Məhkəmə qərarları › İş №2-1(103)-796/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-796/2024

18.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-796/2024 18.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Məmmədova Şərafət Asif qızı və X3 ibarət tərkibdə, cavabdehin nümayəndəsi X4 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinə çıxarışın verilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4814/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı Bakı İnzibati Məhkəməsinə öhdəliyin icrası haqqında iddia ərizəsi, sonradan isə ona əlavə təqdim edərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 9.1.2, 14.1, 141.3, həmçinin 176.6-cı maddələrinə istinadən, ailə üzvlərinin uzun illər istifadəsində olmuş 0,1817 ha torpaq sahəsinin qeydiyyata alınmamış 0,749 ha hissəsinə yeni texniki pasport və reyestrdən çıxarış verilməsini barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM m.34.1). İddiaçı tələbini aşağıdakılarla əsaslarındırılmışdır: “...ünvan 1 ünvanında 0,1817 ha torpaq sahəsi 1963-cü il tarixdən ailə üzvlərinin istifadəsində olmuşdur. Bu illər ərzində ailə üzvlərinin artması ilə əlaqədar köhnə tikilinin sökülüb yenisi ilə əvəz olunması zərurəti yaranmışdır. Evin texniki pasportu mərhum atası X1 adına xx.xx.2002-ci il tarixində qeydiyyata alınmışdır. Atasının ölümündən sonra miras əmlakı qəbul etmiş, lakin öz vərəsəlik hüqüqlarını rəsmiləşdirmədən xx.xx.2010-cu il taridə anası da vəfat etmişdir. O, istifadəsində olan 0,1817 kv.m ha torpaq sahəsinə və 89 kv m fərdi yaşayış evinə mülkiyyət hüququnun qeydə alınması üçün cavabdehə müraciət etsə də, cavabdeh xx.xx.2022-ci il tarixdə imtina edərək bildirmişdir ki, elektron kadastr məlumatlarına əsasən xx.xx.2002-ci il tarixində tərtib olunmuş texniki pasportla faktiki vəziyyətdə olan torpaq sahəsinin konfiqurasiyasında fərqlər mövcuddur.Hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozur ...” Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşaığdakılarla əsaslandırılmışdır: “...Elektron kadastr məlumatlarına əsasən xx.xx.2002-ci il tarixində tərtib olunmuş texniki pasportla faktiki vəziyyətdə olan torpaq sahəsinin konfiqurasiyasında fərqlər mövcuddur. Bundan başqa, **********89 reyestr nömrəli, 0,1068 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır (1963-cü il texniki pasport əsasında qeydiyyata alınıb) Əlavə torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4814/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Qərar əsassızdır.İddia tələbi hakim tərəfindən hər tərəfli araşdırılmamış və tələsik qərar qəbul edilmişdir. Belə ki, 1963-cü ildə tərtib edilmiş “Şəxsi mülkiyyət hüquqi ilə:texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportun surətindən, xx.xx.2002-ci il tarixdində texniki inventarlaşdırma və mülkiyyət hüququnun qeydiyyatı tərəfindən tərtib edilmiş texniki pasport və hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışmdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və onun altındakı 0.1068 ha torpaq sahəsi X2 mülkiyyətindədir. Həmin fərdi yaşayış evinin həyat yanı torpaq sahəsi isə faktiki olaraq 0.1867 ha ölçüsündədir və uzun illər həmin torpaq sahəsi də X2 fasiləsiz istifadəsində olmuşdur. Məhkəmə işinin faktiki halları araşdırarkən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunununa, həmçinin, Azərbaycan Respublikasının İPM-nin 52,68,69,75.1,85.1-ci maddələrinə və s. istinad etmişdir. Məhkəmə hesab etmişdir ki, hazırki, halda iddiaçının iddia etdiyi torpaq sahəsinə münasibətdə Qanunvericilikdə nəzərdə tutulmuş hüquq müəyyən edici sənədlərin mövcudluğu müəyyən olunmadığından göstərilən imtina dəliləri üzrə hər hansı araşdırmam^parılmasına zərurət yoxdur. Azərbaycan Respublikasının Mülki Məccələsinin 178.6, 179.2, 179.3, 179.4-cü maddələrində və Azərbaycan Respublikasının Konustutisya Məhkəməsinin xx.xx.2022-ci tarixli qərarına istinadən iddiaçı hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və onun iddia tələbi təmin olunmalıdır...” Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı 1953-cü ildən həmin ünvanda yaşadıqlarını və evin 1982-ci ildə tikildiyini bildirərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi N.Rzazadə Azərbaycan Respublikası Kommunal Təsərrüfat Nazirliyinin Texniki Pasportunda 10 sot torpaq sahəsi olduğunu, həmin həcmdə də iddiaçının həmin torpaq sahəsinə hüququnun qeydə alınıb, reyestrdən çıxarış verildiyini bildirərək, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən hesab etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 179-cu maddəsinin şərh edilməsinə dair” 28 yanvar 2002-ci il tarixli Qərarının tələblərinə uyğun olaraq şəxs 2000-ci il sentyabrın 1-dən sonra, yəni Azəbaycan Respublikası Mülki Məcəlləsi qüvvəyə mindikdən sonra, daşınmaz əmlak olan özbaşına tikili kateqoriyasında olsa da, tikilinin faktiki sahiblik edən şəxslər mülkiyyətçi kimi qeydə alınmanı tələb etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.6-cı maddəsinin tətbiqi 01 sentyabr 2030-cu il tarixdən sonra tətbiq olunacaqdır. cavabdeh imtinada və iddia tələbinə münasibətdə təqdim etdiyi yazılı etirazda xx.xx.2002-ci il tarixində tərtib olunmuş texniki pasportla faktiki vəziyyətdə olan torpaq sahəsinin konfiqurasiyasında fərqlərin mövcudluğuna istinad etmişdir. Məhkəmə hesab edir ki, hazırki halda iddiaçının iddia etdiyi torpaq sahəsinə münasibətdə qanunvericilikdə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərin mövcudluğu müəyyən olunmadığından, göstərilən imtina dəlilləri üzrə hər hansı araşdırmanın (tikinti texniki ekspertizası, mütəxəssis rəyi və ya yerində müayinə) aparılmasına zərurət yoxdur. Hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə aşağıdakılara görə razılaşır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0-cı maddəsinin müddalarında daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün konkret əsasları sadalanmışdır: Həmin əsalardan biri də Qanunun 8.0.8-ci maddəsinin tələbinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Müvafiq İcra hakimiyyəti orqanı - Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahıısının 1.11-ci bəndindən isə görünür ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar hüququn əmələ gəlməsi üçün əsas ola bilər. İş materiallarına əlavə edilmiş Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən 1963-cü ildə tərtib edilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasportu”n surətindən isə görünür ki, ünvan 3 ünvanında yerləşən mübahisəli torpaq sahəsinin ümumi ölçüsü 0,10678 ha təşkil etmişdir. İşə əlavə olunmuş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan da məhz görünür ki, iddiaçı X2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və onun yerləşdiyi 0,1068 ha torpaq sahəsi üzərində mülkiyyəti hüququ xx.xx.2022-ci il tarixdə reyestrdə qeydiyyata alınmışdır. İddiaçının istinad etdiyi, Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2002-ci il tarixdə tərtib olunmuş Texnik Pasporta gəldikdə isə həmin texniki pasportda sənəd üzrə torpaq sahəsi qeydə alınmamış, yalnız, 1999,4 kv.m faktiki torpaq sahəsinin mövcudluğu qeyd edilmişdir. Hazırda cavabdeh qurum tərəfindən xx.xx.2022-ci il tarixində tərtib olunmuş, evin sonuncu Texniki Pasportdan isə görünür ki, 1963-cü ildə Azərbaycan SSR Kommunal Tsərrüfat Nazirliyi tərəfindən tərtib olunmuş Texniki Pasportun göstəricələrinə uyğun olaraq iddiaçının sənəd üzrə torpaq sahəsi 0, 1068 kv.m, faktiki olaraq isə iddiaçının istiadəsində 0,1817 kv.m olduğu qeyd edilmişdir. Göründüyü kimi, 1963-cü ildə Azərbaycan SSR Kommunal Tsərrüfat Nazirliyi tərəfindən tərtib olunmuş Texniki Pasportda göstərilən torpaq sahəsi 1068 kv m olduğu halda, 2002-ci və 2022-ci illərdə tərtib olunmuş sonrakı texniki pasportlarda, torpaqayırma sənədi olmadan, faktiki olaraq 0,0749 ha artıq torpaq sahəsi iddiaçı tərəfindən zəbt olunmuşdur. Beləliklə də, İPM-in 14.3-cü maddəsinin tələbi qaydasında iddiaçının sözügedən əlavə torpaq sahəsinə mülkiyyət hüququn qeydə alınmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir. İddiaçının həmin torpaq sahəsindən uzun illər istifadə etdiyini bildirərək Mülki Məcəllənin 178.6-cı maddəsinə istinadən onun mülkiyyəti kimi qeydə alınmasına gəldikdə isə həmin normada göstərilən 30 illik etirazsız olaraq istifadə etmənin müddəti həmin Məcəllənin qüvvəyə mindiyi 1 sentyabr 2000-ci il tarixdən sonra yaranmış münasibətlərə şamil olunur. Belə olan halda, sonuncunun həmin hissəsdə mənzilə mülkiyyət hüququnun qeydə alınması ilə bağlı “legitim” (qanuni) gözlənti”sindən söhbət gedə bilməz. Belə ki, “Saghinadze və başqaları Gürcüstana qarşı” işə dair Avropa Məhkəməsi qərarında (“27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05) qeyd etmişdir ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçının ərizəsinin təmin edilməsindən imtina olunması qanuni olmuşdur. Qanuni imtina isə iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz . İPM-in 73.1-ci maddəsinin mənası da onu ehtiva edir ki, məhkəmə o halda, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun. Odur ki, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin hakimi tərəfindən iş üzrə hərtərəfli araşdırılma aparılmadan, tələsik iddianın rədd olunması barədə qərar qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4814/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4814/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar