Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-799/2021 22.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi-hakim), Məmmədov Vidadi Məmməd oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, X2 oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə və üçüncü şəxs Azərbaycan Respublikası Maliyə Nazirliyinə qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-1943/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə və üçüncü şəxs Azərbaycan Respublikası Maliyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “qaraja görə dəymiş inflyasiya nəzərə alinmaqla ekspertin rəyinə görə 75 min manat ziyanı Baki şəhəri Nərimanov RİK-n tutulub ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-1943/2020 saylı qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır (hakim M.Qarayeva). Həmin qərardaddan iddiaçı apelyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, Məhkəmə qeyd etmişdir ki, guya middiaçı 75-min manat Nərimanov RİH-dən qaraja görə iddia qaldirmişdır. Halbuki iddiaçı iddia qaldırmışdır ki, qaraja görə ona kompensasiya ödəsinlər. O, həm atasının həm də anasının yeganə varisidir. Birinci instansiya məhkəməsinin xx.xx.2015-ci il tarixli qərardarı ilə iş üzrə ekspertiza təyin edilmiş və ekspertiziyanın keçirilməsi Maliyyə Nazirliyinin mütəxəssisləri cəlb edilməklə «Ekspert LTD»müəssəsinə həvalə edilmişdir. Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin yanvar 2016-ci il tarixli DX-03/03-03-85 saylı məktubunda «Ekspert LTD»müəssəsinə bildirilmişdir ki, məhkəmə qərardarının icrası ilə əlaqədar ekspertizada Dövlət Nəzarət İdarəsi tərəfindən X1 iştirak edəcək. Ekspert LTD» müəssəsinin Məhkəməyə təqdim olunmuş xx.xx.2016-ci il tarixli rəyində qarajın dəyərini 50.000 manat göstərmişlər. İnfliyasiya ilə 75.000 manat göstərmişlər. Məhkəmənin xx.xx.2016-ci il qərardarı ilə yenidən ekspertiza təyin edilmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası xx.xx.2016-ci il tarixli məktubu ilə Ekspertizanın aparılmasına imtina etmişdir. Onlarda hakim tərəfindən qoyulan sualara cavab üçün mütəxəsis olmadığını bildirmişlər. İş üzrə yaranmış zərurətlə əlaqədər məhkəmə Maliyyə Nazirliyinə sorğu göndərmiş, Maliyyə Nazirliyi Maliyyə Nəzarət Xidməti tərəfindən xx.xx.2017-ci il tarixli məktubunda cavab olaraq bildirmişdir ki, qeyd olan ərazidə Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, ev 154 qeyri yaşayış sahələrin sökülməsi ilə əlaqədar mülkiyətçilərə həmin sahələrin 1 kv.m. üçün tikintinin keyfiyətinən asılı olaraq ***-**** manat hesablənmış və ödənilmişdir. Əlavə olaraq iddiaçı Ədliyyə Nazirliyinə müraciət edərək, miras haqqında xx.xx.2018-ci il tarixində 05/A-20/2 cavab almışdır ki, qaraj mülkiyyətə daxildir. İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Maliyə Nazirliyi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası sədrlik edən məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, onun təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması nəticəsinə gəlir. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı işin halları baxımından iddiaçının subyektiv hüququn sahibi kimi qəbul edə bilmək üçün subyektiv hüququnun mövcudluğunu təsdiq edən sənədlərin mövcud olması zəruridir. İş materiallarından görünür ki, iddiaçı tərəfin tələbi mahiyyət etibarı ilə söküntü zonasına düşmüş mənzilin əvəzləndirilməsi proseduru zamanı istifadəsində olmuş qarajın sökülməsi ilə cavabdeh inzibati orqanın hərəkətləri nəticəsində ona dəymiş ziyanın ödənilməsindən ibarətdir. Bakı şəhər Nərimanov rayon XDS İK-nin xx.xx.1990-cı il tarixli, 8/96 saylı qərarı ilə X4 əlili İ.H.Abbasova yaşadığı Bakı şəhəri, keçmiş Lenin prospektindəki (indiki Azadlıq) 154 saylı evin yaxınlığında qaraj tikintisinə icazə verilməsi göstərilsə də, iddiaçı məhrum atasına məxsus olmuş və onun istifadəsində olmuş daş qarajla baglı məhkəməyə heç bir hüquqmüəyyənedici sənəd təqdim etməmişdir. Birinci instansiya məhkəməsi qeyd olunanlarla yanaşı nəzərə almışdır ki, iddiaçıya məxsus yaşayış sahəsinin sökülməsi (alınması) ilə əlaqədar cavabdeh inzibati orqanın müvafiq aktı, eləcə də aidiyyəti işlə bağlı məhkəmə qərarları mövcuddur və qüvvədədir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Beləliklə birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, cavabdeh Nərimanov RİH tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Odur ki, birinci instansiya məhkəməsinin qənaətinə görə iddia mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərilən dəlilləri qəbul etmir və belə nəticəyə gəlir ki, qərardadın ləğv edilməsi üçün heç bir əsas yoxdur, ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-1943/2020 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Şikayət verilmədiyi halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Vidadi Məmmədov Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-1(103)-799/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-799/2021
22.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver