Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-790/2025 13.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, X3 Asəf qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 63N9/2N24 saylı, xx.xx.2N24-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 54N-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müharibə veteranı adının və müvafiq vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdədir. xx.xx.2N19-cu il tarixdən hal-hazırkı vaxtdadək N №-li hərbi hissədə xidmət edir. N günlük Vətən Müharibəsi vaxtı N №-li hərbi hissədə “tədris şöbə rəisinin baş köməkçisi-baş müəllim” vəzifəsində xidmət keçmişdir. X4 Qoşunlarının tərkibində döyüş əməliyyatlarında döyüş tapşırıqlarını yerinə yetirmişdir. Ona “müharibə veteranı” adının və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi üçün xidmət keçdiyi N №-li hərbi hissə tərəfindən müvafiq siyahıya onun da adı daxil edilərək yuxarı komandanlığa – Hərbi Hava Qüvvələrinə İdarəsinə (N №-li hərbi hissəyə) göndərilmişdir. N №-li hərbi hissədən isə ona müharibə adının verilməsi üçün Müdafiə Nazirliyi Aparatı nəzdində yaradılmış komissiyaya onun adı da daxil edilmiş siyahı göndərilmişdir. Lakin həmin komissiyanın xx.xx.2N23-cü il tarixli iclas protokoluna əsasən ona “müharibə veteranı” adının və müvafiq vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədlərinin Nazirlər Kabinetinə göndərilməsindən imtina edilmişdir (əsas: Müdafiə Nazirliyinin Aparatı nəzdində yaradılmış veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın 2/2-28 №-li, xx.xx.2N24-cü il tarixli imtina məktubu). İmtina onunla əsaslandırılmışdır ki, təqdim olunmuş arayışməlumatın 7-ci və 8-ci bəndlərində olan qeydlərə və N1 sentyabr 2N2N-ci il tarixdən 1N noyabr 2N2N-ci il tarixədək xidmət etdiyi hərbi hissənin yerləşdiyi ərazilər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 216 nömrəli, 22 sentyabr 1995-ci il tarixli Qərarında göstərilən ərazi meyarlarına uyğun gəlmədiyinə görə xx.xx.2N23-cü il tarixli iclasın protokoluna əsasən komissiya tərəfindən kapitan İddiaçı “Müharibə Veteram” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilmir. Cavabdehin imtinası əsassız və qanunsuzdur. Onun adı “müharibə veteranı” adının və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün Müdafiə Nazirliyi tərəfindən Nazirlər Kabinetinə göndərilən müvafiq siyahıya daxil edilməlidir. Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı,silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamədə yazılmışdır ki, bu Əsasnamə "Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununa əsasən "Müharibə veteranı", "Silahlı Qüvvələr veteranı" və "Əmək veteranı" adlarının və müvafiq vəsiqələrin (vəsiqənin nümunəsi Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir) verilməsi qaydasını və şərtlərini tənzimləyir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədlərinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi” tələbinə dair iddia ərizəsinə baxılır. İddia ərizəsi aşağıdakı əsaslara görə təmin edilə bilməz. Müdafiə Nazirliyinin veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə Komissiyasının xx.xx.2N24-cü il tarixli 2/2- 28 nömrəli imtina məktubunda qeyd olunmuşdur ki, arayışməlumatın 7-ci və 8-ci bəndlərində olan qeydlərə və xidmət etdiyi ərazilər (Kürdəmir rayonu) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995- ci il tarixli 216 №-li Qərarında göstərilən ərazi meyarlarına uyğun gəlmədiyinə görə, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədilə, sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina olunmuşdur. Arayış-məlumatın 7-ci bəndində göstərilmişdir ki, iddiaçı X4 bölmələrinin tərkibində döyüş atışlarının həyata keçirilməsinə cəlb olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1- ci hissəsinin 1ci bəndinin 9-cu yarımbəndinə əsasən: “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2N2N-ci il sentyabrın 27-dən noyabrın 1N-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2N2N-ci il N sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “müharibə veteranı” adı verilir”. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-63N9/2N24 saylı, xx.xx.2N24-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsi verilən şəxslərin siyahısına daxil edilərək həmin siyahının razılaşdırılması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-63N9/2N24 saylı, xx.xx.2N24-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi üçün təqdim edilən X4 tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş hərbi qulluqçular barədə arayış-məlumata əsasən Hərbi hissə: N54. Soyadı, adı atasının adı: İddiaçı. Rütbəsi: kapitan. Vəzifəsi: Tədris şöbəsinin zenit-raket ixtisasları üzrə bölmənin rəisi - baş müəllim. Şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi: AA*******. Fərdi identifikasiya nömrəsi (FİN): xxxxxxx. Döyüş əməliyyatları aparılan zaman (27.N9-xx.xx.2N2N-ci il tarixlərdə) Xidmət keçdiyi hərbi hissə N54, rütbəsi: kapitan, vəzifəsi: tədris şöbə rəisinin baş köməkçisi - baş müəllim. Xidmət etdiyi hərbi hissəyə daxil olması: № N9, xx.xx.2N19. Hərbi hissənin və bölmənin döyüş əməliyyatlarına cəlb olunması və döyüş tapşırığını yerinə yetirilməsi: Müdafiə nazirinin xx.xx.2N21-ci il tarixli N62 nömrəli, Hərbi Hava Qüvvələ komandanının xx.xx.2N2N-ci il tarixli N21 nömrəli və briqada komandirinin xx.xx.2N2N-ci tarixli N72 nömrəli döyüş əmrləri. Həmin dövrdə şəxsin X4 bölmələrinin tərkibində döyü növbəsinə cəlb olunması: Briqada komandirinin xx.xx.2N2N-ci il tarixli N45 nömrəli və xx.xx.2N2N-ci il tarixli N7N nömrəli əmrləri. Həmin dövrdə şəxsin cəlb olunduğu X4 bölmələrinin tərkibində döyüş atışlarının həyata keçirilməsi işlərinə cəlb olunmayıb. İştirak etdiyi ərazilər: Kürdəmir. Briqadanın komanda məntəqəsinin əməliyyat növbətçisi qismində döyüş fəaliyyətləri zamar komanda məntəqəsinin fəaliyyətinə nəzarət etmiş, düşmənin aşkarlanan raketlərinin və hava hədəflərinin yuxarı komanda məntəqəsinə ötürülüməsində, növbətçi qüvvələrin fəaliyyətin nəzarət edilməsində, müxtəlif qoşun növlərinin hava hədəflərinin uçuşu haqqında HHM bölmələrinin məlumatlandırılması və qarşılıqlı fəaliyyət suallarının həllində bilavasitə iştira etmiş, radiotexniki batareyanın zabiti qismində döyüş fəaliyyətləri zamanı briqadanın S-12t 2TM zenitraket divizionunun əsas döyüş mövqeyinə manevr etməsində, divizionun döyü texnikalarının döyüşə hazır vəziyyətdə saxlanılmasında, bölmənin döyüş işi aparmasında bilavasitə iştirak etmişdir. Xəsarət almamışdır. Ehtiyata və ya istefaya buraxılmayıb. Döyüşlərdə iştirakına görə təltif olunmayıb. - N54 nömrəli hərbi hissə komandirinin əmrindən N5 saylı xx.xx.2N2N-ci il tarixli əmrindən çıxarışa əsasən N54 nömrəli hərbi hissənin idarə heyəti, S-125-2TM divizionu, təlim divizionu. radiolokasiya bölüyü, rabitə bölüyü, təlim bölüyü və maddi-texniki təminat taqımı Azərbaycan Respublikası ərazi bütövlüyünün təmiri edilməsi üçün döyüş əməliyyatlarına cəlb edilmişdir. Döyüş əməliyyatları zamanı döyüş tapşırıqlarının yerinə yetirilməsinin təmin edilməs məqsədilə hərtərəfli (döyüş, maddi-texniki, mənəvi-psixoloji və tibbi) təminat üzrə tədbirlər tam şəkildə həyata keçirilmişdir. Hərbi hissənin bölmələri üçün döyüş tapşırıqları aşağıdakı kimi müəyyənləşdirilmişdir: Komanda məntəqəsi - bölmələrdən əldə olunmuş kəşfiyyat məlumatlarını qəbul etmiş və döyüşü idarəetmə planşetində əks etdirmişdir. Hava düşmənini vaxtında ve radiolokasiya sahəsinin uzaq hüdudlarında aşkarlamış, bütün yüksəklik diapazonlarında fasiləsiz olaraq müşahidə etmiş, onun döyüş tərkibini, düzülüşünü, fəaliyyət istiqamətini maneələrin mövcudluğunu və xarakterini müəyyən etmiş, bölmələrin döyüş işini təmin etmək üçün döyüş məlumatlarını bölmələrin komanda və idarəetmə məntəqələrinə ötürmüşdür. Aşkarlanmış hava hədəfləri haqqında məlumatları 95N nömrəli hərbi hissənin mərkəz komanda məntəqəsinə məlumat vermişdir. Bölmələrinin effektiv və dayanıqlı idarə olunmasını qarşılıqlı fəaliyyətdə olan başqa hərbi hissələrlə fasiləsiz rabitənin saxlanılmasını təmin etmişdir. Cəlb edilən şəxsi heyət - N54 nömrəli hərbi hissənin idarə heyətinin döyüş təminat tapşırıqlarının yerinə yetirilməsinə cəlb olunan hərbi qulluqçular, N54 nömrəli hərbi hissənin təlim divizionunun şəxsi heyətidir. xx.xx.2N2N-ci il tarixdən etibarən Azərbaycan Respublikasının ərazi bütövlüyi uğrunda gedən döyüş əməliyyatları zamanı N54 nömrəli hərbi hissədə xidməti vəzifələrin yerinə yetirən hərbi qulluqçuların adlı siyahısı tərtib edilmişdir (31. Tədris şöbə rəisinin baş köməkçisi – baş müəllim, kapitan İddiaçı). - N54 nömrəli hərbi hissə komandirinin əmrindən N9 saylı xx.xx.2N19-cu il tarixli əmrindən çıxarışa əsasən kapitan İddiaçı, Müdafiə Nazirinin MüaviniHərbi X2 25 oktyabr 2N19-cu il tarixli N37 nömrəli əmri ilə N54 nömrəli hərbi hissənin tədris şöbə rəisinin baş köməkçisi - baş müəllim vəzifəsinə təyin edilmiş, Ağcabədi rayonu N nömrəli hərbi hissədən gəlmiş hesab edilmiş, N2 noyabr 2N19- cu il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilmiş, vəzifəsinin qəbuluna və icrasına başlamışdır. Vəzifə maaşı ştata əsasən təyin edilmişdir. - Azərbaycan Respublikasının Müdafiə Nazirliyi İİİ Müdafiə Nazirinin Katibliyi tərəfindən N54 nömrəli hərbi hissəyə ünvanlanmış 2/2-28 saylı xx.xx.2N24-cü il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş kapitan İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən arayış-məlumatı Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”da baxılmışdır. Təqdim olunmuş arayışməlumatın 7-ci və 8-ci bəndlərində olan qeydlərə və N sentyabr 2N2N-ci il tarixdən 1N noyabr 2N2N-ci il tarixədək xidmət etdiyi hərbi hissənin yerləşdiyi ərazilər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 nömrəli 22 sentyabr 1995-ci il tarixli Qərarında göstərilən ərazi meyarlarına uyğur gəlmədiyinə görə xx.xx.2N23-cü il tarixli iclasının protokoluna əsasən Komissiya tərəfindən kapitan İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçür razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetini göndərilməsi məqsədəuyğun hesab edilmir - xx.xx.2N2N-ci il tarixli fəxri fərmandan görünür ki, kapitan İddiaçı hücum əməliyyatları zamanı Hərbi Hava Qüvvələrinin qarşısında qoyulmuş döyüş tapşırıqlarının yerinə yetirilməsində yüksək peşəkarlıq nümayiş etdirərək fərqləndiyinə görə təltif edilmişdir. - N54 nömrəli hərbi hissənin komandiri tərəfindən təqdim edilmiş arayışa əsasən N54 nömrəli hərbi hissənin hərbi qulluqçusu İddiaçı həqiqətən xx.xx.2N2N-ci il tarixdən xx.xx.2N2N-ci il tarixədək müdafiə nazirinin xx.xx.2N21-ci il tarixli N62 nömrəli, Hərbi X2 xx.xx.2N2N-ci il tarixli N21 nömrəli və hərbi hissə komandirinin N sentyabr 2N2N-ci il tarixli N72 nömrəli əmrinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında tədris şöbə rəisinin baş köməkçisi - baş müəllim vəzifəsində briqadanın komanda məntəqəsinin əməliyyat növbətçisi qismində döyüş fəaliyyətləri zamanı komanda məntəqəsinin fəaliyyətinə nəzarət etmiş, düşmənin aşkarlanan raketlərinin və hava hədəflərinin yuxarı komanda məntəqəsinə ötürülüməsində, növbətçi qüvvələrin fəaliyyətinə nəzarət edilməsində, müxtəlif qoşun növlərinin hava hədəflərinin uçuşu haqqında HHM bölmələrinin məlumatlandırılması və qarşılıqlı fəaliyyət suallarının həllində bilavasitə iştirak etmiş, radiotexniki batareyanın zabiti qismində döyüş fəaliyyətləri zamanı briqadanın S-125- 2TM zenit-raket divizionunun əsas döyüş mövqeyinə manevr etməsində, divizionun döyüş texnikalarının döyüşə hazır vəziyyətdə saxlanılmasında, bölmənin döyüş işi aparmasında bilavasitə iştirak etmişdir. - N54 nömrəli hərbi hissə tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 821 saylı xx.xx.2N24-cü il tarixli məktub ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Müdafiə nazirliyinin Hərbi Hava Qüvvələrinin N54 nömrəli hərbi hissəsi Müdafiə Nazirinin “Müvafiq Məxfi əmri” nə əsasən döyüş əməliyyatlarında iştirak etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin 1ci hissəsinin ikinci abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə nin müddəalarına əsasən, müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2N2N-ci il sentyabrın 27-dən noyabrın 1N-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2N2N-ci il N sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqlann yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2N2N-cı ıl sentyabrın 27-dən noyabrın 1N-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasın/, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, X4, radtooloktron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnarhənip 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə — hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Bu Əsasnamənin 1-ci hissəsinin doqquzuncu-on birinci abzaslarında göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi... tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti Hə razılaşdırıldıqdan sonra verilir. Göründüyü kim 2N2N-ci il sentyabrın 27-dən noyabrın 1N-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, X4, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə xidmət keçdiyi hərbi hissənin yerləşdiyi ərazidən asılı olmayaraq müvafiq sənədlər təqdim edildiyi halda müharibə veteranı adı və vəsiqəsi verilir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin 1-ci hissəsinin ikinci abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müvafiq komissiyaların rəyinə əsasən verilir Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan imtinasında arayış-məlumatın 7ci (həmin dövrdə şəxsin cəlb olduğu X4 bölmələrinin tərkibində döyüş atışlarının həyata keçirilməsi və döyüş təminatı üzrə tapşırıqları yerinə yetirməsi: cəlb olunmayıb) və 8-ci (iştirak etdiyi ərazilər: Kürdəmir) bəndlərində olan qeydlərə istinad etsə də, iddiaçının məhz X4 bölmələrinin tərkibində döyüş təminatı üzrə tapşırıqları yerinə yetirməsini və belə olan halda onun xidmət keçdiyi hərbi hissənin yerləşdiyi ərazinin imtina üçün əsas olmadığını nəzərə almamışdır. Eyni zamanda, arayış-məlumatın 7-ci bəndində iddiaçının X4 bölmələrinin tərkibində döyüş atışlarının həyata keçirilməsi və döyüş təminatı üzrə tapşırıqları yerinə yetirməsinə cəlb olunmadığı qeyd edilsə də, həmin arayış- məlumatın 9-cu bəndində onun briqadanın komanda məntəqəsinin əməliyyat növbətçisi qismində döyüş fəaliyyətləri zamar komanda məntəqəsinin fəaliyyətinə nəzarət etməsi, düşmənin aşkarlanan raketlərinin və hava hədəflərinin yuxarı komanda məntəqəsinə ötürülüməsində, növbətçi qüvvələrin fəaliyyətin nəzarət edilməsində, müxtəlif qoşun növlərinin hava hədəflərinin uçuşu haqqında HHM bölmələrinin məlumatlandırılması və qarşılıqlı fəaliyyət suallarının həllində bilavasitə iştira etmiş, radiotexniki batareyanın zabiti qismində döyüş fəaliyyətləri zamanı briqadanın S-12t 2TM zenit-raket divizionunun əsas döyüş mövqeyinə manevr etməsində, divizionun döyü texnikalarının döyüşə hazır vəziyyətdə saxlanılmasında, bölmənin döyüş işi aparmasında bilavasitə iştirak etməsi qeyd olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-63N9/2N24 saylı, xx.xx.2N24-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 9N, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-63N9/2N24 saylı, xx.xx.2N24-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-790/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-790/2025
13.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver