Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-796/2022 25.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Tanrıverdiyev Anar Vəzir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X8, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi X1rşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2253/2021 saylı, 28 oktyabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat Mərkəzi İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, iddiaçının iş yeri üzrə zərərli işdə çalışmağı nəzərə alınmaqla güzəştli pensiyaya çıxmaq üçün əsas verən əmək stajına hesablanmasının və pensiya təyin edilməsini vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun 55 yaşının tamam olduğu vaxtdan, yəni 28.12.2017-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X10 üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1984-cü ildən 2002-ci ilə qədər X5nun (indiki «X16» ASC adlanır) 09.08.1984-cü il tarixli, 565 nömrəli əmrinə əsasən 13 saylı plastik kütlə sexində tökməçi şagirdi (zərərli) işinə qəbul olunmuş (staj ili-18 il), 01 may 2006-cı il tarixdən 05 oktyabr 2006-cı il tarixədək Gəncə şəhər Təmizlik İdarəsində sahə fəhləsi işləmiş (staj ili-5 ay), 12.03.2018- ci il tarixdən hazıradək “X18 MA” MMC-yə xadiməçi işləmiş,1981-ci il tarixdən 1984-cü il tarixədək Azərbaycan Texnikumunda təhsil almışdır. Göründüyü kimi iddiaçının zərərli iş yerində işləməyi ilə iş stajı 20 ildən artıq olmaqla buna dair sığorta haqları da ödənilmişdir. Əmək pensiyasına çıxmağı ilə bağlı cavabdehə müraciət etsə də, ona xüsusi şərtlərlə pensiya təyinatından imtina edilmişdir. Sonda iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş iddiaya dair yazılı etirazda göstərilmişdir ki, iddiaçının təqdim etdiyi əmək kitabçası və “X16” ASC tərəfindən 14 mart 2017-ci il tarixdə tərtib edilmiş arxiv arayışından göründüyü kimi, iddiaçı 09.08.1984-cü il tarixdə plastik kütlə sexinə plastik kütlə tökməçisi şagirdi, 28.11.1987-ci ildə 1-ci dərəcəli plastik kütlə tökməçisi ixtisasında, 29.07.1987-ci ildə 2-ci dərəcəli plastik kütlə tökməçisi ixtisasında, 11.04.1990-cı ildə 3-cü dərəcəli plastik kütlə tökməçisi ixtisasında işləmiş, 28.12.2002-ci il tarixdə isə öz xahişi ilə işdən çıxmışdır. Qeyd edilən müəssisənin verdiyi 16.03.2017-ci il tarixli arayışda göstərilmişdir ki, iddiaçının işlədiyi 1984-cü ilin 09 avqustundan 2002-ci ilin dekabr ayının 28-dək işlədiyi plastik kütlə tökməçiləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə pensiya hüququ verən siyahıya daxildir. Lakin, bu zaman həmin peşənin qeyd edilən siyahıda məhz hansı kod altında qeyd edilməsi göstərilməmişdir. İddiaçının əmək kitabçasında və “X16” ASC tərəfindən verilmiş arayışlarda qeyd edilmiş iddiaçının işlədiyi plastik kütlə tökməçisi vəzifəsi nə hal-hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə pensiya hüququ verən siyahısında, nə də ki hal-hazırda qüvvədə olmayan Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş siyahılarda qeyd edilməmişdir. Həmin siyahılarda tökməçi peşələri ancaq bir dəfə qeyd edilsə də, həmin peşənin adı və sahəsi iddiaçının işlədiyi peşə və sahədən fərqlənir. Belə ki, Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə pensiya hüququ verən siyahısının Metal Emalına aid əritmə sobalarının yanında məşğul olan texnoloji sobaların ocaqçıları mərkəzdənqaçma maşınlarında məşğul olan bəndində göstərilən mərkəzdənqaçma, mərkəzdənqaçma - vakuum və vakuum tökmədə tökməçilər. Hal-hazırda qüvvədə olmayan Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş siyahılarda 2 nömrəli siyahısında 1110100a — 13384 mərkəzdənqaçma maşınlarında məşğul olan mərkəzdənqaçma, mərkəzdənqaçmavakuum və vakuum tökmədə tökməçilər. Xüsusilə qeyd edilmişdir ki, güzəştli şərtlərlə pensiya təyini zamanı sui-istifadə hallarına yol verməmək üçün ərizəçinin çalışdığı peşələrin Siyahıda göstərilən peşələrin adları (hərfi yazılışları) ilə dəqiq uyğunluq təşkil etməsi tələb olunur. Bu barədə Ali Məhkəmənin bir çox qərarlarında da qeyd edilmişdir. İddiaçının ümumi iş stajı qanunla tələb olunan 20 illik iş stajından azdır. Belə ki, iddiaçının təqdim etdiyi “X16” ASC-nın “X11” PLC tərəfindən tərtib edilmiş 02 oyun 2017-cı il tarixli arayışından məlum olur ki, o 1994-2002-ci illərdə müəssisədə fasilərlərlə işləmişdir. Həmin müəssisə iddiaçının orada 1991-2000-ci illər ərzində işlədiyi dövrlər üçün aldığı əmək haqqının aylar üzrə qrafikini təqdim etmişdir. Qeyd edilən qrafikə baxdıqda müəyyən olunur ki, həmin illər ərzində iddiaçı cəmi 5 il 08 ay (68) ay ərzində əmək haqqı almış, 2001-2002-ci illər ərzində isə, ümumiyyətlə, heç bir əmək haqqı almamışdır. Normaların məzmunundan göründüyü kimi, qanunverici əmək (iş) dövrlərinin yalnız o hissəsini (hissələrini) sosial sığorta stajı kimi nəzərə alır ki, həmin dövrlərdə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənmiş olsun. Məhz bu səbəbdən iddiaçının ümumi iş stajı 20 ildən azdır. Bundan əlavə iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 42.000 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı cəmi 15927,02 manatdır. Sonda cavabdeh iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2253/2021 saylı, 28 oktyabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, “X13” ASC-nin 04 noyabr 2021-ci il tarixli arayışından görünür ki, iddiaçı X7 işləmiş, 2002-ci il 13 noyabr tarixə qədər analıq məzuniyyətində olmuş və məzuniyyət müddəti bitdikdən sonra AR ƏM-in 70-ci maddısinin “ç” bəndinə əsasən işdən azad olunmuşdur. Belə ki, “X13” ASC-nin məhkəmə göndərdiyi arayışında texniki səhvə yol verilmişdir. İddiaçı 2000-ci ildən 2002-ci ilədək analıq məzuniyyətində olmuşdur. Analıq məzuniyyətində olan dövr staj illərinə daxildir. Həmçinin cavabdehin imtina ərizəsində sosial sığorta kapitalının 17769,9 manat təşkil etdiyi göstərilsə də, məhkəməyə təqdim edilmiş etitraz ərizəsində 15927,02 manat təşkil etdiyi göstərilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. AR İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarında olan: - Yasamal rayon Polis İdarəsi tərəfindən verilmiş AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsindən müəyyən edilir ki, İddiaçı xx.xx.1962-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. - “X16” ASC tərəfindən verilmiş 12 fevral 2021-ci il tarixli 02/1 saylı arayışdan görünür ki, xx xxxxxx 1962-ci ildə Xanlar rayonu Füzuli kəndində anadan olmuş İddiaçı həqiqətən keçmiş X5nda (indi “X16” ASC adlanır) 09.08.1984-cü ildən (əmr № 565) başlayaraq 28.12.2002-ci ilə kimi (əmr № 310) 13 saylı plastik kütlə sexində plastik kütlə tökücüsü işləmişdir: 1984 avqust 09-dan 2002 dekabr 28-dək plastik kütlə tökücüsü (bölmə 35, ümumi peşələr) bölmə 35, ümumi peşələr. İddiaçı yuxarıda göstərilən dövrdə işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq olunmuş güzəştli şərtlərlə pensiya təminatı hüququ verən siyahıya daxildir. - “X16” ASC tərəfindən verilmiş 12 mart 2021-ci il tarixli 03/1 saylı arayışda göstərilmişdir ki, xx xxxxxx 1962-ci ildə Xanlar rayonu Füzuli kəndində anadan olmuş İddiaçı həqiqətən keçmiş X5nda (indi “X16” ASC adlanır) 09.08.1984-cü ildən (əmr № 565) başlayaraq 28.12.2002-ci ilə kimi (əmr № 310) 13 saylı plastik kütlə sexində plastik kütlə tökücüsü işləmişdir: 1984 avqust 09-dan 2002 dekabr 28-dək bölmə XXXİİİ, ümumi peşələr, 23200000-13399 plastik kütlənin tökücüsü. İddiaçı yuxarıda göstərilən dövrdə işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 №-li qərarı ilə təsdiq olunmuş güzəştli şərtlərlə pensiya təminatı hüququ verən siyahıya daxildir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 28.08.2020-ci il tarixli **********6 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır oları işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Təqdim etdiyiniz sənədlərdən göründüyü kimi sizin ümumi iş stajınız 20 ildən az təşkil edir. Bundan başqa fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 42.000 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 15927,02 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir”. - “X18 MA” MMC-nin 31.08.2019-cu il tarixli BB-1888 №-li əmrindən görünür ki, iddiaçı 31.08.2019-cu il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. “X18 MA” MMC-ilə iddiaçı arasında bağlanmış 12.03.2018-ci il tarixli əmək müqaviləsindən görünür ki, iddiaçı 12.03.2018-ci il tarixdən xadimə peşəsinə işə qəbul edilmişdir. - “X16” ASC-nin 05.06.2021-ci il tarixli 06/1 məktubundan görünür ki, “xx xxxxxx 1962-ci ildə Xanlar rayonu Füzuli kəndində anadan olmuş Verdiyeva X3 Cihazqayırma Zavodu üzrə 09 avqust 1984-cü il tarixli 565 №-li əmrin 9-cu paraqrafında göstərildiyi kimi (o dövrdəki qız familiyası Yadigarova olmuşdur) 13 avqust 1984-cü il tarixdən 13 saylı plastik kütlə sexinə plastik məmulatların tökücüsü şagirdi qəbul edilmişdir. M.X6 Zavodu üzrə 15 iyul 1996-cı il tarixli 242 №-li əmrin 7-ci paraqrafında göstərildiyi kimi 30 iyun 1996-cı ildən 25 mart 1999-cu ilədək uşağının üç yaşı tamam olana qədər analıq məzuniyyətinə göndərilmişdir. Uşaq 25 mart 1996-cı ildə doğulmuşdur (doğum haqqında şəhadətnamə XİX-JQ № 400440). M.X6 Zavodu üzrə 28 dekabr 2002-ci il tarixli 310 №-li əmrə əsasən məzuniyyət müddəti qurtardıqdan sonra uzun müddət işə çıxmadığına görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq əmək müqaviləsi ləğv edilmişdir. İddiaçı adına əmək haqqı cədvəllərində 2000-ci ilin dekabr ayından başlayaraq 2002-ci ilin dekabr ayına kimi işə gəlmədiyinə görə əmək haqqı hesablanmamışdır. İddiaçı yuxarıda göstərilən dövrdə işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 №-li qərarı ilə təsdiq olunmuş güzəştli şərtlərlə pensiya təminatı hüququ verən siyahıya daxildir. Müəssisəmizin adının dəyişməsi ilə bağlı əlavə olaraq məlumat verirəm ki, Azərbaycan SSR X17 Heyətinin 30 dekabr 1989-cu il tarixli qərarına əsasən Kirovabad şəhərinin tarixi Gəncə adı bərpa edilmişdir. Buna görə də, X5nun dəyişdirilərək 18 mart 1990-cı il tarixli № 127 №-li əmrlə Gəncə Cihazqayırma zavodu adlandırılmışdır. Azərbaycan Respublikası Xüsusi Maşınqayırma və Konversiya üzrə Dövlət Komitəsinin 24 fevral 1997-ci il tarixli 20 №-li əmrinə əsasən Gəncə Cihazqayırma zavodunun bazasında 01 mart 1997-ci il tarixdən Gəncə “Cihaz” İstehsalat Birliyi yaradılmışdır. Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin 24 fevral 2006-cı il tarixli 46 №-li sərəncamına əsasən Gəncə “Cihaz” İstehsalat Birliyinin bazasında “X16” ASC yaradılmışdır. “X16” ASC 12 dekabr 2008-ci il tarixdə “bir pəncərə” prinsipi üzrə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 12 №-li Ərazi Vergilər İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır.” - “X16” ASC-nin 05 iyun 2021-ci il tarixli 06/2 saylı arayışdan görünür ki, iddiaçı müəssisəyə 09 avqust 1984-cü il tarixli 565 №-li əmrlə işə qəbul olunmuş, 28 dekabr 2002-ci il tarixli 310 №-li əmrlə əmək müqaviləsi ləğv edilmiş, 13 saylı plastik kütlə sexində plastik kütlə tökücüsü işləmişdir. 1997-ci ilin mart-sentyabr, 1998-ci ilin iyun-dekabr, 2000ci ilin yanvar-oktyabr aylarında əmək haqqı almışdır. - İddiaçıya məxsus 20.08.1984-cü il tarixdə doldurulmuş ИТ-İ ******* saylı əmək kitabçasının kserosurətindən görünür ki, iddiaçı 13.08.1984-cü il tarixdən X5nda plastik kütlə sexinə plastik məmulatların tökücüsü şagirdi (Əmr 565, 09.08.1984), 01.12.1984-cü il tarixdən 30.12.2002-ci il tarixədək (X5nun adı dəyişdirilərək 18 mart 1990-cı il tarixli № 127 №-li əmrlə Gəncə Cihazqayırma zavodu adlandırılmış) 13 saylı plastik kütlə sexində plastik kütlə tökücüsü, 12.03.2018-ci il tarixdən 31.08.2019-cu il tarixədək “X18 MA” MMCdə xadimə (12.03.2018 tarixli əmr) peşələrində işləmişdir. - İddiaçıya məxsus ЗТ № 028183 saylı 15.03.1984-cü il tarixli diplomun kserosurətindən görünür ki, iddiaçı 1981-ci il tarixdən 01.03.1984-cü il tarixədək texnikumda texnik-texnoloq fakültəsində təhsil almışdır. - Cavabdehin 10.02.2021-ci il tarixli **********2 saylı məktubu ilə bildirilmişdir ki, vətəndaş İddiaçı 1992-ci ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 6928,59 manat, 1992-2006-cı illər arasındakı dövr ərzində 10268,43 manat, 2006-cı ildən sonrakı dövr üçün isə 572,88 manat olmaqla cəmi pensiya kapitalı 17769,90 manat təşkil edir. Adıçəkilən şəxsin hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 42000 manat məbləğində hesablanmışdır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, iddiaçının 55 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə əmək pensiyası təyin etmək üçün 28.12.2017-ci il tarixə qədər ümumi iş stajı tələb olunan 20 ildən artıq stajın qarşılığında cəmi 18 il 9 ay 20 gün təşkil etdiyindən cavabdeh orqan iddiaçının hazırkı iddia üzrə müraciətini təmin etməməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Mülki Prosessual Məcəllənin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələbinin təmin edilməsi və ona 55 yaşının tamam olduğu 28.12.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun həmin tarixədək azı 20 il ümumi iş stajı olmalı, bunun 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş güzəştli şərtlərlə pensiya təminatı hüququ verən Siyahıda nəzərdə tutulmuş işlərdə çalışmış olmalıdır. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 21.11.2011-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür: 3.1.1. Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun məzmunu yuxarıda göstərilmiş 1.0.2-ci maddəsinin tələbinə görə iş və digər fəaliyyət dövrlərinin sosial sığorta stajı dövrü kimi sayılmasının mütləq şərti isə şəxsin əmək haqqı alması və müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənilmiş olmasıdır. Hazırda qüvvədə olmayan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun “pensiyaların ödənilməsi üçün vəsait” adlanan 10-cu maddəsinə görə isə bu Qanunla təyin edilmiş dövlət pensiyalarının ödənilməsi Respublika Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına həyata keçirilir. Həmin vəsait aşağıdakılardan əmələ gəlir: mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisə, idarə və təşkilatların sosial sığorta ayırmaları. İşin apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən “X16” ASC-yə verilmiş sorğunun cavabında bildirilmişdir ki, iddiaçı Verdiyeva X4 Cihazqayırma Zavodu üzrə 09n avqust 1984-cü il tarixli 565№-li əmrin 9-cu paraqrafında göstərildiyi kimi 13 avqust 1984-cü il tarixdən 13 saylı plastik kütlə sexinə plastik məmulatların tökücüsü şagirdi qəbul eidlmişdir. İddiaçı Gəncə Cihazqayırma zavodu üzrə 15 iyul 1996-cı il tarixli 242 №-li əmrin 7-ci paraqrafında göstərildiyi kimi 30 iyun 1996-cı ildən 25 mart 1999-cu ilədək uşağının üç yaşı tamam olana qədər analıq məzuniyyətinə göndərilmişdir. Uşaq 25 mart 1996-cı ildə doğulmuşdur. İddiaçı məzuniyyət müddəti qurtardıqdan sonra uzun müddət işə çıxmadığına görə Gəncə Cihazqayırma zavodu üzrə 28 dekabr 2002-ci il tarixli 310 №-li əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq əmək müqaviləsinə xitam verilmişdir. M. Verdiyevanın adına əmək haqqı cədvəllərində 2000-ci ilin noyabr ayından başlayaraq 2002-ci ilin dekabr ayına kimi işə gəlmədiyinə görə əmək haqqı hesablanmamışdır. İddiaçının yuxarıda göstərilən dövrdə işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş güzəştli şərtlərlə pensiya təminatı hüququ verən 2 №-li siyahıya (XXXİİİ bölmə, ümumi peşələr, 23200000-13399 plastik kütlə tökücüsü) daxil olmuşdur. Göründüyü kimi istər hazırda qüvvədə olan, istərsə də 01.01.2006-cı il tarixədək qüvvədə olmuş pensiya qanunvericiliyinə görə işçiyə pensiya ödənilməsi üçün müəssisə tərəfindən müvafiq sosial sığorta ödənişi aparılması mütləqdir və yalnız bu halda iş müddəti sosial sığorta stajına daxil edilir. Belə ki, iddiaçının ümumi stajına hesablanması tələb etdiyi X7 işlədiyi 2000-ci ilin dekabr ayından 2002-ci ilin dekabr ayına kimi olan dövr onun ümumi stajına hesablana bilməz. Çünki iddiaçının adına olan əmək haqqı cədvəllərindən göründüyü kimi o, 2000-ci ilin dekabr ayından başlayaraq 2002-ci ilin dekabr ayına kimi işə gəlmədiyinə görə ona əmək haqqı hesablanmamış, barəsində olan 28 dekabr 2002-ci il tarixli 310 №-li əmrlə məzuniyyət müddəti qurtardıqdan sonra uzun müddət işə çıxmadığına görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq onunla əmək müqaviləsi ləğv edilmişdir. Belə olan halda, cavabdeh inzibati orqan tərəfindən iddiaçının həmin müəssisədə işləməsi faktı şübhəli olduğu və digər sübutlarlarla da təsdiq edilmədiyi üçün iddiaçının ümumi stajına hesablanmamasına dair imtinası nəticə etibarilə qanunauyğun olmuşdur. Beləliklə də iddiaçının 01.09.1981-ci il tarixdən 01.03.1984-cü il tarixədək təhsil aldığı dövr 2 il 6 ay 1 gün, 13.08.1984-cü il tarixdən 01.12.2000-ci il tarixədək 13 saylı plastik kütlə sexində plastik kütlə tökücüsü şagirdi və tökücü peşəslərində 16 il 3 ay 19 gün olmaqla, 18 il 9 ay 20 gün ümumi iş stajı toplanır. Yuxarıda şərh edilənlərin nəticəsi olaraq iddiaçının 55 yaşının tamam olduğu 28.12.2017-ci il tarixədək ümumi iş stajı 20 ildən az (18 il 9 ay 20 gün) təşkil edir ki, bu halda da, ona qanunvericiliyin tələblərinə uyğun olaraq güzəştli şərtlərlə pensiya təyinatının aparılması qeyri-mümkündür. Bununla yanaşı məhkəmə kollegiyası onu da qeyd edir ki, “X16” ASC verilmiş arayışlarda göstərilən iddiaçının plastik kütlə sexində plastik kütlə tökücüsü peşəsində işləməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”na müvafiq olaraq, ümumilikdə, güzəştli iş stajı 10 ildən artıq təşkil etsə də, bu ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əsas vermir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlili bağlı onu da qeyd edir ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 42.000 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı cəmi 15927,02 manatdır Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 21.11.2011-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür: 3.1.1. Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmçinin, 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçası nəzərdə tutulurdu. Bundan başqa, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. «İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları» haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 saylı qərarının 1.1-ci maddəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 55 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə əmək pensiyası təyin etmək üçün 28.12.2017-ci il tarixə qədər ümumi iş stajı tələb olunan 20 ildən artıq stajın qarşılığında cəmi 18 il 9 ay 20 gün təşkil etdiyindən və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi üçün iddianın təmin olunmaması barədə birinci instansiya məhkəməsinin qərarı əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Apellyasiya şikayətinin təmin edilməsinə əsas olan hallar iş materialları ilə öz təsdiqini tapmadığından apellyasiya şikayəti qərarın ləğv edilməsi üçün əsas təşkil etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2253/2021 saylı, 28 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-796/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-796/2022
25.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver