Məhkəmə qərarları › İş №2-1(103)-800/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-800/2020

11.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-800/2020 11.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), X8 və X2 ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi İddiaçı iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 Xüsusi X1rşı pensiyanın yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin 2-1(81)-4679/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: 1 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin 2-1(81)-4679/19 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı pensiyasının hüququnun yarandığı xx.xx.2006-cı il tarixdən yenidən hesablanması və xx.xx.2014-cü il tarixədək olan müddət üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 X5 İdarəsinə həvalə edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək,qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Komandanın 037ş/h N°-li, 06.11,2005-ci il tarixli əmrinə əsasən baş leytenant hərbi rütbəsində ehtiyata buraxılmışdır. 2005-ci ildə X3 xaric edilərkən onun xidmət müddəti təqvim hesabı ilə 14 il 07 ay 07 gün. imtiyazlı (güzəştli) hesablama ilə 24 il, 0 ay, 01 gün təşkil etmişdir. Lakin, ona həmin vaxt yaşa görə əmək pensiyası təyin edilməmişdir. Nəyahət etdiyi çoxsaylı müraciətlərindən sonra barəsində Azərbaycan Respublikası DİN tərəfindən cavabdehə təqdim edilmiş “Məlumat vərəqi”nə və iddiaçının ona əmək pensyası təyin edilməsi barədə cavabdeh orqana ünvanlanmış xx.xx.2017-ci il tarixli ərizəsinə əsasən ona xx.xx.2017-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş və bu zaman ona əvvəlki dövr üçün axırıncı 3 ilini (xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək) əmək pensiyası hesablanaraq ödənilmişdir. Hal-hazırda qüvvədə olan qanunvericilikdən göründüyü kimi, pensiya hüququ yaranmış şəxslər üçün pensiyanın hesablanması üçün Qanunverici tərəfindən 3 şərt müəyyənləşdirilmişdir: 1) Pensiyanı almaq hüququnun yaranması 2) Qanunun qüvvəyə minmə tarixindən tez olmaması 3) Hüququ yaranmış şəxsin müraciət edilmə tarixi. Məhz bu üç şərtin hamısının birlikdə mövcud olduğu tarixdə Qanunverici pensiyanın əvvəlki ən çoxu üç il üçün ödənilməsini göstərmişdir. Həmçinin Qanunun 37.7-ci maddəsi də məhz Qanunun 32.1-1-ci maddəsində göstərilən şərtlər nəzərə alınması göstərir. Həmçinin pensiya hüququ yaranmış və həmin hüququ yarandığı gündə deyil, ondan müəyyən müddət keçdikdən sonra müraciət etmiş şəxslərə pensiyanın ödənilməsi məhz onların pensiyanın ödənilməsi barədə müraciət etməsi gündən əvvəlki müəyyən dövr üçün ödənilməsi barədə müddia həmçinin hal-hazırda qüvvədən düşmüş “Hərbi qulluqçuların pensiya təminatı haqqında’’ Qanunda da nəzərdə tutulmuşdur. Belə ki, həmin Qanunun 43-cü maddəsində göstərilmişdir: ‘Pensiya təyin edilməsi haqqında ərizələri hərbi qulluqçular və onların ailə üzvləri müvafiq icra hakimiyyəti orqanlarına təqdim edirlər. Həmin Qanunun 45-ci (Pensiyaların təyin edilməsi müddətləri) maddəsində göstərilmişdir : “Vaxtında müraciət edilmədikdə keçmiş müddət üçün pensiya həmin pensiyanı almaq hüququnun yarandığı kündən, lakin pensiya üçün müraciət edildiyi kündən ən çoxu 12 ay əvvəl təyin edilir ”. Lakin, Məhkəmə iddiaçının pensiya almaq məqsədi ilə müraciət etdiyi ərizəsinin yazılma tarixini və “Əmək Pensiyaları haqqında” qanunun yuxarıda qeyd edilən normalarını nəzərə almayaraq qanunsuz və əsassız qərar qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin dəlilləri ilə razılaşmadığını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh tərəf məhkəməyə gəlməmiş, məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiacının izahatını dinləyib, аpеlyаsiyа şikаyətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.1970-ci il tarixdə anadan olmuş, onun daxili işlər orqanlarında təqvimi xidmət illəri 14 il 07 ay 07 gün, güzəştli xidmət illəri 09 il 06 ay 24 gün, cəmi iş stajı və xidmət illəri 24 il 02 il 01 gün təşkil etmişdir. Daxili İşlər Nazirliyi Daxili Qoşunlar komandanının 037 ş/h nömrəli, xx.xx.2005-ci il tarixli əmrinə əsasən baş leytenant hərbi rütbəsində xx.xx.2005-ci il tarixdən ehtiyata buraxılmışdır. Xidmət illərinin Daxili İşlər Nazirliyi tərəfindən düzgün hesablanmaması nəticəsində o, uzun illər pensiya hüququndan məhrum olmuşdur. İddiaçının müraicətləri nəticəsində Daxili İşlər Nazirliyi tərəfindən xidmət illəri yenidən hesablanmış və onun barəsində sonuncu tərəfindən “Əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında Azərbaycan Respublikası Dövlət X7 təqdim olunan 01 saylı məlumat vərəqəsi tərtib olunmuşdur. Bundan sonra cavabdeh tərəfindən iddiaçı barəsində tərtib olunmuş məlumat vərəqəsinə əsasən 24 il, 02 ay, 01 gün xidmət illərinə görə xx.xx.2017-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə istinad edilməklə ona əvvəlki 3 il ödənilməsi üçün ödənilməmiş təqaüd hesablanmışdır. İddiaçı pensiyasının ona ödənilməmiş hissəsinin-pensiya almaq hüququnun yarandığı xx.xx.2006-cı il tarixdən xx.xx.2014-cü il tarixədək olan müddət üçün hesablanaraq ona ödənilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətindən **********5 nömrəli, xx.xx.2019-cu il tarixli imtina məktubu ilə imtina edilərək bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.1.1-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanununqüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanaraq ödənilir. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 Xüsusi X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pensiya almaq hüququnun yarandığı xx.xx.2006-cı il tarixdən xx.xx.2014-cü il tarixədək olan müddət üçün hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, cavabdeh orqan iddiaçının keçmiş müddət üçün alınmamış xx.xx.2006-cı il tarixdən xx.xx.2014-cü il tarixədək əmək pensiyasının məbləğinin ödənilməsindən imtina edərkən «Əmək pensiyaları haqqında» Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 və 37.1.1-ci maddələrinə istinad etmişdir. Belə ki, xx.xx.2017-ci il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanununun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Həmin Məcəllənin 32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Əmək pensiyaları haqqında” Qanunun 9.5-ci maddəsinə əsasən aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; 9.5.2.Hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2014-cü il tarixli qərarında qeyd edilir ki, Hərbi qulluqçulara xidmət illərinə görə pensiyaların təyin edilməsi şərtləri “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 12-ci maddəsində öz əksini tapmışdı. Həmin maddənin a) bəndinə əsasən xidmətdən buraxılanadək 20 il və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçular xidmət illərinə görə pensiya hüququna malikdirlər. Hərbi qulluqçuların xidmət illərinə görə pensiya hüququnun yaranması üçün başlıca hüquqi fakt kimi xüsusi əmək stajı çıxış edirdi. Əmək stajının bir növü olan xüsusi əmək stajı şəxsin müəyyən peşə və ya ixtisas üzrə əmək fəaliyyəti və ya əməyin xüsusi şəraitdə həyata keçirilməsi ilə müəyyən olunurdu. Xüsusi əmək stajı dedikdə, müəyyən əmək şəraitində və müəyyən vəzifələrdə həyata keçirilən işin müddəti başa düşülür. Həmin müddət xüsusi staja malik olan şəxslərə güzəştli şərtlərlə müəyyən sosial təminat növlərini, o cümlədən pensiya hüququnu əldə etmək imkanı verir. Xüsusi əmək stajının əldə edilməsi ilə bağlı hüquq münasibətləri, bir qayda olaraq, şəxsin pensiya yaşına çatmasından daha əvvəl başa çatır. Güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün zəruri olan əmək stajını əldə edən hərbi qulluqçu fəaliyyət növünü dəyişə bilər və yaxud əmək fəaliyyəti ilə məşğul olmaya bilər. Xidmət illərinə görə pensiya hüququndan istifadə etmək barədə qərar qəbul edərkən şəxs, xüsusi əmək stajının müddətini və zəruri staja malik olmanın hüquqi nəticələrini müəyyən edən həmin dövrdə qüvvədə olan qanunvericilik normalarının tələblərini nəzərə alır. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikasının 2004-cü il 1 sentyabr tarixli 728-İİQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etmiş hərbi qulluqçulara pensiyanın təyin edilməsi həmin hüququn əldə edildiyi zaman qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminati haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş tələblərə müvafiq həyata keçirilməlidir. İşin hallarından görünür ki, iddiaçı ehtiyata buraxıldığı günədək 20 təqvim ilindən artıq xidmət etmiş və bununla da onun pensiya hüququ məhz xidmətdən buraxıldığı vaxtdan yaranmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra-inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hüquq münasibətlərinin yarandığı dövr qüvvədə olan, yəni xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanununun 32.1-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi müddətləri, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla təyin edilir. Azərbaycan Respublikası Kontitusiyasının 149-cu maddəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Qeyd edilənlərə əsasən kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, iddiaçının pensiya hüququ xidmətdən buraxıldığı vaxt artıq yarandığından, ona təyin edilmiş əmək pensiyası xx.xx.2006-cı il tarixdən yenidənhesablanması və xx.xx.2014-cü il tarixədək olan müddət üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi barədə tələbi təmin edilməlidir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fıziki və ya hüquqi şəxslər tərəfındən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, beləşərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi və işin faktiki halları baxımından əsaslıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi mübahisələndirilən qərarı dəyişdirilmədən saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 X5 İdarəsinin apelyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin 2-1(81)-4679/19 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Кollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür: Sədrlik edən: M.N.Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar