Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-791/2024 06.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X2 ibarət tərkibdə, Aytən Nadir qızı Kərimovanın katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli, 2-1(112)-11614/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 06 fevral 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Müdafiə Nazirliyinin 15 noyabr 2013-cü il tarixli 053 nömrəli əmrinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil Bəxtiyar oğlu xx.xx.2023-cü il tarixdə məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 21 dekabr 2013-cü il tarixli 053 №-li əmrinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1983-1987-ci illərdə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbində təhsil aldıqdan sonra Sovet Ordusu və Azərbaycan Respublikası Silahlı Qüvvələrində peşəkar zabit kimi ümumilikdə 31 təqvim ili müxtəlif vəzifələrdə qüsursuz xidmət etmişdir. Xidmət etdiyi müddətdə Müdafiə nazirinin 25 dekabr 2012-ci il tarixli əmrinə əsasən ona “Usta” məharət dərəcəsi verilmişdir. Bundan sonra öz arzusu əsasında Müdafiə nazirinin 3 mart 2016-cı il tarixli 0184 №li əmri ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamənin 156-cı maddəsinin j) bəndinə əsasən Müdafiə Nazirliyinin İşlər İdarəsinin rəisi vəzifəsindən “polkovnik” rütbəsi ilə Azərbaycan Respublikası Ordu Sıralarından tərxis olunaraq, təqaüdə çıxmışdır və həmin tarixdən halhazıradək təqaüdçüdür. Bu yaxınlarda bəlli olmuşdur ki, ona təyin edilən pensiyaya məharət dərəcəsinə görə hesablanmış əlavə “Usta” məharət dərəcəsi üçün nəzərdə tutulan faiz məbləğində deyil, (yəni aylıq vəzifə maaşının 35 %) həmin maaşın 25 %-i miqdarında hesablanaraq pensiyasına əlavə olunmuşdur. Bu vaxtadək onun pensiyasına hesablanmış əlavənin “Usta” məharət dərəcəsinə uyğun aparıldığını zənn edərək, onun hesablanmasının düzgün aparılıb- aparılmadığının fərqinə belə varmamışdır. Eləcə də, ona o da bəlli olmuşdur ki, onun pensiyasına hesablanmış əlavə aylıq vəzifə maaşının 25 %-i miqdarında, yəni “Birinci” məharət dərəcəsinə uyğun hesablanmışdır. Məsələnin araşdırılması və ona “Birinci” məharət dərəcəsinə görə pensiya məbləğinə edilmiş əlavələrin verilməsinə əsas olmuş əmrin ləğvi və pensiyasına əlavənin “Usta” məharət dərəcəsinə uyğun yenidən hesablanması ilə bağlı rəsmi ərizə ilə cavabdeh orqana müraciət etmişdir. Cavabdehin ona ünvanlanmış xx.xx.2022-ci il tarixli 11/1187 nömrəli məktubunda göstərilmişdir ki, “Azərbaycan Resublikasının Müdafiə Nazirliyinin xx.xx.2013cü il tarixli müvafiq əmrinə əsasən” ona “Usta” məharət dərəcəsi verilmişdir. Müdafiə Nazirliyinin Birinci Müavini- Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin xx.xx.2013- cü il tarixli 327 nömrəli əmri ilə o, xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixədək növbəti məzuniyyətinə buraxılmış və məzuniyyətdə olduğu müddətdə Müdafiə Nazirliyinin xx.xx.2013-cü il tarixli müvafiq əmrinə əsasən tutduğu vəzifədən azad olunaraq, Müdafiə Nazirliyinin Sərəncamına keçirilmişdir. Müdafiə Nazirliyinin Birinci Müavini-Silahlı Qüvvələrinin Baş Qərargah Rəisinin xx.xx.2013-cü il tarixli müvafiq nömrəli əmrinin çıxarışında Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2013-cü il tarixli müvafiq əmrinə əsasən Silahlı Qüvvələrin hərbi qulluqçularına “Məharət” dərəcəsinin verilməsi məqsədi ilə 2013-cü ilin dekabr ayının 9-dan-13-dək yardımçı komissiyalar tərəfindən keçirilmiş sınaq imtahanlarının nəticələrinə görə ona “Birinci” məharət dərəcəsi verilmişdir. Lakin, “Birinci” məharət dərəcəsinin verilməsinə əsas olmuş sənədlərin təqdim edilməsinə dair sorğuya Əməliyyat Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubunda “sənədlərin saxlama müddətinin bitməsi səbəbindən məhv edildiyi qeyd olunmuşdur”. Beləliklə, ona “birinci” məharət dərəcəsinin verilməsinə dair əmrin tarixi və nömrəsi barədə dəqiq məlumat verilməmiş, həmin əmrə əsas olan sənədlərin isə məhv edildiyi bildirilmiş və bununla bağlı məhkəməyə şikayət hüququnun olduğu izah olunmuşdur. Bu səbəbdən də o, xx.xx.2013-cü il tarixli əmrin ləğv edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmiş, lakin məhkəmə icraatı zamanı uzun müddət ona “Birinci” məharət dərəcəsi verilməsinə dair əmr və ona əsas olan sənədlər məhkəməyə təqdim edilmədiyindən məhkəmənin yardımı və təklifi əsasında o, iddia tələbinin dəyişdirərək “Usta” məharət dərəcəsinə uyğun olaraq yenilənmiş məlumat vərəqəsini tərtib edilməklə “DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə” Qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Lakin, cavabdeh məhkəmə prosesinin yekunlaşmasına yaxın ona “Birinci” məharət dərəcəsinin verilməsinə dair xx.xx.2013-cü il tarixli 053 saylı əmr və ona əsas olan sənədləri məhkəməyə təqdim etdiyindən “Usta” məharət dərəcəsinə uyğun olaraq yenilənmiş məlumat vərəqəsinin verilməsinə dair iddia tələbi məhkəmə tərəfindən təmin edilməmişdir. Cavabdeh ona rəsmi məktubla mübahisə edilən əmr və ona əsas olan sənədlərin məhv edildiyini göstərsə də, məhkəmə icraatının sonuna yaxın həmin əmr və ona əsas olan sənədlər barədə məlumatları məhkəməyə rəsmi olaraq təqdim etmişdir. Qeyd olunan əmrin ləğv olunması barədə iddia tələbi ilə yenidən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona “Birinci” məharət dərəcəsinin verilməsi barədə 15 noyabr 2013-cü il tarixli əmrini qanunsuz və əsassız hesab edir. Müdafiə Nazirliyi tərəfindən ona təqdim edilmiş xx.xx.2022-ci il tarixli 11\1187 №li cavab məktubundan da göründüyü kimi Baş Qərargah rəisinin 20 noyabr 2013-cü il tarixli 327 nömrəli əmri ilə 20 noyabr 2013-cü il tarixdən 19 dekabr 2013-cü il tarixədək məzuniyyətdə olmuşdur və məzuniyyətdə olduğu müddət ərzində Azərbaycan Respublikası Müdafiə nazirinin 14 dekabr 2013-cü il tarixli əmrinə əsasən vəzifəsindən azad edilərək, Müdafiə nazirinin Sərəncamına keçirilmişdir. Həmçinin, cavab məktubunda o da göstərilmişdir ki, guya 2013-cü il dekabr ayının 9-dan 13-dək sınaq imtahanları keçirilmiş və həmin sınaq imtahanlarının nəticəsinə əsasən ona “Birinci” məharət dərəcəsi verilmişdir. Halbuki, cavabdeh orqanın özü cavab məktubunda rəsmi etiraf edir ki, həmin müddət ərzində o, məzuniyyətdə olmuş, eləcə də əmr verilən tarixdə müdafiə nazirliyinin sərəncamında olmaqla xidmətdə olmamışdır. Yəni, sözügedən əmrdə qeyd olunan məharət dərəcəsinin verilməsinə dair Əsasnaməyə uyğun keçirilmiş sınaqlar zamanı o, rəsmi məzuniyyətdə və daha sonra isə Sərəncamda olduğu halda həmin sınaqlarda necə iştirak edə bilərdi və keçirilmiş bu sınaqlar ona aid olan hissədə hansı nəticəyə gələ bilərdi? Digər tərəfdən cavabdehin məhkəməyə rəsmi təqdim etdiyi xx.xx.2013-cü il tarixli 053 nömrəli əmrin 5-ci bəndindən görünür ki, həmin əmr aidiyyatı üzrə vəzifəli şəxslərə çatdırılmalıdır. Lakin hazırki vaxtadək Müdafiə Nazirliyinin göstərilən əmri ona rəsmi və ya qeyri-rəsmi formada çatdırılmamış və belə bir əmrin mövcudluğu barədə yalnız məhkəmə prosesinin sonunda məlumat əldə etmişdir. Bakı İnzibati Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli, 2-1(112)- 11614/2023 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmişlər.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəanın mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarında həmçinin qeyd edilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. (6 və 7-ci bəndlər). İş materiallarından görünür ki, iddiaçılar 27 iyul 2023-cü il tarixdə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək, 03 avqust saat 15:00-da Ədliyyə Nazirliyinin qarşısında piketin keçirilməsinə şərait yaradılmasını xahiş etmişlər. İş materiallarında olan: iddiaçıya məxsus AA ******* seriyalı şəxsiyyət vəsiqəsi və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olunur ki, xx.xx.1965-ci ildə Bakı şəhərində doğulmuş İddiaçı Bakı şəhəri, Yasamal rayonu, ev 53 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli 3-25-11/2- 697/2023 saylı məktubu ilə məhkəməyə təqdim olunmuş Silahlı Qüvvələrin Baş Qərargah rəisinin “Silahlı Qüvvələrin hərbi qulluqçularına məharət dərəcəsinin (məharət kateqoriyasının) verilməsi haqqında” 053 №-li xx.xx.2013-cü il tarixli arxiv çıxarışından müəyyən olunur ki, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2013-cü il tarixli 0100 №-li əmrinə əsasən, məharət dərəcələrinin verilməsi (təsdiq edilməsi) məqsədi ilə, 2013-cü il dekabrın 09-dan 13-dək yardımçı komissiyalar tərəfindən “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına məharət dərəcəsinin verilməsi qaydaları haqqında” Əsasnaməyə müvafiq olaraq sınaqlar keçirilmişdir. Sınaqların nəticələrinə və hərbi qulluqçuların faktiki ixtisas səviyyələrinə görə, ixtisas komissiyalarının təsdiq olunmuş aktlarına əsasən hərbi qulluqçulara məharət dərəcələrinin verilməsi (təsdiq edilməsi) məqsədi ilə əmr edilmişdir: - Birinci məharət dərəcəsi (kateqoriyası) verilsin: a) motoatıcı və tank ixtisasları üzrə: - Müdafiə naziri müavinin sərəncamında polkovnik İddiaçı. b) Məharət dərəcəsinin verilməsi (təsdiq edilməsi) üçün sınaq imtahanlarına təqdim olunan İşlər İdarəsinin hərbi qulluqçularının siyahısından müəyyən olunur ki, işlər idarəsinin rəsisi İddiaçı (vəzifədə işlədiyi müddət 4 il) döyüş (komandir) hazırlığı üzrə 5 qiyməti almışdır. Əvvələr məharət dədərəcəsi verilib, onun verilməsi haqqında əmrin nömrəsi və tarixi - Azərbaycan Respublikası Müdafiəsi Nazirinin 0121 saylı 25 dekabr 2012-ci il tarixli əmri ilə “Usta” məharət dərəcəsi verilib. Azərbaycan Respublikası Müdafiə nazirliyi tərəfindən X1 ünvanlanmış xx.xx.2022-ci il tarixli 11/1187 saylı məktubda qeyd olunmuşdur ki, “Usta” məharət dərəcəsinin bərpa olunması və pensiyanın yenidən hesablanması ilə bağlı Azərbaycan Respublikası Müdafiə nazirinə ünvanladığı ərizəyə Müdafiə Nazirliyinin Hüquq İdarəsində baxılmışdır. Müraciətdə göstərilənlərin araşdırılması məqsədilə tərəflərindən 14 yanvar 2022-ci ıi tarixdə Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsinə, Müdafiə nazirinin Katibliyinin İşlər İdarəsinə və Əməliyyat Baş İdarəsinə sorğular göndərilmiş, müvafiq cavab məktubları alınmışdır. Müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə nazirinin 25 dekabr 2012-ci il tarixli müvafiq əmrinə əsasən ona “Usta” məharət dərəcəsi verilmişdir. Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 20 noyabr 2013-cü il tarixli 327 nömrəli əmri ilə o, 20 noyabr 2013-cü il tarixdən 19 dekabr 2013-cü il tarixədək növbəti məzuniyyətə buraxılmışdır və məzuniyyətdə olduğu müddətdə Azərbaycan Respublikası müdafiə nazirinin 14 dekabr 2013-cü il tarixli müvafiq əmrinə əsasən tutduğu vəzifədən azad edilərək Müdafiə nazirinin sərəncamına keçirilmişdir. Müdafiə nazirinin birinci müavini - Silahl Qüvvələrin Baş Qərargah rəisinin 21 dekabr 2013-cü il tarixli müvafiq nömrəli əmrinin çıxarışında Azərbaycan Respublikası müdafiə nazirinin 15 noyabr 2013-cü il tarixli müvafiq əmrinə əsasən Silahlı Qüvvələrin hərbi qulluqçularına məharət dərəcəsinin verilməsi (təsdiq edilməsi) məqsədi ilə 2013-cü il dekabr ayının 9-dan 13-dək yardımçı komissiyalar tərəfindən keçirilmiş sınaq imtahanlarının nəticələrinə görə ona “Birinci” məharət dərəcəsinin verilməsi qeyd edilmişdir. Lakin “Birinci” məharət dərəcəsinin verilməsinə əsas olmuş sənədlərin təqdim edilməsinə dair sorğuya Əməliyyat Baş İdarəsi tərəfindən verilmiş 23 fevral 2022-ci il tarixli cavab məktubunda sənədlərin saxlama müddətinin bitməsi səbəbindən məhv edildiyi göstərilmişdir. Odur ki, 2013-cü ildə keçirilmiş məharət dərəcələrinin verilməsi (təsdiq edilməsi) üzrə sınaqların nəticələrinin 9 il keçdikdən sonra mübahisələndirməyi, habelə malik olduğu “Birinci” məharət dərəcəsinin verilməsinə əsas olmuş sənədlərin saxlama müddətinin bitməsi səbəbindən məhv edilməsini nəzərə alaraq, müraciət üzrə tələbinin təmin olunması qeyri-mümkün hesab edilir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1082/2023 saylı xx.xx.2023-cü il tarixli qərarının surətindən müəyyən olunur ki, İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 15 noyabr 2013-cü il tarixli əmrinin ləğv edilməsi və təqaüdə çıxdığı 03 mart 2016-cı il tarixdən hal-hazıradək ona təyin edilmiş pensiyasına hesablanmış əlavələrin “Usta” məharət dərəcəsinə uyğun aylıq vəzifə maaşının 35 faizi miqdarında yenidən hesablanması və 10 faiz həcmindən əlavənin pul fərqi hissəsinin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Usta” məharət dərəcəsinə uyğun olaraq yenilənmiş məlumat vərəqəsinin tərtib edilməklə DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1082/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “yenilənmiş məlumat vərəqəsinin verilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır İnzibati Prosessual Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Qanunvericiliyin qeyd olunan tələblərini nəzərə aldıqda məlum olur ki, iddiaçının bu iddiası mübahisələndirmə haqqında iddialara aiddir. 2011-ci il yanvarın 1-dən qüvvəyə minmiş İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən isə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətinə qaldırıla bilər. Beləliklə, işin hallarından və sadalan normaların tələblərindən məlum olur ki, iddiaçı Müdafiə nazirinin 3 mart 2016-cı il tarixli 0184 №li əmri ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamənin 156-cı maddəsinin j) bəndinə əsasən Müdafiə Nazirliyinin İşlər İdarəsinin rəisi vəzifəsindən “polkovnik” rütbəsi ilə Azərbaycan Respublikası Ordu Sıralarından tərxis olunaraq, təqaüdə çıxdıqda ona təyin edilən pensiyaya məharət dərəcəsinə görə hesablanmış əlavə “Usta” məharət dərəcəsi üçün nəzərdə tutulan faiz məbləğində deyil (yəni aylıq vəzifə maaşının 35 %), Silahlı Qüvvələrin Baş Qərargah Rəisinin “Silahlı Qüvvələrin hərbi qulluqçularına məharət dərəcəsinin (məharət kateqoriyasının) verilməsi haqqında 053 №-li, 21 dekabr 2013-cü il tarixli əmrinə əsasən həmin maaşın 25 %-i miqdarında (“Birinci” məharət dərəcəsinə görə) hesablanaraq pensiyasına əlavə olunmuşdur. Yəni iddiaçı ordu sıralarından təxris olunarkən artıq mübaahisələndirilən əmrdən məlumatı olmuşdur. İddiaçı məhkəmə iclasında verdiyi izahatında mübahisələndirilən əmri rəsmi qaydada almadığını bildirsə də, məhkəmə qeyd olunan dəlilini əsassız hesab edir. Belə ki, iş materiallarından da göründüyü kimi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1082/2023 saylı xx.xx.2023-cü il tarixli qərarının 5-ci səhifəsinin 2-ci abzasıbda mübahisələndirilən Silahlı Qüvvələrin Baş Qərargah Rəisinin “Silahlı Qüvvələrin hərbi qulluqçularına məharət dərəcəsinin (məharət kateqoriyasının) verilməsi haqqında 053 №li, 21 dekabr 2013-cü il tarixli əmrindən arxiv çıxarışına istinad olunmuşdur. İddiaçı hazırki iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə qanunla müəyyən edilmiş müddəti heç bir üzürlü səbəb olmadan ötürməklə müraciət etmişdir. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasına dair düzgün nəticəyə gəldiyindən iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən: Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli, 2-1(112)- 11614/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-791/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-791/2024
06.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver