Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-795/2020 10.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, Afaq Bayram qızı Nuriyeva və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-4466/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X1rşı cavabdehin qəbul etdiyi xx.xx.2019-cu il tarixli **********153696 səyyar vergi yoxlama aktı və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması barədə” xx.xx.2019-cu il tarixli **********189210 nömrəli qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 4466/2019 saylı qərardadı ilə iddiaçının prosessual müddətin bərpasına dair vəsatəti təmin edilərək, buraxılmış prosessual müddət bərpa edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən cavabdeh orqanın adının “Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X4” əvəzinə “Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi” kimi oxunması qərara alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 4466/2019 saylı qərardadı iddia tələbi “cavabdehin qəbul etdiyi xx.xx.2019-cu il tarixli **********153696 səyyar vergi yoxlama aktının ləğv edilməsi” hissəsində mümkün sayılmamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 4466/2019 saylı qərarı ilə iddia təmin edilmiş, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması barədə” xx.xx.2019-cu il tarixli **********189210 nömrəli qərar ləğv edilmişdir. Qərardan narazı qalan cavabdeh ondan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Məhkəmənin əsaslandırması ilə əlaqədar bildirirlər ki, Vergi Məcəlləsində səyyar vergi yoxlamasının 12 ay ərzində yekunlaşdırılmasına dair konkret göstəriş öz əksini tapmamışdır. Eyni zamanda, Vergi Məcəlləsinin müddəalarının təhlilindən əldə olunan nəticə də məhkəmənin mövqeyi ilə üst-üstə düşmür. Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlmasının müddəti 90 günə qədər artırıla bilər. Vergi Məcəlləsinin 38.7-ci maddəsinə əsasən yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır). İş materialları və səyyar vergi yoxlaması aktı ilə müəyyən edilir ki, cavabdeh tərəfindən yoxlamanın təxirə salınması xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddətdə bir neçə dəfə dayandırılmış və bərpa edilmişdir ki, hətta həmin tarixlərdə ümumiyyətlə yoxlamanın fərz etsək belə, bu müddətin 9 ay müddəti aşmadığı bir daha aşkar görünür (xx.xx.2018-xx.xx.2019 tarix aralığı cəmi 256 gündür). Bu da səyyar vergi yoxlamasının 9 aydan artıq müddətə dayandırılması halı barədə məhkəmənin əsaslandırmasını təkzib edir. Həmçinin, məhkəmə qərarında göstərmişdir ki, əvvəl keçirilmiş səyyar vergi yoxlaması ilə onun fəaliyyəti tam yoxlanılmış, iddiaçı tərəfindən mənzil tikintisi fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin sadələşdirilmiş vergi bəyannaməsi üzrə kənarlaşmanın aşkar edilmədiyi qeyd edilmişdir. Bununla əlaqədar bildiririk ki, əvvəlki səyyar vergi yoxlaması ilə iddiaçının 2012-ci ilin oktyabr ayından 2015-ci ilin sentyabr ayınadək olan dövr üzrə fəaliyyəti yoxlanılmış, yoxlamanın nəticələri xx.xx.2015-ci il tarixli aktla rəsmiləşdirilmiş və həmin akt əsasında xx.xx.2015-ci il tarixdə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. 2014-cü ildə qüvvədə olan Vergi Məcəlləsinin 221.5-ci maddəsinə əsasən mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər hər bir tikinti sahəsi üçün sadələşdirilmiş vergini bu Məcəllənin 220.8-ci maddəsində nəzərdə tutulmuş qaydada tikinti-quraşdırma işlərinin başlandığı rübdə hesablayır və həmin rübdən sonrakı ayın 20-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə vergi orqanına bəyannamə təqdim edirlər. Bu maddədə nəzərdə tutulmuş bəyannamə vergi orqanına təqdim edildikdən sonra hesablanmış vergi bərabər hissələrlə 12.5 faiz həcmində hər rübdən sonrakı ayın 20-dən gec olmayaraq öhdəlik tam yerinə yetirilənədək dövlət büdcəsinə ödənilir. Qanunvericiliyin birbaşa tələbi baxımından iddiaçı vergi öhdəliyini 2014-cü ilin 3-cü rübündən 2016-cı ilin 2ci rübünədək hər rüb üzrə 14.947,80 manat həcmində yerinə yetirməli olduğundan, onun tikinti-quraşdırma işlərini 2015-ci ilin dekabr ayında başa çatdırdığına əsaslanaraq müvafiq məlumat forması ilə vergi orqanına müraciət etmək öhdəliyinin olmamasına dair məhkəmənin mülahizələri əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx xxxxxxx 2015-ci il tarixli 1384-İVQD nömrəli Qanununun 2-ci maddəsində müəyyən edilmiş müddət ərzində müvafiq məlumat forması təqdim edilmədiyi halda hesablanmış vergilərin, o cümlədən sadələşdirilmiş verginin məbləğinin vergi orqanı tərəfindən yenidən hesablanması və ödənilməli sadələşdirilmiş verginin məbləğinin 2016-cı ilin birinci rübü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsində əks etdirilməsi birbaşa qeyd olunmuşdur. Vergi ödəyicisi tərəfindən 2014-cü ildə təməli qoyulmuş binalar üzrə yalnız sadələşdirilmiş vergi hesablanmış və həmin mənzillərin təqdim edilməsi üzrə ƏDV hesablanmamışdır. Bu da vergi ödəyicisi tərəfindən satılmış mənzillər üzrə dövlət büdcəsinə hesablanmalı olan ƏDV məbləğlərinin bəyannamə təqdim edilməməklə yayındırılmasına və nəticədə bina tikintisi üzrə vergi öhdəliyinin qismən yerinə yetirilməsinə səbəb olmuşdur. Eyni zamanda, fərdi sahibkar tərəfindən 2016-cı ilin 1-ci rübü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisinin yayındırılması faktı əsasında toplanmış materiallar üzrə iddiaçı barəsində cinayət işinin istintaqı davam etdirilir. Tərəflərin izahatları Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 4466/2019 saylı qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. Daha sonra həmin qərarda deyilir ki, İPM-nin 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. İşə baxan birinci instansiya məhkəməsi öz xidməti vəzifəsinə görə ilkin olaraq iddianın mümkünlük şərtlərini yoxlamalı olduğu halda bunu etməmiş, iddiaçı tərəfindən mübahisələndirmə haqqında iddia növü üçün mümkünlük şərtinə, yəni mübahisələndirilən inzibati aktın qəbul edilməsi nəticəsində iddiaçının hansı hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasına hüquqi qiymət vermədən, işə mahiyyəti üzrə baxıb iddianın əsaslılığına qiymət vermişdir. Hazırki işin hallarından görünür ki, Vergilər Nazirliyi yanında Bakı şəhəri X4 tərəfindən İddiaçı barəsində kameral vergi yoxlaması keçirilmiş və xx.xx.2016-cı il tarixli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktubu ilə kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri sənədlər tələb edilmişdir. Vergilər Nazirliyi yanında Bakı şəhəri X4 tərəfindən kameral vergi yoxlaması nəticəsində “Vergilərin hesablanması barədə” xx.xx.2016-cı il tarixli **********678800 nömrəli Qərar qəbul edilmişdir. Vergilər Nazirliyi yanında Bakı şəhəri X4 İddiaçı “Vergilərin hesablanması barədə” xx.xx.2016-cı il tarixli **********678800 nömrəli Qərarından inzibati qaydada şikayət vermişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin “İnzibati şikayətin təmin edilməsi haqqında” xx.xx.2017-ci il tarixli **********291500 nömrəli qərarı ilə İddiaçı kameral vergi yoxlaması ilə əlavə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2017-ci il tarixli inzibati şikayətinin təmin edilməsi, Vergilər Nazirliyi yanında Bakı şəhəri X2 xx.xx.2016-cı il tarixli **********678800 nömrəli “Vergilərin hesablanması barədə” Qərarının ləğv edilməsi, Vergilər Nazirliyi yanında Bakı şəhəri X4 tərəfindən Vergi məcəlləsinin 38-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının keçirilməsinin təmin edilməsi qərara alınmışdır. İddiaçı vergi ödəyicisi kimi xx.xx.2008-ci il tarixində vergi qeydiyyatına alınmış, mənzil tikintisi fəaliyyəti ilə məşğul olmuşdur. Vergilər Nazirliyi yanında Bakı şəhəri X2 xx.xx.2018-ci il tarixli **********152268 nömrəli qərarına əsasən İddiaçı səyyar vergi yoxlaması təyin edilmiş, yoxlama nəticəsində xx.xx.2019-cu il tarixli **********153696 saylı səyyar vergi yoxlaması aktı tərtib edilərək xx.xx.2019-cu il tarixli **********189210 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması barədə” qərar qəbul edilmişdir. İddia tələbindən görünür ki, iddiaçı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması barədə” xx.xx.2019-cu il tarixli **********189210 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Göstərilən maddənin mahiyyətini təhlil edərək belə nəticəyə gəlmək olar ki, inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: · inzibati orqan tərəfindən qəbul edilməli; · ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; · ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; · hakimiyyət tədbiri olmalıdır. Göründüyü kimi inzibati aktın əsas səciyyəvi cəhətlərindən biri də onun hüquqi nəticələr yaratmasıdır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. Eyni zamanda, inzibati akt müxtəlif hüquq subyektlərinin hüquqi statusunu fərqli müəyyən edə bilər. Göründüyü kimi, inzibati akt konstitutiv formada hüquq və vəzifələr yaradır, ləğv edir və ya dəyişdirir, deklarativ formada isə maraqlı şəxs üçün əlavə hüquqi əsaslar yaradır. Azərbaycan Respublikası İPM-nin: 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. -35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. -70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında iddia mümkün sayılır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: -49.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: 49.1.1. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi; 49.1.2. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması; -54.0-cı maddəsinə əsasən şəxs aşağıda müəyyən olunmuş hallardan ən azı biri olduqda, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz: 54.0.1. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması; 54.0.2. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsirinin olmaması; 54.0.3. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunu törədən fiziki şəxsin həmin əməl törədildiyi ana məsuliyyətə cəlb edilmə yaşına çatmaması; 54.0.4. vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə müddətinin qurtarması. -55.1-ci maddəsinə əsasən vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hallar aşağıdakılardır: 55.1.1. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunun təbii fəlakət, yaxud digər fövqəladə və qarşısıalınmaz hadisələr nəticəsində törədilməsi; 55.1.2. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunun vergi ödəyicisi - fiziki şəxs tərəfindən xəstə halı ilə əlaqədar olaraq öz hərəkətlərinə nəzarət (özünə hesabat verməyi) və rəhbərlik etməyi bacarmadığı vəziyyətdə törədilməsi; 55.1.3. vergi ödəyicisi və ya vergi agenti tərəfindən vergi orqanının və ya digər səlahiyyətli dövlət orqanının, yaxud onların vəzifəli şəxslərinin öz səlahiyyətləri daxilində verdikləri yazılı göstərişlərinin və ya izahatlarının yerinə yetirilməsi; 55.1.3-1. vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunun vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə qərara əsaslanmaqla və ya onun icrası nəticəsində törədilməsi; 55.1.4. vergi orqanlarının qərarlarına yenidən baxıldıqda vergi ödəyicisinin hərəkətləri üçün hüquqi əsaslar olmasının aşkar edilməsi; 55.1.5. hər hansı vergilər, o cümlədən vergi agentləri tərəfindən ödənilən vergilər üzrə artıq ödənilmiş məbləğlərin hesabına digər vergilər üzrə borcların nəzərə alınması; 55.1.6. vergilərin düzgün hesablanmaması və vergi öhdəliklərinin yerinə yetirilməməsi ilə bağlı vergi qanunvericiliyinin pozulmasının vergi orqanının yoxlamasına qədərki dövrdə vergi ödəyicisinin özü tərəfindən aradan qaldırılması. -55.2-ci maddəsinə əsasən bu Məcəllənin 55.1-ci maddəsində müəyyən edilən hallar olduqda, şəxs vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusuna görə, Vergi Məcəlləsinin 55.1.6-cı maddəsində göstərilən hallarda faizlərin ödənilməsi istisna olmaqla, məsuliyyət daşımır. Qanunvericiliyin qeyd olunan normalarından görünür ki, vergi orqanı tərəfindən səyyar vergi yoxlamasının materiallarına baxılma nəticəsində Vergi Məcəlləsinin 54 və 55ci maddələrinə əsasən vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən hallar və vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hallar olduqda “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması haqqında Qərar” qəbul edilir. xx.xx.2019-cu il tarixli **********189210 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması barədə” qərarda kənarlaşmanın aşkar edilmədiyi, kameral qaydada hesablanmış vergi məbləğlərinin səyyar vergi yoxlaması zamanı öz təsdiqini tapdığı qeyd olunmuşdur. İddiaçı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması barədə” xx.xx.2019-cu il tarixli **********189210 nömrəli Qərarına əsasən vergi öhdəliyinin yaradıldığını bildirsə də, iş materialları ilə qeyd olunan qərar əsasında hər hansı bir hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu müəyyən edilmir, əksinə qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən hallar və vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hallar olduğu üçün mübahisələndirilən qərar qəbul edilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının irəli sürdüyü iddia tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tətbiqi baxımından yoxlanılarkən, iddiaçının hazırki iddia tələbi ilə çıxış etməsi üçün qanuni əsasların mövcud olmadığı, yəni iddiaçının qanunla qorunan hər hansı bir hüquqlarının pozulması halının baş vermədiyi müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi isə işin sadalanan xüsusatlarını nəzərə almadan qərar qəbul etmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 4466/2019 saylı qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 4466/2019 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Afaq Nuriyeva İlham Kərimli
Məhkəmə qərarları › İş №2-1(103)-795/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-795/2020
10.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver