Məhkəmə qərarları › İş №2-1(103)-79/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-79/2023

24.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-79/2023 24.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tağızadə Mirzə Nəsib oğlunun sədrliyi (məruzəçi) ilə, Əkbərov Kamran Hüseyn oğlu və X3 ibarət tərkibdə, X8 qızının katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2021-ci il tarixdən 2-ci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin qoyulması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11338/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixdən etibarən təkrarən İİ (ikinci) dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11338/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı qiymətləndirildiyi xx.xx.2021-ci il tarixdən İİ dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyumuşdur. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş edərək, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Əsasnamənin 2.2.1 -ci yarım bəndinə əsaslanılmışdır. Həmin yarımbəndə görə “2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı” ikinci dərəcə əlilliyin təyinatı üçün əsasdır. Lakin, iddiaçıya əlillik təyinatının aparılmasından imtina edilməsinə əsas olmuş xx.xx.2021-ci il tarixli 2786003AAES8 saylı göndərişdə əsas diaqnoz olaraq göstərilmiş "Sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya, .ÜİX.Stabil gərginlik stenokardiyası İİ fs.İnfarktdan sonrakı kardioskleroz.” qan dövranının birinci dərəcə çatışmazlığını yarada bilər. Hansı ki qeyd olunan “atım fraksiyası” (AF) iddiaçıda 42%-dir, birinci dərəcə qan dövranı çatışmazlığı isə 53-75% arası “atım firaksiyasf’(AF) əsasında müəyyən olunur. Həmçinin qeyd olunan digər ağırlaşmalar da əlillik təyinatının aparılması üçün tələb olunan diaqnozu deyil, qan dövranının birinci dərəcə çatışmazlığını təsdiqləyir. Həmçinin qərarda istinad olunan 2.4.1 -ci və 2.4.8-ci bəndlər də iddiaçının diaqnozu ilə eynilik təşkil etmir. Belə ki, 2.4.1. ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı, 2.4.8. beyin maddəsində və ya miokardda yad cismin olması əlillik təyinatına əsas averdiyi halda iddiaçının göndərişində nə suni ürək tənzimləyicisinin qoyulması nə də miokardda yadcisim olması qeyd olunmamışdır. Orada yalnızca “Aotokoronar şuntlu transplantatı” qoyulduğu bildirilir ki, bu yad cisim deyildir, müalicə vasitəsi kimi qoyulmuşdur. Apelyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini əsassız hesab edərək, qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - İddiaçı əlillik vəziyyətinə 26 saylı Şəhər Poliklinikasının xx.xx.2009-cu il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1 : İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => 110-115 - Qan təzyiqinin yüksək olması ilə səciyyələnən xəstəliklər => 110 - Essensial [birincili] hipertenziya; Diaqnozun mətni: Birincili esensial hipertenziya.Hipertoniya xes-yi yuksek risk.; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.3. Sürətlə inkişaf edən, tez-tez təkrarlanan angiospastik krizlərə meylliliklə keçən hipertoniya xəstəliyinin ikinci mərhələsi.” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. - 26 saylı Şəhər Poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik, X1 : İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => 110-115 - Qan təzyiqinin yüksək olması ilə səciyyələnən xəstəliklər => 110 - Essensial [birincili] hipertenziya; Diaqnozun mətni: Brincili esensesial hipertenziya.Hipert.xes-yi yuksek risk.; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.3. Sürətlə inkişaf edən, tez-tez təkrarlanan angiospastik krizlərə meylliliklə keçən hipertoniya xəstəliyinin ikinci mərhələsi.” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. - 26 saylı Şəhər Poliklinikasının xx.xx.2015-ci il tarixli 2786003AABHİ saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1 : İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => 110-115 - Qan təzyiqinin yüksək olması ilə səciyyələnən xəstəliklər => 111 - Ürəyin hipertenziv xəstəliyi [başlıca olaraq ürəyin zədələnməsi ilə gedən ...; Diaqnozun mətni: ÜİX.Hipertoniya xəstəliyi,yüksək risk,tez- tez krizlərlə.ÜÇ İİ dərəcə.Şəkərli diabet İİ tip.Diabetik polineyropatiya,retinopatiya.; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.3. Sürətlə inkişaf edən, tez-tez təkrarlanan angiospastik krizlərə meylliliklə keçən hipertoniya xəstəliyinin ikinci mərhələsi.” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. - Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1 : İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => 110-115 - Qan təzyiqinin yüksək olması ilə səciyyələnən xəstəliklər =>111- Ürəyin hipertenziv xəstəliyi [başlıca olaraq ürəyin zədələnməsi ilə gedən ...; Diaqnozun mətni: ÜİX.Hipertoniya xəstəliyi,yüksək risk,tez-tez krizlərlə.ÜÇ İİ dərəcə.Şəkərli diabet İİ tip.Diabetik polineyropatiya,retinopatiya.; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.3. Sürətlə inkişaf edən, tez-tez təkrarlanan angiospastik krizlərə meylliliklə keçən hipertoniya xəstəliyinin ikinci mərhələsi.” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. - Bakı 26 nömrəli Şəhər poliklinikası tərəfindən verilmiş forma 88 arayışına əsasən (№2786003AAES8; göndərişin tarixi: xx.xx.2021-ci il) əsas diaqnoz: İ20.1 Sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya ÜİX. Stabil gərginlik stenokardiyası İİİf/sinif; Ağırlaşmaları: İ50.0 Ürək çatmamazhğı İİ f/sinif; Z95.1 Aotokoronar şuntlu transplantatın olması. X5 sonrakı vəziyyət. G63.2 Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü 4 işarəsi ilə). Diabetik ensefalopatiya H36.0. Diabetik retinopatiya (E10-E14 ümumi dördüncü 3 işarəsi ilə), OU-Proliferativ diabetik retinopatiya VİS OD=0,01 k/etmir VİS OS=0,2 k/ilə 0,3 Yanakı xəstəliklər: E11.7 İnsulindən asılı olmayan şəkərli deabet, Çoxsaylı ağırlaşmalarla İİ tip, insulin tələbli. K81.1. Xroniki xolesistit. K86.1. Digər xroniki xəstəliklər. Xroniki pankreatit. - 26 saylı Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli 2786003AAES8 saylı göndərişi əsasında baxılmış və X1: İX sinif – qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 – Ürəyin işemik xəstəlikləri => İ20 – Stenokardiya [döş inağı] => İ 20.1 – Sənədlər əsasında təsdiqlənmiş spazm ilə gedən stenokardiya; Diaqnozun mətni: ÜİX. Stabil gərginlik stenokardiyası İİ fs. İnfarktdan sonrakı kardioskleroz. X5 sonrakı vəziyyət. QDÇ İİ fs. İnsulindən asılı olmayan şəkərli diabet; Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması – Səbəb: İxtisaslaşdırılmış stasionar müalicə davam etdirilsin səbəbi ilə imtina verilmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” AR Qanununun 3.4-cü maddəsinə əsasən, əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Həmin qanunun 4.1-ci maddəsinə əsasən əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktiarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. Həmin qanunun 4.3-cü maddəsinə əsasən, əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Həmin qanunun 6.4-cü maddəsinə əsasən əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi haqqında Əsasnamə”nin 3.1.2-ci bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifəsidir. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2015-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sistemində Tibbi-Sosial Ekspertiza və X6 (TSERAS) yaradılmışdır. Hazırki iş üzrə İddiaçı tələbi - 2021-ci ildən 2-ci dərəcə əlilliyin təyin edilməsinin təsdiq edilməsidir. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsinə dair yekun nəticəsini əsaslandırarkən əsaslı olaraq qeyd etmişdir ki, “... Forma 88 arayış (2786003AAES8) XBT 10-a əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2.1.-ci və 2.4.1-ci, 2.4.8-ci maddələrinə əsasən, ikinci dərəcə əlilliyin təyin edilməsinə (hətta 2.4.1-ci bəndinə və 2.4.8-ci bəndinə əsasən əlilliyin müddətsiz olaraq təyin edilməsinə, belə ki, iddiaçı açıq ürək əməliyyatı keçirmiş və X5 sonrakı vəziyyət diaqnozu qoyulmaqla miokardda yad cisim var (Z95.1 Aotokoronar şuntlu transplantatın olması.) tibbi göstəriş olan xəstəliklər (əsas diaqnoz (İ20.1 Sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya ÜİX. Stabil gərginlik stenokardiyası İİİf/sinif;), ağırlaşmaları (İ50.0 Ürək çatmamazhğı İİ f/sinif), eləcə də yanakı xəstəliklər İ11 Ürəyin hipertenziv xəstəliyi, hipertoniya xəstəliyi İİ dərəcə göstərilməsinə və həmin xəstəliklərlə bağlı uzun müddət ambulator və stasionar müalicədə olmasına və Forma 88 arayışına əsasən həmin xəstəliklərin diaqnozu diaqnostik müayinələrlə (obyektiv müayinə, EKQ, ExoKQ, rentgenskopiya, KT, Angioqrafiya, Audio metriya) təsdiq olunmasına baxmayaraq (müayinəyə dair sənədlər iş materiallarına əlavə edilmişdir), əlilliyin növbəti müddətə təyin olunmasından imtina iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır.” Cavabdeh apelyasiya şikayətində işin faktiki hallarını sadalamış və iddiaçının diaqnozlarının ikinci dərəcə əlilliyə uyğun gəlmədiyini iddia etmişdir. Məhkəmə kollegiyası cavabdehin dəlilini əsassız hesab edir və aşağıdakıları qeyd edir. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci və 2-ci hissələrindən göründüyü kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə’’nin təsdiq olunması haqqında” 1997-ci il 29 avqust tarixli 99 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmiş, o cümlədən “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” təsdiq edilmişdir. Əsasnamənin 2.2-ci bəndinə əsasən, ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13-İ13.2, İ20-İ25, İ30-İ31.9, İ33); 2.4. Tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda ikinci dərəcə əlillik müddətsiz təyin edilir: 2.4.1. ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09,İ11.0, İ13.0-İ13.2, İ23-İ23.8, İ24-İ24.8, İ25.3-İ25.5, İ50-İ50.9, Z95.0); 2.4.8. beyin maddəsində və ya miokardda yad cismin olması - (Z95.0-Z95.8, T82.5); Səhiyyə müəssisəsi tərəfindən təqdim edilən Forma 88 arayış №2786003AAES8 müəyyən edilir ki: -iddiaçı göndəriş verən müəssisədə xx.xx.2010-cu il tarixindən qeydiyyatdadır; -xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixləri arasında müxtəlif vaxtalarda mütəmadi olaraq xəstəliyə görə ambulator müraciətləri olmuşdur. - İ20.1 klinik diaqnoz ilə 2008-ci il tarixdən bəri mütəmadi, son bir ildə xx.xx.2020xx.xx.2020, xx.xx.2021, xx.xx.2021-ci il tarixlərdə stasionar müalicələr stasionar müalicə almışdır. -status localis qrafasına əsasən xəstə uzun illərdir ki, xəstəlikdən əziyyət çəkir, vaxtaşırı olaraq ambulator və stasionar müalicələr alır. Aparılan müalicələrə baxmayaraq, xəstənin vəziyyətində heç bir yaxşılaşma qeyd olunmayıb, vəziyyəti getdikcə daha da kəskinkəşib. 2020-ci ildə xəstənin vəziyyəti kəskinləşdiyi üçün xəstə stastionara çatdırılıb, xəstəyə KAQ icra olunub. KAQ zamanı koronar damarlarda ciddi daralmalar aşkarlandığı üçün xəstə ətraflı müayinə və müalicə üçün MKX-ya köçürülmüş və konsiliumun nəticəsində xəstəyə AKŞ təyin olunub və xx.xx.2020-də xəstəyə SDQ tətbiqi ilə AKŞx3 əməliyyatı (LİMA-LAD, (Ao-İMA) (VSG) (Ao-RCPD) (VSG)) icra olunub. Xəstə sonuncu dəfə xx.xx.2021-ci il tarixdə ETKİ-də müayinə olunub. Aparılan müalicələrə baxmayaraq hazırda da xəstənin vəziyyəti orta ağırdır. Eyni zamanda xəstə uzun illərdir şəkərli diabetdən əziyyət çəkir. Hazırda şikayətləri ümumi zəiflik, halsızlıq, ürəkdə yandırıcı, göynərdici ağrılar, ağrıların sol qola, çiyinə irradiasiyası, təngnəfəslik, ürəkdöyünmə, hava çatışmazlığı, bu şikayətlərin adi iş zamanı belə daha da kəskinləşməsi, başağlı, başgicəllənmə, A/T-in yüksək olması, ağızda quruluq, susuzluq, yanğı hissinin olması, əsəbilik, epiqastral nahiyyədə ağrı, ağıreşitmə, zəif və dumanlı görmə, yuxu pozğunluğundandır. Xəstə İİ qrup əlildir, təkrar yoxlama üçün TSEK-ə göndərilir. Göründüyü kimi, yuxarıda qeyd edilən Əsasnamənin 2.2.1.-ci və 2.4.1-ci, 2.4.8-ci maddələrinə əsasən, ikinci dərəcə əlilliyin təyin edilməsinə tibbi göstəriş olan xəstəliklər (əsas diaqnoz (İ20.1 Sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya ÜİX. Stabil gərginlik stenokardiyası İİİf/sinif;), ağırlaşmaları (İ50.0 Ürək çatmamazhğı İİ f/sinif), eləcə də yanakı xəstəliklər (İ11 Ürəyin hipertenziv xəstəliyi, hipertoniya xəstəliyi İİ dərəcə) göstərilməsinə və həmin xəstəliklərlə bağlı uzun müddət ambulator və stasionar müalicədə olmasına və Forma 88 arayışına əsasən həmin xəstəliklərin diaqnozu diaqnostik müayinələrlə (obyektiv müayinə, EKQ, ExoKQ, rentgenskopiya, KT, Angioqrafiya, Audio metriya) təsdiq olunmasına baxmayaraq, əlilliyin növbəti müddətə təyin olunmasından cavabdeh orqan tərəfindən imtina edilmişdir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əlillik vəziyyətinin dəqiq müəyyən edilməsi məqsədi ilə iki dəfə məhkəmə tibbi-ekspertizası təyin edilsə də, işin hallarından, sağlamlıq vəziyyəti ağır olduğundan iddiaçının canlı müayinəyə təqdim edilməsinin mümkün olmadığı müəyyən edilmişdir. Eyni zamanda, kollegiya hesab edir ki, İddiaçı arda-arda müayinə əsasında təyin edilmiş ikinci dərəcə əlilliyin əsaslarının 2021-ci ildə birdən-birə aradan qalxması da ağlabatan deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 29 avqust tarixli 99 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 1-ci hissəsinə əsasən Əlilliyin ağırlığından asılı olaraq birinci, ikinci və üçüncü dərəcəli əlillik təyin edilir. Orqanizmin üzv və sistemlərinin funksiyalarının davamsız, dönər morfoloji dəyişmələri və pozulmaları zamanı müalicənin və görülən reabilitasiya tədbirlərinin səmərəliliyinə, sağlamlıq vəziyyətinə və sosial uyğunlaşma vəziyyətinə nəzarət etmək məqsədilə birinci dərəcə əlillik iki il müddətinə, ikinci və üçüncü dərəcə əlillik isə bir il müddətinə təyin edilir. Birinci dərəcə əlillik fasiləsiz olaraq dörd il, ikinci dərəcə isə fasiləsiz olaraq on il təyin edildiyi hallarda əlillik növbəti müayinə müddəti göstərilmədən təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.2-ci bəndinə əsasən ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir, ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. İşin hallarından görünür ki, iddiaçıya əlillik təyin edilən tarixlərdə AR NK-nın 1997-ci il 29 avqust tarixli “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə” qüvvədə olmuşdur. Həmin əsasnamənin tələblərindən aydın olur ki, ikinci dərəcə əlillik hər dəfə bir il müddətinə təyin edilməli və fasiləsiz olaraq on il təyin edildiyi hallarda isə müddətsiz təyin edilmiş hesab edilirdi. İş materiallarına əsasən, 2009, 2010, 2011, 2012, 2013, 2014, 2015-ci il tarixlərdə 1 il müdətinə, xx.xx.2016-cı il tarixdə isə beş il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Göründüyü kimi, iddiaçıya ilkin olaraq 2009-cu ildə ikinci dərəcəli əlillik təyin edilmiş, bundan sonra hər dəfə 1 il uzadılmaqla müddəti artırılmış, 2016-cı il tarixdə isə 5 il müddətinə əlillik təyin edilməsindən sonra 2019-cu il tarixdə artıq 10-cu il üzrə iddiaçıya 2ci dərəcə əlillik təyin edilmişdir. Bu halda, müddətsiz əlillik dərəcəsi verilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati orqanın birbaşa vəzifəsi olduğu halda, orqan tərəfindən qanun normalarının kob pozuntusuna yol verilərək, iddiaçıya ikinci dərəcə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Beləliklə, cavabdeh orqan tərəfindən xx.xx.2021-ci ildə iddiaçıya təyin edilmiş ikinci dərəcəli əlilliyin yenidən təyin edilməməsinin qanunsuzluğu və əsassızlığı müəyyən edilir. Yuxarıda qeyd edilənlərə məcmu halda qiymət verən kollegiya hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə isə işin faktiki halları baxımından qanuni və əsaslıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11338/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Mirzə Tağızadə Hakimlər: Kamran Əkbərov Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar