Məhkəmə qərarları › İş №2-1(103)-796/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-796/2021

23.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-796/2021 23.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi-hakim), Kərimli İlham Əziz oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X6 oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı3, X1 və İddiaçı4 cavabdeh Bakı şəhəri Cavabdehnə və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddiaçılara kompensasiya ödənilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 03.11.2020-ci il tarixli, 2-1(112)-5277/2020 saylı qərardadından iddaçılarnın vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, müəyyən etdi: İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 cavabdeh Bakı şəhəri Yasamal RİH-ə qarşı «iddiaçılara kompensasiya ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 2 oktyabr 2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 03.11.2020-ci il tarixli, 2-1(112)-5277/2020 saylı qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır (hakim R.Kərimli). Həmin qərardaddan iddaçıların vəkili və nümayəndəsi Vəkil apelyasiya şikayəti vermiş və şikayətində göstərmişdir ki, İddiaçı1 ünvan 1 ünvanda yerləşən evin mülkiyyətçisi olmuş və həmin sahəsinə görə Notariat Ofisində təsdiq edilmiş alqı-satqı müqavilələrinə əsasən əmlakın dəyəri olaraq 154.519 manat ödəniş edilmişdir. digər ünvan 2 ünvanda yerləşən evin mülkiyyətçisi olmaqla 41.016 manat ödəniş edilmişdir. İddiaçı2 ünvan 3 ünvanda yerləşən evin mülkiyyətçisi olmuş və həmin sahəyə görə Notariat Ofisində təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən yaşayış sahəsinin dəyəri olaraq 32.654 manat ödəniş edilmişdir. İddiaçı3 ünvan 3 ünvanda yerləşən evin mülkiyyətçisi olmuş və həmin sahəyə görə Notariat Ofisində təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən yaşayış sahəsinin dəyəri olaraq 32.654 manat ödəniş edilmişdir. İddiaçı Ç.Lütyfəliyeva Bakı şəhəri, Ç.Mustafayev küçəsi, dalan 1, 3B saylı evin mülkiyyətçisi olmuş və həmin sahəyə görə Notariat Ofisində təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən yaşayış sahəsinin dəyəri olaraq 32.500 manat ödəniş edilmişdir. Vəkil və nümayəndə apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi, işə mahiyyəti üzrə baxılaraq birinci instansiya məhkəməsinə göndərilməsi və yaxud cavabdeh Bakı şəhər Cavabdehndən Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq ödənilmiş əmlaka görə kompensasiya məbləğnin 20% miqdarında hesablanmalı olan Dövlət Ehtiyacları üçün Satın alınmaya məruz qalmış əmlaklara ödənilməyən vəsaitlər üzrə və çətinliyə görə 10% miqdarında vəsaitin iddiaçıların xeyrinə - İddiaçı1 xeyrinə 39.107,0 manat və 19.553,5 manat cəmi 58.660,5 manat; İddiaçı2 xeyrinə 6.529,0 manat və 3264,5 manat cəmi 9793,5 manat; İddiaçı3 xeyrinə 6529,0 manat 3254,5 manat cəmi 9793,5 manat; İddiaçı4 xeyrinə 6500,0 manat və 3250,0 manat cəmi 9750,0 manat məbləğində vəsaitin tutulması barəsində yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı3, X2, İddiaçı4 və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxslərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası sədrlik edən məruzəçi-hakimin məruzəsini, cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, onun təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması nəticəsinə gəlir. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia), 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 fevral 2018-ci il tarixli 51 nömrəli qərarının 1-ci bəndinə görə Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzaga Əliyev küçələri arasındakı ərazidə 880 ədəd, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün alan orqan Bakı şəhəri Yasamal RİH müəyyən edilmişdir. Qərarın 2-ci bəndində nəzərdə tutulmuşdur ki, Bakı şəhəri Cavabdehnə bu qərarın 1-ci hissəsində göstərilən torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirilməsi və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər təqdim edilməsi tapşırılsın. Bakı şəhəri, Yasamal rayonu ərazisində haazırkı iddiaçılara məxsus daşınmaz əmlakların hazırkı cavabdeh Bakı şəhəri Yasamaal RİH tərəfindən AR Nazirlər Kabinetinin 16 fevral 2018-ci il tarixli 51 saylı qərarının icrası ilə əlaqədar sökülməsi və bu söküntü işləri çərçivəsində həmin daşınmaz əmlaklarla bağlı iddiaçılarla alqı-satqı müqavilələrinin bağlanması, habelə müqavilələr üzrə müvafiq məbləğlərin ödənilməsi işin mübahisə olunmayan hallarına aiddir. Birinci instansiya məhkəməsi qənaətinə görə evin mülkiyyətçisi ilə söküntü işlərini aparan qurum arasında müvafiq müqavilə bağlandığından və bu müqavilə etibarsız sayılmadığından və mübahisələndirilmədiyindən, iddiaçılar həmin evlərlə, o cümlədən onların altındakı torpaq sahəsi (torpaq sahələri onların mülkiyyəti kimi qeydiyyat alınmamışdır) ilə bağlı kompensasiya ödənilməsini tələb etmək üçün subyektiv hüquqa malik deyil. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəssinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçılar (İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4) birlikdə bir iddia ərizəsi ilə məhkəməyə müvafiq tələblərlə müraciət etsələr də, hazırkı iş üzrə İPM-in 30.1 və 30.2-ci maddələrində təsbit olunmuş “həmiştirakçılıq” halı yolverilən deyil. İPM-in 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. İPM-in 30.2-ci maddəsinə əsasən mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Belə olan halda birinci instansiya məhkəməsinin qənaətinə görə cavabdeh Bakı şəhəri Yasamal RİH tərəfindən iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmadığına görə iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası apelyasiya şikayətində göstərilən dəlillərini qəbul etmir. İşdə olan iddiaçılar İddiaçı4, Baba-zadə Gülçöxrə Əliyoldaş qızının, İddiaçı1 Ağaəli oğlunun, İddiaçı3 Bakı şəhər İcra Hakimiyyətinə ünvanlandıqları 28.01.2020-ci il tarixli ərizələrində (i.v.21,26,27,28) mülkiyyətlərində olan evlərin dövlət tərəfindən qeydə alınan istifadə hüququn tanınması, evlərin dövlət ehtiyacları üçün satın alınmaya məruz qalması, tikiliyə görə onlara kompensasiyanın və əlavə yardımın ödənilməsi, lakin torpağa və həmin növ kompensasiyanın məhrum edilməsinə və torpağa kompensasiyasının ödənilməsinə göstəriş verilməsini xahiş etmişlər. İşdə olan Yasamal İcra Hakimiyyəti Lütfəliyeva Çimnaz Ənvər qızına ünvanlandığı məktubda bildirilmişdir ki, ona məxsus evin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olduğundan torpağa görə kompensasiynın ödənilməsi mümkün deyildir. İşin araşdırılmış halları ilə iddiaçıların mülkiyyətlərində olmuş əmlaklara görə qanuna müvafiq kompensasiyanın onlara ödənilməsi, iddiaçıların torpaq sahəsi üzrə mülkiyyət,istifadə,icarə hüquqlarının dövlət qeydiyyatına alınmasına dair hüquqmüəyyənedici sənədlərin, onlara torpağın ayrılmasına dair hər hansı müvafiq icra hakimiyyəti orqanın qərarın olmadığı müəyyən edilir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların torpağa görə kompensasiya almaq subyektiv hüquqları yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 03.11.2020-ci il tarixli, 2-1(112)-5277/2020 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Şikayət verilmədiyi halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: İlham Kərimli Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar