Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-794/2021 23.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Səriyyə Hüseyn qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə və üçüncü şəxslər Azərbaycan Respublikası Nazirlər Kabineti və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 03.11.2020-ci il tarixli, 2-1(112)-5849/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3480/2019 saylı, 19 noyabr 2019-cu il tarixli qərarı ilə iddia qismən təmin edilmişdir. Həmin qərardan iddiaçı tərəfindən apelyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın tam təmin edilməsi xahiş edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-566/2020 saylı, 17.03.2020-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3480/2019 saylı, 19 noyabr 2019-cu il tarixli qərarı ləğv edilmiş və inzibati işin mahiyyəti üzrə yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardaddan kassasiya şikayəti verilməmiş, qərardad qanuni qüvvəsini almış, yenidən baxılması üçün geri qaytarılmış, iş materialları 14 avqust 2020-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə daxil olmuşdur. Bakı İnzibati Məhkəməsinin 03.11.2020-ci il tarixli, 2-1(112)-5849/2020 saylı qərarı ilə iddia qismən təmin edilərək, Bakı şəhəri, Yasamal rayonu, Mirzəağa Əliyev küçəsi, 2-ci dalanda yerləşən 6 saylı ev üzrə İddiaçı mülkiyyətində olan 3/48 hissəsinin dövlət ehtiyacları məqsədi ilə sökülməsi nəticəsində vurulmuş zərərin əvəzi olaraq iddiaçıya məxsus sahəsi 10.55 kv.m olan tikilinin sökülməsinə görə 15825,0 manat məbləğinin Cavabdehndən İddiaçı ödənilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir (hakim M.Qarayeva). Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, texniki pasporta əsasən cəmi meydançanın sahəsi 401.2 kv.metr təşkil edən iddiaçının ümumi paylı mülkiyyətçisi olduğu Bakı şəhəri, Yasamal rayonu, Mirzəağa Əliyev küçəsi, 2-ci dalanda yerləşən 6 saylı ev üzrə mülkiyyətində olan 3/48 hissənin və qanuni sahiblik və istifadə hüquqlarının mövcud olduğu müvafiq torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar yuxarıda qeyd edilən 18750 manat, 37500 manat, 1875 manat, 3750 manat, 4125 manat və 8250 manat pul kompensasiyalarının, 7425 manat vurulmuş maddi zərərin əvəzinin və 10000 manat vurulmuş mənəvi zərərin əvəzinin cəmi kimi yekun olaraq 91675 manat pul kompensasiyasının və vurulmuş zərərin əvəzinin müvafiq qaydada rəsmiləşdirmə aparılmaqla ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Mirzağa Əliyev küçəsi, 2-ci dalanda yerləşən 6 saylı evin 3/48 hissəsi ümumi paylı mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur. Bakı şəhəri Yasamal rayonu Mirzağa Əliyev küçəsi 2-ci dalanda yerləşən 6 saylı evin Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən 1966-cı ildə tərtib edilmiş 3452 reyestr nömrəli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportuna əsasən Bakı şəhəri Yasamal rayonu Mirzağa Əliyev küçəsi 2-ci dalanda yerləşən 6 saylı ev üzrə cəmi meydançanın sahəsi 401,2 kv.metr, tikintinin sahəsi isə 199,8 kv.metr təşkil edir. Söküntü zonasına düşmüş Bakı şəhəri Yasamal rayonu Mirzağa Əliyev küçəsi 2-ci dalanda yerləşən 6 saylı evin 3/48 hissədə ümumi paylı mülkiyyətçisi olmağını və torpaq sahəsi üzəri qanuni sahiblik və istifadə hüquqlarını təsdiq edən müvafiq hüquqmüəyyənedici sənədləri - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən 1966-cı ildə tərtib edilərək verilmiş 3452 reyestr nömrəli evin texniki pasportunu və digər zəruri sənədləri qanunvericiliyin tələblərinə uyğun surətdə pul kompensasiyasının hesablanaraq əvəz kimi ona verilməsi üçün Bakı şəhəri Cavabdeh nəzdində Köçürmə Komissiyasına təqdim etmişdir. Lakin ona məxsus olan daşınmaz əmlakın - söküntü zonasına düşmüş Bakı şəhəri, Yasamal rayonu, Mirzağa Əliyev küçəsi, 2-ci dalanda yerləşən 6 saylı evin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar ona əvəz kimi verilməli olan hansı məbləğdə pul kompensasiyasının hesablanması barədə halhazıra kimi rəsmi qaydada məlumat verilməmişdir, bu barədə sənədlər - müstəqil qiymətləndirici kimi cəlb edilmiş “xxxx” MMC-nin təklifinin “Qiymətləndirmə hesabatı”nın və qiymətləndirmə komissiyasının qərarının surətləri ona rəsmi qaydada təqdim olunmamışdır və onunla notariat qaydasında təsdiq edilməklə alqı-satqı müqaviləsi bağlanmamışdır. Hazırda isə əvəz kimi ona müvafiq pul kompensasiyasının ödənilməsi təmin edilmədən ümumi paylı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Mirzağa Əliyev küçəsi, 2-ci dalanda yerləşən 6 saylı ev sökülmüşdür və nəticədə Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və beynəlxalq müqavilələrlə təminat verilmiş və qorunan mülkiyyətçi kimi hüquqları pozulmuşdur. Hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 246-cı, 247-ci və digər maddələrinə, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci, 22-ci, 23-cü, 24-cü və digər maddələrinə, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007- ci il 7 dekabr tarixli 506-llİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 689 №-li 26 dekabr 2007-ci il tarixli Fərmanının 1.3-cü və 2.3-cü bəndlərinə, habelə digər qanunvericilik aktlarına əsasən texniki pasporta əsasən cəmi meydançanın sahəsi 401.2 kv.metr təşkil edən ümumi paylı mülkiyyətçisi olduğu Bakı şəhəri, Yasamal rayonu, Mirzəağa Əliyev küçəsi, 2-ci dalanda yerləşən 6 saylı ev üzrə mülkiyyətində olan 3/48 hissənin və qanuni sahiblik və istifadə hüquqlarının mövcud olduğu müvafiq torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar alınmanın təsirinə məruz qalan şəxs kimi ona ədalətli əvəz kimi müvafiq qaydada rəsmiləşdirmə aparılmaqla cəmi 91675 manat pul kompensasiyasının və vurulmuş zərərin əvəzinin ödənilməsi öhdəliyi (vəzifəsi) dövlət ehtiyacları üçün alan orqan kimi Bakı şəhəri Cavabdehnə həvalə edilməlidir. İş üzrə Bakı İnzibat Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və iddiaçının izahatı: İlkin məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X14 apellyasiya şikayətini müdafiə edərək, izahatında bildirmişdir ki, qeyd olunan qərar maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir, həmin qərar qismən ləğv edilməli və iddia tələbinin qismən təmin edilməsi hissəsində rədd edilməsi barəsində yeni qərar qəbul edilməlidir. İş materiallarından məlum olur ki, mübahisə predmeti olan evə dair iddiaçının 3/48 hissəyə mülkiyyət hüququ olsa da, həmin ünvanda 1977-ci il tarixindən yaşamadığı və mülkiyyətində olan əmlakın faktiki olaraq mövcud olmaması üçün “Daşınmaz əmlakın alınması Qrupu” tərəfindən iddiaçıya, eyni zamanda digər payçılar olan iddiaçının bacıları X4 və X6 ümumi 31,65 kv.m yaşayış sahəsinə dair 15 000 manat məbləğində kompensasiya depozit hesabına köçürülmüşdür. İddiaçının atası mərhum Məhərrəm Quliyev mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Mirzəağa Əliyev küçəsi 2-ci dalanda yerləşən 6 saylı evi vəfatından əvvəl keçmiş həyat yoldaşı olan X5 və övladları X11 və X2 vəsiyyət etmişdir. Həmçinin, Sevinc Quliyevanın həmin ünvanda 1977ci il tarixindən yaşamaması barədə digər payçılar və həmin ünvanda yaşayan şəxslər tərəfindən tərtib edilərək imzalanmış 24 avqust 2018-ci il tarixli akt mövcuddur. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri xanım Südabə Həsənovaya payçılar və sözügedən ünvanda yaşayan vətəndaşlar tərəfindən ünvanlanmış izahatdan görünür ki, iddiaçının atası Quliyev Məhərrəm tərəfindən miras əmlak kimi ikinci həyat yoldaşı olan X19 Cfızına və övladları Aybəniz Quliyevaya, Sevinc Quliyevaya və İddiaçıa Bakı şəhəri Yasamal rayonu Mirzəağa Əliyev küçəsi 2-ci dalanda yerləşən 6 saylı evə dair hər-hansı şifahi və ya notarial qaydada vəsiyyətnamə tərtib olunmamışdır. Bundan başqa, həmin şəxslərin izahatlarından və iş materiallarından görünür ki, Quliyev Məhərrəm Bakı şəh., Biləcəri qəs., M.Hüseyzadə küç., 8 saylı evin 17 nömrəli mənzilini 07.05.1997-ci il tarixində ikinci həyat yoldaşı olan X8 adınan özəlləşdirərək onu və övladları Aybəniz Quliyevaya, Sevinc Quliyevaya və İddiaçı mənzillə təmin etmişdir. Beləliklə, Quliyeva Sevinc, İddiaçı və Quliyeva Aybəniz mübahisə predmeti olan evə dair mülkiyyət hüququnun hansı əsaslarla alması məlum deyil. Çünki, Sevinc Quliyeva, Aybəniz Quliyeva və İddiaçı atalarından qalan miras əmlaka dair vərəsəlik haqqında şəhadətnamə verilməsi ilə bağlı 12 saylı Dövlət Notariat kontorunun şəhadətnamənin verilməsinə dair imtinası mövcuddur. Həmçinin şikayətdə bildirilmişdir ki, ötən dövr ərzində Yasamal rayonunun “Sovetski” adlanan ərazisində aparılan köçürmə işləri çərçivəsində yaşayış sahələrinin qiymətləndirilməsi onun faktiki mövcudluğuna əsaslanmışdır. Aparılan yenidən qurma işləri layihəsinin təsiri altına düşən hər bir daşınmaz əmlak qiymətləndirmədən kənarda qalmamışdır. Alınmanın təsirinə məruz qalmış əmlak onun konstruksiyasından və təmir səviyyəsindən asılı olaraq qiymətləndirilir. Əmlakın faktiki olaraq mövcud olmadığı və Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş Çıxarışda yalnız formal olaraq iddiaçıya 10,55 kv.m. sahənin məxsus olması “Daşınmaz əmlakın alınması qrup”u tərəfindən həmin əraziyə baxış keçirilən zaman aşkar edilmişdir və iddiaçıya ədalətli kompensasiya təklif edildiyinə baxmayaraq iddiaçı razılığa gəlməmişdir. Bundan başqa, məhkəmə iddia tələbini qismən təmin edərək, maddi hüquq normalarının pozuntusuna yol vermişdir. Belə ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının Qanunun 7.1-ci maddəsinə əsasən torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Lakin, iddiaçı mübahisəli evin 3/48 hissəsinə mülkiyyət hüququnun yalnız formal xarakter daşıyır və iddia etdiyi sahə mövcud olmamışdır. Bundan başqa, iddiaçının faktiki həmin sahədə uzun müddətdir yaşamadığını məhkəmə qərarında da öz əksini tapmışdır. Nəticə etibarı ilə, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunun 7.1. maddəsi ilə müəyyən edildiyi kimi iddiaçı alınmanın təsirinə məruz qalan şəxs hesab edilmir, çünki mövcud olmayan sahədən iddaçı köçürülə, həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirə bilməz. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının qiskmən ləğv edilməsi, iddia tələbinin qismən təmin edilmiş hissəsində rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş etmişdir. Cavabdeh Bakı şəhəri Cavabdeh və üçüncü şəxslər Azərbaycan Respublikası Nazirlər Kabineti və Azərbaycan Respublikası Maliyyə Nazirliyi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdeh və üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Belə ki, iş materiallarından görünür ki, məhkəmə zamanı əslinə baxış keçirilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, X21 küçəsi, dalan 2, ev 6 ünvanda yerləşən daşınmaz əmlak paylı mülkiyyət olmaqla, həmin daşınmaz əmlakın ümumi sahəsinin, yəni 168.8 kv.m. sahəsinin 3/48 hissəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Göründüyü kimi, iddiaçı iddia tələbində ümumi paylı mülkiyyətçisi olduğu Bakı şəhəri, Yasamal rayonu, Mirzəağa Əliyev küçəsi, 2-ci dalanda yerləşən 6 saylı evin ümumi sahəsinin 401.2 kv.m qeyd etsə də, həmin daşınmaz əmlakın 168.8 kv.m. olması və 168.8 kv.m. sahənin 3/48 hissəsinin İddiaçı mülkiyyətində olması iş materialları ilə öz təsdiqini tapmışdır. Birinci instansiya məhkəməsi zamanı iddiaçı öz izahatında bildirmişdir ki, mübahisə predmeti olan daşınmaz əmlakın sadəcə paylı mülkiyyətçilərindən biridir, uzun müddətdir ki, həmin mənzildə yaşamır, yəni istifadəçisi olmamışdır. İş materiallarından və iddiaçının izahatından da müəyyən edildiyi kimi, İddiaçı iddia tələbində qeyd etdiyi daşınmaz əmlakın istifadəçisi olmaması işin mübahisələndirilməyən halıdır. Birinci instansiya məhkəməsi iddia tələbinin “18750 (on səkkiz min yeddi yüz əlli) manat məbləğində kompensasiyanın ona ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı həmin məbləğin ona ödənilməsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Mirzağa Əliyev küçəsi 2-ci dalanda yerləşən 6 saylı ev üzrə mülkiyyətində olan 3/48 hissəyə müvafiq sahə 12,5 kv.metr (199,8 kv.metrin 48-ə bölünməsi və 3-ə vurulması qaydasında) təşkil edir və həmin 12,5 kv.metr sahənin satın alınması ilə əlaqədar ona 18750 (on səkkiz min yeddi yüz əlli) manat (12,5 kv.metrin 1500 manata vurulması qaydasında hesablanmaqla) ödənilməlidir. Bununla bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışın surətindən göründüyü kimi, Bakı şəhəri, Yasamal rayonu, X21 küçəsi, dalan 2, ev 6 ünvanda yerləşən paylı mülkiyyətdə olan daşınmaz əmlakın ümumi sahəsi iddiaçının qeyd etdiyi kimi 199.8 kv.m deyil, 168.8 kv.m olduğundan, iddiaçının mülkiyyətində olan payın sahəsi 12.5 kv.m deyil 10.55 kv.m təşkil edir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi “Bakı şəhəri, Yasamal rayonu, X21 küçəsi, dalan 2, ev 6 ünvanda yerləşən paylı mülkiyyətdə olan və ümumi sahəsi 168.8 kv.m. olan daşınmaz əmlakın dövlət ehtiyacları məqsədi ilə sökülməsi nəticəsində vurulmuş zərərin əvəzi olaraq iddiaçıya 15825 (10.55 x 1500 = 15825) manat ödənilməsi” hissəsində əsaslıdır və təmin olunmalıdır. İddia ərizəsindən görünür ki, iddiaçı iddia tələbinin “1875 manat və 4125 manat” hissəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Mirzağa Əliyev küçəsi, 2-ci dalanda yerləşən 6 saylı ev üzrə mülkiyyətində olan 3/48 hissəyə müvafiq 18750 manat pul kompensasiyası məbləğinin 10 faizi 1875 manat, satınalma qiymətinə 20 faiz miqdarında əlavə haqq kimi isə 4125 manat pul kompensasiyası əlavə olaraq ona ödənilməlidir. Birinci instansiya məhkəməsi iddia tələbinin həmin hissəsi ilə bağlı qeyd etmişdir ki, dövlət ehtiyacları məqsədi ilə sökülməsi nəticəsində vurulmuş zərərin əvəzi olaraq Bakı şəhəri, Yasamal rayonu, Mirzəağa Əliyev küçəsi, 2-ci dalanda yerləşən 6 saylı ev üzrə İddiaçı mülkiyyətində olan və sahəsi 10.55 kv.m təşkil edən tikilinin sökülməsinə görə kompensasiya iddiaçının qeyd etdiyi əlavələr, yəni 26 dekabr 2007-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanında qeyd edilmiş 20% əlavə, həmçinin 10% əlavə nəzərə alınmaqla 15825,0 manat hesablandığından, iddia tələbi bu hissədə əsassızdır və təmin olunmamalıdır. Daha sonra, iddia ərizəsindən görünür ki, iddiaçı iddia tələbinin “37500 (otuz yeddi min beş yüz) manat” hissəsini onunla əsaslandırmışdır ki, Bakı şəhər, Yasamal rayonu, Mirzağa Əliyev küçəsi, 2-ci dalanda yerləşən 6 saylı ev üzrə iddiaçının mülkiyyətində olan 3/48 hissəyə müvafiq qanuni sahiblik və istifadə hüquqlarının mövcud olduğu 25 kv.metr torpaq sahəsinin alınması üçün ona 37500 (otuz yeddi min beş yüz) manat pul ödənilməlidir. Bununla bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, yuxarıda qeyd edilən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışda Bakı şəhəri, Yasamal rayonu, X21 küçəsi, dalan 2, ev 6 ünvanda olan daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinin mülkiyyət növü “Dövlət” mülkiyyət növü kimi qeyd edilmişdir. Odur ki, iddiaçının alınmasına görə kompensasiya ödənilməsi tələb etdiyi torpaq sahəsi xüsusi mülkiyyətdə olmadığından, yəni dövlətin mülkiyyətində olduğundan iddia tələbi həmin hissədə də əsassızdır və təmin olunmamalıdır. Həmçinin, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisə predmeti olan mənzildə şəxs yaşamadığı üçün həmin mənzilin yerləşdiyi torpaq sahəsindən də istifadə etməmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı iddia tələbinin “3750 və 8250 manat” hissəsini onunla əsaslandırmışdır ki, iddiaçının Bakı şəhəri, Yasamal rayonu, Mirzağa Əliyev küçəsi, 2-ci dalanda yerləşən 6 saylı ev üzrə mülkiyyətində olan 3/48 hissəsinə müvafiq qanuni sahiblik və istifadə hüquqlarının mövcud olduğu 25 kv.metr torpaq sahəsinə görə 37500 manat pul kompensasiyası məbləğinin 10 faizi, yəni 3750 manat, həmçinin satınalma qiymətinə 20 faiz miqdarında əlavə haqq kimi 8250 manat pul kompensasiyası ona ödənilməlidir. Bununla bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia tələbi “37500 manat kompensasiyanın ödənilməsi” hissəsində əsassız hesab olunduğundan, həmin pul kompensasiyası məbləğinin 10 faizi, yəni 3750 manat, həmçinin satınalma qiymətinə 20 faiz miqdarında əlavə haqq kimi 8250 manat pul kompensasiyasının ödənilməsi də əsassızdır və təmin olunmamalıdır. Daha sonra iddiaçı iddia tələbinin “7425 (yeddi min dörd yüz iyirmi beş) manat vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” hissəsini onunla əsaslandırmışdır ki, 74250 manat pul məbləğinin (mülkiyyətində olan yaşayış sahəsi və qanuni sahibliyində və istifadəsində olan torpaq sahəsi ilə əlaqədar ona ödənilməli olan 18750 manat və 37500 manat pul kompensasiyalarının, 1875 manat və manat 3750 manat çətinliklərə görə pul kompensasiyasının, 4125 manat və 8250 manat satınalma qiymətinə 20 faiz miqdarında əlavə haqq kimi hesablanmış pul kompensasiyalarının cəmi kimi hesablanmaqla) ona ödənilməsinin dövlət ehtiyacları üçün alan orqan kimi Bakı şəhəri Cavabdeh tərəfindən qanunsuz və əsassız olaraq gecikdirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün göstərilən 74250 manat pul məbləğinin illik 5 faiz məbləği kimi 2018-ci və 2019-cu illər üzrə 7425 manat pul məbləğinin müvafiq qaydada rəsmiləşdirmə aparlmaqla ona ödənilməlidir. Birinci instansiya məhkəməsi iddia tələbinin qeyd edilən hissəsi ilə bağlı bildirmişdir ki, iddiaçı mövcud qanunvericiliyə əsasən daha böyük məbləğ tələb edə bilməməsini əsaslandıra bilmədiyi üçün, iddia tələbi əsassızdır və təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Birinci instansiya məhkəməsi iddia tələbinin 10000 manat vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı qeyd edir ki, mənəvi ziyanın dəyməsi iş materialları ilə sübut olunmadığından, iddia bu hissədə də əsassızdır və təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsi barədə” Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında göstərilir ki, “Mülki Məcəllənin 23-cü maddəsində mənəvi zərər adətən şəxslərin qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır. Mənəvi zərər qeyri-əmlak zərəri olub iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik və sair qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı və iztirab verir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03.11.2008-ci il tarixli 7 saylı Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X12 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmçinin,birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh orqan iddiaya dair yazılı etirazında iddiaçının mübahisə predmeti olan evə dair mülkiyyət hüququnun hansı əsaslarla almasının məlum olmamasını qeyd etsə də, yəni iddiaçı tərəfindən mülkiyyət hüququna dair təqdim edilmiş sənədin mötəbərliyini şübhə altına alsa da, həmin sənədin mötəbərliyinin müəyyən edilməsi üçün cavabdeh inzibati orqan tərəfindən hər hansı tədbir görülməsi iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İş materiallarından görünür ki, cavabdeh orqan iddiaya dair yazılı etirazında “Daşınmaz əmlakın alınması Qrupu” tərəfindən iddiaçıya, eyni zamanda digər payçılar olan iddiaçının bacısılarına ümumi 31,65 kv.m yaşayış sahəsinə dair 15000 manat məbləğində kompensasiyanın depozit hesabına köçürülməsini bildirmişdir. Bununla bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh orqan 31,65 kv.m yaşayış sahəsinə dair 15 000 manat məbləğin hansı qaydada hesablanmasına və həmin məbləğin depozit hesaba qoyulmasına dair hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusıyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İV bəndinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacı üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 dekabr 2018-ci il tarixli 572 nömrəli “Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus yaşayış və qeyriyaşayış obyektlərinin bir qisminin dövlət ehtiyacları üçün alınması haqqında” Qərarının 1ci bəndində Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayıl bəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzağa Əliyev küçələri arasındakı ərazidə 880 ədəd olmaqla, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyekti dövlət ehtiyacları üçün alınması qeyd edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” 51 nömrəli, 16 fevral 2018-ci il tarixli Qərarına əsasən Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzağa Əliyev küçələri arasındakı ərazidə 880 ədəd, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin “Baş Planı”na uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün alan orqan Bakı şəhəri Cavabdeh müəyyən edilmişdir. İşin faktiki hallarından göründüyü kimi, hazırkı iddianın predmeti olan Bakı şəhəri, Yasamal rayonu, X21 küçəsi, dalan 2, ev 6 ünvanda yerləşən daşınmaz əmlak qeyd olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 nömrəli, 16 fevral 2018-ci il tarixli, həmçinin 29 dekabr 2018-ci il tarixli 572 nömrəli qərarının təsiri altına düşür. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının 2010-cu il 20 aprel tarixli 987-İİİQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar “Azərbaycan Respublikası Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında “Azərbaycan Respublikasının 06.06.2012-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsi “Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır.” kimi redaksiyada verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 246.1-ci maddəsinə əsasən bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 70-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Torpaqların dövlət ehtiyacı üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunun 4.1-ci maddəsində qeyd olunub ki, bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, bələ razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Həmin Qanunun 5-ci maddəsinə əsasən istifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq xüsusi mülkiyyətdə olan torpaqlar, bələdiyyə mülkiyyətində olan torpaqlar və üzərində istifadə və icarə hüquqları olan dövlət Torpaqları bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən torpaqları dövlət ehtiyacları üçün alan orqan bu Qanunun 9.1-ci maddəsində tutulmuş qaydada qəbul edilən, torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu barədə qərarla müəyyən olunur və torpaqların dövlət ehtiyacları üçün alınmasını konkret halda dövlətin adından icra edir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunun 52.1-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxsdən alınan torpaqla bağlı sahibliyin əldə edilməsi məhkəmə tərəfindən müvafiq qərar qəbul edildikdən sonra həyata keçirilə bilər. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunun 54.2-ci maddəsinin tələbinə görə kompensasiya alınmanı zəruri edən layihənin hesabına ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 249.2-ci maddəsinə əsasən torpağın alınması barədə qərarın qəbul edildiyi tarixdən sonra həmin tarixədək mülkiyyətində alınan torpaq olan şəxslərin sahiblik və istifadə hüquqları istisna olmaqla, həmin torpaqla bağlı bütün hüquqları kompensasiya almaq hüququna çevrilir. Məhkəmə kollegiyası apelyasiya şikayətində göstərilən dəlilləri qəbul etmir. Bakı şəhəri Cavabdeh məhkəməyə ünvanlandığı 11.06.2021-ci il tarixli, 967/d məktuba əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, İddiaçı kompensasiyanın ödənilməsi ilə bağlı Yasamal İcra Hakimiyyətinə müraciət etmişdir və həmin müraciətdə texniki pasporta əsasən cəmi meydançanın sahəsi 401.2 kv.metr təşkil edən iddiaçının ümumi paylı mülkiyyətçisi olduğu Bakı şəhəri, Yasamal rayonu, Mirzəağa Əliyev küçəsi, 2-ci dalanda yerləşən 6 saylı ev üzrə mülkiyyətində olan 3/48 hissənin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar əvəzi kimi verilməli olan hansı məbləğdə pul kompensasiyasının hesablanması barədə ona rəsmi qaydada məlumat verilməsini və bu barədə müvafiq sənədləri – müstəqil qiuymətlətləndirici kimi cəlb edilmiş “xxxx” MMC-nin təklifinin – “Qiymətləndirmə hesabatı”nın və qiymətləndirmə komissiyasının qərarının surətlərinin təqdim edilməsini xahiş etmişdir. Həmin ərizəyə cavab olaraq Cavabdeh V.Guliyevə bildirmişdir ki, qeyd edilən məsələnin araşdırılması üçün sənədlərlə birlikdə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 28B ünvanında fəaliyyət göstərən müstəqil qiymətlədiri ekspertlərə, həmçinin Daşınmaz Əmlakın alınması Qrupuna müraciət edilməsi tövsiyyə olunmuşdur. Məktuba əlavə edilmiş Qiymətləndirmə cədvəlindən görünür ki, AR Nazirlər Kabinetinin 16.02.2018-ci il tarixli, 51 saylı qərarına əsasən Bakı şəhəri, Cavabdeh tərəfindən dövlət ehtiyacları üçün alınan, ünvan 4 ünvanında yerləşən (64-265 şərti kodu ilə işrələnmiş) “X1, İddiaçı, X10, X9” na məxsus mülkiyyətində və istifadədə olan daşınmaz əmlakın faktiki mövcud olan sahəsi, müstəqil qiymətləndirici qismində cəlb edilmiş “xxxx” MMC tərəfindən, həmin əmlakın 2018-ci il iyun ayına olan bazar dəyəri və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” AR Qanunun ilə müəyyən edilmiş bütün kompensasiya növləri nəzərə alınmaqla (AR Prezidentinin 26.12.2007-ci il tarixli 689 saylı Fərmanı ilə nəzərdə tutlmuş 20% və digər əlavələr nəzərə alınmaqla əsas sahənin, köməkçi sahənin dəyəri 1500 manat, digər sahələrin dəyəri müvafiq olaraq 800,400,300 manat, 2 aylıq kirayə haqqı 1000 manat dəyərində hesablanmışdır. Həmin qiymət cədvəlində "ünvanda yaşamayan sənədlə sahəsi 31,65 kv.m olan, digər pay sahibləri üçün saxlanılan məbləğ 15000 manat” dəyərində qiymətləndirilmişdir. Həmçinin, iddiaçının məhkəməyə təqdim etdiyi AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının 21.04.2020-ci il tarixli, 2-1(102)-1142/2020 saylı qərarından görünür ki, iddiaçının baçısı Quliyeva Aybəniz Məhərrəm qızı iddiaçı qismində Cavabdehnə (üçüncü şəxslər Maliyyə Nazirliyi və AR Nazirlər Kabinetinə) qarşı eyni məzmunlu iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25.10.2019-cu il tarixli, 2-1(81)- 2870/2019 saylı qərarı ilə A.Quliyevanın iddiası qismən təmin edilərək, Bakı şəhəri, Yasamal rayonu, Mirzəağa Əliyev küçəsi, 2-ci dalanda yerləşən 6 saylı ev üzrə iddiaçı X3 mülkiyyətində olan 3/48 hissəsinin dövlət ehtiyacları məqsədi ilə sökülməsi nəticəsində vurulmuş zərərin əvəzi olaraq iddiaçıya məxsus sahəsi 10.55 kv.m olan tikilinin sökülməsinə görə 15825,0 manat məbləğinin Cavabdehndən iddiaçıya ödənilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. Həmin qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23.01.2020-ci il tarixli, 2-1(103)-287/20 saylı qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmdən qüvvədə saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsinin qərarından cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının 21.04.2020-ci il tarixli, 2- 1(102)-1142/2020 saylı qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, apelyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür və belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 03.11.2020-ci il tarixli, 2-1(112)-5849/2020 saylı qərar dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Səadət Bəktaşi Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-794/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-794/2021
23.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver