməsi kameral yoxlanılaraq 19687,14 manat əlavə vergi məbləği hesablanmışdır. Belə ki, qərara əsasən EBDV seriyalı 719344 saylı, EBDV seriyalı 326991 saylı, EBDV seriyalı 177285 saylı, EBDU seriyalı 431158 saylı, EBDU seriyal 689031 saylı, EBDT seriyalı 463083 sailı, EBDT seriyalı 213200 saylı, EBDR seriyalı 919274 saylı, EBDQ seriyalı 924009 saylı, EBDQ seriyalı 115255 saylı və EBDP seriyalı 963727 saylı elekton qaimə-faktura əsasında aparılmış ƏDV əvəzləşdirilməsi ləğv edilərək ƏDV məbləği hesablanmışdır. ƏDV məbləğinin hesablanmasına əsas olaraq qərarda qeyd edilmişdir ki, əvəzləşmə üçün təqdim edilmiş elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşməyə əsas vermir. Qeyd olunan qərarlar əsassız olduğu üçün aşağıdakı səbəblərə görə ləğv olunmalıdır. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********369400 saylı qərarında qeyd olunan elektron qaimə-fakturalarinın heç biri üzrə uyğunsuzluq qeyd olunan 2024-ci ilin yanvar ayının ƏDV bəyannaməsində əvəzləşdirmə aparılmamışdır. 2024-ci ilin yanvar ayı üzrə ƏDV bəyannaməsində MT2401 seriyalı 00103711 saylı, MT2401 seriyalı 00017859 saylı, MT2401 seriyalı 00017860 saylı elektron qaimə-fakturalar üzrə 6.61 manat ƏDV məbləği əvəzləşdirilmişdir. Qeyd olunan qaimələrin heç biri DVX -nin xx.xx.2024-ci il qərarına əsasən riskli vergi ödəyicisi siyahısına salınan "xxxx" MMC tərəfindən göndərilməyib. Vergi Məcəlləsində riskli vergi ödəyicisi anlayışını özündə əks etdirən 13.2.82-ci maddəsi və xx.xx.2020-ci il tarixli 265 saylı “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin Qərarı qüvvədə olduğu üçün “Bakı şəhəri X1 rayonlararası bölməsi” MMC tərəfdaş vergi ödəyicilərinin riskli ödəyici olmasını araşdırır, əməliyyat baş verən tarixə “onlayn kargüzarlıq” vasitəsi ilə araşdırmanın nəticəsi üzrə ekran görüntüsü saxlanılır və nəticə müsbət olduqda əməliyyatların aparılması davam etdirilir. Eyni ilə tərəfindən ödəniş aparılarkən yenə də riskli ödəyici siyahısına baxılaraq ödənişlər həyata keçirilir. Bu məqsədlə "xxxx" MMC-nin riskli ödəyici olması araşdırılmış və riskli ödəyicilərin siyahısında həmin müəssisənin adı olmadığı üçün mal alınmış və malın dəyəri ödənilmişdir. Bundan başqa "xxxx" MMC-nin riskli ödəyici olması barədə DVX-nin xx.xx.2024-ci il tarixli **********415700 saylı qərar qəbul edilmişdir ki, yalnız bu qərar qəbul edildikdən sonra vergi ödəyicilərinin, habelə onların apardıqları əməliyyatlar riskli hesab edilərək və Vergi Məcəlləsinin 175.11-ci maddəsi tətbiq edilə bilər. Hətta DVX-nın qeyd etdiyi tarixlərdə elektron qaimə-faktura əsasında mallar təqdim edilən zaman "xxxx" MMC riskli ödəyici olmamış ki, faktın özü də təqdim edilmiş malın əmtəəsiz əməliyyat olmadığını sübut etmiş olur. Mövcud qanunvericiliyə əsasən istənilən vergi ödəyicisi öz tərəfdaşının adının riskli vergi ödəyicilərinin siyahısında olması barədə “İnternet Vergi İdarəsi” vasitəsi ilə yoxlamaq imkanından başqa hər hansı hüquq və ya vəzifələri təsbit olunmamışdır. İnternet Vergi İdarəsindən əldə edilmiş və iddia ərizəsinə əlavə olunmuş məlumatdan da göründüyü kimi "xxxx" MMC barəsində vergi orqanı tərəfindən vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə **********415700 qərarı xx.xx.2024-cü il tarixində qəbul olunmuşdur. Şikayət olunan qərar Vergi Məcəlləsinin 84-cü maddəsinə əsasən tərtib edilir. Həmin maddənin tələbinə görə verginin hesablanmasına əsas olmuş hallar qərarda əksini tapmalıdır (maddə 84.0.8.). Bundan başqa “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir (maddə 61.2.). İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır (maddə 61.3.). Lakin vergi orqanı tərəfindən qəbul olunan və hazırda mübahisələndirilən qərarda yuxarıda qeyd olunan maddi hüquq normasına əməl edilmədiyi üçün iddiaçı tərəfindən hansı qanun pozuntusuna yol verildiyi məlum deyil. “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsində qeyd olunmuşdur ki: Aşağıdakı inzibati aktlar etibarsız sayılır: qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Göründüyü kimi xx.xx.2024-ci il tarixli **********369400 saylı qərarı etibarsız sayılaraq ləğv olunmalıdır. İddia ərizəsinə əlavə olunmuş xx.xx.2024-ci il tarixli **********369400 saylı qərardan da görünür ki, hər hansı qanuna və digər normativ hüquqi aktlara istinad olunmamışdır. Vergi Məcəlləsinin 175.11ci maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Lakin iddiaçı tərəfindan aparılan əməliyyatların əmtəəsiz olmasını sübut edən hər hansı fakt mövcud deyil. İddiaçı dövlət müəssisəsi olduğundan və sifarişçilərin də dövlət müəssisə və təşkilatları olduğu nəzərə alınsa hər hansı bir əmtəəsiz əməliyyat ehtimalının olması qeyri-mümkündür. Mal göndərənin riskli vergi ödəyicisi olması onunla aparılan əməliyyat üzrə ƏDV əvəzləşməsinin ləğv edilməsini qanunvericilik nəzərdə tutmur. Digər məqam isə odur ki, mal göndərən riskli vergi ödəyicisi olmasa belə əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər ƏDV əvəzləşdirilməsinə əsas vermir.

3. İddiaçı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı "Bakı şəhəri X1 Rayonlararası Bölməsi" MMC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli **********948500 nömrəli, xx.xx.2024-cü il tarixli **********720700 nömrəli və xx.xx.2024-cü il tarixli **********462200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” Qərarının mübahisələndirilməsinə dair tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və hazırda həmin iş icraatdadır. Cavabdeh xx.xx.2024-cü il tarixli **********462200 nömrəli qərarla əlavə olaraq 2835,60 manat vergi məbləği hesablamışdır. Tərəfindən xx.xx.2024-cü il tarixdə təqdim edilmiş 2023-cü il dəqiqləşdirilmiş X2 221.1-ci sətrində (Əmək haqqı və ona bərabər tutulan ödəmələr) uyğunsuzluğla əlaqədar izahat və təsdiqedici sənədlərin təqdim edilməsi tələb olunmuşdur. xx.xx.2024-cü il tarixli **********015000 saylı uyğunsuzluq məktubuna cavab olaraq xx.xx.2024-cü il tarixli **********816100 saylı məktubla həmin uyğunsuzluq 221.1-ci sətri (Əmək haqqı və ona bərabər tutulan ödəmələr) üzrə izahat və təsdiqedici sənədlər təqdim edilmişdir. Tərəfindən xx.xx.2024- cü il tarixdə təqdim edilmiş 2023-cü il dəqiqləşdirilmiş X2 221.1-ci sətrində (Əmək haqqı və ona bərabər tutulan ödəmələr) cəmi 298736,14 manat əks edilmişdir. Həmin sətirdə göstərilmiş cəmi 298736,14 manat məbləğdən 284558,14 manat məbləği həmin hesabat ili üzrə hesablanmış əmək haqqı təşkil etmişdir, uyğunsuzluğa səbəb olan fərq 14178,00 manat məbləği isə əvvəlki dövrlərdə (keçmiş illərdə məs. 1989-cu il və s.) işdə işləyən zaman xəsarət almış və onlara təyin edilmiş əmək xəsarətinə görə ödəniş haqqı təşkil etmişdir. Həmin şəxlərin heç biri hal-hazırda müəssisədə işləmir. Qeyd olunanlara baxmayaraq cavabdeh əsassız olaraq tərəfindən təqdim olunmuş xərc sənədlərini nəzərə almadan 2835,60 manat əlavə vergi məbləği hesablamışdır. Qeyd olunanları nəzərə alaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********948500 nömrəli və xx.xx.2024-cü il tarixli **********720700 nömrəli, xx.xx.2024-cü il tarixli **********462200 “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” Qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

4. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2024-cü il tarixli, **********369400 saylı və xx.xx.2024-cü il tarixli, **********720700 saylı qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsi" kimi dəyişdirilmişdir.

5. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi "İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********948500 nömrəli və xx.xx.2024-cü il tarixli **********720700 nömrəli “Vergilərin,sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsi" kimi dəyişdirilmişdir.

6. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi "İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********948500 nömrəli, xx.xx.2024-cü il tarixli **********720700 nömrəli və xx.xx.2024-cü il tarixli **********016400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsi" kimi dəyişdirilmişdir.

7. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********948500 nömrəli və xx.xx.2024- cü il tarixli **********720700 nömrəli, xx.xx.2024-cü il tarixli **********462200 nömrəli “Vergilərin,sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” Qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir.

8. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, uçot-baza məlumatlarına əsasən Cəmiyyətin xx.xx.2010-cu il tarixdə vergi ödəyicisi kimi dövlət qeydiyyatına, xx.xx.2010-cu il tarixdə könüllü olaraq ƏDV məqsədləri üçün qeydiyyata alındığı, əsas fəaliyyət növünün “Sanitar, dərman və oxşar xidmətlər”dan ibarət olduğu, vergi orqanında qeydiyyatda olan təsərrüfat subyektinin (obyektinin) olmadığı müəyyən edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vergi orqanı tərəfindən aşkar edilmiş əmtəəsiz əməliyyat aparılması faktına əsasən vergi orqanının müvafiq qərarı ilə riskli hesab edilən e-qaimə fakturaların əlavə edilmiş siyahıda göstərilən dövrlər üzrə ƏDV bəyannamələrində əvəzləşdirildiyi və həmin dövrlərdən sonrakı dövr ƏDV bəyannamələrinin 324-cü (“Əvəzləşdirilən əməliyyatların azaldılmasına görə ƏDV-nin bərpa edilən məbləği”) sətrində bu növ e-qaimə fakturalar üzrə əvəzləşməsi bərpa edilən ƏDV məbləği nəzərə alınmaqla, 40 179,24 manat ƏDV məbləğinin büdcəyə bərpa edilmədiyi müəyyən edilmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2024-cü-ci il tarixdə 2024-cü ilin yanvar ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsində 2023-cü ilin dekabr ayı üçün ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş EBDV seriyalı 719344 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 2092,5 manat ƏDV məbləğinin, EBDV seriyalı 326991 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə- faktura üzr. 2722,5 manat ƏDV məbləğinin, EBDV seriyalı 177285 nömrəli elektron qaimə- faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 759,6 manat ƏDV məbləğinin, EBDU seriyalı 431158 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 1118,7 manat ƏDV məbləğinin, EBDU seriyalı 689031 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 3182,94 manat ƏDV məbləğinin, 2023-cü ilin noyabr ayı üçün ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş EBDT seriyalı 463083 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 2600,1 manat ƏDV məbləğinin, EBDT seriyalı 213200 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 712,8 manat ƏDV məbləğinin, EBDR seriyalı 919274 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 1251,9 manat ƏDV məbləğinin, 2023-cü ilin oktyabr ayı üçün ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş EBDQ seriyalı 924009 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 1439,1 manat ƏDV məbləğinin, EBDQ seriyalı 115255 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 1903,5 manat ƏDV məbləğinin EBDP seriyalı 963727 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 1903,5 manat ƏDV məbləğinin və yuxarıda sadalanan elektron qaiməfakturalar üzrə ƏDV məbləğlərinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0,0 manat göstərilməsi nəticəsində ümumilikdə 19 687,14 manat (ƏDV məbləği) kənarlaşma yaranmışdır. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********807600 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, məktubda qeyd olunan müddətdə kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş vergi bəyannaməsinin vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2024-cü ilin yanvar ayı üçün ƏDV bəyannaməsi üzrə 19 687,14 manat vergi məbləği (əldə etdiyi riskli qaimə fakturalara görə əvəzləşmə ləğv edilmişdir) hesablanmış və bu barədə xx.xx.2024-cü il tarixli **********369400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2024-cü-ci il tarixdə 2024-cü ilin yanvar ayı üçün riskli vergi ödəyicilərindən əldə edilmiş elektron qaimə fakturalara görə kameral vergi yoxlaması ilə bəyannamənin 324-cü - Əvəzləşdirilən əməliyyatların azaldılmasına görə ƏDV-nin bərpa edilən məbləği sətri üzrə hesablanmış 19 687,14 manat vergi məbləği azaldılmaqla dəqiqləşdirilmiş bəyannamə təqdim edilmişdir. Kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********516300 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, məktubda qeyd olunan müddətdə kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş vergi bəyannaməsinin vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Lakin vergi ödəyicisi tərəfindən kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2024-cü ilin yanvar ayı üçün ƏDV bəyannaməsi üzrə 19 687,14 manat vergi məbləği (əldə etdiyi riskli qaimə fakturalara görə əvəzləşmə ləğv edilmişdir) hesablanmış və bu barədə xx.xx.2024-cü il tarixli **********948500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2024-cü-ci il tarixdə 2024-cü ilin mart ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsində xx.xx.2024-cü il tarixli **********157800 nömrəli uyğunsuzluq məktubunda qeyd olunmuş ümumilikdə 24 392,70 manat ƏDV məbləğində riskli vergi ödəyicilərindən əldə edilmiş elektron qaimə-fakturaların 2023-cü ilin müxtəlif dövr ƏDV bəyannamələrində əvəzləşdirildiyi və cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0,0 manat göstərilməsi nəticəsində ümumilikdə 24 392,70 manat (ƏDV məbləği) kənarlaşma yaranmışdır. Kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********157800 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, məktubda qeyd olunan müddətdə kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş vergi bəyannaməsinin vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Lakin vergi ödəyicisi tərəfindən kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2024-cü ilin mart ayı üçün ƏDV bəyannaməsi üzrə 24 392,70 manat vergi məbləği (əldə etdiyi riskli qaimə fakturalara görə əvəzləşmə ləğv edilmişdir) hesablanmış və bu barədə xx.xx.2024-cü il tarixli **********720700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Vergi Məcəlləsinin: 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək, habelə Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.3-cü maddəsinə əsasən, kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. 94.0.2-ci maddəsinə əsasən vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmçinin cavabdeh iddiaya dair yazılı etiraza əlavə ilə məhkəməyə müraciət etmişdir.

9. Bakı İnzibati Məhkəməsinin 06 sentyabr 2024-cü il tarixli, 2-1(112)-8662/2024 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli **********948500 №-li, xx.xx.2024cü il tarixli **********720700 №-li və xx.xx.2024-cü il tarixli **********462200 №-li “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” qərarları ləğv edilmişdir.

10. Qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

11. Apellyasiya şikayəti yazılı etiraza uyğun əsaslandırılmışdır.

MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

12. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri H.Qəniyev və E.Hacızadə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

13. Məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR

14. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********369400 saylı xx.xx.2024-cü il tarixli qərara əsasən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Bakı Şəhər X1 Rayonlararası Bölməsi” Məhdud Məsuliyyətli Cəmiyyətinə 24392,70 manat əlavə vergi (və ya sığorta haqqı məbləği) hesablanmışdır.

15. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********720700 saylı xx.xx.2024-cü il tarixli qərara əsasən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Bakı Şəhər X1 Rayonlararası Bölməsi” Məhdud Məsuliyyətli Cəmiyyətinə 19687,14 manat əlavə vergi (və ya sığorta haqqı məbləği) hesablanmışdır.

16. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********948500 saylı xx.xx.2024-cü il tarixli qərara əsasən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Bakı Şəhər X1 Rayonlararası Bölməsi” Məhdud Məsuliyyətli Cəmiyyətinə 19687,14 manat əlavə vergi (və ya sığorta haqqı məbləği) hesablanmışdır.

17. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********016400 saylı xx.xx.2024-cü il tarixli qərara əsasən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Bakı Şəhər X1 Rayonlararası Bölməsi” Məhdud Məsuliyyətli Cəmiyyətinə 49857,60 manat əlavə vergi (və ya sığorta haqqı məbləği) hesablanmışdır.

18. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********462200 saylı xx.xx.2024-cü il tarixli qərara əsasən (Mənfəət vergisi, hesabat dövrü 2023) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Bakı Şəhər X1 Rayonlararası Bölməsi” Məhdud Məsuliyyətli Cəmiyyətinə təqdim edilmiş bəyənnamə hesabat üzrə iddiaçı tərəfindən hesablanmış mənfəət vergisi məbləği kimi 69302,58 manat qeyd edilmiş və 2835,60 manat (cəmi 72138,18 manat) əlavə vergi (və ya sığorta haqqı məbləği) hesablanmışdır. Qərarda qeyd edilmişdir ki, X2 hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər hissəsinin 221.1-ci (Əmək haqqı və ona bərabər tutulan ödəmələr) sətrindəki 298736.14 manat məbləğ, Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələrinin (hesabatları) təqvim ili üzrə (4 rübün cəmi) 902-ci (Gəlirlər, cəmi) sətirlərinin "Rüb üzrə cəmi" sütunlarındakı 284558,14 manat məbləğindən böyük olduğuna görə kənarlaşma aşkar edilmişdir.

19. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Bakı Şəhər X1 Rayonlararası Bölməsi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin balansına köçürmənin aparılması haqqında **********162735 saylı xx.xx.2024-cü il tarixli, **********162589 saylı xx.xx.2024cü il tarixli, **********172981 saylı xx.xx.2024-cü il tarixli, **********183994 saylı xx.xx.2024cü il tarixli, **********194471 saylı xx.xx.2024-cü il tarixli, **********207663 saylı xx.xx.2024cü il tarixli, **********222237 saylı xx.xx.2024-cü il tarixli, **********232211 saylı xx.xx.2024cü il tarixli, **********246811 saylı xx.xx.2024-cü il tarixli, **********254987 saylı xx.xx.2024cü il tarixli, **********269906 xx.xx.2024-cü il tarixli, **********283659 saylı xx.xx.2024-cü il tarixli, **********291407 saylı xx.xx.2024-cü il tarixli bildirişlər məhkəməyə təqdim edilmişdir.

20. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Bakı Şəhər X1 Rayonlararası Bölməsi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansına köçürmənin aparılması haqqında **********902273 saylı xx.xx.2023-cü il tarixli, **********916583 saylı xx.xx.2023-cü il tarixli, **********993918 saylı xx.xx.2023-cü il tarixli, **********114282 saylı xx.xx.2023-cü il tarixli, **********235275 saylı xx.xx.2023-cü il tarixli, **********261601 saylı xx.xx.2023-cü il tarixli, **********344944 saylı xx.xx.2023-cü il tarixli, **********364632 saylı xx.xx.2023-cü il tarixli, **********410772 saylı xx.xx.2023-cü il tarixli, **********425575 saylı xx.xx.2023-cü il tarixli, **********467394 saylı xx.xx.2023-cü il tarixli bildirişlər məhkəməyə təqdim edilmişdir.

21. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Operativ Vergi Nəzarəti İdarəsinin Monitorinq və X7 tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli arayışa əsasən xx.xx.2023-cü il tarixli **********250100 nömrəli məktubun icrası ilə əlaqədar “JERTMONEKS GROUP" MMC-nin (VÖEN: **********) aktiv obyektləri olmadığından və baza məlumatlarına əsasən əlaqə saxlamaq mümkün olmadığından müşahidənin aparılması mümkün olmamışdır. Hüquqi ünvana (A21133, ünvan 1lmiş və yaşayış evi olduğu müəyyən olunmuşdur.

22. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Operativ Vergi Nəzarəti İdarəsinin Monitorinq və X7 tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli arayışa əsasən xx.xx.2024-cü il tarixli **********238100 nömrəli məktubun icrası ilə əlaqədar “MTSİSTEM" MMC-nin (VÖEN: **********) baza məlumatlarına əsasən vergi orqanında qeydiyyatda olan aktiv təsərrüfat subyektinin olmadığı və Cəmiyyətin rəhbəri E.T.Məmmədov ilə telefon əlaqəsi saxlamaq mümkün olmadığından Cəmiyyətin hüquqi ünvanı (ünvan 2mışdır. Müşahidə zamanı həmin ünvanın yaşayış binası olduğu müəyyən edilmişdir.

23. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********506900 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti riskli vergi ödəyicisi hesab edilmişdir.

24. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********427000 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti riskli vergi ödəyicisi hesab edilmişdir.

25. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********807700 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti riskli vergi ödəyicisi hesab edilmişdir.

26. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********415700 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti riskli vergi ödəyicisi hesab edilmişdir.

27. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********345900 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti riskli vergi ödəyicisi hesab edilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

28. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

29. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

30. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddianın növü mübahisələndirmə haqqında iddiadır. İddia mümkündür. Mübahisələndirilən aktlar iddiaçıya münasibətdə hüquqi nəticə yaradır. Qərarın qanunamüvafiq şəkildə təsdiq edilmiş formada iddiaçıya təqdim edilməsi vaxtı müəyyən edilmir. İddia mümkündür.

31. Azərbaycan Respublikasının Vergi Məcəlləsindən: Maddə 3.5. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Maddə 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 13.2.81. əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir; Maddə 16. Vergi ödəyicisinin vəzifələri 16.1.6. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan kağız və elektron daşıyıcılarda olan məlumatları və sənədləri (orta və iri sahibkarlıq subyektləri eləcə də maliyyə hesabatlarını), habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarında olan məlumatlara və uçot bazalarına birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək; 16.1.7. qanunvericiliklə müəyyən edilmiş müddətdə uçotu sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək; Maddə 37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. 37.6. Kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. Maddə 83.7. Vergi orqanlarında vergi ödəyicisinin vergini ödəməkdən yayınmaq niyyətində olduğunu təsdiq edən əsaslandırılmış konkret məlumat varsa və verginin tutulmasının təmin edilməsi zəruridirsə, habelə vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ vardır. Vergi orqanı bu barədə əsaslandırılmış qərar çıxarmalıdır.

32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”ndan: Bənd 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur:

1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə;

2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).

33. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunundan: Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

34. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.82-ci maddəyə əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir.

35. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli **********948500 №-li və xx.xx.2024-cü il tarixli **********720700 №-li “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə”qərarlar onun sonradan riskli vergi ödəyiciləri siyahısına daxil edilmiş müəssisələr ilə edilən əməliyyatlarının yekunu olaraq ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilən elektron qaimə-fakturaların qəbul edilməməsi nəticəsində çıxarılmışdır. Halbuki, əməliyyatları aparılan zaman həmin müəssisələr riskli vergi ödəyicisi siyahısında olmamış və iddiaçı bu barədə məlumatlı olmamışdır. İş materiallarında olan sənədlər ilə müəyyən edilir ki, iddiaçının əməliyyatları həyata keçirdiyi müəssisələr iddiaçının əməliyyatlarını apardığı tarixlərdən sonra riskli vergi ödəyiciləri siyahısına daxil edilmişlər. Odur ki, cavabdeh vergi orqanının iddiaçının təqdim etdiyi əvəzləşmələri qəbul etməməsi əsassız olmuşdur.

36. Cavabdeh inzibati orqan tərəfindən xx.xx.2024-cü il tarixli **********462200 №-li “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” qərarın qəbul edilməsinin əsası sonradan riskli vergi ödəyiciləri siyahısına daxil edilmiş müəssisələr ilə edilən əməliyyatlarının yekunu olaraq iddiaçı tərəfindən təqdim edilmiş electron qaiməfakturalar üzrə aparılan əməliyyatlar riskli hesab edildiyindən kənarlaşma kimi qiymətləndirilməsidir. İddiaçı ilə həmin müəssisələr arasındakı müqavilə münasibətləri üzrə riskli hesab edilmiş əməliyyatların sonuncunun riskli vergi ödəyicisi hesab olunduğu tarixdən əvvəlki dövrə aid olması işin mübahisəndirilməyən halıdır. İddianın növünə görə sübutetmə yükü daşıyan inzibati orqan sözügedən əməliyyatların əmtəəsiz hesab edilməsinin əsaslandırılması ilə bağlı hər hansı sübut təqdim etməmişdir.

37. Nəzərə alınmalıdır ki, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir.

38. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, vergi orqanı tərəfindən mübahisələndirilən qərarlar qəbul edilərkən vergi qanunvericiliyinin tələbləri pozulmuş, inzibati icraatın prinsiplərinə riayət edilməmiş, nəticədə inzibati icraat haqqında qanunvericilik normalarının və maddi hüquq normalarının ciddi şəkildə pozulması ilə müşayiət olunan əlverişsiz inzibati aktlar qəbul edilmişdir.

39. Məhkəmə qeyd edilənlərə əsasən, hesab edir ki, iddianın növünə görə sübutetmə yükü daşıyan inzibati orqan sözügedən əməliyyatların əmtəəsiz və ya riskli hesab edilməsinin əsaslandırılması ilə bağlı hər hansı sübut təqdim etməmişdir.

40. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

41. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

42. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz.

43. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

44. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 06 sentyabr 2024-cü il tarixli, 2-1(112)-8662/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar