Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-797/2021 08.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 57 yaşdan, yəni 07.06.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş dövr üçün pensiyanın hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X7 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Xumar Afət qızı Mərdanovadan ibarət tərkibdə, Sevinc Mahir qızı Alıcanlı-Yusiflinin katibliyi ilə, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 57 yaşdan, yəni 07.06.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş dövr üçün pensiyanın hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-888/2020 saylı 07 oktyabr 2020-ci il tarixli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 08 dekabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür. NZ seriyalı ******* saylı 22.04.1980-cı il tarixli hərbi biletdən görünür ki, İddiaçı 22.04.1980-cı ildən 05.06.1982-ci ilədək həqiqi hərbi xidmətdə olmuşdur. Şərur rayon dövlət arxivinin 11/342 saylı 05.11.2019-cu il tarilxi arxiv arayışından görünür ki, Şərur rayon Dövlət Arxivində mühafizə olunan keçmiş İliç rayon Su Tikinti Quraşdırma İdarəsinin əmr kitablarında İddiaçı 25.11.1977-ci il tarixli 42 №-li əmrlə idarəyə 2-ci dərəcəli fəhlə qəbul edilməsi, 09.03.1979-cu il tarixli 25 №-li əmrlə 4-cü dərəcəli elektrik qaynaqçısı keçirilməsi, hərbi xidmətə getdiyindən 20.04.1980-ci il tarixli 51 №-li əmrlə işdən azad edilməsi, 22.06.1982-ci il tarixli 110 №-li əmrlə İliç rayon Su Tikinti Quraşdırma İdarəsinə 6-cı dərəcəli elektrik qaynaqçısı qəbul edilməsi və 11.04.1989-cu il tarixli 58 №-li əmrlə ərizəsinə əsasən işdən azad edilməsi qeyd edilmişdir. İddiaçıya məxsus İT-İ seriyalı ******* saylı 14.07.1978-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 25.11.1977-ci ildə “Naxçıvansutikinti” tresti İliç Su Tikinti Quraşdırma İdarəsinə fəhlə peşəsinə, 09.03.1979-cu ildə 20.04.1980-cı ilədək qaynaqçı peşəsinə qəbul edilib, 20.04.1980-cı ildən 05.06.1982-ci ilədək hərbi xidmətdə olmuş, 22.06.1982-ci ildən 27.03.1989-cu ilədək “Naxçıvansutikinti” tresti TQİ-nə qaynaqçı, 27.03.1989-cu ildən 27.05.1989-cu ilədək “NST” trestinə çilingər, 26.06.1989-cu ildən 06.12.1991-ci ilədək “Naxçıvan” MKİ-nə qaynaqçı, 09.12.1991-ci ildən 30.12.1992-ci ilədək “Şərur suberteyizan quyuları istehslalı idarəsinə” elektro mantyor, 01.11.1993-cü ildən 23.12.1996-cı ilədək 3 saylı Tütünçülük sovxozuna qaz qaynaqçısı, 26.12.1996-cı ildən Azərbaycan Respublikası Rayonlararası TəmirTikinti Birliyinə çilingər, 21.11.1997-ci ildən 19.11.2002-ci ilədək əl ilə elektrik qaynaqçısı, 15.01.2003-cü ildən 28.10.2003-cü ilədək Azəravtonəqliyyat DK-nə Şəhərlərarası və X2 Müəssisəsi mexaniki təmir sexinə əl ilə elektrik qaynaqçısı, 29.05.2004-cü ildən 30.07.2005-ci ilədək “X6” şirkətinə qaynaqçı, 12.06.2006-ci ildən 12.02.2007-ci ilədək “Xəzərdəniznefiqaztikinti” trestinin 2 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma filialına elektrik qaynaqçısı, 14.02.2007-ci il tarixdən 19.04.2007-ci il tarixə kimi “Xəzərdəniznefiqaztikinti” trestinin Gürcüstan Respublikasındakı Nümayəndəliyinə elektrik qaynaqçısı, 24.04.2007-ci il tarixdən 26.08.2015-ci il tarixə kimi “Neftqaztikinti” trestinin 2 saylı Tikinti Quraşdırma İdarəsində elektrik qaynaqçısı (23.05.2008-ci ildə əl ilə qaynaqda elektrik qaynaqçısı adlandırılıb) peşəsində işləmiş, 27.08.2015-ci il tarixdən hal-hazıra kimi “Neftqaztikinti” trestinin 2 saylı Tikinti Quraşdırma Bölümünün 2 saylı Tikinti Quraşdırma sahəsinə əl ilə qaynaqda elektrik qaynaqçısı vəzifəsində çalışır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neftqaztikinti Trestinin 03 sentyabr 2019-cu il tarixli arayışından görünür ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı 12.06.2006-cı il tarixində (əmr № 62/k, 12.06.2006-cı il) “Xəzərdənizneftqaztikinti” trestinin 2 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma filialına əl ilə qaynaqda elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmiş,12.02.2007-ci il tarixində (əmr № 42/k, 12.02.2007-ci il) əmək müqaviləsinə xitam verilmişdir. Əmək stajı 8 ay 1 gün təşkil edir. İddiaçı 14.02.2007-ci il tarixində (əmr № 45/k, 14.02.2007-ci il) “Xəzərdənizneftqaztikinti” trestinin Gürcüstan Respublikasındakı Nümayəndəliyinə əl ilə qaynaqda elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmiş, 19.04.2007-ci il tarixində (əmr № 99/k, 19.04.2007-ci il) əmək müqaviləsinə xitam verilmişdir. Əmək stajı 2 ay 6 gün (iki ay altı gün) təşkil edir.İddiaçı 24.04.2007-ci il tarixində (əmr № 19-k, 28.08.2015-ci il) “Neftqaztikinti” trestinin 2 saylı Tikinti Quraşdırma İdarəsinə əl ilə qaynaqda elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmiş, 26.08.2015-ci il tarixində (əmr № 481/k, 26.08.2015-ci il) əmək müqaviləsinə xitam verilmişdir. Əmək stajı 8 il 4 ay 3 gün təşkil edir. İddiaçı 27.08.2015-ci il tarixində (əmr № SOCAR/15-2500/03- 10-000366, 27.08.2015-ci il) “Neftqaztikinti” trestinin 2 saylı Tikinti Quraşdırma bölümünün 2 saylı tikinti quraşdırma sahəsinə əl ilə qaynaqda elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmiş və hal-hazıradək bu peşədə işləyir. Əmək stajı 4 il 7 gün təşkil edir. İddiaçı əl ilə qaynaqda elektrik qaynaqçısı peşəsi üzrə iş stajı 13 il 2 ay 17 gün təşkil edir. Birinci instansiya məhkəməsinə təqdim olunmuş sorğuya cavab məktubunda Azərbaycan Respublikası Əmlak Məsələləlri Dövlət Komitəsi 03 aprel 2020 tarixli məktubunda göstərmişdir ki, İliç rayon Su tikinti Quraşdırma İdarəsi barədə Əmlak Məsələləri Dövlət Komitəsində hər hansı məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 20.07.2020-ci il tarixli məktubundan görünür ki, dövlət reyestrində 3 saylı Tütünçülük Sovxozu, Azərbaycan Respublikası Rayonlararası Təmir Tikinti Birliyi, “Azəravtonəqliyyat” DK “Şəhərsalma və X8 Avtonəqliyyat Müəssisəsi” adlı hüquqi şəxslərin qeydiyyatdan keçməsi barədə məlumat mövcud deyildir. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Dövlət Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsinin 22.07.2020-ci il tarixli məktubundan görünür ki, 22.07.2020-ci il tarixə olan vergi ödəyicilərinin dövlət reyestrində 3 saylı Tütünçülük Sovxozu, Azərbaycan Respublikası Rayonlararası Təmir Tikinti Birliyi, “Azəravtonəqliyyat” DK, “Şəhərsalma və X8 Avtonəqliyyat Müəssisəsinin vergi ödəyicisi kimi qeydiyyatda olması barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 28.07.2020-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin 05.02.2001-ci il tarixli 44 nömrəli sərəncamı ilə X1 tabeliyində olmuş Abşeron rayonu, Xırdalan qəsəbəsi ünvanında yerləşən Şəhərlərarası və X2 müəssisəsinin bazasında “X3” açıq səhmdar cəmiyyəti yaradılmış və həmin səhmdar cəmiyyətin səhmlərinin özəlləşdirilməsi 13.08.2002-cı il tarixində başa çatdırılaraq xüsusi mülkiyyətə keçmişdir. Eyni zamanda 3 saylı Tütünçülük Sovxozu və Azərbaycan Respublikası Rayonlararası Təmir Tikinti Birliyi adında hazırda fəaliyyət göstərən və ya ləğv edilmiş dövlət təşkilatı və İddiaçı müraciətində göstərilən müəssisələrdə işləyibişləməməsi ilə bağlı Xidmətdə hər hansı məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin 07.08.2020-ci il tarixli məktubundan görünür ki, 3 saylı Tütünçülük Sovxozu, Azərbaycan Respublikası Rayonlararası Təmir Tikinti Birliyi, “Azəravtonəqliyyat” DK “Şəhərsalma və X8 Avtonəqliyyat Müəssisəsi”nin mövcud olub-olmaması və İddiaçı həmin müəssisələrdə işləyib-işləməməsi ilə bağlı məlumatın təqdim edilməsi barədə məktuba İqtisadiyyat Nazirliyində aidiyyəti üzrə baxılmışdır. Bununla əlaqədar, adıçəkilən müəssisələr ilə bağlı sənədlər İqtisadiyyat Nazirliyinin Aparatının arxivinə saxlanca təhvil verilməmişdir. Eyni zamanda, məktubda göstərilən məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 20.07.2020-ci il tarixli **********256300 nömrəli, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 28.07.2020-ci il tarixli **********80 nömrəli məktubları Bakı İnzibati Məhkəməsinə təqdim edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 17.08.2020-ci il tarixli məktubundan görünür ki, dövlət reyestrində Rayonlararası İstehsalat Təmir Tikinti Birliyinin (VÖEN: **********) 13.06.1994-cü il tarixdə 11170 qeydiyyat nömrəsi ilə Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. Həmçinin dövlət reyestrində 3 saylı Tütünçülük Sovxozu, “Azəravtonəqliyyat” DK “Şəhərsalma və X8 Avtonəqliyyat Müəssisəsi” adlı hüquqi şəxslərin qeydiyyatdan keçməsi barədə məlumat mövcud deyildir. İddiaçı onun güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququnun olduğuna istinad edərək cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin edilməsindən imtina edilmişdir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış **********1 saylı 02.10.2019-cu il tarixli imtina məktubda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda həmin Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. İddiaçı tərəfindən idarəyə təqdim edilmiş İT-İ seriyalı ******* saylı 14 iyul 1978ci il tarixli əmək kitabçasında qeyd olunan 25.11.1977-20.04.1980-cı il tarixləri arasındakı dövr ərzində onun “İliçsutikinti” Quraşdırma İdarəsində işlədiyi “qaynaqçı” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Eyni zamanda onun 26.12.1996-19.11.2002-ci il tarixləri arasındakı dövr ərzində “Azərbaycan Respublikası Rayonlararası Təmir Tikinti Birliyi”ndə və 15.01.2003-28.10.2003-cü il tarixləri arasındakı dövr ərzində “Azəravtonəqliyyat” DK “Şəhərlərarası və X8 Avtonəqliyyat Müəssisəsi”ndə işləməsi arxiv arayışları ilə təsdiq edilməmişdir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilməmişdir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçın cavabdeh inzibati orqana qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “ona 57 yaşdan, yəni 07.06.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş dövr üçün pensyanın hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının 01.01.2006-cı il tarixə 25 ildən artıq ümumi əmək stajı yaranmış və həmin stajın 12 il 6 aydan artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 35-ci maddəsinə (ümumi peşələr) əsasən zərərli şəraitdə qaynaqçı peşəsi üzrə toplamışdır. Lakin cavabdeh orqan tərəfindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Halbuki o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına əsas verən bütün zəruri sənədləri, o cümlədən əmək stajını təsdiq edən əmək kitabçasını cavabdeh orqana təqdim edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Cavabdeh orqan qaynaqçı peşəsinin “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası”nın təyin olunmasına əsas verə bilən peşə olub-olmadığını ümumiyyətlə araşdırmamış, onun bu qənaətə gəlməsi tam əsassızdır. Cavabdeh orqanın sözügedən imtinası qanuni və əsaslı deyildir. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində həmçinin əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda azı 25 il siğorta stajına malik olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın siğorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması üçün 11.09.2019-cu il tarixli ərizə ilə İdarəyə müraciət etmişdir. Ərizəyə əlavə edilmiş 14 iyul 1978-ci il tarixli əmək kitabçasında qeyd olunan 25.11.1977 - 20.04.1980-ci il tarixləri arasındakı dövr ərzində “İliçsutikinti” Quraşdırma İdarəsində qaynaqçı peşəsində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi peşə yuxarıda qeyd olunan Siyahıda göstərilməmişdir. Eyni zamanda 26.12.1996 - 19.11.2002-ci il tarixləri arasındakı dövr ərzində “Azərbaycan Respublikası Rayonlararası Təmir Tikinti Birliyi”ndə və 15.01.2003 - 28.10.2003-cü il tarixləri arasındakı dövr ərzində “Azəravtonəqliyyat” DK “Şəhərlərarası və X8 Avtonəqliyyat Müəssisəsi”ndə işləməyi arxiv arayışlarında təsdiq edilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyaları yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyul 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li siyahıya görə 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 31.2- 1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda həmin Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq sığortaolunana əmək pensiyası təyin edilir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-888/2020 saylı 07 oktyabr 2020-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə qərarı bir sıra maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Tərəflərin izahatları: İddiaçının vəkili Vəkil iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 08.12.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. 10.03.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş cavabehin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi 02.10.2019-cu il tarixdir. Lakin həmin imtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınması barədə sübut iş materiallarında mövcud deyildir. İddiaçı isə iddia ilə məhkəməyə 10.12.2019-cu il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh inzibati orqana qarşı tələbi “ona 57 yaşdan, yəni 07.06.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş dövr üçün pensiyasının hesablanaraq ödənilməsi” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu onun tələbinin təmin olunmasından imtina etmiş və ona istinad etmişdir ki, 25.11.1977- 20.04.1980-cı il tarixləri arasındakı dövr ərzində “İliçsutikinti” Quraşdırma İdarəsində işlədiyi qaynaqçı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamış, eyni zamanda 26.12.1996-19.11.2002-ci il tarixləri arasındakı dövr ərzində “Azərbaycan Respublikası Rayonlararası Təmir Tikinti Birliyi”ndə və 15.01.2003- 28.10.2003-cü il tarixləri arasındakı dövr ərzində “Azəravtonəqliyyat” DK “Şəhərlərarası və X8 Avtonəqliyyat Müəssisəsi”ndə işləməsi arxiv arayışları ilə təsdiq edilməmişdir. Bununla bağlı iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin onun iddiası təmin edilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddiaçının 01.01.2006-cı il tarixədək 25 ildən az ümumi, 12 il 6 aydan az xüsusi əmək stajının olmasına istinad edərək iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” AR Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 Qərarı ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq 08.10.2010-cu il tarixli 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.01.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Göründüyü kimi, iddiaçı onun 01.01.2006-cı il tarixə qədər 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi stajının tamam olmasına əsaslanaraq onun güzəştli şərtlərlə 57 yaşdan əmək pensiyasına çıxmaq hüququnun olduğuna istinad etdiyi üçün əvvəlcə onun “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tətbiqi ilə bağlı pensiya hüququnun mümkünlüyü məsələsi yoxlanılmalıdır. Həmin Qanunun 9.8-ci maddəsinin tələbinə görə hüquq münasibətlərinə tətbiq edilməli olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin «b» bəndinə əsasən iddiaçının 01.01.2006-cı il tarixə qədər 25 ildən az olmayan ümumi, 12 il 6 aydan az olmayan xüsusi stajının mövcud olub-olmaması yoxlanılmalıdır. Göründüyü kimi, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; 2) İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə hərbi biletini, əmək kitabçasını, işləməsi barədə arxiv arayışlarını və güzəştli iş stajına dair arayışları təqdim etmişdir. Yuxarıda da qeyd olunduğu kimi, iddiaçıya məxsus 22.04.1980-cı il tarixli hərbi biletdən görünür ki, o, 22.04.1980-cı ildən 05.06.1982-ci ilədək (2 il 1 ay 13 gün) həqiqi hərbi xidmətdə olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən isə hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” “Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr onun ümumi iş stajı ilə müəyyən edilir. İddiaçıya məxsus əmək kitabçasından müəyyən olunur ki, onun hərbi xidmətdə olduğu 22.04.1980-cı ildən 05.06.1982-cı ilədək (2 il 1 ay 13 gün), müxtəlif peşələrdə işlədiyi dövrlər- 25.11.1977-ci ildən 20.04.1980-cı ilədək (2 il 4 ay 25 gün), 22.06.1982-ci ildən 27.03.1989-cu ilədək (6 il 9 ay 5 gün), 27.03.1989-cu ildən 27.05.1989-cu ilədək (2 ay), 26.06.1989-cu ildən 06.12.1991-ci ilədək (2 il 5 ay 10 gün), 09.12.1991-ci ildən 30.12.1992-ci ilədək (1 il 20 gün), 01.11.1993-cü ildən 23.12.1996-cı ilədək (3 il 1 ay 22 gün), 26.12.1996-cı ildən 19.11.2002-ci ilədək (5 il 10 ay 23 gün), 15.01.2003-cü ildən 28.10.2003-cü ilədək (9 ay 13 gün), 29.05.2004-cü ildən 30.07.2005-ci ilədək (1 il 2 ay 1 gün) nəzərə alınmaqla, ümumi stajı 25 ildən artıq (25 il 11 ay 12 gün) təşkil edir. “Vətəndaşların pensiya təminatı haqqında” “Qanunun 69-cu maddəsində təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalar “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının yalnız əmək kitabçasına əsasən müəyyən ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Adı çəkilən Qaydalarda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyü də təsbit edilmişdir. Odur ki, əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən müəssisənin (arxiv) arayışları nəzərə alına bilər. 1992-ci ildə qəbul edilmiş və 01 yanvar 2006-cı ilə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 01 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Hazırki iş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçıya imtina verilərkən onun 25.11.1977-20.04.1980-cı il tarixləri arasındakı dövr ərzində “İliçsutikinti” Quraşdırma İdarəsində işlədiyi qaynaqçı peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamasına, 26.12.1996-19.11.2002-ci il tarixləri arasındakı dövr ərzində “Azərbaycan Respublikası Rayonlararası Təmir Tikinti Birliyi”ndə və 15.01.2003- 28.10.2003-cü il tarixləri arasındakı dövr ərzində “Azəravtonəqliyyat” DK “Şəhərlərarası və X8 Avtonəqliyyat Müəssisəsi”ndə işlədiyi dövrlərin arxiv arayışları ilə təsdiq edilmədiyinə istinad edilmişdir. Bu barədə məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı 25.11.1977-ci ildən 20.04.1980-cı ilədək olan dövrün 09.03.1979-cu ildən 20.04.1980-ci il tarixədək olan 1 il 1 ay 11 günü, 22.06.1982-ci ildən 27.03.1989-cu ilədək 6 il 9 ay 5 gün, 26.06.1989-cu ildən 06.12.1991-ci ilədək 2 il 5 ay 10 gün, 01.11.1993-cü ildən 23.12.1996-cı ilədək 3 il 1 ay 22 gün, 21.11.1997-ci ildən 19.11.2002-ci ilədək 4 il 11 ay 28 gün, 15.01.2003-cü ildən 28.10.2003-cü ilədək 9 ay 13 gün, 29.05.2004-cü ildən 30.07.2005-ci ilədək 1 il 2 ay 1 gün müxtəlif müəssisələrdə “elektrik qaynaqçısı”, “qaz qaynaqçısı” və “əl ilə elektrik qaynaqçısı” peşələrində işləmişdir. İddiaçının 09.03.1979-cu ildən 20.04.1980-ci il tarixədək və 22.06.1982-ci ildən 27.03.1989-cu il tarixədək İliç rayon Su Tikinti Quraşdırma İdarəsində “elektrik qaynaqçısı” işləməsi faktı əmək kitabçasındakı qeydlərlə yanaşı, həm də Şərur rayon Dövlət Arxivinin verdiyi arayışlarla da təsdiq olunur. İddiaçının 21.11.1997-ci ildən 19.11.2002-ci ilədək “əl ilə elektrik qaynaqçısı” işlədiyi Azərbaycan Respublikası Rayonlararası Təmir-Tikinti Birliyi və 15.01.2003-cü ildən 28.10.2003-cü ilədək “əl ilə elektrik qaynaqçısı” işlədiyi "xxxx" DK Şəhərlərarası və X2 Müəssisəsinin hazırki dövrdə aktiv fəaliyyətlərinin olmadığı müəyyən olunmuşdur. Belə ki, əvvəla məhkəmə sorğularına verilmiş cavab məktublarından məlum olur ki, Azərbaycan Respublikası Rayonlararası Təmir-Tikinti Birliyi Ədliyyə Nazirliyində 13.06.1994-cü ildə qeydiyyatdan keçmiş, "xxxx" DK Şəhərlərarası və X2 Müəssisəsinin bazasında isə 13.08.2002-ci ildə “X3” ASC yaradılmışdır. Göründüyü kimi, iddiaçının istər ümumi iş stajı, istərsə də xüsusi iş stajı kimi istinad etdiyi yuxarıda sadalanan dövrlərdə işlədiyi müəssisələrin həmin dövrdə mövcud olması faktı iş materialları ilə öz təsdiqini tapır. İddiaçının həmin müəssisələrdə işləməsini isə onun təqdim etdiyi əmək kitabçasındakı müvafiq qeydlər təsdiqləyir. Həmin qeydlərin cavabdeh inzibati orqan tərəfindən qəbul edilməyib, arxiv arayışları ilə təsdiq edilməməsi barədə dəlilinə gəldikdə isə qeyd olunmalıdır ki, iddiaçının bu dövrlərdə adı çəkilən müəssisələrdə işləməsini təsdiq edən yeganə sənəd əmək kitabçası olduğu təqdirdə bu faktın həm də arxiv arayışları ilə təsdiq edilməli olduğu o dövrün qanunvericiliyində nəzərdə tutulmamışdır. Əgər iddiaçının həmin dövrü təsdiq edə biləcək əmək kitabçası olmazdısa, onun bu faktı sübut etmək üçün müvafiq arxiv arayışları təqdim etmək vəzifəsi yaranardı. Odur ki, Kollegiya iddiaçının 26.12.1996-19.11.2002-ci il və 15.01.2003- 28.10.2003-cü il tarixləri arasında işlədiyi dövrlərə “arxiv arayışlarının mövcud olmaması” barədə cavabdehin dəlilini qəbul etmir və iddiaçının yuxarıda adı çəkilən müəssisələrdə işlədiyi dövrlərin mübahisəsiz olaraq onun iş stajına aid edildiyi qənaətindədir. Bundan əlavə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. Hazırki işə apellyasiya qaydasında baxılarkən iddiaçının 09.03.1979-cu ildən 20.04.1980-ci il tarixədək (1 il 1 ay 11 gün), 22.06.1982-ci ildən 27.03.1989-cu ilədək (6 il 9 ay 5 gün) “elektrik qaynaqçısı” işlədiyi İliç rayon Su Tikinti Quraşdırma İdarəsinin hazırda mövcud olmadığı, 21.11.1997-ci ildən 19.11.2002-ci ilədək (4 il 11 ay 28 gün) “əl ilə elektrik qaynaqçısı” işlədiyi Azərbaycan Respublikası Rayonlararası Təmir-Tikinti Birliyinin və 15.01.2003-cü ildən 28.10.2003-cü ilədək (9 ay 13 gün) “əl ilə elektrik qaynaqçısı” işlədiyi Avtonəqliyyat” DK Şəhərlərarası və X2 Müəssisəsinin hüquq varislərinin mövcud olduğu (sənədlər üzərində) müəyyən olunmuşdu. Lakin həmin müəssisələrə göndərilmiş sorğular ünvan sahibinə çatmamış, həmin müəssisələr hüquqi ünvanlarında tapılmamış, aktiv fəaliyyətlərinin olmadığı səbəbindən iddiaçı barəsində həmin müəssisələrdən güzəştli arayışların verilməsi təmin olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-703/20 saylı 18.11.2020-ci il tarixli icmal məktubunda qeyd edilmişdir ki, iddiaçının zərərli əmək şəraitində işlədiyini iddia etdiyi müəssisələr məhkəmə araşdırılmasının aparıldığı dövrdə fəaliyyət göstərməyən müəssisələr ola bilər. Bu halda ilk növbədə həmin müəssisənin iddiaçının işlədiyi dövrdə fəaliyyət göstərən müəssisə olub-olmaması yoxlanılmalıdır. Zərurət yaranarsa bununla bağlı müvafiq dövlət qurumlarına sorğular verilə bilər. Bu növ araşdırma yalnız güzəştli staj barəsində deyil, həmçinin tələb olunduğu halda ümumi iş stajının yoxlanılması zamanı da aparılmalıdır. Müəssisənin məhkəmə araşdırılmasının aparıldığı dövrdə fəaliyyət göstərməyən müəssisə olduğu müəyyən edildikdə, güzəştli işlə bağlı arayış onun hüquqi varisindən, hüquqi varis olmadıqda isə müəssisənin sənədlərinin saxlanıldığı qurumdan əldə edilə bilər. Hər hansı səbəbdən müəssisənin sənədləri qorunub saxlanılmamışsa, oxşar sahədə fəaliyyət göstərən müəssisə ona təqdim edilmiş iş stajına dair sübutlar əsasında lazımi qaydada əsaslandırılmaqla iddiaçının işlədiyi sahələrin, peşələrin və vəzifələrin siyahıdakı kodlara uyğunluğuna dair arayış verə bilər. Buna görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 703/20 saylı 18.11.2020-ci il tarixli icmal məktubunda qeyd olunanları nəzərə alaraq güzəştli arayışın oxşar sahədə fəaliyyət göstərən müəssisədən alınmasını məqsədəmüvafiq hesab etmişdir. Bununla bağlı apellyasiya baxışı zamanı verilmiş sorğuya cavab olaraq 1-ci Sumqayıt Tikinti-Quraşdırma MMC-dən 02.12.2021-ci il tarixdə daxil olmuş məktubda göstərilmişdi ki, “Azərneftkimyaquraşdırma” Trestinin 1-ci Sumqayıt Mexaniki-Quraşdırma İdarəsi 30.05.2003-cü il tarixli Şəhadətnaməyə əsasən 100% özəlləşdirilmş və 1-ci Sumqayıt Tikinti-Quraşdırma MMC olmuşdur. Azərbaycan Respublika Quraşdırma və Xüsusi Tikinti işləri Birliyinin Qırmızı əmək Bayrağı ordenli “Azərneftkimyaquraşdırma” Trestinin 1-ci Sumqayıt Mexaniki-Quraşdırma İdarəsi 1950-ci illərdə fəaliyyətə başlamış və Sumqayıt şəhərinin salınmasında iştirak edən idarələrdən olmuşdur. Sonradan müəssisə 1-ci Sumqayıt Tikinti-Quraşdırma MMC-yə çevrilmişdir. Müəssisənin fəaliyyəti metallokonstruksiya avadanlıqlarının quraşdırılması və təmiri, tikinti-quraşdırma işlərinin yerinə yetirilməsindən ibarət olmuşdur. Müəssisədə maşinistlər, motorçular, sürücülər, traktorçular, sazlayıcılar, krançılar, elektrik mantyorları, montajçılar, qaynaqçılar fəaliyyət göstərir. Qaynaqçı, əl ilə elektrik qaynaqçı və elektrik qaynaqçısı peşələrinin funksiyalarına istismar xüsusiyyətlərinə malik konstruksiyaların yığılması, qaynaqlanması üçün müxtəlif üsul, metod və üsulların tətbiqi, qaynaqlanmış konstruksiyaların istehsalı üçün texniki hazırlıq, müəyyən edilmiş xüsusiyyətlərə malik qaynaqlı birləşmələrin istehsalını təmin etmək üçün avadanlıq, qurğu və alətlərin seçilməsi, istehsal prosesi zamanı qaynaq avadanlığı və alətlərinin saxlanması və istifadəsi, bir qaynaqçı iş yerini təşkil etmək, quruluşun yığılması və qaynaqlanması üçün rasional bir üsul, müəyyən bir quruluşa və ya materiala qoşulma və ya işlənmə üçün optimal texnologiya seçmək, qaynaqtexnoloji proseslərinin parametrlərin seçmək üçün standart metodlardan istifadə etmək, qaynaq rejimlərini qurmaq üçün metodlar tətbiq etmək, qaynaqlanmış bir montaj və ya strukturun istehsalatı üçün əsas və qaynaq materiallarının istehsalat dərəcələrini hesablamaq, qaynaq sahələrinin növlərini, qaynaq avadanlığının növlərini, cihazı və iş qaydaları, qaynaq və montaj üçün hissələrin hazırlanmasının texnoloji prosesini, qaynaq texnologiyasının əsasları və qaynaqlanmış konstuksiyaların istehsalı, əlavə mexanikləşdirilmiş qaynaq metodlarının rejimlərinin hesablanması metodologiyası, çeliklərin, çuqunların və metalların qaynaqlanması və üzlənməsinin əsas texnoloji metodlarını, müxtəlif siniflərdə qaynaqlaşmış konstruksiyaların istehsalatı üçün texnologiya, qaynaq və ətraf mühitin qorunması tədbirləri üçün təhlükəsizlik tədbirləri daxildir. Həmin təmir-tikinti və tikinti quraşdırma işlərinin yerinə yetirilməsində qaynaqçının, əl ilə elektrik qaynaqçısının və elektrik qaynaqçısının gördüyü işlər insan orqanizmi üçün olduqca zərərli olduğuna görə həmin işçilər süd məhsulları ilə təmin olunmuş və onlara əlavə əmək haqqı hesablanmışdır. Buna görə də qaynaqçı, əl ilə elektrik qaynaqçısı və elektrik qaynaqçısı peşələri zərərli olub ona güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verir. Həmin peşələr “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında ” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı 21.06.1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı Siyahısının” XXXİİİ bölməsinin 23200000-19906 saylı şifrinə-əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsinə uyğundur və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. Beləliklə, aparılmış araşdırmalar nəticəsində aydın oldu ki, iddiaçının 01.01.2006-cı il tarixədək xüsusi iş stajı 09.03.1979-cu ildən 20.04.1980-ci il tarixədək (1 il 1 ay 11 gün) və 22.06.1982-ci ildən 27.03.1989-cu ilədək (6 il 9 ay 5 gün) “elektrik qaynaqçısı”, 21.11.1997-ci ildən 19.11.2002-ci ilədək (4 il 11 ay 28 gün) və 15.01.2003-cü ildən 28.10.2003-cü ilədək (9 ay 13 gün) “əl ilə elektrik qaynaqçısı” işlədiyi dövrlər nəzərə alınmaqla 12 il 6 aydan artıqdır. Bununla yanaşı, iddiaçının yuxarıda qeyd olunan tarixlərdə adı çəkilən müəssisələrdə işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı Siyahısının” “Ümumi peşələr” adlanan XXXİİİ bölməsinin 23200000-19906 saylı şifrinə- əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsinə uyğundur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərt- 25 ildən az olmayan ümumi, 12 il 6 aydan az olmayan xüsusi stajı tam olaraq tamamlanmışdır. İşlədiyi müddətin onun güzəştli iş stajına aid olması faktı oxşar funksiyaların həyata keçirildiyi müəssisə tərəfindən təsdiq olunur. Göründüyü kimi, apelyasiya baxışı zamanı aparılan araşdırmalar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi iş materialları ilə kifayətlənərək natamam araşdırma aparmış, xidməti vəzifəsinə görə əlavə zəruri olan araşdırmanı aparmamış, qərar qəbul edərkən isə maddi hüquq normalarını işin hallarına düzgün tətbiq etmədiyi üçün iddiaçı apellyasiya instansiyası qaydasında həmin qərarı mübahisələndirməkdə haqlı olmuşdur. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Qeyd olunanlara əsasən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-888/2020 saylı 07 oktyabr 2020-ci il tarixli qərarı ləğv edilməli, İddiaçı 57 yaşdan, yəni 07.06.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş dövr üzrə (pensiyasının 07.06.2018-ci il tarixdən təyin edildiyi nəzərə alınmaqla) pensiyasının hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-888/2020 saylı 07 oktyabr 2020-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin edilsin. İddiaçı 57 yaşdan, yəni 07.06.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş dövr üçün (07.06.2018-ci il tarixdən) pensiyasının hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Xumar Mərdanova
Məhkəmə qərarları › İş №2-1(103)-797/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-797/2021
08.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver