Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-798/2023 01.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X15 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X6 ibarət tərkibdə, X9-Yusiflinin katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra hakimiyyətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-820/2022 saylı 30 avqust 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 01 fevral 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 580 saylı xx.xx.2008-ci il tarixli sərəncamına əsasən Azərbaycan Bayraq Meydanı üçün ayrılmış əraziyə düşən Səbail rayonu, F.Mehtiyev küçəsində yerləşən və qəzalı vəziyyətdə olan 1 saylı yaşayış evində şəxsi evlər və qarajlar mövcud olmuşdur. Həmin Sərəncamın 2-ci bəndinə əsasən ərazidə olan qarajlar və digər obyektlərlə bağlı Bakı Şəhər İcra Hakimiyyəti və rayon icra hakimiyyəti tərəfindən verilmiş sərəncamlar ləğv edilmişdir. Həmin Sərəncamın 3-cü bəndinə əsasən mənzil sahəsi ilə təmin olunmuş vətəndaşların yaşadığı mənzillərdən köçürülməsi, ərazidə olan qarajların və digər qanunsuz tikililərin sökülməsi Səbail rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. “Kaspiyets-1” Qaraj Kooperativinin xx.xx.2019-cu il tarixli arayış-orderinə (dublikat) əsasən Bakı Sovetinin 12/829 saylı 01 avqust 1986-cı il tarixli, 26 Sovetin İcra Hakimiyyətinin 98/9075 saylı 15 may 1987-ci il tarixli və 23/2374 saylı 21 iyul 1989-cu il tarixli qərarlarına əsasən iddiaçıya 28 saylı qaraj boksu verilmişdir. “Kaspiyets-1” Qaraj Kooperativinin 28 nömrəli qarajın planına əsasən sahəsi 31,08 kv.m. olan qaraj sahibi İddiaçı olmuşdur. İddiaçı ona məxsus qarajın sökülməsi nəticəsində vurulmuş ziyana görə kompensasıyanın ödənilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli ərizə ilə Bakı Şəhər İcra hakimiyyətinə müraciət etmiş, lakin sonuncu tərəfindən onun müraciətinə münasibətdə hərəkətsizlik edilmişdir. Hazırda İddiaçı cavabdeh Bakı şəhər İcra hakimiyyətindən “Kaspiyets-İ” kooperativində yerləşən ona məxsus olan 31.08 kv.m sahədən obarət olan 28 saylı qarajın sökülməsi nəticəsində dəymiş ziyana görə 9324 manat məbləğində pulun tutulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, “Kaspiyets-2” Kooperativi tərəfindən inşa edilən 70 ədəd qarajlardan 28 saylı 31,08 kv.m-lik, qaraj ona məxsus olmuşdur. İddiaçı həmin qarajın qanuni sahibi və istifadəçisi olmuş, qaraj üzərində onun sahiblik və istifadə hüququ mövcud olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2007-ci il tarixli 2504 saylı sərəncamının icrası ilə əlaqədar Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı tərəfindən 31 oktyabr 2008-ci il tarixli 580 saylı sərəncam qəbul edilmişdir. Həmin sərəncamla, F.Mehdiyev küçəsində yerləşən qarajların və digər tikililərin sökülməsi Səbail rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Səbail rayon İcra Hakimiyyəti qeyd edilən ərazidə yerləşən qarajları sökmüş, lakin həmin qarajlar sökülən zaman qaraj sahiblərinə, o cümlədən də Vaqif Rzayevə hər hansı məbləğdə kompensasiya ödənilməmişdir. Hesab edir ki, inzibati orqanın qanunsuz hərəkətləri nəticəsində mülkiyyətindən məhrum olunmuş və bununla bağlı ona 9.324 manat məbləğində maddi zərər dəymişdir. Bunlardan başqa Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(103)- 688/2012 saylı qətnaməsi ilə “söküntü ilə əlaqədar dəymiş maddi ziyana görə Bakı şəhəri İcra Hakimiyyətindən X7 xeyrinə 10.290 manat, X3 xeyrinə 12.930 manat, X12 xeyrinə 8.970 manat, X4 xeyrinə 8.970 manat, X1 xeyrinə 8.970 manat. X2 xeyrinə 8.970 manat tutulması qət edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikasında fəaliyyət göstərən məhkəmələrin müzakirə olunan məsələ ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə aktlarında ifadə olunmuş hüquqi mövqeləri vahid olmaqla ondan ibarətdir ki, hüquqi və fiziki şəxslərə mülkiyyət hüququ əsasında məxsus olmuş yaşayış və qeyri-yaşayış sahələrinin söküntüsü aparan dövlət orqanları və kommersiya təşkilatlan tərəfindən mülkiyyətçilərə dəymiş zərərin əvəzi olaraq kompensasiya ödəməlidirlər. Beləliklə də inzibati orqan kimi Bakı İcra Hakimiyyətinin qanunsuz hərəkətləri nəticəsində mülkiyyətindən məhrum edilmiş və bunun nəticəsində ona 9.324 manat məbləğində maddi ziyan dəymişdir. 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2019- cu il tarixli 2-1(81)-213/19 saylı qərarından da görünür ki, iddiaçı X5 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “Kaspiyets-2” koopertivində yerləşən X8 məxsus qarajın (31.1 kv.m) sökülməsi nəticəsində vurulmuş ziyana görə Bakı şəhər İcra Hakimiyyətindən vurulmuş ziyana görə 9333 manat tutulmuşdur. “Kaspiyets-1" Qaraj Kooperativinin təstiq etdiyi 28№-li qarajın planına əsasən, iddiaçıya məxsus 28 saylı qarajın ümumi sahəsi 31,08 kv.metr təşkil etmişdir. Göründüyü kimi, tərəflər ayrı olsa da, mübahisə oxşar, eyni münasibətlərdir və məhkəmələri tərəfindən həmin mübahisələr mülkiyyətçinin, yəni qanuni sahibinin xeyrinə həll olunmuşdur. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən verilmiş iddiaya dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, Bakı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1986-cı il tarixli, 12/829NSİİ, xx.xx.1987-ci il tarixli, 11/197 №-li və xx.xx.1991-ci il tarixli, 13/607 JVs-li qərarları ilə X13 zabitlərinə məxsus avtomobillər üçün kooperativ qarajların tikilməsindən ötrü Bakı şəhərinin 26 Bakı Komissarları rayonunda 29-cu kvartalda, Komanda buraxılış məntəqəsi (KBM) ilə X17 arasında yerləşən ərazidə torpaq sahəsi ayrılmış və həmin ərazidə kaspiyets-1 kooperativi üzrə 29 ədəd, kaspiyets-2 kooperativi üzrə 70 ədəd və kaspiyets-3 kooperativi üzrə 20 ədəd avtomobil qarajı inşa olunmuşdur. Hər üç kooperativ üzrə üzvlərin bir hissəsinin kooperativdən çıxmaları və özlərinə məxsus qarajları başqalarına satmaları ilə əlaqədar olaraq siyahılar bir neçə dəfə dəyişdirilmiş və bu hal (müvafiq qaydada) kooperativ üzvlərinin protokolları ilə rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Prezidentinin X24 tərəfindən Bakı şəhərində X14 yaradılması ilə əlaqədar xx.xx.2007-ci il tarixli, 2504 saylı sərəncam imzalanmışdır. Həmin sərəncamın icrası ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən xx.xx.2008-ci il tarixli, 580 nömrəli sərəncam verilmişdir. Həmin sərəncamla ünvan 3ndə yerləşən ərazidə olan qarajlar və digər obyektlərlə bağlı Bakı Şəhər İcra Hakimiyyəti və rayon icra hakimiyyəti tərəfindən verilmiş əvvəlki sərəncamlar ləğv edilmişdir. Mənzil sahəsi ilə təmin olunmuş vətəndaşların yaşadığı mənzillərdən köçürülməsi, ərazidə olan qarajların və digər qanunsuz tikililərin sökülməsi Səbail Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Bundan başqa Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən İddiaçı məxsus qarajın sökülməsi ilə bağlı hər hansı bir qərar qəbul etməmişdir. Birinci instansiya məhkəməsində icraat: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-820/2022 saylı 30 avqust 2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək, cavabdeh Bakı şəhər İcra Hakimiyyətindən İddiaçı xeyrinə vurulmuş maddi zərərin əvəzi olaraq 9324 manat pulun tutulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Bakı şəhər İcra hakimiyyəti tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Kaspiyets-1 kooperativi üzrə 29 ədəd, Kaspiyets-2 kooperativi üzrə 70 ədəd və Kaspiyets-3 kooperativi üzrə 20 ədəd cəmi 119 avtomobil qarajı inşa olunmuşdur. Bundan başqa həmin ərazidə 1960-cı illərdən etibarən 9 avtomobil qarajı mövcud olumuş və həmin qaraj sahibləri də Kaspiyets-2 kooperativi üzvlüyünə qəbul edilməklə həmin kooperativ üzrə qarajların sayı 79 ədəd (ümumilikdə hər üç kooperativ üzrə 128 ədəd ) qaraj mövcud olmuşdur. Hər üç kooperativ üzrə üzvlərin bir hissəsinin kooperativdən çıxmaları və özlərinə məxsus qarajları başqalarına satmaları ilə əlaqədar olaraq siyahılar bir neçə dəfə dəyişdirilmiş və bu hal (müvafiq qaydada) kooperativ üzvlərinin protokolları ilə rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Prezidenti X22 Əliyev tərəfindən Bakı şəhərində X14 yaradılması ilə əlaqədar 17.11,2007-ci il tarixli, 2504 saylı sərəncam imzalanmışdır. Həmin sərəncamın icrası ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən 31.10 2008-ci il tarixli, 580 nömrəli sərəncam verilmişdir. Həmin sərəncamla ünvan 3 ünvanında ərazidə olan qarajlar və digər obyektlərlə bağlı Bakı Şəhər İcra Hakimiyyəti və rayon icra hakimiyyəti tərəfindən verilmiş sərəncamlar ləğv edilmişdir. Mənzil sahəsi ilə təmin olunmuş vətəndaşların yaşadığı mənzillərdən köçürülməsi, ərazidə olan qarajların və digər qanunsuz tikililərin sökülməsi Səbail Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. “Kaspiyets-1” Kooperativi tərəfindən verilmiş Bakı şəhəri Səbail rayonu, F.Mehdiyev küçəsində yerləşən ümumi sahəsi 31,08 kv.metrdən ibarət olan 28 saylı qaraj İddiaçı istifadəsinə verilmişdir. İş materiallarından göründüyü kimi, İddiaçı qeyd olunan qaraj kooperativlərinin tərkibində qaraj tikintisi barədə və yaxud kooperativ üzvlərinin siyahısına daxil edilmək barədə nə Bakı şəhər X11 icraiyyə Komitəsinin, nə də Bakı Şəhər 26 Bakı Komissarı rayon X11 İcraiyyə Komitəsinin qərarları mövcud olmamışdır. “Kaspiyets-1” Kooperativi isə hər hansı şəxsə qaraj ayrılması barədə qərar verməkdə səlahiyyətli olmamışdır. Məhkəmə isə işə obyektiv yanaşmayaraq, yalnız iddiaçının mülahizəsinə əsaslanmaqla həmin qarajın məhz Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən sökülübsökülmədiyini araşdırmadan, heç bir sübuta əsaslanmadan qarajın məhz Bakı Şəhər icra Hakimiyyəti tərəfindən sökülməsi qənaətinə gəlmişdir. Həmçinin iş materiallarından göründüyü kimi, iddiaçıya məxsus qaraj müvəqqəti istifadə üçün nəzərdə tutulduğundan, daşınmaz əmlak kimi qiymətləndirilərək reyestrdən texniki sənəd belə verilməmişdir. Həmin ünvanda yerləşən qarajların, eləcə də İddiaçı məxsus qarajın da hüquq müəyyənedici sənədləri olmadığndan sökülmüşdür. Eyni zamanda qarajın yerləşdiyi torpaq sahəsi də hər hansı hüququ qeydiyyata alınmamışdır. xx.xx.1970-ci il tarixli Azərbaycan SSR Torpaq Məcəlləsinin 24-26-cı, xx.xx.1991-ci il tarixli Torpaq Məcəlləsinin 29-30-cu, habelə qüvvədə olan xx.xx.1999- cu il tarixli Torpaq Məcəlləsinin 67-ci maddəsinin 1-ci hissəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Torpaq Məcəlləsinin 67-ci maddəsinin 4-cü hissəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Qarajın yerləşdiyi torpaq sahəsi isə dövlətə məxsusdur. Ona görə də iddiaçının bu əsasla kompensasiya tələb etmək hüququ yoxdur. Həmçinin Mülki Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək onu satmaq, bağışlamaq icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Tərəflərin izahatları: xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlanmasına baxmayaraq tərəflər iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə İddiaçı və cavabdeh Bakı şəhər İcra hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 01 fevral 2023-cü il tarixli qərardadı ilə “Kaspiyets- 1” Qaraj Kooperativinin, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin və Bakı şəhər Səbail rayon İcra Hakimiyyətinin işə 3-cü şəxs qismində cəlb edilmələri səhv olduğundan onların cəlbetməsi ləğv edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinə münasibətdə cavabdeh inzibati orqan tərəfindən hərəkətsizlik göstərilmişdir. Bununla bağlı məhkəmə kollegiyası inzibati prosessual qanunvericiliyin tələbləri baxımından (İPM-nin 39.1 maddəsi) hesab edir ki, iddiaçının cavabdehə qarşı hazırki iddiası mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Bakı şəhər İcra hakimiyyətindən “Kaspiyets-İ” kooperativində yerləşən ona məxsus olan 31.08 kv.m sahədən obarət olan 28 saylı qarajın sökülməsi nəticəsində dəymiş ziyana görə 9324 manat məbləğində pulun tutulması” ilə bağlıdır. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinə münasibətdə hərəkətsizlik edilmişdir. Bundan sonra o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş və iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İş materiallarından müəyyən olunur ki, Bakı Sovetinin 12/829 saylı 01 avqust 1986cı il tarixli, 26 Sovetin İcra Hakimiyyətinin 98/9075 saylı 15 may 1987-ci il tarixli və 23/2374 saylı 21 iyul 1989-cu il tarixli qərarlarına əsasən iddiaçıya 28 saylı qaraj boksu verilmiş, “Kaspiyets-1” Qaraj Kooperativinin 28 nömrəli qarajın planına əsasən sahəsi 31,08 kv.m. olan qaraj sahibi İddiaçı olmuşdur. Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 580 saylı xx.xx.2008-ci il tarixli sərəncamına əsasən Azərbaycan Bayraq Meydanı üçün ayrılmış əraziyə düşən Səbail rayonu, F.Mehtiyev küçəsində yerləşən və qəzalı vəziyyətdə olan 1 saylı yaşayış evində şəxsi evlər və qarajlar mövcud olmuşdur. Həmin Sərəncamın 2-ci bəndinə əsasən ərazidə olan qarajlar və digər obyektlərlə bağlı Bakı Şəhər İcra Hakimiyyəti və rayon icra hakimiyyəti tərəfindən verilmiş sərəncamlar ləğv edilmişdir. Həmin Sərəncamın 3-cü bəndinə əsasən mənzil sahəsi ilə təmin olunmuş vətəndaşların yaşadığı mənzillərdən köçürülməsi, ərazidə olan qarajların və digər qanunsuz tikililərin sökülməsi Səbail rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Beləliklə, aparılan məhkəmə araşdırmaları nəticəsində məlum oldu ki, iddiaçı ona məxsus əmlakdan cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamının icrası nəticəsində, başqa sözlə, cavabdehin qanunsuz hərəkətləri nəticəsində məhrum olmuşdur ki, bununla da iddiaçıya ziyan dəymiş və sonuncu da haqlı olaraq ona dəymiş ziyanın ödənilməsi ilə bağlı cavabdehdən kompensasiya tələb edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılan iddia növləri sırasında “inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialar” da yer almışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimovanın Azərbaycana qarşı” 27 sentyabr 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, o, təkcə fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmır və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlak təşkil edən bəzi digər hüquqlar və maraqlar da mülkiyyət hüququ sayıla və bu maddənin məqsədləri üçün “mülkiyyət” kimi qəbul edilə bilər. Qeyd edilən işdə Avropa Məhkəməsi xatırlatmışdır ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə dövlət orqanının hər hansı müdaxiləsi qanunsuz sayılmalıdır. Bundan başqa, demokratik cəmiyyətin təməl prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xas olan prinsipdir. Buradan belə nəticə çıxır ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilib-edilməməsi məsələsi yalnız o halda müsbət həll olunur ki, sözügedən müdaxilə qanunilik tələbinə cavab versin və əsassız olmasın. Konvensiyadakı “qanun” və “qanuni” anlayışları mahiyyətcə daxili qanunvericiliyə istinad edir, qanunun keyfiyyətini bildirir və daxili qanunvericiliyin qanunun aliliyi prinsipinə uyğun olmasını tələb edir. Cəmiyyətin maraqları və mülkiyyətçinin hüquqları arasında ədalətli tarazlığa riayət etmək tələbi ümumilikdə Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsinin strukturunda öz əksini tapıb və onun birinci cümləsində ifadə olunmuş ümumi prinsip nəzərə alınmaqla şərh olunmalıdır. Xüsusən, istifadə olunan vasitələrlə insanı əmlakından məhrum edən və ya ondan istifadəni məhdudlaşdıran tədbirlərin güddüyü məqsəd arasında ağlabatan balans olmalıdır. Müvafiq hüquqi aktlarla nəzərdə tutulmuş kompensasiyanın ödənilməsi şərtləri mübahisələndirilən tədbirlərin görülməsi zamanı zəruri ədalətli tarazlığa riayət olunub-olunmadığı və xüsusi olaraq, onların ərizəçinin üzərinə qeyri-mütənasib yük qoyubqoymadığının müəyyən edilməsi üçün əhəmiyyət kəsb edirlər. Bu baxımdan əmlakın, onun dəyərinə ağlabatan dərəcədə uyğun gələn məbləğ ödənilmədən alınması adi şəraitdə Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsi baxımından haqq qazandırıla bilməyən qeyri-mütənasib müdaxilə deməkdir. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələbləri baxımından mübahisəyə hüququ qiymət verilərkən ilk növbədə sözügedən müxtəlif maraqlar bütünlüklə aydınlaşdırılmalıdır. Nəzərə alınmalıdır ki, Konvensiyanın məqsədi “praktiki və səmərəli” hüquqları təmin və müdafiə etməkdən ibarətdir. Ədalətsizliyə yol verilməməsi üçün ilk növbədə mübahisənin mahiyyətinə diqqət yetirilməli, şikayət edilən məsələnin reallıqları və sair hallar tam, hərtərəfli və obyektiv araşdırılmalıdır. Belə yanaşma yalnız mülkiyyətə müvafiq kompensasiyanın ödənilməsi ilə məhdudlaşdırılmamalıdır. Əgər söhbət mülkiyyətin geri alınması, özgəninkiləşdirilməsindən gedirsə, həm də tərəflərin özlərinin davranışları, dövlətin tətbiq etdiyi vasitələrin real, adekvat, ədalətli olubolmaması, əmlakdan məhrum olan mülkiyyətçinin sonrakı məhrumiyyətləri və sair hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 15.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyeklərin tikilməsi, dövlət əhəmiyyətli dağmədən sənayesi obyektlərinin tikilməsi məqsədilə alınır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.7-ci maddəsinə əsasən istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. Həmin Məcəllənin 211-ci maddəsinə əsasən mülkiyyət hüququna xitam verildikdə əmlak onun bazar qiymətinə əsasən qiymətləndirilir. Həmin Məcəllənin 246-cı maddəsinə əsasən bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması haqqında qərarı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) qəbul edir. Həmin Məcəllənin 246.1-ci maddəsinə əsasən torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması haqqında müvafiq icra hakimiyyəti orqanının qərarı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Həmin Məcəllənin 246.2-ci maddəsinə əsasən torpaq sahəsinin alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. Həmin Məcəllənin 246.3-cü maddəsinə əsasən dövlət ehtiyacları üçün alınan torpaq sahəsinin mülkiyyətçisi bu Məcəllənin 246.3-cü maddəsində göstərilən bildirişin göndərildiyi gündən sonra 90 təqvim günündən tez və 180 təqvim günündən gec olmayaraq bu Məcəllənin 247-ci maddəsinin tələblərinə əməl olunması şərti ilə alınan torpaq sahəsini azad etməlidir. Həmin Məcəllənin 246.4-cü maddəsinə əsasən mülkiyyətçinin müraciəti ilə müvafiq icra hakimiyyəti orqanı bu maddədə göstərilən müddətləri dəyişə bilər. Həmin Məcəllənin 246.5-ci maddəsinə əsasən bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaq sahələri ilə yanaşı həmin torpaq sahələrində yerləşən və ya yerləşməyən və eyni məqsədlərlə alınan binalara (evlərə, tikililərə, qurğulara) da şamil edilir. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Həmin Qanunun 4.2-ci maddəsinə əsasən dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. Həmin Qanunun 5.2-ci maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqlar üzərində istifadə və icarə hüquqları dövlət ehtiyacları üçün geri alınır. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. İş materiallarında olan oxşar işlər üzrə məhkəmə qərarlarından görünür ki, Bakı şəhəri, Səbail rayonu, F.Mehtiyev küçəsində mövcud olmuş qarajların sökülməsinə görə cavabdeh Bakı Şəhər İcra Hakimiyyətindən kompensasiya tutulması tələbi ilə bağlı işlərə baxılmış və həmin iddialar təmin edilmiş, bu zaman həmin ünvanda mövcud olmuş qarajların qiymətləndirmə rəyinə əsasən hər kv.m.-nin bazar dəyəri 300 manatdan götürülmüşdür. Həmin qərarlar kassasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hazırki iş üzrə kompensasiya tələbinin təmin olunması qənaətinə gələrkən ekspertiza təyin etmədən hər kv.m.-ə görə 300 manatdan qiymətləndirmə apararaq iddiaçıya ödənilməli məbləğin 9324 manat (31.08 kv.metr x 300 manat = 9324 manat) olmasını müəyyən etmişdir. “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinin tələbinə görə maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-820/2022 saylı 30 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Bakı şəhər İcra hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-820/2022 saylı 30 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-798/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-798/2023
01.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver