Məhkəmə qərarları › İş №2-1(103)-794/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-794/2022

05.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-794/2022 05.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Nəsimi rayon Xidmət nümayəndəliyinə qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2-1(112)-9180/2021 saylı qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu (publik hüquqi şəxsinin Nəsimi rayon Xidmət nümayəndəliyinə) qarşı İddiaçı 1949- 1988-ci illərdə Ermənistan SSR Masis rayonunun Zəngilər kənd sovxozunda işlədiyi dövr üzrə 39 il iş stajı nəzərə alınmaqla «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 01.07.2017-ci il tarixədək qüvvədə olmuş 27.2-ci maddəsinə əsasən, yəni hər il iş stajı üçün 1,94 manat olmaqla pensiyasının 01.07.2011-ci il tarixdən 02.07.2018-ci il tarixədək yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna publik hüquqi şəxsinin Nəsimi rayon Xidmət nümayəndəliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4168/2019 saylı işi üzrə qəbul etdiyi 25.11.2019-cu il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı 1949-1988-ci illərdə Ermənistan SSR Masis rayonunun Zəngilan kənd sovxozunda işlədiyi dövr üzrə 39 il iş stajı nəzərə alınmaqla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 01.07.2017-ci il tarixədək qüvvədə olan 27.2-ci maddəsinə əsasən, yəni sığorta stajının hər ili üçün 1,94 (bir manat doxsan dörd qəpik) manat sığorta hissəsi müəyyən edilməklə pensiyasının 01.07.2011-ci il tarixdən 02.07.2018-ci il tarixədək yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müafiə Fondunun Nəsimi Rayon Şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müafiə Fondunun Nəsimi Rayon Şöbəsi 30.12.2019-cu il tarixli apellyasiya şikayətinə əsasən, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 4168/2019 saylı işi üzrə qəbul etdiyi 25.11.2019-cu il tarixli qərarının ləğv edilməsini və iddiaçının tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-573/2020 saylı işi üzrə qəbul etdiyi 18 fevral 2020-ci il tarixli qərarına əsasən, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müafiə Fondunun Nəsimi Rayon Şöbəsinin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4168/2019 saylı, 25.11.2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müafiə Fondunun Nəsimi Rayon Şöbəsi Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-573/2020 saylı, 18.02.2020-ci il tarixli qərarından kassasiya şikayəti verərək, qeyd edilən qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1308/2020 saylı işi üzrə qəbul etdiyi 22 iyul 2020-ci il tarixli qərarına əsasən, cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-573/2020 saylı, 18.02.2020-ci il tarixli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1653/2020 saylı işi üzrə qəbul etdiyi 12.10.2020-ci il tarixli qərardadına əsasən, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4168/2019 nömrəli iş üzrə qəbul etdiyi 25 noyabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Bakı şəhəri Nəsimi rayon nümayəndəliyinə qarşı ona 1949-1988-ci illərdə Ermənistan SSR Masis rayonunun Zəngilan kənd sovxozunda işlədiyi dövr üzrə 39 il iş stajı nəzərə alınmaqla “Əmək pensiyaları haqqında” AR Qanununun 01.07.2017-ci il tarixədək qüvvədə olan 27.2-ci maddəsinə əsasən, yəni sığorta stajının hər ili üçün 1,94 manat sığorta hissəsi müəyyən edilməklə pensiyasının 01.07.2011-ci il tarixdən 02.07.2018-ci il tarixədək yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır. İddiaçı və vəkili X2 Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 1653/2020 saylı, 12.10.2020-ci il tarixli qərardadından kassasiya şikayəti təqdim edərək, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1653/2020 saylı, 12.10.2020-ci il tarixli qərardadının ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 454/2021 saylı, 02 mart 2021-ci il tarixli qərarına əsasən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 oktyabr 2020-ci il tarixli, 2-1(103)-1653/2020 nömrəli qərardadının ləğv edilməsi və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Şikayət qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1567/2021 saylı, 07.07.2021-ci il tarixli qərardadına əsasən, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 4168/2019 saylı, 25 noyabr 2019-cu il tarixli qərarının ləğv edilməsi və iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Hazırda iddiaçı iddia tələbini dəqiqləşdirərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Nəsimi rayon Xidmət nümayəndəliyinə qarşı “iddiaçının 1949-1988ci illərdə Ermənistan SSR Masis rayonunun Zəngilan kənd sovxozunda işlədiyi dövr üzrə 39 il iş stajı nəzərə alınmaqla, “Əmək pensiyaları haqqında” AR Qanunun 01.07.2017-ci il tarixədək qüvvədə olan 26.3-1-ci maddəsinə əsasən pensiyanın 01.07.2011-ci ildən 02.07.2018-ci il tarixədək yenidən hesablanması, yaranmış fərqin birdəfəlik ödənilməsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1933-cü il tarixdə Ermənistan SSR Masis rayonunda doğulmuş iddiaçı 2006-cı ildən əvvəl pensiyaçıdır. Onun pensiyasında 1949-1988-ci illərdəki əmək fəaliyyəti 02.07.2018-ci il tarixədək nəzərə alınmamışdır. Belə ki, həmin dövrlərdə Ermənistan SSR-nin Masis rayonunun Zəngilər kəndində yerləşən sovxozda işləmiş, lakin əmək kitabçasını azərbaycanlıların öz ata-baba yurdlarından, torpaqlarından, Azərbaycan Respublikasının tərkibinə aid olduğu tarixi qeydlərlə təsdiq olunan yerlərdən əsassız və qanunsuz olaraq, beynəlxalq hüququn prinsip və qanunlara zidd məcburi çıxarılması zamanı, iddiaçı əmək kitabçasını özü ilə birlikdə gətirə bilməmiş və iş yerində qalmışdır. Ona görə də həmin dövrdəki əmək fəaliyyətini yalnız 2018-ci ildə məhkəməyə müraciət edərək faktın tanınması ilə tanıtdıra bilmişdir. Belə ki, Nəsimi rayon Məhkəməsinin 11.10.2018-ci il tarixli 2(006)-5307/2018 saylı qətnaməsi ilə İddiaçı 1949-cu ildən 1988-ci ilədək Ermənistan SSR Masis rayonunun Zəngilər kəndində yerləşən sovxozda işləməsi faktı müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 31.01.2019cu il tarixli 2(103)-1874/2019 saylı qətnaməsi ilə Nəsimi rayon Məhkəməsinin hazıkı iş üzrə olan 11.10.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 07.06.2019-cu il tarixli 2(102)4044/2019 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 31.01.2019-cu il tarixli 2(103)1874/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Nəsimi rayon Məhkəməsinin 11.10.2018-ci il tarixli 2(006)- 5307/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsi cavabdeh tərəfindən icra edilsə də, pensiyanın yenidən hesablanması 02.07.2018-ci il tarixdən tətbiq edilmiş və ödənilmişdir. Halbuki, pensiyanın yenidən hesablanması 01.01.2006-cı il tarixdən etibarən tətbiq edilməli idi. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazında göstərilmişdir ki, İddiaçı 1949-cu il tarixdən 1988-ci il tarixədək Ermənistan SSR Masis rayonunun Zəngilər kəndində yerləşən sovxozda işlədiyi dövr üzrə 39 il iş stajı nəzərə alınmaqla, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 01.01.2017-ci il tarixədək qüvvədə olmuş 27.2-ci maddəsinə əsasən, yəni hər il iş stajı üçün 1,94 manat olmaqla pensiyasının 01.07.2011-ci il tarixdən 02.07.2018-ci il tarixədək yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əvvəl İddiaçı 02.07.2018-ci il tarixli ərizə ilə cavabdehə pensiyasının yenidən hesablanması üçün müraciət etmişdir. Cavabdehin 12.07.2018-ci il tarixli məktubu ilə İddiaçı yaşa görə əmək pensiyasının yenidən hesablanması üçün tələb olunan əmək stajının olması barədə qanunvericiliklə müəyyən olunmuş qaydada sənəd təqdim edilə bilmədiyi üçün əmək pensiyasının yenidən hesablanmasının mümkün olmadığı bildirilmişdir. Bundan sonra İddiaçı 1949-cu il tarixdən 1988-ci il tarixədək Ermənistan SSR Zəngilər kəndində yerləşən sovxozda işləməsi faktının hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən edilməsinə dair qətnamə qəbul edilməsinə dair ərizə ilə Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir. Nəsimi rayon Məhkəməsinin 11 oktyabr 2018-ci il tarixli 2(006)-5307/2018 saylı qətnaməsi ilə iddiaçının həmin sovxozda işləməsi faktı müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 31.01.2019-cu il tarixli 2(103)- 1874/2019 saylı qətnaməsi ilə Nəsimi Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 07.06.2019-cu il tarixli 2(102)- 4044/2019 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı pensiyasının yenidən hesablanması tələbi ilə cavabdehə növbəti dəfə 08.08.2019-cu il tarixdə müraciət etmişdir. Cavabdehin 15.08.2019-cu il tarixli məktubu ilə iddiaçıya 02.07.2018-ci il tarixli ərizəsi nəzərə alınaraq məhkəmə qərarına əsasən pensiya məbləğinin 02.07.2018-ci il tarixdən 222,16 manat, 01.01.2019-cu il tarixdən 228,82 manat hesablanaraq ödənildiyi bildirilmişdir. Cavabdehin 25.09.2019-cu il tarixli **********3 nömrəli məktubunda da eyni məzmun göstərilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 noyabr 2019-cu il tarixli 2-1(81)- 4168/2019 saylı qərarı ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 18 fevral 2020-ci il tarixli 2- 1(103)-573/2020 saylı qərarı ilə cavabdehin verdiyi apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Kollegiyasının 22 iyul 2020-ci il tarixli 2-1(102)-1308/2020 saylı qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 18 fevral 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 12 oktyabr 2020-ci il tarixli 2-1(103)-1653/2020 saylı qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 02 mart 2020-ci il tarixli 2- 1 (102)-454/2021 saylı qərarı il iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının qərardadı ləğv edilmiş, iş təkrara baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 07 iyul 2021-ci il tarixli 2-1(103)-1567/2021 saylı qərarı ilə iş təkrar baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bundan sonra iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verilərək, iddiaçının 1949-cu il tarixdən 1988-ci il tarixədək Ermənistan SSR Masis rayonunun Zəngilan kənd sovxozunda işlədiyi dövr üzrə 39 il iş stajı nəzərə alınmaqla, “Əmək pensiyaları haqqında” AR Qanunun 01,07.2021-ci il tarixədək qüvvədə olan 26-cı maddəsinə əsasən pensiyasının 01.07.2011-ci il tarixdən 01.07.2018-ci il tarixədək yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2-1(112)-9180/2021 saylı qərarı ilə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı 1949-1988-ci illərdə Ermənistan SSR Masis rayonunun Zəngilan kənd sovxozunda işlədiyi dövr üzrə 39 il iş stajı nəzərə alınmaqla 11.10.2015-ci il tarixdən əmək pensiyasının yenidən hesablanması, yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (publik hüquqi şəxsinin Nəsimi rayon Xidmət nümayəndəliyinə) həvalə edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qərara alınmışdır. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, iddiaçının pensiyasının yenidən hesablanması hüququnun 01.07.2011-ci ildən yarandığını, lakin iddiaçının ahıl və xəstə olmasından dolayı, eyni zamanda o yaşdakı bir insanın sosial təminat qanunvericiliyini dərinliklə bilməsi məntiqli olmadığından son üç ilə bağlı məhkəmənin mövqeyinin iddiaçıya tətbiq edilməli olmadığını bildirmiş və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməyən hissəsində də təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Qərardan cavabdeh iddia ərizəsinə etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, cavabdehin apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq iddiaçının pensiya işinin surəti məhkəmə təqdim edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh Pensiyaçının uçot vərəqənə əsasən İddiaçı ilkin olaraq 20.12.1988-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Nəsimi rayon Məhkəməsinin 11.10.2018-ci il tarixli 2(006)-5307/2018 saylı qətnaməsi ilə İddiaçı 1949-cu ildən 1988-ci ilədək Ermənistan SSR Masis rayonunun Zəngilər kəndində yerləşən sovxozda işləməsi faktı müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 31.01.2019-cu il tarixli 2(103)-1874/2019 saylı qətnaməsi ilə Nəsimi rayon Məhkəməsinin 11.10.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır Azərbaycan Respublikası Ali Məhkəməsinin 07.06.2019-cu il tarixli 2(102)- 4044/2019 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 31.01.2019-cu il tarixli 2(103)- 1874/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh iddiaçıya ünvanladığı 25.09.2019-cu il tarixli imtina məktubuna əsasən bilidirilmişdir ki, 02.07.2018-ci il tarixli Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə daxil olmuş pensiyanın yenidən hesablanması haqqında ərizəsinə və məhkəmə qərarına əsasən pensiyanın məbləği 02.07.2018-ci ildən 222,16 manat, 01.01.2019-cu ildən 228,82 manat hesablanaraq ödənilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən, 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının yenidən hesablanması - 26.1.2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır; 26.2. 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza hissəsinə əlavələr dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə əlavələr kimi nəzərə alınır; 26.3. 2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 32.1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Birinci instansiya məhkəməsi iddiaçının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsində nəzərdə tutulmuş pensiya məbləğinin yenidən hesablanması, “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1.1-ci maddəsinə əsasən, onun 39 il işləməsi faktının müəyyən olduğu tarixdən, yəni 2018-ci ilin oktyabr ayının 11-dən əvvəlki 3 il üçün, yəni 2015-ci ilin oktyabr ayından pensiya məbləğini yenidən hesablanması və yaranmış fərqi almaq hüququnun mövcud olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının 1949-cu ildən 1988-ci ilədək sovxozda işləməsi faktını nəzərə almaqla, əmək pensiyasının yenidən hesablanması tələbində haqlı hesab etsə də, əmək pensiyasının “Əmək pensiyaları haqqında” Qanunun 01.07.2017-ci il tarixədək qüvvədə olan 26.3-1-ci maddəsinə əsasən 01.07.2011-ci ildən 02.07.2018-ci il tarixədək yenidən hesablanması hissəsində tələbi haqlı hesab etmir. Belə ki, iddiaçının 1949-1988-ci illərdə Ermənistan SSR Masis rayonun Zəngilan kənd sovxozunda işlədiyi 39 il əmək stajı Nəsimi rayon məhkəməsinin 11.10.2018-ci il tarixli qətnaməsi ilə fakt olaraq müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının pensiya hüququ olması barədə düzgün nəticəyə gəlmişdir. Lakin iddiaçıya pensiyanın 11.10.2015ci il tarixdən ödənilməsi barədə məhkəmənin gəldiyi nəticə maddi hüquq normalarının tələbinə uyğun deyildir. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci müddəsinin hazırda qüvvədə olan redaksiyasında əmək pensiyalarının onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilməsi təsbit edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 08 oktyabr 2020-ci il tarixli 03/2020 saylı Qərardadına əsasən, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının həmin qərardadında ifadə olunmuş mövqeyə görə, keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir. İşdən göründüyü kimi, iddiaçı ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması ilə bağlı cavabdehə 01 iyul 2017-ci il tarixdən sonra – 02.07.2018-ci il tarixdə müraciət etmişdir. Buna görə də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 08 oktyabr 2020-ci il tarixli Qərardadına əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası iddiaçıya münasibətdə də tətbiq edilməlidir. Bu halda iddiaçıya pensiya 02.07.2018-ci il tarixdən əvvəlki üç ilə görə, yəni 02.07.2015-ci ildən ödənilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, İddiaçı əmək pensiyasının yenidən hesablanması üçün cavabdehə müraciət etdiyi 02.07.2018-ci il tarixdən əvvəlki üç ilə, yəni 02.07.2015-ci il tarixdən ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Nəsimi rayon Xidmət nümayəndəliyinə həvalə edilməli, cavabdehin apellyasiya şikayəti təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2-1(112)-9180/2021 saylı qərarı dəyişdirilsin. İddiaçı əmək pensiyasının yenidən hesablanması üçün cavabdehə müraciət etdiyi 02.07.2018-ci il tarixdən əvvəlki üç ilə, yəni 02.07.2015-ci il tarixdən ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Nəsimi rayon Xidmət nümayəndəliyinə həvalə edilsin. Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: İlham Kərimli Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar