Məhkəmə qərarları › İş №2-1(103)-793/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-793/2022

02.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-793/2022 02.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X9 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X6-Yusiflinin katibliyi, İddiaçının hüquqi varisi (oğlu) X5, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4249/2021 saylı 28 oktyabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 02 fevral 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona maddi və mənəvi ziyanın əvəzi kimi 300.000 manat civarında pul ödəlməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, 1999-cu ilin may ayında cavabdehin göstərişi və tapşırığı ilə Bakı şəhər İcra Hakimiyyəti, Yasamal rayon icra Hakimiyyəti "xxxx" MMC-yə ofis tikmək üçün heç bir kompensasiya ödəmədən polis gücünə zor tətbig edərək Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3166 məhəllə ünvanda ("xxxx" MMC-nin Baş ofisi ünvanı Tbilisi prospekti 149) yerləşən zibillik və daş-kəsəkdən ibarət ərazini təmızləyərək, illərlə qurub yaratdıqları 10 sot torpağı və evi 7 ay törədilən vəhşilikdən sonra dağıtmışlar. Azərbaycan Şəhərsalma va Tikinti Məcəlləsinin 95-ci maddəsində, Mülki Məcəllənın 180.4cü maddəsində göstərilmişdir ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımı icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə gəbul edilmiş məhkəmənin gərarı əsasında sökülə bilər. Lakin evlərin sökülməsi məhkəmə qərarı, icraçıların iştirakı olmadan aparılmışdır. Bakı şəhər İcra Hakimlyyətinin 30 dekabr 2003-cü il tarixli, Q-520/2 saylı İddiaçı ünvanlandığı, Bakı şəhər İcra Hakimlyyəti tərəfindən evin sökülməsini təsdiqləyən rəsmi məktubu bunun təsdiqidir. Bu illər ərzində dəfələrlə cavabdehə dəfələrlə müraciət olunmuşdur. 15.01.2021ci il tarixdə cavabdehə müraciət edərək vurulmuş maddi ziyan 150000.0 (yüz əlli min) manat və mənəvi ziyanla bağlı 150000.0 (yüz əlli min) manat, cəmi 300000.0 (üç yüz min) manat məbləğin ödənilməsi xahiş olunmuşdur. Cavabdeh məsuliyyətdən yayınaraq, 27.01.2021- ci il tarixli, 1-3-10/476-21 saylı məktubla müraciətini baxılmamış saxlamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158-də mülkiyyətçi olmayan şəxslərin hüquqları haqda: 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Apardığı araşdırma bunlardır. İsveç qanunvericiliyinə əsasən qeydiyyata alınmış “Telia Sonera”-indiki “Telia” company nizamnamə kapitalı İsveç dövləti 39.5 faiz. Finlandiya dövləti 11.7 faiz, Niderland qanunvericiliyinə əsasən yaradılmış "Fintur Holdings B.V” şirkətinin səhmdarları İsveç qanunvericiliyinə əsasən qeydiyyata alınmış “Telia Company AB" Açıq Səhmdar Cəmiyyəti və Türkiyə qanunvericiliyinə əsasən qeydiyyata alınmış “Turkcell iletişim Hizmetleri A.Ş” Səhmdar Cəmiyyətidir - 41.45 faizı "Turkcell Holding", 58.55 faizi "Telia Sonera" – indiki “Telia” company məxsusdur. "Telia Sonera"nın- indiki “Telia” company Turkcell-də, “Turkcell Holding” vasitəsilə 24 faiz payı var. "xxxx" Şirkətinin təsisçisi “X1 Dış Ticaret A.Ş.” şirkətidir (100%). “Azertel”in nizamnamə kapitalının 51.3%-i “Fintur Holdings”ə, 42.2%-i “Cenay iletisim”ə və 6.5%-i Maltanın “FA İnvest” şirkətinə aid idi. "Telia Sonera" şirkəti- indiki “Telia” company, "Turkcell" və "Fintur Holdings" vasitəsi ilə "xxxx"da paya malik idi. 5 mart 2018-ci il tarixində Payları tam olaraq cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus olan “X2” (AzlnTelecom) Məhdud Məsuliyyətli Cəmiyyəti və Niderland qanunvericiliyinə əsasən yaradılmış “Fintur Holdings B.V.” şirkəti arasında Türkiyə Cümhuriyyətində təsis edilmiş “X3-rım Dış Ticaret A.Ş.” (“Azertel”) şirkətinin 51,3% səhmlərinin alınması barədə müqavilə imzalanmış və "Fintur Holdings" şirkəti "Azertel" şirkətindəki 51,3% payını Azərbaycan Respublikasına aid "Azintelecom" şirkətinə 221,7 milyon avroya (460 milyon Azərbaycan manat) satmışdır. Yaşadıqları ərazi, Yasamal rayonu, Tbilisi prospekti 3166 məhəllə ünvanı ünvan 5n Telekom LTD şitkətinə özəl xəstəxana tikintisi üçün ayrılmışdır. Bu şirkət haqqında onun ailəsinin məlumatı olmayıb. Yaşadıqları əraziyə heç gəlməyib, maraqlanmayıblar. Həmin ərazidə 17 ailənin yaşadığını görən “Cen Telekom LTD” şitkəti fikrindən dönür. Onlara məxsus 10 sot torpaq sahəsində onlarla meyvə ağacları, 17 ədəd məhsul verən qoz ağacları vardı. Qoz ağacının 5 ildən sonra məhsul verdiyini bilirlər. Bundan sonra Bakı şəhər İcra Hakimiyyəti 17.03.1999-cu il tarixli, 239 saylı sərəncamla “Cen Telekom LTD” şirkətinin müraciətinə əsasən şirkətə məxsus həmin ərazinin 0,8 hektarlıq sahəsini "xxxx" MMC-yə ayırmışdır. Bakı şəhər icra Hakimiyyətı 12.09.2001-ci il tarixli, 599-cu saylı sərəncamla "Cen Telekom LTD" şitkətinin müraciətinə əsasən şirkətə məxsus qalan ərazinin 1.0 hektarlıq sahəsini "xxxx" MMC-yə ayırmışdır. 1-ci sərəncamla 2-ci sərəncam arasında 2 ildən artıq vaxt keçsə də cavabdeh Bakı şəhər İcra Hakimiyyəti 1.8 ha ərazini 1999-cu ilin avqust ayında onun ailəsinin və 16 ailənin orada yaşadığını görməməzliyə vuraraq polis gücünə dəmir hasara aldıqdan, 7 aylıq hücumlardan sonra 1999-cu ilin noyabr ayında onun və digər 16 evi dağıdaraq ailəsini çöllərə saldılar. Mülkləri dövlət tərəfindan məcburi özününküləşdirilməsinin, sökülməsinin və köçürməsinin nəticəsi olaraq ailələri taleyin ümidinə buraxıldı. Həmin evdə 7 nəfər ailə üzvü yaşayırlar. Cavabdehin məkrli niyyətlərindən qaçqın kimi evsiz, eşiksiz qalmışlar. Bu gündə cavabdehin ona və ailəsinə qarşı təcavüzündən əziyyət çəkir, təcavüz nəticəsində hüquqlarının kobud şəkildə pozulması faktı gözdən qaçmamalıdır. Günü bu gün də onlar, oğlu X7 məxsus evdə qalır. Cavabdehin göstərişi və tapşırığı ilə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən "xxxx" MMC-yə torpaq ayrılan zaman ona və ailəsinə məxsus evin qanunvericiliyin bütün tələblərinin ziddinə olaraq məhkəmə qərarı olmadan polis gücünə sökülərək ailənin küçəyə atılması onun həyatına misilsiz ağır təsir etmişdir ki, o vaxtdan sonra onların evsiz-eşiksiz qalmış, uçurulmuş evnin müqabilində cavabdehlər tərəfindən heç bir kompensasiya verilməmişdir ki, bununda nəticəsi olaraq onlar uzun illərdir ki, əziyyət çəkirlər. Hesab etmişdir ki, cavabdehin göstərişi və tapşırığı əsasında ona məxsus olan Bakı şəhəri Yasamal rayonu, Tblisi prospekti, 3166-cı məhəllədəkı yaşayış evinin yerləşdiyi və ətrafındakı torpaq sahəsinin "xxxx" MMC-yə ofis binasının tikilməsi üçün ayıran zaman evinin sökülməsi ilə əlaqədar ya yaşayış yerı ilə, ya da həmin evdən istifadə hüququnun pulla kompensasiya olunması barədə məsələni həll etməli olduqları halda bunu etməmiş, nəticədə onun Azərbaycan Respublikası Konstitusiyası ilə təstbit olunmuş mənzil hüququ pozulmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4249/2021 saylı 28 oktyabr 2021-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi və iddianın mümkün sayılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmş, əlavə olaraq göstərilmişdir ki, məhkəmənin qərardadında qeyd edilmiş hallar əsassızdır. Tərəflərin izahatları 02.02.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış 3-cü şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. İnzibatı məhkəmə icraatının iştirakçıları hazırki işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etmədiklərini bildirmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə 3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı İddiaçı 24 noyabr 2021-ci il tarixdə vəfat etdiyi məlum olduğundan (AZ-İİ seriyalı 22818 saylı 29.11.2021-ci il tarixli ölüm haqqında şəhadətnamə) və 4 saylı Bakı “ASAN XİDMƏT” Mərkəzində Notariat ofisinin 11.12.2021-ci il tarixli arayışına əsasən İddiaçı adına 10.12.2021-ci il tarixdə V-732/2021 saylı vərəsəlik işinin açılıb, X5 mirasın qəbuluna dair ərizəsi qeydiyyatda keçdiyinə görə məhkəmə kollegiyası iddiaçını onun hüquqi varisi X10 ilə əvəz etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının hüquqi varisi (oğlu) X10 iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki işdən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə qarşı tələbi “ona maddi və mənəvi ziyanın ödənilməsi” barədə olmuşdur. Bununla bağlı iddiaçı cavabdeh orqana müraciət etmiş, lakin sonuncu tərəfnindən onun tələbinin təmin olunnmasından imtina edilmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 1-3-10/476-21 saylı 27.01.2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə (müraciətdə göstərilən məsələ ilə əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) uyğun olaraq müraciəti baxılmamış saxlanılmışdır. Sonradan mərhum iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmiş, lakin onun iddiası mümkün sayılmamışdır. İşə birinci instansiya qaydasında baxmış məhkəmə hesab etmişdir ki, hazırki mübahisə üzrə cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iddiaçının hüquqlarına və qanunla qorunan maraqlarına toxunan hər hansı hərəkəti və ya qərarı mövcud deyildir və bu səbəbdən də iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası iddianın mümkün sayılmaması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd olunmalıdır ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Sözügedən Qanun inzibati orqanlar və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. Həmçinin qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. İnzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırılmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. İş materiallarından müəyyən olunur ki, vaxtilə mərhum İddiaçı "xxxx" MMC-yə qarşı da müvafiq iddiası olmuş, həmin iddia sübut və hüquqi əsas olmadığından rədd edilmiş, bu barədə məhkəmə aktı apellyasiya və kassasiya instansiyaları tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan mülki iş üzrə məhkəmələr hesab etmişdir ki, İddiaçı iddia etdiyi torpaq sahəsinə və əmlaka dair hüquqlarını təsdiq edən, həmin tikilinin mövcudluğunu, tikilinin məhz "xxxx" MMC tərəfindən söküldüyünü və bununla da sonuncu tərəfindən ona maddi və mənəvi zərərin vurulduğunu təsdiq edən hər hansı sübut təqdim etmədiyindən iddiası təmin edilməməlidir. Beləliklə, mərhum İddiaçı "xxxx" MMC-yə qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiasının rədd edilməsi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarları mövcuddur. Hazırki işdə isə mərhum iddiaçının cavabdeh qismində qoyduğu Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən iddiaçının istinad etdiyi hallar üzrə onun hər hansı hüquqlarının pozulmasına yol verilmədiyindən, bu barədə faktiki halların mövcudluğu mərhum iddiaçı tərəfindən sübuta yetirilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddianın qeyri-mümkün sayılması qənaətinə gəlmişdir. Kollegiya onu da nəzərə alır ki, mərhum iddiaçının iddia ərizəsində və apellyasiya şikayətində qeyd etdiyi məsələlər onun hüquqlarının məhz hazırki cavabdeh inzibati orqan tərəfindən pozulduğunu ehtiva etmir, bu baxımdan həmin dəlillər iddianın qeyri-mümkün sayılması barədə qanuni və əsaslı olan məhkəmə qərardadının ləğv edilməsi və iddianın mümkün sayılması üçün əsas vermədiyindən qəbul edilmir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4249/2021 saylı 28 oktyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4249/2021 saylı 28 oktyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar