Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-797/2022 15.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Hüseynin sədrliyi və məruzəsi ilə, Azər Soltanhəmid oğlu Hüseynov və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X6 Xüsusi Şərtlərlə X1rşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2-1(112)-4473/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X6 Xüsusi Şərtlərlə Təyinat X4 (bundan sonra Filial) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2008-ci il tarixdən təyin olunmuş pensiyanın dəyişdirilərək pensiya məbləğinə üçüncü ixtisas dərəcəli hakim pensiyaçı olduğundan Azərbaycan Respublikasındakı mövcud minimum əmək haqqının dörd misli əlavə edilməklə aylıq pensiya məbləğinin yenidən hesablanıb, 2008-ci il tarixdən hazıradək verilməmiş əlavə haqq üzrə yaranmış fərqin birdəfəlik olaraq ona ödənilməsi, həmçinin 1 sentyabr 2019-cu il tarixdən hakimlərə bir aylıq vəzifə maaşı həcmində əlavə ödənilməsini və bir aylıq məzuniyyət haqqını təkrar hesablanıb ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, xx.xx.1987-ci ildən Bakı şəhəri, Səbail rayon xalq məhkəməsinin hakimi, xx.xx.1990-cı ildən Bakı şəhəri, Səbail rayon xalq məhkəməsinin hakimi və sədrinin müavini vəzifəsində işləmişdir xx.xx.2000-ci ildə səlahiyyət müddətinin qurtarması ilə əlaqədar hakim səlahiyyətlərinə xitam verilmişdir. Sabiq hakim kimi əlliliyə görə 2008-ci il tarixdən son vaxtlara qədər 2470 manat pensiya alırdı. Məhkəməyə müraciət etdikdən sonra cavabdeh tərəf pensiyanı düzgün hesablamadığını etiraf etmiş və səhvini düzəldərək hal-hazırda 2723 manat pensiya hesablamışdır. Lakin cavabdeh təşkilat aşağıda qeyd olunan qanunvericiliyin normalarına yenə də riayət etməmişdir. Azərbaycan Respublikasının Prezidentinin 12 iyul 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Məhkəmə və hakimlər haqqında” Qanunun 106-cı maddəsinə əlavələr edilmişdir. Həmin Qanunun 106-cı maddəsində göstərilir ki, hakimlərin aşağıdakı məbləğdə aylıq vəzifə maaşları müəyyən edilir və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir: Ali Məhkəmənin sədrinə Azərbaycan Respublikası Milli Məclisi Sədrinin aylıq vəzifə maaşı həcmində; Digər məhkəmələrin sədrinə Ali məhkəmə sədrinin vəzifə maaşının 70 faizi həcmində; Bütün məhkəmələrin sədr müavinlərə müvafiq məhkəmə sədrinin vəzifə maaşının 90 faizi həcmində. Həmin Qanunun 107-ci maddəsində göstərilir ki, “hakimlərə məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqı və iki aylıq əmək haqqı məbləğində müavinət verilir. Məzuniyyət haqqının hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir”. xx.xx.1992-ci il tarixdə qəbul edilmiş, xx.xx.2001-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası məhkəmələrinin hakimləri üçün ixtisas dərəcələrinin müəyyən edilməsi haqqında” Qanunla Azərbaycan Respublikası məhkəmələrinin hakimləri üçün ixtisas dərəcələri müəyyən edilmiş, “Azərbaycan Respublikası məhkəmələri hakimlərinin ixtisas dərəcələri haqqında” Əsasnamənin 7-8-ci bəndlərinə əsasən ixtisas dərəcələri hakimlərə ömürlük verilir və ixtisas dərəcəsi olan hakimlərə vəzifə maaşından əlavə haqq müəyyən edilmişdir. xx.xx.1992-ci il tarixdə qəbul edilmiş, xx.xx.2007-ci il tarixədək qüvvədə olan “Azərbaycan Respublikası məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ilə Azərbaycan Respublikası məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə Azərbaycan Respublikasında müəyyən edilmiş minimum əmək haqqının dörd misli məbləğində əlavə haqq verilməsi qərara alınmışdır. İşlədiyi dövrdə ona Azərbaycan Respublikasının Milli Məclisin 21 may 1996-cı il tarixli qərarı ilə üçüncü dərəcəli ixtisas dərəcəsi verilmişdir. Lakin hazır ki vaxta qədər ixtisas dərəcəsinə görə ona pensiya hesablanmamışdır. Yuxarıda qeyd olunanlara əsasən pensiyasının yenidən hesablanıb məbləğin müəyyən edilməsi və keçən müddət ərzində ödənilməmiş fərqinin ödənilməsi məqsədi ilə Filiala müraciət etmişdir. İlk müraciətində cavabdeh təşkilat bildirmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, və 20.14- cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Qərarına əsasən “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımla” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Eyni zamanda həmin qərarda təsbit olunur ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Qeyd olunanlara əsasən ərizəsində göstərdiyi əlavənin və sair ödənişlərin ona münasibətdə tətbiq edilməsi mümkün hesab olunmamışdır. Cavabdeh təşkilat qanunvericiliyin tələblərini nəzərə almamışdır. Cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı məhkəməyə təqdim etdiyi etirazında göstərmişdir ki, iddiaçı hakim kimi pensiya alır. “Əmək pensiyaları haqqında” Qanunun 20.7-ci maddəsinə əsasən hakimlərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta avlıq məbləğindən əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən ediİir. Yəni iddiaçının pensiyası onun orta aylıq əmək haqqı və ona olan sonrakı artımlar əsasında hesablanır. İddiaçının tələb etdiyi məbləğlər isə onun nə vaxtilə almış olduğu əmək haqqına daxiİ deyil, nə də əmək haqqına olan sonrakı artım kimi qiymətləndirilə bilməz. İddiaçı həmin məbləğləri almamış, onlardan sığorta haqqı ödəməmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi müikiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin. Hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fıziki şəxslərin vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Sosial sığorta haqqında” Qanunun 1-ci maddəsinə görə sosial sığorta bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. “Sosial sığorta haqqında” Qanunun 4-cü maddəsinə görə sosial sığorta hadisəsi elə bir haldır ki, onun baş verməsi ilə sığortaolunanın sığorta təşkilatından sığorta ödəməsi almaq hüquqtı yaranır. Pensiya yaşına çatmaq sosial sığorta hadisəsi sayılır. Azərbaycan Respublikasının “Əmək Məcəlləsi”nə əsasən əmək haqqı müvafiq iş halı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin mükafalların və digər ödənclərin məcmusudur. Yəni əmək haqqı vəzifəyə deyil şəxslə bağlı anlayışdır. İddiaçının almış olduğu əmək haqqının hər hansı artım baş verdikdə bu “əmək haqqındakı sonrakı artım” kimi qiymətləndirilərək iddiaçının pensiyasında da artıma səbəb olur. Hazırda isə iddiaçı öz əmək haqqının komponentlərinin tərkibinə daxil olmayan, heç vaxt almadığı sığorta haqqı ödəmədiyi məbləğlərin əmək haqqının sonrakı artımı kimi qiymətləndirilməsini və onun pensiyasının yenidən hesablanması zamanı nəzərə alınmasını tələb etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1. 1.0.2. 1.0.5 və 20.14-cü maddələrinin şərtı edilməsinə dair 15 may 2020-ci il tarixli Qərarına əsasən "Əmək pensiyaları haqqında Azərbayean Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar" müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının təminat xərcliyinin dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Yəni iddiaçının əmək haqqının tərkib hissəsi olmayan məbləğlərin artımı onun əmək haqqının artımı kimi qiymətləndirilərək pensiyasını hesablanması zamanı nəzərə alına bilməz. Bakı İnzibati Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2-1(112)-4473/2021 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2-1(112)-4473/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, İddiaçı xx.xx.1987-ci ildən Bakı şəhər Səbail rayon xalq məhkəməsinin hakimi, xx.xx.1990cı ildən Bakı şəhəri Səbail rayon xalq məhkəməsinin hakimi və sədrinin müavini vəzifəsində işləmişdir. xx.xx.2000-ci ildə səlahiyyət müddətinin bitməsi ilə əlaqədar hakim səlahiyyətlərinə xitam verilmiş, cavabdeh inzibati orqanın qərarına əsasən iddiaçının 13 il 2 aylıq hakimlik stajı nəzərə alınmaqla ona xx.xx.2008-ci ildən əlilliyə görə əmək pensiya təyin edilmişdir. Hazırda iddiaçı Xanlar Bayramazdə 2008-ci il tarixdən təyin olunmuş pensiyanın dəyişdirilərək pensiya məbləğinə üçüncü ixtisas dərəcəli hakim pensiyaçı olduğundan Azərbaycan Respublikasındakı mövcud minimum əmək haqqının dörd misli əlavə edilməklə aylıq pensiya məbləğinin yenidən hesablanıb, 2008-ci il tarixdən hazıradək verilməmiş əlavə haqq üzrə yaranmış fərqin birdəfəlik olaraq ona ödənilməsi, həmçinin 1 sentyabr 2019-cu il tarixdən hakimlərə bir aylıq vəzifə maaşı həcmində əlavə ödənilməsini və bir aylıq məzuniyyət haqqını təkrar hesablanıb ödənilməsini cavabdehdən tələb edir. İddiaçı aid pensiya işinin materiallarından görünür ki, İddiaçı xx.xx.2008-ci il tarixindən 3-cü qrup əliliyə görə hakim olaraq əmək pensiya təyin edilmiş, xx.xx.2015-ci ildən isə yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh orqan tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərara əsasən iddiaçının əmək pensiyası yenidən hesablanmış, aylıq pensiya məbləği 2723,14 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən iddiaçıya ünvanlanan 8/677 №-li, xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı hakim işlədiyi dövrdə ixtisas dərəcəsi verilməsi barədə müraciətilə əlaqədar arxiv sənədlərinə baxış keçirilərək məlum olmuşdur ki, Azərbaycan Respublikası Milli Məclisinin 21 may 1996-cı il tarixli 8O-OQR nömrəli Qərarı ilə ona 3-cü ixtisas dərəcəsi verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 04 noyabr 1992-ci il tarixli 364 nömrəli «Azərbaycan Respublikası məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi haqqında» Qərarı ilə üçüncü ixtisas dərəcəli hakimlərə 1993-cü il yanvarın 1-dən minimum əmək haqqının 3 misli məbləğində əlavə haqq ödənilməsi müəyyən edilmişdir. xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci tarixədək ona əmək haqqı hesablanarkən hər ay vəzifə maaşına minimum əmək haqqının 3 misli məbləğində əlavə haqq ödənilmişdir. Həmin Qərar «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi barədə 6 mart 2007-ci il tarixli, 260-İİİQD nömrəli Qanun ilə qüvvədən düşmüş hesab edilmişdir. Filial tərəfindən iddiaçının xx.xx.2020-ci il tarixli ərizəsinə cavab olaraq ünvanlanmış xx.xx.2021-ci il tarixli **********2 №-li məktubdan görünür ki, “Azərbaycan Respublikasının məhkəmə quruluşu haqqında” Azərbaycan Respublikası Qanunu Azərbaycan Respublikasının 5 oktyabr 2001-ci il tarixli 190-İİQD nömrəli Qanunu ilə, “Azərbaycan Respublikası məhkəmələri hakimlərinin ixtisas dərəcələri haqqında” Əsasnamə isə Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüşdür. Eyni zamanda müraciəti əsasında pensiya işinə aid sənədlərin araşdırılması zamanı ərizədə qeyd etdiyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 106-cı maddəsinin birinci abzasında göstərilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavənin 1 sentyabr 2019-cu il tarixindən hakimlərə ödənilməsi həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Qərarına əsasən “Əmək pensiyaları haqqında” Qanunurı 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxili olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Eyni zamanda həmin qərarda təsbit olunur ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı va məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Qeyd olunanlara əsasən ərizədə göstərdiyi əlavənin ona münasibətdə tətbiq edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Eyni zamanda bildirilmişdir ki, 1 may 2018-ci il tarixindən hakim kimi işlədiyi vəzifə üzrə vəzifə maaşı 1436,00 manat, hakimlik stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 430,80 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 15 faizi miqdarında əlavəsi - 215,40 manat, elmi dərəcəyə görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi - 215,40 manat, hakimlərə məzuniyyətə çıxarkən verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan 347,03 manat müavinət, hakimlərə müalicə olunmaları üçün verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan 347,03 manat pul təminatı olmaqla orta aylıq əmək haqqı 2991,66 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən 13 il 2 ay 10 gün sabiq hakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqının (2991,66 manat) 80 faizi-2393,33 manat məbləğində müəyyən edilmişdir. Lakin xx.xx.2018xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində hər ay 2296,88 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində 1543,20 manat əskik pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. 1 sentyabr 2019-cu il tarixindən hakim kimi işlədiyi vəzifə üzrə vəzifə maaşı 1559,00 manat, hakimlik stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 467,78 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavəsi 389,75 manat, elmi dərəcəyə görə vəzifə maaşının 15 faizi miqdarında əlavə 233,85 manat, hakimlərə məzuniyyətə çıxarkən verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan 376,77 manat müavinət, hakimlərə müalicə olunmaları üçün verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan 376,77 manat pul təminatı olmaqla orta aylıq əmək haqqı məbləği 3403,92 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən 13 il 2 ay 10 gün sabiq hakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqının (3403,92 manat) 80 faizi - 2723,14 manat məbləğində müəyyən edilmişdir. Lakin xx.xx.2019 - xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində hər ay 2474,96 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində ona 3722,70 manat əskik pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun olaraq keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanlara əsasən əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 5265,90 manat pensiya məbləği 2020-ci ilin dekabr ayından etibarən hissə-hissə (169,86 manat) əmək pensiyası (2723,14 manat) üzərinə əlavə olunmaqla (169,86+2723,14=2893,00 manat) müvafiq kart hesabına köçürülür. “Əmək pensiyaları haqqında” Qanuna əsasən Azərbaycan Respublikasında əmək pensiyasının üç növü mövcuddur: yaşa, əlilliyə və ailə başçısını itirməyə görə əmək pensiyası. Ümumi əsaslarla yaşa və əlilliyə görə əmək pensiyası hüququnun yaranması üçün əsas şərt müvafiq olaraq pensiya yaş həddinə çatması və ya əlillik dərəcəsinin olması ilə yanaşı minimum pensiya təyinatına imkan verən pensiya kapitalı və (və ya) minimum staj tələbini yerinə yetirməkdir. Ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun yaranmasının əsas şərti isə vəfat etmiş ailə başçısının əmək qabiliyyətli yaşına uyğun minimum stajının olmasıdır. Ümumi əsaslarla hesablanmış pensiyanın artırılması Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi yolu ilə həyata keçirilir. Bundan başqa “Əmək pensiyaları haqqında” Qanunun 8, 9 və 20-ci maddələrində müəyyən kateqoriyadan olan şəxslərə əmək pensiyasının hesablanması zamanı güzəştlərin tətbiq olunması nəzərdə tutulur. Qeyd olunan maddələrin məzmunundan aydın olur ki, güzəştli qaydada pensiyalar ümumilikdə üç istiqamətdə tətbiq edilir: - birincisi, uşağa qulluğa görə pensiya yaş həddində tətbiq olunan güzəşt; - ikincisi, əmək şəraiti xüsusilə ağır və zərərli sahələrdə çalışanlara yaşa görə verilən güzəşt; - üçüncüsü, dövlət qarşısında xüsusi xidmətləri olan şəxslərə münasibətdə pensiya yaş həddində və (və ya) pensiya məbləğində nəzərdə tutulan güzəşt. Dövlət qarşısında xüsusi xidmətlərə görə həm pensiya yaş həddində, həm də pensiya məbləğində müəyyən edilən güzəştlər hərbi və xüsusi rütbəli şəxslərə, dövlət qulluqçularına, məhkəmə hakimlərinə, Milli Məclis deputatlarına və s. də şamil olunur. Pensiya məbləğində müəyyən edilən güzəşt “Əmək pensiyaları haqqında” Qanununun 20.14-cü maddəsinə uyğun olaraq, pensiyanın sığorta hissəsinə dövlət büdcəsi vəsaiti hesabına qulluq stajına görə əlavələrin tətbiq edilməsini nəzərdə tutur. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsində müəyyən edilmişdir ki, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanlarına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli Qərarına əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə iddiaçı Xanlar Bayramazdəya pensiya təyin edilərkən, təyin edildikdən sonra yenidən hesablanarkən işlədiyi dövrdə (2 sentyabr 2000-ci ilədək) almadığı və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun olmadığından hazırkı işdə həmin əlavələr iddiaçının pensiyasının yenidən hesablanması üçün əsas ola bilməz. “Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03/2020 №-li, xx.xx.2020-ci il tarixli qərardadına əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan "müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə" müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Birinci instansiya məhkəməsi iddia tələbinin iddiaçının “pensiya məbləğinə üçüncü ixtisas dərəcəli hakim pensiyaçı olduğundan Azərbaycan Respublikasındakı mövcud minimum əmək haqqının dörd misli əlavə edilməklə aylıq pensiya məbləğinin yenidən hesablanıb, 2008-ci il tarixdən hazıradək verilməmiş əlavə haqq üzrə yaranmış fərqin birdəfəlik olaraq ona ödənilməsi” tələbi ilə bağlı hissəsində qeyd etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının ixtisas dərəcəsi nəzərə alınmaqla pensiya məbləği yenidən hesablandığından və fərq məbləği «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq ödənildiyindən iddia tələbi həmin hissədə də təmin edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda iddiaçı ona əmək pensiyasının yenidən hesablanmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdehin imtinası mahiyyətcə qanuna uyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır. Bu səbəbdən də iddianı əsassız sayaraq təmin etməyən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2-1(112)-4473/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Azər Hüseynov Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2-1(103)-797/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-797/2022
15.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver