Məhkəmə qərarları › İş №2-1(103)-795/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-795/2024

18.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-795/2024 18.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X3 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinə (Bakı şəhəri X5 və Uçotunun Təşkili Baş İdarəsinə) qarşı “qərarın ləğv edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10239/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsinə qarşı mübahisələndirmə haqqında iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********369800 saylı “vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərarının və onun adının riskli vergi ödəyiciləri siyahısından çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...Onunla "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC arasında podrat müqavilələri bağlanılmış, podratçı kimi həmin müqavilələr üzrə təqdim edilən elektron qaimələrdə göstərilən xidmətlər onun tərəfindən icra edilmiş, xidmətin dəyəri kimi ödənişlər edilmişdir. Bundan sonra vergi orqanı tərəfindən ona məktub göndərilərək 54,4 manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə satışda örtük betonu, lentalar, armatur-beton və s qeyd olunduğu, lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında və idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmiş, vergi ödəyicisinin ticarət fəaliyyəti ilə məşğul olduğu, lakin təsərrüfat subyektinin qeydə alınmadığı müəyyən edildiyi bildirilmişdir. O, bununla bağlı vergi orqanına məktub göndərərək qeyd etmişdir ki, riskin məzmunu olaraq göstərilən örtük betonu, lentalar, armatur-beton və s məzmun etibarı ilə işçiliyə istinad edir. Elektron qaimələr mal satışını deyil, xidmətlərin göstərilməsini rəsmiləşdirmək üçün nəzərdə tutulmuşdur. Xidmət göstərilən şirkət mal-materialları birbaşa özü təchiz etmiş, şirkətə hər hansı mal-material alqı-satqısı həyata keçirilməmişdir. Vergi orqanı isə onun riskli vergi ödəyicisi hesab edilməsi barədə əsassız qərar qəbul etmişdir. Həmin qərarın ləğvi barədə müraciətinə münasibət bildirilməmiş, halbuki, elektron qaimələrdə qeyd olunan malların alqı-satqısı sifarişçi ilə digər şirkət arasında bağlanılmış müqaviləyə əsasən təmin edilmişdir və həmin malların alqı-satqısının mənə aidiyyəti olmamışdır. Sifarişçi ilə digər şirkət arasında bağlanılmış müqavilə əsasında alınmış mallar əsasında tərəfindən yalnız elektron qaimələrdə qeyd olunan xidmətlər icra edilmiş və həmin xidmətlər də elektron qaimələrlə dəqiqliklə göstərilmişdir...” Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd olunmuasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “...15 aprel 2022-31 may 2022-ci il tarixdə cəmi 54,4 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə örtük betonu, lentalar, armatur-beton və s satışda qeyd olunduğu müəyyən edilmiş, lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd olunan mallar (İş, xidmət) müəyyən edilməmişdir. İddiaçı tərəf sahibkarlıq fəaliyyətinin yalnız bağladığı podrat müqaviləsinə əsasən xidmətlər həyata keçirməsi olduğunu qeyd etsə də, satışla məşğul olmadığını, e-qaimə fakturalarda qeyd edilən malların sifarişçi şirkətin özü tərəfindən təchiz edildiyini göstərsə də nəzərə alınmalıdır ki, elektron qaimə fakturalarda malın adı qrafasında örtük betonu, lentalar, armatur-beton qeyd olunmuşdur. Başqa sözlə, iddiaçının təkcə xidmət sahəsində fəaliyyət göstərməsi qeydi ilə elektron qaimə faktular uyğunsuzluq təşkil edir. Əgər iddiaçı həqiqətən də podrat müqaviləsi əsasında fəaliyyət göstərdiyini qeyd edirsə, həmin podrat müqaviləsi, həmin mal və material barədə şirkətin bağladığı alqı-satqı müqaviləsi, həmin malların təhvil alınma sənədləri təqdim edilməli idi ki, sənədlər təqdim edilməmişdir. Bundan əlavə iddiaçı hər hansı şəxslərin işlərin görülməsinə cəlb edilməsi, hər hansı şəxslərlə əmək müqaviləsi bağlaması halına da rast gəlinməmişdir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10239/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı riskli vergi ödəyicisi hesab edilməsi barədə 01 may 2023-cü il tarixli **********369800 nömrəli qərar ləğv edilmiş və İddiaçı riskli vergi ödəyicisi siyahısından çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri X6 üzrə Baş İdarəsinə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...İddiaçının fəaliyyətinin araşdırılması zamanı onun tərəfindən xx.xx.2022- xx.xx.2022-ci il dövr ərzində cəmi 54,4 min manat dəyərində təqdim edilmiş elektron qaimə-fakturalar üzrə satışda “örtük betonu, lentalar, armatur-beton və s.” qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə-faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. İş materialiarında qeyd olunan malların sifarişçi tərəfindən iddiaçıya verilməsini təsdiq edən hər hansı sənəd mövcud deyildir.Belə ki, birinci instansiya məhkəməsi malların iddiaçıya hansı əsaslarla verildiyiniş materialiarında qeyd olunan malların sifarişçi tərəfindən iddiaçıya verilməsini təsdiq edən hər hansı sənəd mövcud deyildir. Birinci instansiya məhkəməsi malların iddiaçıya hansı əsaslarla verildiyin təsdiq edən sənəd qismində yalnız sifarişçi tərəfindən verilmiş arayışla kifayətlənmişdir.Arayışda malların sifarişçi müəssisə tərəfindən iddiaçıya verilməsi qeyd olunsa da, bu sənəd iddia tələbinin əsaslı hesab edilməsi üçün təkzibedilməz sübut qismində dəyərləndirilə bilməz. Bundan əlavə iş materiallarında olan xx.xx.2021-ci il tarixli podrat müqaviləsində belə işlərin görülməsi ilə əlaqədar malların sifarişçi tərəfindən təchiz edilməsi ilə əlaqədar hər hansı bənd nəzərdə tutulmamışdır.Belə ki, həqiqətən də CROCUS CONSTRUCTİON” MMC tərəfindən elektron qaimə-fakturalarda qeyd olunan malların iddiaçıya təhvil verilməsi vergi qanunvericiliyinin tələblərinə riayət edilməklə həyata keçirilməli idi. Təsdiq edən sənəd qismində yalnız sifarişçi tərəfindən verilmiş arayışla kifayətlənmişdir. Arayışda malların sifarişçi müəssisə tərəfindən iddiaçıya verilməsi qeyd olunsa da, bu sənəd iddia tələbinin əsaslı hesab edilməsi üçün təkzibedilməz sübut qismində dəyərləndirilə bilməz. Bundan əlavə iş materiallarında olan xx.xx.2021-ci il tarixli podrat müqaviləsində belə işlərin görülməsi ilə əlaqədar malların sifarişçi tərəfindən təchiz edilməsi ilə əlaqədar hər hansı bənd nəzərdə tutulmamışdır. Belə ki, həqiqətən də CROCUS CONSTRUCTİON” MMC tərəfindən elektron qaimə-fakturalarda qeyd olunan malların iddiaçıya təhvil verilməsi vergi qanunvericiliyinin tələblərinə riayət edilməklə həyata keçirilməli idi. İddiaçının xidmət sahəsində fəaliyyət göstərməsi onun tərəfindən bu sahə ilə əlaqədar mal-material alqı-satqısının həyata keçirilməsini istisna etmir. İddiaçı tərəfindən təqdim edilən elektron qaimə-fakturalarda təqdim edilən malın adı sətrində “xidmət” əvəzinə “malın adı”nın qeyd edilməsi və yuxarıda sadalanan digər hallar vergi ödəyicisi tərəfindən qeyd olunan malların təqdim edildiyini bir daha sübut edir. İddiaçının fəaliyyəti ilə bağlı qeyd olunan faktlara kompleks yanaşma həyata keçirərək məhkəmə araşdırması həyata keçirməli idi. Birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normasının pozuntusuna yol verilmişdir...” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi J.Oruczadə apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Vəkil isə iddiaçının yalnız xidmət işləri (beton) işləri gördüyünü, yəni sifarişçi özü betonu digər şirkətdən alıb podratçı iddiaçıya təqdim etdiyini, podratçının işçilərinin isə əmək müqaviləsi bildirişlərinin vergi orqanına təqdim edildiyini bildirərək cavabdehin apellyasiya şikayəti ilə razılaşmamış, birinci instansiya məhkəməsinin qərarının qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının tələbindən göründüyü kimi, mübahisələndirmə haqqında iddia vasitəsilə cavabdehin “vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə “**********894100 saylı xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsini və onun riskli vergi ödəyicisi siyahısından çıxarılması tələb etmişdir. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Konkret halda isə cavabdeh vergi orqanı tərəfindən qüvvədə olan meyarlara uyğun olaraq mübahisələndirilən qərarın qəbul olunmasının zəruriliyi mötəbər sübutlarla əsaslandırılmamış, iddiaçının vergi qanunvericiliyinin tələblərini pozmaqda təqsirli olması sübuta yetirilməmişdir. Belə ki, Vergi Məcəlləsindən 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na (bundan sonra-“Meyarlar”) əsasən: 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Cavabdehin işə əlavə olunmuş mübahisələndirilən qərarıdan görünür ki, iddiaçının riskli vergi ödəyici siyaıhısına daxil edilməsi üçün “Meyarları”n 2.1.1.ci, 3.1.1-ci və 2.1.3-cü yarımbəndlərində nəzərdə tutulan meyara cavab verdiyini aşağıdakı kimi əsaslandırılır: -vergi ödəyicisi tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il tarixdə, cəmi 54,4 min dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə “örtük betonu, lentalar, armatur-beton və s.” satışda qeyd olunduğu müəyyən edilmiş, lakin elektron qaimə-faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda, vergi ödəyicisinin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilməmişdir. Cavabdehin qeyd olunan əsaslandırılmasından göründüyü kimi, 54,4 min manat dəyərində malların qaimə fakturalar üzrə satışda müəyyən edildiyini, lakin iddiaçının qaimə-faktura üzrə alışında həmin malların müəyyən edilmədiyini qeyd etsə də, bu mötəbər sübutlarla əsaslandırılmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanun 61.1-ci maddəsinin tələbinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsəinə əsasən isə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Qanunun tələbindən göründüyü kimi, inzibati akt - işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, qəbul edilərkən qanunlar və digər normativ hüquqi aktlara istinad edilməklə əsaslandırılmış hesab olunur. İlk öncə işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar göstərilməlidir. Cavabdeh orqan tərəfindən isə qanuun qeyd olunan tələbinə riayət olunduğu müəyyən edilmir. Belə ki, iş materiallarından görünən odur ki, iddiaçı tərəfindən mübahisələndirilən mallın ümumiyyətlə, alqı-satqısı həyata keçirilməmiş, o, podratçı kimi elektron qaimə fakturalarda adıçəkilən şirkətlərə podrat xidmətlərini həyata keçirmiş, fəaliyyəti işlərin görülməsi ilə bağlı olmuş, bununla əlaqədar sənədlər onun tərəfindən təqdim edilmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş müqavilələrdən və arayışdan, elektron qaimə fakturalardan görünür ki, o, podrat müqavilələri əsasında podratçı kimi, mal-materialın alqı-satqısı ilə deyil, məhz görülmüş işləri (xidməti) sifarişçiyə təqdim etməklə gəlir əldə edən bir fərdi sahibkardır. Ən azından, işə əlavə olunmuş "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixli arayışında (i.v.120) bildirilir ki, iddiaçı ilə aralarında bağlanmış xidmət müqaviləsinə əsasən fiziki şəxsə (yəni iddiaçıya) materiallar müssisə tərəfindən təmin edilir, fiziki şəxs isə müqavilədə qeyd edilən xidməti icra dir. Hazırkı mərhələdə məhkəməyə təqdim olunmuş elektron qaimə fakturalardan da görünür ki, beton məmulatlarını "xxxx" MMC-yə təqdim edən şəxs, məhz iddiaçı deyil, X1r. Eyni zamanda, işdən görünür ki, həmin fiziki şəxslə alıcı "xxxx" MMC ilə də bağlanmış müvafiq müqaviləyə əsasən də sonuncuya beton məhsulları təqdim edilir. İşdə olan iddiaçı ilə bağlanmış müqavilələr isə yalnız podrat müqavilələridir ki, həmin müqavəl şərtlərinə əsasən də podratçı yalnız xidmət göstərir sifarişçinin təqdim etdyi məmulatlar hesabına işlər görür. İşdən həmsçinin görünür ki, iddiaçı müxtəlif şəxslərin inşaat fəhləsi peşəsi üzrə əmək fəaliyyətinə cəlb etməklə podratçı kimi xidmətləri yerinə yetirməsi bir daha onun podratçı qismində sahibkarlıq fəaliyyətini təsdiq edir. Belə ki, işə əlavə olunmuş çoxsaylı əmək müqaviləsi bildirişlərindən görünür ki, iddiaçı ilə əmək münasibətinin tərəfi olaraq=, həmin şəxslər inşaat fəhləsi kimi işə cəlb olunmuşlur. Lakin cavabdeh vergi orqanı tərəfindən iddiaçı riskli vergi ödəyicisi hesab olunarkən, yuxarıda qeyd olunan iddiaçının xeyrinə olan halların araşdırılmasından yan keçmişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Vergi Məcəlləsinin 53.3-cü maddəsinin müvafiq hissələrinə əsasən: “Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.” Beləliklə də, qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdehin qərarı maddi və inzibati icraat haqqında hüquq normalarının pozulması ilə qəbul olunmuşdur. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə tərəfindən qeyd olunanlar nəzərə alınmaqla, iddianın təmin edilməsi barədə işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticəyə gəlmişdir. Ona görə də, məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının əsassız olduğunu, maddi və prosesssual hüquq normalarının pozulması ilə qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin olunmadan, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 10239/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10239/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hazırkı qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar