Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-798/2025 23.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarların ləğv edilməsi və əlilliyin təyin edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1340/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı məcburetmə haqqında iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, əlilliyin təyin olunmasından imtina haqqında 16 mart 2023-cü il və 11 may 2023-cü il tarixli qərarların ləğv edilməsini və qiymətləndirildiyi 16 mart 2023-cü il tarixdən orqanizmin funksiyalarının 61-80% pozulmasının müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “… Agentiyə orqanizmin funksiyasının 61-80 faiz pozuntusuna görə əlilliyin təyin edilməsi üçün müraciət etsə də, müraciəti təmin edilməmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli imtina barədə arayışında imtinanın səbəbi kimi “diaqnozun öz təsdiqini tapmaması. Diaqnoz əlillik əlaməti təyin etmir” qeyd edilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, xəstəliyinin diaqnozu -“Üzvi mənşəli şəxsiyyət pozuntusu, baş beyinin üzvü xəstəliyi nəticəsində kəskin nəzərə çarpan şəxsiyyət dəyişikliyi, depressiv daxil olmalar, yaddaşın enməsi” müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 Nömrəli X5nın xx.xx.2023-cü il tarixli 2149 nömrəli rəyində də bu diaqnoz bir daha təsdiq edilmişdir. Həkim Psixiatr Komissiyasının qərarı ilə ona “Baş beynin üzvi xəstəliyi nəticəsində kəskin nəzərə çarpan şəxsiyyət dəyişikliyi depressiv daxilolmalarla, yaddaşın enməsi ilə. Anamnezində keçirilmiş işemik insult. F07.0, F06.7, F06.3” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13.05.tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş əlilliyin müəyyən olunması meyarlarında iddiaçının xəstəliyinin diaqnozu F07.0; F068; F320. kodla göstərilmişdir…” Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “...İddiaçnın əlillik vəziyyəti tibb müəssisəsinin 2786003AAFFQ nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı yerimişdir. Yenidən onun əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin təkrar göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. İddiaçının müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, ona Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2019-cu il tarixli 109 nömrəli Qərar verilmişdir Həmin qərarda “Odlu silah mərmi partlamasından sonrakı başın alın, nahiyəsində iki ədəd., başın sol təpə nahiyəsində bir ədəd köhnə çapıq toxumalar' diaqnozu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sağlamlığı ilə bağlı neç bir şikayət bildirməmiş, komissiyaya yoldaşının təkidi ilə təqaüd üçün gəldiyini fadə etmişdir Anamnestik məlumatlarənda asəbı olduğunu, yaddaşsızlıqdan əziyyət çəkdiyini, qəbul etdiyi dərmanların adını söyləyə bilməmiş, təxminən 5-6 il hərbidə olduğunu, lakin vəzifəsinin nə olduğunu xatırlamadığını ifadə etmişdir. Təqdim olunmuş X11 çıxarışında insult keçirdiyi qeyd olunsa da, aşağı və yuxarı ətraflarda parez. iflic müşahidə edilməmişdir. X11 16.02 2023-xx.xx.2023-cü il tarixli ******* nömrəli Çıxarışda diaqnoz “Sol beyin y/k-də işemik insult kəskin dövr. Nitq pozulması, sağ tərəfli hemisindrom. Hipertoniya Xəstəliyi İİİ mərhələ" kimi qeyd olunmuş, klinik olaraq öz təsdiqini tapmamışdır. X11 xx.xx.2023-cü il tarixli Kranial KT müayinəsinin nəticəsi "Sağ serebral hemisfer kaudat nükleusda keçirilmiş serebrovaskulyar hadisəyə ıkıncı subsantimetnk kıstıkensefalomalozık sahə diqqət çəkdi. Sol serebral hemisfer kaudat nükleus gövdəsində eyni anda internal kapsulya doğru uzanım göstərən ~1.5x1.5x2 sm sahəni əhatə edən yarımkəskin-xronik faza işemik insulta aid hipodens sahə qeyd edilir. İşemiya sahəsində hemorraqik transformasiya əlaməti qeyd edilmədi. Klmika ilə birgə dəyərləndirilməlidir' kimi qeyd olunmuş, klinik olaraq öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X2 xx.xx.2022-ci il tarixli Elektroensefaloqrafiya müayinəsinin nəticəsi əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir....” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1340/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı əlilliyin təyin edilməsindən imtina olunması barədə xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli qərarları ləğv edilmiş, İddiaçı qiymətləndirildiyi xx.xx.2023-cü il tarixdən orqanizmin funksiyalarının pozulmasının 61-80 faiz müəyyən edilməsi (İİ dərəcə əlilliyin təyin edilməsi) öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respubikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “…Birinci instansiya məhkəməsi işə baxarkən sırf ekspert rəyinə əsaslanaraq öz mülahizəsinə uyğun səkildə və işi lazımi qaydada araşdırmayaraq vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurğulamışdır. Halbuki vətəndaşda sözügedən diaqnoz aşkar edilməmişdir. Sözügedən hal əyani müayinəsi zamanı Agentliyin Tibbi-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Məhkəmənin nəzərinə çatdırılır ki, birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Diaqnoz şəxsin hazırkı vəziyyətini əks etdirməklə yanaşı əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı, ona xx.xx.2022-ci il tarixli 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarlarının” hər-hansı bir bəndini aid etmək mümkün olmadı. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda, məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Həmçinin, əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Nazirlər Kabinetinin 16.01,2020-ci il tarixli 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirlilməsi Qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X4-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. Əlillik müəyyən edilməsi üçün diaqnozda qeyd edilən xəstləiyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır və hazırkı işdə iddiaçıda sözügedən ağırlaşmalar mövcud deyildir. Maddi hüquq normalarının tələbləri baxımından Bakı İnzibati Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmiş, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir...” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını, iddiaçının nümayəndəsi isə işə əlavə olunmuş tibbi sənədlərə əsasən iddiaçıya əlillik təyinatı aparılması üçün əlillik əlamətlərinin mövcud olduğunu vurğulayaraq, birinci iunstansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrini dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Öncə qeyd olunmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 59.1.5, 73.2-ci və İPM-in 38.2-ci maddələrinin tələbləri baxımından, iddianın mükünlüyü müəyyən olunur. Bu sarıdan birinci instansiya məhkəməsi haqlı olaraq iddianı mümkün sayaraq işə mahiyyəti üzrə baxmışdır. İşin mahiyyətinə gəldikdə, iş materiallarına sasən müəyyən olunur ki, iddiaçının ona əlillik təyin olnması barədə müraciətləri cavabdeh Agentlik tərəfindən əsassız olaraq ona əlillik təyin edilməsindən imtina edilməsi barədə xx.xx.2023-cü il tarixli və xx.xx.2023cü il tarixli qərarları ilə onun xəstəliyi əlilik əlaməti təyin etmir əsası ilə imtina ilə qarşılanmışdır. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, cavabdehin imtina qərarları həqiqəti əks etdirmir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası»nın 1.5.1-ci bəndi nəzərdə tutur ki, şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, 1.5.3-cü bəndinə əsasən əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi - göndərişin verilməsi üçün əsaslar kimi təsbit olunmuşdur. “Qaydalar”ın qeyd olunan tələbləri nəzərə alınmaqla isə iş materialları araşdırıldıqda xronoloji ardıcıllıqla aşağıdakı faktiki halları müəyyən olunur: Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən iddiaçı 1992-ci ildə hərbi xidmətə çağırılmış, döyüş zonasında hərbi xidmət keçərkən 1992-ci ilin oktyabr ayında aldığı və xx.xx.2019-cu ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X8 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri üzrə ona qoyumuş xəstəlik diaqnozu: “Odlu silah mərmi partlamasından sonrakı başın alın nahiyəsində iki ədəd, başın sol təpə nahiyəsində bir ədəd köhnə çapıq toxumalar" üzrə aldığı xəsarətlər “Hərbi tavmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” kimi şəhadətləndirilmişdir(Azərbaycan Respublikası SH.XÇDX-nin Bakı ş. Nizami rayon idarəsinin xx.xx.2019-cu il tarixli 1 nömrəli göndərişi, xx.xx.2019-cu il tarixli 14 nömrəli arayışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X8 canlı şəxsin məhkəmə-tibbi müayinəsinin xx.xx.2019-cu il tarixli 15 nömrəli aktı, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadəsi, MN MHHK-nın həkim-mütəxəssisinin rəyi ilə təsdiq edilir . Bundan əlavə iş materialları üzrə iddiaçının müraciətləri üzrə müayinə və müalicələrinin nəticələrinə əsasən onda 2019-cu ildən 2023-cü ilə qədər aşağıdakı xəstəliklərin mövcudluğu müəyyən olunmuşdur. Ambulator: - F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları (xx.xx.2022 xx.xx.0001 01.01.001); -F07.8 Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları (xx.xx.2022 xx.xx.0001 01.01.001); Stasionar: 2 nömrəli X5: - F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu (xx.xx.2019-xx.xx.2019 (21)); - F60.3 Şəxsiyyətin emosional davamsız pozğunluğu (xx.xx.2019 (0)); - F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu (xx.xx.2020-xx.xx.2020 (22)); - F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu (xx.xx.2020 xx.xx.2020(20); - F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu (xx.xx.2020 xx.xx.2020 (14)); - F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu (xx.xx.2021 xx.xx.2021 (18)); - F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu (xx.xx.2022 xx.xx.2022 (20)). Eyni zamanda, birinci instansiya məhkəməsi tərəfindən Məhkəmə-Tibbi Ekspertiza və X9 (PHŞ) təyin edilmiş məhkəmə tibbi ekspertizası üzrə sonuncu tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli T 230/2024 nömrəli rəydə ekspertlər tərəfindən aşağıdakı nəticəyə gəlinmişdir: - “SN-nin “MTE və PA Birliyin” PHŞ müalicə müəssisəsi olmadığından İddiaçı hazırda hansı xəstəliklərdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün olmadı. Lakin, onun tibbi sənədlərindən görünür ki, o, 2 nömrəli X1 14-xx.xx.2024-cü il tarixlərdə “F07.0; F06.7; F06.3- Baş beyinin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində kəskin nəzərə çarpan şəxsiyyət dəyişikliyi depressiv daxil olunmalarla, yaddaşın enməsi ilə. Anamnezində keçirilmiş işemik insult.” diaqnozu ilə müalicədə olmuşdur.” Bundan əlavə, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu”na (PHŞ) təyin olunmuş məhkəmə tibbi ekspertizası sonuncu tərəfindən icra ounaraq məhkəməyə təqdim olunmuş xx.xx.2024-cü il tarixli 2234 saylı rəyində ekspertlər tərəfindən qeyd olunmüşdur ki, - “...Hal-hazırda İddiaçı Üzvi mənşəli (keçirilmiş beyin insultundan sonra) demensiya, davranış pozuntuları ilə və anamnezində keçirilmiş kəllə-beyin travması müəyyən edilir. Bunu anamnestik məlumatlar və hazırki psixiatrik müayinənin nəticələri: - anamnestik məlumatlara görə 1992-ci ildə hərbi xidmətdə olduğu zaman mərmi partlaması zamanı başından xəsarət alması, bununla əlaqədar hərbi hospitalda müalicədə olması, -son illər hipertoniya xəstəliyindən əziyyət çəkməsi, sonradan isə 2022-ci ildə beyin insultu keçirməsi, bununla əlaqədar X12 stasionar müalicədə olması, - keçirdiyi insultdan sonra son iki ildə psixi vəziyyətində dəyişikliklər baş verməsi, yaddaş pozuntusu biruzə verməsi, səbəbsiz əsəbiliklər, ailə üzvləri ilə davranışında yerinə düşməyən hərəkətlərə yol verməsi, yuxu pozuntusu, əsassız fikirlər söyləməsi, eyni sözü dəfələrlə təkrarlaması nəzərə çarpması, özünü öldürəcəyi barəsində fikirlər söyləməsi, - şəxsi gigiyenasına fikir verməməsi müşahidə edilməsi, psixi vəziyyəti ilə əlaqədar Bakı şəhər 2 saylı X3 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi “Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində nəzərə çarpan şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalarla, yaddaşın enməsi ilə” diaqnozu ilə stasionar müalicədə olması, - sonradan Bakı şəhər 2 saylı X3 xx.xx.2023-cü il tarixdə həkim psixiatr komissiyasından keçdiyi zaman onda “Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində nəzərə çarpan şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalarla, yaddaşın enməsi ilə. Anamnezində keçirilmiş işemik insult” diaqnozu müəyyən edilməsi, Zəfəran Hospitalında 16.01,2023-cü il tarixdə Baş beynin T1 ,T2 rejimli multiplanar MRT-dən keçdiyi zaman onda aşkar edilənlərin xronik işemik mikroangiopatiya lehinə dəyərləndirilirməsi, -Bakı şəhər 2 saylı X7 tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli elektroensefaloqrafiya müayinəsində nəticə hissəsində “Diffuz rezidual-orqanik tipli dəyişikliklər” müəyyən edildiyi göstərilməsi, psixi vəziyyəti ilə əlaqədar ona təyin edilmiş müalicələri ev şəraitində qəbul etməsi, -hazırki müayinə zamanı cari vaxtın tarixini göstərə bilməməsi, təfəkkürü konkretdir, tempinə görə ləng olması, ünsiyyətə həvəssiz daxil olması, verilən sualları cavablandırdığı zaman çox fikirləşir, yada salmaqda çətinliyi nəzərə çarması, sağlamlığı ilə bağlı şikayətlərini soruşduqda şikayətlərinin ifadə edə bilməməsi, sanki verilən sualları dərk etməməsi, -neçə övladının olduğunu, onların adlarını soruşduqda çaşqınlığı biruzə verməsi, təkrar soruşduqda fikirləşsə də, cavablandıra bilməməsi, emosional reaksiyalarının davamsızlığı, sorğunun gedişatında tez yorulması, kövrəlməsi, diqqətinin cəmləşdirməsində çətinlik olması, bəzən isə verilən sualları cavablandıra bilməməsi, çaşqınlığı nəzərə çarpası, keçirilən müayinənin məqsədini dərk etməməsi, gedişinə maraq göstərməsi və s. sübut edir. Hazırki müayinə zamanı yoxlanılan şəxsdə Üzvi mənşəli (keçirilmiş beyin insultundan sonra) demensiya, davranış pozuntuları ilə və anamnezində keçirilmiş kəllə-beyin travması müəyyən edilir...” Beləliklə də tədqiq olunan sənədlərə əsasən iddiaçıda “Üzvi mənşəli (keçirilmiş beyin insultundan sonra) demensiya, davranış pozuntuları ilə və anamnezində keçirilmiş kəlləbeyin travması xəstəliklərindən” (“F07.0; F07.8, F06.7; F06.3”) uzun müddət əziyyət çəkdiyi öz təsdiqini tapır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci 187 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əlilliyin müəyyən olunması meyarları”nın (əlavə) 7.6.2-ci bəndinin: -26 iyul 2023-cü il tarixdən qüvvədə olan redaksiyasına əsasən “ baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntular (F06); üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0, postensefalit sindromu F07.1, postkontuzion sindrom (F07.2); baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları (F07.8), 26 iyul 2023-cü il tarixədək qüvvədə olan əsasən isə “baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntular (F06,) üzvi hallüsinoz (F01), üzvi-katatonik pozuntu (F06.1), üzvi sayıqlama (şizofreniyayabənzər) pozuntusu(F06.2), əhvalın üzvi mənşəli (affektiv) pozuntusu(F06.3), üzvi mənşəli təşviş-pozuntu (F06.4), üzvi dissosiativ pozuntu(F06.5)” - əlillik meyarları kimi təsbit edilmiş və “məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti” daxilində 65-80 faiz orqanismin funksiyalarının pozulması ilə qiymətləndirilmişdir.” Qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçıda, ona İİ dərəcə əlillik təyin edilməsini zəruri edən əlillik əlamətləri (meyarları) mövcud olmasına baxmayaraq, cavabdeh Agentlik tərəfindən əsassız olaraq ona əlillik təyin edilməsindən imtina edilməsi barədə xx.xx.2023cü il tarixli və xx.xx.2023-cü il tarixli qərarlar qəbul olunmuşdur. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İPM-in 73.1-ci maddəsi isə nəzərdə tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanlar onu göstərir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının dəqiqləşdirilmiş tələbinin təmin olunması işdə olan sübutlar, maddi və prosessual hüquq normalarına uyğun olmuşdur. Bu baxımdan, məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin, Agentlik tərəfindən hər hansı qanunazidd hərəkətə və ya hərəkətsizliyə yol verilmədiyini, birinci instansiya məhkəməsinin qərarının maddi və prosessul hüquq normalarının pozulması ilə qəbul edildiyini mübahisələnirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1340/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1340/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-798/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-798/2025
23.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver