Məhkəmə qərarları › İş №2-1(103)-79/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-79/2021

03.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-79/2021 03.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Nuriyeva Afaq Bayram qızı, Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibаrət tərkibdə, məhkəmə iclasının katibi X4 iştirakı ilə, İddiaçı oğlunun, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X7 üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-415/2020 saylı qərarından cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şifahi məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-415/2020 saylı qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək peysiya hüququnun yarandığı xx.xx.2013-cü il tarixindən, 57 yaşdan əmək peysiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır (hakim N.Abıyev). Həmin qərardan cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdeh DSMF-nun X7 İdarəsi - cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X7 üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının xx xxxxxxxx 1992-ci il tarixli Qanunun tələblərinə uyğun olaraq 52 yaşına çatdığı xx xxxxxx 2008-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin hesablanaraq, birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona 57 yaşı tamam olan tarixdən, yəni xx.xx.2013-cü ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X7 İdarəsinə həvalə edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1956-cı il tarixdə doğulub. xx xxxxx 1978-ci il ildə qaz balonlarının təmiri üzrə çilingər vəzifəsində əmək fəaliyyətinə başlayb. Həmin vəzifədə xx xxxxxx 1979-cu il tarixinədək işləyib. xx xxxxxx 1979-cu il tarixindən Bakı Məişət Kondisionerləri zavodunda qaz avadanlıqları üzrə 1 çilingər vəzifəsində əmək fəaliyyətini davam etdirməklə, xx xxxx 1990-ci il tarixinədək əmək fəaliyyəti göstərib. xx xxxxx 1990-cı il tarixindən Bakmil təşkilatına 5-ci dərəcəli təmir üzrə çilingər vəzifəsinə qəbul olunub və həmin vəzifədə xx xxxxxx 1997-ci ilədək işləyib. xx xxxxxx 1997-ci il tarixindən “Bakıelektrik Şəbəkə” İstehsalat Birliyindən transformatorların təmiri üzrə çilingər vəzifəsinə qəbul olunub. Hal-hazıradək həmin vəzifədə fəaliyyət göstərir. xx xxxxxxx 1998-ci il tarixində onun ümumiiş stajı 20 il 05 ay 25 gün təşkil etmiş, həmin stajın 10 ilini “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası xx xxxxxxxx 1992-ci il tarixli Qanununun 13-ci maddəsinin “a” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tələblərinə cavab verən iş stajı toplanmış,bu səbəbdən də 52 yaşına çatdığı xx xxxxxx 2008-ci il tarixdən güzəştli şərtlərləyaşa görə əmək pensiyası almaq hüququnu qazanmışdır. Onun 63 yaşında yaşa görə əmək pensiyasının verilməsindən ümumiyyətlə imtina edilmişdir. İş üzrə birinci instansiya məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatı: Cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, çıxışında göstərmişdir ki, iddiaçı tələb edilən 12 il 6 ay güzəştli iş stajına malik deyil. İddiaçının işləmiş olduğu peşələr müvafiq siyahılardakı vəzifələrə uyğun gəlmir. Bundan əlavə, iddiaçı tərəfindən güzəştli iş stajını təsdiq edən arayış da məhkəməyə təqdim edilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 2.4.1-ci bəndinə görə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı olmalıdır. Həmin Qaydaların 3.2-ci bəndinə görə 2006-cı ilin yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının hansı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilməli olması sadalanmış və həmin sənədlərə əmək kitabçası ilə yanaşı sosial sığorta stajının güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər də daxil edilmişdir.İddiaçının güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işlərdə işləməsi barədə arayış iş materiallarına əlavə edilməmişdir. İş materiallarında olan sənədlərə əsasən isə iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olmasını müəyyən etmək mümkün deyil. Qeyd olunanlara əsasən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı oğlu apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası sədrlik edən məruzəçi hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apellyasiya şikayətininin dəlillərini araşdıraraq, apellyasiya şikayətinin təmin edilməsi nəticəsinə gəlir. İş materiallarında olan iddiaçıya məxsus AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1956- cı ildə Şəmkir rayonu, Morul kəndində doğulmuşdur. İT-İseriyalı ******* nömrəli xx.xx.1978-ci il tarixli Əmək kitabçasında qeyd olunmuş məlumatlara əsasən İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək “Qlavqaz” Maye qazın istehsalı və həyata keçirilməsi üzrə İstehsalat Birliyi Bakı QNS qaz balonlarının təmiri üzrə 4-cü dərəcə li çilingər vəzifəsində, xx.xx.1979-cu il tarixdən xx.xx.1990-ci il tarixədək “Bakı Məişət Kondisionerləri” zavodunda Qaz məişət sexinə qaz avadanlıqlarının təmiri və istismarı üzrə müxtəlif dərəcəli çilingər, xx.xx.1990-cı il tarixdən xx.xx.1997-ci il tarixədək “Bakmil” müəssisəsində 5-6-cı dərəcəli təmirçi çilingər vəzifəsinə, xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək “xxxx” İstehsalat Birliyində transformatorların təmiri üzrə elektrik çilingər vəzifəsində, xx.xx.2002-ci il tarixdən “xxxx” MMC-nin YGSİİ-nin Səbail şəbəkə rayonunda çilingər vəsifəsində çalışmış, xx.xx.2004-cü ildə transformatorların təmiri İdarəsinə elektrik çilingəri, xx.xx.2006-cı ildə “xxxx” ASC-də transformatorların təmiri xidmətinə transformatorların təmiri üzrə elektrik çilingəri vəzifəsinə keçirilmiş, əmək kitabçasında xx.xx.2020-ci ildə aparılmış qeydə əsasən halhazırda da işləyir. NZ seriyalı ******* nömrəli Hərbi Biletin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək həqiqi hərbi xidmət keçmiş və xx.xx.1976-cı ildə Kirovabad rayon HK-da qeydiyyata alınmışdır. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq “xxxx” ASC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 5-01/05/321 №li məktubda və məktuba əlavə olunmuş A-20/044 №li xx.xx.2020-ci il tarixli arayışda göstərilmişdir ki, İddiaçı 1997-ci il tarixindən hal-hazıradək zərərli əmək şəraiti sayılan Səhmdar Cəmiyyətin X1 Təmiri Xidmətində transformatorların təmiri və izolyasiya üzrə elektrik çilingəri (“xxxx” ASC-nin X1 Təmiri Xidmətində xx.xx.2006-cı il tarixindən transformatorların təmiri və izolyası üzrə elektrik çilingəri) vəzifəsində işləyir. Aylıq vəzifə maaşı 570 manat, zərərli əmək şəraitinə görə 54 manatdır. İddiaçının hazırkı tələblə cavabdeh orqana etdiyi müraciətə cavab olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X8 İdarəsi tərəfindən verilmiş xx.xx.2019- cu il tarixli **********6 imtina məktubunda bildirilmişdir ki, “xxxx” ASC-nin X1 Təmiri Xidmətində işlədiyi transformatorların təmiri üzrə elektrik çilingəri peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmamışdır. Qeyd olunanlar nəzərə alınmaqla müraciətçiyə güzəştli şərtlərləyaşa görə əmək pensiyasının təyinatının mümkün olmadığı bildirilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada) 2.1.8-ci bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarıilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 1993cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikas ıQanununun xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər xx.xx.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13-cü maddəsinin: a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarına 1 nömrəli əlavə kimi “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarına 2 nömrəli əlavə kimi “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. ““Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsi ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, 3 beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1- dək hər il altı ayartırılmışdır. Qanunun İ bölməsinin 1, 3, 7,15, 17, 21 və 23-cü maddələri x xxxxxx 1997-ci ildən, qalan maddələri isə xx xxxxxx 1998-ci ildən qüvvəyə minmişdir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, kişi cinsindən şəxsin 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay, ümumi iş stajı minimum 25 il olmalı; 3) 12 il 6 ay xüsusi və 25 il ümumi iş stajı xx.xx.2006cı il tarixədək mövcud olmalıdır. İş materiallarından görünür ki, cavabdeh orqan iddiaya dair imtina məktubunda və yazılı etirazında bildirmişdir ki, iddiaçının “xxxx” ASC-nin X1 Təmiri Xidmətində işlədiyi transformatorların təmiri üzrə elektrik çilingəri peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmamışdır. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidentin mühafizə orqanlarında xidmət müddəti də daxil edilir. Göründüyü kimi, iddiaçının hərbi xidmət dövrü də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 25 ildən artıq, yəni 28 il, 3 ay 13 gün ümumi iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Birinci instansiya məhkəməsinin qənaətinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 №li Qərarı ilə (xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş) “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda iddiaçının işlədiyi peşələr nəzərdə tutulmuşdur: kod 20800000a- 18559və 20800000a10931 ilə qeyd olunmuş müvafiq olaraq təmirçi çilingərlər; növbətçi və avadanlığın təmiri üzrə elektrik çilingərləri (çilingərlər) və kod 2140200a-19929 ilə qeyd olunmuş elektrikstansiyaların elektrik avadanlığının təmiri üzrə elektrik çilingərləri. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajının (iddiaçıya məxsus hərbi bilet və əmək kitabçasında qeyd olunmuş məlumatlar nəzərə alınmaqla), o cümlədən 12 il 6 aydan artıq, yəni 25 (iyirmi beş) il, 7 (yeddi) ay güzəştli şərtlərlə iş stajının mövcud olması (iddiaçıya məxsus əmək kitabçası, “xxxx” ASC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 01/05/321 №li məktubda və məktuba əlavə olunmuş A-20/044 №li xx.xx.2020-ci il tarixli arayışda göstərilmiş məlumatlar nəzərə alınmaqla) iş materialları ilə öz təsdiqini tapmışdır və ona görə də İddiaçı xx.xx.2013-cü il tarixədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci, 9.8-ci maddələrinə müvafiq olaraq ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, işin araşdırılmış halları ilə iddiaçının xx.xx.2006cı il tarixədək 25 ildən artıq ümumi iş stajının malik olduğu təsdiqini tapsa da, iddiaçının güzəştli şərtlərlə iş stajı mövcud deyil. Cavabdehin apelyasiya şikayətində göstərilən dəlillərini araşdırmaq məqsədilə iddiaçının “Bakı məişət kondisioneri” zavodunda, “Bakmil” Sovet-İtalyan birgə müəssisəsində, “xxxx” ATSC-də işlədiyi sahələrin və peşələrin zərərli olub-olmamasına dair arayışın təqdim edilməsi “xxxx” ASC-dən və “xxxx” ASC-dən tələb olunmuşdur. “xxxx” ASC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli, KS-6 saylı, xx.xx.2021-ci il tarixli, KS-1 saylı arayışlarda İddiaçı qaz təsərrüfatı sexində qaz avadanlıqlarının təmiri və istismarı üzrə 4-cü dərəcəli çilingər peşəsi güzəştli təqaüdə çıxmaq hüququn verilməməsi barədə bildirilmişdir. “xxxx” ASC tərəfindən məhkəmənin sorğusuna cavab verilməmişdir. İşdə olan “xxxx” ASC xx.xx.2020-ci il tarixli, A-20/044 saylı arayışda İddiaçı “xxxx” ASC-nin X1 təmiri xidmətində xx.xx.2006-cı il tarixindən transformatorların təmiri və izolyasiyası üzrə elektrik çilingəri vəzifəsində işləməsi barədə, zərərli əmək şəraitinə görə 45 manatın olduğu barədə məlumat verilmişdir. Birinci instansiya məhkəməsi qərarında istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 №li Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda 20800000a-18559 (təmirçi çilingər) və 20800000a-10931 (qatılaşdırıcıların aparatçıları) peşələr Siyahının “20800000. Vİİ. Generator qazının istehsalı və metallurgiya istehsalatları prosesində qazların alınması” bölməsinə aiddir. Məhkəmənin istinad etdiyi digər 2140200a-19929 (elektrik stansiyaların elektrik avadanlığının təmiri üzrə elektrik çilingərləri) peşəsi Siyahının “21402000. 2. Bəndin içərisində quraşdırılması və yaxud aşağı byefin minimum səviyyəsindən aşağıda yerləşdirilməsi hidroelektrik stansiyaları və maşın zallı hidroelektrik stansiyaları” bölməsinə aid olduğu müəyyən edilir. Göründüyü kimi, iddiaçının işlədiyi peşələr adı çəkilən Siyahıda nəzərdə tutulmamışdır və həmin peşələrin Siyahıda göstərilən digər peşələrlə uyğunlaşdırılması düzgün deyil. İPM-nin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Yekunda məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-415/2020 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək, iddia tələbi rədd edilməlidir. İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94, 99-cu maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-415/2020 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X7 üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi barədə iddia tələbi rədd edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar