Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-791/2023 26.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X7 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi-Vəkil Ziyaddin oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonunun Binəqədi Bələdiyyəsinə qarşı “cavabdehin qərarının və hüquqi nəticələrinin ləğv edilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10700/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Binəqədi Bələdiyyəsinin ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin X4 ayrılması barədə xx.xx.2005-ci il tarixli qərarının və həmin qərar əsasında onun hüquqi nəticələri olaraq Binəqədi Bələdiyyəsi tərəfindən tərtib edilmiş bütün sənədlər, o cümlədən torpaq sahəsinin situasiya planının, alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia aşağıdakılarla əsaslandırılmışdır: «...ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasını xx.xx.2008-ci ildə bağlanmış AN-İ N0121399 saylı alqı-satqı müqaviləsi əsasında X5 almış və iddiaçının həmin Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsi 68a ünvanında 0,00413 ha torpaq sahəsində yerləşən 29,9 kv.m. ümumi sahəsi, 17.6 kv.m. əsas, 12.3 kv.m. köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binasına tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq (No**********, xx.xx.2009) ******* seriyalı reyestrdən çıxarış verilmişdir. 2021-ci ildə qonşu ərazidə yerləşən qeyri-yaşayış binasının mülkiyyətçisi tərəfindən iddiaçıya məxsus olan qeyri-yaşayış binasının altında yerləşən torpaq sahəsinin boşaldılması barədə iddia qaldırılmış, həmin iş üzrə İddiaçı iddiası Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-349/2021 saylı qətnaməsi ilə təmin olunaraq X3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,10328 ha olan torpaq sahəsinin zəbt etdiyi 91,65 kv.m ölçüdə hissəsindən çıxarılması, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,10328 ha olan torpaq sahəsinin zəbt edilmiş 91.65 kv.m. hissəsi üzərində olan tikilinin İddiaçı hesabına sökülərək iddiaçıya təhvil verilməsi qət edilmişdir. Məhkəmənin həmin qətnaməsi sonrakı instansiya məhkəmələri tərəfindən qüvvədə saxlanılmış, iddiaçı, haqsız olaraq mülkiyyət hüquqlarından məhrumiyyətlə üz-üzə qalmışdır. Məhkəmə prosesləri bitdikdən sonra, iddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin X4 həqiqətən də məxsus olub-olmaması, eləcə də torpaq sahəsi S.Qələndərlinin mülkiyyətindədirsə, bu mülkiyyət hüququnun əldə edilməsi əsaslarının nədən ibarət olmasının aydınlaşdırılması məqsədilə “X8 və Ekspertiza Mərkəzi” MMC-yə ərizə ilə müraciət edərək, mütəxəssis rəyinin verilməsini xahiş etmiş, aldığı 153 saylı xx.xx.2022-ci il tarixi mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, həqiqətən də iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi X3 mülkiyyətindədir və həmin mülkiyyət hüququnun əldə edilməsi əsası hal-hazırkı iddia tələbləri üzrə cavabdeh Bakı şəhəri Binəqədi Rayonu Binəqədi Bələdiyyəsi tərəfindən verilən ilkin hüquqmüəyyənedici sənədlərdir. Belə ki, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli qərarı ilə ünvan 1 ünvanında torpaq sahəsinin X1 qərara alınmışdır. Binəqədi rayonu Binəqədi Bələdiyyəsi onun mülkiyyətinə aid olmayan, iddiaçının mülkiyyətindəki tikilinin tikintialtı torpaq sahəsini S.Qələndərlinin mülkiyyətinə boş torpaq sahəsi kimi vermişdir. Qeyri-yaşayış binasının aprel 1998-ci il tarixli texniki pasportundan görünür ki, iddiaçının mülkiyyətində olan əmlak 1992- ci ildə tikilməklə "xxxx" Kiçik Müəssisəsinə məxsus olmuş, daha sonra 2001-ci ildə X2. Sözügedən qeyri-yaşayış binası əvəllər dövlət əmlakı olmuş, X5 iddiaçıya QYM N001087 saylı xx.xx.2001 -ci il tarixli qeydiyyat vəsiqəsi əsasında bağlanmış alqı-satqı müqaviləsi ilə keçmişdir. Yəni, iddiaçıya məxsus əmlakın dövlət əmlakı kimi özəlləşdirildiyi bütün mövcud sənədlərlə təsdiqlənir. Bütün bunları nəzərə aldıqda, sözügedən ərazidə yerləşən torpaq sahələri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin mülkiyyətində deyil, dövlət mülkiyyətində olduğu, Binəqədi Bələdiyyəsinin sözügedən torpaq sahəsini S.Qələndərliyə ayırma səlahiyyəti olmadığı, torpaq sahəsinin S.Qələndərliyə qanunsuz ayrıldığı açıq-aşkardır. Binəqədi bələdiyyəsi tərəfindən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin S.Qələndərliyə satılması haqqında xx.xx.2005-ci il tarixli qərarın mövcud olduğu haqda məlumatı “X8 və Ekspertiza Mərkəzi” MMC-yə sifariş etmiş olduğu mütəxəssis rəyi vasitəsi ilə öyrənmişdir. Rəyi əldə etdikdən sonra hazırda mübahisələndirdiyi bələdiyyə qərarının mövcudluğu, eləcə də həmin qərar əsasında S.Qələndərlinin mübahisəli torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması iddiaçıya məlum olmuşdur. Həmin qərarın onun hüquqlarına toxunduğu aşkardır. Belə ki, həmin qərar üçüncü şəxs kimi mülkiyyət hüququnun itirilməsinə əsas yaratmış olur...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10700/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və buraxılmış iddia müddətinin üzrlü hesab edilərək iddianın mümkün hesab edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. İddiaçı apellyasiya şikayətini aşağıdakılarla əsaslandırmışdır: “...Qərardad qanunsuz və əsassızdır. Belə ki, cavabdeh S.Qələndərliyə torpaq sahəsinin ayrılması barədə Binəqədi Bələdiyyəsinin qərarının onun hüquqlarına toxunur. Belə ki, həmin qərar onun mülkiyət hüququnun itirilməsinə əsas yaratmış olur. Belə olan halda Bakı İnzibati Məhkəməsinin qərardadı ilə mülkiyyət hüququmun müdafiəsi ilə bağlı vermiş olduğu iddianın baxılmasını əngəlləməsi onun açıq-aşkar konstitusyon hüquqlarımın bilavasitə məhkəmə tərəfindən pozulmasıdır. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iddia müddətinin axımına dair mülki qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, mübahisələndirilən Binəqədi Bələdiyyəsinin qərarı 2005-ci ildə qəbul edilsə də, həmin dövrdə qərar barəsində xəbərdar olmamışıq. Sözügedən qərar yalnız ekspertiza rəyi nəticəsində məlum olmuşdur. Məhz xx.xx.2022-ci il tarixli adıçəkilən ekspertiza qərarı onun mülkiyyət hüquqlarını pozmuşdur. Məhkəmə qərardadda iddiaçının Binəqədi Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli qərarından və onun hüquqi nəticələrindən Binəqədi rayon Məhkəməsində baxılan icraat zamanı artıq xəbərdar olduğunu qeyd etmişdir. Bunun əsaslandırılması kimi iddiaçının apellyasiya şikayətində qeyri-yaşayış sahəsinin əvvəlki mülkiyyətçisindən müqavilə əsasında əldə edərək 2007-ci il tarixdə həmin qeyri- yaşayış sahəsinin altında yerləşən torpaq sahəsinin də Binəqədi Bələdiyyəsindən əldə edildiyi, məhkəmə qərar verərkən Binəqədi Bələdiyyəsinin üçüncü şəxs olaraq işə cəlb edilmədiyini şikayətin dəlili olaraq qeyd etdiyini əsas gətirmişdir. Hesab edir ki, məhkəmə səhvən belə bir nəticəyə gəlmişdir. Belə ki, apellyasiya şikayətində söhbət İddiaçı 2007-ci ildə Binəqədi Bələdiyyəsi tərəfindən ayrılmış torpaq sahəsindən gedir. Həmin mülki iş üzrə icraat zamanı məhkəmə araşdırmanı S.Qələndərli və qarşı tərəfə məxsus mülkiyyət sənədləri əsasında aparmışdır. Binəqədi rayonu Binəqədi Bələdiyyəsi tərəfindən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin S.Qələndərliyə satılması haqqında xx.xx.2005-ci il tarixli qərarın mövcud olduğu haqda məlumatı isə iddiaçı “X8 Ekspertiza” MMC-yə sifariş etmiş olduğu mütəxəssis rəyi vasitəsilə öyrənmişdir. Rəyi əldə etdikdə iddiaçıya mübahisələndirdiyi bələdiyyə qərarının mövcudluğu məlum olmuşdur. Bu zaman məlum olmuşdur ki, Binəqədi Bələdiyyəsi faktiki olaraq eyni torpaq sahəsini hər iki tərəfə satmışdır. Birinci instansiya məhkəməsi bu xüsusatı yalnış anlamış, mülki işin gedişatında Binəqədi Bələdiyyəsinin üçüncü şəxs kimi cəlb edilməsinə dair İddiaçı vəsatətinin olmasına, S.Qələndərliyə torpaq satılması barədə İddiaçı məlumatının olması kimi qiymət vermişdir. Məhkəmənin sözügedən qərardadı ilə iddia tələbində qeyd edilən Binəqədi Bələdiyyəsi qərarının həm qüvvədən düşmüş, həm də yeni qanunvericiliyə əsasən mübahisələndirilməsini iddiaçıya qadağan edilmişdir. Faktiki olaraq iddiaçının məhkəmə müdafiəsindən istifadə etmək hüququ birmənalı şəkildə qanunsuz olaraq məhdudlaşdırılmışdır. Məhkəmə qərardadında səhv nəticəyə gəlinərək Binəqədi Bələdiyyəsinin S.Qələndərliyə ayırmış olduğu torpaq sahəsinə dair bələdiyyə qərarı barədə iddiaçının daha əvvəl məlumatlı olduğu nəticəsinə gəlinmişdir. Halbuki, işin faktiki hallarından da göründüyü kimi torpaq sahəsinin S.Qələndərliyə satılması haqqında xx.xx.2005-ci il tarixli qərarın mövcud olduğu haqda məlumatı iddiaçı “X8 Ekspertiza” MMC-yə sifariş etmiş olduğu Mütəxəssis Rəyi vasitəsilə xx.xx.2022-ci ildə öyrənmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş cavabdeh Binəqədi Bələdiyyəsi (səlahiyyətli nümayəndəsi) məhkəməyə gəlməmiş İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməlidir. Birinci instansiya məhkəməsinin qərardadından görünür ki, məhkəmə, iddianın mümkünsüzlüyü qənaətinə gələrkən, İPM-in 32.1 və 38.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarına və MPM-in 217.2-ci maddəsinə istinadən qeyd etmişdir ki, hazırkı iş üzrə İddiaçı cavabdeh Binəqədi Bələdiyyəsinin “X4 ayrılması barədə” xx.xx.2005-ci il tarixli qərarını və onun hüquqi nəticələrinin ləğvini tələb edir. Mübahisələndirilən məsələ İnzibati Prosessual Məcəllə qüvvəyə minməzdən əvvəlki dövrə aiddir. Daha sonra, məhkəmə MPM-in 296 və 298-ci maddəlrinin tələblərini qeyd edərək göstərmişdir ki, inzibati orqanın mübahisələndirilən qərarı verilən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cur mübahisələndirmə üçün qısaldılmış iddia müddəti müəyyən etmiş və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə «məlum olan gündən» hesablanması qaydası nəzərdə tutulmuşdur. Daha sonra, məhkəmə iddia ərizəsinə əlavə olunmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-349/2021 saylı qətnaməsi ilə gəlinmiş nəticəni qeyd etmiş və sözügedən qətanmədən cavabdeh İddiaçı (hazırkı iddiaçı) verdiyi apellyasiya şikayətində, sonuncunun qeyri-yaşayış sahəsini əvvəlki mülkiyyətçisindən müqavilə əsasında əldə etdiyini və həmin qeyri-yaşayış sahəsinin altında yerləşən torpaq sahəsini də 2007-ci il tarixdə də Binəqədi Bələdiyyəsindən əldə etdiyini göstərdiyini qeyd edərək, hesab etmişdir ki, hazırkı iş üzrə İddiaçı ləğv olunmasını tələb etdiyi Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli qərarından və onun hüquqi nəticələrindən qeyd olunan işə Binəqədi rayon məhkəməsində baxılan icraat zamanı artıq xəbərdar olmuşdur və yaxud xəbərdar olmalı idi. Məhkəmə, iddiaçının digər vasitələrlə artıq mübahisələndirdiyi inzibati aktdan məlumat əldə etdiyini təkzibolunmaz şəkildə sübuta yetirildiyini qeyd edərək, hesab etmişdir ki, iddia müddətinin axımının başlanılması onun qeyd olunan akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi anlaşılan deyil. Belə ki, həmin mülki icraat qaydasında baxılan iş üzrə qeyd edilən halda, İddiaçı 2007-ci il tarixdə əldə etdiyi qeyri-yaşayış sahəsinin altında yerləşən torpaq sahəsini də Binəqədi Bələdiyyəsindən aldığını göstərdiyi halda, məhkəmə hesab etmişdir ki, hazırki icraat çərçivəsində ləğv olunmasını tələb edilən cavabdeh bələdiyyənin xx.xx.2005-ci il tarixli qərarından iddiaçının Binəqədi rayon Məhkəməsində həmin işə baxılarkən artıq xəbəri olmuşdur. Lakiin bu halda məhkəmə araşdırmamışdır ki, 2007-ci ildə hansı torpaqayırma sənədi ilə kimin adına torpaq sahəsi ayrılmış və bunun bələdiyyənin xx.xx.2005-ci il tarixli qərarı ilə maraqlı şəxsə ayrılan torpaq sahəsinə aidiyyəti nədən ibarətdir. İstinad olunan qətnamədə cavabdeh bələdiyyənin hazırda mübahisələndirilən xx.xx.2005-ci il tarixli qərarından ümumiyyətlə, söhbət belə getmir. Başqa sözlə, məhkəmə iddia müddətinin axımının başlanğıc anına anlalaşılan tərzdə qiymət verməmiş, bundan ötrü əhəmiyyət kəsb edən sənədləri yetərincə və hərtərəfli araşdırmamışdır. Digər tərəfdən, iddiaçı hazırkı apellyasiya şikayətində, onun tərəfindən buraxılmış iddia müddətinin üzrlü hesab edilməsini, başqa sözlə, həmin müddətin bərpa edilməsini və iddiasının mümkün sayılmasını məhkəmədən xahiş etməsindən, habelə işin digər materiallarından aydın olur ki, buraxılmış iddia müddətinin üzrlü hesab edilməsinə qiymət vermək səlahiyyətinə malik olan birinci instansiya məhkəməsi, iddiaçının prosessual qanunvericiliyin tələbləri ilə müəyyən olunan hüquqlarını da izah etməklə, ona müvafiq yardım da göstərməmişdir. Halbuki, İPM-in 12.1-ci maddəsinə əsasən Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Avropa İnsan Hüquqları Məhkəməsinin praktikası üzrə «Vinterverp Niderlanda qarşı» (A33(1979)) işdə Məhkəmə bildirmişdir ki, «Hüquqi müəəyyənlik prinsipi lazımi qaydada əlçatan olan və kifayət qədər dəqiq ifadə edilən, yəni «qanun» anlayışının tələblərinə cavab verən dövlətdaxili normativ aktların mövcud olmasını və onlara riayət edilməsini nəzərdə tutur. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin - birinci instansiya məhkəmsi tərəfindən mümkünlük məsələsinə qiymət verilərkən prosessual qanunvericiliyin tələblərinin pozulduğunu, natamam araşdırma aparıldığını mübahahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-10700/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilməli, cavabdeh bələdiyyənin mübahisələndirilən qərarı ilə maraqlarına toxunan şəxs də işə cəlb olunmaqla, iddianın mümkünlük məsələsinə yenidən qiymət verilməsi istiqamətində sonrakı prosessual hərəkətlərin aparılması üçün iş həmin məhkəmyə göndərilməlidir. Qeyd olunanlara əsasən və İPM-in 87, 90, 89, 90-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10700/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin aparılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-791/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-791/2023
26.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver