Məhkəmə qərarları › İş №2-1(103)-8/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-8/2025

26.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-8/2025 26.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndələri X1 və X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh1nə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6499/2022 nömrəli, 25 noyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh1nə qarşı iddia ərizəsi ilə məhkəməsinə müraciət edərək, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022ci il tarixli **********801600 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022ci il tarixli, **********568500 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, noyabr ayı 2021-ci il tarixdə vergi xidmətinin əməkdaşları tərəfindən İddiaçı MMC-yə məxsus anbarlara yoxlama aparılmış və nəticədə düzgün olmayan hesablamalara görə şirkətin cərimə olunması üçün qərar qəbul edilmişdir. Qərara əsasən 2020-ci il üzrə mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsində dövrün sonuna mal qalığı 626879,45 manat qeyd edilir, daha sonra xx.xx.2021xx.xx.2021-ci il tarixlərarası idxal əməliyyatı üzrə 18473473,44 manat müəyyən olunmuş, elektron alış aktı üzrə 3801401,4 manat və elektron qaimə-faktura üzrə 1198812,95 manat məbləğində mal alışı müəyyən olunmuşdur. Keçirilmiş operativ vergi nəzarəti tədbirləri nəticəsində mal qalığının 1252982,32 manat və ticarət əlavəsinin 20% olduğu müəyyən edilmişdir. Qeyd olunanlarla əlaqədar olaraq, araşdırma nəticəsində xx.xx.2021xx.xx.2021-ci illər ərzində təqdim edilmiş malların maya dəyərinin 22633022,09 manat və ticarət əlavəsinin 20% olduğunu nəzərə alaraq, qeyd olunan dövrlər üzrə ümumi dövriyyə 27159626,5 manat olmalı halda, qeyd olunan dövr üzrə təqdim edilmiş bəyannamə və uçot baza məlumatlarına əsasən dövriyyənin 24601553,69 manat təşkil etmiş və nəticədə 2558072,82 manat kənarlaşma aşkar edilərək, 460453,11 manat ƏDV məbləğinin büdcədən yayındırılması müəyyən edilməsi qərara alınmışdır. Aparılmış yoxlama nəticəsində hesablanmış rəqəmlər qanunvericiliyə əsaslanmadan aparılmış və həmin yoxlamanın nəticəsi (qərar) təxirəsalınmadan ləğv edilməlidir. Bakı İnzibati Məhkəməsinin (hakim Günel Sevdimalıyeva) 2-1(112)-6499/2022 nömrəli, 25 noyabr 2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması qərarın ləğvi haqqında qərar qəbul olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin olunmamışdır. Məhkəmə qərar qəbul edərkən əsassız olaraq nəticəyə gəlmişdir, iddiaçının təqdim etdiyi sübutlara qiymət verilməmiş, yalnız cavabdeh inzibati orqanın əsassız tələbini müdafiə etmişdir. Belə ki, Bakı İnzibati Məhkəməsinin qərardadı ilə yenidən yoxlama keçirilmiş, tələb “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********568500 saylı qərarın ləğv ediməsi kimi dəyişdirilmişdir. Məhkəmənin gəldiyi mövqe isə aşağıdakı kimi qeyd edilmişdir: «Eyni xx.xx.2022-ci il tarixli **********351500 nömrəli iki qərar bir-biri ilə əlaqəlidir. Eyni xx.xx.2022-ci il tarixli **********351500 nömrəli qərarla 608.698,18 manat vergi məbləği hesablanmış, eyni tarixli ikinci qərarda əlavə 121,46 manat (əvəzləşdirilmiş e-qaimə faktura üzrə uyğunsuzluq) hesablanmaqla yekun olaraq 608.819,64 manat vergi məbləği hesablanmış, faktiki olaraq qərar dəyişdirilmiş, lakin sistem üzrə texniki olaraq eyni tarixli əvvəlki (birinci) xx.xx.2022-ci il tarixli **********351500 nömrəli qərarın ləğv edildiyi, nəticədə (eyni tarixli ikinci qərarda) vergi ödəyicisi tərəfindən hesablanmış vergi məbləği avtomatik olaraq birinci qərarda göstərilmiş 608.698,18 manat kimi qeyd edilmişdir (halbuki həmin məbləğ birinci qərara əsasən 34.178,91 manatdır). Odur ki, xx.xx.2022-ci il tarixli müəyyənləşdirilən hesablama eyni tarixli ikinci qərara da aiddir. İkinci xx.xx.2022-ci il tarixli qərarda sadəcə əvəzləşdirilmiş elektron qaimə fakturalara münasibət bildirilmişdir (həmin hissədə 121,46 manat əlavə vergi hesablanmışdır). Məhkəmə avtomatlaşdırımış proqram təminatında qeyd edilən texniki uyğunsuzluğu arzuolunan hesab etmir və proqram təminatının təkmilləşdirilməli olduğunu bildirir. Lakin qeyd edilən hal proqram təminatının funksionallığı ilə bağlı olduğundan mahiyyətcə düzgün olan nəticənin ləğv edilməsi üçün əsas ola bilməz». Məhkəmə belə bir mövqe ilə çıxış etmişdir ki, avtomatlaşdırımış proqram təminatında qeyd edilən texniki uyğunsuzluğu arzuolunan hesab etmir və proqram təminatının təkmilləşdirilməli olduğunu bildirir. Bundan əlavə, Məhkəmə qeyd edir ki, «iddiaçının təsərrüfat obyektlərində xx.xx.2021-ci il tarixində keçirilmiş operativ vergi nəzarəti tədbirləri nəticəsində ortalama ticarət əlavəsi 16,3 faizdir. Həmin rəqəmlər iddiaçı tərəfindən yoxlama zamanı təqdim edilən mal qalığı və satış məlumatlarına əsaslanmışdır. Məhkəmə 16,3 faiz ticarət əlavəsini məqbul və ağlabatan hesab edir». Hər bir sahibkar istədiyi qiymətə istədiyi əmlakı sata bilər. Lakin məhkəmə sahibkarın qazanc əldə edə biləcəyinə inanır və 16.3 faiz olan hissəni düzgün olaraq qəbul edir. Həmin mallar anbarlarda saxlanılan mallar olub və model və keyfiyyət baxımından öz funsionallığını itirir. Həmin malları öz maya dəyərinə satmaqla, hətta maya dəyərindən aşağı satmaqla şirkətin digər xərclərinə sərf edə bilərlər. Məhkəmə qeyd edir ki, “Mübahisələndirilən qərarda göstərilən sənədlərlə təsdiqlənməyən malların mövcudluğu məhz iddiaçının səlahiyyətli nümayəndəsi tərəfindən təqdim edilən məlumatlara uyğun olaraq üzləşdirilərək müəyyən edilmişdir”. Bundan əlavə məhkəmə qeyd edir ki, “İddia tələbində qərarın qanunsuz və əsassız olduğu bildirilsə də, qanunsuzluğun nədə ifadə olunduğuna dair dəlillər nə iddia ərizəsində, nə də məhkəmə araşdırılması zamanı bildirilməmiş, iddia tələbi formal mülahizələrə əsaslanmışdır”. Bu ifadə ilə məhkəmə öz qərarını təkzib edir, belə ki, öz qərarında 16.3 faizi ağlabatan hesab edən məhkəmə iddiaçının təqdim etdiyi sübutlar və qanunvericiliyin tələbləri iddiaçı üçün nəzərə alınmamışdır. Məhkəmə qərar çıxaran zaman qanunvericiliyin tələblərini pozmuş, prosessual pozuntuya yol verərək qanunsuz qərar çıxarmışdır ki, bu qərarın ləğv edilərək iddianın verilən formada və tam təmin edilməsi zəruridir. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri X1 və X4 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********568500 nömrəli qərarının surətindən görünür ki, İddiaçı MMC (VÖEN: **********) barəsində vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində noyabr 2021-ci il üçün əlavə dəyər vergisi üzrə 608.819,64 manat əlavə vergi məbləği hesablanmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək. 24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə … borcludur. 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 173.1. ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın və hər vergi tutulan idxalın dəyərinin 18 faizidir. 173.2. Vergi tutulan dövriyyə hesabat dövrü ərzində vergi tutulan əməliyyatların ümumi dəyərindən ibarətdir. 174.1. Bu Məcəllənin 166-cı maddəsinə uyğun olaraq hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği bu Məcəllənin 173.1-ci maddəsinə uyğun olaraq vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqlə müəyyən olunur. 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi, təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri üzrə yaranmış maliyyə öhdəliklərinin qarşılıqlı şəkildə əvəzləşdirilməsi və ya notariusun depozit hesabı vasitəsilə həyata keçirilən əməliyyatlar üzrə əməliyyatın dəyərinin notariusun bankda açdığı depozit hesabına ödənilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına ödənilməsinə bərabər tutulur. İşin faktiki halları ondan ibarətdir ki, cavabdehin «Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə» xx.xx.2022-ci il tarixli **********801600 nömrəli qərarına əsasən müəyyən edilmişdir ki, 2020-ci il üzrə mənfəət vergisi bəyannaməsinin 1 №-li əlavəsində dövrün sonuna mal qalığı 626879,45 manat qeyd edilmişdir. Eyni zamanda bildirilmişdir ki, xx.xx.2021-xx.xx.2021-ci il tarixlərarası idxal əməliyyatı üzrə 18.473.473,44 manat müəyyən olunmuş, elektron alış aktı üzrə 3.801.401,4 manat və elektron qaimə-faktura üzrə 1.198.812,95 manat məbləğində mal alışı müəyyən olunmuşdur. Keçirilmiş operativ vergi nəzarəti tədbirləri nəticəsində mal qalığının 1.252.982,32 manat və ticarət əlavəsinin 20% olduğu müəyyən edilmişdir. Qeyd olunanlarla əlaqədar olaraq araşdırma nəticəsində xx.xx.2021-xx.xx.2021-ci illər ərzində təqdim etdiyi malların maya dəyərinin 22.633.022,09 manat və ticarət əlavəsinin 20% olduğunu nəzərə alaraq qeyd olunan dövrlər üzrə ümumi dövriyyə 27.159.626,5 manat olmalı halda, qeyd olunan dövr üzrə təqdim edılmiş bəyannamə və uçot baza məlumatlarına əsasən dövriyyəsi 24.601.553,69 manat təşkil etmiş, nəticədə 2.558.072,82 manat kənarlaşma aşkar edilərək 460.453,11 manat ƏDV məbləğinin büdcədən yayındırılması müəyyən edilmişdir. Bununla əlaqədar, vergi orqanı tələfindən aparılmış kameral yoxlama nəticəsində 493.644,01 manat vergi müəyyən edilmiş, təqdim edilmiş bəyanamə üzrə 33.190,00 manat vergi hesablandığı nəzərə alınaraq, 2021-ci ilin noyabr ayı üçün əlavə dəyər vergisi üzrə 460.453,11 manat əlavə vergi məbləği hesablanmışdır. Daha sonra cavabdehin «Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə» xx.xx.2022-ci il tarixli **********168600 nömrəli qərarına əsasən müəyyən edilmişdir ki, 2020-ci il üzrə mənfəət vergisi bəyannaməsinin 1 №-li əlavəsində dövrün sonuna mal qalığı 626.879,45 manat qeyd edilmişdir. Eyni zamanda bildirilmişdir ki, xx.xx.2021-xx.xx.2021-ci il tarixlər arası idxal əməliyyatı üzrə 18.473.473,44 manat müəyyən olunmuş, elektron alış aktı üzrə 3.801.401,4 manat və elektron qaimə-faktura üzrə 1.198.812,95 manat məbləğində mal alışı müəyyən olunmuşdur. Keçirilmiş operativ vergi nəzarəti tədbirləri nəticəsində mal qalığının 1.252.982,32 manat və ticarət əlavəsinin 20% olduğu müəyyən edilmişdir. Qeyd olunanlarla əlaqədar olaraq araşdırma nəticəsində xx.xx.2021-xx.xx.2021-ci illər ərzində təqdim etdiyi malların maya dəyərinin 22.633.022,09 manat və ticarət əlavəsinin 20% olduğunu nəzərə alaraq qeyd olunan dövrlər üzrə ümumi dövriyyə 27.159.626,5 manat olmalı halda, qeyd olunan dövr üzrə təqdim edılmiş bəyannamə və uçot baza məlumatlarına əsasən dövriyyəsi 24.601.553,69 manat təşkil etmiş, nəticədə 2.558.072,82 manat kənarlaşma aşkar edilərək 460.453,11 manat ƏDV məbləğinin büdcədən yayındırılması müəyyən edilmişdir. Təqdim etdiyi bəyannamənin 308-ci, VM-nin 175.1-ci maddəsinə əsasən alınmış elektron qaimə-fakturalar (elektron vergi hesab-fakturalar) üzrə nağdsız qaydada ödənilmiş məbləğ sətrində 59.760,39 manat göstərilməsinə baxmayaraq, həmin bəyannamənin əladə edilmiş elektron qaiməfakturaları (e-VHF) və bu fakturalar üzrə aparılmış ödənişlər barədə məlumatlar təqdim edilmədiyi üçün kənarlaşma yaranmışdır. Bununla əlaqədar, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində 504.400,88 manat vergi müəyyən edilmiş, təqdim edilmiş bəyanamə üzrə 33.190,00 manat vergi hesablandığı nəzərə alınaraq, 2021-ci ilin noyabr ayı üçün əlavə dəyər vergisi üzrə 471.209,98 manat əlavə vergi məbləği hesablanmışdır. Həmin xx.xx.2022-ci il tarixli **********168600 nömrəli qərarla vergi ödəyicisi barədə əvvəlki xx.xx.2022-ci il tarixli **********801600 nömrəli qərar ləğv edilmişdir (qərarın 6-cı bəndi). Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixində 2021-ci ilin noyabr ayı üzrə dəqiqləşdirilmiş əlavə dəyər vergisi bəyannaməsi təqdim edilmiş və həmin bəyannamə üzrə həyata keçirilmiş kameral vergi yoxlaması nəticəsində xx.xx.2022-ci il tarixli, **********351500 saylı qərar qəbul edilərək xx.xx.2022-ci il tarixli **********168600 saylı qərar ləğv edilmişdir. Həmçinin xx.xx.2022-ci il tarixli, **********351500 saylı qərara düzəliş edilməsi məqsədilə xx.xx.2022-ci il tarixli, **********568500 saylı qərar qəbul edilmiş və mübahisə predmeti olan 2021-ci ilin noyabr ayının əlavə dəyər vergisi üzrə sonda qeyd edilən qərar qüvvədədir. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********351500 nömrəli qərarına əsasən müəyyən edilmişdir ki, araşdırma zamanı 2020-ci ilin əvvəlinə mal qalığı 1.175.851,85 manat, idxal əməliyyatları üzrə xx.xx.2020-xx.xx.2021-ci il tarixədək mallar üzrə dəyər (rüsumlarla birlikdə) 27.854.150,03 manat, elektron alış aktı üzrə 4.060.485,77 manat, elektron qaiməfaktura üzrə mal alışı ilə 1.286.091,8 manat həyata keçirilmişdir. Operativ vergi nəzarəti tədbirləri zamanı xx.xx.2021-ci il tarixlərində təsərrüfat subyeklərində cəmi 1.252.981,82 manat dəyərində sənədli mal qalığı tapılmışdır. Obyektlər üzrə ortalama ticarət əlavəsi isə 16,3% təşkil etmişdir. ƏDV bəyannamələrinə əsasən 2020-ci ilin yanvar 2021-ci ilin noyabr ayları üzrə cəmi daxil olma dövriyyə+debitor qalığı-avans məbləği 36.234.689,06 manat, elektron qaimə satış dövriyyə isə 36.115.111,08 manat təşkil etmişdir. xx.xx.2021-ci il tarixədək elektron qaimə satış məbləği 35.211.392,35 manat olduğundan qəbul edilmiş satış dövriyyəsi (35.211.392,35+(36.234.689,06-36.115.111,08))=35.330.970,33) manat təşkil edir ki, nəticədə 3.191.773,71 manat malların əskik gəlməsi kimi qiymətləndirilməklə hesablama aparılmışdır. Bununla əlaqədar, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində 608.698,18 manat vergi müəyyən edilmiş, təqdim edilmiş bəyanamə üzrə 34.178,91 manat vergi hesablandığı nəzərə alınaraq, 2021-ci ilin noyabr ayı üçün əlavə dəyər vergisi üzrə 574.519,27 manat əlavə vergi məbləği hesablanmışdır. Həmin xx.xx.2022-ci il tarixli, **********351500 nömrəli qərarla vergi ödəyicisi barədə əvvəlki xx.xx.2022-ci il tarixli **********168600 nömrəli qərar ləğv edilmişdir (qərarın 6-cı bəndi). Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********568500 nömrəli qərarına əsasən isə təqdim edilmiş bəyannamə üzrə vergi orqanı tərəfindən hesablanmış 608.698,18 manat vergi məbləğinə əlavə 121,46 manat hesablanaraq yekun olaraq vergi orqanı tərəfindən kameral yoxlama nəticəsində müəyyən edilmiş məbləğ 608.819,64 manat müəyyən edilmişdir. Həmin xx.xx.2022-ci il tarixli, **********568500 nömrəli qərarla vergi ödəyicisi barədə əvvəlki xx.xx.2022-ci il tarixli **********351500 nömrəli qərar ləğv edilmişdir (qərarın 6-cı bəndi). Göründüyü kimi, eyni xx.xx.2022-ci il tarixli iki qərar bir-biri ilə əlaqəlidir. xx.xx.2022-ci il tarixli **********351500 nömrəli qərarla 608.698,18 manat vergi məbləği hesablanmış, eyni tarixli ikinci qərarda əlavə 121,46 manat (əvəzləşdirilmiş e-qaimə faktura üzrə uyğunsuzluq) hesablanmaqla yekun olaraq 608.819,64 manat vergi məbləği hesablanmış, faktiki olaraq qərar dəyişdirilmiş, lakin sistem üzrə texniki olaraq eyni tarixli əvvəlki (birinci) xx.xx.2022-ci il tarixli **********351500 nömrəli qərarın ləğv edildiyi, nəticədə (eyni tarixli ikinci qərarda) vergi ödəyicisi tərəfindən hesablanmış vergi məbləği avtomatik olaraq birinci qərarda göstərilmiş 608.698,18 manat kimi qeyd edilmişdir. Odur ki, xx.xx.2022-ci il tarixli müəyyənləşdirilən hesablama eyni tarixli ikinci qərara da aiddir. İkinci xx.xx.2022-ci il tarixli qərarda sadəcə əvəzləşdirilmiş elektron qaimə fakturalara münasibət bildirilmişdir (həmin hissədə 121,46 manat əlavə vergi hesablanmışdır). Araşdırılmış sənədlərdən görünür ki, iddiaçının 2020-ci ilin əvvəlinə mal qalığı 1.175.851,85 manat, idxal əməliyyatları üzrə xx.xx.2020-xx.xx.2021-ci il tarixədək mallar üzrə dəyər (rüsumlarla birlikdə) 27.854.150,03 manat, elektron alış aktı üzrə 4.060.485,77 manat, elektron qaimə-faktura üzrə mal alışı isə 1.286.091,8 manat olmuş, operativ vergi nəzarəti tədbirləri zamanı xx.xx.2021-ci il tarixdə mal qalığı 1.252.981,82 manat dəyərində olmuşdur. Qeyd edilən dövr üzrə ticarət dövriyyəsi müvafiq ticarət əlavəsi (16,3%) nəzərə alınmaqla ((1.175.851,85 manat + 27.854.150,03 manat + 4.060.485,77 manat + 1.286.091,8 manat - 1.252.981,82 manat)=33.123.597,6; 33.123.597,6 manat + 16,3%)=38.552.744 manat təşkil etməli idi. Lakin iddiaçı tərəfindən təqdim edilən ƏDV bəyannamələrinə əsasən 2020-ci ilin yanvar 2021-ci ilin noyabr ayları üzrə cəmi daxil olma dövriyyə+debitor qalığı-avans məbləği 36.234.689,06 manat, elektron qaimə satış dövriyyə isə 36.115.111,08 manat təşkil etmişdir. xx.xx.2021-ci il tarixədək elektron qaimə satış məbləği 35.211.392,35 manat olduğundan qəbul edilmiş satış dövriyyəsi (35.211.392,35+(36.234.689,06-36.115.111,08))=35.330.970,33 manat təşkil edir. Nəticədə 3.191.773,71 manat (38.552.744 manat (qəbul edilmiş ticarət dövriyyəsi) - 35.330.970,33 manat (qəbul edilmiş satış dövriyyəsi)) malların əskik gəlməsi kimi qiymətləndirilməklə ƏDV borcu üzrə 574.519,27 manat (3.191.773,71 manat x 18%) əlavə hesablama, daha sonra əvəzləşdirilmiş elektron qaimə faktura üzrə uyğunsuzluqla bağlı 121,46 manat əlavə hesablama aparılmışdır. Əvvəlki xx.xx.2022-ci il tarixli qərardan fərqli olaraq (həmin qərarda müvafiq dövr ƏDV bəyannaməsi üzrə əvəzləşdirilmiş elektron qaimə-faktura barədə məlumatlar təqdim edilməməsinə baxmayaraq, həmin bəyannamənin 308-ci sətiri üzrə 10756,87 manat ƏDV məbləği əvəzləşdirilmişdir) təqdim edilən ƏDV bəyannamələri üzrə cəmi 121,46 manat uyğunzusluq aşkar edilmişdir. Həmin elektron-qaimələr iddiaçı tərəfindən iş materiallarına əlavə edilmişdir. Vergi orqanı tərəfindən kameral yoxlama zamanı nəzərə alınmışdır. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərar qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddia tələbində qərarın qanunsuz və əsassız olduğu bildirilsə də, qanunsuzluğun nədə ifadə olunduğuna dair dəlillər nə iddia ərizəsində, nə də məhkəmə araşdırılması zamanı bildirilməmiş, iddia tələbi formal mülahizələrə əsaslanmışdır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6499/2022 nömrəli, 25 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar