Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-797/2020 18.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Həmidov Həmid Üzeyir oğlundan və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə; Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 (“Əkrəm Həsənov və Partnyorları” Vəkil Bürosu) iştirakları ilə, İddiaçı ( xx.xx.1962-ci il tarixdə Göyçay rayonunun Ərəbşahverdi kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X3 İdarəsinə (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X3 üzrə Mərkəzi Filialı) qarşı əmək pensiyasının təyin edilməsi tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-4096/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1rşı iddia ərizəsi ilə müraciət edərək, ona “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının xx.xx.1992-ci il tarixli Qanununun tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 52 yaşı tamam olduğu xx xxxxxx 2014-cü il tarixindən təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1962-ci il tarixində doğulmuşdur. Əmək kitabçası, diplomunun və hərbi biletinin surətlərindən görünür ki, o, xx xxxxxxxx 1978-ci il tarixdən xx xxxx 1981-ci il tarixinədək 59 saylı texniki-peşə məktəbində təhsil almış, xx xxxxx 1980-ci il tarixdən xx xxxxxx 1981-ci il tarixinədək “ittifaqqazgeofizika” trestinin Qobustan dəniz geofizika idarəsində avtoçilingər peşəsində işləmiş, xx xxxxxxx 1981-ci il tarixdən xx xxxxxx 1993-cü il tarixədək Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmiş, xx xxxxxx 1984-cü il tarixdən xx xxxx 1990-cı il tarixinədək “Azneft” İB “Azneftikinti” trestinin Dəmir-beton məmulatları zavodunda armaturçu və formaçı peşələrində, xx xxxx 1989-cu il tarixdən xx xxxxxx 2004-cü il tarixinədək 26 Bakı Komissarları adına NQÇİ-də (xx xxxxxx 1992-ci il tarixdən həmin idarə A.D.Əmirov adına NQÇİ adlandırılmışdır) neft və qaz hasilatı üzrə operator vəzifəsində (Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 1 saylı siyahı üzrə kod: 1100000a-15824), xx xxxxx 2004-cü il tarixdən xx xxxxxxx 2008-ci il tarixinədək həmin idarədə qazın yığılması üzrə operator vəzifəsində, xx xxxxxxx 2008-ci il tarixdən xx xxxxxx 2009-cu il tarixədək həmin idarədə əmtəə operatoru peşəsində, xx xxxxxx 2009-cu il tarixdən xx xxxx 2012-ci il tarixinədək həmin idarədə kompressor qurğularının maşinisti vəzifəsində, xx xxxx 2012-ci il tarixdən xx xxxxxxxx 2018-ci il tarixinədək həmin idarədə qazın yığılması üzrə operator peşəsində işləmiş, xx xxxxxxxx 2018-ci il tarixdən bu günə kimi “Azneft” İB-nin N.Nərimanov adına NQÇİ-də qazın yığılması üzrə operator vəzifəsində işləyir. Göründüyü kimi, xx xxxxxx 2006-cı il tarixinə ümumi iş stajı, həqiqi hərbi xidmət illəri də daxil olmaqla 26 il 10 ay 9 gün (20 ildən artıq) təşkil etmiş və həmin staj illərinin 14 il 6 ay 9 gün (10 ildən artıq) müddətini güzəştli əmək pensiyası təyin olunması üçün Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş 1 nömrəli Siyahıya daxil olan işlərdə çalışmışdır. Bununla da, 52 yaşı tamam olduğu xx xxxxxx 2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək, qeyd etmişdir ki, iddiaçının əmək kitabçasının çox hissələri xarici dildə tərtib edilmişdir. Bundan başqa, iddiaçı güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasını təsdiq edən arayışları təqdim etməmişdir. Eləcə də, cavabdehin iddiaçının vəkilinə ünvanladığı xx xxxxxx 2019-cu il tarixli cavab məktubunun məzmunundan göründüyü kimi, qeyd edilən məktubla cavabdeh iddiaçının tələbindən imtina etməmiş, ona sadəcə qanunvericiliklə müəyyən edilmiş sənədlərin veriləcəyi təqdirdə onun müraciətinə baxacağını bildirmişdir. Cavabdeh İdarə cavabı ilə iddiaçının heç bir hüququnu və qanunla qorunan hər-hansı bir maraqlarını pozmamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 4096/2019 nömrəli qərarı ilə (hakim A.Abdullayeva) iddia tələbi təmin edilmiş, İddiaçı 52 yaşdan, yəni xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X3 İdarəsinə həvalə edilmişdir. xx.xx.2020-ci il tarixdə cavabdeh apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2- 1(81)-4096/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin iddiaçının vəkilinə ünvanladığı xx xxxxxx 2019-cu il tarixli cavab məktubunun məzmunundan göründüyü kimi, qeyd edilən məktubla cavabdeh iddiaçının tələbindən imtina etməmiş, ona sadəcə qanunvericiliklə müəyyən edilmiş sənədlərin veriləcəyi təqdirdə müraciətinə baxılacağını bildirmişdir. Cavabdeh İdarə həmin cavabla iddiaçının heç bir hüququnu və qanunla qorunan hər hansı bir maraqlarını pozmamışdır. xx.xx.2020-ci il tarixdə iddiaçı tərəfindən apellyasiya şikayətinə dair etiraz daxil olmuşdur. Etirazda birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin mümkün sayılmamasını xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-4096/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarından müəyyən edilir ki, iddiaçı xx.xx.1962-ci il tarixdə anadan olmuşdur. O, oktyabr 1981-ci il tarixdən, xx.xx.1983-cü il tarixədək (NZ ******* seriya və nömrəli Hərbi bilet, Bakı şəhəri Qaradağ rayon Hərbi Komissarlığı) keçmiş Sovet ordusunda xidmət etmiş, xx.xx.1978-ci il tarixdən 18.06 1981-ci il tarixədək Bakı şəhəri 59 saylı texniki peşə məktəbində təhsil almış, buna dair В seriyalı, 814185 nömrəli xx xxxx 1981-ci il tarixli diplom verilmişdir. O, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”sına daxil olan vəzifələrdə çalışmışdır ( kod 1100000a- 15824). Hazırda o, 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş edir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “iddiaçının xx.xx.2006cı il tarixə kimi 20 ildən artıq əmək stajı olduğundan və həmin stajın 10 ildən artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə işlədiyindən, həmçinin xx.xx.2017-ci il tarixdə (mətnə uyğun) 52 yaşı tamam olduğuna görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci bəndinə əsasən həmin tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir.” Məhkəmə Kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd edir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin «a» bəndinə və həmin maddəyə xx.xx.1997-ci il tarixli, 321-İQD Qanunun 1-ci hissəsinin 1-ci bəndi ilə (xx.xx.1997-ci il tarixli 321 İQD Qanunun 1-ci hissəsinin 1-ci bəndinə əsasən «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-ci maddələrində və 90-cı maddəsinin 3-cü, 4-cü, 5-ci abzaslarında nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1dək hər il 6 ay artırılır) edilmiş dəyişikliyə əsasən kişilər azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx xxxxxx 1997-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə «Azərbaycan Respublikası Qanununun tətbiqi barədə izahat”ında bildirilir: 13-cü maddə üzrə: «a» bəndində nəzərdə tutulmuş iş stajı olan aşağıdakı şəxslər güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər: - xx xxxxxx 1997-ci ildən kişilər 50 yaş 6 ayda, qadınlar 45 yaş 6 ayda; - xx xxxxxx 1998-ci ildən kişilər 51 yaşda, qadınlar 46 yaşda; - xx xxxxxx 1999-cu ildən kişilər 51 yaş 6 ayda, qadınlar 46 yaş 6 ayda; - xx xxxxxx 2000-ci ildən kişilər 52 yaşda, qadınlar 47 yaşda. "Hərbi qulluqçuların pensiya təminatı haqqında" və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair" Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx xxxx 2014-cü il tarixli qərarına əsasən, xidmət illərinə görə pensiyanın məqsədi belə şəxsləri əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar öz əvvəlki işini davam etdirmək zərurətindən azad etməkdir. Xüsusi əmək stajının əldə edilməsi ilə bağlı hüquq münasibətləri, bir qayda olaraq, şəxs pensiya yaşına çatmasından daha əvvəl başa çatır. Xidmət illərinə görə pensiya hüququndan istifadə etmək barədə qərar qəbul edərkən şəxs xüsusi əmək stajının müddətini və zəruri staja malik olmanın hüquqi nəticələrini müəyyən edən həmin dövrdə qüvvədə olan qanunvericilik normalarının tələblərini nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 149cu maddəsinin Vİİ hissəsində göstərilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edildiyindən iddiaçıya münasibətdə onun iş stajı topladığı dövrdə qüvvədə olan norma tətbiq edilməli, iddiaçının xx.xx.2006-cı il tarixə kimi 20 ildən artıq əmək stajı olması və həmin stajın 10 ildən artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə nəzərdə tutulmuş peşələrdə çalışması müəyyən edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi Ə.C.Əmirov adına Neft və Qazçıxarma İdarəsinin xx.xx.2019-cu il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”na əsasən işçinin faktiki işlədiyi peşə haqqında arayışda qeyd edilmişdir ki, İddiaçı həqiqətən Ə.C.Əmirov adına NQÇİ-də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 №-li Qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 10.2 bölmənin “a” bəndində və 10.5.2 bölmənin “a” bəndində aşağıda göstərilən güzəştli əmək fəaliyyəti ilə məşğul olmuşdur: xx.xx.1989-cu il tarixdən “əmr №623/k .xx.xx.1989) xx.xx.2004-cü il tarixədək (əmr №40/ş . xx.xx.2004) neft və qaz hasilatı üzrə operator peşəsində işləyib – 14 il 6 ay 23 gün. xx.xx.2009-cu il tarixdən (əmr №15/k . xx.xx.2010) xx.xx.2012-ci il tarixədək (əmr №26/k. xx.xx.2012) kompressor qurğularının maşinisti peşəsində işləyib – 3 il 2 ay 8 gün. . Ə.C.Əmirov adına NQÇİ-də güzəştli iş stajı – 17 il 9 ay 1 gün təşkil edir. (Baş geoloq- rəsi müavini – Ə.Hüseynov; Baş mühasib – şöbə rəisi M.Ələkbərov) Yuxarıda qeyd edilən arayışdan da göründüyü kimi, iddiaçının xx.xx.2004-cü il tarixədək artıq 14 il 6 ay 23 gün güzəştli iş stajı mövcud olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan (xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş) “Dövlət pensiyaları” haqqında SSRİ Qanunun 1-ci maddəsinin v) bəndində qeyd olunmuşdur ki, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. Həmçinin, xx xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin üçüncü bəndinin ğ) yarımbəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbsdə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi, iddiaçının təhsil aldığı zaman təhsil müddətinin onun əmək stajına daxil edilməsi təhsil aldığı dövrün qanunvericiliyində nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, hansı vaxtdan pensiya təyin edilməsindən və pensiya hüququ yaranmasından asılı olmayaraq, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə əldə edilmiş Qanunun 67-ci maddəsinin üçüncü bəndinin ğ) yarımbəndində sadalanan təhsil müddəti şəxsin iş stajına daxil edilməldir. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlili olan cavabdehin iddiaçının vəkilinə ünvanladığı xx xxxxxx 2019-cu il tarixli cavab məktubu ilə cavabdehin iddiaçının tələbindən imtina etmədiyi ona sadəcə qanunvericiliklə müəyyən edilmiş sənədlərin veriləcəyi təqdirdə müraciətinə baxılacağını bildirdikləri ilə bağlı bildirir ki, həmin məktub cavabdeh orqan tərəfindən “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktub kimi qeyd edilərək, iddiaçının vəkilinə ünvanlandığından cavabdehin apellyasiya şikayətinin bu dəlili əsassızdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək qanunvericiliklə müəyyən edilmiş ümumi və güzəştli iş stajına malik olduğundan hazırkı iddia tələbi əsaslıdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Göstərilənlərə əsasən,məhkəmə kollegiyası hesab edir ki,cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan, apellyasiya şikayəti təmin edilməməli 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-4096/2019 nömrəli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X3 üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 4096/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-797/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-797/2020
18.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver