Məhkəmə qərarları › İş №2-1(103)-791/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-791/2025

20.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-791/2025 20.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiyanın təyin olunması, ödənilməmiş məbləğin hesablanması və ödənilməyən son 3 ilin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X1 ibarət tərkibdə, Səmimə Elşad qızı Əliyevanın katibliyi, İddiaçının vəkili Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə iştrakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-248/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı dair AT-İİİ seriyalı ******* saylı xx.xx.1982-ci il tarixli əmək kitabçasından görünür ki, 1977-ci ildən 1982-ci ilədək M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda təhsil almışdır. xx.xx.1982-ci il tarixdə (əmr № 246k xx.xx.1982-ci il tarixli) quyuların əsaslı təmiri sexinə 5-ci dərəcəli qazmaçı köməkçisi vəzifəsinə qəbul edilmişdir. xx.xx.1983-cü il tarixdə (əmr № 186 xx.xx.1983-cü il tarixli) X5 İdarəsinə qaz hazırlayıcısı üzrə usta vəzifəsinə qəbul edilmişdir. xx.xx.1984-cü il tarixdə (əmr № 158 xx.xx.1984-cü il tarixli) qaz istehsalatı üzrə 5-ci dərəcəli operator vəzifəsinə keçirilmişdir. xx.xx.1985-ci il tarixdə (əmr № 87 xx.xx.1985-ci il tarixli) RSFSR Əmək Məcəlləsinin 29-cu maddəsinin 5-ci bəndinə əsasən “Xəzərdəniz Neftqazistehsalı” İstehsalat Birliyinə köçürülmə üzrə işdən azad edilmişdir. xx.xx.1985-ci il tarixdə (əmr № 164k xx.xx.1985-ci il tarixli) 2 nömrəli Neftqazçıxarma sexinə 4-cü dərəcəli neft və qaz islahatı üzrə operator vəzifəsinə qəbul edilmişdir. xx.xx.1985-ci il tarixdə (əmr № 231k xx.xx.1985-ci il tarixli) quyuların yeraltı təmiri sexinə quyuların yeraltı təmiri ustası keçirilmişdir. xx.xx.1984-ci il tarixdə (əmr № 206k xx.xx.1987-ci il tarixli) həmin sexdə baş usta vəzifəsinə keçirilmişdir. xx.xx.1988-ci il tarixdə (əmr № 42k xx.xx.1988-ci il tarixli) həmin sexdə PRS ustası vəzifəsinə keçirilmişdir. xx.xx.1988-ci il tarixdə SSKP XXİİ Qurultayı adına İstehsalat Birliyi xx.xx.1988-ci il tarixdən ləğv edilmişdir və onun bazasında SSKP XXİİ Qurultayı adına NQÇİ yaradılmışdır. xx.xx.1989-cu il tarixdə (əmr № 91k xx.xx.1989-cu il tarixli) Azərbaycan SSR Əmək Məcəlləsinin 36-cı maddəsinin 5-ci bəndinə əsasən İmişli rayonu Rayon İcraiyyə Komitəsinin sərəncamına keçirilmə qaydasında tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1989-cu il tarixdə (əmr № 59 xx.xx.1989-cu il tarixli) DKT X12nın mühəndisi qismində qəbul edilmişdir. xx.xx.1991-ci il tarixdə (əmr № 85 xx.xx.1991-ci il tarixli) Azərbaycan SSR Əmək Məcəlləsinin 36-cı maddəsinin 5-ci bəndinə əsasən Bakı şəhəri "xxxx" Assosiasıyasının sərəncamına keçirilmə qaydasında tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1991-ci il tarixdə (əmr № 79 xx.xx.1991-ci il tarixli) "xxxx" Assosiasıyasının komersiya direktoru vəzifəsinə götürülmüşdür. xx.xx.1993-cü il tarixdə (əmr № 48 xx.xx.1993-cü il tarixli) Azərbaycan SSR Əmək Məcəlləsinin 36-cı maddəsinin 5-ci bəndinə əsasən Bakı şəhəri "xxxx" X6 Müəssisəsinin sərəncamına keçirilmə qaydasında tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1993-cü il tarixdə (əmr № 102 xx.xx.1993-cü il tarixli) "xxxx" X6 Müəssisəsinə mühəndis vəzifəsinə qəbul edilmişdir. xx.xx.1997-ci il tarixdə (əmr № 28 xx.xx.1997-ci il tarixli) Azərbaycan SSR Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən öz istəyi ilə işdən azad edilmişdir. xx.xx.1997-ci il tarixdə (əmr № 352 xx.xx.1997-ci il tarixli) “Binəqədi” Neftqazçıxarma İdarəsi quyuların yeraltı təmiri sexinə 11-ci dərəcəli quyuların yeraltı təmiri ustası vəzifəsinə qəbul edilmişdir. Əməyin ödənilməsinin yeni qayda və şərtlərinin tətbiq edilməsi ilə əlaqədar 12- ci dərəcə verilmişdir (xx.xx.2000-ci il, əmr № 387). xx.xx.2004-cü il tarixdə (əmr № 353 xx.xx.2004-cü il tarixli) həmin sexdə QYT və XDS üzrə sahə ustası vəzifəsinə təyin edilmişdir. xx.xx.2005-ci il tarixdə (əmr № 190k xx.xx.2005-ci il tarixli) həmin sexdə 13-cü dərəcəli QYT üzrə böyük usta vəzifəsinə keçirilmişdir. xx.xx.2005-ci il tarixdə (1 №-li protokol) ləğvetmə komissiyasının xx.xx.2005-ci il tarixli 1 saylı protokoluna əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə (müəssisənin ləğv edilməsi ilə əlaqədar) uyğun olaraq əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2005-ci il tarixdə (əmr № HRA/01 xx.xx.2005-ci il tarixli) “X9” Quyuların Yeraltı Təmir və Xüsusi Texnika Sexinə QYT böyük usta vəzifəsinə qəbul edilmişdir. xx.xx.2007-ci il tarixdə (əmr № 128 xx.xx.2007-ci il tarixli) struktur dəyişikliyi ilə əlaqədar olaraq QYT və XTS adı dəyişərək Quyuların Yeraltı Təmir və Xüsusi Texnika Sexi adlandırılmışdır. xx.xx.2016-cı il tarixdə (əmr № HRK 166/16 xx.xx.2016-cı il tarixli) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.2016-cı il tarixdə (əmr № HRK 149/16 xx.xx.2016-cı il tarixli) “X9” Quyuların Yeraltı və Əsaslı Təmir Sexinə usta vəzifəsinə qəbul edilmişdir. xx.xx.2019-cu il tarixdə (əmr № HRK 159/9 xx.xx.2019-cu il tarixli) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən öz xahişi ilə vəzifədən azad edilmişdir. xx.xx.2019-cu il tarixdə (müqavilə № SDİ-711 xx.xx.2019-cu il tarixli) "xxxx" Şirkətinin Filialının Quyuların əsaslı və yeraltı təmiri sexində quyuların yeraltı təmiri üzrə usta vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2020-ci il tarixdə (əmr № 811 xx.xx.2020-ci il tarixli) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (başqa işə götürən ilə əmək müqaviləsi bağlanılması ilə əlaqədar) işdən azad edilmişdir. xx.xx.2020-ci il tarixdə (əmr № HRQ 86/20 xx.xx.2020-ci il tarixli) “X9” Quyuların Yeraltı və Əsaslı Təmiri Sexinə usta vəzifəsinə qəbul edilmişdir. xx.xx.2021ci il tarixdən hal-hazıradək usta vəzifəsində işləyir.

2. SOCAR-ın Baş ofisinin Mərkəzi arxivinin SOCAR**********80020123X00299 saylı xx.xx.2021-ci il tarixli arxiv arayışındakı qeydlərə əsasən xx.xx.1960-cı il təvəllüdlü İddiaçı “Binəqədineft” Neft və Qazçıxarma İdarəsinin Quyuların yeraltı təmiri sexində xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək quyuların yeraltı təmiri üzrə usta, xx.xx.2005-ci il tarixdən 01,09.2005-ci il tarixədək quyuların yeraltı təmiri üzrə böyük usta vəzifəsində işləmişdir. İddiaçı “Binəqədineft” NQÇİ-də Quyuların yeraltı təmiri sexində xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək (08 il 12 gün) işlədiyi quyuların yeraltı təmiri üzrə usta vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq etdiyi «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı»nın 12-ci «Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı» bölməsinin 2-ci «Neft-qaz və qaz kondensatının hasilatı» yarımbölməsində 2130200b— 23187 kodu ilə qeyd edilmiş «quyuların yeraltı və əsaslı təmiri işlərində məşğul olan ustalar» vəzifəsi ilə, xx.xx.2005-ci il tarixdən xx.xx.2005-ci il tarixədək (01 ay 27 gün) işlədiyi quyuların yeraltı təmiri üzrə böyük usta vzəifəsi isə həmin yarımbölmədə 2130200b—23485 kodu ulə qeyd edilmiş «quyuların yeraltı və əsaslı təmiri işlərində məşğul olan böyük ustalar» vəzifəsi ilə eynilik təşkil edir. Həmçinin, “Neft Daşları” NQÇİnin arxivində saxlanan “Forma № T2” şəxsi uçot vərəqəsindəki qeydlərə əsasən İddiaçı “Neft Daşlan" NQÇİ-nin 2 saylı neft və qazçıxarma sexində xx.xx.1985-ci il tarixdən xx.xx.1985-ci il tarixədək neft və qaz hasilatı üzrə operator, Quyuların yeraltı təmiri sexində xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədək quyuların yeraltı təmiri üzrə usta, xx.xx.1987-ci il tarixdən xx.xx.1988ci il tarixədək quyuların yeraltı təmiri üzrə böyük usta, xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək quyuların yeraltı təmiri üzrə usta vəzifəsində işləmişdir. İddiaçı “Neft Daşlan” NQÇİ-nin 2 saylı neft və qazçıxarma sexində xx.xx.1985-ci il tarixdən xx.xx.1985-ci il tarixədək (02 ay 29 gün) işlədiyi neft və qaz hasilatı üzrə operator peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı»nın 10-cu «Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı» bölməsinin 2-ci «Neft-qaz və qaz kondensatının hasilatı» yarımbölməsində HOOOOOa— 15824 kodu ilə qeyd olunmuş «neft və qaz hasilatı üzrə operatorlar» peşəsi ilə, Quyuların yeraltı təmiri sexində xx.xx.1985-ci il tarixdən xx.xx.1989-cu il tarixədək (03 il 04 ay 05 gün) işlədiyi quyuların yeraltı təmiri üzrə usta və böyük usta vəzifələri isə həmin yarımbölmədə HOOOOOb—23187 kodu ilə qeyd edilən «quyuların yeraltı və əsaslı təmiri işlərində məşğul olan ustalar, böyük ustalar» vəzifəsi ilə eynilik təşkil edir. “Binəqədineft” NQÇİ quruda yerləşən (dənizlə əlaqəsi olmayan) təşkilat olmuşdur və onun struktur bölməsi olan Quyuların yeraltı təmiri sexi də quru şəraitində fəaliyyət göstərmişdir.

3. İş stajı barədə SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində saxlanılan sənədlərə əsasən xx.xx.1960-cı il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1997-ci ildə (əmr № 352k, xx.xx.1997-ci il) “Binəqədineft” Neft və Qazçıxarma idarəsinin Quyuların yeraltı təmiri sexinə 11-ci dərəcəli quyuların yeraltı təmiri ustası vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2000-ci ildə stat cədvəlinə uyğun olaraq QYT və XTS-yə 12-ci dərəcəli QYT ustası vəzifəsinə keçirilmişdir. xx.xx.2004-cü ildə (əmr № 353, xx.xx.2004-cü il) QYT üzrə sahə ustası vəzifəsinə keçirilmişdir. xx.xx.2005-ci ildə (əmr № 190k, xx.xx.2005ci il) 13-cü dərəcəli QYT üzrə böyük usta vəzifəsinə keçirilmişdir. xx.xx.2005-ci ildə (xx.xx.2005-ci il tarixli, 1 №-li protokol) İdarənin ləğv olunması ilə əlaqədar işdən azad olunmuşdur. Həmçinin AR Prezidentinin 31 avqust 2002-ci il tarixli 781 nömrəli Fərmanı ilə təsdiq edilmiş DSMF-nin Əsasnaməsinin 1-ci bəndinə əsasən DSMF Azərbaycan Respublikasında məcburi dövlət sosial sığorta və əmək pensiyaları sahəsində idarəetməni həyata keçirən mərkəzi icra hakimiyyəti orqanına müraciət etmək məqsədəuyğun hesab edilir.

4. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən təqdim edilmiş N-01- 2018 saylı xx.xx.2023-cü il tarixli arxiv arayışına əsasən M.Əzizbəyov adına X10 ordenli Azərbaycan Neft və Kimya İnstitutu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) arxiv sənədləri əsas tutularaq bildirilmişdir: İddiaçı 1977-ci ildə Qaz-neft mədən fakültəsinin “Neft və qaz yataqlarının işlənməsinin texnologiyası və kompleksli mexanikləşdirilməsi” ixtisası üzrə əyani şöbənin İ kursuna qəbul olmuşdur (Əmr № 012/723, xx.xx.1977-ci il). İddiaçı 1982-ci ildə yuxarıda göstərilən ixtisas üzrə əyani şöbəni bitirmişdir (Əmr № 012/600, xx.xx.1982- ci il). HB № 028796 seriyalı diplom verilmişdir. ИВ seriyalı 028796 saylı xx.xx.1982-ci il tarixli diplomdan görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixdə Azərbaycan Neft və Kimya İnstitutunu bitirmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 52 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə pensiyanın təyin olunması, həmin dövrdən hesablanaraq ödənilməmiş məbləğin hesablanması və hazırkı dövrə qədər yaranmış məbləğin ona birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı bildirir ki, o, xx.xx.1960-cı il tarixdə Ağcabədi rayonunda doğulmuşdur. 1977- 1982-ci illərdə M.Əzizbəyov adına Neft və Kimya institutunda əyani təhsil almış, 1982-1983-cü illərdə hərbi xidmətdə olmuşdur. İddiaçı xx.xx.1982-ci ildən əmək fəaliyyətinə başlamışdır. O, Rusiya Federasiyasının Surqut şəhəri, Vınqapur qazçıxarma əsaslı təmir sexində xx.xx.1982- xx.xx.1985-ci illərdə işləmişdir. Orda işlədiyi 2 (iki) il 7 ay 26 günün, 1 (bir) ili 1 il 6 ay sayıldığından həmin 2 (iki) il, 7 ay, 26 günə 4 il əmək stajı hesablanır. Belə ki, SSSR Ali Sovetinin rəyasət heyətinin 10 fevral 1960-ci il tarixli fərmanının 5-ci maddəsinin “d” bəndinə uyğun olaraq Surqut şəhəri Uzaq Şimal rayonlarına bərabərləşdirilmiş yer sayılırdı. Xüsusi olaraq, Uzaq Şimal rayonlarında (sahəsində) və ona bərabərləşdirilmiş yerlərdə (dağlıqda) 1 illik iş 1 il 6 av iş stajının hesablanması, yaşa və əlilliyə görə pensiyanın alınması hüququ yaradırdı. xx.xx.1985-xx.xx.1985-ci illər “Azneft” İstehsalat Birliyi “NeftDaşları” Neft və Qazçıxarma idarəsi 2 saylı Neftqazçıxarma sexində neft və qaz hasilatı üzrə operator: xx.xx.1985-xx.xx.1987-cu illərdə “Azneft” İstehsalat Birliyi “NeftDaşlarf Neft və Qazçıxarma idarəsində Quyuların əsaslı və yeraltı təmiri sexində quyuların əsaslı və yeraltı təmiri üzrə usta; xx.xx.1987-xx.xx.1988-ci illərdə “Azneft” İstehsalat Birliyi “NeftDaşları” Neft və Qazçıxarma idarəsinə Quyuların əsaslı və yeraltı təmiri sexində quyuların əsaslı və yeraltı təmiri üzrə böyük usta; xx.xx.1988-ci illərdə “Azneft” İstehsalat Birliyi “NeftDaşları” Neft və Qazçıxarma idarəsində Quyuların əsaslı və yeraltı təmiri sexində quyuların əsaslı və yeraltı təmiri üzrə usta; xx.xx.1988xx.xx.1989- cu illərdə “Azneft” İstehsalat Birliyi “NeftDaşları” Neft və Qazçıxarma idarəsində Quyuların əsaslı və yeraltı təmiri sexində quyuların əsaslı və yeraltı təmiri üzrə usta; xx.xx.1997- xx.xx.2005-ci illərdə X7 Quyuların yeraltı və əsaslı təmir sexində quyuların yeraltı təmiri sexində yeraltı təmir ustası; xx.xx.2005-xx.xx.2006-cı illərdə “X11”də Quyuların yeraltı və əsaslı təmir sexində quyuların yeraltı təmiri sexində yeraltı təmir ustası; Bunun da 1992-ci ilədək SSRİ-nin dağılmasınadək olan dövrü (yəni SSRİ vətəndaşlarının Pensiya Təminatı haqqında Qanununun qüvvədə olduğu dövr) SSRİ-nin mövcudluğu zamanı qazanılan əmək stajına hesablanır. İddiaçı çalışdığı peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli, 320 saylı qərarına əsasən güzəştli şərtlərlə pensiya hüququ verən peşələrin siyahısındadır. “Vətəndaşların Pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin “a” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər - istehsalatın, vəzifələrin, peşələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 50 yaşa və ən azı 20 il iş stajı olduqda bu müddətin ən azı 10 ilini həmin işlərdə çalışarlarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların Pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin olunması üçün xx.xx.2006-cı ilədək 20 il ümumi, 10 il güşətli iş stajının olması tələb olunur. “Vətəndaşların Pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci ilin avqust ayından başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. xx.xx.2006-cı ilədək ümumi iş stajı 29 il, güzəştli iş stajı isə 14 il 6 ay 7 gün təşkil etmişdir. İddiaçı 52 yaşı xx.xx.2012-ci ildə tamam olmuşdur. “Vətəndaşların Pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən İddiaçı 52 yaşı olduğu vaxtdan yəni xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin olunmalıdır. İddiaçı 52 yaşından pensiyanın təyin olunması və ödənilməyən məbləğin ona ödənilməsi barədə tərəfindən DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə xx.xx.2022-ci il tarixdə müraciət edilmiş, lakin qurum tərəfindən pensiya təminindən imtina edilmişdir. İmtinanı rəsmi olaraq xx.xx.2022-ci il tarixdə qəbul etmişdir.

7. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “iddiaçıya 57 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə pensiyanın təyin olunması, ödənilməmiş məbləğin hesablanması və ödənilməyən son 3 ilin hesablanaraq ödənilməsi” kimi dəyişdirilmişdir.

8. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, İddiaçı Mərkəzi Filial tərəfindən xx.xx.2022ci il tarixdə (xx.xx.2020-ci il tarixdən hesablanmaqla) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı pensiya təyin edilərkən onun ümumi iş stajı 31 il 6 ay 8 gün (xx.xx.2006-cı il tarixədək 17 il 1 ay 8 gün (xx.xx.1982-xx.xx.1985-ci il, xx.xx.1985- xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1991-ci il, xx.xx.1997-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 14 il 5 ay sığorta stajı), güzəştli iş stajı 28 il 11 ay 2 gün (xx.xx.1982- xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1989-cu il, xx.xx.1997-xx.xx.2005-ci il, xx.xx.2005-xx.xx.2016-cı il, xx.xx.2016-xx.xx.2019-cu il, xx.xx.2019-xx.xx.2020-ci il tarixləri arasındakı dövrlər), fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı isə xx.xx.2020-ci il tarixə 56639,77 manat təşkil etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, İddiaçı zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı müraciətinə müvafiq sənədlər əlavə edilmədiyindən onun xx.xx.1989-ci il tarixdən xx.xx.1997-ci il tarixədək dövr ərzində işlədiyi vəzifənin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işlərə aid olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. Belə ki, iş materiallarından aydın olur ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Göstərilənlərə əsasən, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilir.

9. Cavabdeh iddiaya dair yazılı etiraza əlavə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İ.X3 təqdim etdiyi əmək kitabçasında xx.xx.1991-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" Kiçik Müəssisəsində işlədiyi qeyd olunmuşdur. Adıçəkilən müəssisədə işlədiyi dövrlərin dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırma aparılaraq həmin müəssisələrin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) sığorta stajına daxil edilmədiyi üçün yuxarıda qeyd olunan dövrü iddiaçının iş stajına daxil etmək mümkün olmamışdır. İddiaçı İ.X3 təqdim etdiyi hərbi biletin surətində onun müddətli həqiqi hərbi xidmət keçdiyi barədə qeyd mövcud deyildir. “Əmək pensiyaları haqqında'' Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edildiyindən, Qanunun 9.8-ci maddəsinə əsasən sığortaolunanların güzəştli şərtlərlə əmək pensiyası hüququ müəyyənləşdirilərkən, onların 2006-cı il 1 yanvar tarixədək tələb olunan ümumi sığorta (əmək) stajına həmin tarixədək bitmiş əyani təhsil müddətinin daxil edilməli olduğu müəyyən olunmuşdur. İddiaçı əyani təhsil müddəti sosial sığorta stajına daxil edilərək pensiyası yenidən hesablanmışdır. Bu barədə Mərkəzi Filial tərəfindən xx.xx.2024-cü il tarixli 3-17-1/3-3- 1386/2024 nömrəli əmək pensiyasının yenidən hesablanması barədə qərar qəbul edilmişdir. Belə ki, tərəfindən Dövlət Vergi Xidməti və Əmlak Məsələləri Dövət Xidmətinə xx.xx.2023-cü il tarixli müvafiq sorğular göndərilmişdir. Dövlət Vergi Xidmətinin xx.xx.2023- cü il tarixli məktubunda “Vəfa" kiçik müəssisəsi və “Bayat" Assosiasiyası barədə məlumatların mövcud olmadığı qeyd edilmiş, həmçinin Əmlak Məsələləri Dövət Xidmətinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunan müəssisələr barədə məlumatın aşkarlanmadığı öz əksini tapmışdır. Qeyd olunanları nəzərə alaraq İddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-248/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

11. İddisaçı İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

b) Apellyasiya şikayətinin dəlilləri

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 1991-1997-ci illərdə "xxxx" Çoxsahəli Assosiasiyasında və "xxxx" X4 Müəssisəsində çalışmışdır. Həmin təşkilatlara dair arxiv sənədlərinin tapılmaması həmin təşkilatların mövcud olmaması demək deyildir. 2006-cı il tarixinədək əmək kitabçasında qeydlərin olması stajın hesablanması üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarına əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadığı halda arxiv araşdırılması həyata keçirilə bilər. "xxxx" Çoxsahəli Assosiasiyasına dair 2 sənəd əlavə olunmuşdur. Həmin sənədlərdən görünür ki, "xxxx" Çoxsahəli Assosiasiyası mövcud olmuşdur və əlavə olunmuş sənələrdə də möhür açıq-aydın görünür.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi əmək kitabçasında xx.xx.1991-xx.xx.1997-ci il tarixlərdə "xxxx" Kiçik Müəssisəsində işlədiyi qeyd olunmuşdur. Belə ki, müvafiq qurumlara sorğular göndərilmiş və Dövlət Vergi Xidməti və Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, "xxxx" Kiçik Müəssisəsi və "xxxx" Çoxsahəli Assosiasiyası barədə məlumatlar mövcud deyildir. Eyni zamanda reyestrdə "xxxx" Çoxsahəli Assosiasiyası adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. "xxxx" Çoxsahəli Assosiasiya və "xxxx" X4 Müəssisəsi barədə dövlət əmlakının registrində məlumat qeydə alınmamışdır. Həmçinin, iddiaçının Mərkəz Filiala təqdim etdiyi hərbi biletin surətində onun müddətli həqiqi hərbi xidmət keçdiyi barədə qeyd mövcud deyildir. Odur ki, iddiaçının xx.xx.1991-xx.xx.1993-cü illərdə "xxxx" Çoxsahəli Assosiasiyasında, xx.xx.1993-xx.xx.1995-ci illərdə "xxxx" X4 Müəssisəsində işləməsinə dair qeydləri sosial sığorta stajı kimi qəbul etməməsi barədə cavabdehin imtinası qanunsuz hesab edilməməlidir.

c) Proses iştirakçılarının izahatları

14. Məhkəmədə iddiaçının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, cavabdehin nümayəndəsi Nümayəndə isə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişlər.

15. Eyni zamanda məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmiş və İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin olunmasını, xx.xx.2019cu il tarixindən ödənilməyən son 3 ilin hesablanaraq ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

16. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

17. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun: Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır.

18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısı üzrə kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir). Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.

19.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

21. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən)

23. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 16-19-cu bəndləri) əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iddia tələbi təmin olunmalıdır.

24. Belə ki, iddiaçı cavabdeh orqana müraciət edərək ona 57 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə pensiyanın təyin olunmasını, ödənilməmiş məbləğin hesablanmasını və ödənilməyən son 3 ilin hesablanaraq ödənilməsini tələb edir.

25. Cavabdeh orqan isə İddiaçı xx.xx.2006-ci il tarixədək ümumi iş stajının 17 il 1 ay 8 gün olduğunu, iddiaçının işlədiyini "xxxx" Kiçik Müəssisəsi və "xxxx" Çoxsahəli Assosiasiyası barədə məlumatların dövlət əmlakının registrində qeydə alınmadığı bildirərək, ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir.

26. İş materiallarına əsasən isə müəyyən olunur ki, iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün xx.xx.2006-cı il tarixədək azı 25 il sığorta stajına malik olmalı və bu müddətin azı 12 il 6 ayını yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) işləməlidir. İddiaçının güzəştli iş stajının xx.xx.2006-cı il tarixədək ən azı 12 il 06 ay olması (14 il 9 ay 5 gün) cavabdeh orqan tərəfindən mübahisələndirilmir.

27. Cavabdeh orqan tərəfindən konkret mübahisələndirilən hal iddiaçının ümumi sığorta stajı ilə bağlıdır. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçının ümumi siğorta stajı xx.xx.2006-cı il tarixədək 17 il 1 ay 8 gün (xx.xx.1982-xx.xx.1985-ci il, xx.xx.1985xx.xx.1989-cu il, 21 04.1989-xx.xx.1991-ci il, xx.xx.1997-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) təşkil edir.

28. Lakin, məhkəmə kollegiyası cavabdeh orqanın həmin dəlili ilə razılaşmır və bildirir ki, iddiaçıya 57 yaşdan əmək pensiyası təyin olunması üçün qanunvericiliyin qeyd olunan tələblərinə müvafiq olan, ümumi və güzəştli pensiya hüququ verən peşə üzrə xüsusi stajı mövcuddur.

29. İşin apellyasiya baxışı zamanı müvafiq orqanlara sorğular verilmişdir.

30. “X8” MMC tərəfindən verilmiş 06 dekabr 2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, “X12” 2010-cu ildə Azərbaycan Respublikası Əmlak Komitəsinin hərrac protokoluna əsasən özəlləşdirilmişdir. Həmin ildə “X12” MMC yaradılaraq yuxarıda qeyd edilmiş Neft Bazasını icarəyə götürmüş və nizamnaməyə əsasən fəaliyyətə başlamışdır. 2021-ci ildən isə “X12” MMC ilə icarə müqaviləsinı xitam verərək həmin ildə yaradılan “X8” MMC ilə bağlanmışdır. Hər iki şirkətin fəaliyyət dövründə İddiaçı adlı vətəndaş işə qəbul edilməmişdir. Bu məsələ ilə bağlı Azərbaycan Respublikası Azneft İB-nə müraciət edilməsi tövsiyyə olunmuşdur.

31. Azərbaycan Respublikası Azneft İB (SOCAR) tərəfindən verilmiş 24 dekabr 2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, İddiaçı haqqında sənədlər “Azneft” İBnin arxivində aşkarlanmamışdır.

32. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 06 fevral 2025-ci il tarixdə verilmiş sorğuya cavab məktubundan görünür ki, Vəfa” X6 Müəssisəsinin xx.xx.1995-ci il tarixdə 26316 nömrə ilə qeydiyyatdan keçməsi barədə məlumat mövcuddur. 2004-cü ildən hal-hazıradək həmin hüquqi şəxs adından yeni VÖEN almaq üçün vergi orqanına müraciət olunmamışdır. Reyestrdə "xxxx" Assosiasıyası adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. 33.İddiaçının əmək kitabçasında xx.xx.1991-xx.xx.1993-cü illərdə "xxxx" Assosiasıyasında, xx.xx.1993-xx.xx.1997-ci illərdə "xxxx" X6 Müəssisəsinə işləməsi qeyd olunsa da, cavabdeh orqan həmin müəssisələrin dövlət qeydiyyatından keçməməsi səbəbi ilə həmin müddətləri iddiaçının ümumi iş stajına daxil etməmişdir. Qeyd olunan əmək kitabçasında İddiaçı İmişli Neftbazasından xx.xx.1991-ci ildən azad edilməsinə səbəb kimi onun "xxxx" asossasiyasına başqa işə keçirilməsi göstərilmişdir.

34. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Sabirabad rayon Dövlət Arxivinin “Femida” vəkil bürosuna ünvanladığı 04 fevral 2025-ci il tarixli 3-48-38/BA-04/2025 saylı məktubdan və məktuba əlavə edilmiş əmrlər kitabından çıxarışlardan görünür ki, Səmədov X2 rayonunun ərazisində yerləşən yanacaqdoldurma məntəqələrinin təşkil edilməsi və neft məhsullarının keyfiyyətinə nəzarət etmək məqsədi ilə mühəndis vəzifəsinə təyin edilmiş, İmişli Neftbazasının xx.xx.1991-ci il tarixli əmri əsasında "xxxx" asosassiyasının 279 nömrəli xx.xx.1991-ci il tarixli məktubuna əsasən xx.xx.1991-ci ildən tutduğu vəzifədən azad edilmişdir.

35. İddiaçının vəkili və nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" asossasiyasının bank ödənişləri qəbzlərindən və müqavilələrdən görünür ki, "xxxx" asossasiyası 1992-ci ildən müqavilələr əsasında müxtəlif çeşidli malların alqı-satqısını həyata keçirib.

36. Məhkəmə kolleqiyası qeyd etməyi zəruri bilir ki, xx.xx.2006-cı ilədək sığorta stajı anlayışı mövcud olmayıb və vətəndaşın qulluq illəri onun iş stajı ilə müəyyənləşdirilib. Başqa sözlə desək şəxsin əmək kitabçasında olan qeydlər ona əmək pensiyasının təyin edilməsi üçün kifayət edirdi.

37. Hesab olunur ki, iddiaçının əmək kitabçasında və arxiv məlumatlarında göstərilən məlumatların həqiqiliyini şübhə altına alan dəlillər cavabdeh təşkilat tərəfindən məhkəməyə təqdim edilmədiyinə görə həmin məlumatlar mötəbərdilər.

38. Eyni zamanda xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinin 1-ci hissəsi isə nəzərdə tuturdu ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

39. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İddiaçının qeyd olunan dövrlərdə iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və əmək kitabçasında olan qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır.

40. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Göründüyü kimi qanunverici inzibati orqanın hüququn tətbiqini xidməti vəzifəsindən irəli gəldiyi hallarda öz təşəbbüsü ilə etməli olduğunu vurğulayır və bu hüququn düzgün tətbiq edilməsi inzibati orqanın vəzifəsi kimi başa düşülməlidir.

41. Bakı Apellyasiya Məhkəməsində aparılan araşdırmanın nəticəsi olaraq "xxxx" asossasiyasının mövcud olması və iddiaçının həmin asossasiyada işləməsi müəyyən edildi.

42. Buna görədə məhkəmə kolleqiyası hesab edir ki, iddiaçının xx.xx.1991-xx.xx.1993-cü illərdə "xxxx" Çoxsahəli Assosiasiyasında və xx.xx.1993-xx.xx.1997-ci illərdə "xxxx" X4 Müəssisəsində işlədiyi dövrlər də onun ümumi stajına əlavə edilməlidir.

43. İddiaçının qeyd olunan iş stajı ümumiləşdirildikdə – 29 il iş stajı toplanır ki, həmin stajın da azı 14 il 9 ay 05 gününü güzəştli pensiya hüququ verən “qazmaçı” peşəsində çalışdığı müəyyən olunur. 44.Əmək pensiyasının keçmiş dövr üçün qanunvericiliyə uyğun hesablanıb ödənilməsinin prosedur qaydası və mexanizmi qüvvədə olan qanunverıciliklə aşağıdakı kimi tənzimlənir.

45. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

46. Həmin Qanunun 37.7-ci madddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir.

47. Nəzərə alınmalıdır ki, iddiaçı ona güzətli şərtlərlə əmək pensiyasının ödənilməsi ilə bağlı 28 fevral 2022-ci ildə müraciət edib. Belə olduğu tədqirdə ona ödəniləcək pensiya məbləği “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən 28 fevral 2019-cu ildən ödənilməlidir.

48. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçıya, müraciətinin daxil olduğu 28 fevral 2022-ci il tarixdən əvvəlki üç ilə üçün ödənilməklə, ona 57 yaşından güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunmasından imtina olunması barədə müraciətinin təmin olunmasından imtina olunması əsassızdır və onun qanunla qorunan pensiya hüququnu pozmuşdur.

49. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

50. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsaslı hesab olunur. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir.

51. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

52. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-248/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv olunmalı, iddia təmin olunmalıdır.

53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-248/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddia təmin edilsin. İddiaçı, 28 fevral 2019-cu il tarixdən pensiya məbləği ödənilməklə, 57 yaşının tamam olduğu xx.xx.2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar